Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-270/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs Ağaverdi oğlunun iştirakı ilə xx.xx.1993-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx.xx.2021-ci il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, X4 küçəsində Zərərçəkmiş şəxs idarə etdiyi evakuatoru işə salan zaman həmin nəqliyyat vasitəsi arxaya gedərək Şahid2 məxsus «Ford-Transit» markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı yük avtomaşına toxunduğundan dəymiş ziyanın ödənilməsi məsələsinin müzakirəsi zamanı tərəflər arasında mübahisə yaranmışdır. Həmin vaxt Şahid2 tanışı Şahid1 da məsələyə müdaxilə edərək mübahisəni sakitləşdirməyə çalışdığında kobud danışması səbəbindən sonuncu ilə zərərçəkmiş arasında da mübahisə baş vermişdir. Bu zaman oradan keçən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun atası Ramazanla kobud tərzdə danışdığını görüb irad bildirdiyinə isə qarşılaşdığı sərt reaksiyadan əsəbləşərək şikayətçinin qulaq nahiyəsinə bir dəfə sillə zərbəsi vurmaqla ona sol qulaq pərdəsinin travmatik perforasiyasından (cırılmasından) ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 13 radələrində yaşadıqları küçədə olan və atasının işlədiyi mağazaya gedən zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs onun atası Ramazanla mübahisə edib kobud tərzdə danışdığını görmüş və bu səbəbdən də onlara yaxınlaşıb nə baş verdiyini soruşmuş, eləcə yaşda özündən böyük şəxslə bu cür danışması ilə bağlı Sadıqa irad bildirmişdir. Lakin Sadıq ona kobud tərzdə cavab qaytarıb gedib işi ilə məşğul olmasını bildirdiyindən o, yenidən Sadıqı sakitləşdirməyə çalışmışdır. Buna baxmayaraq Sadıq yenidən onun atası Ramazanla kobud danışdığından o, əsəbləşmiş və Sadığın sifət nahiyəsinə bir dəfə sillə zərbəsi vurmuşdur. Bundan sonra atası Ramazanla orada olan Şahid2 onu sakitləşdirib oradan uzaqlaşdırmışlar, Sadıq isə baş vermiş hadisə baradə DİN-in «102» xidməti-zəng mərkəzinə məlumat vermişdir. Bir qədər sonra oraya gələn polis əməkdaşları müvafiq sənədləşmə işləri aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs idarə etdiyi evakuatoru işə salan zaman həmin nəqliyyat vasitəsi bir qədər arxaya gedərək Şahid2 məxsus «Ford» markalı avtomobilə dəymiş və tərəflər bununla əlaqədar danışan zaman onun atası Ramazan da qarşılıqlı razılaşmaya nail olmaqda köməklik göstərmək üçün məsələyə müdaxilə etmiş, lakin həmin vaxt Zərərçəkmiş şəxs sərt reaksiyası ilə qarşılaşmışdır. Bu səbəbdən də onlar arasında mübahisə yaranmışdır. O, əlavə olaraq məlum mübahisənin təxminən 3-4 dəqiqə davam etdiyini, həmin vaxt ifadəsində adlarını qeyd etdiyi şəxslərdən başqa orada heç kimin olmadığını da qeyd etmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu və zərərçəkən şəxsdən üzr istədiyini bildirdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs bildirmişdir ki, etibarnamə əsasında idarə etdiyi «Mercedes-Benz Atego» markalı, **-ZP-*** dövlət qeydiyyat.nömrəli evakuatorla fərdi qaydada evakuasiya fəaliyyəti ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə o, sifariş əsasında idarə etdiyi evakuatorla Abşeron rayonu, Masazır qəsəbəsinə avtomobil aparmış və həmin avtomobili yük yerindən düşürtdükdən sonra evakuatoru yolun bir kənarında saxlamışdır. Bir qədər sonra idarə etdiyi nəqliyyat vasitəsinə yaxınlaşıb mühərriki işə salan zaman evakuator təxminən 1 metr geriyə getmiş və sonradan adını bildiyi Şahid2 idarə etdiyi «Ford-Transit» markalı, **-UR- *** d.q.n yük avtomaşınının ön hissəsinə dəymişdir. Nəticədə «Ford» markalı avtomaşının ön bamperində xırda zədələr əmələ gəlmişdir. O isə dərhal maşından düşərək Şahid2 yaxınlaşmış və dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirmişdir. Həmin vaxt kənarda dayanan Şahid1 ona avtomobili diqqətsiz idarə etməsi ilə əlaqədar kobud şəkildə irad bildirdiyindən onlar arasında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı Ramazan onu sinəsindən itələmiş, sonuncunun bunu görə oğlu Təqsirləndirilən şəxs da öz növbəsində onun üzərinə hücum çəkərək nə haqla özündən yaşda böyüklə mübahisə etdiyini soruşmüş və qulaq nahiyəsindən bir dəfə sillə zərbəsi vurmaqla ona xəsarət yetirmişdir. Bu vəziyyəti gördükdə o, mübahisənin daha da dərinləşməməsi üçün DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət etmiş və baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin vaxt Şahid2 onları ayırmış, bir qədər sonra oraya gələn polis əməkdaşları ilə müvafiq sənədləşmə aparmışlar. O, əlavə olaraq sözügedən mübahisənin təxminən 4-5 dəqiqə ərzində davam etdiyini və həmin vaxt orada adları ifadədə qeyd olunan şəxslərdən başqa heç kimin olmadığını bildirmiş, həmçinin Şahid1 onu sinəsindən itələsə də ona xəsarət yetirmədiyi üçün sonuncudan şikayət və tələbinin olmadığını qeyd etmişdir. Hazırda şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Şahid1 mağaza işlədən biri kimi tanıyır, Təqsirləndirilən şəxs isə Şahid1 oğlu olduğunu bilir. Lakin Zərərçəkmiş şəxs hadisə baş verən vaxtadək tanımamışdır. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində o, idarə etdiyi «Ford-Transit» markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınıyla Ramazanın dükanına mal gətirmiş və maşını yolun kənarında saxlayıb malları təhvil verməyə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs idarə etdiyi evakuatoru işə salan zaman maşın bir qədər geriyə gedərək onun avtomobilinə dəymiş və ön hissədə kiçik ölçülü zədələr yaratmışdır. Bu səbəbdən də o, Ramazanla birlikdə mağazadan çıxmış və Sadıqdan dəymiş maddi ziyanın ödənilməsi üçün sığortanı dəvət etməsini xahiş etmişdir. Lakin Sadıq bu hadisədə günahının olmadığını deyərək bundan imtina etdiyindən onlar arasında mübahisə yaranmışdır. Həmin vaxt Ramazan Sadıqı sakitləşdirmiş və qarşılıqlı olaraq razılaşmalarını təklif etmiş, ancaq sonuncu bu təklifi də rədd edərək Ramazandan onun işinə nə üçün müdaxilə etdiyini soruşub gedib işi ilə məşğul olmasını tələb etmiş və onunla da mübahisə yaratmışdır. Bu zaman Ramazanın oradan keçən oğlu Hafis mübahisəni görüb onlara yaxınlaşmış və yaşda özündən böyük şəxslə bu tərzdə danışmasına görə Sadıqa irad bildirmişdir. Sadıq isə öz növbəsində Hafisə də kobud tərzdə cavab qaytarıb mübahisə etməyə başladığından Hafis Sadıqın sifət nahiyəsinə bir dəfə sillə zərbəsi vuraraq ona xəsarət yetirmişdir. Buna görə də o, Ramazanla birlikdə Hafisi oradan uzaqlaşdırmış, Sadıq isə Hafisin üzərinə gəldiyindən Ramazan onu sinəsindən kənara itələyib sakitləşməsini tələb etmişdir. Daha sonra Sadıq DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər sonra oraya gələn polis əməkdaşları müvafiq sənədləşmə aparıb, hadisə yerinə baxış keçirmişlər. O, əlavə olaraq məlum mübahisənin 3-4 dəqiqə davam etdiyini həmin vaxt orada başqa şəxslərin olmadığını da qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid2 və oğlu Təqsirləndirilən şəxs ifadələrində qeyd etdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli 344 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sol qulaq pərdəsinin travmatik perforasiyası (cırılması) küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2021-ci il tarixdə dava-dalaş zamanı əl zərbəsi ilə qulaq nahiyəsinə vurulma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon Masazır kənd İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsindən və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə Abşeron rayonu, Masazır kəndində yaşayır və himayəsində iki azyaşlı övladı var. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon Masazır kənd İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsində görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan hərbi biletrd\n görünür ki, Təqsirləndirilən şəxs atası Şahid1 1-ci və 2-ci Vətən müharibəsi iştirakçısıdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsifedilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü Sədaqət Xələfli və xx.xx.2020ci il təvəllüdlü Ramazan Xələfli adlı himayəsində iki azyaşlı övladının olmasını, əməlindən peşman olmasını, həmçinin atasının 1ci və 2-ci Vətən müharibəsi iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cinayət törədildikdən sonrakı davranışını, onun cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təhqiqat zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Elbrus oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təhqiqat zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Elbrus oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-270/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-270/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver