Məhkəmə qərarları › İş №1(012)-270/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-270/2025

04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-270/2025 04.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyat olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmış şəxs olaraq 23 fevral 2024-cü il tarixdə saat 14:50 radələrində 14 yaşına çatmadığı ona məlum olan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi «Mitsubishi Pajero» markalı, **- EV-*** dövlət qeydiyyat nişanılı avtomobilə əyləşdirib Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən «Gənclər şəhərciyi» yaşayış kompleksinin yaxınlığında neft kəmərinin yanındakı əraziyə, kənar şəxslərin olmadığı əraziyə aparmış, avtomobilin salonunda Zərərçəkmiş şəxs öpüb, cinsi ehtirasının təmin edilməsi məqsədilə bədəninin digər nahiyələrinə toxunduqdan sonra kişi cinsiyyət orqanını sonuncunun ağız boşluğuna daxil edib cinsi ehtirasını təmin edərək seksual xarakterli hərəkətlər etmişdir. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə onun arasında heç bir seksual xarakterli əlaqə olmamışdır. Almazla hər görüşdə ona bildirmişdir ki, ailəlildir və 2 övladı vardır. İbtidai istintaqda verdiyi ifadəsini isə polis əməkdaşlarının fiziki və psixoloji təzyiqləri nəticəsində yazdığnı bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, evin pəncərəsindən Almazın ona baxdığını görmüşdür. Almaz ilk dəfə ona “olar sizi 1 dəqiqə” demiş və oda “olar” demişdir. Daha sonra Almaz ondan xoşu gəldiyini və onunla tanış olmaq istədiyini bildirmişdir. O isə Almazdan yaşını soruşmuş, Almaz ona 11-ci sinifdə oxuduğunu bildirmişdir. Daha sonra Almaza evli olduğunu, ailəli olduğunu, Almazın qarşıda imtahanlarının gələcəyinin olduğunu ona bildirmişdir. Daha sonra isə özünə xəsarət yetirəcəyindən, intihar edəcəyindən qorxaraq onunla görüşmüşdür. Hər görüşdə bu sözləri ona bildirmişdir. Ona acıqlanmamış və ailəsinə məlumat verəcəyi ilə bağlı heçnə deməmişdir. 4-cü dəfə uşaqlarını hazırlığa qoyandan sonra Almaz avtomobilə əyləşmiş onunla söhbət etməyə başlamışdır. Ətrafda kiminsə görəcəyindən narahat olduğu üçün özü də avtomobilin arxasına keçmişdir. O, Almaza bir daha görüşmək istəmədiyini bildirmişdir. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Polis əməkdaşlarının verdiyi ifadənin yanlış olduğunu, maşının şüşələrində “Plyonka” olduğunu bildirmişdir. Almaz polislərə də 11-ci sinifdə olduğunu bildirmişdir. Dayandıqları yerin kənar ərazidə olmadığını, həmin ərazidən gediş-gəlişin olduğunu bildirmişdir. Polis əməkdaşları ona yaxınlaşdıqdan sonra xeyli miqdarda pul istəmiş, o isə günahı olmadığını bildirərək pul verməyəcəyini onlara bildirmişdir. İbtidai istintaqa vermiş olduğu ifadələri işgəncə və təzyiq nəticəsində vermişdir.Sonda himayəsində azyaşlı uşaqlarının olmasını, yaşlı-ana atasının olmasını, günahsız olduğunu nəzərə alıb ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndə X4 iştirakı ilə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Vasifi bir neçə dəfə yaşadığı evin qarşısında uşaqları həmin məhəllədə yerləşən hazırlığa düşürməsini görmüşdür. İlk öncə onun sürücü olduğunu düşünmüşdür. Daha sonra 2023-cü ilin iyul ayında yenidən yaşadığı evin balkonundan çölə baxarkən onu görmüşdür və Vasifin də ona baxmağı özündə maraq oyatmışdır. Aşağı düşərək Vasifin avtomobilə nəsə etdiyini görmüş və ona yaxınlaşaraq onunla gəlməsini istəmiş və ilk dəfə bu formada görüşmüşdür. Görüş əsnasında o özünü “İlkin” adı ilə təqdim etmişdir. Öz növbəsində Almaz da ona 11-ci sinifdə oxuduğunu bildirmişdir. Daha sonra onunla 3-4 dəfə görüşmüş və söhbət etdikdən sonra yenidən evinə qayıtmışdır. Bütün görüşlərdə Vasif özünün evli və uşaqlarının olduğunu bildirməyinə baxmayaraq onun Vasifdən xoşu gəlmiş və ümidlənmişdir. 23 fevral 2024-cü il tarixdə məktəbdən çıxan zaman Vasifi avtomobilinin məktəbin yaxınlığında saxladığını görmüş və onun avtomobilinə əyləşərək Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyinin arxasında olan boş sahəyə getmişdir. Hər ikisi avtomobilin arxasında oturub söhbət edən zaman polis maşını onların maşının arxasında saxlamışdır. Bu zaman bir polis əməkdaşı avtomobildən düşmüş və Vasifin olduğu tərəfə yaxınlaşmışdır. Daha sonra digər polis əməkdaşı da oraya gəlmişdir. Vasifdən şəsiyyət vəsiqəsini istəmişlər və o sürücülük vəsiqəsini təqdim edən zaman adını “İlkin” deyil Vasif olduğunu bilmişdir. Özünün yaşı soruşulduqda isə o, 11-ci sinifdə oxuduğunu polislərə bildirmişdir. Bundan sonra polislər onları polis bölməsinə aparmışdır. Burada onun 13 yaşı olduğu müəyyən edilmişdir. Hadisədən sonra Vasifin ona adını səhv deməsindən acığa düşmüş və əlavə olaraq qohumlarından biri istintaqda Vasifin cəzasının ağırlaşması üçün yalan ifadə verməsini ona bildirmişdir. O həm hirsləndiyi üçün həm də qohumunun sözünə baxaraq ibtidai istintaqda yalan ifadə vermişdir. Daha sonra üzləşdirmə zamanı onun döyüldüyünü görmüş, yazığı gəlmiş və ifadəsini dəyişdirmək istəsə də polisdən qorxduğu üçün heçnə deməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, ilk öncə Vasifə xoşu gəldiyini demək istəməsə də evdə valdeynləri olmadığı üçün cəsarətlənmiş ona yaxınlaşmışdır. Vasifin ona “buyur” deməsi ilə ümidlənmişdir. Söhbət əsnasında Vasif ona yaşını deməmişdir. Vasifin ona üz verməməsi, evli olduğunu bildirməsi onu sındırdı. Polisdə müstəntiq onlara bildirmişdir ki, yalan ifadə versəniz prokuror, məhkəmə sizin üstünüzə düşəcək ona görə də ifadəsini dəyişməmişdir. İndiyədək Vasifin ona barmağı belə dəyməmişdir. Avtomobildə əyləşəndə arxa tərəfdə oturmuşdur. Vasifin arxaya çönüb danışa bilmədiyi üçün özü də arxa oturacağa keçmişdir. Bütün görüşlərdə Vasif ona evli olduğunu bildirmişdir. Son görüşdə Vasif ona bir daha görüşmək istəməməsini bildirmişdir. Bütün görüşlərin 5 dəqiqə çəkdiyini bildirmişdir, Vasifdən mobil nömrəsini istəmiş Vasif ona telefon işlətmədiyini bildirmişdir. Avtomobilin ön hissəsi aydın şəkildə görünsə də arxa tərəfində “plyonkalar” vardı. Polis əməkdaşları tərəfindən ona və ailəsinə qarşı təzyiq olunmamışdır. Son görüşdə arxada ikisi də yenicə oturan zaman, Vasif ona hirslənən anda polislər gəlmişdir. Polislərdən biri avtomobildən düşmüş və Vasif oturduğu tərəfdən pəncərəni döymüşdür. Bu zaman Vasif heç bir qeyrietik formada deyildi. Daha sonra ifadəsini dəyişdirmək istəsə də polisdən qorxduğu üçün yenidən eyni ifadəni vermişdir. Son olaraq Vasiflə görüşdüyünü etiraf etsə də Vasifin ona heç bir seksual xarakterli hərəkətlər etmədiyini, hər görüşdə söhbət etdikdən sonra onun yanından ayrıldığını,Vasif tərəfindən ona qarşı hər hansı seksual xarakterli hərəkət olmadığını bildirmiş, ibtidai istintaqda yalan ifadə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. 2024-ci ilin fevral ayında işdən dönərkən evdə övladının evə gəlmədiyini öyrənmişdir. Məktəbdən maraqlansa da ona Almazın məktəbdən çıxdığını bildirmişdirlər. Almazı tapmadığı üçün həyat yoldaşı 102-ə məlumat vermişdir. Daha sonra polislər ona qızının polis şöbəsində olduğunu barədə onlara bölmədən zəng edilmişdir. Polis şöbəsinə gəldikdən sonra məlum hadisədən xəbəri olmuşdur. Qızının polis şöbəsində qəzəbli olduğundan yanlış ifadə verdiyini bildirmişdir.Daha sonra Vasif adını İlkin kimi qeyd etdiyindən Almaz ona hirsləndiyi üçün Vasifin əxlaqsız hərəkətlərə yol verdiyi barədə yalan məlumat verdiyini bilmişdir. Qeyd edir ki, Vasif onun qızına qarşı hər hansı əxlaqsız hərəkətə yol verməmişdir.Odur ki, Vasifdən şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nin 12-ci PB-nin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış onunla heç bir düşmənçiliyi, ədavəti yoxdur. 23 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində, “Gənclər Şəhərciyi” nin arxa tərəfində neft kəmərləri olan yerdə avtomobilin dayandığını görmüşlər və digər polis əməkdaşı Şahid2 ilə birlikdə avtomobilə yaxınlaşmışdır. Avtomobildən düşüb maşının pəncərəsindən içəri baxan zaman Vasifin cinsiyyət orqanının Almazın ağzında olduğunu görmüşdür. Daha sonra digər polis Şahid2 də avtomobildən düşüb ora yaxınlaşmışdır. Vasif avtomobildən düşmüş və gülərək onlara baxmışdır, o isə Vasifə şalvarının qabağını bağlamasını bildirmişdir. Hadisə təxminən saat 14:50 radələrində baş vermişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, hadisə vaxtı ətrafda heçkəs olmamışdır, avtomobilin arxa hissəsi aydın formada görünürdü. Avtomobilin bərabərində 1 metr məsafədə qalmış saxlamışlar və onlara yaxınlaşmışdır. Sonra onları Abşeron RPİ-nin Mehdiabad PB-nə aparmışdırlar. Bölmədə onlara məlumat verilmişdir ki, Almazı valdeyinləri axtarır və bununla bağlı məlumat daxil olmuşdur. Daha sonra Almazın valdeyinlərinə məlumat verilmişdir. Raport yazaraq növbətçi hissəyə təhvil vermişdir. Vasifin üzərində sənədi var idi, Almazın isə üzərində şəxsiyyətini təsdiq edən sənəd yox idi. Almazdan ad-soyadını soruşmuş, Almaz ona 2010-cu il təvəllüd olduğunu bildirmişdir. Hardan arlarında münasibət yaranmasını soruşmamışdır. Vasif ona uşaqlarını hazırlığa gətirən zaman aralarında tanışlıqlarının yarandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nin 12-ci PB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində bildirmişdir ki, ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış onunla heç bir düşmənçiliyi, ədavəti yoxdur. 23 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində, “Gənclər Şəhərciyi” nin arxa tərəfində neft kəmərləri olan yer yerdə ağ rəngdə “Pajero” markalı avtomobil dayandığını görmüşlər. Avtomobilə yaxınlaşan zaman hərəkət olduğunu görmüşlər. Düşüb baxan zaman Vasifin Almaza qarşı qeyri-etik seksual xarakterli hərəkətlər etdiyini görmüşdür. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ətrafda heçkəs olmamışdır. Xidmət apardıqları ərazi 1.5 km-dən artıq olduğu üçün rəhbərlik səviyyəsində mülki avtomobil ilə xidmət aparmaq icazələri vardır. Avtomobilin tərpənməsi onlara şübhəli gəlmişdir. İlk öncə Şahid1 avtomobildən düşmüş,sonra isə özü düşmüşdür. Avtomobil ilə aralarında 1 metr məsafə olmuşdur. Şüşədən içəri baxanda Təqsirləndirilən şəxs Almaza qarşı şiddət göstərdiyinin şahidi olmamışlar,lakin Almaza qarşı seksual xarakterli hərəkətlər etdiyinin şahidi olmuşlar. Daha sonra Vasif onları görmüş özünü yığışdırmağa çalışmış, şalvarının qabağını bağlaya-bağlaya gülərək onlara yaxınlaşmışdır. Daha sonra özlərini təqdim etmiş, nə səbəb avtomobilin burada dayandığını, ərazidə olan oğurluq faktları ilə məlumatlandırmış, maşında kimin olduğunu soruşsalar da Vasif müxtəlif bəhanələrlə suallardan yayınmağa çalışmışdır. Daha sonra Şahid1 onun avtomobilinə oturaraq, arxa tərəfdə də Almaz oturmaqla onları Abşeron RPİ-nin Mehdiabad PB-nə aparmışlar portal vasitəsilə onların şəxsiyyəti müəyyən edilmişdir. Bölmədə qızın valdeynlərinin itkin düşməsi barədə məlumatın daxil olması onlara bildirilmişdir. Aidiyyəti üzə raport yazaraq onları növbətçi hissəyə təhvil vermişlərdir. Valideynlərinə məlumat vermək onların işinin olmadığını, bunu təhqiqatın, sahəsi rəisinin, növbətçi hissənin işinin olduğunu bildirmişdir, öz işi ərazi üzrə post-patrul xidmətidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Sərhad oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Övladı evə gəlmədiyi üçün DİN 102 xidmətinə məlumat vermiş, daha sonra Mehdiabad PB-dən zəng gələrək hadisə ilə bağlı məlumat verilmişdir. Təqsirləndirilən şəxs yaşlı atası-anası olduğu üçün ondan şikayəti yoxdur. Qızının məhkəmə iclasında verdiyi ifadəni təsdiqləyərək onun ibtidai istintaqda qorxudan yalan ifadə verdiyini bildirmişdir. İlk öncə Almaz ona istintaqda verdiyi ifadənin düzgün olduğunu desə də sonradan qorxduğu üçün bu formada ifadə verdiyini bildirmişdir. Sonda yenə yaşlı atası anasına görə Vasifdən şikayətinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Tutma haqqında” 24 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 24 fevral 2024cü il tarixdə, saat 18:30-da Təqsirləndirilən şəxs CM-nin 152.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 24 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində Şahid4 təyin edilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” 24 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 24 fevral 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılmasından ötrü icraata götürülmüşdür. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 24 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-184/2024 saylı, 25 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X6 xx.xx.2024-cü il tarixli 81 nömrəli (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, 2010cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində hər hansı xəsarət və ya onun izi aşkar edilmədi, qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını göstərən əlamətlər aşkar edilmədi. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası” X6 xx.xx.2024-cü il tarixli, 547 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı psixi xəstəlikdən əzab çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəktələrini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükəsi müəyyən edilmədi. - Abşeron Rayon Məhkəməsinin 4(012)-443/2024 saylı, 23 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 02 ay müddətinə uzadılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 iyun 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası” X6 xx.xx.2024-cü il tarixli, 1219 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində ünsiyyətdən çəkinmək, etiraz etməyi bacarmaq, ola biləcək nəticələri düşünmədən davranmaq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, diqqət mərkəzində olmağa can atmaq və s. müəyyən edilir. onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik aşkar edilmədi. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. O iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Zərərçəkmiş şəxs baş verən hadisələri adekvat olaraq qavramaq, düzgün təsvir edərək bu barədə ifadə vermək qabiliyyətinə malikdir. - “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 04 iyul 2024-cü il tarixli qərarından görünür ki, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahid ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolu, ekspert rəyləri, həmçinin əhəmiyyət kəsb edən digər sənədlər iş materialları ilə ziddiyyət yaratmadığından sübut növü kimi qəbul edilmişdir. - Abşeron Rayon Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş “Tibbi Müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman şikayəti olmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-17/40/2-200/2025 saylı məktuba əlavə edilmiş 2088/2024 saylı məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs xəsarəti olmadığını bildirir. Baxış zamanı dəri səthində aşkar edilmiş çapıq: Sağ qaş nahiyəsində köhnə çapıq toxuması. Hal hazırda şikayəti yoxdur. Müayinə zamanı kəskin patologiya aşkar edilmədi. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs tutularkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən fiziki,psixoloji təzyiq və işgəncələrə məruz qalmasını bildirməsi ilə bağlı Abşeron Rayon Məhkəməsinin məlumatı əsasında aparılmış araşdırma zamanı polis əməkdaşlarının qanunsuz hərəkətlərə yol verməsi halları təsdiqini tapmadığından 03 oktyabr 2024-cü il tarixdə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş,lakin polis əməkdaşlarının ondan 5000 manat pul istəmələri ilə əlaqədar araşdırma davam etdirilməsi üçün Prokurorluqda istintaqa nəzarət idarəsinə göndərilmişdir. - Abşeron Rayon Prokurorluğunun 14 oktyabr 2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş 14 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı cinayət məsuliyyətindən azad olunması üçün polis əməkdaşlarının ondan 5000 manat istəmələri barədə Təqsirləndirilən şəxs izahatında göstərilən xüsusatlar material üzrə toplanmış sənədlərlə öz təsdiqini tapmadığından, toplanmış material üzrə cinayət işinin başlanması cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxs barəsində cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə törədildikdə cinayət məsuliyyətini müəyyən edir. Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inam görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsinin dəlillərini əsaslı hesab etmir, təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair gətirdiyi dəlilləri müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsini işgəncə və təzyiq nəticəsində verdiyini bildirsə də, araşdırma nəticəsində təqsirləndirilən şəxsin işgəncə və təzyiqə məruz qalmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla belə, təqsirləndirilən şəxsin işgəncəyə məruz qalması faktının araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirə orqan olan prokurorluğa məlumat verilmiş, və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Abşeron RPİ-nin əməkdaşlarının əməlində qanunsuz hərəkətlərə yol verməsi habelə ondan məsuliyyətdən azad olunmaq üçün 5000 manat istənilməsi faktı öz əksini tapmadığından öz əksini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında bildirdiyi xüsusatları müqayisə edərək təqsirləndirilən şəxsin məhkəmə iclasında özünü təqsirli bilməməsi, əməlin polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi zorakılıq gücü ilə boynuna qoyulması, ifadəsini təzyiq altında verməsi ilə bağlı dediklərini qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi hallarla bağlı onun vəkillə konfidensial görüşündə və ya müvafiq orqanlara şikayətlə müraciət etməmişdir. Əksinə iş materiallarından da müəyyən edilir ki, o, müdafiəçinin iştirakı ilə verdiyi ifadələrdə, təqsirini etiraf etmişdir. Əməli törətməsini şübhə altına alan hallar müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin azyaşlı olduğunu bilmədiyi barədə ifadəsinə münasibətdə qeyd edir ki, zərərçəkmiş şəxsin fizioloji göstəriciləri onun azyaşlı olduğunu bilməyə kifayət qədər əsas verirdi, bunu təqsirləndirilən şəxs bilməyə bilməzdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Bundan başqa cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ibtidai istintaq müddətində dəfələrlə dindirilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər etdiyini tam təfərrüatı ilə qeyd etmiş, lakin məhkəmə istintaq zamanı isə zərərçəkmiş şəxs Əliyeva X2 ona adını səhv deməsi və yaxın qohumunun Vasifin cəzasını ağırlaşdırmaq üçün onun əlyehinə ifadə verməsini bildirməsi ilə Vasifin ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirmiş, əslində isə bütün dediklərinin yalan olduğunu aralarında heç nə olmadığını bildirərək, ibtidai istintaqa verdiyi ifadəsini təkzib etmişdir. Zərəçəkmiş şəxsin məhkəmə psixiatrik ekspertizası zamanı onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik aşkar edilməmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ibtidai istintaqa ünvanlandığı teleqramada zərərçəkmişin polislərdən və valideynlərindən qorxduğu üçün yalan ifadə verərək təqsirləndirilən şəxsin əxlaqsız hərəkətlərə yol verdiyini bildirmiş, məhkəmə iclasında verdiyi fadəsində isə zərərçəkmişin Vasifin adını səhv dediyi üçün ona əsəbləşərək ibtidai istintaqa o cür ifadə verdiyini bildirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, zərərçəkmiş tərəfin hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin ibtidai istintaqa verdikləri ifadədən fərqli ifadələri təqsiləndirilən şəxslə barışığa gəlinməsinin nəticəsi kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadələri arasındakı ziddiyətləri “ağlabatan” şəkildə izah edə bilməmişlər. Lakin məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və Şahid2 hadisəni təfərrüatı ilə bildirərək, ibtidai istintaqa verdikləri ifadələrini təsdiq etmişlər. Həmin şahidlərin ifadələrinin mötəbərliliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsasların olmaması müəyyən edilməmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlə etməsi sübuta yetirilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində 2 azyaşlı övladının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, himayəsində 2 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ağırlaşdırıcı halların olmaması, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 24 fevral 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinərək 03(üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 24 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia, ekspertiza xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar