Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-271/2020 27.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, subay, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, ev 135-də qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixdən həbsdə saxlanılan X1 Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2018-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən vaqon tipli ərzaq mağazasının qapısının kilidini dəmir linglə sındırmaqla mağazaya qanunsuz daxil olub kassadan 90 manat nəğd pulu, vitrindən 18 manat dəyərində “Supersun” markalı dəmir qutularda qablaşdırılmış konservləşdirilmiş mal ətlərini (qovryadina), 320 manat dəyərində müxtəlif çeşidli siqaretləri, hər birinin dəyəri 9 manat olan ümumi 45 manat dəyərində 5 ədəd “Xan” araqlarını, hər birinin dəyəri 1,11 manat olan ümumi 20 manat dəyərində 18 ədəd “Əfsanə” markalı pivəni, 18 manat dəyərində sosisləri oğurlayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 511 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan əlavə X3 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2018-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən vaqon tipli ərzaq mağazasına qapının kilidini dəmir parçası ilə sındırmaqla qanunsuz daxil olub vitrindən 100 manat dəyərində “Kent 8” markalı siqareti, 70 manat dəyərində “Vinston” markalı siqareti, 90 manat dəyərində “Vinçester” markalı siqareti, hər blokunun dəyəri 12 manat olan ümumi 60 manat dəyərində 4 blok “Pall Mall” markalı siqareti, hər blokunun dəyəri 15 manat olan ümumi 45 manat dəyərində 3 blok “Vikeroy” markalı siqareti, hər blokunun dəyəri 10 manat olan ümumi 60 manat dəyərində 6 blok “N7” markalı siqareti, 25 manat dəyərində “LD” markalı siqareti, 25 manat dəyərində “Əfsanə” markalı pivəni, hər birinin dəyəri 4 manat olan ümumi 20 manat dəyərində 5 ədəd “Ayı pəncəsi” markalı spirtli içkini, hər birinin dəyəri 5 manat olan ümumi 55 manat dəyərində 11 ədəd “Dubrovka” markalı spirtli içkini, 20 manat dəyərində kolbasa məmulatları, 20 manat dəyərində sosis məmulatları və kassada olan 260 manat məbləğində nəğd pulu oğurlayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 850 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa X3 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2019-cu il tarixdə saat 18 radələrində Abşeron rayonu, “Medkalon” adlanan ərazidə yerləşən “Qardaşlar” kafesində işləyən Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 890 manat dəyərində “Samsunq A3” markalı “SM-A320F” markalı mobil telefonu masanın üzərindən oğurlayıb, Zərərçəkmiş şəxs2 maddi ziyan vurmuşdur. Bundan başqa X3 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2019-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evinin pəncərəsini açmaqla evə qanunsuz daxil olub qonaq otağında masanın üzərində olan bir ədəd 250 manat dəyərində “Lenovo G-560” markalı kompyuteri, paltar dolabından bir ədəd 200 manat dəyərində “Orient” markalı kişi qol saatını, 250 manat dəyərində 6 qram çəkidə 585 əyarlı klonu ilə birlikdə qızıl boyunbağını, habelə onun mühüm şəxsi sənədi olan əmək haqqı kartını, atası Hüsən Quliyevin mühm şəxsi sənədi olan veteran kartını və dövlət tərəfindən məcburi köçkünlərə verilmiş yardım kartını oğurlayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 700 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa X3 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 04:30 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə dəmir hasardan aşmaqla qanunsuz daxil olmuş, həyətdə olan əl bamından bir ədəd 150 manat dəyərində “Bosch” markalı dreli, bir ədəd 300 manat dəyərində “Bosch” markalı böyük laqondanı, bir ədəd 180 manat dəyərində “Bosch” markalı kiçik laqondanı, bir ədəd 150 manat dəyərində “Bosch” markalı lobziki, bir ədəd 350 manat dəyərində “Bosch” markalı qaynaq aparatını, hər metrinin dəyəri 70 qəpik olan ümumi 21 manat dəyərində 30 metr uzunluğunda 4-lük elektrik naqilini, ümumilikdə 1151 manat dəyərində əmlakı oğurlayıb, Zərərçəkmiş şəxs3 maddi ziyan vurmuşdur. Bundan başqa X3 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən vaqon tipli ərzaq mağazasının qapısının qıfılını armatur parçası ilə sındıraraq mağazaya qanunsuz daxil olmuş, mağazadan 60 manat dəyərində bir blok “Kent” markalı siqareti, hər blokunun dəyəri 25 manat olan ümumi 50 manat dəyərində 2 blok “Vinston” markalı siqareti,hər blokunun dəyəri 20 manat olan ümumi 120 manat dəyərində 6 blok “Vinçester” markalı siqareti, hər blokunun dəyəri 12,5 manat olan ümumi 75 manat dəyərində “Pall Mall” markalı siqareti, hər blokunun dəyəri 20 manat olan ümumi 40 manat dəyərində 2 blok “Viceroy” markalı siqareti, hər birinin dəyəri 7 manat olan ümumi 14 manat dəyərində 2 ədəd spirtli içkini və kassadan 210 manat məbləğində nəğd pulu oğurlayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 569 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayının əvvəllərində dəqiq tarixi bilmir, yaşadığı Quşçuluq yaşayış massivində yerləşən evindən çıxıb həmin ərazinin yaxınlığında yerləşən Medkalon adlanan ərazidə yerləşən çayxanaya çay içmək üçün gəlmiş, təxminən saat 14 radələri olmuş, çayxanaya daxil olub orta cərgədə olan stolların birində əyləşərək çay sifariş vermişdir. Stolda əyləşərkən qarşısında bir ədəd qara rəngli Samsunq markalı mobil telefonun olduğunu görmüş, çay sifariş verdikdən sonra təxminən 10-15 dəqiqə çrzində çay içmiş, çay sifariş verdiyi şəxsə içdiyi çayın pulunu verdikdən sonra çayxanadan çıxarkən stolun üstünə qoyulmuş bir ədəd qara rəngli Samsunq markalı mobil telefonu stolun üstündən götürüb çıxmışdır. Mobil telefonu stoldan götürərkən ətrafına əvvəlcədən nəzər salmış və onun telefonu götürəcəyinə kimsənin görməyəcəyinə əmin olmuşdur. Buna görə də telefonu gizli götürüb çayxanadan çıxdıqdan sonra həmin telefonun üzərindəki nömrəni çıxarıb tullamış və özünə məxsus nar mobil nömrəni telefonun üzərinə qoyub işlətməyə başlamışdır. Təxminən 15 gün ərzində həmin mobil telefonu işlətdikdən sonra pulu olmadığı üçün onu satmaq qərarına gəlmiş, həmin ərəfədə tanışı Şirxan onun istifadəsində olan həmin Samsunq markalı A3 modelli mobil telefonu görmüş və həmin telefonu ondan almaq istədiyini demişdir. Buna görə də telefonu satmaq istədiyinisonuncuya bildirmiş, bundan sonra tanışı Babəklə birlikdə Şirxanın işlədiyi AAAF park yaşayış kompleksinə getmiş, orada telefonu Şirxana təklif etmiş və onlar 170 manata onunla razılaşmışlar. Bundan sonra Şirxan ona 50 manat pul vermiş, onun istifadəsində olan İphone markalı mobil telefonu 50 manata almış, qalan 70 manatı isə Şirxan ona bir ay ərzində hissə-hissə ödəyəcəyinə söz vermiş, buna görə də bir ay ərzində pulu ondan almış, telefonu satdıqdan sonra əldə etdiyi pulu öz tələbatı üçün xərcləmişdir. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə saat 01 radələrində Abşeron rayonu, Quşçuluq yaşayış massivində yerləşən vaqon tipli mağazadan oğurluq etməyi qərara almışdır. Belə ki, mağazaya çatdıqda qapının qıfılla bağlı olduğunu görmüş, belə olduqda yerdən tapdığı armatur parçasını götürmüş və mağazanın qapısını sındırmışdır. Bundan sonra mağazanın qapısını açıb içəri daxil olmuş, mağazada sol tərəfdə olan vitrindən çoxlu sayda müxtəlif markalı və çeşidli siqaretləri götürmüş və mağazanı tərk edib getmiş, sonradan mağazadan oğurladığı siqaretləri satmış və pulunu şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa xx xxxxxx 2019cu il tarixdə gecə radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisinə gəzmiş və oğurluq etməka üçün münasib yer axtarmışdır. Qaçaq Nəbi küçəsi ilə gəzişərkən alçaq dəmirdən hasarı olan fərdi həyətin olduğunu görmüş və hasardan həyətə baxmışdır. Həyətdə əl damı olduğunu görüb oradan oğurluq etməyi qərara almış, təxminən saat 04:30 radələri olmuş, evin qapısı bağlı və işıqları sönülü olduğu üçün ev sahibinin yatdığını başa düşmüşdür. Buna görə də evin həyətinə dəmir hasardan tullanmış və əl damına yaxınlaşıb qapısını açaraq içəri girmişdir. Əl damında drel, laqondalar, lobzik, qaynaq aparatı və elektrik naqili olduğunu görüb onları bir ədəd torbaya yığmış və həyətə girdiyi yerdən daşıyaraq küçəyə qoymuşdur. Sonra həmin həyətdən çıxıb oradan götürdüyü əşyaları yaşadığı evə aparmış, həmin əşyalar işlənmiş olduğu üçün onları səhəri günü Yasamal bazarında tanımadığı şəxslərə satmış və 240 manat pul əldə etmiş, həmin pulu da şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa 2019cu ilin oktyabr ayının 13-də gecə saat 23-24 radələrində yaşadığı Quşçuluq yaşayış massivində olarkən oğurluq etməyi qərara almışdır. Həmin vaxtı fərdi yaşayış evlərinin yanından keçərkən orada olan bir fərdi ev nəzərimi cəlb etmiş, ətrafa baxıb kimsənin olmadığına əmin olduqdan sonra həyətə daxil olmuş, həyətdə olan fərdi evin pəncərəsinə tərəf gəlmiş və pəncərəni əli ilə itələyib açaraq içəri daxil olmuş, evin içərisində olan şkafın çəkəcəyini çəkib orada bir neçə üzük, şəxsiyyət vəsiqəsi, əmək haqqı kartı olduğunu görmüş, həmin vaxtı üzüklərin bijuteriya olduğunu bilib onlara toxunmamış, orada olan əmək haqqı kartını və bir ədəd Lenovo markalı kompyuteri götürmüşdür. Evdən çıxıb getdikdən sonra əmək haqqı kartını bankomata salmış, lakin kartdan pul çıxara bilmədiyi üçün tullamışdır. Oğurladığı Lenovo markalı kompyuteri isə xx xxxxxxx 2019-cu il tarixdə Sabunçu rayonu Rus bazarında tanımadığı şəxsə 30 manata satmış, əldə etdiyi pulu isə şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Quşçuluq yaşayış massivində yerləşən vaqon tipli mağazadan oğurluq etməyi qərara almışdır. Belə ki, mağazaya çatdıqda qapının qıfılla bağlı olduğunu görmüş, belə olduqda dəmir linglə mağazanın qapısının qıfılını sındırmışdır. Bundan sonra mağazanın qapısını açıb içəri daxil olmuş, mağazada sol tərəfdə olan vitrində 90 manat pul olmuş, həmin pulu götürmüş, sonra vitrində olan qovryadinaları, müxtəlif markalı siqaretləri, araqları və pivələri torbaya yığıb mağazadan çıxmış və oradan birbaşa evinə gəlmiş,oğurladığı araqları, pivələri və siqaretləri özü istifadə etmiş, oğurladığı pulu isə şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa xx xxxx 2018-ci il tarixdə gecə saat 02 radələrində Abşeron rayonu, Quşçuluq yaşayış massivində yerləşən vaqon tipli mağazadan yenidən oğurluq etməyi qərara almışdır. Belə ki, mağazaya çatdıqda qapının üzərindəki dəmir barmaqlığın qıfılla bağlı olduğunu görmüş, belə olduqda dəmir parçası ilə mağazanın qapısının qıfılını sındırmış Bundan sonra mağazanın qapısını açıb içəri daxil olmuş, mağazada olan vitrində çoxlu sayda müxlətif çeşidli siqaretlər və spirtli içkilər olmuş, həmin siqaretləri, araqları, o cümlədən mağazada olan təxminən 150-200 manat nəğd pulu götürmüş və mağazanı tərk edib getmişdir. Sonradan mağazadan oğurladığı siqaretləri satmış və əldə pulu şəxsi tələbatı üçün xərcləmiş, həmçinin oğurladığı pulları da xərcləmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Quşçuluq yaşayış massivində mağaza işlədib ailəsinə çörək pulu qazanmaqla məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə səhər radələrində mağazasına gəldikdə görmüşdür ki, mağazanın giriş qapısı açıq vəziyyətdədir. Bundan sonra mağazanın içərisinə baxdıqda məlum olmuşdur ki, oradan bir blok 60 manat dəyərində Kent markalı siqaret, 2 blok 50 manat dəyərində Vinston markalı siqaret, 6 blok 120 manat dəyərində Vinçester markalı siqaret,6 blok 75 manat dəyərində Pal Mall markalı siqaret, 2 blok 40 manat dəyərində Vikeroy markalı siqaret, 2 ədəd 14 manat dəyərində spirtli içki, 210 manat məbləğində nəğd pul oğurlanmışdır və baş vermiş oğurluq nəticəsində ona 569 manat dəyərində maddi ziyan dəymişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə axşam saat 20 radələrində mağazasını bağlayıb evinə getmiş, xx xxxxxx 2018-ci il tarixdə səhər saat 09 radələrində mağazanı gəlib açmaq istədikdə qapının qıfılının şahidi olmuş, mağaza girdikdə oradan 90 manat nəğd pulun, 18 manat dəyərində Supersun markalı qovryadinaların, 320 manat dəyərində müxtəlif siqaret məhsullarının 45 manat dəyərində 5 ədəd Xan arağının, 18 ədəd 20 manat dəyərində Əfsanə pivələrinin və 18 manat dəyərində sosislərin oğurlandığının şahidi olmuş, baş vermiş oğurluq nəticəsində ona 511 manat dəyərində maddi ziyan dəymişdir. Bundan başqa xx xxxx 2018-ci il tarixdə axşam saat 01 radələrində mağazasını bağlayıb evinə getmiş, xx xxxx 2018-ci il tarixdə səhər saat 07 radələrində mağazanı gəlib açmaq istədikdə qapının üzərindəki dəmir barmaqlığın sındırıldığının şahidi olmuş, mağazaya girdikdə oradan 260 manat nəğd pulun, ümumilikdə 450 manat dəyərində müxtəif sayda və çeşiddə siqaretlərin, 100 manat dəyərində spirtli içkilərin, 20 manat dəyərində kolbasa məmulatının və 20 manat dəyərində sisis məmulatlarının oğurlandığının şahidi olmuş, baş vermiş oğurluq nəticəsində ona 850 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, 2017-ci ildə özünə Samsunq A3 markalı mobil telefonu 890 manata almış və istifadə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə günorta radələrində Xırdalan şəhəri, Medkalon ərazisində yerləşən Qardaşlar kafesində olarkən istifadəsində olan Samsunq A3 markalı mobil telefonu stolun üstünə qoymuş, lakin üstündən bir qədər keçdikdən sonra həmin mobil telefonu stolun üstündə aşkar etməmişdir. İstifadəsində olan mobil telefonun hansı şəraitdə və kim tərəfindən oğurlanmasından xəbəri olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, yaşadığı fərdi evin həyətində əl damı yerləşir və həyat yoldaşı ev əşyalarını, həmçinin əl diləklərini həmin əl damında saxlayır. xx xxxxxx 2019-cu il tarixdə ailə üzvləri ilə birlikdə yaşadığı evdə olmuş, gecə saat 03 radələrinədək oyaq olmuşlar. Həmin radələrdə evin işıqlarını söndürüb yatmış, həmin günü hava yağışlı olmuşdur. Səhər tezdən saat 09 radələrində evin damından şiferin arasından su gəldiyi üçün yoldaşı ilə əlaqə saxlamış, yoldaşı həmin vaxtı rayonda olmuşdur. Yoldaşı ona laqonda ilə dəmir parçası kəsib şiferin altına qoymağı təklif etmiş, belə olduqda oğlu həyətdəki əl damına keçmiş və laqondanın orada olmadığını görmüşdür. Belə olduqda oğluna digər əl diləklərinin yerində olub-olmadığını oğlundan soruşmuş, oğlu əl damına baxdıqda digər diləklərin yəni, bir ədəd Bosch markalı drelin,bir ədəd Bosch markalı böyük laqondanın,bir ədəd Bosch markalı kiçik laqondanın,bir ədəd Bosch markalılobzikin, bir ədəd Bosch markalı qaynaq aparatının və 30 metr uzunluğunda 4-lük elekrik naqilinin yerində olmadığını görmüş və oğurlandığını başa düşmüş, baş vermiş oğurluq nəticəsində ona 1151 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə günorta radələrində yaşadığı evin qapısını bağlayıb atasıgilə getmiş və həmin gecəni orada qalmışdır. Səhəri günü, yəni xx xxxxxxx 2019-cu il tarixdə səhər radələrində paltarlarını götürmək üçün evinə getmiş, həyətə daxil olduqda evin pəncərəsinin açıq vəziyyətdə olduğunu və setkasının isə yerdə olduğunu görmüş, bundan sonra evin qapısını açıb içəri daxil olmuş və evə nəzər saldıqda oradan bir ədəd Lenovo markalı kompyuterin, paltar şkafında saxladığı bir ədəd 5 qram çəkidə boyunbağının, bir ədəd Orient markalı qol saatının, özünə məxsus əmək haqqı kartının, veteran kartının və yardım kartının yerində olmadığını görmüş, oğurlanmış kartların içərisində pul olmamış, yalnız əmək haqqı kartında 25 manat pul olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayında tanışı Vidadi ona zənn etmiş və istifadəsi olan mobil telefonu satmaq istədiyini bildirmiş, telefonun markalı və qiyməti barədə maraqlandıqda Vidadi telefonun Samsunq A3 markalı olduğunu və 300 manata satdığını bildirmiş, o həmin telefonun təzəsinin 400 manat olduğunu bildirmiş, bundan sonra Vidadi onun işlədiyi Xırdalan şəhərindəki AAAF park yaşayış kompleksinə gəlmiş, o, telefonun kimə məxsus olduğunu bildirdikdə Vidadi telefonun tanışına məxsus olduğunu ona bildirmişdir. Həmin telefonun karopkasını istəmiş, Vidadi isə 3 günə karopkanı gətirəcəyini demiş və telefonu 220 manata razılaşmışlar. Bundan sonra istifadəsində olan İphone markalı mobil telefonu vermiş və üstündə 170 manat pul verib həmin telefonu almağı razılaşmış, sonradan həmin telefonun pulunu Vidadinin ailəsinə hissə-hissə ödəmişdir. Lakin sonradan həmin telefon əlindən yerə düşərək sınmış və ekranı yararsız vəziyyətə düşmüş, araşdırma dövründə qeyd olunan telefonu könüllü olaraq istintaqa təqdim etmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən göstərmişdir ki, Təqsirləndirilən şəxs onun məhəllə uşağıdır və aralarında normal münasibət vardır. 2019cu ilin fevral ayında Vidadi ilə söhbət əsnasında sonuncu ona istifadəsində olan mobil telefonu Şirxana satmaq istədiyini bildirmiş, bundan sonra Vidadi ilə birlikdə AAAF parka Şirxanın iş yerinə getmişlər. Orada söhbət zamanı Şirxan Vidadidən telefonun oğurluq olub-olmadığı barədə maraqlanmış, Vidadi isə telefonun oğurluq olmadığını Şirxana bildirmişdir. Bundan sonra Vidadi istifadəsində olan Samsunq A3 markalı mobil telefonu Şirxana vermiş, sonuncu isə öz istifadəsində olmuş mobil telefonu və pulu Vidadiyə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış xx xxxx 2019-cu il tarixli, 15818 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, bir ədəd Samsunq markalı, SM-A320F modelli mobil telefonun ehtiyyat hissəsi kimi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə olan orta bazar qiyməti təxminən 20 manat müəyyən olunur. Mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, bir ədəd Kent markalı siqaret 3 manat, bir ədəd Vinston markalı siqaret 1,25 manat, bir ədəd Vinçester markalı siqaret 1 manat, bir ədəd Pall Mall markalı siqaret 1 manat, bir ədəd Viceroy markalı siqaret 1 manat, bir ədəd Bocsh markalı drel 150 manat, bir ədəd Bocsh markalı laqonda 180 manat və bir ədəd Bocsh markalı qaynaq aparatı 350 manat təşkil edir. xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, X3 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Abşeron rayon polis İdarəsinin xx.xx.2019-cu il tarixli tutma protokolundan görünür ki, X3 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X3 xx.xx.2019-cu il tarixdə Abşeron rayon Pİ-nin MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə məhkəmə istintaqından yayındığına görə X3 barəsində həbs qətimkan tədbiri seçilmiş və iş üzrə icraat dayandırılmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2020-ci il tarixli xx/xx-3438 saylı məktubundan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 1 ədəd qara rəngli Samsunq markalı, SM-A320F modelli mobil telefon maddi sübut kimi tanınaraq, saxlanılması üçün sahibinə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı X1 göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə X2 cəza təyini zamanı səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. X1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, X1 ilk dəfə az ağır cinayətlər törətməsini, onun törətdiyi cinayətlərin xarakterini, onun cinayət törədildikdən sonrakı davranışını, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 326.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X1 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən X3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qara rəngli Samsunq markalı, SM-A320F modelli mobil telefon ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 oğluna və Zərərçəkmiş şəxs4 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: X3 Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar tam toplanılaraq X3 qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X1 xx.xx.2019-cu tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qara rəngli Samsunq markalı, SM-A320F modelli mobil telefon ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 oğluna və Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-271/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-271/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver