Məhkəmə qərarları › İş №1(012)-271/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-271/2021

23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-271/2021 23.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs Tərxan oğlunun və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Tərxan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Belə ki, 16.09.2020-ci il tarixdə saat 17 radələrində Ağayev X5 rayonu Xırdalan şəhəri 120 nömrəli marşrutun dayanacağının yaxınlığında dayanmış Şahid idarə etdiyi Mitsubish Lancer markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda keçmiş arvadı Zərərçəkmiş şəxs ilə məişət münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyəsinə yumruqla vurub saçından tutaraq yerə yıxıb sonuncuya qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, ənsə və sol təpə nahiyələrinin yumşaq toxumalarının əzilməsindən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Tərxan oğlu ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. O, Samirə ilə 2007-ci ildə ailə həyatı qurmuş, birgə nigahdan bir övladları var. 2019-cu ildə isə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə onların nigahı pozulsa da, o, Xırdalan şəhərində atasının ona aldığı evdə Samirə ilə birlikdə yaşamağa başlamışdır. Mütəmadi olaraq Samirə onunla yaşadığı evdə mübahisə etmiş və ona evindən çıxıb getməsini bildirmiş, onun isə yaşamağa yeri olmadığı üçün getməmiş, buna görə də aralarında söz-söhbət olmuşdur. 16.09.2020-ci il tarixdə saat 17 radələrində o, Xırdalan şəhərində Göyçə marketin yaxınlığında tək dayanan zaman Samirənin bibisi oğlu Nailin avtomaşını ilə gedərkən onu yolda görüb onu yanına çağırmış, o, da Samirəyə yaxınlaşarkən ona evindən çıxmasını bildirdikdə evdən çıxmayacağını demiş, sonra isə onlar maşını sürüb getmiş, o, isə öz işinin arxasınca getmiş, həmin vaxt o, Samirəni döyməmiş və bibisi oğlunun maşınına təpik vurmamışdır. Samirə ona böhtan atır. Samirə ilə aralarında baş vermiş mübahisə Xırdalan şəhərində Göyçə marketin yaxınlığında maşının içərisində təxminən 6-7 dəqiqə davam etmiş, həmin vaxtı orada Samirənin bibisi oğlu Naildən başqa heç kim olmamışdır. Mübahisə zamanı onu heç kim döyməmiş, xəsarəti yoxdur, MTE-dan müayinədən keçmək istəməmişdir. Dinarın şəxiyyəti və harda yaşaması barədə heç bir məlumatı yoxdur, 25.09.2020-ci il tarixdə özünü pis hiss etdiyi üçün evinə gedərkən Dinar onu yolda görüb kömək etmək məqsədi ilə evinə gətirmiş, oda Dinara getməməyini, evdə tək olduğunu, indi evə baxmağa gələn olacağını, onlarla danışmasını xahiş etmişdir. Həmin vaxt Samirə evə gəlmiş, Dinarı evdə görüb onunla Dinarın üstündə mübahisə etmiş və bu şəxsin kim olduğunu, onu evə niyə gətirdiyini soruşmuş, həmin vaxt Dinarı Samirə əli ilə itələyib çölə çıxardarkən Dinar ona «sən əlini çək özüm gedirəm» deyid əli ilə Samirəni itələmişdir. O, Samirənin bibisi oğlunun maşınının qapısına təpik vurmamış ancaq, əli ilə örtmüşdür. Dinarın narkotik vasitə qəbul edib etmədiyini bilmir, ancaq, o, narkotik vasitə qəbul etmir. Samirə bu barədə ona böhtan atır. Samirə ilə aralarında əvvəllər mübahisə olmasa da, 2020-ci ilin sentyabr ayında bir neçə dəfə aralarında mübahisə olmuş və Samirəni vurduğu üçün onun barəsində RPİ-nin TŞ-nə müraciət etmişdir. Sonda o, təqsirinin olmamasını əsas gətirərək bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. O, Ruslanla 2007-ci ildə ailə həyatı qurmuş, birgə nigahdan bir azyaşlı övladı var. Ruslan narkotik vasitələrin aludəçisidir. Bu səbəbdən də mütəmadi olaraq Ruslan onunla yaşadığı evdə mübahisə etmiş, o, da bu səbəbdən 2018-ci ildə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qərarı ilə aralarında olan nigah pozulmuş, bundan sonra o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən evlərində öz övladıyla birlikdə yaşamış, onlar rəsmi qaydada ayrılsalar da Ruslan da onunla bərabər həmin evdə yaşayır. Ruslan onu bir neçə dəfə döyüb ölümlə hədələmiş, o, bu barədə Abşeron RPİ-nə gedib ərizə ilə müraciət etmiş, sonuncu dəfə 16.09.2020-ci il tarixdə saat 17 radələrində Xırdalan şəhərində 120 nömrəli maşurutun dayanacağının yaxınlığında bibisi oğlu X3 avtomobili ilə evə gedən zaman Ruslan onu bibisi oğlunun maşınında əyləşdiyini kənardan görüb maşına əl edib saxlatmış və maşına yaxınlaşaraq maşına təpik vurub qəflətən maşının arxa qapısını açıb arxa oturacağa əyləşmiş, Ruslan maşının içərisində onun saçını yolaraq başına bir neçə dəfə yumruqla vurmuş, o, həmin vaxt onun əlindən qaçmaq üçün maşından düşmüş, bu zaman Ruslan onun ardınca gəlib onu saçından tutaraq sürümüş və o, yerə yıxılmışdır. Bundan sonra Ruslan qaçıb getmiş, o, isə bibisi oğlunun avtomaşınına minib Xırdalan şəhərindəki evinə gəlib anasını götürmüş, Biləcəri qəsəbəsində yerləşən anası evinə getmişdir. O, həmin gün ilk tibbi yardım almaq üçün təcili tibbi yardıma müraciət etmiş, bundan sonra isə bu barədə RPİ-nə ərizə də yazmışdır. Əlavə olaraq o, maşında mübahisə zamanı bibisi oğlu Naildən başqa heç kimin olmadığını, maşından düşdükdən sonra Ruslan saçından tutub onu yerə yıxan zamanı isə yenə yanında bibisi oğlu Nailin olduğunu, Nailin isə onları aralaşdırdığını, mübahisənin təxminən maşında 15 dəqiqə yerdə isə təxminən 10 dəqiqəyə yaxın davam etdiyini, mübahisə zamanı Ruslanın əlində evin açarı olduğunu, həmin açarla da onun başına vurduğunu, o, isə Ruslanı vurmadığını, ona heç bir xəsarət yetirmədiyini bildirdi. Ruslanla onun arasında baş vermiş mübahisənin səbəbi Ruslanın onu evinə buraxmamağı və mütəmadi olaraq narkotik aludəçisi olan dostu X4 onun evinə gətirməyi olmuşdur. O, Ruslana dəfələrlə Dinardan uzaq durmağı, onun narkotik istifadəçisi olduğunu demişdir. Dinar da yaşadığı evdə bundan əvvəl onu döymüşdür. O da bu barədə RPİ-nə ərizə ilə müraciət etmişdir. Sonda o, Təqsirləndirilən şəxs Tərxan oğlundan şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, ona dayısı qızı Samirə 16.09.2020-ci il tarixdə saat 16:30 radələrində onun telefonuna zəng vurub Xırdalan şəhərində yerləşən evinə baxmaq üçün onu ora aparmağı xahiş etmiş, o, da taksi fəaliyyəti ilə məşğul olduğu üçün müştərini ünvana çatdırdıqdan sonra dayısı qızı Samirəni Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən evindən götürüb onu Xırdalan şəhərində yerləşən evinə apararkən onlar Xırdalan şəhərində Göyçə marketin yaxınlığında tıxacda olan zaman Samirə ona maşını tez sürməsini demiş, o, isə nə baş verdiyini ondan soruşduqda əri Ruslanın onun üstünə gəldiyini demiş, o ətrafa nəzər saldıqda Samirənin əri Ruslanın sol tərəfdən tək piyada onun maşınına tərəf gəldiyini görmüş, həmin vaxt Ruslan ona maşını saxlamaq üçün əli ilə işarə etmiş, o, maşını saxlayan zaman Ruslan qəflətən maşının sol arxa qapısını açıb salona əyləşmiş, bu zaman o, maşında Ruslan keçmiş arvadı yəni, onun dayısı qızı Samirəni yumruq və əlindəki açarla onun başına bir neçə dəfə vuraraq döydüyünü görmüş, o, isə bunu görüb maşından düşüb arxa qapını açaraq Ruslanın əynindəki paltardan tutub onu maşında yerə düşürtmüş, Samirə maşının sağ qapısından artıq yerə düşmüş, o, isə Ruslana «gözlə maşını kənara çəkim səninlə işim var»-demiş, onun maşınına mindiyini görüb Ruslan Samirəyə tərəf gedərək qəflətən onun saçından tutaraq yolmuş, o, maşından düşüb Samirəyə tərəf gəlmiş, onu maşına otuzduraraq «ayıbdı gəl otur maşına evə gedək»demiş,. Samirə isə gəlib maşına əyləşmiş, o, Samirəni evinə aparmışdır. Əlavə olaraq o, Samirəni Ruslan onun avtomobilinin içərisində döydüyünü, ancaq maşından yerdə döydüyünü görməmiş, bundan başqa o, Ruslan onun maşınıının arxa təkərinə təpik vurub ziyan yetirməmiş, maşını əzilməmiş, bu səbəbdən də Ruslanın barəsində hər hansı bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB-nin Abşeron rayon şöbəsinin 17.09.2020ci il tarixli, 1947 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, ənsə və sol təpə nahiyələrinin yumşaq toxumalarının əzilməsi bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 16.09.2020-ci il tarixdə davadalaş zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Tərxan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Tərxan oğlunun məhkəmədə özünü təqsirli bilməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan məhkəmə tərəfindən özünü müdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs Tərxan oğlunun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə Təqsirləndirilən şəxs Tərxan oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş 05.02.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Tərxan oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının 4 saylı MTİSTS tərəfindən verilmiş 16.02.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Ağayev X6 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsi ev 22 ünvanında qeydiyyatda olmaqla yaşayır və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Tərxan oğlunun yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Tərxan oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Tərxan oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşıdrılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Tərxan oğluna azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu, Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs Tərxan oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Tərxan oğlunun barəsində 02.03.2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Tərxan oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs Tərxan oğluna məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 15 (150) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Tərxan oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Tərxan oğlunun üzərinə Abşeron rayonu, Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs Tərxan oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Tərxan oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs Tərxan oğluna məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar