Məhkəmə qərarları › İş №1(012)-271/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-271/2023

08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-271/2023 08.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı ildə Abşeron rayonu, Hökməli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Masazır kəndi, N.Gəncəvi küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinin plastik pəncərəsini açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, mətbəx otağından bir ədəd 650 manat dəyərində qara rəngli 82 diaqonallı 2017-ci il istehsalı olan «Toshiba» markalı televizoru, bir ədəd 15 manat dəyərində 2019-cu il istehsalı olan «Tefal» markalı elektrik çaydanını, yataq otağından bir ədəd 80 manat dəyərində qara rəngli 8 seksiyalı 2015-ci il istehsallı elektrik radiatorunu, bir ədəd 30 manat dəyərində qara rəngli 2019-cu il istehsalı olan saç fenini, bir ədəd 45 manat dəyərində kişi qol saatını, bir ədəd 35 manat dəyərində qara rəngli «Eurostar» peyk anten ötürücü aparatını, hər birinin dəyəri 35 manat olan 70 manat dəyərində 02 cüt kişi idman ayaqqabılarını, hər birinin dəyəri 40 manat olan 120 manat dəyərində 3 ədəd cins gödəkçələrini, bir ədəd 30 manat dəyərində qara rəngli qısa qol gödəkçəni, bir ədəd 80 manat dəyərində göy rəngli qış gödəkçəsini, bir ədəd 120 manat dəyərində boz rəngli kişi paltosunu, bir dəst 110 manat dəyərində kişi kostyumunu, hər birinin dəyəri 25 manat olan 75 manat dəyərində 03 ədəd cins şalvarı və 1000 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2490 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixdə axşam saatlarında yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxsdən 6 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,054 qram, 0,050 qram, 0,063 qram, 0,084 qram, 0,371 qram, 0,388 qram, ümumi çəkisi 1,000 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 30 manat müqabilində satış məqsədi olmadan qanunsuz əldə edib üzərində daşımaqla saxlamış, 29 aprel 2021-ci il tarixdə günorta saatlarında Abşeron rayon polis idarəsinin X13 əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb Qobu PB-nə dəvət edilərək üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən qanunsuz olaraq satış məqsədi ilə saxladığı bir ədəd şəffaf rəngli plastik qutunun içərisində olan 4 ədəd gümüşü rəngli siqaretin kağızma bükülmüş və 2 ədəd şəffaf rəngli selofan parçasına bükülmüş, ümumilikdə 6 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,054 qram, 0,050 qram, 0,063 qram, 0,084 qram, 0,371 qram, 0,388 qram, ümumi çəkisi 1,000 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayının 24-də Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq 0,788 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə əldə edib üzərində saxlayaraq Abşeron rayonu Hökməli qəsəbəsinə daşımış, 26 avqust 2022-ci il tarixdə ünvan 3 ünvanın yaxınlığında Abşeron RPİ-nin X13 əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin 0,788 qram çəkidə psixotrop maddə metamfetamin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.2 və 234.1-ci maddələri ilə deyil, Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, narkotik vasitə olan heroin qəbul edir. Hər gün Hökməli qəsəbəsində tanımadığı şəxsdən narkotik vasitə alıb istifadə edir. Buna görə də gün aşırı ona 10 manat pul lazım olur ki, həmin pula narkotik vasitə alsın. Daimi işi olmadığı uçün narkotik vasitəni almağa pul tapa bilməyəndə oğurluq etmək qərarına gəlmişdir. Dostları Xalid və Şəhriyarın kirayə yaşadığı evdən oğurluq etmək qərarına gəlmişdir. Xalid və Şəhriyarın usta işlədiyini və hər gün səhər saatlarında evdən çıxıb axşam evə qayıtdıqlarını və buna görə də gündüz vaxtı evdə heç kimin olmadığını bildiyi üçün 02 mart 2020-ci il tarixdə saat 13 radələrində Şəhriyar və Xalidin kirayə yaşadığı Abşeron rayonu Masazır kəndi N.Gəncəvi küçəsində yol kənarındakı evin qarşısına gəlmişdir. Həmin vaxt hava yağışlı olduğu üçün küçədə heç kim olmamışdır. Xalidin evinin yola tərəf baxan plastik pəncərəsini əli ilə itələyib açmış, sonra oradan evə daxil olmuş, yataq otağına keçib otaqdan bir ədəd göy rəngli qış gödəkcə, iki ədəd göy rəngli cins şalvar, iki cüt idman ayaqqabısı, bir ədəd qolu qısa balonka, 1 ədəd palto, 1 ədəd saç feni, 1 ədəd peyk ötürücü aparatı və 8 sesksiyalı elektrik radiatorunu götürüb pəncərədən çölə çıxartmışdır. Daha sonra mətbəxdən də 1 ədəd qara rəngli “Toshiba” markalı televizor və 1 ədəd Tefal markalı çayniki götürmüşdür. Həmin əşyaların yataq otağından götürdüyü böyük qara rəngli çantanın içərisinə yığmış, küçənin girişinə tərəf gəlib yoldan keçən tanımadığı və markasını bilmədiyi taksi ilə Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən orta məktəb binasının qarşısına gəlmişdir. Orada taksi sürücüsünə 6 manat pul verib onu yola salmışdır. Taksi sürücüsü həmin əşyaların onun tərəfindən oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Daha sonra Hökməli qəsəbəsində məktəbin yaxınlığında olan yaşayış olmayan evə gətirib otaqların birində qoymuşdur. Sabahısı günü yəni 03 mart 2020-ci il tarixdə oğurladığı əşyaları Xırdalan şəhəri Hökməli qəsəbəsi ərazisində Qaz 24 markalı avtomobil idarə edən dövlət qeydiyyat nişanını xatırlamadığı işlənmiş əşyaların alqı satqısı ilə məşğul olan tanımadığı şəxsə hamısını ümumilikdə 220 manata satmış və həmin pulu öz şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa 28 aprel 2021-ci il tarixdə axşam saatlarında yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 30 manat müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə heroin almışdır. 29 aprel 2021-ci il tarixdə yaşadığı Hökməli qəsəbəsi ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək X13 əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları onu narkotik vasitələrin qanusuz istifadəsində şübhəli olduğunu bildirib Qobu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl otağa onun razılığı əsasında müdafiəçi dəvət olunmuş və videoçəkiliş aparılmağa başlanmışdır. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları qanunla dövriyyəsi qadağan olmuş hər hansı bir əşyanın olub-olmaması barədə soruşulmuş, o da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf plastik qutunun içərisində olan 4 ədəd gümüşü rəngli siqaretin kağızma bükülmüş və 2 ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş, ümumilikdə 6 ədəd bükümlərdən ibarət narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra üzərində polis əməkdaşları şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitədən başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqdim etdiyi həmin bükümlər onun və baxışda iştirak edən şəxslərin iştirakı ilə açılmış və həmin bükümlərin içərisində narkotik vasitə olması aşkar olunmuşdur. Bu barədə ondan soruşulduqda bildirmiş ki, üzərindən aşkar olunmuş bükümlərdə olan maddələr narkotik vasitə heroindir və həmin narkotik vasitəni 28 aprel 2021-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində tanımadığı şəxsdən almışdır. Bundan sonra üzərində keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və aşkar edilmiş bükmlər onun iştirakı ilə zərfə qoyularaq bağlanmışdır. Bundan başqa narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir. Belə ki,24 avqust 2022-ci il tarixdə metamfetamin istifadə etmək üçün Bakı şəhəri Yasamal rayonu ərazisinə getmiş və orada tanımadığı şəxsdən 10 manata metamfetamin almışdır. Bir hissəsini istifadə etmiş qalanı da cibində qalmışdır. 25 avqust 2022-ci il tarixdə axşam saatları olardı yaşadığı evin yanında olan vaxtı yanma özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər yaxınlaşıb onun axtarışda olduğunu bildirdikdən sonra Qobu polis bölməsinə aparmışlar. Həmin vaxtı metamfetamin onun cibində olmuşdur. Bölmədə dəvət olunmuş vəkilin iştirakı videçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Axtarış zamanı şalvarının sağ yan cibimdən həmin bükümdə olan psixotrop maddə metamfetamini masanın üzərinə qoymuşdur. Bundan sonra protokol tərtib edilmiş və o, protokola imza etmiş, götürülmüş maddə boş zərfə qoyularaq möhürlənmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qardaşı Şəhriyarla birlikdə X5 məxsus evdə kirayə yaşayır. Həmin ev küçədən keçən avtomobil yolunun kənarında yerdən bir mərtəbəli yataq və mətbəx otaqlarından ibarətdir. Həmin evin giriş qapısı və mətbəxin pəncərəsi yola tərəf açılır. Mətbəxin plastik pəncərənin dəmir barmaqlıqları yoxdur. Maddi cəhətdən ehtiyacını təmin etmək üçün tikintidə usta işləyir. Hər gün saat 10 radələrində evdən çıxıb axşam saat 21 radələrində evə gəlir. 02 mart 2020-ci il tarixdə saat 09 radələrində qardaşı Şəhriyar evdən çıxıb iş ofisinə getmiş, təxminən 15-20 dəqiqə sonra o da evdən çıxıb qapı və pəncərəni bağlayıb qardaşının yanma işə getmişdir. Həmin gün saat 23 radələrində o qardaşı Şəhriyar ilə birlikdə kirayə yaşadığı evə gələrkən mətbəxin plastik pəncərəsinin açıq olduğunu və pəncərə üzərində olan setka torun cırıldığını görüb tez evə daxil olmuşlar. Bu vaxt mətbəxdən 650 manat dəyərində 2017-ci il istehsalı olan “Toshiba” markalı 1 ədəd qara rəngli 82 diaqonal led televizor və 15 manat dəyərində 1 ədəd qara rəngli 2019-cu il istehsalı olan “Tefal” markalı elektrik çaynikinin olmadığını görmüşdür. Dərhal yataq otağına baxarkən oradan 80 manat dəyərində 1 ədəd qara rəngli 8 seksiyalı 2015-ci il istehsalı olan elektrik radiatoru, 30 manat dəyərində 1 ədəd qara rəngli 2019-cu il istehsalı olan saç feni, 45 manat dəyərində 1 ədəd qızılı rəngli kişi qol saatı, 30 manat dəyərində qızılı rəngli kişi qol saatı, 35 manat dəyərində 1 ədəd qara rəngli “Eurostar” peyk anten ötürücü aparat, hər biri 35 manat olmaqla 2 cüt kişi idman ayaqqabısı, hər biri 40 manat olmaqla 3 ədəd cins markalı gödəkçə, 30 manat dəyərində 1 ədəd qara rəngli qolu qısa balonka, 80 manat dəyərində 1 ədəd tünd göy rəngli qış balonkası, 120 manat dəyərində 1 ədəd boz rəngli palto, 110 manat dəyərində 1 dəst qara rəngli kişi kostyumu, hər biri 25 manat olmaqla 75 manat dəyərində 3 ədəd cins şalvar, 1000 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Dərhal bu barədə ev sahibi Eldara məlumat vermişdir. Eldar da DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra o Abşeron RPİ-nə baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə kirayə yaşadığı evdən baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2490 manat məbləğində maddi ziyan vurulmuşdur. Ziyan qaytarılmasa da təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon polis idarəsinin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 25 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi ev 21-də yaşayan axtarışda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.Daxil olmuş məlumatı yoxlamaq məqsədilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o və Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili Fərid Qasımovla birlikdə ünvan 6 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmış və özlərini təqdim edib, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinin Qobu PB-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə içində psixotrop maddə metamfetamini təqdim edib, özünə məxsus olduğunu və tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin psixotrop maddəyə bənzər metamfetamini götürülərək qablaşdırılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin sabiq əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 29 aprel 2021-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması və daşıması ilə məşğul olması barədə məlumat əldə etmiş, məlumatın yoxlanmasına göstəriş verilməsi üçün xidmət etdiyi Abşeron rayon Polis İdarəsinin X13 rəisinə həmin tarixdə raportla müraciət etmişdir. X13 rəisi tərəfindən təsdiq edilmiş 29 aprel 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmış və onun ətrafında əməliyyat- axtarış tədbirləri keçirilməyə başlanmışdır. Həmin günü günorta saatlarında o, sahə rəisi Cavid Dünymalıyev və əməliyyat müvəkkili Xətai Şirinovla birlikdə Təqsirləndirilən şəxs Abşeron rayonu Hökməli qəsəbəsində aşkar edib ona yaxınlaşaraq özlərini təqdim edərək narkotiklə məşğul olmasında şübhəli olduğu bildirmişlər. Sonra onu Qobu PB-nə dəvət etmişlər və orada raport tərtib edərək material təhqiqatçıya həvalə edilmişdir. Sonra ona hüquq və vəzifələri izah edilmiş, üzərinə video çəkiliş aparmaqla şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli plastik qutunun içərisindən 4 ədəd gümüşü rəngli siqaretin kağızma bükülmüş və 2 ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş gəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, həmin bükümdəki heroindir və öz istifadəsi üçün Hökməli qəsəbəsində tanımadığı şəxsdən 30 manata almışdır. Aşkar olunaraq götürülmüş heroin qablaşdırılaraq, polis bölməsinin “245” nömrəli möhürü ilə möhürlənmiş, bu barədə təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən protokol tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/1726 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "... (imza) Təqsirləndirilən şəxs” sözləri olan altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,054 qr., 0,050 qr., 0,053.qr, 0,084 qr., 0,371 qr., 0,388 qr., ümumi təmiz çəkisi 1,000 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,940 qram - 0,060 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4556 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün nömrə 245” dairəvi möhür əksi, “(imza) Dövlətəliyev” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,788 qram ağımtıl rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir(qalıq 0,738 qram - 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir) Məhkəmə-narkoloji ekspertizasının 08 oktyabr 2022-ci il tarixli, 5877 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində deydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. 200270313 nömrəli cinayət işi müstəntiq Yasin İbrahimli tərəfindən 05 mart 2020-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb, naməlum şəxs (lər) xx.xx.2020-ci il tarixdə saat 09 radələrindən saat 23 radələrinədək olan müddətdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 7 ünvandakı evinin mətbəxinin plastik pəncərəsindən qanunsuz daxil olub məişət əşyaları, geyim əşyaları və nağd pulu oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2490 manat məbləğində maddi ziyan vurmuşlar. 05 may 2020-ci il tarixdə cinayət törətmiş şəxs və ya şəxslər müəyyən olunmadığından icraat müstəntiq Yasin İbrahimli tərəfindən Azərbaycan Respublikası CPMnin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 01 may 2021-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı qeyd olunan oğurluq hadisəsinin xx xxxxxx 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. 01 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat sabiq müstəntiq Babək Hacıyev tərəfindən təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. Törətdiyi əməlinə görə 01 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİnin İŞ-nin sabiq müstəntiqi, polis baş leytenantı Babək Hacıyev tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 01 iyun 2021-ci il tarixdə müstəntiq Babək Hacıyevin icraatında olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi, sabiq müstəntiq Emil Hüseynzadənin icraatında Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və icraatına qəbul edilmişdir. 01 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin şərtlərini pozduğu üçün tutulmasına görə sabiq müstəntiq Emil Hüseynzadə tərəfindən axtarış elan edilmiş və həmin tarixli qərarla cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 18 iyun 2021-ci il tarixdə Dövlətəliyev X4 ərazisində saxlanılaraq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və ********* nömrəli cinayət işi üzrə icraat sabiq müstəntiq Emil Hüseynzadə tərəfindən 18 iyun 2021-ci il tarixdə təzələnmiş və icraata qəbul edilərək istintaqı aparılmışdır. 18 iyun 2021-ci il tarixdə sabiq müstəntiq Emil Hüseynzadə tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.2-ci maddələrinə tövsif edilmişdir. 19 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin İŞ-nin sabiq müstəntiqi Emil Hüseynzadə tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.2ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. 19 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılması üçün Abşeron rayon məhkəməsinə təqdimatla müraciət edilmiş, Abşeron rayon məhkəməsinin hakimi X6 tərəfindən 19 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində verilmiş təqdimatın təmin edilməməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi imtina olunmuş ona görə də Abşeron RPİ-nin İŞ-nin sabiq müstəntiqi Emil Hüseynzadə tərəfindən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 16 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu barəsində axtarış elan edilmiş və həmin tarixdə Abşeron RPİ-nin İŞ-nin sabiq müstəntiqi Emil Hüseynzadə tərəfindən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM- nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 01 oktyabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. 16 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti Abşeron rayon məhkəməsinin hakimi X3 qərarı ilə 26 yanvar 2023-cü il tarixə qədər uzadılmışdır. 09 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan respublikası CM-nin 177.2.3, 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. Məhkəmə baxış iclasında 02 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Abşeron rayon polis idarəsinin Qobu PB-nin əməkdaşları 2021-ci ilin aprel ayının 29-da günorta radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirərkən sonuncunun əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən altı ədəd bükümdə narkotik vasitə olan heroini aşkar edib götürülməsi müəyyən edilmişdir. Məhkəmə baxış iclasında 02 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Abşeron rayon polis idarəsinin Qobu PB-nin əməkdaşları 2022-ci ilin avqust ayının 25-də saat 10 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirərkən sonuncunun əynindəki qara şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edib götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə də, məhkəmə, məhkəmədə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqda və qanunsuz olaraq ümumi təmiz çəkisi 0,788 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib saxlamaqla törətmiş olduğu əməllərində cinayət tərkibi vardır. Lakin, təqsirləndirilən şəxsin 6 ədəd bükümdə 1,000 qram narkotik maddə heroini satış məqsədilə əldə edib saxlamasını təsdiq edən kifayət qədər sübutlar olmadığı halda ibtidai araşdırma orqanı onun əməlini satış məqsədilə qanunsuz olaraq narkotik maddə əldə etmə kimi qiymətləndirərək düzgün olmayaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.». Yuxarıda göstərilən maddənin tələbinə əsasən məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq Cinayət Prosessual Məcəlləsinin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən, Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Barbera, Messaga və Habordo İspaniyaya qarşı” məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifələrini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini qismən etiraf edərək üzərindən aşkar edilmiş bir ədəd şəffaf plastik qutunun içərisində olan 4 ədəd gümüşü rəngli siqaretin kağızma bükülmüş və 2 ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş, ümumilikdə 6 ədəd bükümlərdən ibarət narkotik vasitə heroini 28 aprel 2021-ci il tarixdə axşam saatlarında yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 30 manat müqabilində almış və həmin narkotik vasitələri özü istifadə etməsi üçün üzərində saxlanmasını bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həm ibtidai istintaqda, həm də hazırda təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə yaranmış şübhələr onun ittiham edildiyi əmələ aidiyyətinin təsdiq edilməsinə maneə yaradır. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs ittiham olunduğu əməl düzünə və yanakı sübutlarla təsdiq edilməlidir. İbtidai araşdırma zamanı və məhkəmə iclaslarında Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə edib, üzərində daşıması öz təsdiqini tapsa da, onun həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməsi xüsusatı ilə bağlı heç bir sübut əldə edilməmiş, aparılmış əməliyyat-axtarış və istintaq hərəkətləri ilə göstərilən narkotik vasitənin başqa istehlakçısı müəyyən edilməmişdir. Həm də iş materiallarında olan narkoloji rəydən görünür ki, Təqsirləndirilən şəxs heroin və metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf plastik qutunun içərisində olan 4 ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş və 2 ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş, ümumilikdə 6 ədəd bükümlərdən ibarət narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsini sübut edən heç bir dəlil ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. Əməliyyatı həyata keçirmiş Abşeron rayon Polis İdarəsinin əməkdaşları da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatlarının olması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə iclasında dindirilmiş iş üzrə şahid ifadəsində göstərmişdir ki, onlara daxil olmuş ilkin əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq satışı ilə deyil, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin olması ona dəlalət edir ki, o, satış məqsədi ilə deyil, istifadə etmək üçün narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində də narkomaniya xəstəliyindən əziyyət çəkməsini etiraf etmişdir. Məhkəmə iş üzrə toplanmış biri digərini tamamlayan mötəbər və mümkün sübutları müqayisəli şəkildə tədqiq edib araşdıraraq, onlara məcmu şəkildə qiymət verməklə belə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması başa düşülür. Cinayət işinin materiallarında isə Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədilə və ya digər şəxsi marağa görə narkotik vasitə olan heroini əldə etməsinə dair heç bir sübut mövcud deyildir. Bundan əlavə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmağı üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Lakin, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin miqdarı, satışını həyata keçirən alıcı ilə əvvəlcədən razılıq əldə edilməsi, 4 ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş və 2 ədəd şəffaf rəngli selofan parçasına bükülmüş narkotik vasitə olan heroinin hazırlanması üçün hər hansı bir avadanlığın (elektron tərəzinin) olmasına dair heç bir sübut mövcud deyildir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, «Saidinin Fransaya qarşı» işi üzrə 20 sentyabr 1993cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və 3-cü bəndinin «d» yarımbəndindəki müddəaların tələblərinə uyğunsuzluq kimi qəbul edilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”-nın konkret müddəalarına əsasən beynəlxalq adı «heroin» olan narkotik vasitənin 0,15 qramdan artıq (təmiz halda qramlarla) heroin şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq (təmiz halda qramlarla) isə heroin isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 saylı Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, narkotik vasitələrin, psixotrop madələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə alınması, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkətlər başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs 4 ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş və 2 ədəd şəffaf rəngli selofan parçasına bükülmüş, ümumilikdə 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,054 qram, 0,050 qram, 0,063 qram, 0,084 qram, 0,371 qram, 0,388 qram, ümumi təmiz çəkisi 1,000 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədilə əldə edib saxlaması sübuta yetirilmədiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, ona CM-in 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs qarşı zərəçəkmiş şəxsin şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 03 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 195 manat 82 qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş tədqiqatlardan sonra qalıq qalan ümumi çəkisi 0,940 qram narkotik vasitə olan heroin və qalıq çəkisi 0,738 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməldir. İş üzrə maddi sübut iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 04 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 195 manat 82 qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş tədqiqatlardan sonra qalıq qalan ümumi çəkisi 0,940 qram narkotik vasitə olan heroin və qalıq çəkisi 0,738 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar