Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-272/2020 19.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1958-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18v, mənzil 05-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 16 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 596 saylı marşrut xətti ilə idarə etdiyi X1 mülkiyyətində olub fiziki şəxs X2 icarəyə verilmiş “İveco Otoyol» markalı, vaqon 23-1 tipli, ** TJ *** dövlət nömrə nişanlı avtobusla Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev kuçəsindən H.Əliyev prospekti istiqamətinə 10-15 km/saat sürətlə dönərək “Xəzinə Palace” şadlıq sarayı ilə üzbəüz ərazidə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni sürücü hərəkət zamanı dəqqətini daim dəyişən yol şəraitindən və avtobusun idarə olunmasından ayırmamalı, yolayrıcında sağa dönərkən hərəkətin təhlükəsizliyini təmin etmək üçün hərəkət hissəsini keçən piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etməli olduğu halda buna riayət etməmiş və həmin ərazidə avtomobil yolunu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtobusun qabaq sağ hissəsi ilə vurmuş, nəticədə ehtiüatsızlıqdan sonuncuya sol budun diafizinin bitişməkdə olan qapalı yerdəyişən sınığı, travmatik şok İİ dərəcə, döş qəfəsin, sağ saidin, sağ və sol bud nahiyələrinin, sağ və sol kürəkaltı nahiyyələrinin qançırları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, qızı Xəyalə Şirəliyevanın adına «İveco Otoyol» avtobus markalı, ** TJ *** dövlət qeyüdiyyat nişanlı avtobus vardır. Həmin avtobus 596 nömrəli marşrut xətti ilə hərəkət edir. Həmin avtobusun sürücüsü Şahid1dur. Qızının adına olan avtobusun həmin sürücü tərəfindən idarə olunmasına nəzarət edir. xx.xx.2019-cu il tarixdə «İveco Otoyol» avtobus markalı, ** TJ *** dövlət qeyüdiyyat nişanlı avtobus həmişə olduğu kimi marşrut xətti ilə hərəkətdə olmuş və avtobusu Şahid1 idarə etmişdir. Həmin günü təxminən saat 17 radələrində sürücü Afiqdən avtobusu idarə etmək üçün götürmüş, sürücü Afiq də onun yanında avtobusun salonunda olmuşdur. Avtobusla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində hərəkətdə olduğu zaman Xırdalan şəhərində tıxac olduğundan ara məhəllələrlə hərəkət edib işıqforun yaşıl işığı yandıqdan sonra sağa, yəni Xırdalan şəhəri, H.Əliyev prospektinə AAAF park istiqamətinə dönmə əməliyyatı etmiş, həmin vaxtı qarşısında əks istiqamətli yolda hərəkətdə olan maşın da onun hərəkət yoluna daxil olmaq istədiyi üçün fikri həmin maşının hərəkətində olmuşdur. Avtobusu 10-15 km/saat sürətlə hərəkət etdirib dönmə əməliyyatı edən zaman sağında piyada olduğunu görməmiş, dönmə əməliyyatını edib qarşısında hərəkətdə olan maşınların tıxac boyu yavaş hərəkətinə görə yavaş-yavaş hərəkət etmək istədikdə qarşıda olan sürücülər ona əli ilə işarə edib piyadanı vurduğunu bildirmişlər. Dərhal avtobusu saxlamış və Afiqlə birlikdə avtobusdan düşdükdə məlum olmuşdur ki, avtomaşın yolunu sağdan sola keçmək istəyən piyada qadın avtobusun qabaq sağ tərəfinə dəyib yerə yıxılmış və qadının ayağı avtobusun qabaq təkərinin altına düşmüşdür. Avtobusun təkəri isə piyada qadının ayağını sıxan anda saxladığı üçün ayağını təkər əzmişdir. Bundan sonra xəsarət almış piyada adını sonradan bildiyi Zərərçəkmiş şəxs köməklik etmiş, Şahid1 hadisə yerində qalmış, özü isə xəsarət almış piyadanı avtomaşına əyləşdirib yardım olunması üçün Bakı şəhər X5 aparmışdır. Bundan sonra hadisə yerinə qayıtmış və polis tərəfindən hadisə yerinin müayinə edilməsi prosesində iştirak etmişdir. Hadisə baş verən ərəfədə avtobusun salonunda sürücü Şahid1 və təxminən 10-15 sərnişin olmuş, avtobus texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisədən sonra Sədaqət və onun ailəsinə vurulmuş ziyanın aradan qaldırılması üçün hissə-hissə gücü çatan qədər maddi köməklik göstərmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində avtobusla hərəkətdə olub, Heydər Əliyev prospektində yerləşən «Xəzinə palace» adlanan şadlıq sarayının qarşısında avtobusdan düşmüş, təxminən saat 17 radələri olmuşdur. «Xəzinə palace» adlanan şadlıq sarayının qarşısında piyada avtomobil yolunu həmin şadlıq sarayı istiqamətinə keçmək istəmişdir. Avtomobil yolunu sağdan sola doğru keçib yolun sonuna 2-3 addım qalmış həmin düşdüyü 596 saylı marşrut xəttində hərəkətdə olan ** TJ *** dövlət qeydiyyat nişanlı avtobus işıqforun yaşıl işığında Heydər Əliyev prospektində AAAF park istiqamətinə dönüb, hərəkət edən zaman onu sol tərəfindən vurmuşdur. Zərbədən yerə yıxılmışdır. Həmin vaxtı bədəninin müxtəlif nahiyyələrindən, xüsusən də sol ayağından xəsarət almış, ayağı avtobusun altına düşdüyü üçün qışqırıb kömək istəmişdir. Həmin vaxtı sürücü avtobusu arxaya hərəkət etdirmiş, sonra ona köməklik edib avtobusun altından çıxararaq təcili yardım maşını çağırmışlar. Təcili yardım maşını ilə yardım olunması üçün Bakı şəhər X5 aparılmış, hazırda aldığı xəsarətlə bağlı müalicələri davam etdirir. Əvvəllər həmin sürücünü tanımamış və onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. İşıqfora təxminən 4-5 metr məsafə qalmış qeyd olunan avtobusdan düşüb avtomobil yolunu keçmək istədikdə həmin avtobus dönmə əməliyyatı edən zaman onu vurmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 3 il olar ki, avtobus idarə edir. Təxminən 2 il olar ki, Bakı şəhəri, Sədərək ticarət mərkəzindən Xırdalan şəhəri istiqamətində və əksinə 596 saylı marşrut xətti ilə hərəkət edən avtobusla sərnişin daşımaqla məşğul olur. Xəyalə Şirəliyevanın adına olan «İveco Otoyol» avtobus markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtobusu 596 nömrəli marşrut xətti ilə idarə edir. Avtobus sahibinin atası Təqsirləndirilən şəxs həmin avtobusun marşrut xətti ilə hərəkətinə tez-tez nəzarət edir, Təqsirləndirilən şəxs avtobusu idarə etmək üçün sürücülük vəsiqəsinin olubolmadığını bilmir, lakin onun avtobusu idarə edə bildiyini bilir. xx.xx.2019-cu il tarixdə «İveco Otoyol» avtobus markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtobus həmişə olduğu kimi marşrut xətti ilə hərəkətdə olmuş və avtobusla sərnişin daşımaqla məşğul olmuşdur. Həmin günü günortadan sonra yorğun olduğu üçün avtobusu Cəlalla danışmış və bir neçə dövrəlik idarə etmək üçün avtobusu ona vermək istəmişdir. Təxminən saat 17 radələri olmuş, sükanı Cəlala təhvil verib özü salona keçmiş, bir qədər irəlidə avtobusdan düşüb getmək məqsədi olmuşdur. Abşeron rayonu, Xırdalan şəhəri ərazisində hərəkətdə olduğu zaman Xırdalan şəhərində tıxac olduğundan Cəlal avtobusu ara məhəllələrlə hərəkət etdirmiş, işıqforun yaşıl işığı yandıqdan sonra Cəlal avtobusu sağa, yəni Xırdalan şəhəri, H.Əliyev prospektinə AAAF park istiqamətinə dönmə əməliyyatı etmək istəmişdir. Həmin vaxtı qarşıda əks istiqamətli yolda hərəkətdə olan maşın da onların hərəkətdə olduğu avtobusun hərəkət yoluna daxil olmaq istədiyi üçün Cəlalın fikri həmin maşının hərəkətində olmuş, avtobus 10-15 km/saat sürətlə hərəkətdə olmuşdur. Dönmə əməliyyatını edib qarşıda hərəkətdə olan maşınların tıxac boyu yavaş hərəkətinə görə yavaş-yavaş hərəkət etmək istədikdə qarşıda olan sürücülərin əl ilə işarə etdiklərini görmüş, sürücülər avtobusla piyadanın vurulduğunu bildirmişlər. Cəlal cəld avtobusu saxlamış və hər ikisi avtobusdan düşmüş, məlum olmuşdur ki, avtomaşın yolunu sağdan sola keçmək istəyən piyada qadın avtobusun qabaq sağ tərəfinə dəyib yerə yıxılmış və qadının ayağı avtobusun qabaq təkərinin altına düşmüşdür. Avtobusun təkəri isə piyada qadının ayağını sıxan anda saxladığı üçün təkər ayağını əzmişdir. Bundan sonra xəsarət almış piyada adını sonradan bildiyi Zərərçəkmiş şəxs köməklik etmiş, özü hadisə yerində qalmış, Cəlal isə xəsarət almış piyadanı avtomaşına əyləşdirib yardım olunması üçün Bakı şəhər X5 aparmış, üstündən bir qədər keçmiş Cəlal da hadisə yerinə qayıtmışdır. Polis tərəfindən hadisə yerinin müayinə edilməsi prosesində iştirak etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2016-cı ildən marşrut xəttində disperçer kimi fəaliyyət göstərir. Abşeron rayonu, Xırdalan şəhərindən Sədərək ticarət mərkəzi istiqamətinə və əksinə hərəkətdə olan 596 nömrəli marşrut xəttində olan avtobusların hərəkət marşrutunda disperçer işləyir. İşlədiyi şirkətlə xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlamış və müqavilə əsasında fəaliyyət göstərir. Onun fəaliyyətinə marşrut xəttində olan avtobus sürücüləri xəttə girdikdə avtobusların texniki sazlığına nəzarət etmək, hər bir avtobusun sürücülərinin marşrut xətti üzrə hərəkətinə nəzarət etmək, marşrut xəttində olan avtobusların nümunəvi intervalını izləmək və nəzarət etmək daxildir. 596 nömrəli marşrut xətti ilə hərəkətdə olan «İveco Otoyol» avtobus markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtobus üçün Şahid1 adına yol vərəqəsi verilmiş və bilavasitə həmin avtobus Afiq tərəfindən idarə olunur. 2019-cu ilin 01-30 noyabr tarixi üçün qeyd olunan avtobusun marşrut xətti ilə hərəkəti üçün sürücü Afiq Mehdizhadənin adına 1601 nömrəli yol vərəqəsi verilmiş, eyni zamanda sürücünün adına tibbi müayinə kitabçası açılmışdır. xx.xx.2019-cu il tarixdə «İveco Otoyol» avtobus markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtobus yol vərəqəsi əsasında marşrut xəttinə buraxılmış və yol vərəqəsinə əsasən avtobus Şahid1 tərəfindən istifadədə olmuş, təxminən saat 17:00 radələrində 596 nömrəli marşrut xətti ilə hərəkətdə olan «İveco Otoyol» avtobus markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtobusun Abşeron rayonu, Xırdalan şəhərində «Xəzinə Parace» şadlıq evinin yanındakı ərazidə piyadanı vurması barədə məlumat almış, sürücü Şahid1 ilə telefon əlaqəsi saxladıqda məlum olmuşdur ki, həmin radələrdə Afiq yorğun olduğu üçün avtobusun sükanını tanışı Cəlala təhvil verib özü salona keçmiş, avtobus Xırdalan şəhəri, H.Əliyev prospektinə AAAF park istiqamətinə dönmə əməliyyatı etdikdə avtomaşın yolunu sağdan sola keçmək istəyən piyada qadını vurmuşdur. Bundan sonra Cəlal xəsarət almış piyadanı yardım olunması üçün xəstəxanaya aparmış, Afiq isə hadisə yerində qalmışdır. Təqsirləndirilən şəxs avtobusun qeydiyyat şəhadətnaməsi ilə sahibəsi Xəyalə Şirəliyevanın atasıdır və bilavasitə onda olan məlumata görə Təqsirləndirilən şəxs mütəmadi olaraq mülk sahibi kimi avtobusun nümunəvi idarə edilməsinə nəzarət edir. Həmin avtobusun bilavasitə Cəlal tərəfindən idarə edilməsindən məlumatsız olmuş və belə bir halla hadisə baş verən tarixədək rastlaşmamış, avtobus mütəmadi olaraq Şahid1 istifadəsində olmuş və avtobusun onun adından marşrut xəttində istifadə olunması sənədləşdirilmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs sürücülük hüququnun olubolmamasından məlumatsızdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 04Ə №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol budun diafizinin bitişməkdə olan qapalı yerdəyişən sınığı, travmatik şok İİ dərəcədə, döş qəfəsin, sağ saidin, sağ və solbud nahiyələrinin,sağ və sol kürəkaltı nahiyələrinin qançırları bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərildiyi qaydada xx.xx.2019-cu il tarixdə piyada qismində yolu keçən zaman avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamğılın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3906 saylı rəyinə əsasən “İveco Otoyol” markalı, ** TJ *** dövlət nömrə nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtobusu müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2019-cu il tarixli, 2/9685 saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 18:53-də müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Sürücülük vəsiqəsininin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə AC 237528 seriyalı, AC kateqoriyalı sürücülük vəsiqəsi almışdır. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən yazılmış qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 650 manat pul maddi yardım göstərilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, iki ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında iki ədəd SD diskə baxış keçirilmiş, görüntüdə 596 saylı marşrut xətti ilə işləyən «İveco Otoyol» markalı, ** TJ *** dövlət nömrə nişanlı avtobus Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev kuçəsindən H.Əliyev prospekti istiqamətinə dönən anda avtomobil yolunu sağdan sola keçən və avtomobil yolundakı avtomaşınların hərəkətinə nəzər salmayan piyada qadının avtobusun qabaq sağ tin hissəsi ilə vurulduğu və zərbənin təsirindən piyada qadının avtobusun qarşısına yerə yıxıldığı, həmin anda avtobus bir qədər irəliləyib avtomobil yolunu yarı dönmüş vəziyyətdə hərəkətini saxladığı öz əksini tapmışdır. Digər görüntüdə 596 saylı marşrut xətti ilə işləyən «İveco Otoyol» markalı, ** TJ *** dövlət nömrə nişanlı avtobusun Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev kuçəsindən H.Əliyev prospekti istiqamətinə dönmüş vəziyyətdə saxlanıldığı, bir nəfər qadının yolun kənarında torpaqlıq hissədə uzanıqlı vəziyyətdə olduğu, yerə uzanıqlı vəziyyətdə olan qadının ətrafına çoxlu sayda adamların toplaşdığı və həmin qadına yardım etdikləri, həmin anda qeyd olunan avtobusun yolun kənarına idarə edilib saxlanıldığı, avtobusdan düşən sürücünün xəsarət almış qadına yaxınlaşdığı və yardım göstərməyə cəhd etdiyi, bu anda hadisə yerinə yaxınlaşan TTY avtomobilinin avtobusun sürücüsü tərəfindən xəsarət almış piyadaya yaxınlaşmasını əli ilə işarə etdiyini, bundan sonra hadisə yerində saxlanılan TTY avtomobilindən düşən həkim briqadası tərəfindən xəsarət almış piyadaya yardım edilərək avtomobilə yerləşdirdikləri və hadisə yerindən uzaqlaşdıqları öz əksini tapmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.10-cu maddəsinə əsasən cinayət törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, cinayət nəticəsində dəymiş zərəri bir qismini könüllü ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmişin müalicəsi ilə bağlı xərclərin bir hissəsini ödəmiş, hadisədən sonra zərərçəkmişə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan ilk dəfə az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 70 manat məbləğində ekspertiza xərci təqsirləndiriləndən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 70 (yetmiş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs istintaq istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia verilməmişdir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-272/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-272/2020
19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver