Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-272/2021 14.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.2002-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Mehdiabad qəsəbəsi yeni yaşayış massivi nömrəsiz evdə yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2000-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Beylaqan rayonu Milabad qəsəbəsində qeydiyyatda olan, Abşeron rayonu Mehdiabad qəsəbəsi yeni yaşayış massivi nömrəsiz evdə yaşayan barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 toplanmış istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 sentyabr 2020-ci il tarixdə saat 16:30 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi, Dostuq küçəsində yerləşən X6 məxsus nömrəsiz yaşayış evinə qanunsuz daxil olub oradan Rəhimə Ağasiyevaya məxsus boyunbağı, qolbağı və üzükdən ibarət 583 əyarlı qızıldan hazırlanmış 1150 manat dəyərində dəsti, 583 əyarlı qızıldan hazırlanmış 3,46 qram çəkidə 300 manat dəyərində 1 cüt uşaq sırqasını, 1 ədəd 200 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış qolbağı, 1 ədəd 5 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 700 manat dəyərində kişi üzüyünü, 1 ədəd 4 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış 600 manat dəyərində qadın üzüyünü, 1 ədəd 10 manat dəyərində Samsunq markalı içində 5 manat dəyərində ***-***-**-** Azercell şirkətinə aid nömrə olan mobil telefonu və 500 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş şəxs Rəhimə Ağasiyevaya cəmi 3465 manat ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 toplanmış istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 sentyabr 2020-ci il tarixdə saat 16:30 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi Dostuq küçəsində yerləşən X6 məxsus nömrəsiz yaşayış evinə qanunsuz daxil olub oradan Rəhimə Ağasiyevaya məxsus boyunbağı, qolbağı və üzükdən ibarət 583 əyarlı qızıldan hazırlanmış 1150 manat dəyərində dəsti, 583 əyarlı qızıldan hazırlanmış 3,46 qram çəkidə 300 manat dəyərində 1 cüt uşaq sırqasını, 1 ədəd 200 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış qolbağı, 1 ədəd 5 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 700 manat dəyərində kişi üzüyünü, 1 ədəd 4 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış 600 manat dəyərində qadın üzüyünü, 1 ədəd 10 manat dəyərində Samsunq markalı içində 5 manat dəyərində ***-***-**-** Azercell şirkətinə aid nömrə olan mobil telefonu və 500 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş şəxs Rəhimə Ağasiyevaya cəmi 3465 manat ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o Abşeron rayonu Mehdiabad qəsəbəsi yeni yaşayış massivi nömrəsiz evdə atası Xaliq, anası Nəzakət, qardaşı Nürəddin, qardaşı Nüsrət və qardaşı Fuadla birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır, belə ki, o ailəsi ilə Mehdiabad qəsəbəsində yerləşən Polis bölməsinin yaxınlığında yaşayan zaman Murad onun qonşusu olmuşdur. 24 sentyabr 2020-ci il tarixdə saat 16 radələrində o Abşeron rayonu Mehdibad qəsəbəsində yerləşən ərzaq malları dükanının yaxınlığında Muradla təsadüfən görüşmüşdür. O Muradla söhbət edən zaman Murad ona bildirmişdir ki, onun yaşadığı evin yaxınlığında bir yaşayış evi var, həmin yaşayış evinin sahibləri çıxıb hansısa rayona gediblər, hal hazırda evdə heç kəs yoxdur. Murad ona həmin evdən oğurluq etməyi təklif etmişdir. O da Muradla razılaşmışdır. Abşeron rayonu Mehdiabad qəsəbəsində Muradın yaşayığı evin yaxınlığında saat 16:30 radələrində bir yaşayış evinə gəlmişdir. Həmin evin mişar daşlarından olan hasarına qalxıb, o və Murad yaşayış evinin həyətinə tullanmışdır. Yaşayış evinin həyətində sağ tərəfdə saxlanc otağı olmuşdur. Həmin otağın qapısının üzərində qıfıl olmuşdur. O həmin qıfılı dartmış və qıfılı açmışdır. Həmin saxlanc otağına o və Murad daxil olmuşdur. Saxlanc otağından bir başqa otağa daxil olmuş, həmin otaqda saxlanılan bankaların yanından bir boru hissəsi tapmış, həmin boru hissəsini otaqdakı plastik pəncərənin arasına salmış və həmin otaqdakı plastik pəncərəni açmışdır. Həmin pəncərədən evin yataq otağına ilk olaraq o, daha sonra isə Murad daxil olmuşdur. Həmin yataq otağında şkafın içinə baxanda əşyaları dağıtmış, həmin şkafın içində qırmızı rəngli yük çantası tapmışdır. Həmin qırmızı rəngli yük çantasının içinə baxanda orada qadın üçün boyunbağı, qolbağı və üzükdən ibarət qızıldan hazırlanmış dəst, 1 cüt qızıldan hazırlanmış uşaq sırğası, 1 ədəd qızıldan hazırlanmış qolbağı, 1 ədəd qızıldan hazırlanmış kişi üzüyü, 1 ədəd qızıldan hazırlanmış qadın üzüyü tapmış və onları oğurlayıb əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra həmin otaqdakı yatağın altındakı döşəyin altına baxanda oradan 40 manat nağd pul tapmış, həmin puluda əynimdəki şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra həmin otaqdakı yatağın üzərindən Murad Samsunq markalı mobil telefon tapmışdır. Həmin mobil telefonu götürərək oğurlamışdır. Daha sonra həmin evi Murad və o axtarsada başqa dəyərli heç nə tapmamışdır. Daxil olduqları kimi evdən çıxmışlar. Mehdiabad qəsəbəsinə Murad və o piyada hərəkət etmişlər. Yolda qəsəbə sakini Elşənlə rastlaşmışdır. Söhbət əsnasında o və Murad Elşənə özünə aid qızıl ziynət əşyaları satacaqlarını söyləmişlər. Elşən onun və Muradın oğurluq etməyini və qızıl ziynət əşyaları haradan əldə etdiyini bilməmişdir. Sonra o Murad və X21 yolundan bir yol taksisinə əl edib saxlamışlar. Həmin taksiyə əşləşmişlər və Nizami rayonu Neftçilər metrostansiyasının yaxınılığna saat 18:30 radələrində getmişlər. Orada Murad qızıl ziynət əşyalarının qəbulu satışı mağazasına lombardına daxil olmuş, o isə kənarda Elşənlə gözləmişdir. Murad həmin qızıl ziynət əşyalarını həmin dükanda satıb ona gəlib bildirmişdir ki, qızıl ziynət əşyalarını 1000 manata satmışdır. Murad orada 500 manat pul ona vermiş, 500 manat pulu isə özündə saxlamışdır. Sonra isə Muradla o Abşeron rayonu Mehdiabad qəsəbəsinə qayıtmışdır. Orada Mehdiabad qəsəbəsinin mərkəzində Elşənlə və Muraddan o ayrılmışdır. Oğruluqdan evdən oğurladığı 40 manat pul isə onda qalmış, həmin pulu öz ehtiyacına xərcləmişdir. Həmin mənzildən oğurladığı Samsunq markalı mobil telefon isə Muradda qalmışdır. Həmin mobil telefonu Muradın nə etməsini və kimə verməsini onun məlumatı olmamışdır. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o Abşeron rayonu Mehdiabad qəsəbəsi nömrəsiz yaşayış evində anası X14 ilə birlikdə yaşayır. İstifadəmdə heç bir mobil telefon olmamışdır. Təqsirləndirilən şəxs1 o uşaqlıqdan tanıyır. Belə ki, bir neçə il bundan əvvəl Nihad onun yaşadığı evin qonşuluğunda yaşamışdır. X7 və onun əri X11 bir neçə illərdir ki, tanıyır, belə ki, hər ikisi onun qonşuluğunda yaşamışlar. 24 sentyabr 2020-ci il tarixdə o öz yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsindəki evində olmuşdur. X6 məxsus evdən oğurluq olunması hadisəsindən onun heç bir xəbəri olmamışdır. X2 məxsus yaşayış evindən 24 sentyabr 2020-ci il tarixdə mən heç bir oğurluq cinayəti törətməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində göstərilənlər yalandır, o Nihadla heç bir oğurluq cinayəti törətməmiş, qonşusu X4 yaşadığı evdəndə Nihadla heç bir qızıl ziynət əşyaları, pul və Samsunq markalı mobil telefon oğurlamamışdır. 24.09.2020-ci il tarixdə saat 18 radələrində o Abşeron rayonu Mehdiabad qəsəbəsində olarkən Nihad Qarayelə rastlaşmış, Nihad ona özündə qızıl ziynət əşyaları olduğunu, onları satmaq istədiyini bildirmiş və ondan həmin qızıl ziynət əşyalarını satmağa ona köməklik etməsini xahiş etmişdir. O ilk olaraq razılaşmamış, Nihad ondan ayrılmış, bir neçə dəqiqə sonra Nihad Mehdiabad qəsəbəsində yaşayan Elşən adlı şəxslə gəlmişdir. Bir daha Nihad ondan olan qızıl ziynət əşyalarını aparıb satmağa köməklik etməsini xahiş etmişdir. Bu zaman Nihadda Samsunq markalı mobil telefon olmuşdur. Həmin mobil telefonu Nihad istifadə etmək üçün ona vermişdir. Mobil telefonun haradan əldə etməsini o bilmir. O, Elşən və Nihad Mehdiabad qəsəbəsində bir yol taksisi tapıb Bakı şəhəri Nizami rayonu Neftçilər metrostansiyasının yaxınlığına qızıl ziynət əşyaların qəbulu Lombardına gəlmişdir. Həmin lombardın yanına çatanda o qonşuluqda olan digər mobil telefonların satışı dükana daxil olmuş, Elşən və Nihad isə onda olan qızıl ziynət əşyalarını Lombarda satmışlar. O mobil telefonların satışı dükanından çıxıb Lombarda daxil olub öyrənmişdir ki, Nihad həmin qızıl ziynət əşyalarını 1000 manata həmin dükana satmışdır. Orada Nihad ona satdığı qızıl ziynət əşyalarının pulundan 400 manat xərcləməyə pul vermişdir. Nihad ona pulu həmin Lombardı Nihada qızıl ziynət əşyalarını satmaq üçün göstərdiyi üçün vermişdir. Elşən adlı şəxs həmin qızıl ziynət əşyalarının oğurluq olmasını bilməmiş, o da Nihadda təsadüfən görüşmüşdür. Nihad ona həmin qızıl ziynət əşyalarını oğurladığını və qızıl ziynət əşyalarının haradan oğurlamasını deməsədə, o Nihadın həmin qızıl ziynət əşyalarının oğurluq yolu ilə əldə etməsindən şübhələnmişdir. 24 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona verdiyi Samsunq markalı mobil telefonu bir müddət onda qalmış, daha sonra Sərxan adlı Mehdiabad qəsəbə sakininə istifadə etmək üçün vermişdir. Təqsirləndirilən şəxs2 eyni zamanda bildirdi ki, ibtidai istintaq zamanı ona qarşı adını bilmədiyi polis əməkdaşlar tərəfindən təzyiqlər olmuş, xəsarətlər yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, Abşeron rayonu Mehdiabad qəsəbəsi Dostluq küçəsi nömrəsiz yaşayış evində əri X18 və 2 azyaşlı uşaqları ilə birlikdə yaşayır. 21 sentyabr 2020-ci il tarixdə əri Pərvizi Qəbələ rayonu Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə çağırıldığı üçün o, əri və 2 azyaşlı uşaqları ilə Qəbələ rayonuna qaynanası gilə getmişdir. Abşeron rayonu Mehdiabad qəsəbəsindən yaşadığı evdən saat təxminən 14:00 radələrində çıxıb Qəbələ rayonuna saat 17:00 radələlərində çatmışdır. Baldızı Sevdanı ona məxsus yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsində Dostluq küçəsindəki evdə tək qalmışdır. O ailəsi ilə 21.09.2020-ci il tarixdən 24.09.2020-ci il tarixədək Qəbələ rayonunda qalmışdır. 24.09.2020-ci il tarixdə saat 20:00 radələrində bildızı Sevdanani qaynanası Ziyafətə zəng edərək məlumat vermişdir ki, onların Abşeron rayonu Mehdiabad qəsəbəsi Dostluq küçəsindəki evə daxil olanda evdən oğurluq olmasını aşkar etmişdir. Bu barədə baldızı Sevdanə ona da telefonla məlumat vermişdir. Baldızı Sevdanə bildirmişdir ki, o evə gələndə evin pəncərəsi açıq olmuş, yataq otağında olan əşyalar dağıdılmış vəziyyətdə olmuşdur. Qəbələ rayonundan Mehdiabad qəsəbəsindəki evindən oğurluq hadisəsi ilə bağlı o DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. O, əri və 2 azyaşlı uşaqlarla Qəbələ rayonundan çıxıb Abşeron rayonu Mehdiabad qəsəbəsinə öz yaşadığı evə gəlmişdir. 24.09.2020-ci il tarixdə saat 23:00 radələrində Mehdiabad qəsəbəsindəki yaşadığı evinə çatmışdır. Evə baxanda görmüşdür ki, evin plastik pəncərəsi açıqdır, evin yataq otağında olan əşyalar dağıdılmış vəziyyətdədir. Yataq otağında şkafın içində olan qırmızı rəngli yük çantasının içində qoyduğum qızıl ziynət əşyaları oğurlanmışdır. Qızıl ziynət əşyaları aşağıdakılardır: 1 dəst 583 əyarlı qızıldan hazırlanmış boyunbağı, qolbağı və üzükdən ibarət 1150 manat dəyərində dəst, 1 dəst qızıldan hazırlanmış 583 əyarlı qızıldan hazırlanmış 3,46 qram çəkidə 300 manat dəyərində uşaq sırqası, 1 ədəd 583 əyarlı qızıldan hazırlanmış dəyəri 200 manat olan qolbağ, 1 ədəd 5 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 700 manat dəyərində kişi üzüyü, 1 ədəd 750 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə 600 manat dəyərində qadın üzüyü. Həmin qızıl ziynət əşyaları taxtadan olan qutunun içində olmuşdur. Həmin qutunun altında isə 500 manat pul olmuşdur. Həmin 500 manat nağd pulda oğurlanmışdır. Bundan başqa yaşadığı evdən 1 ədəd 60 manat dəyərində Samsunq GT-C3322 i markalı **********36930 və **********36938 imei kodlu içində 5 manat dəyərində ***-***-**-** nömrə olan mobil telefon oğurlanmışdır. Başqa yaşadığı evdən heç nə oğurlanmamışdır. Ona oğurluq hadisəsi nəticəsində 3515 manat ziyan dəymişdir. Həmin oğurluq hadisəsinin törədilməsində o heç kəsdən şübhələnmir. O məhkəmə əmtəəşunaslıq ekspertizasının 03 fevral 2021-ci il tarixli 9/154 nömrəli rəyində göstərilən mobil telefonun dəyəri ilə razıdır.Sonda o, Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu, lakin Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmadığını bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında yaşayır. ünvan 4 işlədir. O, vətəndaşlardan həmin ünvanda qızıl ziynət əşyaları qəbul edir, onları girov götürüb pul verir. Həmdə həmin ünvanda qızıl ziynət əşyalarının alışı ilə də məşğul olur. 24 sentyabr 2020-ci il tarixdə o iş yerində Bakı şəhəri Nizami rayonu Qara Qarayev küçəsi 80 ünvanında yerləşən Lombarda olmuşdur. Həmin günü saat təxminən 18:30 radələrində o iş yerində Lombardda olan zaman iki nəfər tanımadığı 20-25 yaşlarında olan şəxslər onun işlədiyi lombarda daxil olmuşlar. Həmin şəxslərin anket məlumatlarını bilmir. Həmin şəxslərdən biri başında kepka papaq olmuş, digərin isə baş geyimi olmamışdır. Həmin şəxslərdən baş geyimi olmayan şəxs 1 ədəd qızıldan üzüyü, 1 ədəd qızıldan boyunbağını, 1 cüt qızıldan sırğanı və 1 ədəd qızıldan qolbağı çıxardıb ona təqdim edib satmaq istədiyini söyləmişdir. Həmin şəxs ona qızıl ziynət əşyalarının özünə aid olmasını, onları ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Mən həmin əşyalara baxıb onları çəkmişdir. Qızıl ziynət əşyaları 25 qram çəkidə olmuşdur. O həmin əşyalara 1320 manat verə biləcəyini söyləmişdir. Həmin baş geyimi olmayan şəxs ona qızıl ziynət əşyaları satmağa razılaşmışdır. O həmin baş geyimi olmayan şəxsə 1320 manat pul verib, qızıl ziynət əşyalarını qəbul etmişdir. O, oturduğu stolda sənədləri hazırladığı zaman birdə başımı qaldıranda görmüş ki, həmin 2 nəfər şəxs çıxıb gediblər. Lombarddan çıxıb həmin şəxsləri axtarsada onları tapa bilməmişdir. Həmin şəxslərin ona satdığı qızıl ziynət əşyalarının oğurluq olmasını o bilməmişdir. Baş geyimi olmayan iki nəfər şəxsdən biri ona bildirmişdir ki, həmin qızıl ziynət əşyaları ona məxsusdur, ehtiyacı olduğu üçün satır. Bundan əlavə o həmin şəxsdən aldığı 1 ədəd qızıldan üzüyü, 1 ədəd qızıldan boyunbağını, 1 cüt qızıldan sırğanı və 1 ədəd qızıldan qolbağı başqa müştəriyə satmışdır. Həmin əşyalar hal hazırda onda yoxdur. Həmin şəxslərin fotoşəkillərini və 34 saniyəlik videogörüntüsünü istintaqa təqdim edəcəkdir. X17 evindən oğurluq hadisəsi baş verməsini barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, o ünvan 5 ünvanında anası Natavan, atası Mübariz, qardaşı Seymur, arvadı Türkanə və 2 azyaşlı uşaqları ilə birlikdə yaşayır. X7 bir neçə illərdir ki, tanıyır, Rəhimə onun qonşuluğunda yaşayır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1da 10 ildən artıqdır ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayan qəsəbə sakini kimi tanımışdır. 24 sentyabr 2020-ci il tarixdə o, Abşeron rayonu Mehdiabad qəsəbəsində Xəqani adlı şəxsin ərzaq dükanının qarşısında dayandığı zaman Qocayev X15 Nihad Xaliq oğlu ilə birlikdə ona yaxınlaşmışlar, söhbət əsnasında Murad ondan üzərində şəxsiyyət vəsiqəsinin olub olmadığını soruşmuşdur. O, Murad və Nihada bildirmişdir ki, onun şəxsiyət vəsiqəsi yaşadığı evdədir. O, Murada və Nihada nə üçün onlara şəxsiyət vəsiqəsinin lazım olmağını soruşanda, Murad ona bildirmişdir ki, onda özünə aid qızıl ziynət əşyaları var, həmin qızıl ziynət əşyalarını Bakı şəhərində lombarda girov qoyacaq, onun və Nihadın şəxsiyyət vəsiqələri üzərlərində yoxdur, Murad və Nihad ondan onlara kömək etməyi xahiş etmişdir. Murad və Nihad həmin ərzaq dükanının qarşısında gözləmişlər, o öz yaşadığı evə gedib özünə aid şəxsiyyət vəsiqəsini götürüb Murad və Nihadın yanlarına gəlmişdir. Murad və Nihad Mehdiabad qəsəbəsinin mərkəzində bir yol taksi avtomobil saxlamışlar və o Nihad və Muradla həmin taksi avtomobilə əyləşmişlər. Murad qabaq oturacaqda, Nihad və mən arxa oturacaqda əyləşmişdir. Murad həmin taksi avtomobilini Bakı şəhəri Neftçilər metrostansiyasının yaxınlığına sürdürmüşdür. Orada hər üçü avtomobildən düşmüşdür. Murad onu və Nihadı yaxınlıqda yerləşən lombarda aparmış, Nihad lombarın çölündə gözləmiş, o və Murad isə lombarda daxil olmuşdur. Dükanda o, öz şəxsiyyət vəsiqəsini Murada təqdim etmiş, Murad özünə aid qızıl ziynət əşyalarını lombard əməkdaşına təqdim edib tərəzidə çəkdirmişdir. O da tibbi maska olmadığına görə lombardın əməkdaşı ona bildirmişdir ki, o, lombarddan çölə çıxmışdır. Onun vəsiqəsi Muradda qalmış, o da lombarddan çölə çıxıb lombardın yaxınlığında Nihadla gözləmişdir. Sonra Murad lombarddan tək çölə çıxmış və ona bildirmişdir ki, o, lombardda özünə aid qızıl ziynət əşyalarını qirov qoyub əvəzində pul götürmüşdür. Nə qədər pul götürdüyünü ona Murad deməmiş, o da bu barədə soruşmamışdır. Daha sonra Murad ona aid şəxsiyyət vəsiqəni qaytarmış, həmdə bildirmişdir ki, lombarda onun vəsiqəsinə ehtiyac olmamışdır. Sonra o və Murad Nihadla bizi oraya gətirən taksi avtomobilə əyləşib Abşeron rayonu Mehdiabad qəsəbəsinə qayıtmışdır. Orada Mehdiabad qəsəbəsinin mərkəzində o, Murad və Nihaddan ayrılmış öz yaşadığı evə getmişdir. 25 sentyabr 2020-ci il tarixdə qardaşı Seymur ona bildirmişdir ki, X4 evindən kimsə qızıl ziynət əşyaları oğurlamışdır. O, həmin hadisəni kim törədib bilməmiş, bu barədə də heç bir məlumatı olmamışdır. 2021-ci ilin yanvar ayında isə o, TV kanalında baxanda ona məlum olmuşdur ki, həmin hadisəni Murad və Nihad törədib. Həmin vaxtı o Nihad və Murada qızıl ziynət əşyalarını lombarda girov qoymağa kömək göstərsədə, onun ağlına gəlməmişdir ki, həmin qızıl ziynət əşyaları qonşuları Rəhimə Ağasiyevaya məxsus ola bilər. O, Təqsirləndirilən şəxs2 və Nihad X1 yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsindəki evdən qızıl ziynət əşyaları, 500 manat nağd pul və 1 ədəd Samsunq markalı içində ***-***-**-** nömrə olan mobil telefon oğurlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır. Belə ki, Murad uşaqlıqdan onun yaşadığı Mehdiabad qəsəbəsidəki evində qonşusudur. 2020-ci ilin iyul ayında o özünə Bakcell şirkətindən nömrə almaq istəmişdir. Amma həmin vaxtı mənim şəxsiyət vəsiqəsi Bakı Ağır Cinayətlər məhkəməsinə hakimdə olduğu üçün o özünə nömrə ala bilməmişdir. Ona görə həmin vaxtı qonşusu X5 gedib onun adına özü istifadə etmək üçün Bakcell şirkətinə aid nömrə almasını xahiş etmişdir. Rəşadda razılaşmışdır. 2020-ci ilin iyul ayında o və Rəşad Abşeron rayonu Mehdiabad qəsəbəsinin mərkəzində olan Araz marketin yaxınlığında mobil telefonların və aksessuarların satışı dükanından ***-***-**-** nömrəli Bakcell şirkətinə aid nömrəni 10 manata almış və həmin vaxtdan həmin ***-***-**-** nömrəli Bakcell şirkətinə aid nömrəni özü istifadə etməyə başlamışdır. Hal hazırda da həmin nömrə onun istifadəsindədir. 01.10.2020-ci il tarixdə onun mobil telefonu olmamış, ona görə 01.10.2020-ci il tarixdə yaşadığı evin yaxınlığında o qonşusu Təqsirləndirilən şəxs2 görmüşdür. O Muraddan xahiş etdim ki, ona istifadə etmək üçün az bir müddətlik mobil telefon versin. Təqsirləndirilən şəxs2da ona 01.10.2020-c i il tarixdə **********36930 imey kodlu Samsunq markalı mobil telefon vermişdir ki, o həmin telefonu istifadə etsin. O da 01.10.2020-ci il tarixdə **********36930 imey kodlu Samsunq markalı mobil telefonu Təqsirləndirilən şəxs2 götürüb, mobil telefona onun istifadəsində olan ***-***- **-** mobil nömrə daxil edib həmin mobil telefonu 1 gün istifadə etmişdir. 1 gündən sonra həmin mobil telefonu qonşusu Təqsirləndirilən şəxs2 qaytarmışdır. Təqsirləndirilən şəxs2 həmin mobil telefonu hardan əldə etdiyini o bilməmişdir. Onun heç bir oğurlaq hadisəsi barədə məlumatı olmamış, o, heç bir evdən oğurluq cinayəti törətməmiş, həmin evdəndə kim oğurluq edib o bunu bilməmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, o, ünvan 6 ünvanında yaşayır. Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşadığı evin yaxınlığında atası Fayaza məxsus qapı və darvaza düzəldilən sexdə dəmirçi işləyir. Təqsirləndirilən şəxs2 Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayan sakin 6 il olarki tanıyır. Muradla onun dostluq münasibəti olmuşdur. 2020-ci ilin oktyabr ayının əvvəllərində tarixi dəqiq yadında deyil, o sexdə tək olan zaman Təqsirləndirilən şəxs2 həmin sexə gəlmiş onunla söhbət edən zaman o söhbət əsnasında ona bildirmişdir ki, onun istifadəsində olan mobil telefon sınmışdır. Bu zaman Murad ona əynindəki şalvarın cibindən Samsunq markalı PT-C3322i modelli mobil telefon çıxardaraq həmin telefonu ona hədiyyə kimi istifadə etmək üçün təmənnasız dost kimi vermişdir. O da həmin mobil telefonu götürüb özünə məxsus ***-***-**-** nömrəni salmış, lakin mobil telefon həmin nömrə ilə işmədiyi üçün təxminən 2020-ci ilin oktyabr ayınının ortalarında həmin mobil telefonu Mehdiabad qəsəbəsi sakini Şahid3 adlı şəxsə 15 manata satmışdır. Təqsirləndirilən şəxs2 Samsunq markalı PT-C3322i modelli mobil telefonu harada əldə etməsini o bilməmişdir. O X10 adlı şəxsi tanımır, belə bir şəxsin evindən baş vermiş oğurluq hadisəsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 ona verdiyi Samsunq markalı PT-C3322i modelli **********36930 imei kodlu mobil telefonun cinayət yolu ilə əldə edilməsi barədə onun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 Abşeron rayonu Mehdiabad qəsəbəsi sakini tanıyır, onunla heç bir dostuq münasibəti olmamış, o, Təqsirləndirilən şəxs1lə və Təqsirləndirilən şəxs2lə heç bir oğurluq hadisəsində iştirak etməmişdir. O, ümumiyətlə heç vaxtı heç bir cinayət törətməmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, o, 2020-ci ilin oktyabr ayının axırlarında tarixi dəqiq yadında deyil, Abşeron rayonu Mehdiabad qəsəbəsi sakini Mehdiabad qəsəbəsində dəmirçi sexində dəmirçi işləyən 30-35 yaşlarında Sərxan adlı şəxsi görmüşdür. Söhbət əsnasında o Sərxana bildirmişdir ki, özü üçün ucuz mobil telefon almaq istəyir. Sərxan bildirdi ki, özündə ucuz Samsunq markalı mobil telefon var, onu 15 manata satır. O və Sərxan onların evinin yaxınlığına getmiş, orada Sərxan evə daxil olmuş, o Sərxanın evinin yaxınlığında gözləmişdir. Sonra Sərxan ona evdən Samsunq markalı PT-C3322i modelli **********36930 imei kodlu mobil telefon gətirmiş, o, həmin mobil telefona baxıb bəyənmişdir. Lakin Sərxan ona həmin mobil telefonun qutusunu təqdim etməmişdir. Sərxana həmin vaxtı 15 manat pul verib, həmin Samsunq markalı PT-C3322i modelli mobil telefonu almışdır. Həmin mobil telefonu arvadı X8 adına olan ***-***-**-** mobil nömrəni taxıb istifadə etməyə başlamışdır. Hal hazırda həmin Samsunq markalı PT-C3322i modelli **********36930 imei kodlu mobil telefon özündədir, istintaqa təqdim edə bilər. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayəti törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, ekpertiza rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Belə ki, 11.01.2021-ci il tarixdə Şahid3 1 ədəd “Samsunq” markalı PT-C3322i modelli **********36930 imei kodlu mobil telefonu təqdim etmiş və həmin mobil telefon müstəntiq tərəfindən protokolla götürülmüşdür. İş üzrə "xxxx" MMC-dən alınmış 27.11.2020-ci il tarixli, BKC/LGL-26454/20 nömrəli məktubdan görünür ki, 01.10.2020-ci il tarixdə 1 ədəd Samsunq markalı PT-C3322i modelli **********36930 imei kodlu mobil telefon ***-***-**-** mobil nömrə altında istifadə edilmişdir. İş üzrə «Azercell» Telefom BM-dən alınmış 04.11.2020-ci il tarixli, 23349 nömrəli məktubdan görünür ki, 2020-ci ilin oktyabr ayında 1 ədəd Samsunq markalı PT-C3322i modelli **********36930 imei kodlu mobil telefon ***-***-**-** mobil nömrə altında istifadə edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəşunaslıq ekspertizasına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 03.02.2021-ci il tarixli, 9/154 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 1 ədəd Çin istehsalı olan “Samsunq” markalı, “GT-C3322i” model telefon aparatının satış üçün komplekləşdirilməsinə daxil edilən aksessuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə təxminən 10,0 manat müəyyən edilir. Cinayət işi üzrə Şahid3 götürülmüş 1 ədəd Samsunq markalı PT-C3322i modelli **********36930 imei kodlu mobil telefon 28 fevral 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilməməsinə və polis idarəsində polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsinə dair ifadəsi məhkəmə tərəfindən araşdırılarkən bu xüsusatların özünü müdafiə və cinayət məsuliyyətindən və cəzadan azad olunması xarakteri daşıdığı qənaətinə gətirir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ona qarşı adını bilmədiyi polis əməkdaşlar tərəfindən təzyiqlər olduğunu və xəsarətlər yetirildiyini bildirərkən Bakı İstintaq Təcridxanasına sorğ verərək onun Bakı İstintaq Təcridxanasına təhvil verilərkən səhhəti ilə əlaqədar müəyyən edilmiş məlumatları əks etdirən sənədləri tələb edib nəzərdən keçirərkən Təqsirləndirilən şəxs2 11.01.2021ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olduğunu və təlimata uyğun olaraq təcridxananın tibbsanitar hissəsində ilkin tibbi müayinədən keçirildiyi, məhkumun 88912021 saylı tibbi kitabçasında yoxlama zamanı xəsarət izlərinin olmadığı aşkar olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə 13.01.2021-ci il tarixli arayışından (tələbnamədən) və Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.02.2017-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Qarayev X16 Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 04 oktyabr 2016-cı il tarixdən hesablanmışdır. Bakı şəhəri, Xətai rayon məhkəməsinin 12 fevral 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.02.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın 7 (yeddi) ay 22 (iyirmi iki) gündən şərti olaraq azad ounmuşdur. Abşeron rayon məhkəməsinin 11.08.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu və ev dustaqlığında saxlanıldığ 3 ay 05 gün Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla cəmi 06 ay 10 gün müddət çıxılmış və üzərində qəti olaraq 11 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Probasiya Xidmətinin 15.02.2021-ci il tarixli, 150199 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 11 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası bu günə qədər çəkilməmiş qalmışdır. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.02.2017-ci il tarixli hökmü ilə nəzərdə tutulmuş cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən olunması zamanı nəzərə alınmır. Belə olan hada Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi müəyyən olunmur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Abşeron rayon məhkəməsinin 11.08.2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 11 ay 20 gün müddətinə azadlığını məhdudlaşdırılması cəzası qismən birləşdirilməli və ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 08.01.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin 09.01.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə 13.01.2021-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs2 10.04.2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 28.06.2019-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs2 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 03.09.2019-cu il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs2 çəkilməmiş cəzasının 05 ay müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayəti törədən zaman yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən olunması zamanı nəzərə alınmır. Belə olan hada Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi müəyyən olunmur. Məhkəmə cəza təyin edərkən zərərçəkmiş şəxs X4 Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 08.01.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin 09.01.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Samsunq markalı PT-C3322i modelli **********36930 imei kodlu mobil telefon saxlanılmasından ötrü sahibi X6 qaytarılmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxs X6 vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı gələcəkdə aidiyyatı üzrə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 (iki yüz on) manat məbləğində, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X13 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 (iki yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum edilmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron rayon məhkəməsinin 11.08.2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 11 ay 20 gün müddətinə azadlığını məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hazırki cinayət işi üzrə ona təyin olunmuş 02 (iki) il 03 (üç) müddətinə azadlıqdan məhrum edilmə növündə cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum edilmə növündə cəza təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəmə müəssəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu 08.01.2021-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum edilmə növündə cəza təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəmə müəssəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu 08.01.2021-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Samsunq markalı PT-C3322i modelli **********36930 imei kodlu mobil telefon saxlanılmasından ötrü sahibi X6 qaytarılsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxs X6 vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı gələcəkdə aidiyyatı üzrə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 (iki yüz on) manat məbləğində, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X13 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 (iki yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-272/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-272/2021
14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver