Məhkəmə qərarları › İş №1(012)-272/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-272/2022

17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-272/2022 17.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1987-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycanlı, subay, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, Abşeron rayonu Masazır qəsəbəsi Ş.Qurbanov küçəsində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETD: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 65 saylı binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus «MAZ» markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərindən bir ədəd 470 manat dəyərində 225 vatlıq və bir ədəd 280 manat dəyərində 190 vatlıq akkumulyatoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 750 manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, 12 iyun 2021-ci il tarixdə cəzasını başa vuraraq yaşadığı Abşeron rayonu, Masazır kəndinə gəlmişdir. Həbsdən gəldikdən sonra heç bir yerdə işləməmiş, buna görə də qərara gəlmişdir ki, pul əldə etmək üçün oğlurluq etsin. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanının qarşısında Maz markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili olduğunu görmüş, həmin avtomobilin akulmyatorlarını oğurlayıb aparıb satmaq qəraraına gəlmişdir. Avtomobilə yaxınlaşıb kənara nəzər yetirmiş, görmüşdür ki, ətrafda kənar heç kim yoxdur. Bundan sonra akkumlyator olan yerini açaraq əliilə akkumlyatorların hər ikisini ayırıb çıxarıb avtomobilin yanına qoymuşdur. Sonra isə həmin akkumlyatorları bir bir aparıb küçənin baş tərəfinə qoymuş, bundan sonra qoyduğu yerdən yoldan Bolt taksi avtomobili sifariş etdirib, həmin taksi avtomobili ilə akkumlyatorları metal qəbulu yerinə aparmışdır. Orada həmin akulmyatorların özünə məxsus olduğunu deyərək həmin akulmyatorlara görə 92 manat pul almış, həmin pulu aldıqdan sonra isə öz şəxsi ehtiyaclarına ödəmişdir. Oğurluq hadisəsini tək törətmiş, bundan heç kimin xəbəri olmamışdır. Əlavə olaraq göstərmişdir ki, akkumlyatorları satdığı şəxsə həmin əşyaların özünə məxsus olduğunu bildirmiş, ondan akkumlyatorları alan şəxs onların oğurluq olmasından şübhələnməmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Maz markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Belə ki, Maz markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobil əvvəllər şirkət avtomobili olmuş, lakin sonradan alqı-satqı müqaviləsi ilə həmin avtomobili almış, hazırda sənədlər öz adınadır, lakin avtomobilin dövlət qeydiyyat nişanını dəyişdirməmidşir. Yük avtomobilini sifariş əsasında idarə edib ailəmə çörə pulu qazanır. Həmin yük avtomobili ilə 2021-ci ilin noyabr oktyabr ayının əvvəlində Şuşa şəhərinə yük aparmışdım və sonra avtomobili gətirib Masazır qəsəbəsinin girişində «Araz» marketin qarşısındakı boşluq ərazidə saxlamış, avtomobili sifariş olmadığı üçün təxminən 3-4 gün idi ki, idarə etməmişdir. 16 oktyabr 2021-ci il tarixdə günorta radələrində yük avtomobilimi saxladığı yerə getdikdə həmin avtomobilin sağ təkəri ilə kabina arasında yerləşən akkumlyator üçün nəzərdə tutulmuş qutunun üstünün açıq vəziyyətdə olduğunun şahidi olmuş və həmin yerə baxdıqda avtomobilin üzərindəki iki ədəd akkumlyatorun yerində olmadığını görmüş, belə ki, həmin akkumlyatorların üzərindəki klemalar çıxarılmış vəziyyətdə olmuş və qutu isə boş, ağzı açıq vəziyyətdə olmuşdur. Bundan sonra yük avtomobilimin digər yerlərinə baxmış və onun üzərindən hər hansı digər əşyaların oğurlanıb oğurlanmamasını yoxlamış, məlum olmuşdur ki, yalnız avtomobilin üzərindəki iki ədəd akkumlyator naməlum şəxs tərəfindən oğurlanmışdır. Göstərmişdir ki, yük avtomobilinin üzərində olmuş akkumlyatorları hadisədən təxminən 4 ay əvvəl almış, onların biri 225 vatlıq, digəri isə 190 vatlıq olmuş, həmin akkumlyatorın birini 470 manata, digərini isə 280 manata almış, odur ki, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 750 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Ə.Vahid küçəsinin sağ kənarında metal qəbulu sexini icarə əsasında işlədir, aylıq icarə haqqı 250 manat ödəyir, vergi ödəyicisidir. Həmin sexi təxminən bir il olar ki, işlədir və işlədiyi sexdə plastmas, dəmir, alüminium, mis qurğuşun və digər əlvan metalların qəbulu ilə məşğul olur. Qəbul etdiyi metalları Ceyranbatan qəsəbəsində metal qəbulu yerindən və qara dəmiri isə «Stell Company» şirkətinə aparıb təhvil verməklə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, belə ki, gün ərzində müxtəlif şəxslər metal gətirdikləri üçün onların sifət cizgilərini yadında saxlamır. Təxminən 2021-ci ilin oktyabr ayı olardı, dəqiq tarix yadında deyil, Təqsirləndirilən şəxs işlədiyi metal qəbulu sexinə gəlmiş və özü ilə iki ədəd akkumlyator gətirmişdir. Həmin şəxsin üstü palçıqlı olmuş, sonuncunu obyektə dəvət etmiş və həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin şəxs sənədini ona təqdim etmiş və ondan akkumlaytorları qəbul etmişdir. Təqsirləndirilən şəxs adlı şəxsdən akkumlyatorları qəbul etdikdə çəkmiş və çəkisinə uyğun pulunu ödəmişdir. Həmin şəxsdən akkumlyatorları haradan əldə etdiyini soruşduqda ona bildirmişdir ki, akkumlyatorlar özünə məxsusdur və yaşadığı evi də göstərə bilər. O, Təqsirləndirilən şəxs adlı şəxsin sənədinin surətini qəbul etmiş və bu barədə özünə məxsus sənəddə qeydiyyatını aparmış, qəbul etdiyi əlvan metalları üstündən 4-5 gün keçmiş təhvil vermiş, odur ki, hazırda qəbul etdiyi akkumlyatorlar təhvil verdiyi üçün istintaqa təqdim edə bilmir. 2022-ci ilin yanvar ayında həmin Təqsirləndirilən şəxs adlı şəxs polis əməkdaşları tərəfindən işlədiyi sexə gətirilmiş və həmin şəxs akkumlyatorları ona satdığını bildirdikdə məlum olmuşdur ki, ona satılmış akkumlyatorlar oğurluq olmuşdur. Göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs ona akkumlyatorı satmaq üçün gətirdikdə həmin akkumlyatorın özünə məxsus olduğunu demiş və özünə məxsus şəxsiyyət vəsiqəsini də təqdim etmiş, eyni zamanda yaşadığı ünvanı da ona göstərə biləcəyini demiş, bu səbəbdən də həmin akkumlyatorları çəkisinə uyğun ondan qəbul etmiş və bu barədə qeydiyyatını aparmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Rzayev X2 rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da onun əməlində cinayətin residivi yoxdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilərək saxlandığı Abşeron rayon Pİ-nin MSY-dən azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin. istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, dəymiş ziyanın ödənilməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün, azadlıqdan məhrumetmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək də\yişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar