Məhkəmə qərarları › İş №1(012)-273/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-273/2021

21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-273/2021 21.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1986-cı ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, orta təhsilli, məhkumluğu olan, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Şahtaxtı kəndində qeydiyyatda olan və Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 sentyabr 2020-ci il tarixdə saat 14:20 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin açıq olan plastik pəncərəsindən qanunsuz evə daxil olub evin mətbəxində masanın üstündə olan 1 ədəd 100 manat dəyərində “Samsung” markalı mobil telefonu, evin yataq otağından çarpayının üstündəki döşəyin altında olan pul qabından 2340 manat pulu, hər biri 300 manat olan ümumi 600 manat təşkil edən 2 ədəd qızıl üzüyü, bir ədəd 1000 manat dəyərində qızıl boyunbağını, bir ədəd 200 manat dəyəində qızıl qolbağı, və bir ədəd 700 manat dəy ətində qızıl üzük və sırğanı dəstini gizli talayıb Zərərçəkmiş şəxs1 qızma ümumilikdə 4940 (dörd min doqquz yüz qırx) manat məbləğində ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evin həyətinə hasarın üstündən keçərək daxil olmaqla oradan evin plastik pəncərəsini mismarla açıb qanunsuz evə daxil olaraq evdə olan paltar dolabından bir ədəd 150 manat dəyərində qızıl qolbağı, 200 manat pulu və bir ədəd 20 manat dəyərində qol saatını qizli talayib Zərərçəkmiş şəxs2 370 manat məbləğində ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 26 oktyabr 2020-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs3 qızma məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinə pəncərəni açmaqla qanunsuz evə daxil olub evdə şüşə bankanın içərisində qəpik və kağız pul əskinazları olmaqla ümumilikdə 150 manat pulu, qab- qacaq yığılan rəfin içərisində kağıza bükülü vəziyyətdə bir cüt 160 manat dəyərində qızıl sırğanı, bir cüt 250 manat dəyərində qızıl sırğanı, bir ədəd 320 manat dəyərində qızıl üzüyü və bir ədəd 250 manat dəyərində qızıl boyunbağını gizli talayıb Zərərçəkmiş şəxs3 qızma ümumilikdə 1130 manat məbləğində ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, həbs edillənə kimi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsində yerləşən fərdi evdə yaşamış, heç bir yerdə işləmir. O, narkotik vasitə aludəçisi olduğundan son vaxtlar narkotikə olan tələbatını ödəmək üçün pul tapa bilmədiyinə görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi yeni yaşayış massivi tərəfdə piyada gəzərək bir-bir yol qırağı ilə olan evlərə baxmışdır. Bir evin darvazasının üzərində qıfıl olduğunu görüb evdə adam olmadığını başa düşmüşdür. Ətrafa diqqətlə baxıb heç kəsin olmadığına tam əmin olduqdan sonra hasardan aşıb həyətə daxil olmuş, bir mərtəbəli evin plastik pencərəsini mismarla böyür tərəfdən açmış və içəri daxil olmuşdur. Evin içərisi yarı təmirli olmuşdur. Otaqları gəzib yataq otağına daxil olmuş və paltar dolabının içərisini eşib orada bir ədəd sadə zəncirə oxşayan qızıl qolbaq, bir ədəd qara rəngli qolbağı olan saat və 200 manat pul görüb 200 manat pulu, bir ədəd qızıl qolbağı və bir ədəd qol saatını götürüb evdən çıxmışdır. Oğurladığı pullar 100 manatlıq əskinazlar olmuşdur. Həmin günün axşamı qızıl qolbağı Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən qaraçılar bazarı deyilən yerdə tanımadığı şəxsə 120 manata satmış, saatı isə işləmədiyinə görə tullamış, harada tulladığı yadında qalmamışdır. Qalan pulları isə öz ehtiyaclarana xərcləmişdir. Bundan başqa o, 26 oktyabr 2020-ci il tarixdə saat 09 radələrində Abşeron rayonu, Qobu qəsəbəsinə gəlmiş, orada olan evləri axtarmağa başlamışdır. Abşeron rayonu, Qobu qəsəbəsində bir evin qapısını döyəndə evdə heç kimin olmadığını görüb hasarın üstündən tullanıb həmin evin həyətinə düşmüş, evin pənəcərəsini açaraq evə daxil olmuş və evin yataq otağını axtarmağa başlamışdır. Bundan sonra evdən 150 manat pul o, cümlədən qab qacaq olan yerdən bir cüt qızıl sırğanı, iki ədəd qızıl üzüyü və bir ədəd boyunbağını götürüb oradan bayıra çıxmışdır. O, həmin pullardan bir hissəsini öz şəxsi ehtiyaclarına xərcləmiş, qalan pulları və qızılları isə satmaq üçün öz üzərində saxlamışdır. 27 oktyabr 2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları onu saxlayaraq polis bölməsinə gətirmiş, o da həmin evdən oğurluq etdiyini etriaf etmişdir. Pulların bir qismini xərcləsə də qalan 56 manat pulu, bir ədəd qızıl boyunbağını, iki ədəd üzüyü və bir ədəd sırğanı könüllü olaraq istintaqa təqdim etmişdir. Sonda o, yuxarıda göstərilən epizodlar üzrə özünü təqsirli bildiyini, lakin 14 sentyabr 2020-ci il tarixdə 14 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evindən oğurluq etmədiyini bildirdi. Halbuki, ibtidai istintaq zamanı o, müdafiə hüququ təmin olunmaqla dindirilərkən ifadəsində göstərmişdir ki, o, 14 sentyabr 2020-ci il tarixdə 14 radələrində oğurluq etmək üçün Abşeron rayonu, Qobu, qəsəbəsi, yeni məhəlləyə gəlib ev axtarmış, həmin vaxtı Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən hasarı olmayan fərdi yaşayış evinin plastik pəncərəsinin açıq olduğunu görüb ətrafa diqqətlə baxıb heç kəsin olmadığına tam əmin olduqdan sonra pəncərədən evə daxil olmuş, evin mətbəxtində stolun üstündə olan “Samsung” markalı mobil telefonu götürüb qızıl və pul oğurlamaq üçün yataq otağına keçmiş, yataq otağında çarpayının üstündə olan döşəyi qaldırmış və döşəyin altında pul kisəsi olduğunu görüb pul kisəsini açmış və içərisində olan 2340 manat pulu və qızıl-zinyət əşyalarını görüb götürmüş və pul kisəsini çarpayının üstünə atıb evdən çıxıb getmişdir. Evdən oğurladığı 3 ədəd qızıl üzüyü, 1 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl qolbağını, bir cüt qızıl srğanı 15 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu bazarında tanımadığı qaraçı deyilən bir qadına 1500 manata satmışdır. Oğurladığı “Samsung” markalı mobil telefonun kodunu aça bilmədiyi üçün Bakı şəhərində dəqiq xatırlamadğı ünvanda zibil qabına atmışdır. 1500 manat satdığı qızıln pulunu və 2340 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə övladları ilə birlikdə yaşayır. O, yaşadığı evindən təxminən 2(iki) kilometr aralıda yerləşən mağazanı işlədir və 26 oktyabr 2020-ci il tarixdə təxminən saat 08 radələrində övladları ilə birgə sözügedən mağazaya getmiş, sonra qızı Mələyin müəlliməsi ilə görüşmək məqsədi ilə məktəbə getmişdir. Həmin vaxt yaşadığı evdə heç kim olmamış və yaşadığı evin qapı və pəncərələri bağlı olmuşdur. Bu vaxt qonşusu onun mobil telefonuna zəng vuraraq yaşadığı evin pəncərəsinin açıq olduğunu ona dedikdə tez yaşadığı evə tərəf gəlmiş, evinin darvazasını açıb yaşadığı həyətə daxil olan zaman yaşadığı evin pəncərəsinin açıq olduğunu görmüşdür. Evinin qapısını açıb evə daxil olan zaman evinin dağınıq vəziyyətdə olduğunu görüb evinə oğru girdiyini başa düşmüşdür. O, evində olan qızıl -zinət əşyalarının, eyni zamanda pulların olduğu yerə baxan zaman pulların və qızılların yerində olmadığını müəyyən etmişdir. Onun yaşadığı evdə şüşə bankanın içərisində qəpik və kağız pul əskinazları olmaqla ümumilikdə 150 (yüz əlli) manat pul olmuşdur. Eyni zamanda yaşadığı evdə qab-qacaq yığılan rəfin içərisində kağıza bükülü vəziyyətdə 160 (yüz altmış) manat dəyərində bir cüt sırğa, 250 (iki yüz əlli) manat dəyərində bir cüt sırğa, 320 (üç yüz iyirmi) manat dəyərində bir ədəd üzük, 250 (iki yüz əlli) manat dəyərində bir ədəd boyunbağı olmaqla ümumi dəyəri 980 (doqquz yüz səksən) manat olan qızıl-zinət əşyaları olmuşdur. Evinə daxil olan şəxs və ya şəxslər evimdə olan şüşə bankadakı pulları və qızılları oğurlamaqla ona ümumilikdə 1130 (min yüz otuz) manat dəyərində maddi ziyan vurmuşdur. O, evində oğurluq hadisəsinin baş verdiyini görəndən sonra DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Sonda o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evində yaşayır. 14.09.2020-ci il tarixdə saat 14:15 radələrində zibil atmaq üçün Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evindən çıxmış, zibil atıb qayıdan zaman qonşuya getmiş və 5 dəqiqə sonra evinə qayıtmışdır. Evə qayıtdıqda üzərində ***-***-**-** saylı NAR nömrə olan “Samsung” markalı mobil telefonunun mətbəxdə stolun üstündə olmadığını görüb telefonunun yataq otağında qaldığını fikirləşib yataq otağına keçmiş, həmin vaxtı yataq otağında döşəyinin altında olan içərisində 2340 manat pul və qızıl zinyət əşyaları olan pul qabının çarpayının üstündə olduğunu görmüşdür. Dərhal pul qabını götürüb içərisinə baxmış, 2340 manat pulun və qızılzinyət əşyalarının pul qabında olmadığını aşkar etmişdir. Naməlum şəxsin evin mətbəxinin açıq qalan plastik pəncərəsindən evə daxil olub mətbəxdə stolun üstündə olan 100 manat dəyərində “Samsung” markalı mobil telefonu, yataq otağında çarpayıda döşəyin altında olan pul qabından 2340 manat pulu, hər biri 300 manat olan ümumi 600 manat dəyərində iki ədəd qızıl üzüyü, bir ədəd 1000 manat dəyərində qızıl boyunbağını, bir ədəd 200 manat dəyəində qızıl qolbağı, və bir ədəd 700 manat dəyərində qızıl üzük və sırğa dəstini oğurladığını bilmiş, dərhal bu barədə DİN-nin “102” xidmətinə zəng edərək məlumat verib sonra isə Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə gələrək ərizə ilə müraciət etmişdir. Polis bölməsindən polis əməkdaşları onun evinə gəlib evə baxış keçirmişlər. O, ərizə ilə məhkəməyə müraciət edərək vurulmuş ziyanın ödənilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2019-cu ilin sentyabr ayından Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi evində oğlu Qəlbinur İsmayılzadə, arvadı X3 ilə birlikdə yaşayır. 06 oktyabr 2020-ci il tarixdə saat 07 radələrində arvadı Vüsalə ilə birlikdə Füzuli rayonuna getmiş, oğlu Qəlbinur isə evdə qalmış və o həmin tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan qaynı Zamin Abbasovun evinə qonaq getmiş və gecəni orada qalmışdır. 07 oktyabr 2020-ci il tarixdə Qəlbinur oradan onun Bakı şəhəri, Yasamal rayonunda mühafizəçi işlədiyi obyektə gedib onun əvəzinə işdə olmuş, 08 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində evə qayıdıb evdə yatmışdır. 08 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində o, arvadı Vüsalə ilə evə qayıtmış, evinin yataq otağında olan paltar şkafının və yerdə olan sandığın içərisinə yığdığı əşyaların dağınıq vəziyətdə olduğunu görmüş, evindən ona məxsus paltar şkafında arvadının əl çantasından 200 manat pulun, sandığın içərisində olan 150 manat dəyərində 1 ədəd qızıl qolbağın, sandığın içərisində olan 20 manat dəyərində kişi qol saatının- ümumilikdə 370 manat dəyərində əmlakının oğurlandığını aşkar etmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək vurulmuş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 26 oktyabr 2020-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə yaşayan sonradan adının Zərərçəkmiş şəxs3 olduğunu bildiyi şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə gəlib ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evindən 150 manat pulunun və ümumi 980 (doqquz yüz səksən) manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirmişdir. Bundan başqa Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində silsilə oğurluqların baş verməsi ilə bağlı bölmə rəisi həmin oğurluq cinayətlərini törədən şəxslərin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirilməsinə göstəriş vermiş, o, əməliyyataxtarış tədbirlərinin keçirməyə başlamışdır. Keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evindən 150 manat pulunu və ümumi 980 (doqquz yüz səksən) manat dəyərində qızılzinət əşyalarını oğurlayan şəxsin xx.xx.1986-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Şahtaxtı kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və həmin şəxs 27.10.2020-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə dəvət olunmuşdur. Bölmədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, 26 oktyabr 2020-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs3 qızma məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evindən 150 manat pulunu və ümumi 980 (doqquz yüz səksən) manat dəyərindı qızıl-zinət əşyalarını oğurlamış, həmin pulun bir qismini xərcləmişdir. Təqsirləndirilən şəxs özündə saxladığı qalan 56 manat pulu və qızılları istintaq orqanına könüllü təhvil vermişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 56 manat pul və qızıllar müstəntiq tərəfindən baxış keçirildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, 14 sentyabr 2020-ci il tarixdə saat 14:20 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evindən 1 ədəd “Samsung” markalı mobil telefonu, evin yataq otağından çarpayının üstündəki döşəyin altında olan pul qabından 2340 manat pul və 2500 manat dəyərində qızıl-zinət əşyalarını, 07 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evindən 200 manat pul, bir ədəd dəyərində kişi qol saatını və bir ədəd qızıl üzüyü, gizli talayaraq oğurlamışdır. Bununla bağlı onun tərəfindən rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsi üçün Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə təhvil verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin «Saidinin-Fransaya qarşı» iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində dindirilən şahidin verdiyi ifadəsi də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan müvafiq istintaq hərəkətləri protokollarından və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı zərərçəkmiş şəxslərə məxsus əmlakları gizli olaraq taladıqları yerləri əyani olaraq göstərmiş və istintaqa verdiyi ifadələrini hadisə yerində təsdiq edib analoji ifadələr vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 dekabr 2020-ci il tarixli 6/2454-9/4978 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd 4,36 qram çəkidə “585” əyarlı qızıldan üzərində “Mələk” yazılı kulonu olan boyunbağının 2020-ci ilin oktyabr ayına olan pərakəndə satış qiyməti 327,0 manat; 1 ədəd 3,18 qram çəkidə “583” əyar qızıldan paxlava formalı, üzərində ağ şəffaf qaşları olan üzüyün 2020-ci ilin oktyabr ayına olan pərakəndə satış qiyməti 238,0 manat; 1 ədəd 1.27 qram çəkidə “585” əyar qızıldan paxlava formalı, üzərində ağ şəffaf qaşları olan sırğa cütünün 2020-ci ilin oktyabr ayına olan pərakəndə satış qiyməti 95,0 manat müəyyən olunur. İş üzrə maddi sübut kimi tanınmış 45 manat kağız pul, 11 manat qəpik olmaqla ümumilikdə 56 manat pul, 1 ədəd qızıl boyunbağı, 2 ədəd üzük və 1 ədəd qızıl sırğa saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin və şahidin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 –cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü qismən təqsirli bilməsinə dair ifadəsi qeyri-səmimidir və özünümüdafiə xarakteri daşıyır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinnin 29.11.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.2-ci, 181.2.5-ci və 181.3.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsilə 12 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, daha sonra Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03.03.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.2.1-ci maddəsi ilə həmin Məcəllənin 67-ci maddəsinə əsasən 07 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, o, 22.11.2016-cı ildə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə 01 il 11 gün vaxtında əvvəl şərti azad olunmuş, daha sonra Bakı şəhəri Xəzər rayon məhkəməsinin 24.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 29, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2-ci maddəsi ilə 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 24.06.2020-ci il tarixli qərarı ilə cəzasının qalan 02 (iki) ay 10 (on) günü vaxtından əvvəl şərti olaraq azad olunmuş və 09.09.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluqları ödənilməmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə məhkum olunmuş şəxs yenidən qəsdən cinatət tərətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhrum olduqda onun əməli təhlükəli resediv sayılır. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivi müəyyən olunur. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindənzərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmişşəxsəödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Lakin məhkəmə zamanı müəyyən edildi ki, İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ümumi maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halları, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azdlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 27.10.2020-ci il tarixdə saat 20-30-da şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsi tərəfindən barəsində 29.10.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasənxüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli və onun cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 27.10.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 109,50 (yüz doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininhesabına (VÖEN **********, hesab AZ34CTRE000 000 000 000 020 88501) köçürülməlidir. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Kəngərli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət-ProsessualMəcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəza çəkməsinin əvvəli 27.10.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 109,50 (yüz doqquz manat əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Kəngərli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxslərə törədilmiş cinayət nəticəsində onlara dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış 45 manat kağız pul, 11 manat qəpik olmaqla ümumilikdə 56 manat pul, 1 ədəd qızıl boyunbağı, 2 ədəd üzük və 1 ədəd qızıl sırğa saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabınaödənilsin. Hökmdən elan olunduğuğu vaxtdan (həbsdə olan şəxsə isə təqdim olunduğu vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar