Məhkəmə qərarları › İş №1(012)-273/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-273/2022

23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-273/2022 23.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X3 iştirakı ilə xx.xx.1983-cü ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ali təhsilli, evli, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Y.Çəmənzəminli küçəsi, ev 9-da qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.F.Axundov küçəsi, ev 1A-da yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 dekabr 2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən tikilməkdə olan fərdi evinin hasarlanmış həyətyanı sahəsinə qanunsuz daxil olub həyətdə olan bir ədəd 450 manat dəyərində 6 ton həcmli su tutumu olan dəmir su çənini, bir ədəd 250 manat dəyərində 3,5 ton həcmli su tutumu olan dəmirdən su çənini və bir ədəd 150 manat dəyərində 1 ton həcmli su tutumu olan dəmir su çənini naməlum evakuatora yükləyərək gizli talayıb oradan uzaqlaşaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 850(səkkiz yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 dekabr 2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən “Təndir” adlı kafenin arxasına gələrək orada boş yerə yığılmış Zərərçəkmiş şəxs2 məxsus “Ford Cargo” markalı **-CT-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin hər biri 320 manat dəyərində ümumi 640 manat dəyərində 02 ədəd akkumulyatorunu, 01 ədəd 3000 manat dəyərində reduktorunu, hər biri 500 manat olmaqla ümumi 1500 manat dəyərində 03 ədəd stupitsanı idarə etdiyi boz rəngli “BMV” markalı GEO-635 Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilinə yükləyərək gizli talayıb oradan uzaqlaşaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 5140(beş min yüz qırx) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 yanvar 2022-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən “Təndir” kafenin arxasına gələrək orada Zərərçəkmiş şəxs2 məxsus “Ford Cargo” markalı ** JT *** dövlət qeydiyyat nişanlı nişanlı yük avtomobilinə məftillə bağlanmış 4000 manat dəyərində avtomobilə aid arxa körpü dəstini bağlı məftildən kəsib idarə etdiyi boz rəngli “BMV” markalı GEO-635 Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilinə yükləyərək gizli talayıb oradan uzaqlaşaraq zərəçəkmiş şəxsə Zərərçəkmiş şəxs2 4000(dörd min) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 yanvar 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evinin qarşısında hasarı olmayan saxlanc yeri hesab edilməyən boş sahədən bir ədəd 1600 dəyərində 4 ton həcmli su tutumu olan dəmir su çənini naməlum evakuatora yükləyərək gizli talayıb oradan uzaqlaşaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 1600 (bir min altı yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə bir yerdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.F.Axundov küçəsi, ev 1A-da yaşayır. Ailəlidir 1 oğlu vardır. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən əfv olunaraq vaxtından əvvəl azadlığa buraxılmışdır. Bildirmişdir ki, 2021-ci ilin dekabr ayının 24-də hava qaralmamış Abşeron rayonu, Mehdiabad qəsəbəsində piyada gəzən zaman görmüşdür ki, yarımçıq tikilinin həyətində 3 ədəd su çəni vardır. Həmin günü yoldan keçən evakuator tapıb həmin yerə sürdürüb trosla çəni evakuatorun üstünə yüklətdirmiş və həmin çənləri Bakı şəhəri, Dərnəgül qəsəbəsində metal qəbul etmə məntəqəsinə aparıb 290 manata satmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə maddi vəziyyəti yaxşı olmadığı üçün oğuyrluq etmək qərarına gəlmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində olan “Gənclər şəhərciyi” yaşayış kompleksinin yanında yerləşən təndirin arxa hissəsinə avtomobil ehtiyyat hissələrinin yığıldığını görmüş və həmin ehtiyyat hissələrini oğurlamağa qərar vermişdir. Bunun üçün xx.xx.2021-ci il tarixdə saat 19 radələrində o, oradan 02 ədəd akumlyatoru, 03 ədəd avtomobilin stupiçasını və 01 ədəd reduktoru götürüb idarə etdiyi boz rəngli “BMV” markalı GEO-635 Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığmış və həmin əşyaları Abşeron rayonu, Mehdiabad-Binəqədi yolunda yerləşən Aşur adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsəniə aparmışdır. Orada həmin əşyaları öz şəxsiyyət vəsiqəsi ilə qara dəmir kimi satmışdır. Həmin dəmir ehtiyyat hissələrinin qarşılığında Aşur ona 48 manat pul ödəmişdir. 02 ədəd akumlyatoru və 03 ədəd ştupiçanı Bakı şəhərində tanımadığı şəxsə 100 manata satmışdır. Həmin pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa onun pula ciddi ehtyacı olduğu üçün 31 dekabr 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 01 radələrində idarə etdiyü BMV markalı GEO-635 Gürcüstan Respubilkasının qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Mehtiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən “Təndir” adlı kafenin qarşsına gəlmişdir. Orada bir neçə gün əvvəl oğurluq etdiyi həmin yerdə olan “FORD” markalı avtomobilə məxsus ehtiyat hissələrinin arxa most hissəsini adını Tural kimi tanıdığı şəxsdən xahiş emişdir ki, ona köməklik göstərsin. Turalın köməkliyi ilə ehtiyat hissəsini idarə etdiyi avtomobilin arxa hissəsinə qoymuşlar. O, oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Həmin günün səhərsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi mərkəzi adlanan yerdə fəaliyyət göstərən “Qızqalası” adlı mağazasının yaxınlığında yerləşən dəmir-metal qəbulu məntəqəsinə gətirərək orada 60 manata satmış əldə etdiyim 60 manat pulu ehtyaclarıma xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ərazisində olarkən yolun kənarında həyət evinin qarşısında bir ədəd dəmirdən olan su çəni görmüşdür. Pula ehtiyyacı olduğu üçün həmin su çənini oğurlamaq qərarına gəlmişdir. Lakin su çəni həm ağır olduğu üçün həm də böyük olduğundan Bakı şəhəri, Binəqədi və Mehdiabad yolunun kəsişməsində dayanan tanımadığı və nömrəsini xatırlamadığı evakuatorun sürücüsü ilə danışıb su çənini oradan götürüb evakuatora yükləyib Bakı şəhəri, Ulduz metro stansiyasının yaxınlığında yerləşən metal qəbulu yerinə 212 manata satmışdır. Oğurluq nəticəsində əldə etdiyi 212 manat puldan 45 manatını evakuatorun sürücüsünə vermiş qalan pulu isə şəxsi ehtiyyaclarına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəli küçəsi 39,mənzil 41-də yaşayır. 10 il əvvəl Abşeron rayonu, Mehdiabad qəsəbəsində torpaq sahəsi almış və yavaş-yavaş ev tikməyə başlamışdır. Evin içərisini təmir etməsə də gün aşırı həmin yerə gedib baş çəkmişdir. Bildirmişdir ki, 24 dekabr 2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Mehdiabad qəsəbəsinə getmiş və yol üstü həyətyanı sahəsinə baş çəkmişdir. Həyətə baxmış və hər şey qaydasında olduğunu görmüşdür. 27 dekabr 2021-ci il tarixdə yenə də ora getmiş və həyətə daxil olanda görmüşdür ki, həyətyanı sahədə ona məxsus bir ədəd 450 manat dəyərində 6 ton su tutumu olan dəmir su çəni, bir ədəd 250 manat dəyərində 3,5 ton su tutumu olan dəmirdən olan su çəni və bir ədəd 150 manat dəyərində 1 tonluq su tutumu dəmir su çəni oğurlanmışdır. Onun həyətindən su çənlərindən başqa heç bir əşya oğurlanmış və oğurliq nəticəsində ona ümumilikdə 850 manat maddi ziyan dəymişdir. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu Mehtiabad qəsəbəsi Gənclər şəhərciyi ev 15, mənzil 26-da yaşayır. “FORD CARGO” markalı ** JT *** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobil idarə edir, və həmin avtomobil onun şəxsi mülküyətidədir. 27 dekabr 2021-ci il tarixdə axşam saatlarında “FORD CARGO” markalı ** JT *** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə işdən çıxaraq evə gəlib yaşadığı Abşeron rayonu, Mehtiabad qəsəbəsi, Gənclər şəhərciyindən yerləşən “AL Market” adlı mağazanın qarşısında saxlamış, avtomobilin qapılarını bağlayıb evə getmişdir. Bundan sonra yəni 29 dekabr 2021-ci il tarixdə saat təxminən 13 radələrində avtomobilinə yaxınlaşanda avtomobilin qaplarını pultla açmaq istədikdə görmüşdür ki, qapı açılmır. Yaxınlaşıb avtomobilə baxanda aşkar etmişdir ki, avtomobildə olan 640 manat dəyərində Ukrayına istehsalı olan akulimiyatoru, reduktoru və üç ədəd stupiçaları yerində yoxdur. Bununla bağlı polisə məlumat vermişdir. Bununla bağlı rolis bölməsində araşdırmaaparılmışdır. Oğurluq hadisəsindən sonra həmin yerə qalan “FORD CARGO” markalı ** JT *** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilnə məxsus təxminən 250kq çəkidə olan trosta bağlanmış mostu “körpü” yerində qalmışldır. Lakin xx.xx.2022-ci il tarixdə saat 09 radələrində o, Abşeron rayonu, Mehtiabad qəsəbəsi, Gənclər şəhərciyindən yerləşən “AL-Market” adlə mağazanın qarşısında yerləşən təndir kafesinəin yanına yaxınlaşanda görmüşdür ki, ona məxsus dəyəri təxminən 4000 (dörd min) manat dəyərində olan mostun yerində yoxdur. Elə həmin vaxtı bunla bağlı hadisə barədə DİN-nin “102” məlumat mərkəzinə istifadəsində olan mobil telefonun ilə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrərək onlar tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin foto şəkilləri çəkilərək baxış protokoluna əlavə edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçılar və onun tərəfindən imzalarla təsdiqlənmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksinin girişində saxlamış özünə məxsus “Ford Cargo” markalı yük avtomobilindən 02 ədəd hər biri 320 manat dəyərində olan ümumi 640 manat dəyərində akkumlyatoru,01 ədəd 3000 manat dəyərində reduktorunu, 03 ədəd hər biri 500 manat dəyərində ümumi 1500 manat dəyərində stupiçanı, 01 ədəd 4000 manat dəyərində arxa körpünü gizli olaraq talayaraq ona ümumilikdə 9140 manat dəyərində maddi ziyan vurmuşdur. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, 2014-cü ildən etibarən ailə üzvləri ilə birgə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə yaşayır. Təxminən 10 il əvvəl 1600 manat müqabilində 4 ton su tutan su çəni alıb evin həyətinə qoymuşdur. Məqsədi evin ön tərəfində ona məxsus torpaq sahəsində mağaza fəaliyyəti ilə məşğul olmaq məqsədilə mağaza tipli tikili tikmək olmuş və bu məqsədlə o, təxminən 5-6 ay əvvəl həmin 4 ton həcmli olan su çənini evimin hasarının kənarına, yəni boş sahəyə çıxarıb orada qoymuşdur. 03 yanvar 2022-ci il tarixdə səhər saat 08 radələrində işi ilə əlaqədar evindən çıxarkən görmüşdür ki, evinin qarşısında boş sahəyə qoyduğu su çəni naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmışdır. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 21 yanvar 2022-ci il tarixdə işdə növbədə olduğu zaman sonradan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə yaşayan adının Zərərçəkmiş şəxs3 bildiyi bir nəfər şəxs Abşeron rayon Polis İdarəsinin X6 gəlib ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evinin qarşısında hasarı olmayan boş sahədən bir ədəd 1600 manat dəyərində dəmirdən olan su çəninin oğurlanmasını bildirmişdir. Həmin şəxsin müraciəti ilə bağlı Abşeron rayon polis idarəsinin istintaq şöbəsində müstəntiq tərəfindən cinayət işi başlanmış və idarə rəhbərliyi onlara göstəriş vermişdir ki, həmin şəxsin evinin qarşısında hasarı olmayan boş sahədən bir ədəd 1600 manat dəyərində dəmirdən olan su çənini oğurlyan şəxsin və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsinlər. Bununla bağlı mən, Abşeron RPİ-nin Mehdiabad PB-nin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, sonra onlar əməliyyat-axtarış tədbirlərinin keçirməyə başlamışlar. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evinin qarşısında hasarı olmayan boş sahədən bir ədəd 1600 manat dəyərində dəmirdən olan su çənini oğurlayan şəxsin xx.xx.1983-cü ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, Y.Çəmənzəminli küçəsi, ev 9-da qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.F.Axundov küçəsi, ev 1A-da yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş və həmin şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində tərəflərindən saxlanılaraq Abşeron rayon polis idarəsinin X6 dəvət olunmuşdur. Bölmədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “02 yanvar 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evinin qarşısında hasarı olmayan saxlanc yeri hesab edilməyən boş sahədən bir ədəd su çənini oğurlamışdır”. Bundan başqa Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “24 dekabr 2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən yarım tikili evin yerləşdiyi həyətyanı sahəsindən müxtəlif həcm tutumu olan ümumilikdə üç ədəd 3 su çənini oğurlamışdır”. Bundan başqa Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “28 dekabr 2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyi “Təndir” kafesinin arxasından yerə yığılmış “Ford Cargo” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobildən 02 ədəd akkumlyatoru, 01 ədəd reduktorunu və 03 ədəd stupiçanı oğurlamışdır”. Bundan başqa Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “01 yanvar 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi “Təndir” kafesinin arxasında məftillə bağlanmış “Ford Cargo” markalı ** JT *** qeydiyyat nişanlı avtomobilin arxa most ehtiyat hissəsini oğurlamışdır”. Bununla bağlı rəhbərliyə raportla müraciət olundu və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü istintaq şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Abşeron rayonu, Binəqədi yolu adlanan ərazidə metal qəbulu məntəqəsində işləyir. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun işlətdiyi metal qəbulu məntəqəsinə gələrək yük avtomobili üçün reduktor satdığını bildirmişdir. O, həmin reduktoru qara metal kimi 1 kiloqramı 0,30 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra həmin reduktoru tərəzidə çəkmişlər və müəyyən olunmuşdur ki, həmin reduktorun 160 kiloqramdan artıq çəkisi vardır. O, həmin reduktor üçün Təqsirləndirilən şəxs 48 manat pul ödəmişdir. O, həmin reduktoru alan zaman onun oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində Şahid4 elan olunmuş ifadəsindən görünür ki, o, İsmayıllı rayonu Axundov küçəsi ev 44-də ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Binəqədi rayonu, mərkəzi dairədə “Qızqalası” adlı mağazanın qarşsında yerləşən dəmir-metal qəbulu məntəqəsində fəhlə işləyir və metal qəbul edib onları hissələrə bölməklə çəkisini müəyyən etdikdən sonra pulunu sahibinə ödəyir. xx.xx.2022-ci il tarixə saat 14 radələrində BMV markalı GEO-635 Gürcüstan Respubilkasının qeydiyyat nişanlı avtomobili ilə bir şəxs ona yaxınlaşmış və təxminən 160 kq “FORD” markalı avtomobilə məxsus ehtiyat hissələrinin arxa most hissəsini satmaq istədiyini bildirmişdir. Həmin şəxs ehtiyat hissəsinin özünə məxsus olduğunu bildirib şəxsiyətini təsdiq edən sənədinin surətini təqdim etmişdir. O da həmin şəxslə razılaşıb həmin ehtiyat hissəsini metal kimi qəbul edib adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxsə 60 manat pul ödəmişdir. Bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə şəxsi münasibətləri olmamışdır. Onu birinci dəfədir ki, görmüş İlqarın satdığı mostun oğlurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3 nömrəli yataqxanada yaşayır. Onun, hal hazırda Bakı şəhəri, Nərimanov rayonu, Ulduz metro stansiyasının yaxınlığında dəmir-metal qəbulu məntəqəsində metal qəbulu yeri vardır. Metal qəbul edib metalı hissələrə bölməklə çəkisini müəyyən etdikdən sonra pulunu sahibinə ödəyir. Bildirmişdir ki, 2021-ci ilin sonlarında bir şəxs ona yaxınlaşmış və 3 ədəd dəmirdən su çəni olduğunu və pula ehtiyyacı olduğu üçün həmin çənləri satmaq istədiyini bildirmişdir. O da həmin çənlərin kimə məxsus olması barədə həmin şəxsdən soruşmuş və həmin şəxs çənlərin özünə məxsus olduğunu demişdir. O da çənləri çəkdikdən sonra həmin şəxsə 290 manat pul verə biləcəyini demişdir. Daha sonra həmin şəxs ona şəxsiyyət vəsiqəsinin surətini vermiş və bundan sonra ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Daha sonra o, İlqar Qəhrəmanova 290 manat pul ödəmişdir. Bir müddət sonra təxminən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenə də o, işlədiyi metal qəbulu yerinə gəlmiş və bir ədəd yenə də çəni olduğunu və satmaq istədiyini bildirmişdir. O, bu dəfə İlqardan həmin çənlərin oğurluq olub-olmaması barədə soruşduqda İlqar çənin özünə məxsus olmasını və bağda qalıb biraz yararsız vəziyyətə düşdüyündən satmaq istədiyini bildirmişdir. O, yenə də həmin çəni çəkiyə çıxarmış və 212 manat pul verə biləcəyini demişdir. İlqar da onunla razılaşaraq 212 manat pulu götürüb getmişdir. İlqardan almış olduğu çənləri təkrar emala satmşdır. Onun Təqsirləndirilən şəxs ilə şəxsi münasibətləri olmamışdır. İlqarın satdığı çənlərin oğlurluq olduğunu bilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri ilə seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirlili bilinərək, 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirlili bilinərək, 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 1(101)-870/2017 saylı hökmü xx.xx.2018-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində qeydiyyata alınmışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs sürücülük vəsiqəsini itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyatı üzrə təqdim etmədiyinə görə sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi təqdim edildikdən sonra başlayacaqdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qanunvericiliyə görə ehtiyatsızlıqdan törədilən cinayətə görə yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs indiki hökmlə təyin edilmiş cəza ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş, çəkilməmiş qalan 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası tamamilə birləşdirmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2022-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən indiki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökm ilə təyin edilmiş, çəkilməmiş qalan 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası ilə tam birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar