Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-274/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Masallı rayonu, Kosakül kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Kosakül kəndində qeydiyyatda olub ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Saray-Xırdalan yolunun Saray qəsəbəsi ərazisindən keçən 2-ci kilometrliyində idarə etdiyi «Opel Astra» markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan istiqamətində təxminən 50- 55 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, yolun sağından soluna keçən piyada X8 avtomobilin qabaq sağ hissəsi ilə yolun hərəkət hissəsində vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada X5 başın yumşaq örtüyünün iç səthinə və hər iki gicgah əzələsinə qansızmalar, baş beyinin əzilməsi, baş beyinin maddəsinə və qişaları altına qansızmalar, kəllə əsasının sınığı, alın nahiyəsinin sol hissəsinin əzilmiş-cırılmış yarası, sol dirsək oynağı nahiyəsinin, sol əlin arxa səthinin və hər iki diz oynağı nahiyələrinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, icarə əsasında etibarnamə ilə “Opel Astra” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində idarə etdiyi “Opel Astra” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı kəndinə plastik pəncərə işi ilə əlaqədar getmişdir. Həmin vaxtı qardaşı Şahid1 və dostu Emil də onunla birlikdə getmişlər. Həmin günü saat 18 radələrində yeni salınmış Saray-Xırdalan yolu ilə idarə etdiyi avtomobillə təxminən 50-55 km/saat sürətlə hərəkətdə olmuş, həmin vaxt yol qaranlıq idi. İdarə etdiyi avtomobilin qarşısında “Toyota-Prado” markalı avtomobil hərəkət etmişdir. O, hərəkətdə olan vaxt hərəkət istiqamətinə görə yolun sağ tərəfindən bir nəfər piyada sol tərəfə, yəni yolun o biri tərəfinə keçmək istəyərkən anidən onun idarə etdiyi avtomobilin qarşısına çıxmış, həmin an idarə etdiyi avtomobili sol tərəfə çəkmiş, lakin piyada da onu başa düşməmiş və piyada da həmin vaxtı onun idarə etdiyi avtomobilin qarşına keçdiyinə görə avtomobili saxlaya bilməmiş və piyadanı yolun ortasında avtomobilin qabağı ilə vurmuşdur. Bu zaman piyada avtomobilin qabağına dəydikdən sonra yuxarı qalxmış və avtomobilin ön şüşəsinə çırpılmış, o, dərhal avtomobili saxlamış və yerə düşmüşdür. O, yerə düşdükdə piyadanın sifəti qan içində olmuş. O, istifadəsində olan mobil telefon vasitəsi ilə Təcili-Tibi Yardımın 103 mərkəzi-zəng xidmətinə zəng vursa da əlaqə yarada bilməmişdir. Yaxınlıqda olan vətəndaşlardan bir nəfər Azərbaycan Respublikası DİN-nin 102 mərkəzi-zəng xidmətinə yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Daha sonra ona məlum olmuşdur ki, avtomobili ilə vurduğu X10 ölmüşdür. O, həmin piyadanı və ailəsini ümumiyyətlə tanımamış və heç bir münasibəti, söz-söhbəti olmamışdır. Hadisə günü spirtli içki qəbul etməmiş, avtomobilində qardaşı Orxan və dostu Emil olmuş və avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Sonda o, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmadığını əsas gətirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, onun oğlu xx.xx.1993-cü il təvəllüdlü X10 “Palitra Company” Holdingdə gözətçi işləmişdir. Oğlu Nasim iki gün, yəni bir gün gecə, bir gün gündüz növbəsində olmaqla iki gün işdə olmuş və iki gün dincəlmişdir. Növbəti dəfə oğlu Nasim gecə növbəsinə getmək məqsədilə xx xxxxxx 2020-ci il tarixdə 18 radələrində evdən çıxıb iş yerinə getmişdir. Həmin günü saat 20 radələrində əri Nazim işdən evə gəlmiş və taksi ilə evə gələrkən Xırdalan şəhəri ərazisində ötəri yol-nəqliyyat hadisəsi baş verdiyini görmüşdür. Sonra ondan oğlu Nasir işə getdikdən sonra onunla telefon əlaqəsi saxlayıbsaxlamadığını soruşmuşdur. Evdən çıxdıqdan sonra onunla telefon əlaqəsi saxlamamışdır. Həmin gün saat 21 radələrində qonşusu Tural gələrək əri Nazimdən oğlu Nasirin telefon nömrəsinin istəmişdir. Əri ona oğlunun telefon nömrəsini vermişdir. Saat 21.30 radələrində əri Nazimin mobil telefonuna zəng olmuşdur. Telefona cavab verdikdə bir nəfər özünü Abşeron rayon polis idarəsinin əməkdaşı kimi təqdim edərək Abşeron rayonu, Xırdalan şəhəri, Saray-Xırdalan yolunda “Opel Astra” markalı AZ ** RO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin oğlu Nasiri yolu keçərkən vurması barədə məlumat vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində oğlu Nasirin aldığı xəsarətlərdən ölməsini polis əməkdaşı telefonda əri Nazimə bildirmişdir. Lakin onu qorxutmamaq üçün əri bu barədə ona heç nə deməmişdir. Oğlu Nasirin hazırda Bakı şəhəri KTM-də olduğu məlum olmuşdur. Onlar Bakı şəhəri KTM-nə getmişdir. Orada virusa görə onları xəstəxanaya buraxmamışlar. Sonra Abşeron Rayon Pİ-nin İŞ-nə müstəntiqin otağına gəlmişlər. Orada xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhər sakini, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, AZ ** RO *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray- Xırdalan istiqamətində hərəkətdə olduğu zaman yolu keçmək istəyən oğlu Nasim Qasımovu vurduğunu və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində oğlunun aldığı bədən xəsarətlərindən hadisə yerində öldüyünü bilmişdir. Həkimlər tərəfindən daxili və xarici müayinə olunduqdan sonra oğlu Nasimin meyiti onlara təhvil verilmiş. xx.xx.2020-ci il tarixdə onun meyitini Saray qəsəbə qəbiristanlığında dəfn etmişlər. O, ailəsinə maddi və mənəvi cəhətdən dəstək olan Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 oğlunun istintaq zamanı verdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində qardaşı Nahidin idarə etdiyi “Opel Astra” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı kəndinə plastik pəncərə işi ilə əlaqədar gedərkən həmin vaxtı o, avtomobildə qabaq sağ oturacaqda, dostu Emil arxa sol oturacaqda əyləşmişdir. Saat 18 radələrində yeni salınmış Saray-Xırdalan yolu ilə qardaşı Nahidin idarə etdiyi avtomobillə təxminən 50-55 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin vaxtı yol qaranlıq idi. Əyləşdiyi avtomobilin qarşısında “Toyota- Prado” markalı avtomobil hərəkət etmişdir. O, hərəkətdə olan vaxt hərəkət istiqamətinə görə yolun sağ tərəfindən bir nəfər piyada sol tərəfə, yəni yolun o biri tərəfinə keçmək istəyərkən anidən əyləşdiyi avtomobilin qarşısına çıxmış, həmin an qardaşı idarə etdiyi avtomobili sol tərəfə çəkmiş, lakin piyada da onu başa düşməmiş və piyada da həmin vaxtı avtomobilin qarşına keçdiyinə görə qardaşı avtomobili saxlaya bilməmiş və piyadanı yolun ortasında avtomobilin qabağı ilə vurmuşdur. Bu zaman piyada avtomobilin qabağına dəydikdən sonra yuxarı qalxmış və avtomobilin ön şüşəsinə çırpılmışdır. Qardaşı Nahid dərhal avtomobili saxlamış, onlar avtomobildən yerə düşmüşlər. Piyadanın sifəti qan içində idi. Qardaşı istifadəsində olan mobil telefon vasitəsi ilə Təcili-Tibi Yardımın 103 mərkəzi-zəng xidmətinə zəng vursa da düşə bilməmiş, yaxınlıqda olan vətəndaşlardan bir nəfər Azərbaycan Respublikası DİN-nin 102 mərkəzizəng xidmətinə yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Daha sonra ona məlum olmuşdur ki, qardaşının avtomobil ilə vurduğu uşaq X10 ölmüşdür. O, həmin piyadam və ailəsini ümumiyyətlə tanımamış və heç bir münasibəti, söz-söhbəti olmamışdır. Qardaşı Nahidin hadisə günü spirtli içki qəbul etmədiyini qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 3-4 ay olar ki, Nahidi tanımış, Nahid plastik qapı-pəncərə ustası olduğundan ona köməklik edir. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Nahidin idarə etdiyi “Opel Astra” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı kəndinə plastik pəncərə işi ilə əlaqədar getmişdir. Həmin vaxtı dostu Orxan avtomobildə qabaq sağ oturacaqda, o isə arxa sol oturacaqda əyləşmişdir. Saat 18 radələrində yeni salınmış Saray- Xırdalan yolu ilə qardaşı Nahidin idarə etdiyi avtomobillə təxminən 50-55 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin vaxtı yol qaranlıq idi. Əyləşdiyi avtomobilin qarşısında “Toyota-Prado” markalı avtomobil hərəkət etmişdir. O, hərəkətdə olan vaxt hərəkət istiqamətinə görə yolun sağ tərəfindən bir nəfər piyada sol tərəfə, yəni yolun o biri tərəfinə keçmək istəyərkən anidən əyləşdiyi avtomobilin qarşısına çıxmışdır. Həmin an qardaşı idarə etdiyi avtomobili sol tərəfə çəkmiş, lakin piyada da onu başa düşməmiş və piyada da həmin vaxtı avtomobilin qarşına keçdiyinə görə sürücü avtomobili saxlaya bilməmiş və piyadanı yolun ortasında avtomobilin qabağı ilə vurmuşdur. Bu zaman piyada avtomobilin qabağına dəydikdən sonra yuxarı qalxmış və avtomobilin ön şüşəsinə çırpılmışdır. Nahid dərhal avtomobili saxlamış və onlar avtomobildən yerə düşmüşlər. Piyadanın sifəti qan içində idi. Nahid istifadəsində olan mobil telefon vasitəsi ilə Təcili-Tibi Yardımın 103 mərkəzi-zəng xidmətinə zəng vursa da düşə bilməmişdir. Yaxınlıqda olan vətəndaşlardan bir nəfər Azərbaycan Respublikası DİN-nin 102 mərkəzi-zəng xidmətinə yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Daha sonra ona məlum olmuşdur ki, Nahidin avtomobil ilə vurduğu uşaq X10 ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X3 meyitin məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 124 saylı rəyindən görünür ki, X5 meyitinin məhkəmə-tibbi müaynəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın yumşaq örtüyünün iç səthinə və hər iki gicgah əzələsinə qansızmalar, baş beyinin əzilməsi, baş beyinin maddəsinə və qişaları altına qansızmalar, kəllə əsasının sınığı, alın nahiyəsinin sol hissəsinin əzilmiş-cırılmış yarası, sol dirsək oynağı nahiyəsinin, sol əlin arxa səthinin və hər iki diz oynağı nahiyələrinin sıyrıqları ümumilikdə həyatidirlər, ölümündən bir qədər əvvəl olmaqla bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb - baş beyinin əzilməsi, baş beyinin yumşaq qişaları altına və maddəsinə qansızmalar və kəllə əsası sümüklərinin sınıqları ilə müşayiət olunan başın küt travması olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, X5 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2020-ci il, saat 10:00) təxminən 12-18 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/268 saylı rəyindən görünür ki, Opel Astra markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə maddi sübut kimi tanınmış Opel Astra markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “sərxoşluq vəziyyətinin təyininə dair” xx.xx.2020-ci il tarixli, 2/14000 saylı protokoldan görünür ki, məlum yolnəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan AE seriyalı, 055479 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük vəsiqəsi vardır, vəsiqə xx.xx.2030-cu il tarixədək etibarlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “AD” seriyalı, 141240 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarnamənin surətlərindən görünür ki, “Opel Astra” minik markalı, **-RO-*** dövlət nömrə nişanlı avtomobil X9 mülkiyyətindədir və nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında xx.xx.2020-ci il tarixli etibarnamə əsasında idarə edilməsi xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir. İş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nın xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxxxxx 2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə maddi və mənəvi cəhətdən dəstək göstərməsi, zərərçəkmiş şəxsin onunla barışması və ona qarşı şikayət, tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təyin olunacaq cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə olmamış və barəsində xx.xx.2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Lənkəran şəhər İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X16 İdarəsinə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Lənkəran şəhər İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X16 İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-274/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-274/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver