Məhkəmə qərarları › İş №1(012)-274/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-274/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-274/2022 13.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkum olunmuş, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, əvvəllər oğurluq cinayəti törətdiyinə görə barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Sumqayıt şəhər məhkəməsinin icraatında cinayət işi olduğu halda, təkrarən tamah niyyəti ilə tanışı X5, ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Novxanı kəndi, S.Əsgərova küçəsinə gələrək, Zərərçəkmiş şəxs1 məxsus hər birinin dəyəri 320 manat olan 4 ədəd plastik pəncərəni və 40 manat dəyərində 1 ədəd nəfəsliyi sonuncunun tikilməkdə olan fərdi yaşayış evinə qonşu olan hasara alınmış həyətyanı sahəyə qanunsuz daxil olmaqla gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 1320 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində Abşeron rayonu, Novxanı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus hasara alınmış obyektə qanunsuz daxil olub oradan 650 manat dəyərində 5 tonluq plasmas su çənini, hər birinin dəyəri 200 manat olan 6 ədəd dəmir qapını, 40 kvadrat metrlik ümumi 2800 manat dəyərində alüminium pəncərəni, 1 ədəd 150 manat dəyərində mebel stolunu, obyektin tavanının 600 manat dəyərində olan lambirinini, 500 manat dəyərində müşahidə kamerasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 5900 (beş min doqquz yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, X2 bir neçə aydır tanıyır, aralarında dost münasibətləri var. Onunla oğurluq etmək qərarına gəldiyi üçün xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu Novxanı kəndi, S.Əsgərov küçəsinə gəlmişlər. Yaşayış olmayan həyətyani sahəyə baxanda plastik pəncərələr olduğunu görmüşdür. Bu barədə tanışı X3 bildirmişdir. Həyətyanı daxil olmuşlar və orada olan 4 ədəd plastik pəncərəni və bir ədəd nəfəsliyi üstüstə yığıb ikisi də onu həmin yerdən uzaqlaşdırmışlar. Bir gün sonra həmin pəncələri və nəfəsliyi Novxanı qəsəbəsində dəmir məmulatları yığan Nahid adlı şəxsə satmışlar. Müddət çox keçdiyinə görə ondan aldıqları məbləği dəqiq xatırlamır. Bundan başqa o, bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Şükürlə birlikdə Abşeron rayonu, Novxanı kəndində küçələri gəzib metalyığarkən Novxanı kəndində “Oskar” yanacaq doldurma məntəqəsinin yanında qapısı açıq olan iki obyekt görmüşlər və açıq qapıdan həmin obyektlərə daxil olmuşlar. Obyektdə olan plasmas su çənini və 3 ədəd aliminum pəncərənin çərçivələrini götürmüşlər. Orada çəni hissələrə bölüb kisələrə yığıb kənara qoymuşlar. 3 ədəd aliminum pəncərə çərçivələrini yaxınlıqda yerləşən metal qəbulu məntəqəsinə aparıb 32 manata satmışlar. Sonra oğurluq etdikləri obyektə qayıdıb Qaz-24 markalı taksi sifariş etmişlər və plasmas çəni həmin taksiyə yükləyib Novxanı kəndində yeni məhəllədə dalan bir yerdə gizlətmişlər. Səhəri plasmas çəni gizlətdikləri yerdən götürüb Novxanı kəndində aliminum pəncərələri satdıqları metal qəbulu məntəqəsinə 24 manata satmışlar. Əldə etdikləri ümumi 56 manat pulu Şükürlə aralarında bölüb şəxsi ehtiyacları üçün xərcləmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Novxanı kəndində obyektdən və evdən oğurluğu Şükürlə birlikdə etmiş və bundan başqa heç kimin məlumatı olmamış, satdıqları əşyaların özünə məxsus olduğunu bildirmişlər, əşyaları alan şəxs onların oğurluq olduğunu bilməmişdir. Həmçinin oğurladıqları plasmas su çənini yığdıqları Qaz-24 markalı avtomobilin sürücüsü həmin su çəninin oğurluq olduğunu bilməmiş və Qaz-24 markalı avtomobilin dövlət nömrə nişanını bilmir. Sonda törətdiyi cinayət əməlini etiraf etməsi, əməlindən səmimi peşman olmasını nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Abşeron rayonu, Novxanı kəndi mərkəzi küçədə iki obyekti var. Həmin obyektlərdən biri əvvəllər daş istehsalı sexi kimi, digəri isə avtoyuma məntəqəsi kimi fəaliyyət göstərmişdir. Hal-hazırda fəaliyyət göstərməsələrdə, o, hərdən gedib həmin obyektlərə nəzarət edir. Sonuncu dəfə obyektdə xx.xx.2021-ci il tarixdə olmuşdur. xx.xx.2021-ci il tarixdə günorta saatlarında Novxanı kəndində yerləşən obyektlərə getmiş və həmin avtoyuma yerindən 650 manat dəyərində 5 tonluq plasmas su çəninin, digər obyektdən hər birinin dəyəri 200 manat olan 6 ədəd dəmir qapının, 40 kvadrat metrlik ümumi 2800 manat dəyərində aliminum pəncərənin, 1 ədəd 150 manat dəyərində mebel stolun, obyektin 600 manat dəyərində olan lambirinin, 500 manat dəyərində müşahidə kamerasının oğurlandığını aşkar etdmişdir. Bu barədə Saray polis bölməsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində obyektdə baş çəkən zaman orada bir nəfər şəxsin olduğunu görmüş və şübhələndiyi üçün ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat vermiş və polis əməkdaşları həmin şəxsi saxlayıb aparmışlar. O, ifadəsinə əlavə olaraq göstərdi ki, oğurluq nəticəsində ona 5900 manat maddi ziyan dəymişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixə olan müddət ərzində ona məxsus 4 ədəd plastik pəncərəni və bir ədəd plastik nəfəsliyi Abşeron rayonu, Novxanı kəndi, Salatın Əsgərova küçəsində ona məxsus hal-hazırda tikilməkdə olan fərdi yaşayış evinin qonşuluğundakı hasarı və darvazası olan evdən gizli şəkildə oğurlanmışdır. Sonuncu dəfə özünə məxsus fərdi yaşayış evində xx.xx.2021-ci il tarixdə olmuşdur. Həmin vaxt evdə Qabil adlı usta işləmişdir. Oğurlanmış əşyaları təxminən 20 gün bundan əvvəl almışdır. Belə ki, Qabil evin tikintisi zamanı pəncələrin alınması zərurəti olduğunu ona bildirmişdir. O, pəncərələri alandan sonra Qabilin təkidi ilə qonşuluqda olan boş torpaq sahəsinə qoymuşlar. Bu barədə həmin qonşunun məlumatı olmamışdır. Qabildə darvazının açarları var idi. O, qapını açmış və dörd ədəd plastik pəncərəni və bir ədəd nəfəsliyi həmin yerə qoymuşdur. Ona məxsus dörd ədəd plastik pəncərənin və bir ədəd nəfəsliyin oğurlandığını aşkar etdikdən sonra 102 xidməti zəng mərkəzi sisteminə məlumat vermişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, oğurluq nəticəsində ona ümumi 1320 manat maddi ziyan dəymişdir. Belə ki, bir ədəd pəncərənin qiyməti 320 manat, nəfəsliyin dəyəri isə 40 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun doğma oğludur. Oğlu Elməddin təxminən iki ay olar ki, Abşeron rayonu, Novxanı kəndi, Salatın Əsgərova küçəsində yerləşən 0,02 ha torpaq sahəsində fərdi yaşayış evi tikdirir. Həmin fərdi yaşayış evində tikintinin hansı şəraitdə aparılması ilə tanış olmaq üçün bir neçə dəfə getmişdir. Oğlu Zərərçəkmiş şəxs1 fərdi yaşayış evi üçün dörd ədəd plastik qapı və bir ədəd plastik nəfəslik alıb, evdə işləyən ustanın təkidi ilə qonşu həyətə olan boş torpaq sahəsinə qoymuşdur. Həmin torpaq sahəsinin darvazasının açarları oğlu usta Qabildə olmuş, həmin qapını açaraq əşyaları həmin həyətə qoyulmasına köməklik etmişdir. Dörd ədəd qapının və bir ədəd plastik nəfəsliyin oğurlanmasını oğlu Elməddinin vasitəsilə eşitmiş, oğurluğun kim tərəfindən törədilməsi ilə bağlı şübhələndiyi şəxs yoxdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı bağlar massivində plasmas-metal qəbulu məntəqəsində işləyir, metal və plastik malları qəbul edir. 2021-ci ilin oktyabr ayının əvvəllərində əvvəllər tanıdığı Şükür adlı şəxs yanında bir nəfər şəxslə tanımadığı oğlanla işlədiyi metal qəbulu məntəqəsinə gəlib kisəyə yığdıqları plastik pəncərənin özlərinə məxsus olduğunu bildirib satmaq istədiklərini bildirmişlər. O, həmin plastik pəncərələri çəkmiş və çəkisinə uyğun hazırda xatırlamadığı miqdarda Şükürə və yanında olan oğlana pul vermişdir. Bundan başqa Şükürün yanında məntəqəyə gələn həmin oğlan 2021-ci ilin dekabr ayının əvvəllərində yenidən məntəqəyə gəlib kisəyə yığıdığı doğranmış plasmas satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən plasması haradan əldə etdiyini soruşmuş və həmin şəxs malın özünə məxsus olduğunu və ehtiyacı olduğunu üçün satmaq istədiyini bildirmişdir. O, plasması tərəzidə çəkmiş və ona 32 manat pul vermişdir. Bundan sonra həmin oğlana məntəqəyə aliminum pəncərə çərçivələri gətirmiş və həmin aliminum çəkildikdən sonra ona 24 manat pul vermişdir. Həmin aliminumu və plasması metal əridmə zavoduna vermişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Şükürü tanısa da yanında gələn Pərviz adlı şəxsi tanımamış, ilk dəfə görmüş, həmin şəxslərdən malı qəbul edən zaman haradan əldə etdiklərini soruşmuş və onlar özlərinə məxsus olduğunu bildirmişlər. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddəsi ilə 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 4 ay 23 gün vaxtından əvvəl şərti azad olunub. xx.xx.2016-cı il tarixdə cəza müddəti başa çatıb. Sumqayıt şəhər məhkəməsinin qərarı ilə xx.xx.2019-cu il tarixdə Azərabycan Respublikası CM-nin 128-ci maddəsinə ilə təqsirli bilinib. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 73.2 maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsi, əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə qismən hesablanmaqla ona cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi tələbi ilə mülki icraat qaydasında nəhkəməyə müraciət edilməsi izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə qismən hesablanmaqla ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi tələbi ilə mülki icraat qaydasında nəhkəməyə müraciət edilməsi izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar