Məhkəmə qərarları › İş №1(012)-274/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-274/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-274/2023 31.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1983-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 6-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə ziyan vurub dələduzluq etmiş və təkrarən tamah niyyəti ilə eletron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə ziyan vurmaqla oğurluqlar etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs2 talesemiya xəstəsi olan nəvəsi X2 əməliyyat olunması üçün X4 yardım ayrılmasında köməklik göstərəcəyinə dair yalan vədlər verib inandırmış, bu niyyətlə 2021ci ilin oktyabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 20 yanvar metrostansiyasının çıxışının qarşısında yerləşən bankomatdan onun «Kapital bank»dakı 4169 7385 6545 1659 nömrəli hesabına köçürülmüş 500 manat pulu, bundan 2 gün sonra isə Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsində yerləşən «Talesemiya Mərkəzi»nin yaxınlığında quraşdırılmış bankomatdan onun «Kapital bank»dakı 4169 7385 6545 1659 nömrəli hesabına köçürülmüş 300 manat pulu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 800 manat pulu alıb ələ keçirərək vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 800 manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus «Tik-Tok» sosial şəkəbəsindəki profilinə «@tuz.01» səhifəsindən daxil olaraq sosial şəbəkədəki səhifəsinin bağlanma təhlükəsində olduğu və səhifəsində olan spamları (şikayətləri) təmizləyəcəyini bildirib, həmin səhifəyə aid məlumatları və təhlükəsizlik kodunu ələ keçirərək, 21 iyun 2022-ci il tarixdə kirayə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən fərdi evdə istifadə etdiyi mobil telefon vasitəsi ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə sonuncunun şəxsi hesabına daxil olub, həmin hesabdan ekvivalentlə 1700 manat təşkil edən 1000 ABŞ dolların 600 ABŞ dollarını öz adına olan «Kapital bank»a məxsus 4169 7385 6545 1659 nömrəli «Umico» kart hesabına, 400 ABŞ dollarını isə «Tik-Tok» sosial şəbəkədə öz adına açdığı «xanstil» adlı hesaba köçürməklə gizli olaraq talayıb, nəticədə Zərərçəkmiş şəxs3 ümumilikdə 1700 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə internet sosial şəbəkədə öz adına açdığı «kaldun» prolfil hesabı ilə Zərərçəkmiş şəxs1 «Tik-Tok» hesabına yazıb tanışlıq münasibəti yaratdıqdan sonra ona «Tik-Tok» hesabındakı pulu çıxarıb bank kartına köçürəcəyində köməklik edəcəyini bildirib, həmin səhifəyə aid məlumatları və təhlükəsizlik kodunu əldə etdikdən sonra 25 iyun 2022-ci il tarixdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən fərdi evdə istifadə etdiyi mobil telefon vasitəsi ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə Zərərçəkmiş şəxs1 «Tik-Tok» sosial şəbəkəsindəki hesabına gizli daxil olaraq, həmin hesabda 1768 manat ekvivalentində olan 1040 ABŞ dollarını öz adına olan «Kapital bank»a məxsus 4169 7385 6545 1659 nömrəli «Umico» kart hesabına köçürərək gizli olaraq talayıb, nəticədə Zərərçəkmiş şəxs1 ümumilikdə 1768 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 iyun 2022-ci il tarixdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən fərdi evində istifadə etdiyi mobil telefon vasitəsi ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə internet sosial şəbəkədə öz adına açdığı «kaldun» prolfil hesabı ilə Zərərçəkmiş şəxs1 «Rabitə bank»a məxsus bank balans hesabına daxil olmuş, həmin hesabdan 155 manat pulu «Tik-Tok» sosial şəbəkədə öz adına açdığı «xanstil» adlı hesaba köçürərək gizli olaraq talayıb, nəticədə Zərərçəkmiş şəxs1 155 manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası CMnin 178.1, 177.2.2, 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.1, 177.2.2, 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 2021-ci ilin oktyabr ayından tanımışdır. Belə ki, İnstaqram sosial şəbəkəsində həmin qadın talascmiya xəstəsi olan nəvəsinin müalicəsi ilə əlaqədar maddi kömək olunması üçün elan yerləşdirmişdir. O da elanda olan nömrəyə öz istifadəsində olan ***-***-**-** nömrəsindən zəng vurmuş və Gülər xanımla tanış olmuşdur. Danışıq zamanı Gülər xanımın nəvəsinin əməliyyat olunması üçün Heydər Əliyev adma fonddan yardım ayrılmasına köməklik edəcəyini, həmin köməkliyi fondun əməkdaşı olan Elçin adlı şəxsin vasitəsi ilə edəcəyini, əməliyyat üçün lazım olan pulun veriləcəyini bildirmişdir. Gülər xanım da ona köməklik etməsini xahiş etmişdir. Həmin vaxtı işsiz olduğu üçün və pula ehtiyacı olduğu üçün fikirləşmişdir ki, Gülər xanımdan bu adla 800 manat pul alsın. Belə ki, sonrakı telefon danışıqlarında Gülər xanıma bu işlə maraqlandığını və Fonddan həmin pulun ayrılması üçün adının siyahıda fondun işçisi Elçin adlı şəxs tərəfindən önə çəkilməsi məqsədilə 800 manat pul verməli olduğunu bildirmişdir. Gülər də onun təklifi ilə razılaşmış və 2021-ci ilin oktyabr ayında gününü xatırlamadığı vaxtda Gülər ona zəng vuraraq tanışı Sərvər vasitəsi ilə ona verdiyi ona məxsus ‘L Kapital Bank”-ın hesab kartına 500 manat pul göndərdiyini bildirmişdir. Bu danışıqdan 2 gün sonra isə Gülər xanım yenidən ona məxsus “Kapital Bank”-ın hesab kartına 300 manat pul göndərmiş və ona zəng vurub bu barədə məlumat vermişdir. 800 manat pulu aldıqdan sonra Gülər xanıma yalandan vəd etmişdir ki, 3 ay ərzində nəvəsinin əməliyyatı üçün fonddan pul ayrılacaqdır. Həmin müddət başa çatdıqdan sonra Gülər xanım hər dəfə ona zəng vurub işlə bağlı maraqlandıqda və pulun niyə ayrılmadığını soruşduqda, ona müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Həmin pulu Xırdalan ərazisindəki bankomatdan çıxarmış və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Fondun işçisi kimi bildirdiyi Elçin adlı şəxs yoxdur, sadəcə Gülərdən pul almaq məqsədilə Elçin adlı şəxsin fondda işlədiyini bildirib onu inandırmaq istəmişdir. O, son günədək Zərərçəkmiş şəxs2 və ya onun qohumu Sərvəri əyani şəkildə görməmiş, Sərvərlə heç bir telefon danışığı və ya görüşü olmamışdır. Sadəcə telefonda Gülərlə telefonda danışan zaman 500 manat pulu qohumu Sərvərin onun kart hesabına göndərdiyini bildirmişdir. Bundan başqa göstərmişdir ki, “Tik-Tok” sosial şəbəkəsində “@tUZ.01”, “Kaldun” və “Xanstil” adları ilə profil hesabı açmış və istifadə etməyə başlamışdır. Bundan sonra həmin sosail şəbəkədə “@vusale666” adı ilə qeydiyyatdan keçən Zərərçəkmiş şəxs3 İlə tanış oliuş və onunla həmin sosial şəbəkədə yazışmağa və canlı açmağa başlamışdır. Belə ki. onunla əvvəlcə tanış olmaq və canlı açıb yarış keçirdərək pul qazanmaq niyyəti ilə tanış olmuşdur. Vüsalənin “Tik-Tok” hesabının spamda olduğunu görüb ona təklif etmişdir ki, hesabını təmizləsin. Sonuncu da hesabının şifrəsini ona vermiş, sonra Vüsalənin hesabına daxil olmuş və həmin vaxt onun hesabında 930 ABŞ dolları olduğunu görmüşdür. Lakin həmin vaxt onun hesabındakı pula toxunmamış və hesabını sapmdan təmizləmiş, sonra Vüsalə ona təklif etmişdir ki, onun hesabında olan pulu çıxarıb onun bank kartına atsın. O da iki-üç günə kimi sonuncunun hesabındakı pulu bank kartına atacağını demişdir. Bundan sonra 21 iyun 2022-ci il tarixdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, nömrəsiz ünvanda yerləşən evdə olarkən Vüsalənin “Tik-Tok” hesabına daxil olmuş və orada 1000 ABŞ dolları pul olduğunu görmüşdür. Həmin pulun 400 ABŞ dollarım aktiv olduğunu görüb hesabında pul ola biləcəyini başa düşmüş və onu aldadıb hesabındakı pulu ələ keçirmək qərarına gəlmişdir. “Kapital bank”a məxsus 4169 7385 6545 1659 nömrəli “Umico” karta atdım və həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Vüsalənin hesabında qalan 600 ABŞ dolları pulu isə “Tik-Tok”da olan “xanstil” adlı hesabıma atmış və həmin 600 ABŞ dolları pulu bu internet portalında jetona çevirərək tanımadığı şəxslərə hədiyyə göndərmişdir. Vüsalə ondan bu barədə soruşduqda isə iki-üç günə kimi pulun hesabına köçəcəyini bildirərək onu aldatmışdır. Bundan bir neçə gün sonra isə, həmin sosial şəbəkədə Fəridə Qasımzadə ilə tanış olmuş və onunla həmin sosial şəbəkədə yazışmağa başlamışdır. Fəridə həmin sosial platrofmada “Fəridə-865” adı ilə qeydiyyatdan keçmiş, onunla əvvəlcə tanış olmaq və yarış keçirdərək pul qazanmaq niyyəti ilə tanış olmuşdur. Belə ki, “Tik-Tok” sosial platformasında hər hansı bir şəxslə oyun dedikləri, yəni canlı açaraq danışmış və həmin canlı yayımı izləyən istənilən “Tik-Tok” istifadəçisi onların hesabına pul atır. Beləliklə də ptıl qazanmış olursan. Onun da əvvəllər niyyəti belə olmuş və bu niyyətlə də Fəridə ilə tanış olmuşdur. Onlar bir neçə gün danışdırdan sonra Fəridə özü ona bildirmişdir ki, onun “Tik-Tok” hesabında 1000 ABŞ dolları pul vardır və onu öz bank kartına ata bilmir. Buna görə də, Fəridə ondan bu barədə məlumatının olub-olmadığını soruşmuş, bu barədə məlumatı olmadığını bildirmişdir. O, bir neçə gün sonra Fəridənin hesabındakı pulu nağdlaşdırıb öz ehtiyacları üçün xərcləmək qərarına gəlmişdir. Bu məqsədlə də, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, nömrəsiz ünvanda yerləşən evdə olarkən 25 iyun 2022-ci il tarixdə Fəridə ilə əlaqə saxlayaraq “Tik-Tok” hesabından pul çıxarmağın qaydasını öyrəndiyini demiş və ondan hesabının şifrəsini və bank kartının rekvizitlərini ona verməsini istəmişdir. Fəridə də ona inanaraq “Tik Tok” hesabının şifrəsini və “Rabitə bank”a məxsus bank kartının hazırda xatırlamadığı rekvizitlərini ona göndərmişdir. Bundan sonra Fəridənin “Tik-Tok” hesabına onun verdiyi şifrə ilə daxil olmuş və həqiqədən də hesabında 1040 ABŞ dolları olduğunu görmüşdür. Həmin pulun təxminən 300-400 ABŞ dollarını özünün "Kapital bank”a məxsus 4169 7385 6545 1659 nömrəli “Umico” karta atmış və həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Fəridənin “Tik-Tok” hesabında olan qalan pulun hamısını isə özümə məxsus “Xanstil” adlı “Tik-Tok” hesabına köçürüb jetonla əvəzləşdirmiş və həmin pulu da bu internet portalında tanımadığı şəxslərin hesabına hədiyyə kimi gödərmişdir. Fəridə öz hesabındakı 1040 ABŞ dollarının heabından çıxdığı, lakin bank kartına köçmədiyini ona bildirmiş, o da sonuncuya yalandan iki-üç günə kimi pulun hesabına köçəcəyini bildirmişdir. Bir gün sonra, yəni 26 iyun 2022-ci il tarixdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, nömrəsiz ünvanda yerləşən evdə olarkən əvvəlcədən Fəridə özünə məxsus “Rabitə bank”a aid kartın rektivizitlərini ona göndərdiyi üçün onu heç nə demədən həmin bank kartında 155 manat pulu özünə məxsus “Tik-Tok” platformasında “kaldun” adlı hesabına köçürmüş və həmin 155 manata jeton alaraq bu saytda tanımadığı şəxslərə hədiyyə atmışdır. Həmin gün Fəridə onunla əlaqə saxlayaraq bank kartından 155 manat pulun çıxarıldığını bildirmiş və bu barədə məlumatının olub-olmadığını soruşmuş, o da məlumatının olmadığını bildirmişdir. Hazırda əməlindən peçmandır, özünü təqsirli bilir, dəymi ziyanlar tam ödənilmişdir. Məhkəmə istintaqında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, “TİK TOK” sosial şəbəkəsindən istifadə edir. 21 iyun 2022-ci il tarixdə axşam saatlarında onun profil hesabına @tuz.01 adında səhifənin sahibi onun səhifəsinin bağlanma təhlükəsi olduğunu və onun səhifəsinə aid məlumatları alaraq səhifəsində olunan spamlardan(şikayət) təmizləyəcəyini bildirmişdir. O, həmin şəxsə inananraq səhifəsinə aid məlumatları və təhlükəsizlik kodunu həmin şəxsə vermiş, həmin tarixdə bir neşə saat sonra səhisinin hesabında olan 1000 ABŞ dollarının qanunsuz olaraq ələ keçirildiyini görmüş, həmin an aldadıldığımı anlayaraq DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Göstərmişdir ki, hadisənin @tuz.01 səhifəsinin sahibi Orxan adlı şəxs tərəfindən törədildiyini düşünmüş, hadisə nəticəsində mənə 1000 ABŞ dolları məbləğində ziyan dəymiş, Orxan adlı şəxsi əvvəllər tanımamışdır. Şikayəti yoxdur, dəymiş ziyan ödənilmişdir. Məhkəmə istintaqında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “TİK TOK” sosial şəbəkəsindən istifadə edir. Həmin sosial şəbəkədən “fəridə_865” hesab adı altında istifadə edir. Təxminən 10 iyun 2022-ci il tarixdə “Tik Tok” sosial şəbəkəsində “koldun” hesabı ilə bir nəfər Orxan adlı şəxs ona yazmış, ilk olaraq xəstə uşağa köməklik məqsədi ilə onunla danışmağa başlamış, onlar birlikdə Tik Tok da oyunlar təşkil etmişlər. Beləliklə tanışlıqları yaranmış, bir müddət Orxanla danışdıqdan sonra sonuncuya hesabında olan vəsaitin çıxarılması üçün müraciət etmiş, ilkin olaraq ona videogörüntü ilə zəng edərək özünə pulun çıxarılması qaydasını izah etmək istəsə də, öz vəsaitlərimi çıxarmağı bacarmadığından profil hesabına dair məlumatları və təhükəsizlik kodunu Orxana vermiş ki, onun Tik-Tok hesabında olan vəsaiti ona məxsus Rabitə bank kartına köçürtsün. Bu zaman onun TİK TOK hesabımdan ilkin olaraq 200 ABŞ dolları sonra isə 840 ABŞ dolları çıxılmış, bu zaman Orxan onun istifadəsində olan Rabitə kartına dair də məlumatları istəmiş ki, TİK TOK hesabından çıxartdığı vəsaiti kartıma köçürtsün. O da sonuncuya inanaraq kartında dair bütün məlumatları ona vermişdir. Bir qədər sonra kart hesabından da 155 manat pulun çıxıldığını görmüşdür. Bu zaman o Orxana zəng edərək mənim kartından hansı səbəbdən pulun çıxılmasını soruşduqda sonuncu bu məsələnin ona aid olmadığını və özünün hər hansı bir oyuna qoşulduğunu bildirmişdir. Göstərmişdir ki, qeyd edilən məbləğlərdən daha əvvəl Orxan ona kreditə “Samsung S 21 Ultra” markalı mobil telefon təşkil etmək adı ilə 250 manat pulunu almışdır. Son olaraq onun kartından 155 manatı çıxardıqdan sonra Orxan yoxa çıxmışdır. Orxan ondan 250 manatı kreditə mobil telefon təşkil etmək adı ilə, 1040 ABŞ dollarını TİK TOK hesabından, 155 manatı isə istifadəsində olan kartından çıxardaraq ümumilikdə ona 2173 manat maddi ziyan vurmuşdur. Şikayəti yoxdur, dəymiş ziyan ödənilmişdir. Məhkəmə istintaqında iş üzrə Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, 5 yaşlı azyaşlı nəvəsi X3 anadan olandan talesemiya xəstəsidir. Nəvəsinə köməklik məqsədi ilə İnstaqram sosial şəbəkəsində elan yerləşdirmiş ki, nəvəsinin müalicəsi ilə əlaqədar pula ehtiyac vardır. Belə ki, nəvəsinin Türkiyə Respublikasında müalicə olunması ilə bağlı 130000 manat pula ehtiyac olmuş, həmin ərəfədə, yəni 2021-ci ilin oktyabr ayında özünü ona Orxan kimi təqdim edən Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**- ** zəng vuraraq nəvəsinin xəstəliyi ilə maraqlandığını, belə işlərlə məşğul olduğunu, vətəndaşlara maddi yardım göstərilməsində köməklik etdiyini bildirmişdir. O da danışıq zamanı nəvəsinin Türkiyə Respublikasında müalicəsi ilə əlaqədar 130000 manat pula ehtiyac olduğunu bildirdikdə Orxan ona bu işdə köməklik edəcəyini söyləmişdir. Belə ki, nəvəmin müalicəsi ilə bağlı Heydər Əliyev fonduna müraciət edəcəyini, nəvəsinin adını fondun yardım siyahısına salacağını, Heydər Əliyev adına fonddan 130000 manat yardım pulunun ayrılmasında köməklik edəcəyini və həmin işi guya fondun əməkdaşı olan Elçin adlı şəxsin vasitəsi ilə edəcəyini, Elçin adlı şəxsin vasitəsi ilə fonddakı siyahıda onun nəvəsinin adının önə çəkiləcəyini bildirmişdir. Lakin, Elçin adlı şəxs haqqında ona geniş məlumat verməmiş, telefon danışıqlarında Orxan ondan bu işin görülməsi üçün, yəni nəvəsinin fondda siyahıda adının önə çəkilməsi və müalicəsi ilə bağlı 130000 manat pul yardım ayrılması üçün 800 manat pul verilməli olduğunu bildirmişdir. O da Orxanın sözlərinə və xəstə nəvəsinin müalicəsi ilə bağlı onu aldatmayacağına inanıb onunla razılaşmışdır. Buna görə 2021-ci ilin oktyabr ayında əvvəlcə 500 manat pulu Orxana verməyi qərara almışdır. Buna görə də 20 yanvar metrosunun Yasamal rayonu ərazisində yerləşən çıxışında yerləşən bankomatdan Orxanın Kapital bank hesabına göndərmiş, bundan 2 gün sonra Nərimanov rayonu, F.Xoyski küçəsində yerləşən Respublika Talasemiya Mərkəzində olan zaman Orxan ona zəng vurmuş və əlavə 300 manat pulu da istəmişdir. O da xəstəxanada olduğunu bildirdikdə 1 saata xəstəxaya çatacağını söyləmişdir. O, isə qısa vaxt ərzində xəstəxanadan çıxacağını bildirmiş, buna görə həmin 300 manat pulu onun kart hesabına köçürəcəyini bildirmişdir. Üstündən bir neçə dəqiqə keçmiş xəstəxanadan çıxmış və xəstəxananın yaxınlığında quraşdırılmış bankomatdan 300 manat pulu Orxanın Kapital bank hesabına göndərmişdir. Orxan pulu aldıqdan sonra ona zəng vurub pulu aldığını və 3 ay ərzində işi həll edəcəyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməklə şübhəli şəxs qismində tutulmuşdur. İlkin istintaq zamanı toplanmış sübutlar əsasında Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi Cavid İskəndərov tərəfindən Təqsirləndirilən şəxs qismində cəlb olunmuş xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan ittiham ona elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün müstəntiq Cavid İskəndərov tərəfindən Suraxanı rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. Lakin Suraxanı rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılmışdır. 04 iyul 2022-ci il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi Cavid İskəndərov tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 11 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-1-ci maddələrindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizələrdən görünür ki, onlara dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinin 178.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə isə ittiham hökmü çıxarılmalıdır. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.4-cü maddəsinə əsasən 13 iyul 2014-cü il təvəllüdlü Murad və xx.xx.2013-cü il təvəllüdlü Turan adlı 2 azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, o cümlədən dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar