Məhkəmə qərarları › İş №1(012)-274/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-274/2025

19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-274/2025 19.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxslərin nümayəndəsi 20 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Zəfər” Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, Xocalı rayonunda qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs1 20000 manat pulun müqabilində Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq adlanan ərazidə 3 sot torpaq sahəsində yerləşən birmərtəbəli yeni inşa edilmiş fərdi yaşayış evinin özünə məxsus olmasına və həmin evi sonuncuya satacağına, evin sənədlərini Zərərçəkmiş şəxs1 adına keçirəcəyinə dair yalandan vəd verib, xx.xx.2023-cü il tarixdə 10000 manat pulun qarşılığında Təqsirləndirilən şəxs mülkiyyətində olmuş Mercedes markalı avtomobili, Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq adlanan ərazidə 10000 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 20.000 manat məbləgində əmlakını birlikdə alıb ələ keçirərək vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 məxsus tikinti materialları mağazasının işçisi X3 pulunu sonra ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, 2023-cü ilin fevral ayından həmin ilin aprel ayınadək olan müddət ərzində sonuncunun işlədiyi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Mir inşaat” adlı tikinti materialları mağazasından ümumilikdə 39.860 manat dəyərində tikintidə istifadə olunacaq tikinti materiallarını birlikdə götürərək pulunu ödəyəcəyinə dair yalan vəd vermiş, lakin heç bir ödəniş etməyərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 39.860 manat məbləgində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Masazır qəsəbəsində 1,5 sot torpaq sahəsində qısa müddətdə 1 mərtəbəli fərdi yaşayış evinin 40000 manata inşa etdirib təhvil verəcəyinə vəd verib aldadaraq, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisində podrat müqaviləsi bağlayaraq orada 24000 manat, həmin ilin aprel ayı ərzində Abşeron rayonu, Masazır qəsəbəsində 10400 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumi 34400 manat pulu birlikdə alıb vədinə əməl etməyərək, zərərəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs2, ümumilikdə 40.000 manat müqabilində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,03 hektar torpaq sahəsində olan fərdi yaşayış evini təmir etdirməklə, o cümlədən həmin torpaq sahəsinin və evin onun mülkiyyətinə veriləcəyinə dair Daşınmaz Əmlak Xidmətindən çıxarış əldə etməklə ona satacağına dair yalan vəd verib aldadaraq ilk dəfə Zərərçəkmiş şəxs2 30 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı notariat ofisində 20.000 manat, 06 aprel 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla 20.300 manat nağd pulunu birlikdə alıb ələ keçirərək verdiyi vədə əməl etməmiş, nəticədə Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 40.300 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, təqaüddə olduğu üçün fərdi olaraq idarə etdiyi “Toyota Corolla” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücüsü kimi işləməklə dolanmışdır.Şahid1 təxminən iki il əvvəl taksi fəaliyyəti ilə məşğul olarkən müştəri qismində avtomobilinə əyləşmiş biri kimi tanımışdır. İlqar bir neçə dəfə onunla yol getmiş və özünü ona tikinti işləri ilə məşğul olan iş adamı kimi təqdim etmişdir. Onda da İlqara qarşı inam yaranmış və İlqarın ailə üzvlərini də çox vaxt getdiyi ünvanlara çatdırmışdır. İlqarın onun yaşadığı yerin yaxınlığında, yəni Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığını bilmiş, İlqarın məşğul olduğu işlərin də çox vaxt canlı şahidi olmuşdur. Belə ki, İlqar mütəmadi olaraq Abşeron rayonu, Masazır qəsəbəsində müxtəlif ünvanlara getməklə torpaq sahəsi və evlərin satışı ilə məşğul olmuş, bildirdiyinə görə həmin ev və torpaq sahələri özlərinə məxsus olduğundan tikib satmaqla qazanc əldə etmişdir. Bu qaydada 30 yanvar 2023-cü il tarixdə onun özünə aid olduğunu bildirdiyi evi satmaq üçün onunla birlikdə getdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən X19 adında birinin işlətdiyi ev alğı-satqı ofisində olarkən sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu öyrəndiyi şəxslə danışığına şahid olmuşdur. Belə ki, Şahid1 Zərərçəkmiş şəxs2 özünə məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 300 kv.m torpaq sahəsini 13x13 kv.m. ölçülü evlə birlikdə müvafiq təmir-tikinti və rəsmiləşdirmə işlərindən sonra 40.000 manat qarşılığında satmağa vəd vermişdir. Həmin gün ofisdən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisinə getmiş və orada Şahid1 Birgiil Nəbiyevadan dəqiq bilmədiyi məbləğdə pul almışdır. Bir müddət sonra Şahid1 Zərərçəkmiş şəxs2 satmaq barədə söz verdiyi evdə təmir-tikinti işləri aparılmış və o da bəzi vaxtlarda taksi fəaliyyəti ilə məşğul olduğu üçün həmin yerə getmişdir. Həmçinin bəzən usta və tikinti materiallarının həmin yerə çatdırılmasına kömək etmişdir. Ancaq bir müddət sonra Şahid1 Zərərçəkmiş şəxs2 vəd etdiyi ev və torpaq sahəsini sata bilmədiyini, sənədləşmə işlərində problem yarandığını öyrənmişdir. Şahid1 2023-cü ilin fevral ayının sonlarında onunla arasında yaranmış münasibətdən irəli gələrək ondan tikinti işi ilə məşğul olması üçün borc olaraq tikinti materialı verə bilən şəxs tanıyıb- tanımadığını soruşmuş və bildirmişdir ki, əgər belə bir tanışı varsa, nisyə mal götürüb pulunu sonradan ona ödəsin. O da İlqara inandığı üçün qonşuluqdan uzun müddət tanıdığı Şahid2lə tanış etməyi fikirləşmiş və birlikdə Şahid2 məxsus Binəqədi rayonu,Binəqədi şossesində yerləşən “Mir İnşaaf’adlı tikinti mağazasına getmişdir. Şahid2 Həsən oğlunu təqribən 2015-ci ildən bəri qonşusu kimi tanımış və onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində, Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında yerləşən “Mir İnşaat” adlı tikinti mağazasını işlətdiyini bilmişdir. Orada Şahid1 İlhamla tanış etmiş və Şahid2 Şahid1 evlərin tikintisi işi ilə məşğul olduğu üçün mağazasından nisyə tikinti materialları verməsini istəmiş və bir müddət sonra həmin malların pulunu tam formada ödəyəcəyini bildirmişdir. Şahid1 inandığı üçün İlqarın borclu qalmayacağını fikirləşmişdir. Beləliklə Şahid2 ona etibar etdiyi üçün istəyini geri çevirməmiş və onların yanında işçilərə onu göstərməklə onlar nə vaxt gəlsə nisyə mal, vermələrini tapşırmışdır.Beləliklə o Şahid1la oradan getmiş və bir müddət sonra Şahid1 həmin mağazadan xeyli tikinti materialları aldığını bilmişdir. 2023-cü ilin aprel ayında Şahid2 onunla əlaqə saxlayıb Şahid1 götürdüyü malların pulunu çatdırmasını tələb etmiş və o Şahid1 məcbur etmişdir ki, Şahid2 onun xahişini nəzərə alıb sənə nisyə mal vermiş, indi isə ödəmək lazımdır. Şahid1 isə 8.000 manat pul götürmüş və Şahid2 həmin pulu vermək üçün birgə İlhamın mağazasına getmişlər. Orada Şahid2 8.000 manat pulu götürməyib, pulunu tam olaraq tələb etmiş və o həmin vaxt öyrənmişdir ki, Şahid1 mağazadan 28.000 manat məbləğində tikinti materialları götürmüşdür. Bundan sonra oradan getmiş və bir müddət sonra Şahid2 yenidən götürülmüş malların pulunu ondan istəmişdir. Həmçinin onun dediklərindən başa düşmüşdür ki, Şahid1 ondan ayrı Şahid2 özü ilə danışmış və həm aprel ayının sonundək 28.000 manat pulu tam ödəyəcəyi barədə, həm də əlavə mal götürmək barədə razılaşmışlar. Sonradan isə Şahid1 olmadan 11.860 manat dəyərində mal götürmüşdür. Bunları Şahid2 ona dedikdən sonra Şahid1 götürdüyü malların pulunu ondan tələb etməyə başlamışdır. O isə alınmış materiallardan və ikinci dəfə aralarında yaranmış razılıqdan məlumatsız olduğunu deyib materialların pulunu onun ödəməli olmadığını izah etmişdir. Lakin sonradan Şahid2, o və Şahid1 şikayət etmiş olduğunu öyrənmişdir. yerləşən 300 kv.m torpaq sahəsini 13x13 kv.m. ölçülü evlə birlikdə müvafiq təmir-tikinti və rəsmiləşdirmə işlərindən sonra 40.000 manat qarşılığında satmağa vəd vermişdir. Həmin gün ofisdən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisinə getmiş və orada Şahid1 Birgiil Nəbiyevadan dəqiq bilmədiyi məbləğdə pul almışdır.Bir müddət sonra Şahid1 Zərərçəkmiş şəxs2 satmaq barədə söz verdiyi evdə təmir-tikinti işləri aparılmış və o da bəzi vaxtlarda taksi fəaliyyəti ilə məşğul olduğu üçün həmin yerə getmişdir. Həmçinin bəzən usta və tikinti materiallarının həmin yerə çatdırılmasına kömək etmişdir. Ancaq bir müddət sonra Şahid1 Zərərçəkmiş şəxs2 vəd etdiyi ev və torpaq sahəsini sata bilmədiyini, sənədləşmə işlərində problem yarandığını öyrənmişdir. Ondan kömək olaraq borc pul istəmiş və o bankdan kredit götürüb 10.000 manat pulu İlqara vermişdir.Həmin pulu verməsinə səbəb isə Şahid1 satışa çıxardığı torpaq sahəsini sənədləşdirmək üçün pula ehtiyacı olduğunu ona deməsi və həmin torpağı satmaqla Şahid2 olan borcunu, ondan aldığı borc pulu tam formada geri qaytara biləcəyini deməklə onu inandırması olmuşdur. Ancaq Şahid1 indiyədək ona olan borcu da qaytarmamış və ona qarşı dələduzluq etmişdir. Buna görə məcbur qalaraq krediti özü ödəmişdir. Zərərçəkmiş şəxs1 o ev satmamış, evi İlqar satıb pulu da İlqar almışdır. Taleh avtomobilini onun adına etibarnamə ilə İlqara olan borcunun əvəzinə verib, İlqar da avtomobili satıb pulunu özü götürmüşdür. Həmin vaxt İlqarın şəxsiyyət vəsiqəsi olmadığı üçün avtomobilə dair onun adına etibarnamə verilmişdir. Zərərçəkmiş şəxs4 pul almamış, bütün məsələlər İlqarla həll olunmuş, pulu İlqar almış, o sadəcə taksi kimi İlqarın işlərinin görmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslər Taleh və Birgülə ödənilən məbləğlərdən onun məlumatı yoxdur. Şahid2lə Şahid1 o tanış etmiş, lakin aralarında olan alqı-satqıda olan məbləğlərdən sonradan məlumatı olmuş, İlham ona yığaraq İlqarın 28000 manat borcunun olduğunu bildirmişdir. Lakin, o əvvəlcədən İlhama bildirmişdir ki, onun xəbəri olmadan İlqara heçnə verməsin. Şahid2 həmin mağazanın sahibi kimi tanımışdır. Sona Mixaylovnanı və oğlunu tanımamış, heç yerdə görməmişdir.Barəsində bəraət hökmünün verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Mixayılovna ifadəsində göstərdi ki, şəhid anasıdır, belə ki mərhum oğlu X8 44 günlük Qarabağ müharibəsində könüllü iştirak edib və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. 2 il bundan əvvəl oğlu X10 evlənib arvadı X14 ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu 20-ci sahə adlanan ərazidə yerləşən evinə köçüb orada yaşamağa başlamışlar. Həmin evin şəraiti narahat olduğuna görə evi 2023-cü ilin əvvəllərində 40000 manata satmış və Abşeron rayonunun ərazisində bu qiymətə daha geniş və şəraitli ev almağa qərarına gəlmişdirlər. Bunun üçün əvvəlcə Abşeron rayonunun ərazisində satılan evlərin elanlarına baxmış, sonra oraya oğlu gəlini ilə birlikdə gedib ev alqı-satqısı ilə məşğul olan maklerlə əlaqə saxlayarkən Abşeron rayonu, Masazır qəsəbəsi Cantəpə adlanan ərazidə, Çıraq kafesinin yaxınlığında ofisi olan Natiq Qurbanovla görüşmüşlər. Natiq oğluna Masazır qəsəbəsinin ərazisində 40000 manat müqabilində 1,5 sot ölçüdə torpaq sahəsinin içində 5 daş kürsülü, 3 otaqlı, tam istifadəyə yararlı, lakin divar kağızları vurulmamış şərti ilə ev inşa edib verəcəyini təklif etmişdir. Bu məbləğə torpaq sahəsinin qiyməti də daxil olmuşdur. Oğlu bir neçə gün bu təklif barədə düşünüb onunla məsləhət etmiş və razılığını verdikdən sonra oğlu Natiqlə Masazır qəsəbəsində qaynı oğlu Zahidlə birlikdə görüşmüşdür. Natiq ona demişdir ki, vəd etdiyi torpağın sahibi X30 adlı şəxsdir, onlar şərikə ev tikib satırlar. İlqar və Afan yəni Rəfail torpaq sahəsində ev tikib onlara təhvil verəcəklər, Natiq özü isə bu məsələdə yalnız makler və vasitəçi rolunu oynayır və İlqara zəng edib oraya çağırıb. Bir neçə dəqiqə sonra oraya İlqar və Rəfail gəlmiş və orada onlar ona bildirmişlər ki, İlqarla Rəfail şərik işləyirlər, vəd etmişlər ki, 40000 manat pulun müqabilində Abşeron rayonu, Masazır qəsəbəsində Yoncalıq adlanan ərazidə özlərinə məxsus 1,5 sot torpağın içərisində onlar üçün 5 daş kürsü üzərində 3 otaqlı evin divar kağızlarından başqa tam təmirli vəziyyətdə inşa edib təhvil verəcəklər. Oğlu bir neçə gün sonra qohumu Cəmil Şirinovla birlikdə Masazıra gedib, İlqar, Rəfail və Natiqlə görüşüb, onlar üçün ev tikiləcəyi torpaq sahəsinin üstündə aparılıb, orada evin layihəsini müzakirə ediblər, İlqarla Rəfail oğluna demişlər ki, əvvəlcə ilkin olaraq 25000 manat ödənilməlidir. Oğlu razılaşmış ki, həmin gün Natiqin ofisinə gedib orada İlqar və Rəfailə 1000 manat pul versin. Oğlu arvadı X14 ilə birlikdə Natiqin işlədiyi ev alqı satqısı ofisinə gedib və İlqar, Rəfail və Natiqlə görüşüb, Rəfail gəlininin istəyi ilə gələcəkdə tikiləcək evin proyektini kağızda çəkib göstərib. İlqar və Rəfail oğluna və gəlininə demişlər ki, 3 otaqdan ibarət, 5 daş kürsüdə yarı təmirli ev tikib təhvil verəcəklər. Rəfail hətta demiş ki, onun tikinti mallarının satışı mağazası var, o, oradan lazım olan miqdarda tikinti materiallarını götürülərək ev qısa müddət ərzində tikilib təhvil veriləcəkdir. Ertəsi gün, yəni xx.xx.2023cü il tarixdə növbəti dəfə Xırdalan şəhərində İlqar və Rəfail ilə görüş olmuşdur. 2 saylı notariat kontorunda İlqarla oğlunun arasında 24.000 manat məbləğində borc müqaviləsi bağlanmış və həmin pul İlqara verilmişdir. İlqar və Rəfail oğluna söz vermişlər ki, evi 3 ay ərzində hazır şəkildə təhvil verəcəklər, qalan 15.000 manatı isə bundan sonra ödəyəcəklər. Lakin sonradan əlavə olaraq 1500 manat tələb olunmuş, daha sonra isə 2000 manat pul istənilmişdir. Bildirilib ki, sənədlər hazırdır, lakin pul ödənilmədiyi üçün qeydiyyatdan keçirilmir və bu səbəbdən evin tikintisinə başlanıla bilmir. Torpağa dair «kadastr», «çıxarış» sənədlərinin fotoşəkillərini göndərmişdir. Bunlar onlarda inam yaratdığına görə həmin gün Natiqin ofisində oğlu İlqar və Rəfailə görüşüb və 2000 manat pulu Rəfailə verib, o da pulu sayıb İlqara vermişdir. Ertəsi gün oğlundan eşitmişdir ki, torpaq sahəsində bünövrə qazılıb, betonlama işləri aparılır. Bir-iki gündən sonra İlqar və Rəfail yenə də oğlundan 1500 manat istəmişlər. Onlar narazılıq etmiş, İlqar isə guya işləri sürətləndirmək üçün verdikləri 25000 manat pulun azlıq etdiyini, torpağın sənədlərinə xərclərin çox çıxdığını və pula ehtiyacları olduğunu bildirmişdir. Əks halda evin tikintisinin ləngiyəcəyini demişlər. Oğlunu Rəfail, İlqar, Natiq və Ceyhun adlı şəxslər aldadıb. O, oğlunun sözlərinə inanmış və onun ev almasına razı olmuşdur. İlqar, Rəfail, Natiq və Ceyhun adlı şəxslər onun 34400 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişlər. Hazırda onun qaldığı şərait çox acınacaqlıdır. Sonuncu dəfə İlqar, Rəfail və Ceyhun kirayə yaşadıqları evə gəlmiş və onlara 5500 manat pul vermişlər. Hətta Rəfail onların kirayə haqqını da ödəmişdir. Təqsirləndirilən şəxs tərəfindən onlara olan ziyanı ödəmədiyi üçün ondan şikayətçidir, odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi Mədən 2 ünvanında yerləşən «Mir» İnşaat obyektinin sahibkarı olduğunu bildirir. O, özünə məxsus tikinti satışı obyektinin bütün işlərinin aparılmasını yaxın qohumu X4 həvalə etmiş, bütün işlərini görür. Onlar həm nağd və nisyə malların satışı ilə məşğul olurlar. İlham Bəndəliyev ona demişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında işlədiyi mağazaya gələrək tikinti işləri ilə məşğul olduğunu və həmin işlərin həyata keçirilməsi üçün nisyə olaraq tikinti materialları almaq istədiyini, pulunu isə sonradan ödəməyi ona təklif etmişdir. İlham onunla olan tanışlığına əsasən dediyi qaydada bir neçə dəfə ona pulunu sonradan ödəmək şərti ilə tikinti materialları satıb sonradan pulunu normal qaydada almışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayının sonlarında işlədiyi mağazaya tanımadığı, lakin sonradan adının X20 olduğunu öyrəndiyi şəxslə birlikdə gəlmişdir. O, X22 birlikdə tikinti işləri ilə məşğul olduğunu, konkret olaraq müxtəlif evləri tikib satmaqla dolandıqlarını demiş ki, mağazadan həmin evlərin tikintisi üçün müxtəlif növ tikinti materialları götürüb, pulunu müvafiq evlər satıldıqdan sonra ödəmək barədə təklif etmişdir. X31 tanımasa da, Təqsirləndirilən şəxs tanıması səbəbi ilə onunla razılaşmış və mağazada olan işçilərə, yəni Qoçəli Əliyev və X12 Sadıqov mağazadan mal götürmək istədiyi vaxt verməyi tapşırmışdır. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs mağazadan bir neçə dəfə tikinti materialları götürmüş, təxminən 1 ay sonra Təqsirləndirilən şəxs İlqar Məmmədovla birlikdə mağazadan götürdüyü tikinti materialları ümumilikdə 28.000 manat məbləğə çatmışdır. Bundan sonra İlham Təqsirləndirilən şəxs aldığı məhsulların dəyərini ödəməyini tələb etmiş, Rəfail isə İlqar Məmmədovla birlikdə İlhamın yanına gəlmiş və bildirmişlər ki, yaxın günlərdə pulun hamısını tam formada ödəyəcəklər və əlavə tikinti materialları götürmək lazım gələcəkdir. İlham isə onlara izah etmişdir ki, 28.000 manat pulu tam ödəməsələr, yenidən mal götürə bilməyəcəklər. Rəfail sonuncu dəfə İlhamı inandırmaq üçün götürdüyü malın yəni 7000 manatlıq tikinti materiallarının pulunu tam ödədiyi üçün onda etibar qazanmış və Rəfail İlhamdan xahiş etmişdir ki, İlqarla birlikdə 5 fərdi yaşayış evlərinin tikintisinə başlayırlar, həmin evləri tikmək üçün Rəfailə əlavə nisyə tikinti materialları lazımdır. İlham da işçilərinə deyib ki, Rəfailə nisyə mal versinlər. Onlar da Rəfailə 28000 manatlıq nisyə mal vermişlər. İlham malın pulunu Rəfaildən bir müddət keçəndən sonra istəyəndə Rəfail və İlqar mağazaya gəlib söz veriblər ki, 2023-cü ilin fevral ayının sonuna qədər pulu qaytaracaqlar. İlham ona demişdir ki, İlqarla Rəfail adlı şəxslər şərik işləyirlər. O, işdə olmayan müddət ərzində İlham ona demişdir ki, işdə olmayıb onunla bir yerdə işləyən işçilərin yəni Qoçəli Əliyevin və Səməndər Bəndəliyevin yanına Rəfail ilə İlqar gələrək deyiblər ki, guya İlhama 28000 manat pul verilib və əlavə olaraq 11860 manatlıq tikinti materialları götürmüşdür. Rəfail və İlqar İlhama verdikləri vədləri vaxtında yerinə yetirmədikləri üçün İlham Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir.Nəzərə çatdırmaq istəyir ki, həmin mağazanın faktiki olaraq sahibi odur, İlham onun qohumudur,mağazanın işlədilməsini ona tapşırmışdır. Ona olan ziyan ödənilməmişdir, şikayətçidir,ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş zərərçəkmi şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq ona dəymiş zərərin Şahid1 tərəfindən ödənildiyini, hazırda Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Affan ləqəbli Təqsirləndirilən şəxs təxminən 10 ilə yaxındır ki, tanıyır, belə ki, sonuncu bacanağı Arazla qonşuluqda yaşayır. Rəfaillə yaxşı münasibətdə olmuş, əvəllər düşmənçiliyi və ya ədavəti omamışdır. Təxminən 2023-cü ilin yanvar ayında Abşeron rayonu, Masazır qəsəbəsi Yonçalıq yaşayış massivində yerləşən çayxanada çay içərkən oraya Rəfail gəlmiş və söhbət əsnasında demişdir ki, əlimyandıda Abşeron rayonu, Masazır qəsəbəsində Yoncalıq yaşayış massivində 3 sotun içərisində 20000 manata 1 mərtəbəli fərdi yaşayış evini satır təcili pul lazımdır. O da demişdir ki, evdə heç bir problem yoxdursa alar, lakin əlində 20000 manat pulu yoxdur, pulun yarısının əvəzinə özünə məxsus Mercedes markalı avtomobili, qalan 10000 manat pulu da borc alıb verəcəyini bildirmişdir. Rəfail onunla razılaşmış və onlar evin yerləşdiyi yerə getmişlər. Rəfail ona evi göstərmiş, ev 1 mərtəbəli, 4 otaqdan ibarət dam örtüyü vurulmuş, qapı pəncərəsi qoyulmamış təmirsiz, ətrafı hasarlanmamış ev olmuşdur. O, Rəfaildən evin sənədlərini istəmiş, sonuncu da demişdir ki, evin bələdiyyə sənədi var, həmin sənədin əsasında çıxarış çıxardıb verəcəkdir. O da uzun ilərdir ki, Rəfaili tanıdığı üçün inanmış və evin yerləşdiyi yerdə Rəfail ondan 300 manat beh almışdır. Bundan sonra Rəfaillə razılaşmış ki, sabah Abşeron rayonu, Masazır bələdiyyəsinə getsinlər. Razılaşdığı kimi Rəfaillə görüşüb Masazır bələdiyyəsinə getmiş, orada onları İlham adlı şəxs qarşılamışdır. Həmin şəxs özünü Rəfailin tanışı kimi təqdim etmişdir. Sonuncu ona bildirmişdir ki, torpağa dair bələdiyyə sənədi düzəldəcək, bundan sonra həmin sənədləri verəcək ki, gedib çıxarış alsınlar. Rəfail ona demişdir ki, İlhama 1500 manat pul vermək lazımdır o da 1500 manat pulu Rəfailə vermiş, sonuncu da həmin pulu onun yanında İlhama vermişdir. Səhərisi gün Rəfaillə birlikdə İlhamın işlədiyi bələdiyyə getmiş, orada İlham adına bələdiyyə sənədi vermişdir. Həmin sənəddə onun ad və soyadı qeyd olunmuş, evin kadastrı çəkilmişdir. O, sənədi götürəndən sonra yaşadığı evin qarşısında Rəfailə 6800 manat pul vermişdir. Səhərisi gün 10000 manat pul əvəzinə özünə məxsus Mercedes markalı S modelli avtomobili Rəfailin adına keçirtmişdir. Səhərisi gün Rəfaillə ondan aldığı evin yerləşdiyi yerdə görüşmüş və sonuncuya 1400 manat pul vermişdir. Təxminən 1 həftə sonra Rəfail onu Masazır bələdiyyəsinə çağırmış və onlar İlhamla görüşmüş və İlham ondan verdiyi sənədləri istəmiş və demişdir ki, həmin sənədləri Əmlak komitəsinə göndərəcək çıxarış alınması üçün. Bir müddət sonra İlhamın yanına getmiş və ondan sənədləri istədikdə sonuncu demişdir ki, torpaq kötüydə başqa adamın adına çıxıb, o, İlhamdan sənədi istəmiş, lakin sonuncu sənədi ona verməmişdir. Bundan sonra o, Rəfaildən pulunu tələb etmiş, sonuncu isə torpağın sənədini düzəldəcəyini bildirmişdir. Bir neçə gündən sonra evə baxmağa gedəndə evi Rəfailin başqa adama satdığının şahidi olmuşdur. Rəfaildən pulunu tələb edəndə sonuncu müxtəlif bəhanələr gətirib pulunu qaytaracağına dair söz versə də qaytarmamış,o, polisə şikayət edəcəyini dedikdə 20000 puldan 4000 manatını ona qaytarılmış, 16.000 manat pul isə qalmışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını,ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Şahid4 ilə birlikdə kirayəşin kimi yaşayır. Özü əvvəllər aşbaz olaraq işləsə də, uzun müddətdir ki, işsizdir. 2023-cü ilin may ayınadək bacısı X11 yaşadığı ünvan 4 ünvanında yaşamışdır. Özünə məxsus evi olmadığından 25 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində həyət evi almaq məqsədi ilə oğlum Şahid4lə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən ev alğı-satqı ofislərindən birinə getmişdir. Həmin ofisdə işləyən X19 onun istəyinə uyğun olaraq bir neçə satışda olan evi təklif etmişdir. O, bəyənmədikdən sonra ona bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində 300 kv.m torpaq sahəsində 13x13 kv.m ölçülü bir mərtəbəli təmirsiz ev satışa qoyulmuşdur. O, evlə maraqlanmaq istədiyini demiş və birlikdə həmin evə baxmışlar. Ev və torpaq sahəsi ürəyincə olduğu üçün evin sahibi ilə görüşmək istəmiş və Natiq Qubanov həmin yerə ev sahibini, yəni sonradan adının Şahid1 olduğunu öyrəndiyi şəxsi çağırmışdır. Həmin şəxslə söhbət zamanı ona ev və torpaq sahəsinin özünə məxsus olduğunu, sənədləri qaydasında olmasa da, tez vaxtda rəsmiləşdirməklə verə biləcəyini və təmirsiz olan evi tam təmir etdirəcəyini izah etmişdir. Bütün sadalanan işlər də daxil olmaqla həmin evi 40.000 manat qarşılığında sata biləcəyini demişdir. O, sonuncu ilə oğlu Şahid4 və ofisdə işləyən Natiq Qurbanovun yanında razılaşmış, həmçinin Şahid1 ev üçün veriləcək pulun 20.000 manat hissəsini əvvəlcədən notarial qaydada verməyi istəmişdir. O, isə sonuncu inandığı üçün buna razı olmuşdur. 30 yanvar 2023-cü il tarixdə isə günorta saatlarında razılaşdığı ev alğı-satqı ofisinə gedib orada Şahid1la görüşmüş, həmin vaxt sonuncunun yanında sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs də olmuşdur. Hansı ki, Şahid1 həmin şəxsi ona birlikdə tikinti işləri gördüyü dayısı kimi təqdim etmişdir. Beləliklə o Şahid1, Təqsirləndirilən şəxs və Natiq Qurbanovla birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisinə getmişlər. Həmin notariat ofisində saat 17 radələrində kredit müqaviləsi formasında 20.000 manat məbləğdə pulu Şahid1 vermişdir. Bundan sonra orada Şahid1 və Təqsirləndirilən şəxs onu bir daha əmin etmişlər ki, evi təmir etdirib sənədlərini qaydasına qoyacaqlar. X28 da onların dediklərini təsdiq etməklə onu inandırmışdır. Bundan sonra Şahid1 və Təqsirləndirilən şəxs ona satılacağını bildirdikləri evdə təmir-tikinti işləri aparmağa başlamışlar və o bir neçə dəfə həmin evə gedərək bunun şahidi olmuşdur. Evə ilkin baxış zamanı evin damı vurulmuş, qapıa pəncərəsi qoyulmamış, polu və tavanı hazır olmamış, suvağı vurulmamış, həyətin ətrafı hasarlanmamışdır. 22 fevral 2023-cü il tarixdə isə Şahid1 ona zəng edərək torpağa dair sənədlərin hazır olduğunu demiş və onu 5.000 manat pul gətirməklə əvvəl söhbət etdiyi Natiq Qurbanovun ofisinə dəvət etmişdir. O, həmin gün təqribən 19 radələrində qeyd olunan ofisə getmişdir. Həmin ofisdə yenə hər üçü orada onu qarşılamış, Təqsirləndirilən şəxs torpağa dair sənədin hazır olduğunu deyib ona təqdim etmiş və 5.000 manat pul verməyi ondan istəmişdir. O, həmin sənədi götürüb öz adının yazıldığını görmüş və onlara inanaraq ev üçün verəcəyi puldan 5.000 manat hissəsini Şahid1 vermişdir. Sonuncu pulu saymış və qalan pulu da hissə-hissə çatdırmağı istəmiş və bildirmişdir ki, evdə təmir işləri davam edir, evə aid sənədlər də tez vaxtda hazırlanacaqdır. Evin təmir işləri üçün tikinti materiallarının alınmalı olduğunu vurğulamaqla ödəniş etməyi tezləşdirməyi tələb etmişdir. O, verdikləri sənədlərə baxarkən Natiq Qurbanov da onların dediklərini təsdiqləyib sənədlərin həqiqi olduğunu demişdir. Beləliklə həmin sənədlərlə yaşadığı evə qayıtmış, bir neçə gün sonra Şahid1 onun həmin vaxt yaşadığı bacısı ünvan 5 ünvanına gəlib tikinti işləri üçün 3.000 manat pul lazım olduğunu demişdir. O, həmin pulu verib yola salmış, bir müddət sonra yenidən Şahid1 həmin yerə gəlmiş və Təqsirləndirilən şəxsla birlikdə yenidən ondan 3.000 manat pul istəmişdir. Həmin pulu da o vermiş, daha sonra Təqsirləndirilən şəxsla yenidən yaşadığı yerə gələn Şahid1 ondan 2.000 manat pul almışdır. Sonrakı günlərdə də eyni bəhanlərlə ondan pul istəyən Şahid1 həmin evdə 4.300 manat pul vermişdir. Nəhayət 06 aprel 2023cü il tarixdə isə Şahid1 sonuncu olaraq 4.000 manat pulu eyni ünvanda, yəni bacısı ünvan 6 ünvanında ondan istəmişdir. Həmin məbləği də ona verdikdən sonra ümumilikdə 40.300 manat pulu Şahid1 vermiş olmuşdur. İlqar evin təmirinə təxminən 7000 manata yaxın pul xərcləmiş, sonradan evə Rafiq adlı şəxs gəlib demişdir ki, ev ona məxsusdur. İlqar ona pulu artıqlaması ilə verməsinə baxmayaraq, sonuncu nə evi təmir etdirib ona təhvil vermiş, nə də evə dair sənədləri hazırladıb təqdim etməmişdir. Hətta bir müddət sonra öyrənmiş ki, torpğa dair Təqsirləndirilən şəxsla birlikdə verdiyi çıxarışlar da həqiqi deyildir. Bundan sonra aldadılaraq Təqsirləndirilən şəxs və Şahid1 tərəfindən ümumilikdə 40.300 manat pulunun alındığını anlamışdır. Bu barədə polisə müraciət etmiş və Şahid1 ondan pulunu qaytarmaq və ya evi sənədlərlə vermək üçün vaxt istəmişdir. Lakin hər hansı bir iş görməmiş, həmçinin Şahid1 sonradan özü də ona etiraf etmişdir ki, onu Təqsirləndirilən şəxs ilə birlikdə aldatmaqla pullarını ələ keçirmiş və ondan aldğı bütün pulları yarıbayarı olmaqla məhz onunla bölüşdürmüşdür. Bir müddət sonra polisə şikayət etdikdən sonra İlqar həbs olunmuş, bundan sonra Rafiq adlı şəxs orada tikinti və təmir işlərini görməyə başlamışdır. O, dəfələrlə ona bildirmişdir ki, İlqardan evi alanda ev təmirsiz olmuş, İlqar onun pulu ilə evin təmirinə 7000 manat pul xərcləmişdir. Rafiq heç kimə məhəl qoymadan evin ətrafını hörüb və evdə sənədi olmadan təmir işləri aparmışdır. Zərərçəkmiş şəxslərin nümayəndələri Müdafiəçi1 zərərçəkmiş şəxslərin ifadələrinə uyğun ifadə verərək ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə şərik işləyərək, makler yəni daşınmaz əmlakın alğı-satqısı ilə məşğul olmuşdur. Şahid1 məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 2-3 il olarki tanıyır. O, taksi sürücüsü olub. Birlikdə ona ev tikib satmağı təklif etdiyini, onun da razı olduğunu bildirir. Onlar şərik işləmişlər. Mal-materialı o, aparmışdır. Materialları “Mir İnşaat” mağazasından almışdır. Tikinti materiallarını Dərnəgüldən də almışlar. “Mir İnşaat” mağazasını Kəlbəcərli İlham işlədib. Mağaza onun olub. Malı nisyə verib götürmüşlər. Bir aya, iki aya pulunu qaytarmışlar. Onu həmin şəxslə Rəfail tanış edib. Ondan əvvəl onunla tanışlığı olmayıb. Rəfail orada İlhamla görüşüb əvvəlcə 5 min, 3 min və 8 min hər dəfə ödəyirdilər. Bu borclar axırda yığıldı. Onların İlhama 38 000 manat borcu oldu. O, üzərinə düşəni Rəfailə ödəmişdir. Onları şikayət edəndə bilib ki, borc ödənilməyib. O, 38700 manat pulu Rəfailə vermişdir ki, onun borcunu versin. Zərərçəkmiş şəxs4 Mixayılovna olan epizodda isə Rəfaillə onların tikdiyi evi onlar bəyənmədilər. Yerlə bağlı problem oldu. Problem sənədlərdə idi. Həmin yeri bəyənmədikləri üçün Masazırda Cantəpə adlanan yerdə evi 7 daş hündürlükdə tikilmişdir. Zərərçəkmiş şəxs gəldi oranı da bəyənmədi və pulunu tələb etdi. Onlar da pulu materiala və ustaya verdikləri üçün pulu ona geri verə bilmədilər. Buna görə onlar onlardan şikayət etdilər. Onlar evi podrat müqaviləsi ilə tikirdilər. Evin pulunu verəndən sonra evi həmin adamın adına keçirirdilər. Onlar evi gördü, bəyənmədi. Tikintini başa çatdıra bilmədikləri üçün evi təhvil verə bilməmişdirlər. Torpağın sənədi onların adına olmayıb. Başqa bir adamın adına olub. Zərərçəkmiş şəxs4 38 000 manat pul almışdır. Onların evi olmadığı üçün kirayədə yaşayırdılar. Altı ay ərzində onların aylıq 350 manat kirayə pulunu o ödəmişdir. Sona ona demişdir ki, onun yaşamağa evi yoxdur. Pulu qaytarmama səbəbi isə onun həbs olunması olub. Nəbiyevanın epizodu ilə bağlı da eyni problemdir. Ona da 40 min manata ev satmışlar. O torpaq 3-4 nəfərə satılıb. O da almışdır onu. Onun da sənədi düzgün deyil. O da almadı həmin evi. Birgülün evini o tikmişdir. Həmin torpaq çoxdan kiməsə satılıb. Amma həmin torpaqdakı evi o tikmişdir. Onlar evi istəmədilər. Pullarını istədilər. Onun verdiyi pulla ev tikilib, üstünə qədər vurulub. Ondan şikayətçi olan adam isə bütün materialları satıb. Bundan onun xəbəri olmayıb. O həmin vaxt həbsdə olmuşdur. Rəfailin Birgülün və Sonadan da xəbəri var idi. Onlar kimdənsə pul alanda bir-birinə xəbər edirdilər. O, bir adama 15 min pul vermişdir ki, həmin ərazini özəlləşdirsin. Pulu verdiyi adam pulu ondan alıb vəd verdiyi işi görməmiş, ona verdiyi ödənişi də geri qaytarmamışdır. Birinci onlara təklif olunanla razılaşmadılar. Onlarla arasında notarial qaydada podrat müqaviləsi var. Talehlə danışığı Rəfail aparıb. Birgüllə danışığı Natiq aparıb. Natiq makler idi. Onlar Birgülə ev tikib verəcəkdilər. Taleh 20000 manat pul vermişdi. Həmin pulun 2000 manatını evin sənədinə görə, yerdə qalan 18000 manatı isə onlara vermişdi. Sona Mixayılovnadan isə 38 000 manat almışdılar. Onunla danışığı əvvəl Natiq edib, daha sonra onlar. Şahid2 Rəfailsiz ona mal verməyib. 38700 manat borc olub. O, bu qədər borc olduğunu sonradan bilmişdir. Həmin borc bu 3 evin tikintisinə istifadə olunan mal-materialın puludur. O tutulduğu zaman həmin evi satıb pulunu götürüblər. O, Birgülə pul verməmişdir. Talehin özünə 4000 manat ödəniş etmişdir. Həmin ödənişi “Mir İnşaat” mağazasının yanında ona vermişdir. O, tutulandan sonra Talehə 15 000 manat ödəniş edilib. Zərərçəkmiş şəxs4 ödəniş etməmişdir. İlhamın işlədiyi mağazadan 38700 manat dəyərində mal götürmüşdür. O, pulu ödəməsi üçün Rəfailə vermişdir. O, pulun hamısını Rəfailə vermişdir ki, ödəniş etsin. O, Sona xanımdan mal almamışdır. Zərərçəkmiş şəxs3 heç tanımır. Mağazanın sahibi İlham idi. O, bu yaxınlarda bilmişdir ki, mağazanın sahibi xanım olub. İlham isə onun işçisi olub. Sona Mixayılovnanı tanıyır. Notariusda o və oğlu olmuşdur. Onlarla podrat müqaviləsini o bağlamışdır Onlar bir-birinə inanmışlar Sona xanımdan 20 000 manat pulu o almışdır. Qalan pulu isə hissə-hissə olaraq cəmi 38000 manat pul almışdır. Onun evinə 25800 manat vəsait xərcləmişdir. Rəfail ona demişdir ki, İlhamı o tanıyır. “Gedək ondan mal götürək. Xeyirlərini ona versinlər”. Rəfailə pulları o ofisdə vermişdir. Həmin ofis Masazır qəsəbəsində yerləşirdi. Hazırda həmin ofis sökülüb Rəfaildən pulları alanda, verəndə maşında vermişdir. Buna görə bu məsələ ilə bağlı şahidi yoxdur. Zərərçəkmiş şəxs2 oğlu Afəti tanıyır, onu müştəri kimi tanıyır. Ceyhun adlı usta zərərçəkmişlərin üçünün də evini tikib. Zərərçəkmiş şəxs4 Mixayılovna ilə müqavilə bağladıqdan 20 gün sonra onun evinin tikintisi başlanılmışdır. Zərərçəkmiş şəxs3 ilə telefon vasitəsi ilə danışmamışdır, istintaqda onunla üzləşməmişdir.İlham Bəndəliyev ona və ailə üzvlərinə pul göndərməmişdir,hazırda verdiyi ifadə düzdür, olan hadisələri danışır. Qeyd edir ki, İlhamı tanıyır və İlhama olan borcuna görə İlham bir dəfə qardaşının evinə gedib. Nə Birgülə, nə də Talehə olan ziyan onun tərəfindən ödənilməmişdir. Vəkili ona zəng edib demişdir ki, qarşı tərəf sənin adından pul ödəyir. Hətta Rəfailin vəkili ona pul təklif etmişdir ki, Rəfailin xeyrinə ifadə versin. Məhkəmə iclasında təkrarən dindirilmiş Şahid1 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs4 xanımın oğlu ilə 2 saylı notarial kontorunda müqavilə bağlamışdır 20 000 manat almışdır. Onun gəlinini görməmişdir. Yanında onun özü olmuşdur. Gəlinini tanımır. Oğlu gəlib getmişdir. Ev tikilən torpaqda problem çıxmışdır. Rəfaillə onlar bir yerdə işləmişdir. Torpağın başqasının adına olmasından Rəfailin xəbəri olmayıb. Kredit müqaviləsinin Rəfailin adına bağlanılmasına Rəfail etiraz etmişdir. Ona görə müqavilə onun adına bağlanılmışdır. Rəfailin iştirakı olmadan heç kimdən pul almamışdır Qohumunun kartına İlham pul atmamışdır. İlhamla qohumlarından heç kim danışmamışdır. O, Sona xanımla və onun oğlu ilə tanış olmuşdur. Sona xanımla danışıqları ikisi aparmışdır. Ondan 45 000 manat almışdır 25 000 manatı torpağa vermişdir Elçin adında adam Rəfailin qohumu idi. 15 000 manatı ona vermişdir ki, sənədləri düz qoş etsin. Sənədləşmə işi alınmamışdır. O da pulu geri qaytarmamışdır. Pul batmışdır Telehdən pul almamışdır ki, gedib qaytarsın. İlhamla onları Rəfail tanış etmişdir 38000-39000 borc var idi. Malı Rəfail götürmüşdür. Onun yarısından çoxu istifadə edilmişdir, qalan malların çoxu isə Birgül xanımın evinə yığılmışdır. O, tutulandan sonra həmin mallar oradan yoxa çıxmışdır. Ödənişlərin hamısının kim tərəfindən edildiyi məlum deyil,belə ki, zərərçəkmiş şəxslərə hansı ki, teleqrama və ərizə ünvanlayıblar, önların ödənişi onun tərəfindən edilməmişdir. Ümumiyyətlə zərərçəkmiş şəxslər tərəfindən ona hər hansı təsir edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2013-cü ildən bəri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Mir İnşaat” adlı tikinti materialları mağazasında işləyir. Təqsirləndirilən şəxs təxminən yeddi ildir ki, qonşuluqdan tanıyır və sonuncunun çox vaxt “Afan” ləqəbi ilə çağrıldığını bilir. 2022-ci ilin oktyabr ayından Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gələrək tikinti işləri ilə məşğul olduğunu və həmin işlərinin həyata keçirilməsi üçün ondan nisyə olaraq tikinti materialları almaq istədiyini, pulunu isə sonradan ödəməyi ona təklif etmişdir. O sonuncu ilə olan tanışlığına əsasən dediyi qaydada bir neçə dəfə ona pulunu sonradan ödəmək şərti ilə tikinti materialları satıb sonradan pulunu normal qaydada almışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayının sonlarında işlədiyi mağazaya tanımadığı, lakin sonradan adının Şahid1 olduğunu öyrəndiyi şəxslə birlikdə gəlmişdir. Sonuncu ona Şahid1la birlikdə tikinti işləri ilə məşğul olduğunu, konkret olaraq müxtəlif həyət evlərini tikib satmaqla dolandıqlarını dedmiş və ondan həmin evlərin tikintisi üçün müxtəlif növ tikinti materialları götürüb, pulunu müvafiq evlər satıldıqdan sonra ödəmək barədə təklif etmişdir. O, Şahid1 tanımasa da, Təqsirləndirilən şəxs tanımağı səbəbi ilə onunla razılaşmış və mağazada olan işçilərə, yəni Qoçəli Alıyev və X13 Sadıqov mağzadan mal götürmək istədiyi vaxt verməyi tapşırmışdır. Bundan sonra bir müddət Təqsirləndirilən şəxs mağazadan bir neçə dəfə tikinti materialları götürmüşdür. Təxminən 1 ay sonra Təqsirləndirilən şəxs Şahid1la birlikdə mağazadan götürdüyü tikinti materialları ümumilikdə 28.000 manat məbləğə çatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs aldığı məhsulların dəyərini ödəməyini istəmişdir. Sonuncu isə Şahid1la birlikdə yanına gəlmiş və bildirmişlər ki, yaxın günlərdə pulun hamısını tam formada ödəyəcəklər və əlavə tikinti materialları götrümək lazım gələcəkdir. O, isə sonunculara izah etmişdir ki, 28.000 manat pulu tam ödəməsələr, yenidən mal götürə bilməyəcəklər. Təxminən bir saat onlarla söhbət etdikdən sonra səmimi formada mağazadan getmişlər. Lakin bir neçə gün sonra Bakı şəhərini tərk etməli olmuş və geri qayıtdıqdan sonra mağazanın işçiləri olan Qoçəli Alıyev və Səməndər Bəndalıyev bildirmişlər ki, Təqsirləndirilən şəxs ona ödədiyi 28.000 manat pulu yeni tikinti materialları almaq üçün vermək lazımdır. O isə sonuncuların bu sözünə təəccüblənmiş və Təqsirləndirilən şəxs ona hər hansı pul vermədiyini bildirmişdir. Bu vaxt X1 izah etmişlər ki, mağazada Təqsirləndirilən şəxs və Şahid1la söhbət etdiyi gündən iki gün sonra Rəfaillə İlqar yenidən mağazaya gəlmiş və onlara bildirmişlər ki, əvvəlki ödənişi, yəni 28.000 manat pulu tam ödəyiblər, həmçinin yeni tikini materialları götürmək üçün ondan icazə alıblar. Buna inanan Qoçəli Alıyev və Səməndər Bəndalıyev əvvəlki günlər Rəfailgillə baş tutmuş səmimi söhbətə və ondan xəbərsiz onlara yaxınlaşmalarına aldanaraq Təqsirləndirilən şəxs və Şahid1 istədikləri tikinti materiallarını, daha dəqiq sement və taxta vermişlər. Həmin malların isə ümumi dəyəri 11.860 manat etmiş, sonuncular həmin məbləği sonradan ödəməyi vəd etmişlər. O, bunu öyrəndikdən sonra Rəfaillə əlaqə saxlamış, sonuncu isə İlqarla bilrikdə torpaq satdıqlarını, pulunu aldıqdan dərhal sonra ona ödəniş edəcəklərini bildirmişdir. O, sonuncuya yenidən inanaraq gözləmiş, ancaq bundan xeyli müddət keçsə də, dediyi baş tutmamış və sonuncu onun zənglərinə cavab verməyərək yayınmağa başlamışdır. O, isə pulunu geri tələb etmək üçün onun yaxınları ilə əlaqə saxlamaq istəmişdir. Bu məqsədlə sonuncunun oğlu Yüksəl adlı şəxslə dəfələrlə əlaqə saxlamışdır. Sonuncular da ona Təqsirləndirilən şəxs Şahid1la bilrikdə onu aldatmış olduğunu bildirmişlər və onun etibarından sui-istifadə edərək aldıqları pulu geri qaytaracaqlarını deyib ondan şikayət etməməyi üçün vaxt istəmişlər. Hətta oğlu Yüksəl özlərinə məxsus Novxanı yolunda yerləşən 500 kv/m həcmində torpaq sahəsini adına keçirməyi təklif etmişdir. O, isə torpağın problemli ola biləcəyini fikirləşərək sonuncunun təklifi ilə razılaşmamışdır. Ancaq oğlu pulu qaytarmağa söz vermiş və o da sözünə əməl etməmiş, və məcbur qalaraq hadisə barədə polisə şikayət etmişdir.Qeyd edir ki, mağazanın sahibi Sona xanımdır, o, həmin mağazanı işlədəndir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X25 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs3 ilk dəfə görmüşdür. 2023-cü ilin aprel ayında İlham ona zəng edərək danışmaq istədiyi üçün onu yanına çağırmışdır. İlqarla Rəfail də mağazanın yanında olmuşdur. O yalnız onu eşitmişdir ki, İlqarın yanında gələn adam deyib ki, “o ödəməsə qalanını mən ödəyəcəm”. İlham demişdir ki, İlqar ona 8000 manat ödəyəcəkdi, o götürməyibdir. Rəfail onun doğma qardaşıdır Rəfail polis işləyib və həmin işdən də təqaüdə çıxmışdır. Taksi sürücüsü işləməklə əlavə qazanc əldə etmişdir. Rəfail tikinti işi ilə məşğul olmamışdır. Onun tikinti işindən başı çıxmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında” haqqında 12 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və digərlərinin barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır;

2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılmasından ötrü icraata qəbul edilmişdir.

3. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 14 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 barəsində törədilmiş dələduzluq cinayəti ilə əlaqədar zərərçəkmiş şəxs qismində tanınmışdır;

4. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və ibtidai istintaq bir icraatda ********* nömrə altında davam etdirilmişdir.

5. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və ibtidai istintaq bir icraatda ********* nömrə altında davam etdirilmişdir.

6. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.

7. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 17 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X26 barəsində törədilmiş dələduzluq cinayəti ilə əlaqədar zərərçəkmiş şəxs qismində tanınmışdır;

8. “Şübhəli şəxsin tutulması haqqında” 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur.

9. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1058/2023 saylı, 21 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat rədd edilmişdir.

11. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 Mixayılovna barəsində törədilmiş dələduzluq cinayəti ilə əlaqədar zərərçəkmiş şəxs qismində tanınmışdır;

12. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.

13. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsindən Həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir.

14. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir.

15. Abşeron Rayon Məhkəməsinin 4(012)-97/2024 saylı, 27 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat rədd edilmişdir.

16. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.

17. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 barəsində törədilmiş dələduzluq cinayəti ilə əlaqədar zərərçəkmiş şəxs qismində tanınmışdır;

18. Abşeron Rayon Məhkəməsinin 4(012)-249/2024 saylı, 15 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat rədd edilmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin 4(105)-31/2024 saylı, 21 mart 2024-cü il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 4(012)-249/2024 saylı, 15 mart 2024-cü il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir.

20. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 04 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

21. xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, X10 ilə Şahid1 arasında 24000 manata dair borc müqaviləsi bağlanmışdır.

22. “Sübutların qiymətləndirilməsi haqqında” 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxslərin ifadələri sübut növü kimi qiymətləndirilmiş, iş üzrə X9 və X6 zərərçəkmiş şəxs kimi statuslarına xitam verilmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri,üzləşdirmə isitntaq hərəkəti protokolları və digər mötəbər dəlillərlə, təqsirləndirilən şəxs tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, təqsirləndirilən şəxs ümumiyyətlə alqı-satqı işləri ilə məşğul olmadığını, bütün işlərin Şahid1 tərəfindən həyata keçirildiyini, onun yalnız sürücü olaraq Şahid1la birlikdə olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Belə ki, istər zərərçəkmiş şəxslərin ilkin şikayət ərizəsi, istər onların ibtidai istintaqa verdiyi ifadələri, istərsə də məhkəmə iclasında bildirdiyi xüsusatlar onlara qarşı edilmiş dələduzluq əməllərində Təqsirləndirilən şəxs təkcə “sürücü” kimi iştirak etməsindən əlavə həmin şəxslərə müəyyən vədlər verməsi, onların pullarının ələ keçirilməsi və dələduzluq cinayətinin tərkib əlaməti olan digər əməllərin həyata keçirildiyinə dəlalət edir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 Mixayılovnanı və onun oğlunu tanımadığını, onu aldadaraq pulunun ələ keçirilməsində iştirak etmədiyini bildirsə də bu hal zərərçəkmiş şəxsin və Şahid1 məhkəmə iclasındakı ifadələri ilə təkzib olunmuşdur. Təqsirləndirilən şəxs bundan başqa üzləşdirmə istintaq hərəkəti protokolunda Zərərçəkmiş şəxs1 qarşı olan epizodda həmin evi Zərərçəkmiş şəxs1 Şahid1 göstərdiyini bildirmiş, 10000 manat məbləğin qarşılığında Zərərçəkmiş şəxs1 məxsus avtomobili İlqarın üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün etibarnamənin özünün adına verildiyini, daha sonra həmin avtomobili Sumqayıtda yerləşən maşın bazarında 5000 manata İlqarın tapdığı müştəriyə satıldığını və İlqarın sözü ilə həmin şəxsə etibarnamə vermişdir. Zərərçəkmiş şəxs1 elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Həmçinin Şahid1 öz ifadəsində Zərərçəkmiş şəxs1 əvvəllər tanımadığını, onları Rəfailin tanış etdirdiyini və onunla olan danışığı Rəfailin özünün həyata keçirdiyini bildirmişdir. Göründüyü kimi zərərçəkmiş şəxsə ona vəd edilən evə görə 10000 manat məbləğin əvəzinə istifadəsində olan avtomobil üzrə Təqsirləndirilən şəxs etibarnamə vermiş, daha sonra onlar həmin avtomobili 5000 manata başqa şəxsə satmışdır. Təqsirləndirilən şəxs həmin epizod üzrə ortada sadəcə “vasitəçi”, yəni Talehlə Natiqi bir-biri ilə tanış edən şəxs kimi iştirak etdiyini bildirsə də onlar Zərərçəkmiş şəxs1 vəd edilmiş evi təhvil vermədiyi halda Təqsirləndirilən şəxs həmin avtomobili dəyərindən ucuz qiymətə satmışdır. O, avtomobili Şahid1 satdığını bildirsə də etibarnamə özünün adına olmuş və avtomobil üzrə özü şəxsən digər şəxsə etibarnamə vermişdir. Bu hal da onun həmin epizod üzrə sadəcə “vasitəçi” olmadığına dəlalət edir. Bundan başqa o, Zərərçəkmiş şəxs3 tanımadığını, malları Şahid2 aldığını bildirmişdir. Hər iki tərəfin ifadəsindən aydın olur ki, mallar həmin mağazadan 2023-cü ilin fevral-aprel aylarında alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “fiziki şəxsin uçotu haqqında” şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs3 29 mart 2023-cü il tarixdən verilmişdir. Müdafiə tərəfi zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs3 deyil, Şahid2 olmasına dair ifadəsi və sonradan istintaq tərəfindən bilərəkdən qərəzli şəkildə zərərçəkmiş şəxsin dəyişdirilməsi fikrinin məhz cinayət işinin istintaqı zəmanı bu halın nə kimi zərərçəkmiş tərəfinə xeyri olacağı barədə ağlabatan və məntiqli izahat verə bilməmişlər. İş üzrə toplanmış sübutlara və ifadələrə məhkəmə qiymət verərək hesab edir ki, 2023-cü ildə mağazadan inşaat malları götürülərkən həmin yerin faktiki mülkiyyətçisi Zərərçəkmiş şəxs3 olmuş, Şahid2 həmin mağazada işçi kimi işləmişdir. Şahid1 öz ifadəsində göstərmişdir ki, həmin mağazadan əvvəllər nəsə almamış, onu həmin mağazaya Təqsirləndirilən şəxs apararaq orada olan İlham adlı şəxslə onları tanış etmiş, Rəfailin vasitəsilə onlar həmin mağazadan nisyə mal götürmüşdür. Təqsirləndirilən şəxs mağazadan malları alarkən həmin mağazada Zərərçəkmiş şəxs3 görməməsi, onu tanımaması hər bir halda törədilmiş cinayət əməli üzrə onun təqsirinin olmamasına dəlalət etmir. Bundan başqa məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanın Şahid1 tərəfindən ödənildiyi bildirilsə də Şahid1 məhkəmə iclasında zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəmədiyini, həmçinin ödənişin edilməsindən heç bir məlumatının olmadığını bildirmişdir. Bundan başqa həmin şəxs törədilmiş cinayət əməlinin təqsirini öz boynuna götürəcəyi təqdirdə təqsirləndirilən şəxsin tərəfindən ona pul təklif edildiyini də bildirmişdir. Göründüyü kimi zərərçəkmiş şəxslərə verilmiş vədlər üzrə və onların aldadılaraq etibarından-sui istifadə edilərək pullarının ələ keçirildiyi bütün epizodlar üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin bütün elementləri mövcuddur. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxs əksinə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslər və şahidlər yalan ifadə verməyə görə qanunvericlikdə nəzərədə tutulmuş qaydada məsuliyyət daşıdıqları barədə xəbərdar edilmiş, daha sonra onların ifadələri alınmışdır. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri cinayət əməlini Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair verdikləri ifadələr iş materialları ilə uyğunluq təşkil etmişdir. Təqsirləndirilən şəxsə zərərçəkmiş şəxs və şahidlərə sual vermək imkanı yaradılsa da, onlar tərəfindən verilən ifadələrin həqiqətə uyğun olmasına şübhə yaradan hallar müəyyən edilməmiş, sübutun mötəbərliyinə əsaslı şübhələr yaranmamışdır. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ziyanlığın ödənilərək barışıq əldə etməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı olması müəyyən edildi. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, vurulmuş ziyanın qismən ödənilməsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu - 04 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 21 mart 2024-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 21 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış əşyanın, xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar