Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-275/2020 21.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Siyəzən rayonu, Qarasiyəzən kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən birədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərindədaşıyaraq saxlamış, xx xxxxxx 2019-cu il tarixdə saat 04 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Nəzərov X3 rayonu, Saray qəsəbəsi ərazisində yerləşən «Araz» marketinqarşısında saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilmiş, xidmətiotaqda üzərindəşəxsi axtarış keçirilərkən sonuncudan qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərindədaşıyaraq saxladığı bir ədəd şəffaf sellofan torbada 17.474 qram təmiz çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda çətənəbitkisindənkustarüsullahazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələr qəbul etdiyinə görə həbs edilmiş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad edilmişdir. Tutulmamışdan təxminən iki ay əvvəldən narkotik vasitə olan marixuananı qəbul etməyə başlamışdır. 2019-cu ilin noyabr ayının əvvəllərində Siyəzən rayonu, Qarasiyəzən kəndindəki qəbirstanlığın yanından keçərkən sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana tapmış vəhəmin marixuananıözü istifadə etmək üçün götürüb cibinə qoymuşdur. 2-3 dəfə həmin marixuanadan istifadə edib qalanını da gələcəkdə istifadə etmək üçün cibində saxlamışdır. xx xxxxxx 2019-cu ildə nahardan sonra iş axtarmaq üçün Abşeron rayonu, Saray qəsəbəsindəəvvəllər mağazadaişləyən əsgər yoldaşını tapmaq və ondan ona iş tapmasında köməklik etməsini xahiş etmək niyyəti ilə yaşadığı kənddən Abşeron rayonu Saray qəsəbəsinə gəlmişdir. Tapdığı marixuananı da gələrkən istifadə etmək üçünözü ilə götürmüş, həmin günü 10 saata yaxın müddətdə Abşeron rayonu Saray qəsəbəsindəəsgərlik yoldaşını axtarsa da tapa bilməyib geri qayıtmaq qərarına gəlmişdir.Piyada Bakı-Sumqayıt avtomagistral yoluna tərəf getməyə başlamışdır. Saat təxminən 04 radələrində polis avtomobili onun yanında dayanmış, həmin maşından düşən polis əməkdaşları ondan kimliyini soruşduqdan sonra onu sorğu-sual edib üstündə narkotik vasitə olub-olmadığını soruşmuşlar. Üstündə narkotik vasitə olmadığını söyləsə də, polis əməkdaşları onun narkotik vasitə qəbul etməsindən şübhələndiklərini bildirib, onlarla birlikdə Abşeron RPİ-nə getməyimi bildirmişlər. Etiraz etməyib avtomobilə minmiş və onu Abşeron RPİ-nin inzibati binasına gətirib üzrərində videoçəkilişləşəxsi axtarış keçirəcəklərini demişlər. Həmin vaxt polis əməkdaşlarına üzərindəözü istifadə etmək üçün sellofan torbada qurudulmuş marixuana olduğunu deyərək, əynindəki qara rəngli gödəkçəsinin sol döş iç cibində saxladığı sellofan torbada olan qurudulmuş marixuananı könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun üstündə axtarış aparmış, lakin başqa qanunsuzəşya aşkar edilməmişdir.Daha sonra ondan aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, müdafiəçinin, iştirakçıların iştirakı ilə imzalanmış və maddi subut kimi götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol digər iştirakçıların iştirakı ilə imzalanmışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Pİ-nin PPXB-nin tağım komandiri vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə saat 03:05 radələrində polis nəfərləri - polis serjantları Şahid2, Şahid3 və Şahid4 ilə 57-10 çağırışlı avtopatrulla birlikdə xidmət apararkən Abşeron rayonu. Saray qəsəbəsində xidmət aparan zaman Saray qəsəbəsinin girişində yerləşən «Araz» marketin qarşısında bir nəfərin özünü şübhəli apardığını görüb, həmin şəxsdən üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, həmin şəxs də üzərində narkotik vasitə olduğunu onlara bildirmişdir. Bundan sonra həmin şəxsi Abşeron rayon Pİ-nə gətirib təhvil vermiş və rəhbərliyə raportla məruzə edilmişdir. Polis idarəsində həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş və onun Siyəzən rayon sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş və videoçəkiliş vasitəsi ilə onun üzərinə baxış keçirilmişdir. Üstünə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli uzun gödəkçənin sol içəri qoltuq cibində olan bir ədəd kütləni təqdim edərək, həmin maddəsnin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin kütləni yaşadığı Siyəzən rayonundan tapdığını demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə oxşar kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmiş, həmin kağız zərf və tərtib edilmiş protokol proses iştirakçıları tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 30223 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş yazısı olan zərfdəki, içərisində 01 ədəd sellofan torbada təmiz çəkisi 17,474 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (qalıq 17,454 qram – 0,02 qram qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 554 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində deydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Nəzərov X4 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə AR CM-nin 237.1, 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü l tarixli hökmü ilə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü dəyişdirilərək AR CM-nin 234.2, 237.1, 66.3cü maddəsinə əsasən 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ləğv edilmiş, iş yeni Apelyasiya baxışına təyin olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə AR CM-nin 234.2, 237.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən 4 il 6 ay azadlıqdan məhrum edmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2012-ci il tarixdən hesablanmışdır. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasənaz ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs da cəzasını xx.xx.2017-ci il tarixdə çəkib qurtardıqdan iki il sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə hazırki cinayəti törətdiyindən onun məhkumluğu ödənilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayının 07-dən 2019-cu ilin dekabr ayının 08-dək şübhəli şəxs qismində saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Nəzərov X4 rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 17,454 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 66 (altmış altı) manat 46 (qırx altı) qəpik məhkəmə ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı müdafiəçi vəkil X2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayının 07-dan 2019-cu ilin dekabr ayının 08-dək şübhəli şəxs qismində saxlanıldığı müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Siyəzən rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Nəzərov X4 rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut qalıq çəkisi 17,454 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 66 (altmış altı) manat 46 (qırx altı) qəpik məhkəmə ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil X2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-275/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-275/2020
21.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver