Məhkəmə qərarları › İş №1(012)-276/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-276/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-276/2021 13.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Məhərrəm qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1982-ci ildə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Məmmədli kəndində yaşadığı evin qarşısında aralarında yaranmış şəxsi münasibətlər zəminində qonşusu Şahid3 anası Zərərçəkmiş şəxs Məhərrəm qızının qəsdən sifətinə yumruqla, bədəninə ayaqla vuraraq sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün alt qapağının və gözaltı nahiyənin qançır-şişkinlik halında əzilməsi, sol göz almasının kontuziyası (əziyi), sağ baldır nahiyəsinin əzilmiş yaraları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs qızı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndində yaşayır, təxminən 16 ilə yaxındır ki, ev ustası işləyir, Şahid1 və sonuncunun ailəsini təxminən 4 ilə yaxındır ki, tanıyır, belə ki, sonuncu onun yaşadığı məhlədə fərdi yaşayış evi tikdirib orada ailə üzvləri ilə birlikdə yaşayır. Əvəllər Şahid1lə və sonuncunun ailəsi ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2019-cu ilin noyabr ayında onun qardaşı qızını Şahid1 həyat yoldaşı Şahid3 məktəbdə döydüyü üçün aralarında mübahisə yaranmış və buna görə qardaşı X1 rayon Polis İdarəsinin X8 şikayət etmişdir. Sonuncu davaya kimi onların Şahid1lə və sonuncunun ailəsi ilə heç bir mübahisələri baş verməmişdir. xx.xx.2020-ci il tarixdə yaşadıqları evdə qardaşı Ruhid Qəzənfərovun ad gününü qeyd edərkən evin darvazası döyülmüş, Ruhid qapıya çıxandan sonra o, səs-küy gəldiyini eşitmiş, qapıya o, anası və qardaşının dostu Ayaz çıxmış, həmin vaxt Şahid1 qaynanası Zərərçəkmiş şəxs onun və Ruhidin ünvanına nalayiq söyüşlər söyərək Ruhid Qəzənfərova demiş ki, «vur məni» o da bu söyüşlərə dözməyib Zərərçəkmiş şəxs hücum çəkmiş, həmin vaxt Şahid1 də ona hücum etmiş, bunu görən Ruhid Qəzənfərov araya girərək Şahid1 yumruqla vurmuş, Zərərçəkmiş şəxs üzərində olan çəkiclə onu vurmuş, o da Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra ətrafda olan insanlar onları aralamışlar. Bundan sonra onlar və Elnurgil polisə şikayət etmişlər, əlavə olaraq onu qeyd etmişdir ki, Elnurun arvadı dəfələrlə onun yaşadığı evin qarşısına zibil atmış, buna görə də onlar məcbur qalıb evin qarşısına kamera quraşdırmışlar. Belə ki, o, əməlindən peşman deyil, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Məhərrəm qızı ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Məmmədli kəndində yaşayır, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs təxminən 3 ilə yaxındır ki, tanıyır, belə ki, Nuridə və ailəsi dəfələrlə Abşeron rayonu, Məmmədli kəndində yaşayan qızı Şahid3 ilə və sonuncunun ailəsi mütamadi olaraq ədavət aparıb, hədə qorxu gələrək heç bir səbəb olmadan mübahisə etmişlər, dəfələrlə bununla bağlı polisə şikayət etmişlər. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində o, yaşadığı evdə olarkən istifadəsində olan mobil telefona qızı Gülnarə zəng vuraraq bildirmiş ki, həmin gün saat 12 radələrində mağazaya çörək almaq üçün gedərkən qonşuluqda yaşayan Nuridə onun dalınca düşərək ünvanına nalayiq söyüşlər işlətməklə onu döymək istəyəndə, qızı qorxusundan mağazaya girmiş, həmin vaxt ətrafda olan dükan sahibi araya girib Nuridəni saxlayandan sonra Gülnarə qaçaraq evə getmişdir. Gülnarə ilə telefonla danışdıqdan sonra o, taksi avtomobili ilə qızının yaşadığı Abşeron rayonu, Məmmədli kəndinə getmiş, o, oraya çatandan təxminən 1 saat sonra kürəkəni Şahid1 da evə gəlmiş, onlar məsləhətləşmişlər ki, o ağbirçək olaraq gedib qızını və Nuridəni barışdırsın. Bundan sonra o, Nuridənin yaşadığı evin darvazasını döymüş, qapıya Ruhid Qəzənfərov çıxaraq onu görən kimi şalvarını aşağı salaraq onun ünvanıma nalayiq söyüşlər söyüb demiş ki, gəl bura, bundan sonra evdən Nuridə çıxmış və yerdən daşı götürüb onun ayağından vurmuşdur. Bundan sonra Nuridə onun üzərinə hücum çəkib yumruq zərbələri ilə onun sol göz nahiyəsindən vurmuş, Ruhid də onun üstünə gələrək yumruqla ağız nahiyəsindən güclü zərbə ilə vurmuşdur. Həmin vaxt ətrafda kürəkəni Elnur, qızı Gülnarə, qohumu Fuad və adını bilmədiyi şəxslər toplaşmışlar. Mübahisə zamanı kürəkəni Şahid1 Ruhid Qəzənfərov yumruqla baş nahiyəsindən vurmuş, ətrafda olan şəxslər onları aralamışlar, bundan sonra onlar X8 gedərək ərizə ilə müraciət etmişlər. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oğlunun ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndində yaşayır, təxminən 5 il bundan öncə Abşeron rayonu, Məmmədli kəndində 4 sot torpaq sahəsi almış, həmin torpaq sahəsində 1 mərtəbəli kürsülü ev tikdirmiş, həmin evdə o, ailə üzvləri ilə birlikdə yaşayır. Onlarla qonşulqda yaşayan Təqsirləndirilən şəxs təxminən 3 ilə yaxındır ki, onlarla heç bir səbəb olmadan düşmənçilik edir, onları yalandan şərləyir ki, güya ki, o və ailə üzvləri Nuridəgili söyüb təhqir edirlər. Bir neçə dəfə az yaşlı uşaqlarının ünvanına Ruhid və Nuridə nalayiq söyüşlər söyüb təhqir etmişlər, o da bir neçə dəfə bununla bağlı Abşeron rayon Polis İdarəsinin X8 şikayət etmişdir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində o işdə olan vaxt arvadı Şahid3 onun istifadəsində olan mobil telefona zəng vurub bildirmiş ki, marketə az yaşlı oğlu ilə birlikdə çörək almaq üçün gedərkən qonşuluqda yaşayan Nuridə ona hücum çəkib döymək istəmiş, arvadı da sonuncunun əlindən qaçaraq evə girmişdir. Bundan sonra o, yaşadığı evə getmiş, həmin vaxt qaynanası Zərərçəkmiş şəxs onlarda olmuş, onlar fikirləşmişlər ki, qaynanası Dilarə yaşlı qadın olduğu üçün Nuridə ilə söhbət etsin ki, davadalaş olmasın. Bundan sonra Dilarə Nuridənin yaşadığı evə tərəf getmiş, o və arvadı küçədə dayanmışlar, Dilarə isə darvazanı döymüş, həmin vaxt qapını Ruhid açaraq Dilarənin ünvanına nalayiq söyüşlər söyməyə başlamış, daha sonra Nuridə qapıdan çölə çıxıb yerdən daşı götürüb Dilarəyə tərəf atmış, daşın biri Dilarənin sol ayağına dəymiş, o, daşları Nuridənin əlindən almış, Nuridə isə Dilarəyə hücum çəkərək sonuncunu yumruqla göz nahiyəsindən vurmuş, Ruhid də Dilarənin ağız nahiyəsindən vurmuş, o, aralamaq istəyərkən Ruhid onu yumruqla baş nahiyəsindən vurmuş, zərbənin təsirindən o, yerə yıxılmış, həmin vaxt ətrafda olan şəxslər onları aralamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, təxminən 3 ilə yaxındır ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndində yaşayır. Onlar oraya köçməmiş orada torpaq sahəsi almışlar, Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır, sonuncu dəfələrlə onun uşağlarını nalayiq söyüşlərlə təhqir etmiş, onlar isə ona fikir verməmişlər. 2019-cu ilin sentyabr ayında o az yaşlı uşağı ilə məktəbdən qayıdanda onlarla qonşuluqda yaşayan Ruhid Qəzənfərov onun ünvanına nalayiq söyüşlər söyüb onu təhqir etmşdir. Həmin vaxt o bununla bağlı Abşeron rayon Polis İdarəsinin X8 şikayət etmiş, buna baxmayaraq dəfələrlə belə hal baş vermiş, o və ailəsi bir neçə dəfə bununla bağlı polisə şikayət etmişlər. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində o yaşadığı evin yaxınlığında yerləşən marketdən çörək almaq üçün az yaşlı oğlu ilə birlikdə gedərkən uzaqdan görmüş ki, marketə tərəf Nuridə gəlir, o, sonuncunun getməsini gözləmiş ki, çıxıb evə getsin. Nuridə gedəndən sonra o, marketdən çıxıb evə getmək istəyərkən Nuridə onun dalınca düşüb onun ünvanına nalayiq söyüşlər söyüb üzərinə qaçmış, o, da qorxusundan marketə geri qayıtmış, həmin vaxt marketi işlədən şəxs onların aralarına girmiş, o, da bundan istifadə edib evə qaçmışdır. Bundan sonra o, anası Zərərçəkmiş şəxs zəng vurub bu barədə məlumat vermişdir. Bir neçə saat keçəndən sonra təxminən saat 15 radələrində anası Dilarə Nuridə ilə söhbət etmək üçün sonuncunun yaşadığı evə getmiş, anası Nuridəgilin qapısını döyən vaxt sonuncunun qardaşı Ruhid qapıdan çölə çıxıb Dilarənin ünvanına nalayiq söyüşlər söymüş, sonra Nuridə yerdən daşı götürüb Dilarəyə tərəf atmış, daş sonuncunun ayağına dəymiş, sonra Nuridə yumruqla Dilarənin sifət nahiyəsindən vurmuşdur. Ruhid də Dilarəni yumruqla vuraraq xəsarət yetirmiş, Şahid1 onları aralamaq istəyəndə Ruhid sonuncunu vuraraq yerə yıxmış, bundan sonra ətrafda olan adamlar onları aralamışlar. Bundan sonra onlar polisə şikayət edib məlumat vermişlər, Nurid və Ruhid dəfələrlə onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyüb onları təhqir etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsindən görünür ki, Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yaşayan əmisi Şahid1 yaşadığı evə qonaq getmiş, həmin vaxt əmisinin arvadı Gülnarə əmisinə demiş ki, qonşuluqda yaşayan Nuridə adlı qadın onun arxasınca düşərək döymək istəmiş, bundan sonra Şahid1 istifadəsində olan mobil telefondan qonşuluqda yaşayan Ruhid adlı şəxsin istifadəsində olan mobil telefona zəng vurmuş, Ruhid telefona cavab verməmiş, bundan sonra Elnurun qaynanası Dilarə Ruhidin yaşadığı evə getmiş, o və əmisi Elnur Dilarənin arxasınca getmişlər. Dilarə Ruhidin yaşadığı evin darvazasını döyməyə başlamış, bir az sonra Ruhid çölə çıxıb söyüşlə Dilarəyə demiş ki, çıx ged burdan, Dilarədə Ruhidi söymüş və onlar söyüşmüşlər, bundan sonra evdən Nuridə çıxıb Dilarəyə hücum çəkmiş və Dilarəni vurmuş, əmisi Elnur onları aralamaq istəyəndə Ruhid sonuncunu yumruqla vurub yerə yıxmış, Elnur ayağa qalxıb Ruhidin üstünə hücum çəkmiş, həmin vaxt yaxınlıqda olan adını bilmədiyi şəxsdə kömək edib savaşanları aralamışdır. Həmin vaxt Nuridə Dilarəyə təkrarən hücum çəkmiş, Dilarədə əlində olan çəkicin taxta hissəsi ilə Nuridəni vurmuşdur. O və orada olan digər şəxslər savaşanları aralamışlar və bundan sonra onlar evə getmişlər, daha sonra Dilarə polisə şikayət etmiş, bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndində yaşayır. X6 və Təqsirləndirilən şəxs onun övladlarıdır, onlar birlikdə yaşayırlar. Şahid1 və onun ailəsini təxminən 4 ilə yaxındır ki, tanıyır, belə ki, sonuncu onun yaşadığı məhlədə fərdi yaşayış evi tikib orada yaşayır. Əvəllər Şahid1lə və sonuncunun ailəsi ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2019-cu ilin noyabr ayında nəvəsini Şahid1 arvadı Şahid3 məktəbdə döydüyü üçün aralarında mübahisə yaranmış və buna görə oğlu X1 rayon Polis İdarəsinin X8 şikayət etmişdir. Sonuncu davaya kimi onların Şahid1lə və sonuncunun ailəsi ilə heç bir mübahisələri olmamışdır. xx.xx.2020-ci il tarixdə yaşadıqları evdə oğlu Ruhid Qəzənfərovun ad gününü qeyd edərkən yaşadıqları evin darvazası döyülmüş, Ruhid qapıya çıxandan sonra o, səs-küy gəldiyini eşitmiş, qapıya o, qızı Nuridə və evlərində olan qonaq Ayaz da çıxmış, həmin vaxt Elnurun qaynanası Zərərçəkmiş şəxs Nuridənin və Ruhidin ünvanına nalayiq söyüşlər söyərək Ruhidə demiş ki, vur məni, bu söyüşlərə Nuridə dözməyib Zərərçəkmiş şəxs hücum çəkmiş, həmin vaxt Şahid1 sonuncuya tərəf hücum eləmiş, Ruhid Qəzənfərov da araya girərək Elnuru yumruqla vurmuş, Dilarədə üzərində olan çəkiclə Nuridəni vurmuş, Nuridə isə Dilarənin sifət nahiyəsindən yumruqla zərbə endirmiş, həmin vaxt ətrafda olan insanlar və o onları aralamışlar. Bundan sonra onlar polisə şikayət etmişlər. Məhkəmə istintaqında ifadəsi elan edilmiş şahid qismində dindirilmiş X4 ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndində yaşayır, fərdi əmək faliyyəti ilə məşğul olur, Şahid1 və onun ailəsini təxminən 4 ilə yaxındır ki, tanıyır, belə ki, sonuncu onun yaşadığı məhlədə fərdi yaşayış evi tikib orada yaşayır, əvəllər Elnurla və sonuncunun ailəsi ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2019-cu ilin noyabr ayında onun qızını Elnurun arvadı Gülnar məktəbdə döydüyü üçün aralarında mübahisə yaranmış və buna görə də o, Abşeron rayon Polis İdarəsinin X8 şikayət etmişdir. Sonuncu davaya kimi onların Şahid1lə və sonuncunun ailəsi ilə heç bir mübahisələri olmamışdır. Şahid1lə münasibəti yaxşı olmuş, bir neçə dəfə sonuncunun ailə üzvləri onun yaşadığı evin darvazanın qarşısına zibil qoymuşlar, o da Elnura demiş ki, qapıya zibil qoymasınlar zibili küçəyə qoysunlar o, aparıb atacaqdır. xx.xx.2020-ci il tarixdə Şahid1 onun yaşadığı evə gələrək ona demiş ki, güya onun uşaqları sonuncunun həyətinə daş atıblar, o isə Elnura demiş ki, belə bir şey ol bilməz, həmin vaxt Elnurun qaynanası yerdən daşı götürüb onun baş nahiyəsidən vurmuş, o da buna görə Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə zəng vurub məlumat vermiş və müvafiq araşdırma aparılmışdır. xx.xx.2020-ci il tarixdə o, yaşadığı evdə ad gününü qeyd edərkən istifadəsində olan ***-***-**-** saylı mobil telefona Şahid1 zəng vuraraq demiş ki, bacısı Təqsirləndirilən şəxs ilə birlikdə küçəyə çıxsın, o da sonuncuya demiş ki, axşam gələrsən bizə çay içib söhbət edərik, Elnur isə telefonda ona demiş ki, çıx bayıra, o isə demiş ki, başqa vaxt görüşərik və telefona adboy vermişdir. Bundan sonra eşitmiş ki, yaşadığı evin qapısı döyülür, o, küçəyə çıxmış ki, görsün kimdir, həmin vaxt görmüş ki, Elnur qaynanası Zərərçəkmiş şəxs ilə darvazanın qarşısında dayanıb, o, sonunculara demiş ki, çıx ged, həmin vaxt görmüş ki, Elnur əlini belinə aparıb demiş ki, gəl sənin başını kəsəcəm, o da sonuncuya demiş ki, bu arvadı niyə bura gətirmisən və içəriyə keçib qapını bağlamış, buna baxmayaraq Dilarə uca səslə onun ünvanına nalayiq söyüşlər söymüş, o da məcbur qalıb küçəyə çıxmış və Elnura demış ki, çıx ged burdan sonuncu isə onun üstünə hücum çəkib sifətindən sillə ilə vurmuşdur. Dilarə də xalatının cibindən çəkici çıxardıb onun sifət nahiyəsindən vurmuş, həmin vaxt bacısı, anası və dostu Ayaz ona köməyə gəlmişlər. X12 itələmiş ki, Dilarə də əlində olan çəkiclə Nuridənin baş və boyun nahiyələrində vurmuş, bacısı Nuridə də Dilarəni yumruq zərbəsi ilə vurmuşdur. Elnurda Nuridəyə hücum çəkmiş, o da Elnuru sillə ilə vurmuş, sonuncuda zərbənin təsirindən yerə yıxılmış, bundan sonra ətrafda olan insanlar onları aralamışlar. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndində yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğul olur, Qəzənfərov Ruhid oğlu onun dostudur. xx.xx.2020-ci il tarixdə Ruhid Qəzənfərovun ad günü ilə əlaqədar olaraq sonuncunun evinə qonaq getmiş, onlar yemək yeyən vaxt darvaza döyülmüş, Ruhid qapıya çıxmış, bir az sonra səs-küy gəldiyini eşitmiş və qapıya çıxanda görmüş ki, Ruhidin qonşusu və bir nəfər qadın Ruhidin bacısı Nuridəni vurur, Ruhid də həmin kişini vurur, o, dərhal onları ayırıb sakitləşdirmiş, Nuridə və Ruhiddən yaşadıqları evə girmələrini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 2297 nömrəli rəyindən görünür ki, 1948-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Məhərrəm qızının məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün alt qapağının və gözaltı nahiyənin qançır-şişkinlik halında əzilməsi, sol göz almasının kontuziyası (əziyi), sağ baldır nahiyəsinin əzilmiş yaraları bərk-küt əşya (əşyalar) təsirindən törənişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qızının göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahid ifadəsi və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs qızının məhkum olunmasına dair məlumat Kartotekasında hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs qızının cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs oğlunun böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq baxış keçirilmiş və cinayət işinə əlavə edilmiş video disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qızına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90(doxsan) manat məbləğində, məhkəmə istintaqı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş video disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 ( doxsan) manat məbləğində, məhkəmə istintaqı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar