Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-276/2025 11.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1 qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, İsmayıllı şəhəri, H. Əliyev prospekti ev 9, mənzil 4 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Abşeron Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 1(012)- 570/2025 saylı hökmü ilə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstinaq Təcridxanasında azadlıqdan məhrumetmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 11 yanvar 2024-cü il tarixdə Qaradağ rayonu, “Meyvəli” Ticarət Mərkəzinin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil olan bir bükümdə 0,464 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə daşımış və üzərində saxlamış, 11 yanvar 2024-cü il tarixdə saat 19:00 radələrində Binəqədi RPİ-nin 40-cı polis bölməsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsində “Uğur” marketin yaxınlığında küçədə saxlanılıb, bölmənin inzibati binasına gətirildikdən sonra orada həmin gün saat 20:50-dən 21:09-a kimi üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin 01 ədəd şəffaf sellofan bükümdə 0,464 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 14 mart 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan bir bükümdə 0,292 qram çəkidə narkotik vasitə olan heroini əldə edib Abşeron rayonu, Masazır qəsəbəsinə daşımış və üzərində saxlamış, 15 mart 2024-cü il tarixdə saat 00:00 radələrində Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “At Heykəli”-nin yaxınlığında küçədə saxlanılıb, idarənin inzibati binasına gətirildikdən sonra orada həmin gün saat 01:05-dən 01:13-ə kimi üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən həmin 01 ədəd siqaretin qızılı rəngli kağızı bükümündə 0,292 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, , xx.xx.2024-cü il tarixdə saat 09:00-da Qaradağ rayonu, Meyvəli Ticarət Mərkəzinin yaxınlığında 10 manat pulun müqabilində bir ədəd şəffaf sellofanda psixotrop maddə metamfetamini şəxsən istifadə etmək məqsədi ilə alıb əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixində saat 19:00-da o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində “Uğur” marketin yaxınlığında piyada hərəkətdə olduğu vaxt iki nəfər şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları olduqlarını və onun psixotrop maddələr əldə etməyi barədə məlumat əldə etdiklərini bildirərək onu Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq onlarla birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə gəlmiş və orada ona hüquqlarının müdafiəsi ilə bağlı vəkil dəvət olunmuşdur. Vəkil gəldikdən sonra onunla konfidensial görüş təşkil olunmuş və bundan sonra hüquqları izah olunaraq ona üzərində videoçəkilişdən istifadə olunmaqla axtarış aparılacağı izah edilmişdir. O, polis əməkdaşlarından vəkilin iştirakı olmadan üzərində axtarış aparmalarını xahiş etmiş və bu barədə ərizə də vermişdir. Bundan sonra polis əməkdaşları şəxsi axtarışın başlanıldığını elan etmişlər. Ona üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif olunduqda o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində gizlədərək saxladığı bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamini təqdim edərək həmin psixotrop maddə metamfetamini kimdən, hansı məqsədlə, necə, nə vaxt və harada əldə etdiyi barədə polis əməkdaşlarını məlumatlandırmışdır. Sonra üzərindən aşkar edilmiş bir ədəd bükümdəki psixotrop maddə metamfetamin zərfdə qablaşdırılaraq üstü möhürlənmişdir. Bununla bağlı müvafiq protokol tərtib edilib ona və iştirakçılara uca səslə oxunduqdan sonra imzalanmışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış və axtarış zamanı hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. O, saxlanılarkən, polis bölməsinə gətirilərkən, eləcə də üzərində axtarış aparılarkən heç bir psixi və fiziki təsirə məruz qalmamışdır. Bundan başqa o, bir neçə ildir ki narkotik vasitə olan heroindən istifadə edir. 14 mart 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində öz şəxsi istifadəsi üçün 10 manat verib 1 büküm narkotik vasitə olan heroini almış və üzərində gəzdirmişdir. 15 mart 2024-cü il tarixdə saat təxminən 00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən At Heykəlinin yaxınlığında küçədə olan zaman iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq onun narkotik vasitə və ya psixotrop maddə istifadəsində və gəzdirilməsində şübhəli bilindiyini bildirmiş və polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində onun üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən öz şəxsi istifadəsi üçün əldə etdiyi siqaretin qızılı rəngli kağızına bükülmüş 1 ədəd narkotik vasitə olan heroini masanın üzərinə qoymuşdur. Həmin sellofan açıldıqdan sonra içərisinə baxış keçirilmişdir. Həmin kütləni haradan və nə vaxt əldə etdiyini soruşulmuşdur. O isə həmin kütləni 14 mart 2024-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş, içərində olan kütlə zərfə qoyularaq üzəri möhürlənmiş və axtarış və götürmədə iştirak edən digər 2 nəfər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçisi X8 tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bütün izahatında qeyd etdiyi proses video çəkiliş vasitəsilə qeydə alınmışdır. 15 mart 2024-cü il tarixdə üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini, 14 mart 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazindən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat pul ödəməklə şəxsi istifadə etmək məqsədi ilə əldə etmişdir Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq, o, üzərindən aşkar olunan narkotik vasitə olan heroini və metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir fiziki zor və ya psixoloji təsir göstərilmədiyini, əməlindən peşman olmasını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid2 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitə heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis kiçik serjantı Şahid1 iştirakı ilə tərəfindən 15 mart 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2024-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı Şahid1 Abşeron rayonu, Xırdalan şəhərində yerləşəndə “At heykəli” adlanan yerin yaxınlığında olan zaman orada piyada şəkildə dayanan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Elçinə üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bir büküm qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi siqaretin qızılı rəngli kağızına bükülmüş bir büküm qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Elçin bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli, toz şəkilli maddə narkotik vasitə heroindir. O, həmin narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Elçinin narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Bundan əlavə Şahid2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, həmin narkotik vasitəni haradan və nə məqsədlə əldə etdiyi barədə məlumatı olmamış, həmçinin tərəflərindən sonuncu saxlanılan və bölmədə olan zaman ona qarşı heç bir psixi və ya fiziki zorakılıq olunmadığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis kiçik serjantı Şahid1 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru polis mayoru Şahid4 ifadəsində göstərmişdir ki, çalışdığı Binəqədi RPİ-nin 40-cı PB-nə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında bildirilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə edərək üzərində gəzdirir. Əməliyyat yolu ilə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Binəqədi RPİ-nin 40-cı PB-nin rəhbərliyinə raportla məlumat verilmiş və rəhbərliyin icazəsini aldıqdan sonra Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid3 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və o da, təşkil edilən əməliyyat qrupuna daxil edilmişdir. Üzərində psixotrop maddə daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilməsi, yaxalanması və psixotrop maddələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvü Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs gizli müşahidə edib izlədikdən sonra xx.xx.2024-cü il tarixdə saat 19:00-da o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində “Uğur” marketin yaxınlığında saxlayıb, üzərində axtarış aparılması məqsədi ilə Binəqədi RPİ-nin 40-cı PB-nə gətirmişdir. İlkin əməliyyat sənədləri Binəqədi RPİ-nin 40-cı PB-nin baş təhqiqatçısı, polis mayoru Rəşad İsmayılova təqdim edilməklə araşdırmanın davam etdirilməsi sonuncuya həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərində aparılacaq axtarış hərəkətlərində vəkilinin iştirak etməməsini və axtarışın vəkilin iştirakı olmadan həyata keçirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə sonuncu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində ağ rəngli kristallşəkilli maddəyə bənzər kütlə olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üstünə qoymuşdur. Əlavə olaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin başqa heç nə aşkar edilməmişdir. Bükümün içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin psixotrop maddə olduğunu və həmin bükümü xx.xx.2024-cü il tarixdə saat 09:00-da Qaradağ rayonu, Meyvəli Ticarət Mərkəzinin yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofan büküm kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənmişdir. Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin təhqiqatçısı tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş axtarış hərəkətləri başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək uca səslə oxunub Təqsirləndirilən şəxs və axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid A Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid3 digər Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Şübhəli şəxsin tutulması haqqında” 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1545 saylı rəyinə əsasən Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,292 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,292 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,242 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir;
3. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır;
4. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir;
5. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmişdir.
6. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.
7. “Maddi sübut kimi tanınma haqqında” 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş və qalıq çəkisi 0,242 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir;
8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X4 haqqında 22 fevral 2024-cü il tarixli, 1211 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;
9. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 02 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətləri məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 06 il 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, 03 il şərti sınaq müddətinə məhkum edilmiş, xx.xx.2016-cı il tarixli qərarla hökm dəyişdirilib 05 il 11 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.
10. “Cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və ********* nömrəsi saxlanılmaqla ibtidai istintaq davam etdirilmişdir.
11. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır;
12. “Şübhəli şəxsin tutulması haqqında” 11 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/180 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №234” dairəvi möhür əksləri olan və “Təqsirləndirilən şəxs (imza)…” yazıları və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,464 qram olan ağ rəngli, kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,464 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,414 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir;
14. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir;
15. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmişdir.
16. “Qətimkan tədbirinin seçilməsi barədə” 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir.
17. Maddi sübut kimi tanınma haqqında” 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş və qalıq çəkisi 0,414 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Binəqədi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir;
18. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X9 (canlı şəxsin ekspertizası) 63 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilmədi.
19. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X4 haqqında 24 fevral 2024-cü il tarixli, 1248 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;
20. “Cinayət işinin aidiyyatı üzrə göndərilməsi haqqında” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi eyni icraatda istintaq edilməsi üçün istintaq aidiyyatı üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir.
21. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərara əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır.
22. “Axtarışda olan şəxsin tutulması barədə” 18 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-ə təhvil verilmişdir.
23. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 20 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir.
24. “Qətimkan tədbirinin təsdiq edilməsi haqqında” 20 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri təsdiq edilmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir.
25. “Sübutların qiymətləndirilməsi” haqqında 07 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, sonuncuya məxsus təmiz çəkisi 0,292 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatına sərf etdikdən sonra qalıq bir ədəd zərfdə 0,242 qram narkotik vasitə olan heroinin və ekspertiza tədqiqatından sonra bir ədəd zərfdə qalıq çəkisi 0,414 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün maddi sübutların saxlanması otağına təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 15 mart 2024-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarının birində və 11 yanvar 2024-cü il tarixdə Binəqədi RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 02 ədəd DVD disk maddi sübit kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokol, diskə baxış protokol, məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının ekspert rəyləri, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir;
26. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 1 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi saxlanıldığı 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.
27. 04 aprel 2025-ci il tarixli göstərişdən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixli hökmü 04 aprel 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
Şəxsi axtarış və götürmə aparılması barədə 11 yanvar 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və maddə olub-olmaması, olduğu halda könüllü təqdim edilməsi təklif edildikdə o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxartdığı 01 (bir) ədəd şəffaf sellofana bükülmüş metamfetaminə bənzər kütləni təqdim edərək, həmin kütlənin psixotrop maddə metamfetamin olmasını, həmin vasitəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli ticarət mərkəzinin yaxınlığında tanımadığı şəxsdən almasını bildirmişdir.
Şəxsi axtarış və götürmə aparılması barədə 15 mart 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və maddə olub-olmaması, olduğu halda könüllü təqdim edilməsi təklif edildikdə o, əynində qara rəngli gödəkçənin sağ yan cibindən çıxartdığı 01 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş içərisində spesifik iyə malik qəhvəyi rəngli kütləni təqdim edərək, həmin kütlənin narkotik vasitə olmasını, həmin vasitəni Xırdalan şəhərində tanımadığı şəxsdən almasını bildirmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar onun himayəsində iki azyaşlı uşağının olmasıdır. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətin təkrar törədilməsidir. Belə ki,Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə narkotik vasitə və psixotrop maddə əldə edərək,istifadə etməsi üçün üzərində gəzdirməsi onun əməlində təkrarlığı müəyyən edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini,ağırlaşdırıcı və yüngülləşdirici halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan hökmə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu əməli barəsində çıxarılmış Abşeron Rayon Məhkəməsinin 1(012)-570/2025 saylı 03 mart 2025ci il tarixli hökmü ilə məhkum olunmamışdan əvvəl törətdiyinə görə ona hazırkı cinayət işi üzrə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün və hazırki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 06 (altı) gün, ümumilikdə 10 (on) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona cinayətlərin məcmusu üzrə təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Abşeron Rayon Məhkəməsinin 1(012)-570/2025 saylı 03 mart 2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş 03 noyabr 2024-cü il tarixdən hesablanmalı, həmçinin sonuncunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X4 Ekspert komissiyasının 24 fevral 2024-cü il tarixli, 1248 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,242 qram narkotik vasitə - heroin və Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan 0,414 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə - 02 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – cəmi 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-570/2025 saylı 03 mart 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 06 (altı) gün və əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün, ümumilikdə 10 (on) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli Abşeron Rayon Məhkəməsinin 1(012)-570/2025 saylı 03 mart 2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş 03 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın,həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,242 qram narkotik vasitə - heroin və Bakı Şəhəri Binəqədi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,414 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 02 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci – cəmi 130 (bir yüz otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Firuzə Kərimova