Məhkəmə qərarları › İş №1(012)-277/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-277/2022

25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-277/2022 25.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 Əlimcan qızının, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam orla təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 127 saylı inzibati binada qeydiyyada olmaqla. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 5, mənzil 9-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmış və hazırda ƏN-i Bakı İT-da həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 16-cı küçə, 1-ci dalan, 10 saylı evin əvvəlcə həyətinin arxa giriş qapısının qıfılını sındırma yolu ilə həyətə, sonra isə mətbəxin plastik qapısını sıxıb açma yolu ilə evə qanunsuz daxil olmaqla 3-cii yataq otağından güzgülü dolabın alt hissəsindən 220 manat dəyərində bir ədəd qızıl boyunbağı, hər biri 40 manat və 20 manat dəyərində iki ədəd gümüş qolbaqları, 30 manat dəyərində bir ədəd gümüş boyunbağı, 30 manat dəyərində bir cüt gümüş sırğanı. 20 manat dəyərində bir ədəd gümüş üzüyü və 60 manat dəyərində qarışıq bjüteriyanı, ikinci yataq otağının girişinin sağ tərəfində yaşıl rəngli döşəyin altından 400 (dörd yüz) manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 820 (səkkiz yüz iyirmi) manat məbləğdə ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 dekabr 2021-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə saxlanılan "Toyota RAV4" markalı. **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini əlində olan avtomobil mühərriki şamı (sveça) ilə sındıraraq, avtomobilin salonunda qabaq oturacaqların arasına olan 180 manat dəyərində pul kisəsini, pul kisəsində olan içindəki 850 manat dəyərində 500 ABŞ dollarını, 2500 manat pulu, balansında 60 manat olan "xxxx"a məxsus plastik kartı, Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsini və mühüm şəxsi sənəd hesab edilən sürücülük vəsiqəsini gizli talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 3410 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 3 1 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs7 Abşeron rayonu, Xırdalan şəhəri, El.Əliyev parkının yaxınlığında “Oskar” mağazanın qarşısında saxladığı “Volkswagen qolf-4” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan sol qabaq şüşəsini əlində olan avtomobil mühərrikin şamı (sveça) ilə vurub sındıraraq, avtomobilin salonunda oturacağın üzərinə qoyulmuş 1 ədəd 1800 manat dəyərində “Hp" noutbuk kompüterini. 100 manat dəyərində əl çantasını, gizli olaraq talamaqla Zərərçəkmiş şəxs7 ümumilikdə 1900 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, 02 fevral 202-ci il tarixdə saat 16 radələrində oğurluq etmək üçün Xırdalan şəhəri ərazisində gəzdiyi vaxt, Xırdalan şəhəri, 26-cı məhəllə, bina 9 ünvanın həyətində saxlanmış avtomobillərin içinə baxdığı vaxt, tanımaması üçün ağzına maska, başına papaq qoymuşdur. Orada saxlamış sonradan istintaq zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs3 məxsus “Ford Escape markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna baxdıqda, qabaq tərəfdə olan oturacaqların arasında gördüyü qara rəngli qadın çantasını oğurlamaq qərarına gəlmişdir. Ətrafda heç kimin olmadığına görə əlindəki şamla (sveça) ilə avtomobilin qabaq sağ şüşəsini sındırmış, salonda gördüyü çantanı tez götürüb binanın arxa tərəfi istiqamətində iti yerişləılə gedəıək, H.Əliyev prospektinə yola çıxmışdır. Çantanın yolda açıb, içərisinə baxdıqda pul, şəxsiyyət vəsiqəsi və başqa sənədlərin olduğunu görmüşdür. 9 ədəd 100 manatlıq pul əskinasların cibinə qoymuş, çantanı və içərisindəki sənədləri yolun kənarına xatırlamadığı yerə atmışdır. Pulları şəxsi istifadəsinə xərcləmişdir. Bundan başqa 05 fevral 2022-ci il tarixdə, saat 01 radələrində Xırdalan şəhəri. H.Əliyev prospektində yerləşən ‘"AAAF" park yaşayış kompleksinə gəlmiş, binamın yaxınlığında, sonradan istintaq zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs6 məxsus "Mersedes Benz 1: klass markalı, **- DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq şüşəsini əlindəki avtomobil şamı (sveça) ilə vuraraq sındırmış, avtomobildən 1 ədəd dövriyyə su matoru. 1 ədəd "Bos markalı lazer metrəni, 1 ədəd elektron tester aparatı, 2 ədəd "Samsung A5 telefonu və avtomobilin qoltuq altında olan pul qabını götürüb sellafon torbaya yıdğaraq oğurlamışdır. Pul qabını açıb baxdıqda içərsində sənədlərin olduğunu görmüş, həmin pul qabını və sənədləri yaxınlıqda xatırlamadığı zibil qutusuna atmışdır. Oğurladığı həmin əşyaları Bakı şəhəri, Sabunçu rayonunda yerləşən bazarda tanımadığı şəxsə 100 manata satmışdır. Oğurladığı əşyaları satdığı şəxsə onları oğurladığı barədə heç nə deməmişdir. Bundan başqa 05 fevral 2022-ci il tarixdə, saat 02 radələrində Xırdalan şəhəri, A.Şəmşir küçəsində saxlanmış, sonradan istintaq zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs4 məxsus “Mersedes Benz E” klass markalı 90-11M-703 dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmək qərarına gəlmiş, əlində olan avtomobil şamı (sveça) ilə avtomobilin sol arxa şüşəsini sındırdırmış və avtomobilə daxil olaraq arxa şüşənin alt hissəsində olan 1 ədəd qara rəngli gödəkçəni götürüb oğurlamışdır. Sonra gödəkçənin sol cibində gördüyü 10.000 manat pulu götürmüş və gödəkçəni əyninə geyinb getmişdir. Gödəkçənin ona böyük olduğunu görüb yolda, xatırlamadığı yerdə tullamışdır. Bundan başqa 08 fevral 2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu Gənclər şəhərciyi yaşayış kompleksinin qarajına gəlib, əlverişli şərait olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin olmadığına əmin olandan sonra, üzərindəki avtomobil şamı (sveça) ilə sonradan istintaq zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs5 qızma məxsus “Baic” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ şüşəsini sındırıb, avtomobilin salonundakı qoltuq altındakı ətiri və qırmızı rəngli pul cüzdanını götürmüş və oradan tez uzaqlaşmışdır. Yolda pul cüzdanında sənəd və bəzi kartlartdan başqa heç nə olmadığını görüb, sənədləri və kartları səkinin üzərinə qoymuşdur ki. yoldan keçən hər hansı şəxs görüb sahibinə qaytarılmasına köməklik etsin. Oğurladığı ətiri özü istifadə etmiş, güzdanı isə xatırlamadığı yerə qoymuşdur. Avtomobillərdən oğurluq etmək üçün avtomobillərin qapılarındakı şüşələri sındırmaqda istifadə etdiyi avtomobil mühərriki olan şamı (sveça) sonuncu oğurluqdan sonra yolda, xatırlamadığı yerdə atmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər bir neçə dəfə oğurluq, soyğunçuluq və narkotik vasitə istifadə etməyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə oğurluq cinayəti törətdiyinə görə 2019-cu ildə 2 il müddətinə azadlıqdan məhrum edilmiş və 2021-ci ilin oktyabr ayında həbsdən azad olunmuşdur. 18 dekabr 2021-ci il tarixdə, saat 14 radələrində istintaq zamanı sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanının həyətinin arxa giriş qapısının qıfılını dəmir parçası ilə sındırmaqla həyətə, oradan isə evin giriş qapısının qıfılını dəmin parçası ilə sıxıb açaraq evin mətbəxinə daxil olaraq, pul və ya dəyərli əşya oğurlamaq üçün otaqları axtarmağa başlamışdır. Yataq otağndan 1 ədəd sadə saat, digər otaqlardan güzgülü dolabın alt hissəsindən 1 ədəd qızıl boyunbağı, 2 ədəd gümüş qolbaq, 1 ədəd gümüş boyunbağı, 1 cüt gümüş sırğa, 1 ədəd gümüş üzük və qarışıq bjüteriya oğurlamışdır. Daha sonra ortada olan yataq otağın girişinin sağ tərəfində yaşıl rəngli döşəyin altından 400 (dörd yüz) manat nəğd pul oğurlamışdır. Oğurladığı 1 ədəd sadə saatı. 2 ədəd gümüş qolbağı, 1 ədəd gümüş boyunbağını, 1 cüt gümüş sırğanı, 1 ədəd gümüş üzüyü, qarışıq bjüteriyanı Bakı şəhəri “Xalqalar Dostluğu" metrostansiyası yaxınlığında tanımadığı şəxsə 100 manata, 1 ədəd qızıl boyunbağını isə həmin ərazidə olan “qızıl alqı-satqı" mağazasına 180 manata satmışdır. Mağazaya qızıl boyunbağını satan zaman üzərində şəxsiyyət vəsiqəsi olmadığına görə tanışı X5 şəxsiyyət vəsiqəsi ilə satmışdır. Mağazadakı alıcı və tanışı X10 qızıl boyunbağının oğurluq olmasını bilməmişdir. Bundan başqa, 25 dekabr 2021-ci il tarixdə, saat 17 radələrində oğurluq etmək üçün Xırdalan şəhəri ərazisində gəzdiyi vaxt, Abşeron rayonu, Xırdalan şəhəri. 27-ci məhəllədə dayanmış avtomobillərin salonuna baxdığı vaxt, tanımaması üçün ağzına maska, başına isə papaq qoymuşdur. Oradakı kafenin yanında saxlanılmış, sonradan istintaq zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs2 məxsus "Toyota RAV4" markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda, qabaq oturacaqların arasında gördüyü pul kisəsini oğurlamaq qərarına gəlmişdir. Ətrafda heç kimin olmadığına görə əlində olan avtomobil mühərrik şamı ilə (sveça) avtomobilin qabaq sağ şüşəsini sındırmış, avtomobilin salonundan tez pul kisəsini götürüb binanın arxa tərəfi istiqamətdə iti yerişlərlə getməyə başlamışdır. Binaların arxaları ilə qaçıb, Xırdalan şəhəri, H. Əliyev prospektinə yola çıxmış, pul kisəsini açıb içində pul, şəxsiyyət vəsiqəsi, bank kartı və başqa sənədlərin olmasını görmüşdür. Təxminən 3000 manat olan pulları cibinə qoymuş, pul kisəsini və içərisində olan sənədləri, bank kartını yolun kənarına, xatırlamadığı yerdə atmışdır. Pulları şəxsi ehtiyaclarına xərcləmişdir.Bundan başqa, 31 yanvar 2022-ci il tarixdə saat 20 radələrində oğurluq etmək üçün Xırdalan şəhəri ərazisində gəzdiyi vaxt, Xırdalan şəhəri. H.Əliyev adına parkın yaxınlığında «Oskar» mağazasının qarşısında dayanmış avtomobillərin içərisinə baxdığı vaxt, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra, istintaq zamanı sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs7 məxsus “Volkswagen qolf-4" markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq şüşəsini əlində olan avtomobil mühəriki şamı (sveça) ilə sındıraraq, avtomobilin salonunda oturacağın üzərinə qoyulmuş 1 ədəd «HP» notbuk kompüteri, 1 ədəd əl çantasın götürüb binanın arasından çıxıb iti yerişlərlə parkın qarşısı ilə gedib Xırdalan şəhəri, H. Əliyev prospektinə yola çıxmışdır. Oğurladığı həmin notbuku çanta ilə birlikdə 50 manata tanımadığı şəxsə satmış, əl çantasında olan sənədləri yolun kənarına, xatırlamadığı yerə atmışdır. Pulu şəxsi istifadəsi üçün xərcləmişdir.Bundan başqa, 02 fevral 202-ci il tarixdə saat 16 radələrində oğurluq etmək üçün Xırdalan şəhəri ərazisində gəzdiyi vaxt, Xırdalan şəhəri, 26-cı məhəllə, bina 9 ünvanın həyətində saxlanmış avtomobillərin içinə baxdığı vaxt, tanımaması üçün ağzına maska, başına papaq qoymuşdur. Orada saxlamış sonradan istintaq zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs3 məxsus “Ford Escape markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna baxdıqda, qabaq tərəfdə olan oturacaqların arasında gördüyü qara rəngli qadın çantasını oğurlamaq qərarına gəlmişdir. Ətrafda heç kimin olmadığına görə əlindəki şamla (sveça) ilə avtomobilin qabaq sağ şüşəsini sındırmış, salonda gördüyü çantanı tez götürüb binanın arxa tərəfi istiqamətində iti yerişləılə gedəıək, H.Əliyev prospektinə yola çıxmışdır. Çantanın yolda açıb, içərisinə baxdıqda pul, şəxsiyyət vəsiqəsi və başqa sənədlərin olduğunu görmüşdür. 9 ədəd 100 manatlıq pul əskinasların cibinə qoymuş, çantanı və içərisindəki sənədləri yolun kənarına xatırlamadığı yerə atmışdır. Pulları şəxsi istifadəsinə xərcləmişdir.Bundan başqa 05 fevral 2022-ci il tarixdə, saat 01 radələrində Xırdalan şəhəri. H.Əliyev prospektində yerləşən ‘"AAAF" park yaşayış kompleksinə gəlmiş, binamın yaxınlığında, sonradan istintaq zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs6 məxsus "Mersedes Benz 1: klass markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq şüşəsini əlindəki avtomobil şamı (sveça) ilə vuraraq sındırmış, avtomobildən 1 ədəd dövriyyə su matoru. 1 ədəd "Bos markalı lazer metrəni, 1 ədəd elektron tester aparatı, 2 ədəd "Samsung A5 telefonu və avtomobilin qoltuq altında olan pul qabını götürüb sellafon torbaya yıdğaraq oğurlamışdır. Pul qabını açıb baxdıqda içərsində sənədlərin olduğunu görmüş, həmin pul qabını və sənədləri yaxınlıqda xatırlamadığı zibil qutusuna atmışdır. Oğurladığı həmin əşyaları Bakı şəhəri, Sabunçu rayonunda yerləşən bazarda tanımadığı şəxsə 100 manata satmışdır. Oğurladığı əşyaları satdığı şəxsə onları oğurladığı barədə heç nə deməmişdir. Bundan başqa 05 fevral 2022-ci il tarixdə, saat 02 radələrində Xırdalan şəhəri, A.Şəmşir küçəsində saxlanmış, sonradan istintaq zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs4 məxsus “Mersedes Benz E” klass markalı 90-11M-703 dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmək qərarına gəlmiş, əlində olan avtomobil şamı (sveça) ilə avtomobilin sol arxa şüşəsini sındırdırmış və avtomobilə daxil olaraq arxa şüşənin alt hissəsində olan 1 ədəd qara rəngli gödəkçəni götürüb oğurlamışdır. Sonra gödəkçənin sol cibində gördüyü 10.000 manat pulu götürmüş və gödəkçəni əyninə geyinb getmişdir. Gödəkçənin ona böyük olduğunu görüb yolda, xatırlamadığı yerdə tullamışdır. Bundan başqa 08 fevral 2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu Gənclər şəhərciyi yaşayış kompleksinin qarajına gəlib, əlverişli şərait olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin olmadığına əmin olandan sonra, üzərindəki avtomobil şamı (sveça) ilə sonradan istintaq zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs5 qızma məxsus “Baic” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ şüşəsini sındırıb, avtomobilin salonundakı qoltuq altındakı ətiri və qırmızı rəngli pul cüzdanını götürmüş və oradan tez uzaqlaşmışdır. Yolda pul cüzdanında sənəd və bəzi kartlartdan başqa heç nə olmadığını görüb, sənədləri və kartları səkinin üzərinə qoymuşdur ki. yoldan keçən hər hansı şəxs görüb sahibinə qaytarılmasına köməklik etsin. Oğurladığı ətiri özü istifadə etmiş, güzdanı isə xatırlamadığı yerə qoymuşdur. Avtomobillərdən oğurluq etmək üçün avtomobillərin qapılarındakı şüşələri sındırmaqda istifadə etdiyi avtomobil mühərriki olan şamı (sveça) sonuncu oğurluqdan sonra yolda, xatırlamadığı yerdə atmışdır. Sonda o, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 Əlimcan qızı ifadəsində göstərdi ki, 02 fevral 2022- ci il tarixdə, saat 15 radələrində özünə məxsus idarə etdiyi "Ford Eskapi” markalı ** SM *** dövlət nömrə nişanı avtomobili yaşadığı binanın giriş qapısının yaxınlığında saxlamış, avtomobilin qapılarını bağlayıb yaşadığı evə getmişdir. Həmin tarixdə saat 18 radələrində şəxsi işi ilə əlaqədar getmək üçün avtomobilinə yaxınlaşdıqda, avtomobilin qabaq qapısının sağ şüşəsinin sındırıldığını, avtomobilin salonunda, qabaq iki oturacaqların arasında qoyduğu 120 manat dəyərində olan qara rəngli əl çantasının olmadığını, oğurlandığını aşkar etmişdir. Həmin çantada ona məxsus 1500 manat pul, 30 manat dəyərində qara rəngli dəridən olan 1 ədəd pul qabı, şəxsiyyət vəsiqəsi, oğlu Məmişov Amin 1 eyyub oğluna məxsus şəxsiyyət vəsiqəsi və adına olan doğum haqqında şəhadətnamə, avtomobilin texniki şəhadətnaməsi, əri X6 adına olan qaçqınlıq vəsiqəsi, adına olan qaçqınlıq vəsiqəsi, 15 manat dəyərində pudra və pamada. 3 manat dəyərində gel çantada olmuşdur. Oradan mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib, oğuıluq barədə məlumat vermiş, həmçinin ərizə ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Avtomobilimin qabaq şüşəsi sındırılmaqla ona 150 manat maddi ziyan dəymişdir. Avtomobildən oğurluq nəticəsində ona ümumilikdə 1818 manat dəyərində maddi ziyan dəymiş və rəsmi sənədləri oğurlanmışdır. Bundan sonra həyətdə olan müşahidə kamerasına baxdıqda saat 16: 30 dəqiqədə tanımadığı cavan bir oğlanın onun avtomobilinə yaxınlaşdığını və avtomobilin qabaq şüşəsini əlində olan alətlə sındıraraq, qabaq oturacaqlar arasındakı əl çantasını götürüb getdiyini görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, anket məlumatında qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. 25.12.2İ il tarixdə, saat 16: 40-da özünə məxsus idarə etdiyi "Toyota Rav 4" markalı. 99-MV-Ü08 qeydiyyat nişanlı avtomobilini yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27 ünvanında yaşadığı binanın arxasında saxlamış və içərisində 500 ABŞ dollar, 2500 manat, balansıı manat olan "Kapital Bank”a aid kartı, şəxsiyyət və sürücülük vəsiqəsini dəyəri 180 manat qabını avtomobilin ön iki oturacağının arasında qoyaraq, avtomobildən düşərək çayxanaya getmişdir. Saxladığı avtomobil ilə çayxana arasındakı məsafə təxminən 4-5 metr olmuşdur. Saat 22:11-də çayxanadan çıxıb avtomobilinə yaxınlaşdıqda avtomobilin sağ ön şüşəsinin sındırıldığını, avtomobilin içərisində ona məxsus pul qabının içərisində olanlarla birlikdə oğurlandığını görmüşdür. Dərhal DİN-102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. "Toyota Rav 4” markalı avtomobilinin ön sağ şüşəsinin sındırılması nəticəsində ona 259 manat madı dəymişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, anket məlumatında göstərdiyi ünvanda yaşayır və ev təmiri üzrə usta işləyir. 03 fevral 2022-ci il tarixdə, saat 23 radələrində "Mersedes Benz E’' klass markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı binamın qarşısında saxlayıb evinə getmiş və səhəri günü yəni, 04 fevral 2022-ci il tarixdə saat 10 radələrində avtomobilinə yaxınlaşdıqda, avtomobilin arxa sol şüşəsinin sındırıldığını, avtomobildən ona məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, avtomobilinə məxsus texniki şəhadətnamə, kovid pasportu, vöön kartı, 1 ədəd 500 manat dəyərində “Vilo” markalı dövriyyə su matoru, 1 ədəd 500 manat dəyərində “Boş” markalı lazer metrə məsafə ölçən aparatı, 1 ədəd 200 manat dəyərində elektron tester aparatı. 1 ədəd 100 manat dəyərində “Samsung A 5” və 1 ədəd 150 manat dəyərində "Samsung A 5” markalı mobil telefon aparatlarının oğurlandığını aşkar etmişdir. Oğurluq barəsində Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış X7 ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmış X2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə Abşeron tarixdə saat 09 radələrindən, saat 18 radələrinədək olan müddət ərzində ona məxsus Abşero rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış Massivi, 16-cı küçə, 1-ci dalan, ev həyətinin arxa giriş qapısının qıfılını naməlum şəxs sındırma yolu ilə həyətə daxıl olmuş, evin mətbəxinin plastik qapısını sıxıb açmaqla evə daxil olmaqla ikinci yataq otağından 400 (dörd yıız) manat pulu, 3-cü yataq otağından isə 220 (iki yüz iyirmi) manat dəyərində 1 ədəd qızıl boyun ağı, 40 (qırx) manat dəyərində 1 ədəd gümüş qolbağı. 20 (iyirmi) manat dəyərində 1 ədəd gümüş qolbağı, 30 (otuz) manat dəyərində 1 ədəd gümüş boyunbağı, 30 (otuz) manat dəyərində bir cü gümüş sırğanı və 20 (iyirmi) manat dəyərində gümüş üzüyü və ümumi olaraq 60 (altmış) manat dəyərində qarışıq bjüteriya oğurlanmaqla, ona ümumilikdə 820 (səkkiz yüz iyirmi) manat mad( ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi «Volkswagen qolf-4» markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində parkın yaxınlığındakı «Oskar» mağazanın qarşısında saxlamış, tanışı ilə birlikdə başqa bir avtomobil ilə Bakı şəhərinə getmişdir. Həmın tarixdə saat 20:10 radələrində bir nəfər tanışı ona zəng edərək yan sol şüşənin sındırıldığını və avtomobilindən oğurluq olduğunu bildirmişdir. O, avtomobılını saxladığını yerə getmiş və «Volkswagen qolf-4» markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yan sol şüşənin sındırıldığını və avtomobilindən ona məxsus 180 manat dəyərində «Hp» markalı kompyuteri və 100 manat dəyərində əl çantasının içərisində anasına aid olan torpaq çıxarışı ilə birlikdə oğurlandığını aşkar etmişdir. Oğurluq barədə DİN-nin 102 zəng mərkəzinə zəng edərək məlumat vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, anket məlumatında qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. "Mersedes Benz E” klass markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və etibarnamə ilə idarə edərək, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində həmin avtomobilini yaşadığı evin yaxınlığında saxlayaraq evinə getmiş, səhəri gün yəni. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində avtomobilinə yaxınlaşarkən avtomobilin arxa sol şüşəsinin sındırıldığını, avtomobildən ona məxsus sol cibində 10.000 manat olan qara rəngli gödəkçəsinin oğurlandığını aşkar etmişdir. Oğurluq barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində özünə məxsus “Baic“ markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron rayonu Gənclər şəhərciyi yaşayış kompleksində qarajda saxlayaraq evinə getmiş, saat 21 radələrində həmin avtomobilindən oğurluq olduğunu aşkar etmişdir. Naməlum şəxs xx.xx.2022-ci il tarixdə saat 16 radələrindən saat 21 radələrinə qədər olan müdət ərzində ona məxsus avtomobilin sağ şüşəsini sındıraraq, salonda olan 25 manat dəyərində cüzdanı, cüzdanm içərisində 2010-cu il təvəllüdlü qızı X3ma aid şəxsiyyət vəqisəsini, yaşadığı evə məxsus kartını "Beynəlxalq bank” ASC-yə məxsus olan sosial kartını, "xxxx" ASC-yə məxsus maaş kartını, 70 manat dəyərində ətrini, 500 manat dəyərində qızıl üzüyünü oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 595 manat maddi ziyan dəymişdir. Avtomobilin şüşəsinin sındırılması nəticəsində ona 80 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs qismində tanınmış X4 ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmış X1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2021-ci ilin may ayından Bakı şəhəri, “Xalqalar Dostluğu" metrostansiyası yaxınlığındakı icarəyə götürdüyü ‘'qızıl alışı- satışı mağazasımda tək işləyir. Aldığı və ya satdığı hər hansı bir qızıl əşyanın mağazadakı qeydiyyat kitabında rəsmi qaydada qeydiyyatını aparmış, müştərinin telefon nömrəsini qeyd etmişdir. 15 yanvar 2021-ci il tarixdə, saat 18 radələrində mağazada olduğu vaxt tanımadığı 2 oğlan mağazaya gəlmiş, onlardan biri satmağa bir ədəd qızıl boyunbağı gətirdiyini demişdir. Həmin oğlana şəxsiyyət vəsiqəsi olmadan heç bir qızıl əşyası qəbul etmədiyini demiş, həmin oğlan şəxsiyyət vəsiqəsinin üstündə olmadığını deyərək, yanındakı oğlandan şəxsiyyət vəsiqəsini istəmiş və onun verdiyi şəxsiyyət vəsiqəsinin nömrəsini, adını, soyadını, ünvanın və telefon nömrəsini qeydiyyat kitabımda qeyd etdikdən sonra gətirdiyi qızıl boyunbağını onunla aralarında olan razılığa əsasən 100 manata almışdır. Qizil boyunbağını ona satan oğlanın təqdim etdiyi şəxsiyyət vəsiqəsi yanında olan X5 adma olmuşdur. Həmin qızıl boyunbağı əzik olduğundan onu əritmək üçün tanımadığı şəxsə satmışdır. Qızılı boyunbağını ona satan şəxs boyunbağının özünə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə satdığını demişdir. Onları sonradan görməmişdir. Aldığı qızıl boyunbağının oğurluq olduğunu bilməmiş, əgər oğurluq olduğunu bilsəydi həmin qızıl boyunbağını almazdı və bu barədə dərhal polisə müraciət edəcəyini bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 326.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 326.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq və vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədlərini talama cinayətlərini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən verilmiş xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Mirzəyev X8 şəhər məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi təqsirli bilinərək ilə 2 il şərti sınaq müddəti ilə məhkum edilmiş, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş. Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin

29. 177.2.2, 177.2.3-2, 177.2.4, 177.2.5, 326.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 12 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəməyə təqdim olunmuş Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 326.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 may 2022-ci il tarixdən hesablanmasına dair hökm çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, həmin məcəllənin 83.3.5-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs əvvəlki ödənilməmiş məhkumluğunu nəzərə alıb əməlində cinayətin residivi olduğunu müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən müəyyən edilməmişdir. Məhkəmə onun əməlində cinayətin residivi olmasını ağırlaşdıran hal kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 326.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası növündə cəza təyin olunmalıdır. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 326.2-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 326.2-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1,177.2.2, 326.2-ci maddələri ilə təqsirli bilinərək ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza müddətinə qismən hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4cü maddəsi ilə təqsirli bilinib ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təqsirli bilinib ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza müddətinə qismən hesablanmaqla ona qəti 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar