Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-277/2024 24.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş” Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs “lalafo.az” elan saytına özü barəsində ev təmir ustası elanını yerləşdirdikdən sonra həmin elan vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs ilə sonuncuya məxsus Abşeron rayonu, 1 №-li Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikəcəyi barədə razılıq əldə etdikdən sonra tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin tikinti üçün Abşeron rayon icra hakimiyyətindən icazə alacağına dair Zərərçəkmiş şəxs yalan vəd verib inandırmış, bu məqsədlə 14 yanvar 2023-cü il tarixdə, saat 14 radələrində ünvan 2 ünvanında yerləşən Abşeron rayon icra hakimiyyətinin qarşısında sonuncunun 2500 (iki min beş yüz) manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 12 ildir ki, ev təmir ustası işləyir. Usta işlədiyi üçün Bakı şəhərində də ev təmir etdirmək istəyən olanda Bakı şəhərində müvəqqəti kirayə ev tutub yaşamaqla işləyir. Əvvəllər mülkiyyət əleyhinə cinayət törətdiyinə görə bir neçə dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə isə yəni xx.xx.2017-ci il tarixdə Binəqədi rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə 04 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 iyun 2018-ci il tarixdə Ali Məhkəmənin qərarı ilə ona təyin edilmiş cəzanın müddəti 06 ay azaldılmış və 03 il 11 ay 28 gün müddət saxlanılmışdır. 11 dekabr 2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra da ev təmir ustası fəaliyyətini davam etdirmişdir. Belə ki, iş tapmaq üçün hazırda xatırlamadığı elan saytına istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini qeyd etmişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində istifadəsində olan mobil telefon nömrəsinə bir nəfər zəng edərək mobil telefon nömrəsini elan saytından götürdüyünü, Abşeron rayon ərazisində torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmək istədiyini demişdir. O da birlikdə görüşüb ev tikmək istədiyi torpaq sahəsinə baxdıqdan sonra ona konkret söz deyə biləcəyini bildirmişdir. Həmin şəxslə telefonla danışıqlarından iki gün sonra Bakı şəhəri, Sabunçu rayon ərazisində görüşmüş və ona həmin şəxsin Zərərçəkmiş şəxs olduğu məlum olmuşdur. Onlar birlikdə Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsinə baxmaq üçün getmişlər. O torpaq sahəsinə baxdıqdan sonra Bəxtiyarla qiymət barədə razılaşmışlar. Bundan sonra Bəxtiyar ona torpaq sahəsində tikinti işləri aparmaq üçün Abşeron rayon icra hakimiyyətindən razılıq almaq lazım olduğunu, lakin bu razılığı almaq üçün tanıdığı şəxsin olmadığını bildirmişdir. O isə Bəxtiyara pula ehtiyacı olduğu üçün yalandan icra hakimiyyətində tanışının olduğunu, tikinti işlərini aparmaq üçün razılıq ala biləcəyini bildirmiş və sonuncuya torpağın sənədlərini mobil telefonuna göndərməsini demişdir. Həmin gün axşam Bəxtiyar mobil telefonunun “whatsapp” proqramına torpağın sənədlərinin şəklini göndərmişdir. O 12 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs başqa bir nömrədən zəng etmiş və səsini dəyişməklə Bəxtiyara nömrəsini Mayis adlı şəxsin verdiyini, Abşeron rayon icra hakimiyyətinin işçisi olduğunu demişdir. Bəxtiyara onun işini həll edəcəyini bildirib, pulu Mayisə verməsini bildirmişdir. O 14 yanvar 2023-cü il tarixdə Bəxtiyara zəng etmiş və torpaq sahəsində tikinti işlərinin aparılması üçün razılıq almağa 4500 manat pul lazım olduğunu demişdir. Bəxtiyar isə ona 2500 manatı indi verəcəyini və 2000 manat pulu isə sənəd hazır olandan sonra verəcəyini bildirmişdir. O da onunla razılaşmış və həmin tarixdə saat 12 radələrində Abşeron rayon icra hakimiyyətinin qarşısında görüşmüşlər. Həmin vaxt Bəxtiyar öz avtomobili ilə oraya gəlmiş və avtomobildə sonuncunun arvadı Əfsanə adlı qadında əyləşmişdir. O 2500 manat pulu Bəxtiyardan alıb yalandan icra hakimiyyətinə pulu vermək üçün binaya daxil olmuş, təxminən 10 dəqiqə icra hakimiyyətinin içərisində gəzdikdən sonra qayıtmış və Bəxtiyara yalandan icazə kağızının axşama hazır olacağını bildirmişdir. Bundan sonra o, mobil telefonunu söndürmüş və Bəxtiyardan aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə ilə müraciət edərək, iş üzrə özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, ona vurulmuş ziyanı tam ödədiyini, ondan heç bir şikayət və tələbi olmadığını bildirərək cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, özünə 2022-ci ilin mart ayında Abşeron rayonu, 11 №-li Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi almış və həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikmək istəmişdir. 2022-ci ilin dekabr ayında tanıdığı usta olmadığından evi tikmək üçün usta axtarmaq məqsədilə “lalafo.az” elan saytına daxil olmuşdur. Orada Təqsirləndirilən şəxs adlı şəxs ***-***-**-** saylı mobil telefon nömrəsini qeyd edərək usta olması barədə məlumatları saytda qeyd etmişdir. O da həmin nömrəyə zəng etmiş və Mayis adlı şəxslə danışmışdır. Onlar aralarında razılaşmışlar ki, torpaq sahəsinə yerində baxsınlar və ev tikmək üçün həmin yerdə danışsınlar. Təxminən iki-üç gün sonra görüşüb onun torpaq sahəsinin olduğu yerə getmişlər. Həmin vaxt arvadı Şahid da orada olmuşdur. Daha sonra həmin həyətdə tikəcəyi evin layihəsini Mayisa göstərmişdir. Mayis da ona həmin evi tikəcəyini deyib qiymət barədə sonra razılaşacaqlarını bildirmişdir. O Mayisa torpaq sahəsində tikinti işlərini aparmaq üçün Abşeron rayon icra hakimiyyətindən icazə almaq lazım olduğunu bildirmiş, sonuncu isə Abşeron rayon icra hakimiyyətində tanışının olduğunu və ona tikintiyə rəsmi icazə ala biləcəyini demişdir. O da Mayisə bunun üçün nə etməli olduğunu deyəndə sonuncu ona torpağa aid sənədlərin şəklini vatsap proqramı vasitəsilə göndərməsini istəmişdir. 12 yanvar 2023-cü il tarixdə onun telefonuna tanımadığı nömrədən zəng gəlmiş, o həmin zəngə cavab verərkən bir nəfər şəxs kişi səsi ilə onunla danışıb Abşeron rayon icra hakimiyyətindən olduğunu deyib Mayisin onun torpağında ev tikmək üçün icazə almaq üçün müraciət etdiyini bildirmişdir. O da həmin şəxsə “Mayisə nə ehtiyac var mən özüm gəlim həll edək” sözlərini demişdir. Həmin şəxs də ona “yox mən hər adamdan pul almıram, ancaq Mayisin vasitəsilə səndən pul alaram” sğzləri ilə cavab vermişdir. 14 yanvar 2023-cü il tarixdə saat 12 radələrində o, arvadı Əfsanə ilə Xırdalan şəhərində Abşeron rayon icra hakimiyyətinin qarşısına getmişdir. Orada Mayis ilə görüşüb ona ev tikməyə görə icazə alması üçün arvadının yanında 2500 manat pulu vermişdir. Mayis də onlara “siz gözləyin gedib pulu verim danışıb icazə kağızı alıb gələcəm” sözlərini demişdir. Onlarda də həmin yerdə gözləmiş, Mayis də Abşeron icra hakimiyyətinin inzibati binasına daxil olub təxminən 10 dəqiqə sonra oradan çıxıb onların yanma gəlib axşama da icazə kağızını alıb verəcəyini demişdir. O da arvadı Əfsanə ilə birlikdə Mayislə sağollaşıb evə getmişdir. O axşam həmin icazə sənədini götürmək üçün Mayisə zəng etmiş, lakin sonuncunun mobil telefonuna zəng çatmamışdır. Həmin vaxtdan Mayis nə onun pulunu nə də, ev tikmək üçün icazə kağızını verməyib ona qarşı dələduzluq etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanı tam ödədiyini, ona qarşı şikayət və tələbi olmadığını bildirərək cinayət işinə xitam verilməsini xahiş etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir və əri 2022-ci ilin mart ayında Abşeron rayonu, 1 №-li Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi almışdır. Torpaq sahəsində özlərinə fərdi yaşayış evi tikmək istəmişdir. 2022-ci ilin dekabr ayında tanıdıqları usta olmadığından evi tikmək üçün usta axtarmaq məqsədilə Bəxtiyar “lalafo.az” elan saytına daxil olmuşdur. Orada Təqsirləndirilən şəxs adlı şəxs ***-***-**-** saylı mobil telefon nömrəsini qeyd edərək usta olması barədə məlumatları saytda qeyd etmişdir. Bəxtiyarda həmin nömrəyə zəng etmiş və Mayis adlı şəxslə danışmışdır. Onlar aralarında razılaşmışlar ki, torpaq sahəsinə yerində baxsınlar və ev tikmək üçün həmin yerdə danışsınlar. Təxminən iki-üç gün sonra o əri Bəxtiyar ilə birlikdə Mayislə görüşmüş və torpaq sahəsinin yerləşdiyi ünvana getmişlər. Daha sonra həmin həyətdə tikəcəkləri evin layihəsini Bəxtiyar Mayisa göstərmişdir. Mayis da Bəxtiyara həmin evi tikəcəyini və qiymət barədə sonra razılaşacaqlarını demişdir. Bəxtiyar Mayisa torpaq sahəsində tikinti işlərini aparmaq üçün Abşeron rayon icra hakimiyyətindən icazə almaq lazım olduğunu bildirmişdir. Mayis isə Abşeron rayon icra hakimiyyətində tanışının olduğunu və tikintiyə rəsmi icazə ala biləcəyini demişdir. Bəxtiyarda Mayisə bunun üçün nə etməli olduqlarını deyəndə Mayis torpağa aid sənədləri istəmiş və vatsap vasitəsi ilə həmin sənədlərin şəkilini Bəxtiyar Mayisa göndərmişdir. 12 yanvar 2023-cü il tarixdə Bəxtiyarın telefonuna tanımadığı nömrədən zəng gəlmiş, həmin şəxs özünü Abşeron rayon icra hakimiyyətinin işçisi kimi təqdim edib Mayisin onların torpağında ev tikmək üçün icazə almaq üçün müraciət etdiyini demişdir. Bəxtiyarda həmin şəxsə “Mayisə nə ehtiyac var özümüz həll edək” sözlərini demişdir. Həmin şəxs də Bəxtiyara hər adamdan pul almadığını lakin Mayisin vasitəsi ilə Bəxtiyardan pul ala biləcəyini demişdir. 14 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Bəxtiyar ilə birlikdə Xırdalan şəhərinə Abşeron rayon icra hakimiyyətinin qarşısına getmişlər. Orada Mayis ilə görüşüb ev tikməyə görə icazə almaq üçün Bəxtiyar sonuncuya onun yanında 2500 manat pulu vermişdir. Mayis də onlara “siz gözləyin mən gedib pulu verim danışıb icazə kağızı alıb gələcəm” sözlərini demişdir. Onlar da həmin yerdə gözləmiş, Mayis də Abşeron icra hakimiyyətinin inzibati binasına daxil olub təxminən 10 dəqiqə sonra oradan çıxıb onların yanma gəlib axşama da icazə kağızını alıb verəcəyini demişdir. Bəxtiyar axşam həmin icazə sənədini götürmək üçün Mayisə zəng etmiş lakin sonuncunun mobil telefonuna zəng çatmamışdır. Həmin vaxtdan Mayis nə onun pulunu nə də, ev tikmək üçün icazə kağızını verməyib ona qarşı dələduzluq etmişdir. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Binəqədi rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə 04 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 iyun 2018-ci il tarixdə Ali Məhkəmənin qərarı ilə ona təyin edilmiş cəzanın müddəti 06 ay azaldılmış və 03 il 11 ay 28 gün müddət saxlanılmışdır. 11 dekabr 2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azadlığa buraxılmışdır. məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Lakin, işin məhkəmə baxışında təqsirləndirilən şəxs iştirak etməkdən yayındığından məhkəmənin 12 mart 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri ləv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Pİ-nin 21 may 2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə tutularaq Abşeron rayon Pİ-nin MSY-ə təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında həbsdən azad dilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-277/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-277/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver