Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-278/2021 16.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə Ağdam rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, Ağdam rayonu, Muğanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla, özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxsh oğlu tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək ona Azərbaycan Respublikası Qaçqınlar və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inşa etdiyi binalardan ev almasında köməklik göstərəcəyinə vəd verərək inandırıb, bu məqsədlə 30.09.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə Bazar” adlanan yerin yaxınlığında 7 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxsla görüşərək sonuncunun 6000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyərək Zərərçəkmiş şəxs 6000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 2015-ci ildən tanıyır. O, əvvəllər avtomobil təmiri sexində işləmiş, Akif onun yanında özünə məxsus avtomobili təmir etdirən zaman tanış olmuşdur. 2018-ci il tarixdən o, Akifdən həmişə pul almış və aldığı puldan əlavə pulun 50% miqdarında əlavə pul ödəmişdir. Akif həmişə ona pulu faiz şəklində vermişdir. 2020-ci ilin may ayında Abşeron rayonu, Xırdalan şəhərində Akifdən 4000 manat pul almış, o, 4000 manat pulu Akifdən alan zaman yanında heç kəs olmamış, o, aldığı pula görə aralarında olan razılığa əsasən 4000 manat pulu qaytarana qədər pulun 50% həcmində 2000 manatı Akifə ödəməli idi. O, növbəti aylarda, yəni iyun, iyul, avqust və sentyabr aylarında Akifə 2000 manat vermiş, oktyabr ayında Akif həm 4000 manatı, həm də əsas məbləğə hesablanmış 2000 manat faiz məbləği qaytarmağı ondan tələb etmiş, o da həmin məbləği qaytara bilməmiş, o, Akifə ümumilikdə 8000 manat ödədiyi üçün bundan sonra pul qaytarmayacağını Akifə demiş, həmçinin Akifdən ödədiyi 8000 manatın 4000 manatını geri qaytarmasını bildirmiş, lakin Akif də ondan 6000 manat tələb etmiş, o, pulu ödəmədiyi təqdirdə Akif ondan polisə şikayət edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs yalan söylədiyini, belə ki, ondan 4000 manat pul aldığını və həmin pula görə də 8000 manat pul qaytardığını, onun heç bir yerdə işləmədiyini və heç kimə də bu günə qədər Qaçqınlarla və X6 üzrə Dövlət Komitəsinin inşa etdiyi binalardan ev almasında köməklik etmədiyini, Zərərçəkmiş şəxs faizə pul verdiyi adamlardan Elnur adlı şəxsi tanıdığını və həmin şəxsin Saray qəsəbəsində yaşadığını, belə ki, Elnur Akifin də ona faiz şəklində pul verdiyini məhkəmə zamanı verdiyi ifadəsi ilə sübut edə biləcəyini bildirdi. Lakin məhkəmə gedişatında o, zərərçəkmiş şəxsə vurulmuş 6000 manat pulu Zərərçəkmiş şəxs qaytardığını, zərərçəkmiş şəxsin isə ərizə yazaraq onunla barışdığını və ondan şikayətçi olmadığını göstərmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, X1 2013-cü il tarixdən tanıyır. Əvvəllər Namiklə münasibətləri yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. O, Cəbrayıl rayonundan köçkün olduğu üçün məcburi köçkünlərə tikilən evlərdən almaq istəmiş, bununla bağlı 12.09.2020-ci il tarixdə tanışı Namikə bildirdikdə Namik ona tanışı olduğunu, ona kömək edə biləcəyini, bunun müqabilində 9000 manat pul lazıım olacağını, birinci 6000 manat pul verəcəyini, qalan 3000 manat pulu isə sonra verməli olduğunu demiş, o, Namiklə razılaşmışdır. 30.09.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə Bazar” adlanan yerin yaxınlığında 7 nömrəli binanın qarşısında Namiklə görüşüb Namikə 6000 manat pul vermiş, o, Namikə 6000 manat pulu verən zaman yanında dostu Şahid olmuş, həmin vaxt Namik ona 20 gün müddətinə, yəni 20.10.2020-ci il tarixdə onun işini düzəldəcəyini demiş, daha sonra Namikin ona dediyi vaxtın tamam olmasına baxmayaraq müsbət bir nəticə olmadığını görmüş, həmin vaxt Namikin onu aldatdığını başa düşmüşdür. 25.10.2020-ci il tarixdə o, Namiklə Sumqayıt şəhərində yerləşən maşın bazarında görüşən zaman pulunu istədikdə sonuncu ona yaxın günlərdə pulunu qaytaracağını demiş, o, Namikə pulu qaytarmayacağı halda polisə şikayət edəcəyini bildirdikdə Namik ona gedib ürəyi hara istəyirsə şikayət etməyi söyləmiş, o da DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş və sonra da Abşeron rayon polis idarəsinə gələrək ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurduğu maddi ziyanı tamamilə qaytardığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 2010-cu il tarixdən tanıyır, onun dostudur, Akiflə münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. X1 dostu Akifin vasitəsi ilə tanımış, Namiklə heç bir münasibəti olmamış, dostu Zərərçəkmiş şəxs Cəbrayıl rayonundan məcburi köçkün olduğu üçün məcburi köçkünlərə tikilən evlərdən almaq istəmiş ancaq ala bilməmiş, təxminən 2020-ci ilin sentyabr ayının axırlarında Akif ona Namik adlı tanışı olduğunu, ona 9000 manat müqabilində məcburi köçkünlərə tikilən evlərdən almaqda köməklik edəcəyini, ondan ilkin olaraq 6000 manat pulu ayın axırında alacağını demiş, Namikə 6000 manat pul verən zaman onun yanında olmağı xahiş etmiş, o da Akif onun dostu olduğu üçün etiraz etməmiş və Akifə ehtiyatlı olmasını aldanmamasını bildirmişdir. 30.09.2020-ci il tarixdə Zərərçəkmiş şəxs onun yanında Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə Bazar” adlanan yerin yaxınlığında 7 nömrəli binanın qarşısında Namiklə görüşüb 6000 manat pul vermiş, həmin vaxt Namik Akifə 20 gün müddətinə, yəni 20.10.2020-ci il tarixdə onun işini düzəldəcəyini demişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vazifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək ona Azərbaycan Respublikası Qaçqınlar və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inşa etdiyi binalardan ev almasında köməklik göstərəcəyinə vəd verərək inandırıb, bu məqsədlə 30.09.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə Bazar” adlanan yerin yaxınlığında 7 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxsla görüşərək sonuncunun 6000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs 6000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı onun ifadəsində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zidiyyətli ifadə verərək, təqsirli olmasını etiraf etməmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ziddiyyətli ifadələr verməkdə məqsədi hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etmək olmuşdur. O, həmçinin zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməklə ona qarşı irəli sürülmüş ittihamı etiraf etdiyini nümayiş etdirmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin 11.01.2021-ci il tarixli məhkumluq barədə arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron rayonu Xırdalan şəhəri 5 saylı MTİİTS tərəfindən verilmiş 02.03.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün olaraq ünvan 2 ünvanında həyat yoldaşı-1991-ci il təvəllüdlü X4, oğlu-2015-ci il təvəllüdlü X8 yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs tutduğu əməli səmimi etiraf etməsədə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsinii, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı istintaqdan gizləndiyi üçün axtarışda olmuş və 19.01.2021-ci il tarixdə tutulmuş, 21.01.2021-ci il tarixdə barəsində “polisin nəzarəti atltına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti atltına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənnədək öz qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul və məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron rayonu ərazisini və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş “polisin nəzarəti atltına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul və məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-278/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-278/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver