Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-278/2022 19.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri X4, fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin 31.03.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02.02.2022-ci il tarixdə saat 16 radələrində yumaq üçün saxlanılıb açarları ona verilən, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 14/19, mənzil 16 ünvanında yaşayan Zərərçəkmiş şəxs faktiki sərəncamında olan və etibarnamə ilə idarə etdiyi “Toyota Prado” markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobili Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən, yuyucu kimi işlədiyi “017” avtoyuma məntəqəsindən talama məqsədi olmadan ələ keçirmişdir, yəni qaçırmışdır. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, subaydır və fərdi əməklə məşğul olur. 11.01.2022-ci il tarixdən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən Rəşad adlı şəxsin avtoyuma məntəqəsində yuyucu kimi işləyir. 02.02.2022-ci il tarixdə saat 13:50-də tanımadığı müştəri idarə etdiyi “Toyota Prado” markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobillə gələrək yuyulmasını sifariş etmiş və açarını ona təhvil verib getmişdir. O, həmin avtomobili yuyub qurtardıqdan sonra onu talama məqsədi olmadan sürmək üçün qaçırtmaq qərarına gəlmişdir və həmin gün yəni 02.02.2022-ci il tarixdə saat 16 radələrində qeyd edilən avtomobilə əyləşərək Bakı şəhəri istiqamətində hərəkət etmişdir. X5 metrostansiyası yaxınlığına, oradan 4-cü mikrorayon dairəsinə daha sonra Abşeron rayonu, Xırdalan şəhərinə getmişdir. Xırdalan şəhərində “Nazlı Petrol” YDM-də avtomobilə 10 manatlıq yanacaq vurub pulu olmadığı üçün avtomobil sahibinin sürücülük vəsiqəsini orada saxlamışdır. Sonra Göyçay rayonuna getmək qərarına gəlmişdir. 04.02.2022-ci il tarixdə o, Nəvai postunda polis əməkdaşları tərəfindən saxlanılmış və “Toyota Prado” markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobilli qaçırtdığını səmimi şəkildə etiraf etmişdir. Bundan sonra o, polis əməkdaşlarının müşayəti ilə Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə gətirilmişdir. 02.02.2022-ci il tarixdə saat 16 radələrində “Toyota Prado” markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobili qaçırtmaqda məqsədinin yalnız onu sürmək olmuş, əvvəllər bir neçə dəfə avtomobil qaçırtdığına görə məhkum olunmuş, həmin avtomobilin sahibini şəxsən tanımır və əvvəllər onunla aralarında hər hansı bir münaqişə və ya ədavət olmamışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən işlədiyi avtoyuma məntəqəsindən əvvəllər hər hansı bir avtomobil qaçırmamış, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki zor və psixi təzyiqlər göstərilməmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 02.02.2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Toyota Prado” markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobili yuduzdurmaq üçün Abşeron rayonu, Saray qəsəbəsi ərzisində yerləşən, Rəşad adlı tanışının “017” avtoyuma məntəqəsinə gətirərək açarları Təbrizə təhvil verib getmişdir. Həmin gün yəni, 02.02.2022ci il tarixdə saat 17 radələrində qeyd edilən avtoyuma məntəqəsinə getdikdə açarları təhvil verdiyi yuyucunun və avtomobilinin orada olmadığını müşahidə etmişdir. Bundan sonra Rəşada zəng edərək bu barədə məlumat vermişdir. Bir müddət sonra Rəşad gəlmiş və onlara məlum olmuşdur ki, Təbriz qeyd edilən avtomobili qaçırdaraq naməlum istiqamətdə getmişdir. Bundan sonra o, baş vermiş hadisə barədə əvvəlcə DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə daha sonra Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə məlumat vermişdir. Daha sonra ona avtomobilinin Nəvai DYP postunda olması barədə məlumat verilmiş və ora gedərək avtomobilini təhvil almışdır. Baş vermiş hadisə nəticəsində avtomobilinə hər hansı bir ziyan dəyməmiş, Təbrizi əvvəllər tanımır, sürücülük vəsiqəsinin hal-hazırda özündədir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. 2009-cu il tarixdən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “017” avtoyuma məntəqəsini işlədir. 2021-ci ilin yanvar ayının sonlarında Təbriz yuyucu kimi yanında işə başlayıb. 02.02.2022-ci il tarixdə tanışı- İlqar idarə etdiyi “Toyota Prado” markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobili yuduzdurmaq üçün avtoyuma məntəqəsinə gətirib və açarları Təbrizə təhvil verib. Həmin vaxt o, orada olub. Daha sonra işi çıxdığı üçün oradan gedib. Saat 17 radələrində İlqar ona zəng edərək nə Təbrizin nə də ki, avtomobilinin avtoyuma məntəqəsində olmadığını bildirib. O, dərhal avtoyuma məntəqəsinə gəlib, Təbrizin və İlqarın idarə etdiyi “Toyota Prado” markalı avtomobilin orada olmadığını müşahidə edib. Bundan sonra Təbrizə zəng edib və nömrəsinə zəng çatmayıb. 02.02.2022-ci il tarixdə İlqarın “Toyota Prado” markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobilin açarlarını Təbrizə təhvil vermiş, qeyd edilən avtomobilin Təbriz tərəfindən qaçırılması barədə əvvəlcədən xəbəri olmamış, bu barədə İlqar ona məlumat verdikdən sonra bilmiş, Təbriz tərəfindən digər şəxs və ya şəxslərə məxsus avtomobilin qeyd edilən avtoyuma məntəqəsindən daha öncə qaçırılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatdadır və ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 2008-ci ildən DİO-da, 2021-ci ildən tutduğu vəzifədə yəni, Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla hər hansı düşmənçiliyi və ədavəti olmayıb. 02.02.2022-ci il tarixdə Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 14/19, mənzil 16 ünvanında yaşayan vətəndaş-Zərərçəkmiş şəxs DİN-in 102 xidmətizəng mərkəzi sisteminə daha sonra Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə müraciət edərək etibarnamə ilə idarə etdiyi “Toyota Prado” markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobilinin Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “017” avtoyuma məntəqəsinin qarşısından oğurlandığını bildirib. Məlumat daxil olduqda tərəflərindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib və qeyd edilən avtomobilin Bakı- Qazax avtomagistralı üzrə hərəkətdə olduğu müəyyən edilib. Daha sonra Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı Şahid3la birlikdə həmin istiqamət üzrə hərəkət ediblər. Nəvai DYP postuna yaxın məsafədə həmin avtomobilə çataraq arxası ilə hiss etdirmədən gediblər. Daha sonra Nəvai DYP postunun əməkdaşlarına məlumat verərək qeyd edilən avtomobili saxlamalarını xahiş ediblər. Bundan sonra avtombobil saxlanılıb və Təqsirləndirilən şəxs tərəflərindən Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə gətirilib. Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə gətirilən zaman və ya PB-də olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 05.04.2019-cu il tarixli 1(012)- 79/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 185.1, 185.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CMin 66.2-ci maddəsinə əsasən 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 16.10.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Şübhəli şəxsin tutulması haqqında 04.02.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04.02.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 05.02.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 31.03.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, bir ədəd SD disk iş üzrə maddi sübut tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04.02.2022-ci il tarixdən 05.02.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19.05.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin 31.03.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04.02.2022-ci il tarixdən 05.02.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 günü hesabı ilə hesablamaqla, qəti olaraq 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19.05.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 31.03.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-278/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-278/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver