Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-278/2024 27.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Ağayeva (Məhərrəmova) Rəmalə Abdulla qızının vəkili-nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, Azfen birgə müəssisəsində mühasib işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində xx.xx.2022-ci il təvəllüdlü oğlu X7 ilə görüşmək üçün gəldiyi keçmiş arvadı X1 yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Pirşağı yolu, nömrəsiz fərdi yaşayış evinin həyətində yerləşən və kirayəyə verilmiş digər evdə uşağı soyundurmaqla əlaqədar sonuncu ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı Qanuni nümayəndə Məhərrəmovaya acıqlanması səbəbi ilə əsəbiləşib qəsdən oğlu Turan Məhərrəmlinin sağ bud nahiyəsindən təpiklə bir dəfə zərbə vuraraq sonuncunun başının divara dəyərək yıxılması nəticəsində baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ budun qançırından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatət verərək, cinayət işinin məhkəmə hazırlıq iclasında baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi, Abşeron rayon Polis şöbəsinin müstəntiqi polis mayoru X8 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, cinayət işi materiallarında olan istintaq hərəkətinin protokolları qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyatdan keçirilməmişdir. Cinayət Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanlarının (Məcəllənin tətbiqi barədə Fərmana əsasən həmin orqanlar Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Vergi Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi) Azərbaycan Respublikası Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. İstintaq hərəkətlərinin heç biri qeydə alınmamışdır. Hətta orada olan müddətlərin bir çoxunda təqsirləndirilən şəxs ümumiyyətlə işdə olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs saat 08:09-12:19 aralığında iş yerində olmuşdur. Yalnız bundan sonra çıxıb polisə getmişdir. Lakin iş materiallarında qeyd olunur ki o, həmin gün saat 11:30-dan etibarən üzləşdirmə istintaq hərəkətində iştirak edib. Həmçinin cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində saat 09:30-12:00 aralığında Xırdalan şəhərində cinayət işi materialları ilə tanış olub. Lakin həmin gün saat 07:57-dən saat 16:37-ə qədər o, iş yerində olmuşdur. Təqsirləndirilən şəxs iş materialları ilə tanış olması və bundan sonra vəsatət verməsi ilə bağlı ona şərait yaradılmamışdır. Cinayət işi materiallarında qeyd olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində saat 09:30-12:00 aralığında Xırdalan şəhərində cinayət işi materialları ilə tanış olub. Lakin həmin gün saat 07:57-dən saat 16:37-ə qədər o, iş yerində olmuşdur. Həmçinin cinayət işinda tanış olmadan sonra vəsətat verilsə də, bununla bağlı qərar Təqsirləndirilən şəxs təqdim edilməyib. Bununla bağlı müstəntiq guya məktub göndərilməsini qeyd etsə də, həmin məktubun çatdırılması ilə bağlı iş materiallarında hər hansı sübut mövcud deyil. Bu həmçinin onunla da təsdiq olunur ki, əgər doğrudan da 03 oktyabrda məktub göndərilsə məktubun ən yaxşı halda 2-3 günə çatacağını nəzərə alıb, ittiham aktının tərtibini bundan sonra etmək olardı. İş materiallarından görünür ki ittiham aktı 06 oktyabr 2023-cü il tarixində artıq məhkəməyə təqdim olunub. Müstəntiq bununla bağlı məktub göndərsə də, həmin məktubda poçt göndərişini təsdiq edən hər hansı qəbz və.s əlavə olunmamışdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı cinayət işinin məhkəmə hazırlıq iclasında baxılmasına xitam verilməsi, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət verdi.Bildirdi ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin vəkilinin verdiyi vəsatətin təmin edilməməsi barədə müstəntiqin xx.xx.2023-cü il tarixli qərarın surətinin təqsirləndirilən şəxsə və onun müdafiəçisinə göndərilməsi ilə bağlı məktub olsa da, poçta verilən sorğudan da göründüyü kimi, həmin qərarın göndərilməsi və onlar tərəfindən alınması ilə bağlı sənəd iş materiallarına əlavə olunmamışdır. Təqsirləndirilən şəxsin müdfiəçisinin təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs işdə olmuşdur. Odur ki, təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış etmə hüquqları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3, 303.3.1 və 303.3.8-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Ağayeva (Məhərrəmova) Rəmalə Abdulla qızının vəkili-nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinin pozulmadığını bildirərək vəsatətin təmin olunmamasını və məhkəmə iclasının davam etdirilməsini xahiş etdi. Bildirdi ki, təqsirləndirilən şəxsin işdə olması prosessual hərəkətlərin yerinə yetirilməsinə mane olmur, həmin arayış da mötəbər sübut hesab oluna bilməz.Müdafiə tərəfi vaxt qazanmaq üçün müxtəlif vasitələrə əl atır.Vəsatət əsassız hesab edilməlidir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin vəkili-nümayəndəsini dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, vəsatətdə göstərilən xüsusatlar əsaslıdır və hazırki cinayət işinə məhkəmə hazırlıq iclasında baxılmasına xitam verilməli və cinayət işi ibtiadi araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət işinin materialları ilə tanış etmə haqqında xx.xx.2023-cü il tarixli protokol Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 tərəfindən həmin tarixdə saat 09.30 dəqiqədən saat 12.00-dək olmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim olunan "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən "xxxx" MMC-nn satınalma üzrə mütəxəssisi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində işdə olmuşdur. Cinayət işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin işə bəraətverici əsaslarla xitam verilməsi barədə vəsatətinə baxılmış, müstəntiq Sabit Yusifovun 03 oktyabr 2023-cü il tarixli qərarı ilə vəsatət təmin edilməmişdir. Cinayət işinin materialları səh. 205-206-da olan məktublardan qeyd edilən qərarın Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 göndərildiyi görünsə də, bunun rəsmi qaydada göndərilməsi və ya tərəflərindən qəbul edilməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmənin "xxxx" MMC-nin Abşeron filialına vermiş sorğusuna cavabdan görünür ki, Azərbaycan Respublikası “Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydaları”nın 11.3 maddəsinə əsasən poçt göndərişlərinin, pul köçürmələrinin qəbulu barədə qəbz və ya siyahı təqdim olunmadan göndəricinin (ünvançının) poçt dövriyyəsinə dair məlumatların göndəriciyə (ünvançıya) və ya onun qanuni nümayəndəsinə verilməsi poçt rabiətisi operatorunun öhdəliyinə daxil deyildir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi, Təqsirləndirilən şəxs və onun müdafiəcisinin cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi tanış etmə vaxtı təsdiq edilməməklə və Təqsirləndirilən şəxs və onun müdafiəcisinin işə bəraətverici əsaslarla xitam verilməsi barədə vəsatətinə dair müstəntiq Sabit Yusifovun 03 oktyabr 2023-cü il tarixli qərarı vəsatət verənə təqdim edilməməklə, Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 286.1-ci maddəsinə əsasən, müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Həmin Məcəllənin 286.2-ci maddəsinə əsasən, cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. Həmin Məcəllənin 287.1-ci maddəsinə əsasən, cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. Həmin Məcəllənin 287.2-ci maddəsinə əsasən, vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz. Həmin Məcəllənin 287.3-ci maddəsinə əsasən, müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. Həmin Məcəllənin 303.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3-cü maddəsinə görə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: Həmin Məcəllənin 303.3.1-ci maddəsinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); Həmin Məcəllənin 303.3.8-ci maddəsinə görə məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1ci maddələrinin tələblərinin pozulması; Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyindən cinayət işinin məhkəmə hazırlıq iclasında baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299, 300 və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxılmasına xitam verilsin, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-278/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-278/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver