Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-279/2020 13.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X2katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakı ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi dalan 3, ev 4-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır kəndində kirayə yaşayan, barəsində «polsin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «polsin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2019-cu il tarixdə saat 02:30 radələrində Azərbaycan Respublikası DİN-in ƏÇPA–nın 12-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri «120-nin dairəsi» adlanan yerin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilərək xidməti otaqda üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan torbaçıqda təmiz çəkisi 5,325 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə «kannabis» bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2019-cu il tarixdə saat 02:30 radələrində Azərbaycan Respublikası DİN-in ƏÇPA–nın 12-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri «120-nin dairəsi» adlanan yerin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilərək xidməti otaqda üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd «West» markalı siqaret qutusunun içərisində 05 ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi 0,275 qram, 0,265 qram, 0,207 qram, 0,247 qram, 0,250 qram və 01 ədəd «etibarnamə vərəqinin içərisində təmiz çəkisi 4,107 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə «kannabis» bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 5,351 qram narkotik vasitə qurudulmuş marixuana və 08 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,085 qram, 0,099 qram, 0,075 qram, 0,074 qram, 0,067 qram, 0,076 qram, 0,065 qram, 0,086 qram ümumi təmiz çəkisi 0,627 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki,uzun müddətdir ki, narktoik vasitələrin istifadəçisi olduğundan üzərində narkotik vasitə olan marixuana saxlayır. xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri 120 saylı marşurut avtobusunun sonuncu dayanacağı yaxınlığında tanışı Nicata məxsus olan «Mercedes» markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomaşında Təqsirləndirilən şəxs1 və digər tanışı Şahid3lə birlikdə olduqları vaxt polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək, nə səbəbə görə özlərini şübhəli apardıqlarını soruşub, onları Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Abşeron rayon Polis İdarəsinə xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üstündə qanunsuz olaraq saxladığı hər hansı əşyanın olub-olmadığı soruşulduqda, üzərində olan göy rəngli şalvarn sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli kiçik ölçülü selofan torbanın içərisində narkotik vasitə olan marixuananı və həmin marixuananı arasına doldurub çəkmək üçün istifadə edilən kağızı təqdim etmişdir. Üzərində olan bir ədəd şəffaf rəngli selofan torbada saxladığı narkotik vasitə olan marixuana qablaşdırıldıqdan sonra üzərində iştirakçılar və özü tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin narkotik vasitəni xx.xx.2019-cu il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri 120 saylı marşurut avtobusunun sonuncu dayanacağının yaxınlığında tanımadığı şəxsdən 80 (səksən) manata almış və istifadə etmək üçün özündə saxlamış, onun həmin narkotik vasitəni satmaq fikri olmamışdır. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, qısa müddətdir ki, narkotik vasitə istifadə edirmiş, ona görə də üzərində narkotik vasitə saxlayırmış. xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri 120 saylı marşurut avtobusunun sonuncu dayanacağının yaxınlığında özünə məxsus olan «Mercedes» markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobildə tanışları Təqsirləndirilən şəxs2 və Şahid3lə birlikdə olduqları vaxt polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək nə səbəbə görə özlərini şübhəli apardıqlarını soruşub Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Abşeron rayon Polis İdarəsinə xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üstündə qanunsuz olaraq saxladığı hər hansı əşyanın olub-olmadığı soruşulduqda, üzərində olan cins şalvarının sağ cibindən bir ədəd “West” markalı siqaret qutusunun içərisində gümüşü siqaret kağızına bükülmüş 5 (beş) bükümdə narkotik vasitə olan marixuananı, etibarnamə vərəqinin arasında olan bir büküm marixuananı, gümüşü rəngli siqaret kağızına bükülmüş 8 (səkkiz) bükümdə metamfetamini təqdim edərək, narkotik vasitə olduğunu bildirmişdir. Bundan başqa istifadfəsində olan «Mersedes» markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomaşına da polis əməkdaşları tərəfindən baxış keçirilmiş, lakin avtomobildən hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Üzərində olan əşyalar qablaşdırıldıqdan sonra üzərində iştirakçılar və özü tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin narkotik vasitəni xx.xx.2019-cu il tarixdə Bakı şəhəri ərazisində «Təzə Pir» məscidinin yanında tanımadığı şəxslə «Samsung J-2 Prime» markalı telefonla dəyişmiş və istifadə etmək üçün özündə saxlamış, onun həmin narkotik və psixotrop maddələri satmaq fikri olmamışdır.Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 2 saylı postunda həmkarı polis nəfəri Şahid2lə xidmət apararkən, Abşeron rayonu, Xırdalan şəhəri 120 saylı marşrut avtobusunun sonuncu dayanacağı yaxınlığında «Mersedes» markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomaşında üç nəfər şəxslərin özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşmışlar. Özlərini həmin şəxslərə təqdim edib onları Abşero RPİ-nə dəvət etmişlər, lakin sonuncular səs-küy salıb oradan uzaqlaşmaq istəyən zaman, digər köməyə çağırdıqları polis əmkdaşlarının köməyi ilə həmin şəxsləri Abşeron RPİ-nə gətirmişlər. Abşeron RPİdə həmin şəxslərin xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2, xx.xx.1985-ci il təvəllüdlü Şahid3 Əhmədoviç və xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 olduqları müəyyən edilmişdir. Həmin şəxslərin üzərinə ayrı-ayrılıqda Abşeron RPİ-nin xitməti otaqların birində Abşeron RPİ-nin TŞnin təhqiqatçısı Sabit Yusifov tərəfindən onların iştirakları ilə şəxsi axtarışlar keçirilmiş və keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli kiçik ölçülü selofan torbanın içərisində narkotik vasitə olan marixuana, Təqsirləndirilən şəxs1 qara rəngli şalvarının sağ yan cibindən “West” markalı siqaret qutusunun içərisində gümüşü siqaret kağızına bükülmüş 5 (beş) bükümdə narkotik vasitə olan marixuana, etibarnamə vərəqinin arasında olan marixuana, gümüşü rəngli siqaret kağızına bükülmüş 8 (səkkiz) bükümdə metamfetamin aşkar edilərək götürlümüşdür. Üzərində şəxsi axtarış aparılan Şahid3 üzərindən və baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus «Mersedes» markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtombildən dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış və baxış tam başa çatdıqdan sonra bu barədə protokollar yazılaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddələrin qablaşdırıldığı zərfi imzalamışlar. Keçirilmiş şəxsi axtarış, baxış və götürmə zamanı video çəkilişdən istifadə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri 120 saylı marşurut avtobusunun sonuncu dayanacağı yaxınlığında tanışı Nicata məxsus olan «Mercedes» markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomaşında Təqsirləndirilən şəxs1 və digər tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə olduqları vaxt polis əməkdaşları onları saxlayıb Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-də xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üstündə qanunsuz olaraq saxladığı hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. Üzərində gəzdirilməsi və saxlanılması qadağan olunmuş hər hansı əşyanın olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş və üzərində gəzdirilməsi və saxlanılması qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli, 30595 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs1 əl yazıları olan bir ədəd zərfdəki 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,085 qram; 0,099 qram; 0,075qram; 0,074 qram; 0,067 qram; 0,067 qram; 0,065 qram; 0,086 qram; ümumi təmiz çəkisi 0,627 qram kütlə psixotrop maddə – metamfetamindir(qalıq 0,547 qram – 0,08 qram metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 30597 nömrəli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs2 götürülmüş və tədqiqata təqdim olunmuş bir ədəd şəffaf sellofan torbaçıqda təmiz çəkisi 5,325 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (qalıq 5,275 qram – 0,05 qram qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 30598 nömrəli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs1 götürülmüş və tədqiqata təqdim olunmuş siqaret qutusunun içərsində 05 (beş) ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 0,275 qram, 2) 0,265 qram, 3) 0,207qram, 4) 0,247 qram, 5) 0,250 qram və bir ədəd «Etibarnamə» vərəqinin içərisində təmiz çəkisi 4,107 qram bitki mənşəlli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi – 5,351 qramdır (qalıq 5,31 qram – 0,12 qram (hər 1-6 nömrəli obyektdən 0,02 qram götürüldü)qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 285 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 286 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2020-ci il tarixli tələbnamədən görünürki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2019-cu il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2019-cu il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərinə video çəkliş ilə baxış keçirilmiş və iki ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 02ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncunun əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan torbaçıqda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə «kannabis» bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd «West» markalı siqaret qutusunun içərisində 05 ədəd gümüşü rəngli kağız bükülüdəbitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə «kannabis» bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 08 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmalarısübuta yetirilmişdir. Beləki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2- ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144- cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biriilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin öz ifadələri, şahidlərin ifadələri və ekspertlərin rəyləri ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlaması sübutayetirilmişdir. Həmin sübutlar mənbələrinə görə mötəbərdir və bir-birini tamamlayır. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməl AzərbaycanRespublikasıCM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Etdiyi cinayətə görə təqsirkarlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq,hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 2019-cu ilin dekabr ayının 11-dən 2019-cu ilin dekabr ayının 12-dək şübhəli şəxs qismində saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Abşeron rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar olmasa da bükümlərin sayını və müxtəlif tərkiblərdə olmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə almaqla hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir İş üzrə 287 manat ekspertiza xərci məhkumlardan müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,547 qram olan metamfetamin, qalıq çəkisi 5,231 qram qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 5,275 qram olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, Abşeron rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan RespublikasıCM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 287 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi qalıq çəkisi 0,547 qram olan metamfetamin, qalıq çəkisi 5,231 qram olan qurudulmuş marixuana və qalıq çəkisi 5,275 qram olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-279/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-279/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver