Məhkəmə qərarları › İş №1(012)-279/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-279/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-279/2025 16.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi: “Leqal” Servis Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1964-cü ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs sonuncunun Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 102-də yerləşən 3 otaqdan ibarət 133 kvadrat metr sahəsi olan 107 nömrəli mənzilinin 20.000 manat müqabilində təmirdizayn işlərini gördürəcəyinə, mənzili keyfiyyətli və tam təmirli vəziyyətdə 2024-cü ilin mart ayının sonuna kimi təhvil verəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında 20.000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır və aralarında dostluq münasibətləri olmuşdur. Bir neçə dəfə Yaqub ona mebel işləri ilə bağlı müraciət etmiş və o da sonuncunun işlərini yüksək səviyyədə həll etmişdir. 28 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək bir evin təmir olunmalı olduğunu və cəmi 20000 manat pulunun olduğunu bildirmişdir. O, Yaquba pula ehtiyac olmadığını, özünün təmir edəcəyini bildirsə də sonuncu ona evin təmiri ilə bağlı əlində 20.000 manat pulunun olduğunu bildirmişdir. O da sonuncuya 19.000 manat evin təmirinə xərc çəkəcəyini, qalan dizayn xərci üçün nəzərdə tutulan 1000 manatı isə onun özünə qaytaracağını bildirmişdir. Daha sonra Yaqubla Abşeron rayonu, Xırdalan şəhəri, yerləşən təmirsiz evində görüşmüş, Yaqub özündə olan 20.000 manat pulu iş yoldaşı Şahid iştirakı ilə ona vermişdir. Daha sonra o evin dizayn işlərini tanıdığı italyan dizaynerlə birlikdə ünvana gəlib ölçü götürdükdən sonra dizayn verildikdən sonra təmirə başlayacağını bildirmişdir. Lakin dizayn işlərinin 1 ay ərzində tamamlnacağı ona bildirilmiş və o, da Zərərçəkmiş şəxs dizayn işlərinin 2024-cü ilin yanvar ayında bitəcəyini və fevral ayında təmir başlaya biləcəklərini bildirmişdir.Hətta o italyan dizaynerə 1500 manat da pul vermişdir. Zərərçəkmiş şəxs onun fikri ilə razılaşmışdır. Həmin ərəfədə o təmirə götürdüyü digər obyekt olan “Meridian” şadlıq sarayının təmirinin yekunlaşmağına az qaldığı üçün Zərərçəkmiş şəxs aldığı məbləğin bir hissəsini həmin obyektin təmiri üçün xərcləmiş və həmin obeyktin təmiri bitdikdən sonra alacağı məbləğ ilə Yaqubun mənzilini təmir etməyi planlaşdırmışdır. Lakin “Meridian” şadlıq sarayının təmiri bitdikdən sonra uzun müddət həmin obyektdən pulunu ala bilməmişdir. Lakin italyan dizayner dizayn işlərini yanvar ayında bitirə bilməmiş, fevral ayında vermişdir. Fevral ayında isə tək dizaynı vermiş, yəni şəkilləri vermiş, ölçüləri verməmişdir. Daha sonra ustalar dəvət edərək Zərərçəkmiş şəxs təmir olunacaq evinə getmiş, lakin ustalar evin dizayn ölçülərini italyan dizaynerdən götürülməli olduğunu ona bildirmişdirlər. O, italyan dizayner ilə əlaqə saxlamış və italyan dizayner ölçüləri 1 ay müddətində verəcəyini ona bildirmişdir. İşin yubandığını görən Zərərçəkmiş şəxs ona evi özünün təmir edəcəyini bildirmiş və ona verdiyi 20000 manat pulu geri qaytarmasını istəmişdir. Lakin o, öncə də qeyd etdiyi kimi təmir etdirdiyi “Meridian” şadlıq sarayından məvacib ala bilmədiyi üçün Yaquba pulunu hazırda qaytara bilməyəcəyini bildirmiş, lakin qısa müddətdə tam şəkildə qaytarcağına söz vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona polisə müraciət edəcəyini bildirsə də o, Yaqubla uzun müddətdir yaxın dost olduğunu və Yaqubun zarafat etdiyini düşünmüşdür. Lakin bir müddət sonra polis idarəsindən ona zəng gəlmiş və barəsində şikayət ərizəsi daxil olduğu bildirilmişdir. Özü könüllü şəkildə polis idarəsinə gəlmiş və orada Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə polisə müraciət etdiyi bildirilmişdir. Daha sonra izahatları alınmış və Zərərçəkmiş şəxs şikayət verməyindən 1 həftə keçmədən o bütün pulu tam şəkildə Yaquba qaytarmış və bununla bağlı polis idarəsinə getsə də artıq onlardan heç bir izahat alınmamışdır. Yaqub Musafayevi uzun müddətdir ki tanıdığını, onun etibarından sui-istifadə etməklə pulunu ələ keçirmək niyyətində olmadığını, təmir üçün digər obyektdən alacağı pul gec verildiyi üçün Zərərçəkmiş şəxs pulunu vaxtında geri qaytara bilmədiyini, hətta ev üçün dizayn işlərinə xərclənən 1500 manatı öz vəsaiti hesabına ödəməklə, Zərərçəkmiş şəxs aldığı 20000 manatı tam məbləğdə geri qaytardığını, ümumiyyətlə dələduzluq niyyəti ilə heç bir hərəkət etmədiyini bildirərək barəsində bəraətverici hökm çıxarılmasını məhkəmədən xahiş etdi Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun tələbə yoldaşıdır və uzun müddətdir ki, onu tanıyır. O, Teyyuba bir neçə dəfə mebel işləri ilə bağlı müraciət etmiş və hər dəfə də sonuncu onun sifarişlərini yerinə yetrimişdir. 2023-cü ildə dekabr ayında Teyyuba zəng edərək onun Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evinin təmir edilməli olduğunu bildirmiş və cəmi 20000 manat pulunun olduğunu bildirmişdir. Teyyub ona istəyirsə təmiri pulsuz da etdirə biləcəyini desə də o, təmiri öz vəsaiti hesabına etmək istədiyini bildirmişdir. 2023-cü ilin dekabr ayının sonlarında Teyyuba zəng vuraraq həmin mənzildə görüşmüş və iş yoldaşı X2 iştirakı ilə 20000 manatı Teyyuba vermişdir. Teyyub mart ayında evi təmirli şəkildə təhvil verəcəyini bildirmişdir. Teyyub dizayn işlərini ona hədiyyə edəcəyini bildirmişdir. Daha sonra Teyyub italyan dizayner tanışı olduğunu bildirmiş və dizayn işlərini ona etdirmək üçün həmin ünvana dəvət etmişdir. Dizayner dizayn işlərini 1 aydan sonra bitirəcəyini bildirmiş və o, razılaşmışdır. Daha sonra dizayn işləri gecikmiş və xx.xx.2024-cü ildə tamamlanmış, lakin Teyyub hələ də təmir işlərinə başlamamışdır. O, Teyyubdan bunun səbəbini soruşduqda Teyyub ona dizayner tərəfindən ölçülərin verilmədiyini və ölçüləri də 1 ay içində veriləcəyini ona bildirmişdir. O, işin çox yubandığını, heç bir təmir işin olmadığını görmüş və Teyyuba evi özünün təmir etdirəcəyini bildirərək ona verdiyi 20000 manatı geri qaytarmağını bildirmişdir. Teyyub isə pulu tam şəkildə geri qaytaracağına söz versə də hər dəfə müxtəlif səbəblər əsas gətirərək pulu qaytarmadığından o, Teyyubun onu aldatdığını düşünmüş və Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis idarəsinə şikayət etdikdən təxminən 5-10 gün sonra Teyyub 20000 manatı tam şəkildə ona qaytarmışdır. Teyyubdan şikayət etdiyi üçün çox peşmandır. Teyyubun vəziyyətinin pis olduğunu bilmirdi. İşin bu yerə gələcəyini bilməzdi. Hazırda təqsirləndirilən şəxsin tərəfindən dəymiş zərər tam ödənildiyindən ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, onunla barışdığını bildirərək barəsində bəraətverici hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun müdiridir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, müdiri Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzil almış və həmin mənzilin təmiri ilə bağlı Teyyuba müraciət etdiyini onun sözlərindən eşitmişdir. Lakin onların həmin mənzili hansı məbləğdə pul qarşılığında təmir edəcəkləri barədə məlumatı olmamışdır. 2023-cü ilin dekabr ayının sonlarında müdiri Yaqubla birlikdə onun təmir etdirəcəyi evə baxmaq üçün getmiş, Yaqub oraya adam gələcəyini bildirmişdir. Saat 11 radələrində Yaquba birlikdə olarkən həmin mənzilə Teyyub adlı şəxs oraya gəlmişdir. Söhbət əsnasında Teyyub bildirmişdir ki, mənzili tam təmir edib təhvil verəcəkdir. Lakin onun hansı müddət ərzində evi təhvil verəcəklərini eşitməmişdir Mənzildə Teyyubla müdiri Yaqub arasında razılaşma olduqdan sonra Yaqub üstündə olan pul vəsaitini onun iştirakı ilə Teyyuba vermiş, lakin həmin məbləğ onun yanında sayılmadığı üçün pulun dəqiq məbləğini bilməmişdir. O, iş yerində müdiri Yaqub bir otaqda əyləşdiyi üçün sonradan Yaqubun mütəmadi olaraq Teyyubla danışıqlarını eşitmiş və hər dəfə də evin təmiri ilə bağlı sonuncu ilə aralarında narazılıqların olduğunu görmüş, hər dəfə də Yaqub ondan şikayət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Teyyub müdiri Yaqubdan aldığı pulun qarşılığında heç bir iş görmədiyi üçün onun barəsində polisə şikayət etmişdir. Daha sonra isə Teyyub tərəfindən pulun tam məbləğdə geri qaytarıldığını eşitmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanması və ibtidadi istintaqının aparılması üçün aidiyyatı üzrə göndərilməsi” haqqında 23 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır;

2. Şübhəli şəxsin tutulması haqqında 22 may 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdə saat 16:30-da CM-in 178-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur.

3. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 23 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır;

4. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 24 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur;

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 iyun 2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;

6. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 24 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Rövşən Cavadovun 24 may 2024-cü il tarixli vəsatəti təmin edilməmiş və təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.

7. “Təqsirləndirilən şəxsin saxlandığı MSY-dən azad edilməsi haqqında” 24 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir.

8. 10 iyun 2024-cü il tarixli məcburi gətirilmə barədə qərarla Təqsirləndirilən şəxs məcburi qaydada Abşeron Rayon Polis İdarəsinə gətirilməsi qərara alınmışdır.

9. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 02 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həmin tarixli “cinayət işi üzrə icraatın dayandırılmasə barədə” qərarla ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.

10. “Təqsirləndirilən şəxsin istintaqa könüllü gəlməsi barədə” 12 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa könüllü şəkildə gəlmişdir.

11. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 12 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir.

12. 13 iyul 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsiləndirilən şəxslə zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş və zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir.

13. Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan, xx.xx.2010-cu il təvəllüdlü X3 adlı övladı vardır.

14. “Sübutların qiymətləndirilməsi” haqqında 13 iyul 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli barədə ifadələri, cinayət işi üzrə zərərçəkmiş şəxsin və şahidin ifadəsi, üzləşmə protokolu və iş üzrə digər sənədlər sübut əhəmiyyəti kəsb etdiyindən həmin sənədlər iş üzrə sübut növü kim tanınmışdır.

15. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ibtidai istintaq dövründə tam ödənildiyindən ona qarşı hər hansı şikayət və tələbi yoxdur.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Təqsirləndirilən şəxsin məhkəmə araşdırması dövründə ittiham edildiyi əməldə özünü təqsirli hesab etməyərək, təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətinin əlamətlərinin olmadığını bildirsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs uzun müddətdir ki, bir-birini tanıyırlar, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ev təmiri ilə məşğul olduğunu bilib ona müraciət etmişdir, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin evini mart ayında təmir edib təhvil verəcəyinə dair vəd vermiş, lakin zərərçəkmişdən 20000 manat pulu aldıqdan sonra vədinə əməl etməmişdir. Belə ki, təqsirləndirilən şəxs italyan dizayner dəvət etdiyini və italyan dizayner öz üzərinə düşən öhdəliyi yerinə yetirə bilmədiyi üçün vədinə əməl edə bilmədiyini bildirmişdir, məhkəmə hesab edir ki, əgər işin yerinə yetirilməsində hər hansı bir manəe ortaya çıxırsa bu halda zərərçəkmişə xəbər verilməli və onunla razılaşıdırlaraq ya yeni bir dizayner cəlb edilməli, ya da ki,zərərçəkmişin pulu geri qaytarılmalı idi, lakin təqsirləndirilən şəxs dizaynerin işi gecikdirdiyi üçün, yəni dizayner əngəli səbəbindən işi yerinə yetirmədiyini bildirərək zərərçəkmişin pulunu başqa bir işinə, yəni başqa bir şəxs qarşısında öhdəlik götürdüyü şadlıq sarayının təmirinə sərf etmişdir, vəd etdiyi kimi mart ayı gəlsə də, hər hansı təmir işi aparmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin pulu aldıqdan bir neçə gün sonra italyan dizayneri təmir edəcəyi evə gətirib zərərçəkmişə təqdim etməsini gələcəkdə vədinə əməl etməməsini italyan dizaynerin gecikdirməsi kimi qələmə verməklə məsuliyyətdən yaxa qurtarması ilə əlaqələndirir. Halbuki əgər təqsirləndirilən şəxsin zərərçəkmişin etibarından sui-istifadə edərək aldatmaq niyyəti əvvəlcədən yox idisə vədinə əməl edə bilmədiyi halda zərərçəkmişin pulunu özünün başqa işinə verməli deyil, geri qaytarmalı və ya zərərçəkmişlə razılaşdıraraq işin görülməsində əngəl yarandığı halda əngəli başqa yolla aradan qaldırmalı idi, lakin təqsirləndirilən şəxs dizaynerin vaxtında ölçüləri vermədiyi bəhanəsi ilə zərərçəkmişin ona verdiyi pulu başqa işinə sərf etmiş və vədinə əməl etməmişdir, zərərçəkmiş bir neçə dəfə pulunu tələb etsə də, geri qaytarmamış, zərərçəkmişin hüquq mühafizə orqanına şikayətindən sonra pulunu geri qaytarmışdır. Həmçinin təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs ziyanın ibtidai istintaq dövründə ödənildiyini bildirsələr də, bu barədə cinayət işi ilə tanış olma zamanı hər hansı bir vəsatət qaldırmamışlar. Eyni zamanda təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunduğunu bildirərək ona müqavilə üzrə müdafiəçi ilə təmin olunmaq üçün şərait yaradılmadığını bildirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq müddətində azadlıqda olmuş istədiyi təqdirdə müqavilə üzrə müdafiəçi ilə təmin oluna bilərdi, lakin təqsirləndirilən şəxs bunu nəinki ibtidai istintaq müddətində, hətta məhkəmənin hazırlıq iclasında da müqavilə üzrə müdafiəçisi olmamış və dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Bütün bunlar təqsirləndirilən şəxsin özünə haqq qazandırmaq üçün müxtəlif bəhanələrə sığınmasına dəlalət edən haldır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, sahid ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin himayəsində 1 yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilərək, onlarla barışıq əldə etməsini və sonuncunun hazırda ondan heç bir şikayət və tələbinin olmamasını, bundan başqa himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 23:00dan növbəti gün, saat 07:00-dək yaşayış ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək ünvan 1 ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bakı Şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Bakı Şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə mülki iddianın, xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 ( iyirmi ) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar