Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-28/2021 28.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1949-cu ildə Ermənistan Respublikası, Yexeqnadzor rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatda olan, Abşeron rayonu, Məmmədli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 02 radələrində Abşeron rayonu, Məmmədli qəsəbəsində, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə daxil olaraq, ona məxsus evdən edilmiş oğurluq hadisəsində Zərərçəkmiş şəxs günahlandırması səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə sinə nahiyyəsindən itələmiş, sonuncu müavizətini saxlaya biləyib büdrəyərək, sifətinin sol nahiyəsi yaxınlıqda olan daş hasarın tininə dəyərək, ona alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, gözün ağlı qişasına qansızma, alın nahiyyəsinin əzilmiş-cırılmış yaraları, sol gicgah nahiyəsinin hematomasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X5 ona elan olunmuş məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə, saat 17 radələrində, toy mərasiminə getmiş və yaşadığı evə saat 02 radələrində qayıtmışdır. Evə daxil olduqda, otaqlarda olan əşyaların dağınıq vəziyyətdə olduğunu görüb evindən oğurluq edildiyini başa düşmüş və evə baxış keçirərkən yataq otağında olan sandığın qıfılının sındırılaraq orada olan qızılzinyət əşyalarının və pulun oğurlandığını aşkar etmişdir. Buna görə də DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermiş və faktla əlaqədar Abşeron RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanmışdır. Daha sonra, onunla qonşuluqda yaşayan kürəkəni Zərərçəkmiş şəxs həmin qızılların və pulun yerini bildiyini düşünərək ondan şübhələnmiş və sonuncunun yaşadığı evə getmişdir. Oraya çatan zaman Zərərçəkmiş şəxs həyətin qapısının qarşısında dayandığını görmüşdür. Yaxınlaşaraq, evindən edilmiş oğurluğun ya onun tərəfindən, ya da onun istiqamət verdiyi şəxslərin tərəfindən törədilməsindən şübhələndiyini ona demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onunla kobud danışdığı üçün əsəbiləşərək, əli ilə onun sinəsindən itələmişdir. Nəticədə Zərərçəkmiş şəxs büdrədiyinə görə sifət nahiyyəsi yaxınlıqda olan hasarın tin hissəsinə dəymişdir. Bundan sonra, oradan çıxıb getmişdir. Mübahisə 2-3 dəqiqə ərzində davam etmiş, orada Zərərçəkmiş şəxs arvadı Ləman Nuriyevdən başqa heç kimin olmamişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, şikayət etdiyi Əli adlı şəxs onun qayınatasıdır və onlar qonşuluqda yaşayır. xx.xx.2019cu il tarixdə, saat 17 radələrində onlar birlikdə toya getmiş, saat 02 radələrində isə yaşadıqları evə qayıtmışlar. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs onu çağırdığını eşidib yaşadığı evin həyətinə çıxaraq qapını açmışdır. Həyətə daxil olan kimi Əli ona evindən oğurluq edildiyini bildirərək, evinə ən çox gəlib-gedən adam olduğuna görə ondan şübhələndiyini demişdir. Bu səbəbdən onların arasında mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs onu sinəsindən əli ilə möhkəm itələmişdir. Müvazinətini itirib büdrəmiş və nəticədə onun sol göz nahiyyəsi yaxınlıqda olan daş hasarın tininə dəymiş və xəsarət almışdır. Həmin vaxt arvadı Şahid1 atası Əlini Sadıqovu sakitləşdirib həyətdən çıxarmışdır. Daha sonra DİN-in «102» xidməti zəng mərkəzinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Lakin həmin vaxt əsəbi və həyəcanlı olduğundan, fikrini düzgün izah edə bilməmiş və yanlışlıqla qayınatası Təqsirləndirilən şəxs əvəzinə Samirin Sadıqovun adını çəkmiş və sonuncunun onun atasını döydüyünü demişdir. Qayınatası Təqsirləndirilən şəxs ilə aralarında yaranmış münaqişənin onun yaşadığı evin həyətində yaranmış, 2-3 dəqiqə davam etmiş və həmin vaxt orada qayınatası Təqsirləndirilən şəxs ilə arvadı Şahid1 başqa heç kim olmamışdır. X1 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında, ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əri, Təqsirləndirilən şəxs isə atasıdır. xx.xx.2019-cu il tarixdə, saat 17 radələrində onlar toy mərasiminə getmiş və xx.xx.2019-cu il tarixdə, saat 02 radələrində yaşadıqları evə qayıtmışlar. Bir qədər sonra atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çağırdığı üçün sonuncu həyətin qapısını açmağa getmiş və özü də Elbrusun arxasınca getmişdir. Həmin vaxt qapıdan içəri girən kimi Təqsirləndirilən şəxs evindən oğurluq edildiyini bildirmiş və evinə tez-tez gəlib-gedən adam kimi ondan şübhələndiyini Zərərçəkmiş şəxs demişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmış və mübahisə zamanı onun atası Təqsirləndirilən şəxs əsəbiləşərək Zərərçəkmiş şəxs sinəsindən əli ilə itələmişdir. Zərərçəkmiş şəxs büdrəmiş və onun sifətinin sol tərəfi yaxınlıqda olan hasarın tininə dəymişdir. Nəticədə sol göz nahiyyəsindən xəsarət almışdır. Həmin vaxt atası Təqsirləndirilən şəxs sakitləşdirib həyətdən çıxarmış, Zərərçəkmiş şəxs isə DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Məhkəmə iclasında, ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxsla kürəkənləri Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə zamanı ümumiyyətlə orada olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 2926 nömrəli rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sol göz orbitinin küt travması – alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, gözün ağlı qişasına qansızma, alın nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol gicgah nahiyəsinin hematoması bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1997-ci il tarixdə Bərdə rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikasının CM-nin 167-ci maddəsinin 1 həssəsi, 172,17,194-cü maddəsinin 1-ci hissəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına və məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-28/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-28/2021
28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver