Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-28/2022 28.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında yaşamış, Abşeron Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 25.01.2022-cil il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 05.02.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 70 manat pul müqabilində bir ədəd şəffaf rəngli selofana bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxil olan ümumi 0,632 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 7 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1) 0,311 qram, 2) 0,312 qram, 3) 0,219 qram, 4) 0,302, 5)0,314 qram, 6)0,315 qram 7)0,279 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 2,052 qram narkotik vasitə olan qurudulmuş marixuananı, bir ədəd şəffaf rəngli selofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr siyahısı”na daxil olan ümumi 0,082 qram çəkidə psixotrop maddə olan metamfetamini Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə edib, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisinə daşıyaraq üzərində saxlamış, 05.02.2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Abşeron rayon polis idarəsinin Qobu PB-yə gətirilib, bölmənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli selofan bükümdə 0,632 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 7 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1) 0,311 qram 2) 0,312 qram ,3) 0,219 qram, 4) 0,302 , 5) 0,314 qram, 6) 0,315 qram 7) 0,279 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi 2,052 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd şəffaf rəngli selofan bükümdə 0,082 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitənin növü olan heroindən, qurudulmuş marixuanadan və psixatrop maddə olan metamfetamindən istifadə edir. 05.02.2021-ci il tarixdə şəxsi istifadəsi üçün yaşadığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində olarkən orada tanımadığı lakin özünü Namiq kimi təqdim edən şəxsdən 70 manat pul müqabilində 1 ədəd selofan bükümdə narkotik vasitə olan heroin, 7 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuna və 1 ədəd şəffaf selofan bükümdə psixatrop maddə olan metamfetamin almışdır. Həmin narkotik vasitələri sonradan istifadə etmək məqsədi ilə özü ilə daşıyıb üzərində saxlamışdır. Bundan sonra 05.02.2021-ci il tarixdə işləmək üçün Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisinə gəlmiş və saat 19 radələrində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Ona özlərini Abşeron rayon polis idarəsinin Qobu PB-nin əməkdaşları kimi təqdim edərək onu Abşeron rayon polis idarəsinin Qobu PB-nə dəvət etmişlər. Bundan sonra ona xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı və video çəkilişlə üzərinə şəxsi axtarış aparılacaqlarını bildirmişlər. Şəxsi axtarış keçirməzdən əvvəl üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya, predmet və narkotik vasitə olub-olmaması sorğu edilmişdir.əgər varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş bükümdə narkotik vasitə olan heroini, bir ədəd şəffaf rəngli selofana bükülmüş bükümdə psixatrop maddə olan metamfetamini, 7 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə olan heroin, metamfetamin və qurudulmuş marixuana qablaşdırılaraq DİN-in 56 saylı möhürü ilə möhürlənmiş, qablaşdırılmış özünün və digər iştirakçıların iştirakı ilə proktokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Abşeron RPİ-nin Qobu PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 05.02.2021-ci il tarixdə xidmətdə olan zaman, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələrin istifadəsi, üzərində gəzdirilməsi ilə bağlı məlumat əldə etdikdən sonra raportla rəhbərliyə məruzə etmiş və razılıq aldıqdan sonra, ondan və Abşeron RPİ-nin Qobu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün, yəni 05.02.2021-ci il tarixdə saat 19:50 radələrində Təqsirləndirilən şəxs gələcəyi Aşağı Güzdək qəsəbəsi ərazisinə gələrək onun gəlməsini gözləmişlər. Bir qədər sonra Təqsirləndirilən şəxs həmin yerdə olan zaman, ona yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinin Qobu PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. Polis Bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs oğlunun üzərinə xidməti otaqlardan birində Abşeron RPİ-nin Qobu PB-nin təhqiqatçısı, polis kapitanı Anar Həsənov tərəfindən Müdafiəçi1 iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs oğluna üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması əgər varsa təqdim etməsi təklif olunmuş və bu zaman Təqsirləndirilən şəxs oğlu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofanda olan bükümü 7 ədəd isə kağız bükümü çıxarıb, şəffaf selofana bükülmüş bükümlərdə heroin və metamfetamin 7 ədəd kağız bükümdə isə qurudulmuş marixuana olduğunu həmin narkotik vasitələrin hamısını Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində özünü Namiq kimi təqdim edən tanımadığı şəxsdən 70 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşdirmə aparılaraq Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddəyə bənzər kütlə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Ona daxil olmuş ilkin əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində saxlaması və daşıması ilə bağlı olduğu üçün ilkin sənədlər və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarda Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində saxlaması və daşıması ilə bağlı qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 fevral 2021-ci il tarixli 6/537 nömrəli rəyi ilə müəyyən edilmişdir ki,tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün N 245” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,632 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,582 qram - 0,05 qram narkotik maddə heroin tədqiqata sərf edilmişdir). Digər bir ədəd bükümdə təmiz çəkisi 0,082 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir(qalıq 0,032 qram - 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr ”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 fevral 2021-ci il tarixli 7/161 nömrəli rəyi ilə müəyyən edilmişdir ki,tədqiqata təqdim edilmiş zərfdə 07(yeddi) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1)0,311 qram 2) 0,312 qram ,3) 0,219 qram ,4) 0,302 qram, 5) 0,314 qram, 6) 0,315 qram ,7)0,279 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi -2,052 qramdır (qalıq 1,912 qram - 0,010 qram narkotik vasitə olan qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). Qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizasının 11.02.2021-ci il tarixli 462 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixatrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən aslılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 29.11.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. “Cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında” 05.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.02.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. 07.02.2021-ci il tarixli qərardan görünür ki, 07.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 05.02.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğlu 05.02.2021-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, ərazisində Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb PB-nə gətirilmiş və saat 21:55-dən saat 22:15-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli selofan bükümdə narkotik vasitə olan heroin,bir ədəd şəffaf rəngli selofan bükümdə psixatrop maddə olan metamfetamin və 7 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. “Maddi sübut qismində tanınma və təhvil vermə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,582 qram heroin, 0,032 qram psixotrop madə olan metafetamin və 1,912 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut qismində tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmiş və bir ədəd DVD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli selofan bükümdə narkotik vasitə olan heroin,bir ədəd şəffaf rəngli selofan bükümdə psixatrop maddə olan metamfetamin və 7 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülməsi müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin saxlanılması haqqında 25.01.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-in əməkdaşları tərəfindən 25.01.2022-ci il tarixdə tutulmuş, həmin tarixdə Abşeron RPİ-nin MSY-yə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Beləliklə də, məhkəmə, məhkəmədə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq bir ədəd şəffaf rəngli selofan bükümdə 0,632 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 7 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1) 0,311 qram 2) 0,312 qram ,3) 0,219 qram , 4) 0,302 , 5) 0,314 qram, 6) 0,315 qram 7) 0,279 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi 2,052 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd şəffaf rəngli selofan bükümdə 0,082 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib saxlamaqla törətmiş olduğu əməlində cinayət tərkibi vardır. Lakin, təqsirləndirilən şəxsin narkotik maddəni satış məqsədilə əldə edib saxlamasını təsdiq edən kifayət qədər sübutlar olmadığı halda ibtidai araşdırma orqanı onun əməlini satış məqsədilə qanunsuz olaraq narkotik maddə əldə etmə kimi qiymətləndirərək düzgün olmayaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Yuxarıda göstərilən maddənin tələbinə əsasən məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq Cinayət Prosessual Məcəlləsinin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən, Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Barbera, Messaga və Habordo İspaniyaya qarşı” məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifələrini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini qismən etiraf edərək üzərindən aşkar edilmiş bir ədəd şəffaf rəngli selofan bükümdə 0,632 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 7 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1) 0,311 qram 2) 0,312 qram ,3) 0,219 qram, 4) 0,302, 5) 0,314 qram, 6) 0,315 qram 7) 0,279 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi 2,052 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı, bir ədəd şəffaf rəngli selofan bükümdə 0,082 qram çəkidə psixotrop maddə olan metamfetami 05.02.2021-ci il tarixdə şəxsi istifadəsi üçün yaşadığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində olarkən orada tanımadığı lakin özünü Namiq kimi təqdim edən şəxsdən 70 manat pul müqabilində almış və həmin narkotik vasitələri özü istifadə etməsi üçün üzərində saxlanmasını bildirmişdir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hazırda isə təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə yaranmış şübhələr onun ittiham edildiyi əmələ aidiyyətinin təsdiq edilməsinə maneə yaradır. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs ittiham olunduğu əməl düzünə və yanakı sübutlarla təsdiq edilməlidir. İbtidai araşdırma zamanı və məhkəmə iclaslarında Təqsirləndirilən şəxs heroin, psixotrop maddə metamfetamin və qurudulmuş marixuananın əldə edib, üzərində daşıması öz təsdiqini tapsa da, onun həmin narkotik vasitələr və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqinə dair heç bir sübut əldə edilməmiş, aparılmış əməliyyat-axtarış və istintaq hərəkətləri ilə göstərilən narkotik vasitənin başqa istehlakçısı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd selofan bükümdə narkotik vasitə olan heroin, 7 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuna və 1 ədəd şəffaf selofan bükümdə psixatrop maddə olan metamfetamin satış məqsədi ilə əldə etməsini sübut edən heç bir dəlil ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. Əməliyyatı həyata keçirmiş Abşeron rayon Pİ-nin Qobu PB-nin əməkdaşları da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatlarının olması iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən “Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.” Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin Qobu PBnin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 oğlu və Abşeron rayon Pİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadələrində göstərmişlər ki, onlara daxil olmuş ilkin əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində saxlaması və daşıması ilə bağlı olduğu üçün ilkin sənədlər və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarda Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində saxlaması və daşıması qeyd olunmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin olması ona dəlalət edir ki, o, satış məqsədi ilə deyil, istifadə etmək üçün narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində də narkomaniya xəstəliyindən əziyyət çəkməsini etiraf etmişdir. Beləliklə də, məhkəmədə araşdırılmış sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs onda aşkar edilmiş narkotik vasitələrin şəxsi istifadəsi məqsədilə əldə etmiş və saxlanmışdır. Məhkəmə iş üzrə toplanmış biri digərini tamamlayan mötəbər və mümkün sübutları müqayisəli şəkildə tədqiq edib araşdıraraq, onlara məcmu şəkildə qiymət verməklə belə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması başa düşülür. Cinayət işinin materiallarında isə Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədilə və ya digər şəxsi marağa görə narkotik vasitə olan heroini əldə etməsinə dair heç bir sübut mövcud deyildir. Bundan əlavə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmağı üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Lakin, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin miqdarı, satışını həyata keçirən alıcı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitə olan heroinin çəkilib xırda bağlamalara bükülməsi və narkotik vasitələr hazırlanması üçün hər hansı bir avadanlığın elektron tərəzinin olmasına dair heç bir sübut mövcud deyildir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, «Saidinin Fransaya qarşı» işi üzrə 20 sentyabr 1993cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və 3-cü bəndinin «d» yarımbəndindəki müddəaların tələblərinə uyğunsuzluq kimi qəbul edilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”-nın konkret müddəalarına əsasən beynəlxalq adı «heroin» olan narkotik vasitənin 0,15 qramdan artıq (təmiz halda qramlarla) heroin şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq (təmiz halda qramlarla) isə heroin isə külli miqdar hesab edilir, «metafetamin» 0,15 qramdan artıq (təmiz halda qramlarla) metamfetamin şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq (təmiz halda qramlarla) metamfetamin isə külli miqdarda hesab edilir, “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 saylı Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, narkotik vasitələrin, psixotrop madələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə alınması, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkətlər başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs bir ədəd şəffaf rəngli selofan bükümdə 0,632 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 7 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1) 0,311 qram 2) 0,312 qram ,3) 0,219 qram, 4) 0,302, 5) 0,314 qram, 6) 0,315 qram 7) 0,279 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi 2,052 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı, bir ədəd şəffaf rəngli selofan bükümdə 0,082 qram çəkidə psixotrop maddə olan metamfetami satış məqsədilə əldə edib saxlaması sübuta yetirilmədiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin, yəni üç ilin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə görə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Eyni Məcəllənin 95.0.1-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə məcburi ambulatoriya müşahidəsini təyin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25.01.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05.02.2021-ci il tarixdən 07.02.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, tədqiqatlardan sonra qalıq qalan 0,582 qram narkotik vasitə olan heroin, 0,032 qram psixotrop madə olan metafetamin və 1,912 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsinə minəndən sonra Azərbaycan Respublikasının Cinayət- Prossesual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 143 (yüz qırx üç) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat məbləğdə pul və məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğdə pul Xırdlan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05.02.2021-ci il tarixdən 07.02.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 25.01.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 143 (yüz qırx üç) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş tədqiqatlardan sonra qalıq qalan 0,582 qram narkotik vasitə olan heroin, 0,032 qram psixotrop madə olan metafetamin və 1,912 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat məbləğdə pul və məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğdə pul Xırdlan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs isə onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-28/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-28/2022
28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver