Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-280/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçə, ev 159-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi nömrəsiz fərdi yaşayış evində həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs arasında şəxsi münasibətləri zəmnindəki yəni, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən su axmasına və yaranmış problemi aradan qaldırmamasına görə sonuncuya irad bildirməsi, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs dediklərini qəbul etməməsi, eləcə də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə kobud formada danışması səbəbindən yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən zərbələr vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına Yüngül zərər vurmaya aid burun sümüyünün aşağı 1/3-nin yerini dəyişməyən qapalı sınığı, sağ gözaltı nahiyənin qançırı, alt dodağın əzilmiş yarası xəsarətlərini yetirmişdir. Məhkəmə istintaqında cinayət əməlini törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 5-6 il müddətdir tanıyır. Belə ki, Tahir onunla qonşuluqda yaşayır. Əvvəllər Tahirlə aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Lakin onun yaşadığı evin həyətindən Tahirin yaşadığı evin həyətinə su axması barədə sonuncu ona bir neçə dəfə bildirmişdir. O isə Tahirə suyun onun evindən axmadığını bildirsə də, Tahir ona inanmır. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman qapı döyülmüş, qapıya oğlu Əli yaxınlaşmış, daha sonra geri qayıdaraq Tahirin onu çağırdığını demiş, o da buna görə evdən çölə çıxmış, çölə çıxdıqdan sonra Tahir yenə də onun evinin həyətindən öz evinin həyətinə su axdığını demiş, o, Tahirə öz yaşadığı evin həyətinə getmələrini demiş, Tahir onun evinin həyətinə baxdıqda həyətin quru olduğunu görmüş, o, Tahirə suyun onun evindən axmadığını, yuxarı tərəfdə yerləşən evlərdən axdığını demiş, Tahir isə başqa yerə getmək istəmədiyini demiş, o da Tahirə belə olan halda buna görə onu bir daha narahat etməməsini demiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Tahir ona kobud cavab qaytarmış, o, buna görə əsəbiləşmiş və yaxınlaşaraq yumruqla 2-3 dəfə Tahirin sifət nahiyəsinə zərbə vurmuş, bu zaman oğlu Əli və anası Şəfiqə çölə çıxaraq onları aralaşdırmış, o, bundan sonra öz yaşadığı evə daxil olmuş, sonradan isə Tahirin ondan şikayət etməsindən məlumatı olmuşdur. O, ifadəsində əlavə olaraq xx.xx.2021-ci il tarixdə saat 17 radələrində yaşadığım evin qarşısında mübahisə zamanı yumruqla 2-3 dəfə Tahirin sifət nahiyəsindən zərbə vurmasını, aralarındakı mübahisələrinin təxminən 3-5 dəqiqə davam etməsini, həmin zaman orada oğlu Əli və anası Şəfiqənin olmasını, mübahisənin yaranmasına səbəb Tahirin onun yaşadığı evin həyətindən özünün yaşadığı evin həyətinə su axmasını bildirməsi və ona qarşı kobud cavab qaytarmasının olmasını, Tahirlə aralarında olan mübahisənin qısa müddət davam etməsini, buna görə də mübahisə zamanı səs-küy yaranmadığını, oraya başqa heç kəsin yaxınlaşmadığını və Tahirin mübahisə zamanı ona müqavimət göstərmədiyini bildirmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs oğlu kürəkənidir. X1 boşanmaq istədiyi üçün təxminən 1 ay olar ki, ona məxsus fərdi yaşayış evində qalır. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində kürəkəni Təqsirləndirilən şəxs oğlu yaşadığı evə gəlmişdir. Onun evə daxil olmasına narazı olmağına baxmayaraq evə daxil olmuşdur. Azyaşlı övladının əynini geyindirib, aparan zaman qızı Zəhra Nuriyevanın ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Zəhra Nuriyevanın ünvanına nalayiq ifadələr işlətməsindən əsəbləşib, öz iradlarını bildirmişdir. Onun bu sözündən sonra Nurlan Nuriyev ilə aralarında mübahisə düşmüşdür. Mübahisə zəminində Nurlan onu söymuş, bu səbəbdən ona cavab qaytarmışdır. Təqsirləndirilən şəxs oğlu üzərinə hücum edərək, onu itələmiş, nəticədə yerə yıxılmış başı divara çırpılmışdır. Yerdən qalxandan sonra onu badalaqla bir daha yerə yıxaraq bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. O, da baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə münaqişə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs oğlunu vurub xəsarət yetirmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs oğlu üzərinə hücum edərək, onu itələdi başı divara çırpılmışdır. Yerdən qalxandan sonra onu badalaqla bir daha yerə yıxaraq bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. İfadəsinin sonunda X3 təqsirləndirilən şəxlə barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs tanımır. Sonradan Tahirin onun oğlu Rəşadla qonşuluqda yaşamasından məlumatı olmuşdur. Təqsirləndirilən şəxs isə onun oğludur. O, Bakı şəhərində yaşayır. Təxminən 10 gün müddətdir Rəşadın Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evinə gələrək orada müvəqqəti yaşamağa başlamışdır. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində evdə olan zaman qapı döyülmüş, qapıya əvvəlcə nəvəsi Əli yaxınlaşmış və daha sonra geri qayıdaraq qonşuluqda yaşayan Tahirin Rəşadı çağırdığını demiş, Rəşad da buna görə evdən çölə çıxmış, Tahirin hansı səbəbdən Rəşadı çölə çağırdığını öyrənmək üçün o özü də çölə çıxmış, çölə çıxdıqda Tahirlə Rəşadın sözlə mübahisə etmələrini görmüş, yaxınlaşıb onları aralaşdırmaq istəmiş, lakin bunu bacara bilməmiş, həmçinin onlar bir-biri ilə mübahisə edən zaman Tahir nalayiq ifadə işlətmiş, buna görə Rəşad əlləri ilə Tahirin sifət nahiyəsindən zərbə vurmuş, bundan sonra o və orada olan nəvəsi Əli onları aralaşdırmış, Rəşad isə yaşadıqları evə daxil olmuş və bundan sonra heç bir mübahisə baş verməmişdir. O, ifadəsində mübahisə zamanı orada olmasını, Rəşadın mübahisə zamanı Tahirin sifət nahiyəsindən zərbə vurduğunu, mübahisənin təxminən 10 dəqiqə davam etməsini, həmin zaman orada özündən başqa oğlu Rəşad, nəvəsi Əli və Tahirin olmasını, mübahisə zamanı səs-küy yaranmadığını, həmçinin mübahisəni kənardan görən olmadığını qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində qanuni nümayəndənin və pedaqoqun iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 da, Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin МТЕ və PA ETT Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 512 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun sümüyünün aşağı 1/3-nin yerini dəyişməyən qapalı sınığı, sağ gözaltı nahiyənin qançırı, alt dodağın əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd edilən müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə qeyd olunan nahiyəyə əl və yumruqla vurulma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş Abşeron rayonu, Hökməli qəsəbəsi İƏDÜ tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi nömrəsiz fərdi yaşayış evində yaşayır və yaşadığı müddətdə onun barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs oğlu ilə barışdığını və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlu da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdıqlarını və aralarında heç bir mübahisə olmadığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna təhqiqat zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş iş üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğluna təhqiqat zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abbaszadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabınaödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən :Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-280/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-280/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver