Məhkəmə qərarları › İş №1(012)-280/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-280/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-280/2023 28.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Bağırlı İlahə Oruc qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, müdafiəçilər Xırdalan şəhər vəkil Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə İmişli rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, İmişli rayonu, Teleşli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Goranboy rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə olmaqla, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1981-ci il tarixdə İmişli rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, İmişli rayonu, İ.Bayramov küçəsi ev 44-də qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəsissəsində cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin sonlarında tanış olduqları Şahid1 həmyerlisi X2, xəstəliyi ilə əlaqadar olaraq əlillik dərəcəsi təyin edilməsinə köməklik göstərəcəklərini yalandan vəd verib inandıraraq, etibarından sui- istifadə etmə və aldatma yolu ilə Şahid1 vasitəsi ilə Hikmət Əbdürrəhimovun atası Zərərçəkmiş şəxs2 2022-ci ilin fevral ayının 20- də ünvan 1 ünvanda yerləşən Dövlət Tibbi Sosial Ekspertiza Komissiyasının qarşısında onun avtomobilində Təqsirləndirilən şəxs2la birlikdə 1500 manat və 2022-ci ilin mart ayının 5-də həmin ünvanda 1500 manat, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosessində yerləşən «Soliton» marketdə quraşdırılmış «eManat» aparatı vasitəsi ilə onun adına olan "xxxx" ASC-yə məxsus karta 2022-ci ilin aprel ayının 17-də göndərilmiş 500 manat və 2022-ci ilin may ayının 5-də göndərilmiş 800 manat və 18 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən «Bee Gross» adlanan marketin qarşısında olan «eManat» aparatı vasitəsi ilə onun "xxxx" ASC-nin kartına göndərilmiş 2000 min manatı, ümumilikdə 6300 manat məbləğində pulu vahid niyyətlə birlikdə alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid1 tanışı Zərərçəkmiş şəxs4 xəstəliyi ilə bağlı əlillik dərəcəsinin təyin edilməsini köməklik göstərəcəklərini yalandan vəd verib inandıraraq, etibarından sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 vasitəsi ilə 2022-ci ilin aprel ayının 9-da ünvan 3 ünvanda Zərərçəkmiş şəxs4 4800 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid1 tanışı Zərərçəkmiş şəxs1 xəstəliyi ilə bağlı ləgv edilmiş əlillik dərəcəsini bərpa etməkdə köməklik göstərəcəklərini yalandan vəd verib inandıraraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 2022-ci ilin aprel ayının 10-da Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan dairəsi” adlanan yerdə 1100 manat, 2022-ci ilin aprel ayının 11-də ünvan 4 ünvanda yerləşən “Million” aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs1 adına olan "xxxx" ASC-nin kartına göndərdiyi 900 manat, 2022-ci ilin aprel ayının 19-da Abşeron rayonu, Masazır kəndi, “Cantəpə” adlanan ərazidə yerləşən marketdən “Million” aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs1 adına olan "xxxx" ASC-nin kartına göndərdiyi 500 manat və 2022-ci ilin may ayının 6-da həmin ünvandan “Million” aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs2 adına olan "xxxx" ASC-nin kartına göndərdiyi 500 manat, ümumilikdə 3000 manat məbləğində pulunu vahid niyyətlə alıb ələ keçirərək həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid1 tanışı Zərərçəkmiş şəxs3 xəstəliyi ilə bağlı əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərəcəklərini vəd verib inandıraraq, etibardan suiistifadə etmə və aldatma yolu ilə 2022-ci ilin may ayının 3-də Abşeron rayonu, Xırdalan şəhəri, Ruhin Xəlilov küçəsində Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs3 6500 manat və 2022-ci il may ayının 6-da Abşeron rayonu, Masazır qəsəbəsində 300 manat, ümümilikdə 6800 manat məbləğində pulunu vahid niyyətlə alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin sonlarında Tibbi Sosial Ekspretiza Komissiyasının yaxınlığında təsadüfən əvvəllər tanıdığı Şahid1 ilə görüşmüş, görüş zamanı onun yanında tanışı Təqsirləndirilən şəxs1 da olmuşlur. Ertəsi gün o yenidən Elşən ilə həmin ərazidə görüşmüş və yaxınlıqda yerləşən kafelərdən birində çay içib söhbət etmişlər. Lakin qeyd olunan qədər pul almamışdır. Təqsirləndirilən şəxs2 istintaqda verdiyi ifadəsindən görünür ki, o, 2021-ci ilin sonlarında Tibbi Sosial Ekspretiza Komissiyasının yaxınlığında təsadüfən əvvəllər tanıdığı Şahid1 ilə görüşmüş, görüş zamanı onun yanında tanışı Təqsirləndirilən şəxs1 da olmuşlur. Ertəsi gün o yenidən Elşən ilə həmin ərazidə görüşmüş və yaxınlıqda yerləşən kafelərdən birində çay içib söhbət etmişlər. Söhbət əsnasında ona Elşən Hikmət adlı tanışına əlillik dərəcəsinin təyin olunmasına köməklik göstərə biləcək şəxs axtardığını bildirmişdir. O da ona qeyd olunan məsələyə köməklik göstərəcəyinə dair yalan vəd verərək ondan 1.500 manat pul istəmiş və Elşən onunla razılaşmış ertəsi gün ona 6-cı mikrorayon ərazisində 1.500 manat pul və müvafiq sənədləri vermişdir. O, Elşəndən pulu aldıqdan sonra Təqsirləndirilən şəxs1 ilə bu barədə söhbət apararmış Kamran ona Tibbi Sosial Ekspertiza Komissiyasında çalışan tanışının olduğunu və əlillik dərəcəsinin təyin olunmasına köməklik göstərə biləcəyini demişdir. O Elşəndən aldığı puldan 800 manatını Kamrana vermiş, Kamran pulu aldıqdan sonra Elşənin tanışı olan Hikmət adlı şəxsə əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərəcəyini vəd etmiş, lakin Kamran verdiyi vədə əməl etməmişdir. Elşən onunla əlaqə saxlaya bilmədiyi üçün Kamran ilə əlaqə saxlamış və Kamran ona Elşəni inandıraraq ona qarşı dələduzluq etmək üçün TSEK-də tanışının çalışdığını və onun vasitəsilə əlillik dərəcəsinin verilməsinə köməklik göstərəcəyi barədə məlumat verərək Elşənin başqa tanışlarına əlillik dərəcəsinin təyin olunmasına köməklik göstərəcəyi barədə vəd verərək pullar almış lakin verdiyi vədə əməl etməmişdir. Onun və ya Kamranın TSEKdə heç vaxt heç bir tanışı olmamışdır, bu Kamranın uydurması olmuş, guya ona inansınlar, əslində istər o və istərsə də Kamran istər əlillərin bərpa mərkəzində və ekspertiza komissiyasında işləyənlərin heç kəsi tanımırlar, kimdənsə pul alıb kiməsə əlillik dərəcəsini düzəltməkdən ötrü həmin adamları inandırmaqdan ötru kiminsə yalandan adını çəkmiş, əslində onlar həmin adamları aldatmaq niyyəti ilə bunları etmişlər. 4169 7385 4001 7849 saylı pul kartı Kapital bankdandır, Kamranın adınadır və ona məxsusdur. Həmin kartı onlara göndərməkdə məqsədləri o olmuşdur ki, onlar həmin karta pul yollasınlar və yollamışlar da. Həmin saylı kartdan o da Kamran da birlikdə istifadə etmişlər, belə ki, ona da Kamrana pul göndərmək istəyənlər həmin karta pul göndərmiş Kamranda, oda götürüb almışlar. 2022-ci ilin aprel ayının ortalarında tanışı Elnur ona zəng edərək bir qadının pensiyasına stop qoyulduğunu və onu bərpa etmək lazım olduğunu bildirmişdir. Oda həmin zaman razılıq verməsini və köməklik edə biləcəyini ona bildirmişdir. Elnur daha sonra ona həmin qadının nömrəsini vermiş və o da elə həmin günün axşamı ona zəng etmişdir. Həmin xanımın adının Aidə olduğunu öyrənmiş, onunla telefon danışığı zamanı əlillik təqaüdünün bərpa edilməsi üçün sənədlərini və 3.000 manat pul götürməyini, aprel ayının 22-də səhər saatlarında Şamaxinka adlanan ərazidə olmağını bildirmişdir. Lakin Aidə adlı qadın ona 3.000 manatının olmadığını və yalnız 2.000 manat pul verə biləcəyini bildirmişdir. Aprel ayının 22-si səhər saatlarında Şamaxinka adlanan ərazidə həmin Aidə adlı qadınla görüşmüş və orada onun gətirdiyi 2.000 manat pulu və onun sənədlərini götürmüşdür. Ona söz vermişdir ki, heç nədən narahat olmasın təqaüdü bərpa ediləcək və ilk dəfə gördüyü iş olmadığını ona bildirmiş, 4 iş günü ərzində onun adının sistemə oturacağını və 16 gün ərzində də artıq kartını bankomata salaraq təqaüdünü çıxaracağını ona demişdir. Daha sonra sənədləri və pulu ondan alaraq oradan uzaqlaşmışdı. Üstündən bir neçə gün keçdikdən sonra Aidə onunla əlaqə saxladıqda tezliklə alınacağını və pulunun kart hesabına vurulacağını ona bildirərək aldatmışdır. O, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Şahid1 tanışları Zərərçəkmiş şəxs2 oğlu X2, xəstəliyi ilə əlaqadar olaraq əlillik dərəcəsi təyin edilməsinə köməklik göstərəcəyinə söz verərək Şahid1 vasitəsi ilə 6.300 manat, Zərərçəkmiş şəxs4 xəstəliyi ilə bağlı əlillik dərəcəsinin təyin edilməsi üçün Şahid1 Nağalı oğlunun vasitəsi ilə 4.800 manat, Zərərçəkmiş şəxs1 xəstəliyi ilə bağlı əlillik dərəcəsini bərpa olunması üçün Zərərçəkmiş şəxs1 3.000 manat Zərərçəkmiş şəxs3 xəstəliyi ilə bağlı əlillik dərəcəsinin təyin edilməsinə görə 6.800 manat və tək Zərərçəkmiş şəxs5 əlilliyini barpa etmək məqsədi ilə köməklik göstərəcəyinə söz verib inandıraraq, etibardan suiistifadə etmiş və aldatma yolu ilə 22 aprel 2022-ci il tarixdə 2.000 manat məbləğində pulunu Şamaxinka adlanan yerdə alıb aldatmışdır. Həmin şəxslərə əlilik dərəcəsi düzəltməkdən ötrü və əlliklərini bərpa etmək üçün Elşən vasitəsi ilə və özlərindən pul almışlar, amma kimdən nə qədər dəqiq nə vaxt almışdır yadına gəlmir, çalışacaq onların pullarını qaytarsın. Sadəcə olaraq pula ehtiyacı olduğu üçün o, bu əməlləri törətmiş və sonradan pulu olduqda həmin şəxslərin pulunu ödəyəcəkdir. O, etdiyi hərəkətlərinə görə peşmandır, gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyini bildirmişdir. 4169 7385 4001 7849 saylı pul kartı Kapital bankdan alınmış və Kamranın öz adınadır ona məxsusdur. Həmin kartı onlara göndərməkdə məqsədi o olmuşdur ki, onlar həmin karta pul yollasınlar və yollamışlarda. Həmin kartdan oda Kamranda birlikdə istiadə etmişlər.Həmin şəxslərdən nə qədər pulu o və nə qədərini Kamran almışdır yadına gəlmir amma həmin şəxsləri bir yerdə aldaıb pullarını almışlar. Həmçinin Kamranın adına olan kart vasitəsi ilə ona da Kamrana da onlar pul göndərmişlər, onlar da almışlar. Onları aldatmağda məqsədi pula ehtiyacı olduğu üçün bu əməlləri törətmiş və fikirləşmişdir ki, sonradan pulu olanda həmin şəxslərə ödəyəcəkdir. Onlardan sənədlərin surətlərini o da Kamranda almışlar, bəziləri həmin sənədləri onlara əlbəəl, bəziləri isə Vatsap vasitəsi ilə göndərmişlər. Yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ittihamda qeyd olunan qədər pul almamışdır. O, zərərçəkmiş şəxsləri tanımır, Elşən ona cəmi 1500 manat pul vermişdir. İş üzrə zərərçəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs5 tanıyır, digər şəxsləri tanımır, lakin digər zərərçəkmiş şəxslərlə bağlı ittihamda qeyd olunan qədər deyil Elşəndən daha az məbləğdə pul almışlar. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqında verdiyi ifadəsindən görünür ki, 2021-ci ilin sonlarında tanışı Təqsirləndirilən şəxs2 ilə Tibbi Sosial Ekpertiza Kamissiyasının yaxınlığında yerləşən restoranlardan birində olan zaman Ramin orada Elşən adlı şəxs ilə təsadüfən görüşüb və onu da, onunla tanış edərək əvvəllər birlikdə işlədiyini bildirmişdir. Ramin ilə Elşən kənara çəkilərək söhbət etdikdən sonra Elşən oradan çıxıb getmiş, ertəsi gün onlar yenidən həmin restoranda olan zaman Elşən də restorana gəlmiş və Elşəni yaxınlıqda yerləşən notariusa aparmağı xahiş etmişdir. Oda onları notariusa aparmış və Elşən, oğlu Əhmədin şəxsiyyət vəsiqəsinin surətini notarial qaydada təsdiq edərək onu Raminə vermişdir. Onlar yenidən həmin restorana qayıtmış və Ramin ona Elşən ilə şəxsi söhbəti olduğu üçün avtomobildən düşməyini xahiş etmişdir. O, avtomobildən düşdükdən sonra Elşənin Raminə pul verdiyini görmüşdür. Elşən pulu verdikdən sonra çıxıb getmiş o, isə Ramindən Elşəndən nə üçün pul aldığını soruşduqda Elşənin oğlu Əhmədə məxsus sənədi TSEK-dən götürməkdə köməklik göstərəcəyini bildirmişdir. Təxminən 15-20 gün sonra onun istifadəsində olan işlətdiyi ***-***-**-** saylı mobil telefonuna zəng edərək adının Elşən olduğunu və Ramini axtardığını bildirərək Raminə 1.500 manat pul verdiyini və Raminin həmin pulu ona verdiyini bildirmişdir. O, ondan pulu Raminə nə üçün, nə səbəbə və məqsədə verdiyini soruşduqda Elşən bildirmişdir ki, Hikmət adlı tanışına əlillik dərəcəsinin verilməsinə köməklik göstərməsi müqabilində pul verdiyini demişdir. O, həmin vaxt Ramindən, pulu mənə verib-vermədiyini soruşmuş Ramin pulun özündə olduğunu demiş və bundan sonra telefonunu söndürmüşdür. Bir neçə gündən sonra Elşən ona zəng edərək Raminin əlillik dərəcəsi verilməsində köməklik göstərəcəyi Hikmət Əbdurrəhimova kömək etmədiyini və həmin şəxsə əlillik dərəcəsinin verilməsinə köməklik göstərməyini ondan xahiş etmişdir. Oda ona qeyd olunan məsələyə köməklik göstərəcəyini vəd edərək 3.500 manat pul tələb etmişdir. Elşən onunla razılaşaraq ilkin olaraq ona göndərdiyi kart hesabına 2.295 manat pul köçürtdüyünü və daha sonra onunla Tibbi Sosial Ekspertiza Komissiyasının yaxınlığında görüşərək 500 manat vermişdir. O, ondan pulu aldıqdan sonra Hikmət Əbdurrəhimova yaxın günlərdə əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd vermişdir. O, Elşəndən pulu alan zaman niyyəti onun tanışına heç bir köməklik göstərmək niyyəti olmamışdır və əslində fikri ona qarşı dələduzluq etmək olmuşdur. Ondan aldığı pulu hal hazıradək geri qaytarmamış və onun tanışı Hikmət Əbdurrəhimova əlillik dərəcəsinin təyin olunmasına köməklik göstərməmişdir. Şahid1 inandırmaq məqsədi ilə ona qarşı dələduzluq etmək üçün Tibbi Sosial Ekpertiza Komissiyasında tanışının çalışdığını və onun vasitəsilə köməklik göstərəcəyi barədə dediklərini düz deməmişdir onun orada heç bir tanışı yoxdur. Zərərçəkmiş şəxs1 ləğv edilmiş əlillik dərəcəsinin bərpa olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verərək ondan 3.500 manat pul tələb etmiş və həmin pulun 1.400 manatını kart hesabıma köçürüb, 600 manatını isə nağd şəkildə yəni ümumilikdə 2.000 manat almışdır. Zərərçəkmiş şəxs1 pulu alan zaman ona heç bir köməklik göstərmək niyyəti olmayıb fikri ona qarşı dələduzluq etmək olmuşdur. Həmin pulun 500 manatını Zərərçəkmiş şəxs1 onun tapşırığına əsasən Təqsirləndirilən şəxs2 kart vasitəsi ilə hesabına köçürtdüyünü bildirmişdir. 4169 7385 4001 7849 saylı pul kartı Kapital bankdan almış və öz adınadır ona məxsusdur. Həmin kartı onlara göndərməkdə məqsədi o olmuşdur ki, onlar həmin karta pul yollasınlar və yollamışlarda. Həmin kartdan oda Ramində istifadə etmişlər. Belə ki, ona da pul göndərmək istəyənlər həmin karta pul göndərib oda götürüb almışdır. Təqsirləndirilən şəxs2 ilə birlikdə Şahid1 tanışları Zərərçəkmiş şəxs2 oğlu X2, xəstəliyi ilə əlaqədar olaraq əlillik dərəcəsi təyin edilməsinə köməklik göstərəcəyinə söz verərək Şahid1 vasitəsi ilə 6.300 manat, Zərərçəkmiş şəxs4 xəstəliyi ilə bağlı əlillik dərəcəsinin təyin edilməsi üçün Şahid1 Nağalı oğlunun vasitəsi ilə 4.800 manat, Zərərçəkmiş şəxs1 xəstəliyi ilə bağlı əlillik dərəcəsini bərpa olunması üçün Zərərçəkmiş şəxs1 3.000 manat və Zərərçəkmiş şəxs3 xəstəliyi ilə bağlı əlillik dərəcəsinin təyin edilməsinə ğörə 6.800 manat məbləğində pul almışdır. Həmin şəxslərə əlilik dərəcəsi düzəltməkdən ötrü və əlliklərini bərpa etmək üçün Elşən vasitəsi ilə və özlərindən pul almışlar, amma kimdən nə qədər dəqiq nə vaxt almışdır yadına gəlmir, çalışacaq onların pullarını qaytarsın. Sadəcə olaraq pula ehtiyacı olduğu üçün o bu əməlləri törətmiş və sonradan pulu olduqda həmin şəxslərin pulunu ödəyəcəkdir. O, etdiyi hərəkətlərinə görə peşmandır, gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Gülçöhrə Əbdürrəhimova onun həyat yoldaşı, Əbdürrəhimov Hikmət isə oğludur, oğlu Hikmət 2-ci Qarabağ müharibəsi iştirakçısıdır və müharibədə ayaq nahiyyəsindən ağır qəlpə yarası almasına baxmayaraq ona əlillik dərəcəsi verilməmişdir. Bununla bağlı dəfələrlə Əlilliyin bərpa mərkəzində müraciət etmiş və olmuşdur, lakin hər dəfə imtina cavabı verilmişdir. Eşitmişdir ki, Şəkinin Çayqaraqoyunlu kənd sakini Elşənin oğlu da müharibədə iştirak edib və oğlu yaralandığına görə pensiya alır. Elşənin onlara kömək edəcəyini fikirləşərək Elşənlə, hərdənbir gəlib oğlu Hikmətə arada baxan tanışı Fatma evlərində olarkən oğluna təkrarən imtina cavabının gəlməsini biləndə Fatma ona Bakıda yaşayan Elşən adlı həmkəndlisinin olduğunu və həmin Elşən adlı şəxsin oğlunun əlillik məsələsini həll edə biləcəyini, yəni oğluna əlillik dərəcəsinin verilməsi üçün köməklik edə biləcəyini ona məsləhət görmüş oda də Fatmadan Şahid1 nömrəsini almışdır. Fatma ilk öncə özü Elşənlə telefon əlaqəsi saxlayaraq tanışlıq verib, Elşənə onun zəng edəcəyini bildirmişdir. Fatma danışandan sonra o Elşənə zəng edib oğlunun əlillik işinin həll olunması ilə bağlı söhbət etmiş, ona oğlu Hikmətə təqaüd almaqda köməklik üçün onlarla aidiyyəti orqanlara getməyi xahiş etmişdir. Elşən də onlara nə vaxt Bakı şəhərinə gəldikdə onlarla istədiyi yerə gedə biləçəyini bildirmişdir. Həmin vaxt o oğlu Hikmətlə və tanışı Fatma ilə Bakı şəhərinə gəlmiş Elşənlə görüşmüş və onunla birlikdə Əlillərin bərpa mərkəzinə, oradan da birlikdə Travmotologiya institutuna getmişlər. Lakin yenədə oğlu Hikimətin xəstəliyi barədə bir xəbər olmamışdır. Bir müddət sonra Elşən onunla əlaqə saxlamış və oğlu Hikməti təqaüdə çıxartmaq üçün pul lazım olduğunu bildirmişdir. Oda ondan nə qədər pul lazım olduğunu soruşduqda Elşən ona maraqlanıb deyəcəyini demişdir. Həmin vaxt Elşən ona zəng edib oğlunun təqaüdə çıxması üçün 6.500 manat pul lazım olduğunu demişdir. Oda Elşənə həmin pulun çox olduğunu dedikdə Elşən yenə maraqlanıb bir söz deyəcəyini bildirmişdir. Sonra Elşən yenidan ona zəng edib 5.500 manata işi həll edə biləçəyini demiş, oda onunla razılaşıb 5.500 manat pul tapıb Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisində pulu Elşənin qardaşı Zaura vermiş oda aparıb qardaşı Elşənə çatdırmaşdır. O, Elşənə pulu verdikdən sonra aradan bir ay vaxt keçmiş, lakin Elşəndən bir xəbər çıxmadığından, Elşənə zəng edib işlə maraqlanmış Elşən ona pulu Kamran adlı şəxsə verdiyini, həmin işi onun həll edəçəyini demişdir. Həmin vaxt Elşən ona Kamranın mobil nömrəsini vermiş və ona onunla əlaqə saxlayıb işlə maraqlanmağı demişdir. Həmin vaxt o Kamrana zəng edib işlə maraqlandıqda Kamran ona işin bir neçə günə düzələcəyini bildirmişdir. Hətta həmin ərəfələr Kamran ona demişdir ki, oğlu Hikmətin sənədləri Şəki rayonuna göndərib oda gedib sənədləri götürməyi demiş, lakin Şəki şəhərinə gedib oğlunun sənədini orada tapa bilməmişdir. Bundan sonra Elşən ona zəng edib, oğlunun sənədinin düzəlməsi üçün Kamranın əlavə 800 manat pul istədiyini bildirmişi, oda həmin pulu, Elşənin adına olan Kapital Bank kartına 4169 7414 6458 1667 nömrəsinə yaşadığı Turan qəsəbəsində yerləşən «Al market»-də yerləşən «eManat» aparatı vasitəsilə göndərmiş, Elşən də həmin pulu alıb Kamrana vermişdir. Həmin pulu Kamrana verdikdən sonra da oğlunun sənədi ilə bağlı heç bir nəticə olmamışdır. Yekunda məcbur qalıb şikayət etmək qərarına gəlmişdir. Şikayətçidir, qanuni qərar verilməsini xahiş edir, dəymiş ziyanın ödənilməsini tələb edir, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Qarabağ döyüşlərində iştirak etmişdir, iştirak etdiyi zaman yaralanmış, yaralanmağı ilə bağlı əlilik almaqdan ötrü kəndçisi Elşənə 2022-ci ilin mart yanda telefonla müraciət etmiş, oda ona söz vermişdir ki, bu işdə ona kömək edəcək 2-ci qrup əlilik düzəldəcəkdir. Həmin vaxt o rayonda, Elşən isə Bakıda olmuşdur, həmin vaxt Elşən ona demişdir ki, sənədlərini gətirsin. O da 2 gündən sonra yaralanmağı ilə bağlı və müalicəsi barədə olan sənədləri götürüb Bakıya gətirmiş, Elşənə zəng edib onunla Masazırda görüşüb ona özü ilə gətirdiyi sənədləri təqdim etmişdir, Elşən sənədlərinə baxıb demişdir ki, çatışmayan sənədlərin var, düzüb qoşarıq. Sonra ona həmin vaxt Elşən bildirmişdir ki, bu işləri görməkdən ötrü birinci dəfə 3.000 manat vermək lazımdır, o da tapıb verəcəyini deyərək ayrılmışlır. Bir neçə gündən sonra yenidən Masazırda Elşənlə görüşmüş ona 3.000 manat vermiş, aradan 7-8 gün keçmiş Elşən ona zəng edib demişdir ki, bəs 1.500 manat da lazımdır, o 1.500 manat tapıb yenə də gətirib Elşənə zəng edib Papanin adlanan ərazidə görüşüb vermiş, daha sonra Elşən ona zəng elib, ona demişdir ki, bəs 300 manatda lazımdır, oda borc edib gəlib Bakıya Elşənlə Keşlədə görüşmüş 300 manat pulu ona vermişdir. Elşən ona əlilik dərəcəsini düzəltməkdən ötrü birinci dəfə 2022-ci ilin mart ayının axırlarında 3.000 manat Masazırda vermiş, bu pulu Elşənə verəndə Elşən ona demişdi ki, ona 8.000 manata 2 qrup əlilik düzəldəcəkdir, lakin o ona bildirmişdir ki, onun bu qədər pulu yoxdur, o bu pulu düzəldə bilməz, ikinci dəfə Elşənə 1.500 manat pulu yenədə 2022-ci ilin mart ayının axırlarında «Papanin» adlanan ərazidə Hərbi Qospitalın yanında vermiş, 3-cü dəfə 2022-ci ili aprel ayının 5-də Keşlə qəsəbəsində yerləşən Məcidin yanında 3.00 manat pulu vermişdir, hər dəfə Elşənə pul verəndə Elşənlə ikisi olmuşlar. O, ümumilikdə Elşənə 4.800 manat pul vermişdir, lakin Elşən ona əlilik dərəcəsini düzəltməmişdir. Elşənin deməsinə görə onu da kimsə aldatmışdır. Şikayətçidir, qanuni qərar verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 1998-ci ildən, 2007-ci ilə qədər, Müdafiyə Nazirliyində, gizir rütbəsində Yaşma qəsəbəsində yerləşən hərbi hissədə qulluq edərkən xəstələnmiş, xəstəliyi ilə bağlı ordudan təxris olunmuş və ona 2 qrup əlilik dərəcəsi verilmişdir. Həmin vaxtdan əlliyinə görə pensiya almışdır, lakin pensiyası 2021-ci ildə ləğv edilmişdir. O, əlillik dərəcəsinin bərpa olunması barədə 2022-ci ilin aprel ayında qonşusu Şahid1 ilə söhbət edərkən Elşən ona Tibbi Sosial Ekspertiza Komissiyasında çalışan və ona bu işdə köməklik göstərə biləcək Təqsirləndirilən şəxs1 adlı şəxsin olduğunu bildirmiş, onun əlaqə nömrəsini ona vermişdir. O, istifadəsində olan ***-***-**-** saylı telefondan Kamranın istifadəsində olan ***-***-**-** saylı nömrəsinə telefon açaraq nömrəni Elşəndən aldığını və onun əlillik dərəcəsinin bərpa olunmasında köməklik göstərməsini xahiş etmişdir. O, ona TSEK-də məsul vəzifədə çalışan şəxsin vasitəsilə əlillik dərəcəsinin bərpa olunacağına köməklik göstərəcəyini vəd edərək onunla görüşmək istədiyini bildirmişdir. Bundan sonra o, 12 aprel 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan dairəsi adlanan yerdə Kamran ilə görüşmüş, görüş zamanı Kamran ona əlillik dərəcəsinin bərpa olunmasında köməklik göstərəcəyini və TSEK-də məsul vəzifədə çalışan şəxsə verəcəyini bildirməklə bu işin müqabilində ondan 4.000 manat pul tələb etmişdir, lakin o ona maddi durumunun aşağı olduğu üçün 3.000 manat pul verəcəyini bildirmişdir. Kamran onunla razılaşandan sonra o həmin gün 1.100 manat pulu Kamranın özünə əlbəəl, 1.400 manatını onun ona göndərdiyi kart hesabına, 500 manatını isə Kamranın ona göndərdiyi Ramin adlı şəxsin kart hesabına göndərməsini demişdir. Oda Kamranın və Raminin kartına pul göndərməyi barədə qəbzləri Baş prokurorluğunda araşdırma aparılarkən təqdim edərək izahatına əlavə etmişlər. Kamran pulları aldıqdan sonra 2022-ci ilin may ayında əlillik dərəcəsinin bərpa olunacağını bildirmişdir. Bir müddət sonra o əlillik dərəcəsinin bərpa olunmadığını gördüyü üçün mütəmadi olaraq Kamrana zənglər etməyə başlamış lakin o, hər dəfə müxtəlif bəhanələr gətirərək əlillik dərəcəsinin bərpa olunacağına dair ona yalan vədlər vermiş, lakin halhazıradək əlillik dərəcəsi bərpa olunmamış və Kamran ondan aldığı 3.0 manat pulu geri qaytarmamışdır. Şikayətçidir, qanuni qərar verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 27 senyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsindən müharibədə iştirak etmək üçün çağrılmışdır. Şəmkir rayonunda yerləşən hərbi hissədə təlim keçdikdən sonra ilk olaraq Cəbrayıl, Fizuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 07 noyabr 2020ci il tarixdə Xocavənd istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan güllə nəticəsində ayağından yaralanmış və güllə qarın nahiyyəsinə keçdiyinə görə qarın nahiyyəsindən 3 (üç) dəfə əməliyyat olunmuşdur. Ona əlillik dərəcəsi təyin olunması üçün xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də də xx.xx.2022-ci il tarixdə ona əlillik əlaməti təyin edilməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. 2022-ci ilin aprel ayında döyüş yoldaşı Əlibala Babeyevin vasitəsi ilə tanıdığı Şahid1 Nağıdalı oğlu ona əlillik dərəcəsi təyin olunmasına köməklik edəcəyini bildirmişdir. Onun işi 2 ay müddətində həl edəcəyini bildirərək 18 aprel 2022-ci il tarixdə ondan 6.800 (altı min səkkiz yüz) manat pul almışdır. O, həmin pul vəsatinin 6.500 manatını Bakı şəhərində dəqiq xatrlamadığı ünvanda şəxsən Şahid1 özünə, 300 manatını isə Şahid1 ona göndərdiyi pul kart hesabına göndərmişdir. Şahid1 ona 2 ay müddətində işini həll edəcəyinə söz versə də ona pul verdiyi vaxtdan 4 ay keçməsinə baxmayaraq onun işini həll etməmiş və onun ona verdiyi 6.800 (altı min səkkiz yüz) manat pulu geri qaytarmamışdır. Həmin vaxt Elşən ona kimin vasitəsi ilə ona əllilik dərəcəsini düzəldəcəyini bildirmişdir, lakin sonradan Elşənin deməsinə görə onu da Kamran və Ramin adlı şəxslər aldadıblar, həmin şəxslərin barəsində onun heç bir məlumatı yoxdur. Şikayətçidir, qanuni qərar verilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 elan olunmuş ifadəsindən görünür ki, 2022-ci ilin aprel ayında təsadüfən Velotrek ticarət mərkəzindən çıxarkən bir nəfər şəxsin əlində sənədlər olduğunu görüb onu tanışına oxadaraq yaxınlaşıb həmin sənədlərin nə olduğunu soruşduqda o Ramin adlı dostuna məxsus olmasını və onun nazirlikdə qohumu işlədiyini və pensiya sənədləri düzəltdiyini demişdir və özünün də qohumlarından birinin sənədini düzəltdiyini və ikinci sənədi də ona düzəltməyə verdiyini bildirmişdir. Oda həmin zaman ona pensiyasına stop qoyulduğunu demişdir. O da ona Ramin adlı dostunun olduğunu onun pensiyaların verilməsi (vitek) yerində işlədiyini və qohumununda nazirlikdə işlədiyini, bu işdə də ona ancaq onun kömək edə biləcəyini bildirmişdir. Həmin zaman o Ramin adlı şəxslə danışaraq onun məsələsini ona danışmış və mobil nömrəsini ona vermişdir. Həmin gün axşam Ramin ona zəng edərək sənədlərini götürməyini və səhərisi gün yəni, 2022-ci ilin aprel ayının 22-si səhər saatlarında Şamaxinka adlanan ərazidə görüşməyini ona bildirmiş və əlillik təqaüdünün bərpa etmək üçün ondan 3.000 manat pul istəmiş və o ona 3.0 manata imkanın olmadığı üçün verə bilməyəcəyini bildirmiş, lakin o 2.000 manat pul borc götürərək hörmət kimi verə biləcəyini və sənədinin bərpa olunacağından sonra da yenə də bacı kimi hörmət edəcəyini ona bildirmiş, ancaq onun 60 yaşının olduğunu və xəstə olduğunu dərmanla yaşadığını ona deyərək xahiş etmişdir ki, onu aldatmasın. Aprel ayının 22-si səhər saatlarında Şamaxinka adlanan ərazidə Raminlə görüşmüş və həmin vaxt artıq 200 manat borc pul tapdığı və sənədləri üzərində olmuşdur. Ramin orada onun əlliklik təqaüdünün bərpa edilməsi ilə bağlı 4 gün ərzində adının sistemə oturacağını və 16 gün ərzində kartının salaraq pensiyanı rahatlıqla ala biləcəyini ona bildirmişdir. Onun narahat olmamağını yüz faiz arxayın olmağını və bu işin həll olunacağını ona demişdir. Bu işin müqabilində Ramin ondan orada tibbi sənədlərini və 2.000 manat pulunu almış və üzərindən bir neçə gün keçdikdən sonra sistemdə adının olmadığını öyrənmiş və sonradan Elnurla da əlaqə saxlayaraq onu niyə aldatdığını bildirmiş o isə narahat olmamağını və düzələcəyini bildirmişdir. Raminə dəfərlərlə zəng etmiş lakin heç bir nəticə olmamış, aradan bir neçə ay keçdikdən sonra da zəng etdikdə guya ki, işin hazır olduğunu və kartını salaraq rahat pulunu çıxara biləcəyini ona bildirmiş amma yalan demişdir və heç bir pul da karta oturmamışdır. Ramin hər həftə ona səslər ataraq tibbi sənədini təsdiq etdiyini və allah xeyir versin deyərək onu aldatmışdır. O, Elnurla elə 2022-ci ilin aprel ayında, təsadüfən Velotrek ticarət mərkəzindən çıxarkən tanış olmuş, onu əvvəllər tanımamışdır. Onu tanışına oxşatdığına görə yaxınlaşmış və söhbət əsnasında pensiyasının kəsilməsi barədə ona danışmış, oda onu Raminlə tanış etmişdir. O, Elnurla həmin vaxt tanış olanda ona öz telefon nömrəsini, Elnurda öz telefon nömrəsini ona vermiş onlar zəngləşəndən sonra Ramin ona zəng edib və onunla danışaraq sonra Raminlə ikisi görüşmüş, puluda Raminə özü vermiş, pulu Raminə verərkən yanlarında heç kəs olmamışdır. Elnur onu Raminlə tanış edərkən ondan heç bir şey istəməmişdir və oda ona heç bir şey verməmişdir. Artıq görmüşdür ki, Ramin onun təqaüd məsələsini aldadır düzəltmir oda bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və Nəsimi rayon polis idarəsində ondan ərizə alınaraq araşdırma aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Şahid1 ifadəsində göstərmişdir ki, oğlu X7 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş və kəllə beyin travması almış, hazırda 2-ci qrup əlildir və səhhətində baş verən problemlər ilə əlaqədar olaraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə getməyə və həmçinin istintaqa gəlmək iqtidarında deyildir. 2022-ci ilin fevral ayında həmkəndlisi Nemət Əbdurrəhimov ona zəng edərək övladı Zərərçəkmiş şəxs2 qazi olduğu üçün onu əyani müayinədən keçirməkdən ötrü Bakı şəhərinə Tibbi Sosial Ekspertiza Komissiyasına çağrıldığını bildirərək onunda onunla birlikdə ora getməyini xahiş etmişdir. Nemət övladı Hikmət Əbdurrəhimov ilə birlikdə Bakı şəhərinə gəlmiş və oda onunla görüşərək Tibbi Sosial Ekspertiza Komissiyasına getmişlər. Orada Hikmət əyani müayinə olunduqdan sonra onu Travmatalogiya İnstitutuna göndərmişlər. Onlar birlikdə ora gedərək müayinədən keçmiş və onlara verilən sənədi Tibbi Sosial Ekspertiza Komissiyasına təqdim etmişlər. Onlar Tibbi Sosial Ekspertiza Komissiyasından çıxan zaman binanın qarşısında təsadüfən əvvəlcədən tanıdığı Ramin adlı şəxsi görmüş və onunla görüşmüşlər. Görüş zamanı Ramin ona TSEKə gəlmə səbəbini soruşduqda o ona həmyerlisinin övladına əlillik dərəcəsinin verilməsi üçün gəldiklərini, lakin müəyyən problemlər olduğu üçün əlillik dərəcəsinin verilmədiyini bildirmişdir. Ramin ona dayısının TSEK-də çalışdığını, bu işdə ona köməklik göstərəcəyini və ona ömürlük 3-cü qrup əlillik düzəldə biləcəyini və bu işin müqabilində 6.500 manat pul alacağını bildirmişdir. Oda bundan sonra Nemət ilə telefon əlaqəsi saxlamış və Raminin ona etdiyi təklifi Nemətə danışmış, Nemət də ona pulun çox olduğunu, bir az aşağı eləməyi bildirmiş, Ramin ilə danışıb xəbər edəcəyini demişdir. Ramin ilə telefon əlaqəsi saxlamış və Ramin ona 1.000 manat aşağı edəcəyini bildirmişdir. O, yenidən Nemət ilə danışıb Raminin bu işi 5.500 manata həll edəcəyini demişdir. Bundan sonra Nemət 5.500 manat pulu düzəldib onunla əlaqə saxlamış, həmin ərəfədə qardaşı Zaur kənddə olduğundan ona pulu qardaşına verməyi bildirmiş, Nemət də 5.500 manat pulu qardaşı ilə ona göndərmişdir. O, həmin pulu evdə saxlamış Raminə bildirmişdir ki, sənəd düzəlmədən pul verməyəçəkdir. Bir müddət sonra Ramin ona zəng edib, sənəd üçün 1.500 manat pul lazım olduğunu bildirmiş, Ramin ilə Əlillərin bərpa mərkəzinin qarşısında Raminin gəldiyi maşında görüşüb həmin vaxt Raminin yanında Kamran adlı şəxs də olmuşdur. Ramin onu Kamranla tanış edib demişdir bu işi birlikdə həll edəcəklər. Həmin vaxt o orada Raminə 1.500 manat pul vermişdir. Bundan bir müddət keçəndən sonra Kamran onunla əlaqə saxlayıb və işin düzəlməyi üçün 2.000 manat da verməli olduğunu demişdir. O da Kamranın atdığı karta million aparatı vasitəsilə 2.000 manat pul göndərmiş, bir müddət sonra Kamran ondan yenidən 500 manat pul istəmiş və onun kartına həmin pulu vurmuş. Sonra Kamran ona bildirmişdir ki, karta pul vurma, birdən yoxlayıb bilərlər, işin zibili çıxar. Bundan sonra o Kamran ilə görüşüb ona 600 manat bir, 900 manat bir əlbəəl pul vermişdir. Sonra Kamran ona işin alınması üçün 800 manat da pul lazım olduğunu demiş, o da Nemətə zəng vurub demiş, Nemət də onun kartına 800 manat pul vurmuş, o da həmin pulu Kamranın kartına vurmuşdur. O, Kamrana pulu verdikdən sonra görmüşdür ki, Kamran hər gün onu müxtəlif bəhanələr ilə aldadır. Sonda məcbur qalıb Kamran və Ramin barəsində Korrupsiyaya qarşı mübarizə idarəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs2 qardaşı Zaur vasitəsi ilə ona 5.500 manat əlbəəl və 800 manatı isə onun özünə məxsus pul kartına atmaqla göndərmişdir. Ümumilikdə Nemət ona 6.300 manat pul göndərmişdir. Həmin puldan 1.500 manatını vermişdir Raminə Əlillərin bərpa mərkəzinin qarşısında Kamranın yanında Kamranın maşınında, qalan 500 manat pulu Respublika Yol polisini keçəndən sonra yolun kənarında yerləşən «Neptun» marketdə yerləşən «e Manat» vasitəsi ilə 2022-ci ilin aprel ayının ortalarında Kamrana göndərmiş, 800 manat pulu da həmin yerdən 05 may 2022-ci il tarixdə Kamrana göndərmiş, 2.000 manat pulu isə Türk səfirliyini keçəndən sonra yolun sağ hissəsində yerləşən marketin qarşısında olan «eManatdan» 18 aprel 2022-ci il tarixdə Kamrana göndərmiş, əlbə əl isə Kamrana 700, 300 manat pulu 2022-ci ilin fevral ayının sonu, mart ayının əvvəllərində Tibbi Sosial Ekspert Komissiyası qarşısında ikisi bir yerdə olanda, 6.500 manatı isə 2022-ci ilin may ayının ortalarında Abşeron rayonu, Xırdalan dairəsində ikisi olanda vermişdir. Göstərdiyi bu pulları o Kamrana məxsus qara rəngli, «Xəzər» markalı maşının salonunda olanda vermişdir. O, «eManat» vasitəsi ilə Kamrana göndərdiyi 800 və 200 manat pulun göndərmə qəbzini araşdırma zamanı təqdim etmiş, 500 manatın isə göndərdiyi qəbzi itirmişdir. Raminə isə 1.500 manat pul əlbəəl vermiş, 2022-ci ilin fevral ayının ortalarında Tibbi Sosial Ekspert Komissiyasının qarşısında Kamrana məxsus qara rəngli «Xəzər» markalı maşının sabununda orada o, Ramin və Kamran olmuşlar Raminə vermişdir. Raminə və Kamrana pul verdiyi yerlərin ünvanını dəqiq bilməsədə amma yerlərini göstərmişdir. Ola bilsin Kamrana və ya Raminə verdiyi pulların sayını, bəzi tarixləri və ya yerləri dəqiq göstərməsədə, amma istintaq dövründə verdiyi pulların yerlərini tam dəqiqliyi ilə göstərmişdir. Onlara «eManatla» göndərdiyi pulları Kamran və ya Ramin dediyi qaydada Kamranın adına olan Kapital bank kartına göndərmiş, göndərdiyi pulları təqdim etdiyi qəbzlər diskdə olmaqla və qəbzləri istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs4 verdiyi 4.800 manatını Kamrana əlbə əl Əlillərin bərpası mərkəzinin qarşısında Kamranla ikisi olanda maşınında Əlibalaya əlillik dərəcəsi düzəltməkdən ötrü, Zərərçəkmiş şəxs3 verdiyi 6.500 manat pulu Kamrana əlbə əl Abşeron rayonu, Xırdalan dairəsində ikisi olanda Kamranın maşınında İlyara əlillik dərəcəsi düzəltməkdən ötrü vermişdir. Qonşusu Zərərçəkmiş şəxs1 ilə söhbət əsnasında ona verilmiş əlillik dərəcəsinin ləğv edildiyini və yenidən bərpa etdirmək istədiyini bildirmişdir. O, ona Kamranın əlaqə nömrəsini verərək onun adından danışmasını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 Kamran ilə danışaraq görüşmüş və ona 1.100 manat nağd şəkildə, 1.400 manatını Kamranın kart hesabına və 500 manatını isə Raminin kart hesabına göndərmiş, onada halhazıradək əlillik dərəcəsi təyin edilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona bildirmişlər ki, onlara bu işdə köməklik edən TSEK-də işləyən Kamranın tanışı ondan əlillik dərəcələri təyin olunacaq və əlilik dərəcəsini bərpa etmək istədiyi şəxslərin sənədlərini istəməsi və TSEK-də hansısa şəxsə pul verəcəyi barədə pul tələb etməsi haqqda səs yazısı vardır, həmin səs yazısını araşdırma zamanı Baş prokurorluğda araşdırma aparılarkən təqdim etmişdir. Onun bu işdə heç bir maraqı, qazancı olmamışdır, sadəcə oğluda Qarabağ qazisidir, ağır xəstədir oğlunu tanıyırlar niyyəti, məqsədi onlara köməklik etmək olmuşdur, lakin onu aldatmışlar. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi ev 12 «a»-da qeydiyyatda olmaqla yaşayır və həmçinin Şəki rayonu, Çayqaraqoyunlu kəndindədə yaşayır. Şahid1 onun qardaşıdır, o ailəsi ilə birlikdə Bakı şəhərində olur. 2022-ci ilin sonlarında rayonda olarkən, ayı və tarixi dəqiq yadında deyil qardaşı Elşən ona zəng edib demişdir ki, bəs rayonda sənə Nemət adında adam pul verəcək götürüb gətirib mənə verərsən. Oda qardaşı Elşənin dediyi Nemət adlı şəxslə Şəki şəhərinin girəcəyində «Ala qapı» adlanan dairənin yaxınlığında yanındada bir cavan oğlan, ona məxsus idarə etdiyi, Mersedes markalı, **-HG- *** nömrə nişanlı maşınına yaxınlışıb maşından düşüb onunla görüşüb çöldə ayaq üstə çıxarıb 5.500 manat pulu sayıb ona vermiş, demişdir ki, bu pulu qardaşın Elşənə çatdırarsan. Oda pulu ondan alandan sonra yenidən pulu sayıb 5.500 manatı götürüb onunla sağollaşıb ayrılmışdır. Həmin vaxt pulu götürəndən sonra həmin adamın yanında qardaşı Elşənə zəng edib demişdir ki, pulu götürmüşəm, Elşəndə ona demişdir sag ol, oldu, gətirib Bakıya verərsən mənə. Oda hardasa 3 saatdan sonra Bakıya gəlmiş Elşənin yaşadığı Biləcəridəki evinə, həmin 5.500 manat pulu sayıb ona vermiş, oda pulu sayıb ondan götürmüş və çıxıb getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs2 tanıyır, belə ki, o da İmişli rayonundandır, münasibətləri normaldır. Ramin nə işlə konkret olaraq məşqul olmasını dəqiq bilmir, amma pensiya düzəltməsi ilə məşqul olmasını bilirmiş. Zərərçəkmiş şəxs5 tanyır, onunla bu ilin aprel ayının axırlarında Əlillərin Ekspertizası və bərpa mərkəzinə sənəd apardığı zaman, orada Aidə ona yaxınlaşıb demişdir ki, əlindəki anketin surətini ona versin və ya haradan əldə etdiyini desin. O, isə ona demişdir ki, verə bilməz, lakin Aidə ondan çox xahiş etmişdi ki, bəs onun pensiyasını kəsiblər onu bərpa etmək istəyir, onun xahişini yerinə yetirim, amma o ona sənədin surətini verməmiş və neçə əldə etdiyini deməmiş, o maşina oturanda Aidə ondan əl çəkməmiş, o Raminin bu işlə məşqul olmasını bildiyinə görə Aidəyə Raminin telefon nömrəsini vermişdir. Daha sonradan Aidənin işi neçə olmuşdur xəbəri olmamışdır. Aradan təqribən 2 ay kesmiş, Aidə ona zəng edib demişdi ki, Ramin onun pensiyasını düzəltməyə söz versədə, amma bu günə kimi düzəltməmişdir, nədənsə yubanır. Ona həmin vaxt məlum olmuşdu ki, Ramin Aidəyə pensiyasını bərpa etməkdən otrü ondan 2000manat pul almışdır. Aidənin zəngindən sonra o Raminlə telefon əlaqəsini saxlamış, Ramin ona demişdi ki, həll olunacaq, lakin Ramin Aidənin pensiyasını bərpa etməmiş, ondan aldığı pulu mənimsəmişdir. Aidədə polisə bu barədə müraciət etmişdir. Aidənin pensiyasının bərpası ilə Raminə xahiş etməyinə görə heç bir marağı olmamışdır, həmçinin Ramində ona heç bir şey verməmişdir, həmin vaxt o sadəcə olaraq Aidəyə köməklik etmək istəmişdir. O, Təqsirləndirilən şəxs1 Heydər oğlunu bir yerli kimi tanıyır, oda İmişli rayonudandır, münasibətləri pis deyil, Kamran nə işlə konkret olaraq məşğul olduğunu bilmir. Həmişə onu Raminlə bir yerdə görmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2. və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentisiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssəsində cəza çəkir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 01 iyun 2023-cü il tarixli hökmünə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilmiş, Təqsirləndirilən şəxs2 Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsilə bəraət verilmiş, həmin hökmdən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilmiş, onun üzərində yalnız Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrilə təyin olunmuş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması hökm edilmişdir. İş üzrə maddi sübut Şahid1, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə «VATÇAP» danışıqları və səs yazıları olan üzərində “Verbatin” sözləri yazımış CD-R formatlı 1 (bir) ədəd disk məhkəmə istintaqında dinlənilmiş və tədqiq edilmişdir. «11» oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və olduqları yer müəyyən edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. «21» oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Qasımov X5 RPİ-nin əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim etmişlər. Cinayət işi üzrə bir sıra istintaq hərəkətlərinin həyata keçirilməsi zərurəti yarandığından «21» oktyabr 2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. «11» oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2. və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələri barədə çıxarılmış qərar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 «22» oktyabr 2022-ci ildə elan olunmuş və həmin tarixdə Abşeron rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində Abşeron rayon məhkəməsi tərəfindən «həbs qətimkan» tədbiri seçilmişdir. Məhkəmə istintaqında yayındığından Goranboy rayon məhkəməsinin 16.08. 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Heydər oğlu barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə tutularaq Goranboy rayon Polis Şöbəsi MSY-nə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsi onların qismən etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, iş üzrə maddi sübut olan diskdə olan səs yazıları istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə qismən təqsirli bilməməsi ilə bağlı ifadələrini inandırıcı hesab etmir və özünümüdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Nəzrin Qasımova adlı 1 yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü Hüseyn Heydarlı və xx.xx.2015-ci il təvəllüdlü Heydər Heydarlı adlı 2 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi, onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğlunun 21 oktyabr 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldıqları 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı hökmü elan olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri isə ləğv edilməli, Goranboy rayon məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, residiv olmasa da əvvəllər məhkum olunmasını və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət əməlini törətməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Qasımov X4 Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 21 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Mülki iddianı müzakirə edən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 6300 manat ziyan və 83 manat dövlət rüsumu iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə tutulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası təyin edilmiş cəzalara münasibətdə Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə maddi sübut “Verbatin” CD-R formatlı disk iş materiallarında saxlanılmalıdır. Aşagıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 6300 manat ziyan və 83 manat dövlət rüsumunun pulun tutulub ona verilməsi barədə mülki iddia ərizəsi vermişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmədə mülki cavabdehin hüquqazidd hərəkətləri nəticəsində mülki iddiaçıya maddi ziyan vurulması sübuta yetirilmişdir. Mülki iddianı müzakirə edən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 6300 manat ziyan və 83 manat dövlət rüsumu iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə tutulmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat, Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs2 qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində, saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilsin, Goranboy rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut “Verbatin” CD-R farmatlı disk iş materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 6300 manat ziyan və 83 manat dövlət rüsumu iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə tutulsun. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat, Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar