Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-280/2024 25.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “X3” QSC-də operator işləyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşma yaşayış massivi, Ulduz bağları, 523 nömrəli bağ evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Sumqayıt-Bakı magistral yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində vətəndaşların gur toplaşdığı yerdə idarə etdiyi “Hyundai Elantra” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Ford” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi avtomobilin qarşısına keçməsinə görə avtomobilləri saxlayıb yerə düşdükdən sonra heç bir əsaslı səbəb olmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etməklə, zərərçəkmiş şəxsə zərərçəkmiş şəxsə qarşı kobud irad bildirib, zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətləri etməklə xuliqanlıq niyyəti ilə təpiklə Zərərçəkmiş şəxs sol ayaq nahiyəsindən bir dəfə vuraraq sonuncuya sol bud sümüyünün burmalaraltı qapalı yerdəyişən sınığından ibarət zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaqla qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə atası Şahid1 ilə birlikdə onun idarə etdiyi **-MA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı avtomobildə Sumqayıt Bakı magistral yolu ilə Bakı şəhəri istiqamətində doğru getmişlər. Həmin tarixdə saat təxminən 10 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində Bakı şəhəri istiqamətində hərəkət edərkən “Ceyran” abidəsinin yaxınlığında hərəkətdə olan zaman anidən onlardan qarşı tərəfdə hərəkətdə olan ağ rəngli “Ford” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən onların qarşısına keçmiş və onları sıxmağa başlamışdır. Bununla da həmin “Ford” markalı avtomobil qəza şəraiti yaratmışdır. Bu zaman o, avtomobilin uzaq vuran işıqları ilə həmin şəxsə xəbərdarlıq etsə də sonuncu hərəkətinə davam etmişdir. Həmin avtomobilin onu sıxdığını görüb siqnal verməyə başlamışdır. Həmin avtomobilin sürücüsünün qarşıda dayanacaqda avtomobilini kənarda saxladığını gördükdə o da öz avtomobilini kənarda saxlamış və aşağı düşərək həmin avtomobilə yaxınlaşmışdır. Həmin vaxt atası Şahid1 qabaq oturacaqdan sözü gedən sürücüyə irad bildirərək qəza şəraiti yaratdığını və bədbəxt hadisə baş verə biləcəyini demişdir. Bu zaman həmin şəxs atasından üzr istəsə də onunla danışmaqdan imtina etmişdir. Həmin şəxs ona uşaq olduğunu və ondan üzr istəməyəcəyini bildirmişdir. O, bundan sonra əsəbləşərək araşdırma müddətində adını öyrəndiyi sürücü Zərərçəkmiş şəxs bir daha bu cür qayda pozuntusuna yol verməməsini məsləhət görüb sinəsindən əli ilə bir dəfə itələmişdir. Bu zaman Eşqin müvazinətini itirib yerə yıxılmışdır. Bildirmişdir ki, o, Eşqini vurmamış, sadəcə olaraq əli ilə bir dəfə itələmişdir. Eşqin yerə yıxıldıqdan sonra o, mübahisə yaranacağını başa düşüb avtomobilinə tərəf getmiş və atası həmin zaman onun bu hərəkətinə görə Eşqindən üzr istəyərək geri qayıtmışdır. Onlar bundan sonra öz avtomobilləri ilə həmin yeri tərk etmişlər. Onlar avtomobillə uzaqlaşan zaman Eşqin ayağa qalxaraq öz avtomobilinə tərəf getdiyini görmüşdür. O, həmin hadisə zamanı Eşqinin xəsarət aldığını görməmişdir. Eşqinin xəsarət aldığı ona məlum olsa idi o, həmin yeri tərk etməz və Eşqinə köməklik edərmiş. Sonradan Zərərçəkmiş şəxs barəsində şikayət etdiyi ona məlum olmuşdur. Mübahisə zamanı o, və atası Eşqini döyməmişlər və Eşqinə xəsarət yetirməmişlər. Eşqini o, bir dəfə sinəsindən itələmişdir. Eşqinin ayağının sındığından onların xəbərləri olmamışdır. O, Eşqinlə mübahisə edən zaman atası Şahid1 onları sakitləşdirməyə çalışmış və mübahisə yaranmasının qarşısını almışdır. Onlar Eşqinlə mübahisə edən zaman ətrafda heç kim olmamışdır. Mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Eşqin mübahisə zamanı ona hər hansı bir xəsarət yetirməmişdir. Həmin zaman nə o, nə də ki, atası söyüş söyməmişlər və ictimai qaydanı pozmamışlar. Əlavə olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs xəsarət aldığını öyrənən zaman onu polis idarəsinə çağırmışlar. Zərərçəkmiş şəxs Sumqayıt Şəhəri Taravmatologiya xəstəxanasında müalicə aldığını öyrənən zaman o və atası Şahid1 Eşqinin yanına dəfələrlə getmişlər. Eşqin xəstəxanada yatan zaman bütün xəstəxana xərclərini ödəmişlər. Bundan əlavə o, Eşqinə digər maddi və mənəvi köməklik də göstərmişdir. Ümumilikdə o, Zərərçəkmiş şəxs 8700 manata yaxın pul vermiş, Eşqinin bütün xəstəxana xərclərini ödəmişdir. Zərərçəkmiş şəxs hər dəfə ondan müəyyən məbləğdə pul alaraq ondan şikayət etməyəcəyini bildirsə də bir müddət keçdikdən sonra Eşqin yenidən ondan şikayət edərək pul istəmişdir. Zərərçəkmiş şəxs o, Sumqayıt Travmatologiya xəstəxanasında 2500 manat pul vermiş, bundan başqa həmin xəstəxanada o, Zərərçəkmiş şəxs 4000 manat pul vermiş və o, Eşqinin 650 manat idarə etdiyi maşına görə olan arenda borcunu və 1500 manat isə əlavə pul vermişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs onu hər dəfə tutduracağını bildirmiş və onu görən zaman “səni qoymayacam çölə çıxasan sən ömrünün axırına kimi mənə baxmalısan” deyə ifadələr bildirmişdir. Zərərçəkənin məqsədi onlardan pul almaqdır. Ona görə də, məhkəmədən xahiş edir ki, barəsində ədalətli qərar qəbul olunsun. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 10 radələrində etibarnamə əsasında idarə etdiyi **-BG-*** dövlət qeydiyyat nişanlı, “Ford” markalı, mikroavtobusla Sumqayıt şəhəri istiqamətindən Bakı şəhəri istiqamətinə hərəkət etmişdir. Həmin zaman anidən diqqətsizlik edərək ondan arxada gələn **-MA-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı maşını görməmiş və sağ zolaqdan sol zolağa hərəkət etməyə başlamışdır. Bu zaman həmin avtomobilin sürücüsü, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs ona uzaq yanan işıqlarla və siqnalla xəbərdarlıq etmişdir. Bu zaman o, səhvini başa düşərək ilk öncə əli ilə Vüqara işarə edərək üzrxahlıq etmişdir. Daha sonra Abşeron rayonu, Ceyranbatan qəsəbəsinin çıxışında Bakı şəhəri istiqamətinə doğru sərnişin yığmaq məqsədi ilə idarə etdiyi mikroavtobusu saxlayıb aşağı enmişdir. O, Bakı şəhəri istiqamətində sərnişin toplaya toplaya gəldiyindən idarə etdiyi mikroavtobusun içərisi sərnişinlə dolu olmuşdur. Bu zaman yol istəyən və ondan arxada gələn həmin “Hunday Elantra” markalı avtomobilin sürücüsünün gəlib maşınını onun idarə etdiyi mikroavtobusun qarşısında saxladığını və yanına gəldiyini görmüşdür. Həmin idarə edən təxminən 25 yaşlarında cavan sürücü və həmin sürücünün yanında olan ortayaşlı kişi də aşağı enərək ona tərəf gəlmişdir. O, həmin şəxslərin adını araşdırma müddətində Təqsirləndirilən şəxs və Şahid1 olduğunu öyrənmişdir. Daha sonra avtomobildən ortayaşlı kişi yəni Təqsirləndirilən şəxs atası Şahid1 adlı şəxs düşmüşdür. O, həmin şəxsin ağsaqqal kişi olduğunu görüb həmin kişidən bayaq onların qarşısına keçən zaman görmədiyini bildirib üzrxahlıq etməyə başlamışdır. İnqilab onun üzrxahlıqlarına məhəl qoymayaq onu nalayiq ifadələrlə təhqir edərək ondan “get tez elə uşaqdan üzr istə məndən üzr istəmək lazım deyil” demişdir. O da İnqilaba onun oğlu Vüqarın ondan çox balaca olduğunu və ona görə də Vüqardan üzr istəməyəcəyini bildirərək “bu hələ uşaqdı, uşaqdan üzr istəmirəm” demişdir. Bu zaman İnqilabın oğlu Vüqar onun arxasına keçmiş və qəfildən sol ayağı ilə onun sol ayağının bud nahiyəsindən vurmuşdur. O, ayağında qəfildən dəhşətli küt ağrı və səs hiss etmişdir. Ağrının təsirindən o, sol tərəfi üstə yerə yıxılmışdır. Həmin zaman İnqilab Vüqarı sakitləşdirərək aparmış və onlar bundan sonra maşına əyləşib hadisə yerini tərk edib getmişdir. Ayaq nahiyəsində şiddətli ağrılar olduğundan o, yerdən qalxa bilməmişdir. İdarə etdiyi mikroavtobusun içərisindəki sərnişinlər avtobusdan düşüb onun başına toplaşmışlar. Bu zaman onun iş yoldaşı onunla birlikdə eyni marşrut üzrə hərəkət edən Teymur adlı dostu Ceyranbatan qəsəbəsi istiqamətində keçərkən ətrafda insanların toplaşdığını və onun idarə etdiyi mikroavtobusun orada olduğunu görüb öz avtomobilini saxlayaraq onun yanına gəlmişdir. Teymur onun xəsarət aldığını görüb ətrafda olan sərnişinlərin köməyi ilə onu öz idarə etdiyi “Ford” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yerləşdirmişdir. Daha sonra avtomobili sürərək onu Sumqayıt Travmatologiya xəstəxanasına aparmışdır. Teymurun idarə etdiyi “Ford” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Ceyranbatan qəsəbəsində qalmışdır. Xəstəxanada müayinə olunan zaman ona ayaq nahiyəsində bud sümüyünün iki yerdən sındığı məlum olmuşdur. Daha sonra onu xəstəxanada əməliyyat etmişlər. Bildirmişdir ki, hadisə zamanı Vüqar onu itələməmişdir. Vüqar sol ayağı ilə onun sol ayağının bud nahiyəsindən güclü təpik zərbəsi ilə vurmuşdur. Bundan başqa bildirmişdir ki, onlar mübahisə edən zaman onun idarə etdiyi mikroavtobusun içərisi sərnişinlə dolu olmuşdur. Onların mübahisələri təxminən 2-3 dəqiqə çəkmişdir. Mübahisə zamanı o, Vüqarı və onun atası İnqilabı vurmamış və onlara qarşı təhqiramiz ifadə işlətməmişdir. O, təqsirləndirilən şəxslə barışmadığını, onun müalicəsi üçün əlavə pul vəsaiti tələb oldunduğunu, ona görə də, təqsirləndirilən şəxsdən müalicəsinə lazım olan pul vəsaitinin ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Yaşma bağları, Ulduz bağları, 523 nömrəli bağ evində yaşayır. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs ilə birlikdə Vüqarın idarə etdiyi **-MA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı avtomobildə Sumqayıt- Bakı magistral yolu ilə Bakı şəhəri istiqamətində doğru hərəkət etmişlər. Həmin tarixdə saat təxminən 10 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində Bakı şəhəri istiqamətində hərəkət edərkən “Ceyran” abidəsinin yaxınlığında hərəkətdə olan zaman qarşılarında onlarla eyni istiqamətdə hərəkət edən “Ford” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən onların qarşılarına keçdiyini və onları sıxmağa başladığını görmüşdür. Bununla da həmin “Ford” markalı avtomobil onlara qəza şəraiti yaratmışdır. Bu zaman oğlu Vüqar avtomobilin uzaq vuran işıqları ilə “Ford” markalı avtomiobilin sürücüsünə xəbər etsə də həmin avtomobilin sürücüsü onlara məhəl qoymayaraq hərəkətinə davam etmişdir. Bu vaxt oğlu Vüqar həmin avtomobilin onları sıxdığını görüb siqnal verməyə başlamışdır. Biraz getdikdən sonra həmin avtomobilin sürücüsünün qarşıda dayanacaqda avtomobilini kənarda saxladığını gördükdə o, oğlu Vüqara avtomobili kənarda saxlamasını, həmin şəxsin kim olduğunu soruşacağını və onları niyə sıxdığını soruşacağını demişdir. Oğlu Vüqar avtomobili dayanacaqda saxlamışdır. Bu zaman həmin avtomobilin sürücüsü dayanacaqda sərnişin toplamaqla məşğul olmuşdur. O da həmin avtomobilin saxladığını görüb öz avtomobilindən düşüb həmin sürücüyə yaxınlaşmışdır. O, maşından düşərək “qardaş bu necə maşın sürməkdir sən az qala bizi yoldan çıxartmışdın” demişdir. Bu zaman adının sonradan Eşqin olduğunu öyrəndiyi şəxs də öz maşınından düşərək onların istiqamətində gəlməyə başlamışdır. Eşqin də ona kinayəli tərzdə “görmədim də” demişdir. O da Eşqinə “işığı görmədinsə siqnal veririk heç olmasa onu görərdin” demişdir. Eşqin isə ona “bağışla görmədim” demişdir. Bu zaman oğlu Vüqar maşından düşərək onun yanına gəlmişdir. O da Eşqinə “məndən üzr istəmək lazım deyil maşını sürən oğlum Vüqardı tez elə ondan üzr istə” demişdir. Bu zaman Eşqin ona “bu uşaqdı bunun nəyinnən üzr istəyirəm” demişdir. Oğlu Vüqar həmin şəxsin bu sözünə əsəbiləşərək Eşqinin sinəsindən bir dəfə əli ilə itələmiş, Eşqin bu zaman müvaziniətini itirib yerə yıxılmışdır. O, oğlu Vüqara tərəf çevrilib “bu nə hərəkətdi belə eləyirsən mənim yanımda” demişdir. Oğlu Vüqar da qayıdıb maşında oturmuşdur. Daha sonra o, Eşqinə tərəf çevrilmişdir. Bu zaman Eşqinin ayağa durduğunu görmüşdür. O, Eşqinə “uşağın yerinə onun elədiyi hərəkətə görə mən səndən üzr istəyirəm” demişdir. Eşqin isə dodağının altında nə isə deyərək uzaqlaşaraq öz maşınına tərəf getmişdir. Onlar bundan sonra öz avtomobillərinə minib həmin yeri tərk etmişlər. Onlar avtomobillə uzaqlaşan zaman o, Zərərçəkmiş şəxs ayağa qalxaraq öz avtomobilinə tərəf getdiyini görmüşdür. O, həmin hadisə zamanı Zərərçəkmiş şəxs xəsarət aldığını görməmişdir. Zərərçəkmiş şəxs xəsarət alması onlara məlum olsa idi onlar həmin yeri tərk etməzmişlər və nə olursa olsun Eşqinə köməklik edərmişlər. Sonradan Zərərçəkmiş şəxs onun barəsində şikayət etdiyi ona məlum olmuşdur. Bildirmişdir ki, mübahisə zamanı o, və oğlu Vüqar Zərərçəkmiş şəxs döyməmişlər və Eşqinə heç bir xəsarət yetirməmişlər. Eşqinin ayağının sınmasından onların xəbərləri olmamışdır. Bundan başqa bildirmişdir ki, oğlu Vüqarla Eşqin mübahisə edən zaman ətrafda heç kim olmamışdır. Mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Eşqin mübahisə zamanı ona hər hansı bir xəsarət yetirməmişdir. Həmin zaman nə o, nə də ki, oğlu Vüqar söyüş söyməmişlər və ictimai qaydanı pozmamışlar. Bundan başqa, əlavə olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs xəsarət aldığını öyrənən zaman onları polis bölməsinə çağırmışlar. Zərərçəkmiş şəxs Sumqayıt Şəhəri Taravmatologiya xəstəxanasında müalicə aldığını öyrənən zaman o, və oğlu Vüqar Eşqinin yanına dəfələrlə getmişlər. Eşqin xəstəxanada yatan zaman bütün xəstəxana xərclərini ödəmişlər. Bundan əlavə o, Eşqinə digər maddi və mənəvi köməklik də göstərmişdir. Ümumilikdə o, Zərərçəkmiş şəxs 8650 manat vermiş, Eşqinin bütün xəstəxana xərclərini ödəmişdir. Zərərçəkmiş şəxs hər dəfə ondan müəyyən məbləğdə pul alaraq şikayət etməyəcəyini bildirsə də, bir müddət keçdikdən sonra Eşqin yenidən ondan şikayət edərək pul istəmişdir. Zərərçəkmiş şəxs o, Sumqayıt Travmatologiya xəstəxanasında 2500 manat, bundan başqa həmin xəstəxanada Zərərçəkmiş şəxs 4000 manat və Eşqinin 650 manat idarə etdiyi maşına görə olan arenda borcunu və 1500 manat isə əlavə pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Zərərçəkmiş şəxs təxminən 4-5 il müddət olar ki tanıyır. Bu müddət ərzində Eşqinlə aralarında heç bir şəxsi ədavət və mübahisə olmamışdır. O da Abşeron rayonu, Ceyranbatan qəsəbəsində qaldığından Eşqini tanımışdır. Bundan başqa Eşqin onun əri Coşqun İsayevin də yaxın dostudur. Bildirmişdir ki, o, 20 Yanvar adlanan ərazidə fərdi olaraq dərzi kimi fəlaiyyət göstərmişdir. Eşqin isə istifadəsində mikroavtobus olduğundan gündəlik olaraq Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ilə 20 Yanvar adlanan əraziyə 1 manatlıq sərnişin daşımaqla məşğul olur. Onun iş yeri 20 Yanvar adlanan ərazidə olduğundan gündəlik olaraq Eşqinin sürdüyü nömrəsini xatırlamadığı ağ rəngli mikroavtobusla iş yerinə getmişdir. Buna görə hər səhər Eşqinin avtobusuna minib getmişdir. 18 dekabr 2021-ci il tarixdə o, iş yerinə getmək üçün səhər saat təxminən 09 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi mikroavtobusa əyləşmişdir. Onlar Abşeron rayonu, Ceyranbatan qəsəbəsindən Bakı şəhəri istiqamətinə yolda düşmüşlər. Bakı-Sumqayıt şossesi ilə hərəkət edən zaman yolda tanımadığı bir avtomobilin onların avtobus üçün qəza şəraiti yarantdığını görsə də buna çox da fikir verməmişdir. Həmin vaxt mikroavtobusda ondan başqa da digər tanlmadığı sərnişinlər də olmuşdur. Bir neçə dəqiqə sonra Eşqinin idarə etdiyi mikroavtobusu Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində, Ceyran heykəlinin yaxınlığında sərnişin götürmək üçün saxladığını görmüşdür. O, pəncərə tərəfdə oturmadığından bayırda olanları tam olaraq görməmişdir. Həmin zaman bir avtomobilin sürətlə gələrək öz avtomobilini Eşqinin idarə etdiyi mikroavtobusun qarşısnda saxladığını görmüşdür. Eşqin isə sərnişin yığmaq üçün aşağı düşmüşdür. Bir neçə dəqiqə sonra isə bayırda səs- küy olduğunu eşitmişlər. Bu zaman avtobusda olan sərnişinlərdən bir neçəsi və o, aşağı düşmüşlər. Ətrafda xeyli sayda şəxsin olduğunu görmüşdür. O, Eşqinin tanımadığı iki nəfər şəxslə mübahisə etdiyini görmüşdür. Həmin şəxslərdən birinin təxminən 25 yaşı olsa da, digər şəxs ondan yaşlı idi. Bu zaman onun başı qarışdığından birdən-birə Eşqinin yerdə uzandığını və ağrıdan qışqırdığını eşitmişdir. Həmin avtomobilin sürücüsünün və yanındakı şəxsin isə hadisə yerindən öz avtomobilinə əyləşərək uzaqlaşdığını görmüşdür. Həmin şəxslərdən biri deyəsən Eşqini vurmuşdur. Onların Mübahisəsi Bakı-Sumqayıt yolunun kənarında olduğundan ərtafda da nəqilyyat vasitələri saxlamışdır. Daha sonra orada olan şəxslərin Eşqini avtobusa qoyaraq apardığını görmüşdür. O nə olduğunu maraqlanmaq üçün Eşqinə zəng etmişdir. Telefona Eşqinin yanında olan konduktor kimi işləyən adını xatırlamadığı şəxs cavab vermişidir. Eşqinə nə olduğunu soruşmuşdur. Həmin oğlan isə ona “Eşqini vurdular, döydülər ayağını sındırdılar indi xəstəxanaya aparırırıq” demişdir. O da həmin şəxsdən hansı xəstəxanaya getdiklərini soruşan zaman həmin oğlan ona Eşqinin vəziyyətinin ağır olduğundan Eşqini Sumqayıt şəhərində yerləşən Travmatologiya xəstəxanasına apardıqlarını demişdir. O, da taksiyə əyləşərək Sumqayıt şəhərində yerləşən xəstəxanaya gəlmişdir. Xəstəxanaya çatan zaman Eşqinin ayağının sındığını və əməliyyat edəcəklərini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, bina 8-də yaşayır. Bildirmişdir ki, Zərərçəkmiş şəxs təxminən 3-4 il müddət olar ki tanıyır. Bu müddət ərzində Eşqinlə aralarında heç bir şəxsi ədavət və mübahisə olmamışdır. O da Eşqin kimi sürücülük fəaliyyəti ilə məşğul olur. İstifadəsində olan **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri və Abşeron rayonu, Ceyranbatan qəsəbəsindən Bakı şəhərinə 1 manatdan sərnişin daşıyır. 10 ildən artıqdır ki, sürücülük fəaliyyəti ilə məşğul olmuşdur. İstifadəsində olan “Ford Tranzit” markalı avtomobil də hal hazırda icarədir. 18 dekabr 2021-ci il tarixdə o, Bakıdan sərnişinləri götürüb Sumqayıt şəhərində düşürtdükdən sonra evə istirahət etmək üçün gələn zaman Abşeron rayonu, Ceyranbatan qəsəbəsində Ceyran heykəlinin yaxınlığından keçərkən Zərərçəkmiş şəxs idarə etdiyi mikroavtobusun yolun qırağında olduğunu və ətrafda çox sayda insan toplaşdığını görmüşdür. Onun ağlına bir anlıq “birdən Eşqin adam zad vurar maşınla gedim görüm nə məsələdi” fikiri gəlmişdir. Dərhal öz avtomobilini sürərək Eşqinin avtobusunun yanında saxlamışdır. Bu zaman iki nəfər şəxsin tez tələsik öz maşınına əyləşdiyini və Eşqinin də yerdə avtobusun qabağında uzanıb ağrıdan qıvrıldığını görmüşdür. O, həmin şəxslərin Eşqini döydüyünü görmüşdür. Həmin şəxsləri saxlamaq istəsə də həmin şəxslər idarə etdikləri “Elantra” markalı nömrəsini xatırlamadığı avtomobilə əyləşərək uzaqlaşmışlar. Bu hadisə Bakı-Sumqayıt yolunun üstündə baş verdiyindən ətrafda xeyli sayda insan və maşın da olmuşdur. O, tez ətrafda olan şəxslərin köməyi ilə Eşqini uzandığı yerdən götürüb Eşqinin öz avtobusuna əyləşdirmişdir. Daha sonra isə öz avtobusunu kənara çəkib saxlamışdır. Geri qayıdıb Eşqinin avtobusun sükanına əyləşmişdir. O, mikroavtobusu sürərək Sumqayıt şəhər təcili Tibbi Yardım stansiyasına gətirmişdir. Burada müayinə zamanı Eşqinin ayağının sındığını onlara bildirmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, hazırda Binəqədi rayon Polis İdarəsinin müstəntiqi, polis baş leytenantı vəzifəsində işləyir. Bu cinayət işinin təhqiqatını aparmışdır. Hadisə baş verən günü xidmətdə olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə “102” xidmətinə zəng edərək bildirmişdir ki, mübahisə olub, xəsarət almış, xəstəxanadadır. Bununla bağlı xəstəxanaya getmişlər, Zərərçəkmiş şəxs şikayətçi olduğunu bildirmişdir. Onun izahatını almışlar, hadisəni törədən şəxsi müəyyən etmişlər. Sonra Təqsirləndirilən şəxs atası ilə birlikdə Polis İdarəsinə çağırmış, onlarında izahatını aldıqdan sonra hadisəni törədənin həqiqətən onlar olduğunu müəyyən etmək üçün onları xəstəxanaya göndərmişdir. Xəstəxanada aralarında razılıq olmuşdur ki, ilkin əməliyyat pulu 2500 manat, dəymiş ziyanla bağlı 500 manat Zərərçəkmiş şəxs ödənilməli idi. Bu barədə notarial qaydada ərizə də vermişdir. Zərərçəkmiş sonradan ona əməliyyat olunmağı üçün əlavə 1500 manat lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs atası 300 manat gətirdi vermişdir, lakin o razılaşmamışdır ki, 1500 manat ödəsinlər. Zərərçəkmiş şəxs 2500 manat əməliyyat pulu, 4000 manat xəstəxanada, 1500 manat da əlavə pul verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-cı il tarixli, 3071 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər sol bud sümüyünün yuxarı 3/1-nin qapalı az yerdəyişən sınığı, bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, T549/2023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər - 1-2. sol bud sümüyünün burmalaraltı qapalı yerdəyişən sınığı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda yəni, xx.xx.2021-ci il tarixdə yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir.
3. Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətin xarakteri, lokalizasiyası, eləcə də bədən səthində digər xəsarətlərin olmaması onun, zərərçəkmişin öz boyu hündürlüyündən yıxılması zamanı yaranmasından daha çox kənar şəxs tərəfindən yetirilən zərbə nəticəsində yaranmasına uyğun gəlir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Sumqayıt-Bakı magistral yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində vətəndaşların gur toplaşdığı yerdə idarə etdiyi “Hyundai Elantra” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Ford” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi avtomobilin qarşısına keçməsinə görə avtomobilləri saxlayıb yerə düşdükdən sonra heç bir əsaslı səbəb olmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etməklə, zərərçəkmiş şəxsə qarşı kobud irad bildirib, zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətləri etməklə xuliqanlıq niyyəti ilə təpiklə Zərərçəkmiş şəxs sol ayaq nahiyəsindən bir dəfə vuraraq sonuncuya sol bud sümüyünün burmalaraltı qapalı yerdəyişən sınığından ibarət zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; Azərbaycan Respublikası CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini xx.xx.2021-ci ildə törətmişdir. Hazırda, həmin cinayət əməlinin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli və Azərbaycan Respublikasının CPMnin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında məhkum olunmasına dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal zərərçəkənə dəyən ziyandan 8650 manat ödəniş etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə törədilmiş cinayət əməlinin hər birinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə üzərinə daimi yaşayış yeri olan Sumqayıt şəhəri, Yaşma yaşayış massivi, Ulduz bağları, 523 nömrəli bağ evini saat 22:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının CPM-nin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Sumqayıt şəhəri, Yaşma yaşayış massivi, Ulduz bağları, 523 nömrəli bağ evini saat 22:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Cəmilə Səfiyeva