Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-281/2020 11.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1993-cü ildə Cəlilabad rayonunda andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü əsasında Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə 02 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “xxxxxx” MTK, mənzil 183 ünvanında kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə, xx.xx.1985-ci ildə Cəlilabad rayonundan anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-c maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, xx.xx.2019-cu il tarixdə saat 03:40 da xalası oğlu Təqsirləndirilən şəxs2 ilə xxxxxxdə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “At heykəli” adlanan ərazidə spirtli içki qəbul etdikdən sonra ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğundan ərazidə xidmətdə olan Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan ƏÇPA-nın 12-ci patrul bölüyünün polis nəfərləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid2 oğlu xidməti vəzifələrinin icrası ilə əlaqədar onlara yaxınlaşıb intizama dəvət edərək ictimai asayişin qorunmasını tələb etdikdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlarla mübahisə etməyə başlamış polis əməkdaşları onların bu hərəkətlərinin qarşısını almaq üçün patrul avtomaşınına mindirib Abşeron rayon Polis İdarəsinə aparmaq istədikdə başı ilə Zərərçəkmiş şəxs1 sifət nahiyyəsinə zərbə vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sağ almacıq nahiyyəsinin qançırı xəsarəti yetirməklə həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edərək müqavimət göstərmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki o, xx.xx.2019-cu il tarixdə saat 03:40-da xalası oğlu Təqsirləndirilən şəxs1 ilə xxxxxxdə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “At heykəli” adlanan ərazidə spirtli içki qəbul etdikdən sonra ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğundan ərazidə xidmətdə olan Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan ƏÇPA-nın 12-ci patrul bölüyünün polis nəfərləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid2 oğlu xidməti vəzifələrinin icrası ilə əlaqədar onlara yaxınlaşıb intizama dəvət edərək ictimai asayişin qorunmasını tələb etdikdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlarla mübahisə etməyə başlamış polis əməkdaşları onların bu hərəkətlərinin qarşısını almaq üçün patrul avtomaşınına mindirib Abşeron rayon Polis İdarəsinə aparmaq istədikdə təpiklə ilə Zərərçəkmiş şəxs2 sağ əlindən zərbə vuraraq sağlamlığa az ağır zərər vurmaya aid sağ əlin dördüncü daraq sümüyünün qapalı, yerinidəyişən sınığı ilə müşayiət olunan sağ əlin arxa səthinin qançır-şişkinlik halında əzilməsi kimi xəsarət yetirib hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edərək müqavimət göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019-cu ilin iyun ayında ailə həyatı qurandan sonra Abşeron rayonu, Xırdalan şəhəri, “ xxxxxx ” MTK-da kirayədə yaşamış, lakin Xırdalan şəhərində yaşamağı ilə bağlı heç bir dövlət orqanından qeydiyyatdan keçməmişdir. xx.xx.2019-cu il tarixdə təxminən saat 23 radələrində xalası oğlu Təqsirləndirilən şəxs2 və sonuncunun arvadı Aynurə kirayədə yaşadığı evə qonaq gəlmişlər. Bir müddət evdə oturduqdan sonra xalası oğlu Elməddinə gedib pivə içməyi təklif etmiş, təxminən saat 23:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində, “At heykəli” adlanan ərazinin yaxınlığında yerləşən “New York” kafesində oturub pivə içib hesab verərkən tanımadığı polis əməkdaşı ona yaxınlaşaraq “nə yellənirsən” deyə soruşmuş, o isə cavabında nə səbəbə görə belə bir ifadə işlətdiyini soruşaraq hər kəs kimi istirahət etdiyini bildirmiş, bundan sonra həmin polis əməkdaşı adının sonradan Aydın olduğunu bildiyi şəxslə aralarında mübahisə yaranmış və kafedən çıxan zaman Aydın və tanımadığı digər üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq heç bir söz demədən onun və arxasınca gələn xalası oğlu Təqsirləndirilən şəxs2 kəmərindən tutub dartmış, nalayiq söyüşlər söyərək hər ikisinə zor tətbiq etmiş və post patrul maşınına əyləşdirmişlər, həmin post patrul avtomaşını ilə onları Abşeron RPİnə gətirmişlər, onlar buna görə polis əməkdaşlarına etirazlarını bildirmiş və Aydın digər polis əməkdaşları ilə onu yenidən nalayiq söyüşlərlə söyüb təhqir etmiş, o və xalası oğlu Təqsirləndirilən şəxs2 Abşeron rayon Polis İdarəsində səs-küy salmasına görə digər polis əməkdaşları ilə xxxxxxdə raport tərtib etmiş, sonra ikisi sərxoşluğun müayinə məntəqəsinə aparılmış, sərxoşluğu müayinə məntəqəsində xalası oğlu Təqsirləndirilən şəxs2lə xxxxxxdə müayinədən keçdikdən sonra post patrul avtomaşını ilə təkrar Abşeron rayon Polis İdarəsinin inzibati binasına getmişlər, avtopatrul maşınında Aydın onun ünvanına nalayiq söyüş söydüyü üçün o da sonuncunun söyüşünü özünə qaytardıqdan sonra Aydın avtomaşını saxladaraq onu döymək istəmiş, lakin patrul avtomaşının adını bilmədiyi sürücüsü avtomaşını saxlamamış, müayinədən qayıdandan sonra Abşeron rayon Polis İdarəsinin inzibati binasının həyətində Aydın onun əlinə qandal vuraraq əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirmiş, həmin an xalasıoğlu Elməddin onu buraxağı dedikdən sonra Aydın onun da bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər yetirmiş və bu zərbələr nəticəsində Elməddin başından və bədənin müxtəlif nahiyyələrindən xəsarətlər almışdır. Sonda o, məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə oğlu Adəm Əliyevi müalicə etdirmək üçün X28 adına Göz Klinikasına gətirmiş, həmin gün arvadı Aynurə və oğlu Adəm ilə xxxxxxdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayan xalası oğlu Fərid Haqveridyevgilə qonaq getmiş, bir müddət evdə oturduqdan sonra xalası oğlu kofedə pivə içməyi ona təklif etmiş, təxminən saat 23:30-da H.Əliyev prospektində yerləşən “ New York” kafesində oturub pivə içməyə başlamışlar, xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 03:30-da kafedən çıxarkən X34 Alayının əməkdaşları yaxınlaşaraq heç bir söz demədən onun və xalası oğlu Fəridin kəmərindən tutaraq, nalayiq söyüşlərlə təhqir edə-edə hər ikisinə zor tətbiq edərək patrul maşınına əyləşdirmiş və həmin patrul avtomaşını ilə onları Abşeron rayon Polis İdarəsinə gətirmişlər, lakin onlar Abşeron rayon Polis İdarəsinə gətirildikləri üçün onlara etirazlarını bildirmişlər və ƏÇPA-nın əməkdaşı, polis serjantı Zərərçəkmiş şəxs1 xalası oğlu Fəridi nalayiq söyüşlərlə söyüb təhqir etmiş, idarədə səs-küy saldıqları üçün növbətçi hissədə xidmət edən polis əməkdaşı və onlarla xxxxxxdə münaqişə yaradan ƏÇPA-nın 3 nəfər polis əməkdaşı raport tərtib etdikdən sonra Təqsirləndirilən şəxs1 və onu sərxoşluğun müayinə məntəqəsinə aparmışlar, patrul avtomaşınında ƏÇPA-nın əməkdaşı, polis serjantı Zərərçəkmiş şəxs1 onların ünvanına nalayiq söyüş söydüyü üçün sonuncunu söyüb təhqir etmiş, müayinədən qayıtdıqdan sonra Abşeron rayon Polis İdarəsinin inzibati binasının həyətində Zərərçəkmiş şəxs1 xalası oğlu Fəridin əlinə qandal vurmuş və əl və ayaq zərbələri ilə Fəridin bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmiş, o, buna etirazını bildirdikdə Aydın təpiklə onun baş və sinə nahiyyəsinə zərbələr endirmiş, həmin gecə Abşeron RPİ-nin inzibati binasında qalmışlar və xx xxxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1lə xxxxxxdə Abşeron rayon Polis İdarəsində və Abşeron rayon prokurorluğunda izahat vermiş, daha sonra isə hər ikisi məhkəmə-tibb ekspertizasından keçmişlər. Hadisə zamanı polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş və polis əməkdaşı Zərərçəkmiş şəxs2 xəsarət yetirməmişdir. Sonda o, məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2008-ci ildən DİO-da tutduğu vəzifədə xidmət edir. xx.xx.2019-cu il tarixdə iş yoldaşları polis serjantı X26 və polis serjantı Zərərçəkmiş şəxs2 ilə xxxxxxdə 9681 çağırışlı, **-AP-*** dövlət qeydiyyat nişanlı polis avtomobilində xidmətdə olduqları zaman gecə saat təxminən 03:40-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “At heykəli” adlanan ərazinin yaxınlığında üç nəfər şəxsin səs-küy və narahatçılıq yaratdığını görmüşlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx.xx.2001-ci il tarixli 212 nömrəli əmri ilə təsdiqlənmiş “Post Patrul xidmətinin Nizamnaməsi”nə uyğun olaraq həmin üç nəfər şəxsə yaxınlaşmış və müvafiq qaydada özlərini təqdim etdikdən sonra onlardan nə baş verdiyini soruşduqda onlardan ikisi, yəni sonradan məlum olduğu kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr və söyüşlər söyərək ictimai qaydanı kobud şəkildə pozduqları məlum olmuş, sonuncularla xxxxxxdə olan üçüncü şəxs, həmçinin sonradan adı məlum olan Şahid1 iki söyüş söyən və ictimai qaydanı kobud şəkildə pozan dostlarını sakitləşdirməyə başlamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 söyüş söyməmələrini, sakitçiliyə riayət etmələrini, ictimai qaydanı pozmamalarını və evlərinə getmələrini tələb etmişlər, sonuncular bu qanuni tələblərə tabe olmayaraq öz əməllərinə davam etmiş və ünvanlarına nalayiq ifadələr işlədərək təhqir etməyə başlamışlar. Bu səbəbdən onları Abşeron RPİ-nə dəvət etdikdə getməkdən imtina etmiş və mübahisə etməklə qəti şəkildə etirazlarını bildirməyə başlamışlar. Fiziki qüvvə tətbiq edərək həmin şəxsləri xidməti patrul avtomobillərinə əyləşdirərək Abşeron RPİ-nə gətirmək istədikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müqavimət göstərmiş və Təqsirləndirilən şəxs1 başı ilə onun sifət nahiyyəsinə bir dəfə zərbə endirmiş, sonra isə xidməti avtomobilin arxa sol yan qapısının bayır hissəsinə təpik vuraraq qapısını əzmiş, bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 patrul avtomaşınına əyləşdirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 avtomobilin arxa sağ qapısına içəri tərəfdən bir neçə zərbə endirərək qapını zədələmiş, yəni qapı jalüz dirəklərindən (rels) tamamilə çıxmış və yararsız vəziyyətə düşərək sallanmış,həmin zərbə nəticəsində, yəni vətəndaş Təqsirləndirilən şəxs2 arxa sağ qapıya içəridən təpik vurduqda iş yoldaşı Zərərçəkmiş şəxs2 həmin qapının dəstəyindən tutmuş və Təqsirləndirilən şəxs2 zərbəsi bilavasitə Zərərçəkmiş şəxs2 sağ əlinə dəymiş və nəticədə sonuncu, yerdəyişən qapalı sınıq xəsarəti almış, qapının tutacağı da həmçinin yararsız hala düşmüş, daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əziyyətlə avtomobilə əyləşdirmiş, üçüncü şəxs Şahid1 isə sakit şəkildə özü patrul avtomobilinə əyləşmiş, hər üç şəxsi Abşeron RPİ-yə aparmışlar. Əlavə olaraq o, Abşeron RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onları sakitləşdirən şəxslə xxxxxxdə olmadığını, yəni Şahid1 onları tanımadığını və sadəcə sakitləşdirmək məqsədi ilə yaxınlaşdığını, yolboyu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobildə qışqırdıqlarını, onları və ümumiyyətlə polis sistemini nalayiq ifadələr işlətməklə söyüş söydüklərini, hətta Təqsirləndirilən şəxs2 “mən Rusiyada ermənilərlə xxxxxxdə yaşamışam, onlar mənim qulluğumda dayanıblar, onlar bizim millətdən yaxşıdılar” ifadəsini işlətdiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Abşeron RPİ-nə də gətirildikdən sonra orada da qışqırdıqlarını və nalayiq ifadələr işlətdiklərini, hadisə vaxtı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əllərində heç bir əşya olmadığını və polis əməkdaşları tərəfindən sonunculara xəsarət yetirilmədiyini, sadəcə olaraq fiziki qüvvədən istifadə edildiyini bildirdi. Sonda o, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlara qarşı şikayət və tələbinin olmamasını əsas gətirərək onlar barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 2016-ci ildən DİO-da tutduğu vəzifədə xidmət edir. xx.xx.2019-cu il tarixdə iş yoldaşları polis serjantı X26 və polis serjantı Zərərçəkmiş şəxs1 ilə xxxxxxdə 9681 çağırışlı, **-AP-*** dövlət qeydiyyat nişanlı polis avtomaşınında xidmətdə olduqları zaman, gecə saat təxminən 03:40-da Xırdalan şəhəri, H.Əliyev prospekti, “At heykəli” adlanan ərazinin yaxınlığında üç nəfər şəxsin səs-küy salaraq ətrafda yaşayan şəxslər üçün narahatçılıq yaratdığını gördükdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx.xx.2001-ci il tarixli 212 nömrəli əmri ilə təsdiqlənmiş “Post Patrul xidmətinin Nizamnaməsi”nə uyğun olaraq həmin üç nəfər şəxsə yaxınlaşmış və müvafiq qaydada özlərini təqdim etdikdən sonra onlardan nə baş verdiyini soruşduqda onlardan ikisi, yəni sonradan məlum olduğu kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr və söyüşlər söyərək ictimai qaydanı kobud şəkildə pozduqları məlum olmuş, sonucularla xxxxxxdə olan üçüncü şəxs, həmçinin sonradan adı onlara məlum olan Şahid1 söyüş söyən və ictimai qaydanı kobud şəkildə pozan digər şəxsləri sakitləşdirməyə başlamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 söyüş söyməmələrini, sakitçiliyə riayət etmələrini, ictimai qaydanı pozmamalarını və evlərinə getmələrini tələb etmişlər. Sonuncular qanuni tələblərə tabe olmayaraq öz əməllərini davam etdirmiş və onların ünvanlarına nalayiq ifadələr işlətməyə və onları təhqir etməyə başlamışlar. Bu səbəbdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Abşeron RPİnə dəvət etdikdə sonuncular getməkdən imtina etmiş və mübahisə etməklə qəti şəkildə etirazlarını bildirmişlər. Buna görə də fiziki qüvvə tətbiq edərək həmin şəxsləri xidməti patrul avtomobillərinə əyləşdirərək Abşeron RPİ-nə gətirmək istədikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müqavimət göstərmiş və Təqsirləndirilən şəxs1 başı ilə Zərərçəkmiş şəxs1 sifət nahiyyəsinə bir dəfə zərbə endirmiş, sonra isə xidməti avtomobilin arxa sol yan qapısının bayır hissəsinə təpik vuraraq qapını əzmiş, bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomaşına əyləşdirmişlər. Avtomaşının sağ tərəfində yerləşən arxa qapıdan avtomaşının içərisinə daxil olmaq istəyərkən Təqsirləndirilən şəxs2 avtomaşına girməyinə mane olmaq üçün avtomaşının içərisində olan tutacaqdan sağ əli ilə tutan zaman təpiklər atmağa başlamış, bu hadisə nəticəsində sağ əli xəsarət almış və həmin tutacaq yerindən çıxmış, Təqsirləndirilən şəxs2 bu zərbələri nəticəsində avtomobilin arxa sağ qapısı zədələnmiş, yəni qapı jalüz dirəklərindən (rels) tamamilə çıxmış və yararsız vəziyyətə düşərək sallanmış, daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ikisini əziyyətlə avtomobilə əyləşdirmiş, üçüncü şəxs Şahid1 isə sakit şəkildə 9681 saylı patrul avtomobilinə əyləşmiş və onları Abşeron RPİ-nə aparmışlar. Abşeron RPİ-nin inzibati binasında olarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onları sakitləşdirən şəxslə xxxxxxdə deyilmiş, yəni Şahid1 onları sadəcə sakitləşdirmək məqsədi ilə onlara yaxınlaşmışdır. Yolboyu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobildə qışqırmış, onları və ümumiyyətlə Azərbaycan Respublikasının polis sistemini nalayiq ifadələr işlətməklə söymüş, hətta Təqsirləndirilən şəxs2 “mən Rusiyada ermənilərlə xxxxxxdə yaşamışam, onlar mənim qulluğumda dayanıblar, onlar bizim millətdən yaxşıdılar” ifadəsini işlətmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Abşeron RPİ-nə də gətirildikdən sonra orada da qışqırmış və nalayiq ifadələr işlətmişlər. Təqsirləndirilən şəxs2 vurduğu zərbə nəticəsində sağ əlinin 5-ci daraq sümüyü sınmış, Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Hospitalında “sağ əlin V daraq sümüyünün yerdəyişmiş sınığı” diaqnozunu qoyulmuşdur. Həmin hospitalda əməliyyat olunmuş və 15 gün hospitalda müalicə almışdır. Hadisə vaxtı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əllərində heç bir əşya olmamış və polis əməkdaşları tərəfindən sonunculara xəsarət yetirilməmiş, sadəcə olaraq fiziki qüvvədən istifadə edilmişdir. Sonda o, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlara qarşı şikayət və tələbinin olmamasını əsas gətirərək onlar barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərdi ki, 2016-cı ildən DİO-da, həmçinin tutduğu vəzifədə xidmət edir. xx.xx.2019-cu il tarixdə saat təxminən gecə 03:40 radələrində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə 9681 çağırışlı **-AP-*** dövlət qeydiyyatı patrul avtomobilində xidmət edən zaman Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “At heykəli” adlanan ərazinin yaxınlığında üç nəfər şəxsin səs-küy saldığını görmüşlər. Onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onlardan nə baş verdiyini soruşduqda onlardan ikisi, yəni sonradan adını bildikləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduqları məlum olmuş, sonuncularla xxxxxxdə olan Şahid1 isə onları sakitləşdirmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 söyüş söyməmələrini və çıxıb getmələrini tələb etdikdə sonuncular qanuni tələblərə tabe olmayaraq yenə də öz əməllərinə davam etmiş və onların ünvanlarına nalayiq ifadələr işlətməyə başladıqları üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Abşeron RPİnə dəvət etdikdə sonuncular Abşeron RPİ-nə getməkdən imtina etmiş və mübahisə etməyə başlamışlar, buna görə də polis əməkdaşları fiziki qüvvə tətbiq edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xidməti patrul avtomobilinə əyləşdirirək Abşeron RPİ-nə aparmaq istədikdə sonuncular müqavimət göstərmiş və Təqsirləndirilən şəxs1 başı ilə Zərərçəkmiş şəxs1 sifət nahiyyəsinə bir dəfə zərbə endirdikdən sonra isə Təqsirləndirilən şəxs1 xidməti avtomobilin sol qapısına təpiklə vuraraq qapını əzmiş, daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 patrul avtomaşınına əyləşdirdikdə həmin vaxt Təqsirləndirilən şəxs2 avtomobilin arxa qapısına içəri tərəfdən zərbə endirərək qapını zədələmiş və bu zaman polis serjantı Zərərçəkmiş şəxs2 sağ əlindən xəsarət almış, daha sonra onlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Abşeron RPİ-nə gətirərək təhvil vermişlər. Əlavə olaraq o, hadisə vaxtı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əllərində heç bir əşya olmadığını, polis əməkdaşları tərəfindən sonunculara xəsarət yetirilmədiyini və sadəcə olaraq fiziki qüvvədən istifadə edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə saat 03:40 radələrində idarə etdiyi “Daewoo Damas” markalı, **- TP-*** nömrə nişanlı avtomobillə Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən “At heykəli” adlanan ərazidən keçdiyi zaman iki nəfər tanımadığı adamın səs-küy saldığını və bir neçə əməkdaşın onlara yaxınlaşaraq nizam-intizama dəvət etdiyini görmüş, səs-küy salan adamlara yaxınlaşaraq polis əməkdaşlarının göstərişlərinə tabe olmağı məsləhət görmüş, lakin həmin iki nəfər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq yenidən ictimai qaydanı pozaraq ünvansız söyüşlər söyməyə davam etdikdə həmin iki adamın hərəkətlərindən sərxoş olduqlarını hiss etmiş, 3 nəfər polis əməkdaşı həmin iki nəfəri Abşeron RPİ-yə aparmaq məqsədi ilə patrul avtomaşınına mindirməyə çalışdıqları zaman həmin iki nəfərin daha gənc olanı başı ilə polis əməkdaşlarından birinin, yəni sonradan adının Aydın olduğunu bildiyi şəxsin üz nahiyyəsinə zərbə vurmuş və ayağı ilə patrul avtomaşınının çöl hissəsinə zərbələr endirmiş, digər şəxs isə patrul avtomaşınına minməkdən qəti surətdə imtina etmiş və polis əməkdaşlarına daha ciddi müqavimət göstərmiş, polis əməkdaşları həmin şəxsi zorla patrul avtomaşınına mindirdikdən sonra yenidən sonuncu müqavimət göstərmiş və digər polis əməkdaşı sonradan adının Gündüz olduğunu bildiyi şəxsin sağ əlinə zərbələr vurmağa başlamış, bu zərbələr nəticəsində Gündüzün sağ əli zədələnmiş, bundan başqa həmin şəxsin patrul avtomaşının sağ arxa qapısına ayaqla zərbələr endirməsi nəticəsində avtomaşının qapısı yerindən çıxmış, həmin vaxt orada bir nəfər başqa tanımadığı cavan oğlan da olmuş və həmin oğlan digər iki nəfəri nizam intizama dəvət etmiş, lakin həmin iki nəfər heç kəsin dediyinə əməl etməmiş, daha sonra həmin iki nəfəri polis əməkdaşları patrul avtomaşını vasitəsi ilə Abşeron RPİ-yə aparmışlar və digər cavan oğlan da onlarla xxxxxxdə getmiş, hadisə yerində başqa adamlar da olmuş, lakin heç kəs iki nəfərdən başqa polis əməkdaşlarına müqavimət göstərməmiş, xx xxxxxxxx 2019-cu il tarixdə Abşeron RPİ-yə gedərək hadisə barədə izahat vermiş və orada həmin iki şəxsin daha gənc olanının Təqsirləndirilən şəxs1, digərinin isə Təqsirləndirilən şəxs2 olduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun xalası oğullarıdır, Fərid Abşeron rayonu, Xırdalan şəhərində, Elməddin isə Cəlilabad şəhərində yaşayır. O, 2019-cu ilin aprel ayında Abşeron rayon məhkəməsinin hökmü ilə 01 il 06 ay müddətinə şərti məhkum olunmuş, həmçinin xalası oğlu Təqsirləndirilən şəxs1 də eyni hökmlə 01 il 06 ay şərti məhkum edilmişdir.xx xxxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkın qarşısında yerləşən “Bravo” marketdən çıxan zaman təsadüfən rastlaşdığı Elməddin və Fərid taksidən düşmüş və pivə içmək istədiklərini demişlər, Fərid və Elməddin taksidən düşən vaxt da içkili olmuşlar, oradan “At heykəli” adlanan ərazidə yerləşən “New York” kafesinə getmiş və orada Elməddin və Fərid pivə içmişlər, təxminən saat 03 radələrində kafedən çıxan zaman kafenin qapısının qarşısında Fərid ünvansız nalayiq söyüşlər söydüyü üçün ərazidə olan polis əməkdaşı sonuncuya yaxınlaşıb ictimai qaydanı pozmamağı tələb etmiş, sınaq müddətində olduğundan və ehtiyat etdiyindən Fəridi sakitləşdirməyə çalışmış, polis əməkdaşı adının Aydın olduğunu bildiyi şəxsi sakitləşdirib Fəridin içkili olduğunu başa salmış və Fəridin sınaq müddətində olmasını nəzərə almasını xahiş etmiş, Aydın da onun bu sözlərini nəzərə almış, bundan sonra sonuncunu post patrul avtomaşınına kimi ötürmüş, maşının yanına çatan zaman Fərid həmin polis əməkdaşını ucadan ağır söyüşlərlə təhqir etmiş, bundan sonra Aydın yenidən geri dönərək Fəridə yaxınlaşmış, mübahisənin daha da qızışacağını gördüyü və Fəridin söz eşitmədiyini bildiyi üçün oradan uzaqlaşmış və bundan sonra heç nəyə şahid olmamış, həmin gün səhər tezdən Fərid ona zəng edərək Abşeron RPİ-də olduqlarını və valideynlərinə heç nə deməməyi xahiş etmiş, daha sonra Fəridin valideynləri Fəridi soruşmuş və xxxxxxdə Abşeron RPİ-yə getmişlər. Aydının komandirinin atası Respublika Klinik xəstəxanasında müalicə aldığından, Aydın da ora gəlib-getdiyindən və həmin vaxt orada mühafizəçi işlədiyindən Aydınla münasibəti yaranmış, bu səbəbdən hadisə olandan sonra da dəfələrlə Aydından Fəridə köməklik etməsini və onu bağışlamasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən iki il yarımdır Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti “At heykəli” adlanan ərazinin yaxınlığında yerləşən “New York” kafesini icarəyə götürüb işlədir, orada həm də ofisiant kimi çalışır və ondan başqa orada bir nəfər xadimə də çalışır. Orada müştərilərə pivə və çay verərək xidmət göstərir. Hər gün çay evini gündüz saat 12-də açır və təxminən gecə saat 1-ə kimi işlədir. Təqsirləndirilən şəxs1lə və Təqsirləndirilən şəxs2lə heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə saat 01 radələrində 3 nəfər oğlan içkili vəziyyətdə çay evinə gəlmiş və pivə sifariş vermişlər. Bunlardan iksini yəni Fəridi və Talehi əvvəlcədən müştəri kimi tanımış, sonunculara kafeni bağlamaq istədiyini bildirsə də, onlar buna etiraz etmiş və bundan sonra onlara xidmət göstərməyə başlamış, onlardan başqa həmin vaxt kafedə 2 nəfər də olmuş, onlara təxminən 2 saat xidmət göstərmiş, onlar iki saat müddətində pivə və Viski qəbul etmişlər. Təxminən saat 03 radələrində həmin üç nəfər hesabı istəmiş, onların hesabi təxminən 100 manat etmiş və onlara hesab barədə məlumat verdikdə onlar isə hesabın yarısını verə biləcəklərini demişlər, onların arasında daha gənc olanının adının Fərid olduğunu bildiyi şəxs onların arasında ən çox problem yaratmış, onlar kafedən çıxdıqda spirtli içki qəbul etdikləri üçün demək olar sərbəst hərəkət edə bilməmişlər, onlardan təxminən 5 dəqiqə qabaq kafedə oturub çay içən iki nəfər oğlan kafeni tərk etmiş, həmin üç nəfər şəxs 50 manat pul ödəyib kafeni tərk etmişlər, içkili olduqları üçün onlara baş qoşmayaraq pulun qalan hissəsini ödəmələrini tələb etməmiş, onlar kafedən çıxdıqdan sonra kafenin giriş qapısının qabağında ucadan nalayiq söyüşlər söyməyə başlamışlar, ikinci mərtəbədə yəni kafenin yerləşdiyi mərtəbədən onlara səslənərək söyüş söyməmələrini xahiş etmiş, lakin onlar deyilənlərə əməl etməmiş və hərəkətlərinə davam etmişlər. Onların səs-küyünə yaxınlıqda olan insanlar gəldikdən sonra isə ora post patrul avtomaşının gəldiyini və polis əməkdaşının onlara yaxınlaşdığını görmüş, az müddət sonra isə həmin şəxslərdən ikisinin polis əməkdaşına söydüyünü eşitmiş, daha sonra isə səslərin daha da yüksəldiyini, bir müddətdən sonra isə post patrul avtomobilinin sağ arxa qapısının yerindən çıxdığını, daha sonra isə onlar post patrul avtomaşınına minmək istəmədikləri üçün polis əməkdaşları fiziki qüvvə tətbiq edərək onları güclə post patrul avtomaşınına mindirdiklərini görmüşdür. Bir gün sonra Fərid gələrək həmin gecədəki hesabdan qalan borcunu ödəmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2009cu ildən 2019-cu ilədək Abşeron rayonu, Xırdalan şəhərində meyvə-tərəvəz alveri ilə məşğul olmuş, 2019-cu ilin dekabr ayının əvvələrindən isə ailəsinin yaşadığı Beyləqan rayonu, İmamverdilər kəndinə getmişdir. Hazırda orada təsərrüfatla məşğuldur. xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “At heykəli” adlanan ərazidə yerləşən “New York” kafesində dostları ilə çay içməyə getmiş, təxminən 2-3 saat orada oturduqdan sonra iki nəfər tanımadığı oğlanın kafedə səs-küy salaraq ünvansız nalayiq söyüşlər işlətdiyinin şahidi olmuş, həmin vaxt onların səs-küyünə iki nəfər polis əməkdaşı gəlmiş, bu zaman kafedə oturan və söyüş söyən həmin iki nəfər və polis əməkdaşları arasında mübahisə yaranmış, belə ki polis əməkdaşları həmin iki şəxsə söyüş söyməmələrini və ictimai qaydanı pozmamalarını tələb etdikdə həmin iki şəxs sakit dayanmış, daha sonra isə polis əməkdaşları oradan çıxmışlar, həmin iki şəxs polis əməkdaşları kafedən çıxan zaman yenidən ünvansız nalayiq söyüşlər işlətmiş və kafedən çıxmışlar. Bu zaman polis əməkdaşları yenidən onlara yaxınlaşaraq ictimai qaydanı pozmamağı və evlərinə getmələrini bildirdikdə onlar arasında mübahisə yaranmış və polis əməkdaşları həmin iki şəxsi Abşeron RPİ-nə dəvət etmişlər. Lakin həmin iki şəxs yenidən polislərin bu tələblərinə tabe olmayaraq post patrul avtomaşınına minməkdən imtina etmiş, bu vaxt həmin iki şəxsi sakitləşdirməyə çalışmış və polis əməkdaşlarının tələblərinə tabe olmağı məsləhət görmüş, lakin həmin iki şəxs nə onun, nə də polis əməkdaşlarının dediklərinə əməl etməmişlər, çöldə olan zaman post patrul maşınını sürən başqa bir polis əməkdaşını görmüş, həmin polis əməkdaşı hadisəyə müdaxilə etməmiş, orada olan tanımadığı digər şəxslərdən heç biri polis əməkdaşları ilə mübahisə etməmiş, həmin iki şəxsdən daha cavan olanı kəllə ilə polis əməkdaşının - adının Aydın olduğu şəxsin üz nahiyyəsinə vurmuş, bundan sonra orada həmin iki nəfər polis əməkdaşları ilə çox ciddi münaqişə yaratmışlar, polis əməkdaşları fiziki qüvvə tətbiq edərək iki nəfər şəxsi patrul avtomaşınına mindirməyə çalışmış, həmin iki nəfərdən biri digərindən daha yaşlı olan sıx saqqallı oğlan patrul avtomaşının salonuna mindirilərkən bədəni salona tam girməyərək ayaqları ilə adı Gündüz olan polis əməkdaşına maşının salonuna girməyə imkan verməyərək sonununcunun maşında içəri qalxmaq üçün istifadə olunan dəstəkdən sağ əli ilə tutan zaman təpiklə sağ əlinə vurmuş və Gündüzün maşına minməyinə mane olmuş, bu zərbələr nəticəsində Gündüzün sağ əli xəsarət almış, bunu Gündüzün əlini tutmasında və ufuldamasından bilmiş, həm də bu zərbələr nəticəsində patrul avtomaşının sağ arxa diyircəkli qapısı yerindən çıxmış, bundan başqa daha cavan olan digər oğlan isə maşına mindirilərkən həmin maşının sağ tərəfinə təpiklə zərbələr endirmiş, polis əməkdaşları çox çətinliklə də olsa yaşlı, sıx saqqallı oğlanı maşının arxa tərəfində yerləşən arakəsməli yerə, digərini yəni daha cavan olanını maşının salonuna mindirmişlər, bu proseslər davam edən vaxt münaqişəni sakitləşdirməyə çalışmış, özü də bunu davam etdirmək üçün könüllü surətdə avtopatrula minərək Abşeron RPİ-yə getməyi qərarlaşdırmış və maşının salonuna əyləşmiş, həmin iki oğlan və üç nəfər polis əməkdaşı ilə xxxxxxdə maşında əyləşərək Abşeron RPİ-nə getmişlər. Yolboyu sıx saqqallı qarabuğdayı oğlan yenidən söyüşlər söyməyə davam etmiş, təxminən 2-3 dəqiqə sonra Abşeron RPİ-nin inzibati binasına çatmışlar. Həmin iki nəfər şəxsin spirtli içki qəbul etdiklərini iyilərindən bilmiş, həmin şəxslər Abşeron RPİ-nə daxil olarkən yenidən səs-küy salmış və səbəbsiz gətirildiklərini iddia etmişlər, daha sonra yuxarı mərtəbəyə çıxmış və orada gözləmiş, bir müddətdən sonra isə Abşeron RPİ-dən çıxaraq yaşadığı mənzilə getmiş, xx xxxxxxxx 2019-cu il tarixdə Abşeron RPİ-nə gələrək izahat vermiş, izahat verən zaman həmin şəxslərin daha yaşlı yəni sıx saqqallı olanının adının Elməddin və digərinin yəni daha cavan olanının adının isə Fərid olduğunu öyrənmişdir. X32 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X32 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahid qismində dindirilmiş şahidlərin - Şahid1, Şahid4, Şahid5 oğlunun, Şahid3,Şahid2 oğlunun ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan naryadların xidməti cədvəlinə görə polis serjantı Zərərçəkmiş şəxs1, polis serjantı Zərərçəkmiş şəxs2 və polis serjantı Şahid2 xx.xx.2019-cu il saat 21:00-dan xx.xx.2019-cu il saat 09:00-dək xidmətdə olmuşlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X29 Təcrubi və Tədris Birliyinin məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 2056 nömrəli rəyindən məlum olur ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində aşkar olunmuş xəsarət- sağ almacıq nahiyəsinin qançırı küt əşya təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X29 Təcrubi və Tədris Birliyinin məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 2055 nömrəli rəyindən məlum olur ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- sağ əlin dördüncü daraq sümüyünün qapalı, yerinidəyişən sınığı ilə müşayiət olunan sağ əlin arxa səthinin qançırşişkinlik halında əzilməsi; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X29 Təcrubi və Tədris Birliyinin məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 2060 nömrəli rəyindən məlum olur ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol said, sağ əl, sağ əlin 3-cü barmağı və sol əlin 4-cü barmağı nahiyələrinin sıyrıqları;sol gözaltı nahiyənin qançırı küt əşya(əşyalar) təsirindən törənmişdir;qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi:sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasına dair xx.xx.2019-cu il tarixli, 30022 nömrəli rəyindən görünür ki, “Fiat Doblo” markalı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği nəzəri qaydada təxminən 370,00 manat müəyyən edilir.Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarında olan xx.xx.2019-cu il tarixli 2/5909 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı orta dərəcəli alkoqol sərxoşluğunda olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 2/5910 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 hadisə vaxtı orta dərəcəli alkoqol sərxoşluğunda olmuşdur. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki,Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət qanunvericiliyi ilənəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 68-VİQD nömrəli Qanundan sonra qəbul edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsinin sanksiyasında xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə, 315.2 -ci maddəsində isə bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsində göstərilir ki əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən cəzaları yüngülləşdirdiyi üçün Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsinin, Təqsirləndirilən şəxs2 əməli isə həmin məcəllənin 315-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti törətməkdə özlərini təqsirli bilməmələri barədə göstərdikləri, onların elan edilmiş ittiham üzrə təqsirli olmaları iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş bir-biri ilə uzlaşan sübutların məcmusu ilə təsdiq olunduğu üçün, qeyri səmimi ifadə olmaqla özlərini müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilən şəxslər təqsirli olduqları Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyaları həddlərində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraqTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X11 xx.xx.2019-cu il tarixli məhkumluq haqqında arayışından və Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə 02 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs1 Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə məhkumluğu hazırda, o cümlədən hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda isə Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. İş materiallarında olan Cəlilabad şəhər İƏDÜ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri, Sabir küçəsi, 100 saylı evdə qeydiyyatdadır, atası-X8, anası-X2, bacısı-X3, bacısı-X4 və bacısı X5 ibarət ailə üzvləri var və qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar - cinayətlərin residivi, cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsi halları müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azdlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində istintaq orqanı tərəfinfən xx.xx.2020-ci il tarixində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmlə təyin edilmiş şərti məhkumetmə ləğv edilməklə həmin hökmdə müəyyən edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun hökmlərin məcmusu üzrə təyin olunmuş cəza ilə birləşdirilməli və Təqsirləndirilən şəxs1 qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrindəçəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Hökmün icrası ona aid hissədə Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X11 xx.xx.2019-cu il tarixli məhkumluq haqqında arayışından (tələbnamədən) və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan respublikası Cinayət məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə məhkumluğu ödənilmişdir. İş materiallarında olan Cəlilabad şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Əliyev X10 şəhəri, M.Hadi küçəsi, 22 saylı evdə qeydiyyatdadır, atası - X14, anası-X1, qardaşı X9, qardaşı- X6, bacısı-X12, qardaşı-X7 və bacısı X13 ibarət ailə üzvləri var və qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını qeydiyyatda olduğu yer üzrə çəkməli və üzərinə yuxarıda göstərilən və onun islah olunmasına xidmət edən müvafiq vəzifələr qoyulmalıdır. Hökmün icrası ona aid hissədə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X23 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut,mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə şərti məhkum edilməsi ləğv edilsin və həmin hökmlə ona təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki cinayət işi üzrə ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkməsi müddətinin başlanğıcı tutulduğu xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə zalında dərhal həbsə alınsın. Hökmün icrası Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Cəlilabad rayonunun hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 Cəlilabad rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası ona aid hissədə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. .İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probarsiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X23 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 08 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-281/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-281/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver