Məhkəmə qərarları › İş №1(012)-281/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-281/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-281/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürsunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs oğlunun iştirakı ilə, xx.xx.1996-cı ildə Lerik rayonu Soru kəndində anadan olmuş,subay, Tuk zavodunda fəhlə işləyən, orta təhsilli, məhkum olunmamış, Lerik rayonu Soru kəndində qeydiyyatda olan, faktiki Abşeron rayonu Müşviq qəsəbəsi, 28 may küçəsi nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin dekabr ayının 15-də saat 04 radələrində Abşeron rayonu Xırdalan şəhəri, AAF park yaşayış kompleksi, 25-ci küçə 4 saylı binanın 1-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus qeyri yaşayış sahəsinə ətrafdan tapdığı metal parçası ilə qapını açmaqla qanunsuz olaraq binaya daxil olub obyektin içərisində 1 metrəsi 30 manat cəmi 540 manat dəyərində 4x50 markalı 18 metr yüksək gərginlikli mis kabeli, 280 manat dəyərində 36 metr 4x10 markalı mis kabeli, 55 manat dəyərində 25 metr 3x4 markalı kabeli,1 ədəd 70 manat dəyərində laqonda aparatı və 120 manat dəyərində əl arabanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 1065 manat ziyan vuraraq binaya daxil olmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, böyük qardaşı Kamil 2-ci Qarabağ müharibəsi zamanı yaralanmış və ayağını itirmiş, o yaşadıqları Müşviq qəsəbəsindəki evdə soyuq olduğu üçün qala bilmədiyi üçün AAF park yaşayış kompleksdə kirayə mənzil götürmüşdür. Kamilin yanına gün aşırı gedib gəlmişdir Ora gedəndə evin yaxınlığında gəzirmiş və Məscidlə üzbəüz olan 5 mərtəbəli binanın birinci mərtəbəsində olan obyekt gözünə sataşmış,görmüş ki,içəridə təmir işi gedir, pencərənin dəmir barmaqlıqları da yoxdur,asanlıqla şüşəli qapını aralayıb içəriyə daxil ola bilər. Obyektin şüşələri boya ilə boyandığı üçün içəri yaxşı görünmürdü.Fikirləşmiş ki, içəridən kabel,boya və digər tikinti material oğurlayıb satmaqla pul əldə edə bilər. Bu məqsədlə 2020-ci ilin dekabr ayının 15-də saat 02 radələrində əyninə bir tərəfi sarı rəng olan gödəkçəni geyinib yaşadığı Müşviq qəsəbəsindəki evdən çıxmış, yoldan bir qədər sonra keçən tanımadığı və markasını xatırlamadığı bir taksiyə minmiş Hökməli dairəsinin yanında düşərək,ordan üzü çəpinə Xırdalan tərəfə piyada keçib və AAF park yaşayış kompleksinə tərəf çatmış.Qaranlıq olduğuna görə ətrafda demək olar ki,adam olmayıb.AAF parkın içinə daxil olaraq oğurluq etmək istəmiş obyektə daxil olmaq üçün yerdə dəmir parçası axtarmağa başlamışdır.Ətrafda və AAF parkın giriş hissəsində mühafizəçi olmadığına əmin olduqdan sonra ətrafda balaca dəmir parçası tapdıqdan sonra həmin obyektə yaxınlaşmışdır. Həmin dəmir alətlə şüşəli qapını aralayıb içəriyə daxil olmuşdur. İçəridə künc tərəfdə görmüş ki,kabellər və laqonda aparatı var. Yanında da təkərli əl araba var.Əlinə keçən 3 ədəd kabel toplarını və laqonda aparatını götürüb əl arabaya qoymuş, böyründə isə odeyal olduğu üçün arabanın üstünə sərmiş ki, arabanın içindəkilər görsənməsin.Əl arabasına qoyduğu həmin əşyalarla birlikdə həmin yerdən küçəyə çıxmış və AAF parkdan darvaza olan tərəfə çatıb sağa tərəf getmişdir.Həmin vaxtı üstündə 10-15 manat pul olmuşdur.Yola çıxandan sonra tanımadığı bir taksi maşını saxlatdırdıqdan sonra əl arabanı isə yolun qırağında qoyub içindəki kabel və laqondanı taksinin baqac hiisəsinə qoymuşdur. Taksidən xahiş etmiş ki,onu Müşviq qəsəbəsinə aparsın.Evə tərəf çatıb maşını saxlatdıraraq baqacda olan əşyaları boşaldmış taksiyə pulu verdikdən sonra taksi çıxıb getmişdir.Həmin kabelləri və laqonda aparatını yaşadığı evin həyətində görünməyən yerə kənara qoyduqdan sonra izi itirmək üçün fikirləşmiş ki,əynində olan qara rəngli ayaqqabını qardaşının yaşadığı AAF parkdakı evinə gedərək orda qoysun və həmin evdə olan krasovkanı geyinib ordan çıxsın.Həmçinin əynindəki gödəkçə iki tərəfli olduğu üçün sarı rəngli tərəfi yox qara rəng olan tərəfi geyinib çıxsın. Yadında qalmayan Sulu-təpə yolunda yoldan keçən bir ağ rəngli taksi maşınına minmişdir. Maşını idarə edən taksi sürücüsünə getdiyi yeri demiş,həmin taksi sürücüsü o tutulduqda onu polisdə tanıyan şəxsdir.Saat artıq 05 radələri olardı o AAF parka çatmış, taksiyə 2 manat verərək düşüb qardaşı gilə getmişdir.Evin açarı onda olduğuna görə qapını açıb içəri daxil olmuşdur.Qardaşı həmin vaxtı yatırmış.Qara rəngli ayaqqabılarını çıxarıb boz rəngli krasovkaları geyinmiş,bir qədər oturub çay içdikdən sonra saat təxminən 06:10 olardı evdən çıxaraq az əvvəl AAF parka daxil olduğu tərəfdən yox digər çıxışdan çıxmışdır.Yenə də yoldan keçən bir taksi maşına minərək evə gedib həmin oğurluq etdiyi kabelləri taksiyə yükləyərək taksini işə sürdürmüşdür.Bildirmiş ki,həmin zavoda daima mis və dəmir satanlar gəlib mis və dəmir satırlar.O da kənarda dayanıb zavoda onu görməsinlər deyə gözləmiş ki,zavoda gələn maşınların birinə ucuz qiymətə satsın.Bir qədər kənarda yolun qırağında dayanmış köhnə qaz markalı avtomobil gəldikdə,arxa bortunda çoxlu dəmir və sair tullantı mis və dəmir olduğunu görüb tanımadığı həmin adama kabelləri təklif etmişdir.Həmin şəxs kabellərə baxandan sonra ona deyib ki,bir qədər onu gözləsin.O da onu gözləmiş,həmin şəxs zavoda girib çıxandan sonra ona yaxınlaşaraq,kabelləri tərəzi ilə ölçüb ona həm kabellərə həmdə laqondaya görə 540 manat pul vermişdir.O pulu götürəndən sonra işə getmiş və həmin günü işdən çıxıb evə gəlmişdir.Həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri,AAF park yaşayış komplesinin ərazisində yerləşən 25-ci küçə 4 nömrəli binanın 1-ci mərtəbəsində ona məxsus qeyri yaşayış sahəsi var.Həmin obyekti alandan sonra təmir işləri başlamışdır.2020-ci ilin dekabr ayının 15-də səhər tezdən ona məlum olmuş ki,obyektin şüşə qapısı açılmış və içəriyə daxil olan naməlum şəxs oradan 1 metrəsi 30 manat cəmi 540 manat dəyərində 4x50 markalı 18 metr yüksək gərginlikli mis kabeli, 280 manat dəyərində 36 metr 4x10 markalı mis kabeli,55 manat dəyərində 25 metr 3x4 markalı kabeli,1 ədəd 70 manat dəyərində laqonda aparatı və 120 manat dəyərində əl arabası oğurlanmışdır.ümumilikdə ona 1065 manat maddi ziyan vurulmuşdur. Hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Yisif oğlunun ifadəsindən görünür ki, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2020-ci ilin dekabr ayının 15-də xidmət etdiyi ərazidə yəni Abşeron rayon Xırdalan şəhəri, AAF park yaşayış kompleksinin Məscid olan yerin yanında 5 mərtəbəli binanın birinci mərtəbəsində olan Zərərçəkmiş şəxs məxsus qeyri yaşayış obyektdən oğurluq edilməsi ilə bağlı sonuncunun müraciəti əsasında başlanmış cinayət işi ilə bağlı tərəfindən əməliyyat axtarış tədbirləri keçirilmişdir. AAF park yaşayış kompleksinin ətrafında və içərisində olan videokameralardan götürülmüş disk tərəfindən araşdırılmışdır. Müəyyən olmuşdur ki,həmin gecə Şahid2 adında şəxs DAEVOO markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşayış kompleksə gəlmişdir.Şahid2 müəyyən edilmiş və sonra avtomobildə olan sərnişin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmiş,həmin sərnişinin Təqsirləndirilən şəxs olduğu müəyyən olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs olduğu yer 2020-ci ilin dekabr ayının 23-də axşam saatlarında müəyyən edilmişdir. Onunla söhbət edən zamanı Ceyhun həmin obyektdən oğurluq etdiyini etiraf etmiş, ona görə onunla bağlı istintaq hərəkətləri keçirilməsi üçün onu Abşeron rayon polis idarəsinə aparmışdır. Daha sonra tərəfindən oğurluq baş verən günü AAF yaşayış kompleksinin giriş hissəsinin yanından keçən X6 müəyyən edilmiş,onunla söhbət zamanı ona məlum olmuş ki,gecə vaxtı əl arabası ilə yanından keçən şəxsi görmüş və həmin şəxsi görsə tanıya bilər ona görə də o dindirilməsi üçün İŞ-nə göndərilmişdir. Bundan sonra daxil olmuş əməliyyat tapşırığı əsasında tərəfindən Ceyhun Adduxanovun oğurladığı əşyaları kimə satması ilə bağlı əməliyyat tədbiri keçirilmişdir.X5 işlədiyi Tuk zavodunun yaxınlığında kabelləri və digər əşyaları satdığı şəxsi müəyyən edə bilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, dolanmaq çətin olduğu üçün əvvəlcədən yaxınlıqda yaşayan Elşad adlı şəxsə müraciət etmiş ki,ona məxsus avtomobili taksi kimi istifadə etməsi üçün ona versin. Elşad maşını ona vermeye razılaşmışdır. 2020-ci ilin dekabr ayının 14-də günorta saatlarında ona məxsus DAEVOO markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobili ona vermişdir. Həmin günü maşını idarə etmiş və müştəri aparmışdır. 2020-ci ilin dekabr ayının 14-dən 15-nə keçən gecə Xırdalan şəhəri AAF park yaşayış kompleksinə səhərə yaxın 5:30 radələrində bir nəfər cavan oğlanı məscid olan yerə aparmışdır. Lakin hardan götürdüyünü xatırlamır. Həmin vaxtı yuxulu olmuş, həmin oğlan ona 2 manat pul vermişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş X2 ifadəsindən görünür ki, 2020-ci ilin dekabr ayının 14-dən 15-nə keçən gecə AAF park yaşayış kompleksinin içindəki qardaşının evində olmuş, həmin gecə qardaşı Niyaməddin AAF park yaşayış kompleksində yerləşən evdən köçərkən o qardaşına həmin əşyaları daşımağa kömək etmişdir. O qardaşının evindən əşyaları daşıyanda tez - tez AAF parkın giriş hissəsinə daxil olub çıxırmış, gecə saat 04 radələrində həmin vaxtı hündür boylu əynində sarı rəngli gödəkçəsi və boz rəngli şalvarı olan bir nəfərin üstü parça ilə əl arabası üzü çıxışa tərəf daşıdığını görmüş,həmin şəxs tək idi və yanında kimsə olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərarından görünür ki, hadisə baş verən vaxtı ərazidə olan video kamera vasitəsi ilə çəkilmiş görüntülər iş üzrə mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona dəymiş ziyan tamamilə ödənildiyindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Lerik RİH Əliabad İƏD tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik rayonu, Soru kəndində qeydiyyatdadır və yaşadığı yer üzrə də müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X3 Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməklə xəsarət almışdır, 2-ci Vətən Müharibəsi veteranıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, qardaşının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməklə xəsarət almasını və 2-ci Vətən Müharibəsi veteranı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində 02 gün nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində 02 (iki) günü azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar