Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-281/2023 21.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1971-ci ildə İsmayıllı rayonu, Sulut kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi ev 1, mənzil 11-də qeydiyyatda olan və yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixdən hesablamaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə 2019-cu ilin oktyabr ayının ortalarında sonuncunun yaşadığı ünvan 1 ünvanında 1350 manat pulunu alıb ələ keçirmiş və vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 məxsus və yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsi, 2A nömrəli evinə mülkiyyət hüququ verən çıxarış alacağına dair vəd verib aldatmış, bu niyyətlə 2020-ci ilin iyul ayının ortalarında həmin ünvanda Zərərçəkmiş şəxs3 1000 manat pulunu alıb ələ keçirmiş və vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 dostu Şahid4 ailəsi üçün körpələr evindən övladlığa uşaq götürəcəyinə köməklik göstərəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə 2020-ci ilin noyabr ayının ortalarında Zərərçəkmiş şəxs2nın anası Zərərçəkmiş şəxs3 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsi, ev 2A-da 3300 manat pulunu alıb ələ keçirmiş və vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 müəssisələrin birində fəhlə kimi işə düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs4 2021-ci ilin oktyabr ayının əvvəlində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyn küçəsində yerləşən "xxxx" ASC-nin Xırdalan filialının qarşısında 200 manat, 2021-ci ilin oktyabr ayının ortalarında eyni ünvanda 300 manat və 2021-ci ilin noyabr ayının əvvəlində 200 manat, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 700 manat pulunu alıb ələ keçirmiş və vədinə əməl etməyərək Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abbasov küçəsində yerləşən 47 nömrəli evə çıxarış düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə sonuncunun 2022-ci ilin avqust ayının ortalarından axırlarına kimi həmin ünvanda ayrı-ayrı vaxtlarda hər dəfə 200 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə üç dəfə, ümumilikdə 600 manat pulunu alıb ələ keçirmiş və vədinə əməl etməyərək Zərərçəkmiş şəxs5 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir.. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi ev 1, mənzil 11də qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsində ünvansız fərdi yaşayış sahəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi olaraq ev alqı-satqısı ilə məşğul olub ailəsini dolandırır. Zərərçəkmiş şəxs1 da tanıyır, onun keçmiş həyat yoldaşı Röyanın qohumudur. Onunla münasibəti yaxşı olmuşdur. O, makler kimi işlədiyinə görə Baş X8 idarəsində bəzi sənəd işlərinin görülməsində vasitəçilik etmişdir. Ətrafında olan bütün şəxslər isə onu BDYPİ-nin mülki əməkdaşı kimi onu tanımışdılar. Bir neçə nəfər şəxsə sürücülük vəsiqəsi, avtomobilə dair sənəd işlərinin düzəldilməsində köməklik etmişdir. Zərərçəkmiş şəxs1 onun barəsində verdiyi şikayət ərizəsi ilə tanış olmuş və bildirmişdir ki, onun ikinci həyat yoldaşı Xalidə adlı qadından uşağı dünyaya gəldiyi üçün 2018-ci ilin iyul aylarında Zərərçəkmiş şəxs1 zəng vuraraq, doğuş xərcləri üçün ondan 1000 manat borc pul istəmişdir. Həmin pulu isə iki ay müddətinə qaytaracağına söv vermişdir. Zərərçəkmiş şəxs1 ilə razılaşdıqdan sonra Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan dairəsi” deyilən ərazidə yerləşən “Lukoyl YDM”-nin yanında görüşmüş və Rayadan 1000 manat pul almışdır. Lakin, söz verdiyi müddətdə pulu qaytara bilməmişdir. Ancaq Zərərçəkmiş şəxs1 başqa pul almamışdır. Bundan başqa, birinci həyat yoldaşından ayrıldığı üçün öz yaşadığı evdə həyat yoldaşında qalmışdır. Ona görə müxtəlif yerlərdə kirayə yaşamışdır. Qohumu Zərərçəkmiş şəxs1 qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs3 evinin həyətində otaq olmasını həmin otağı kirayə verdiyini bildirmişdir. O da həmin otaqda kirayə yaşadığı müddətdə Zərərçəkmiş şəxs3 tanımışdır. Gülarə ilə münasibəti normal olmuşdur. Tanışlıq əsnasında Zərərçəkmiş şəxs1 onu bütün dövlət orqanlarında tanışları olan şəxs kimi təqdim etmişdir. Həmçinin, onun Baş X8 İdarəsində işlədiyini də bildirmişdir. O, Gülarənin evində kirayə yaşadığı müddətdə ondan dövlət orqanlarında tanışlarının olmasını bilib, öz evinin çıxarış sənədinin olmadığı üçün həmin sənədin düzəlməsində köməklik edə biləcəyini ondan soruşmuşdur. O isə həmin çıxarış sənədin düzəldilməsində tanışlarının olmasını deyib, razılaşmışdır. Həmin sənədin düzəldilməsində yaşadığı evdə 2020-ci ilin iyul ayının ortalarında 700 manat pul almışdır. Gülarədən sənədin düzəldilməsi üçün bir neçə ay vaxt gözləməyini xahiş etsə də çıxarış sənədini həll edə bilməmişdir. Həmin vaxtı isə Gülarədən aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, Gülarədən 1000 manat pul almamışdır. Həmin puldan isə Gülarəyə 180 manat pulu geri qaytarmışdır. Bundan başqa, kirayə yaşadığı evin sahibinin oğlu Zərərçəkmiş şəxs2 da tanıyır, anası Gülarəyə görə tanımış, münasibəti yaxşı olmuşdur. O, Feyzullanın anasının evində kirayə yaşadığı müddətdə Feyzulla ondan dövlət orqanlarında tanışlarının olmasını bilib, anasının evinin çıxarış sənədinin düzəlməsində köməklik etdiyindən məlumatı olmuşdur. Bundan sonra Feyzulla Əhməd adlı dostunun olmasını deyib Əhməd üçün körpələr evindən uşaq götürməkdə köməklik edə biləcəyini soruşmuşdur. O, isə körpələr evində tanışının olmasını deyib, köməklik göstərə biləcəyini Feyzullaya demişdir. Daha sonra Feyzulla Əhmədlə onun yanına gəlmişdir. Eyni qayda ilə yenidən Feyzulla ilə danışdıqdan sonra işin həll olunması üçün Feyzulladan 3300 manat pul istəmişdir. Feyzulla isə Əhmədə köməklik üçün həmin pulu özü verəcəyini deyib, bir neçə gün ondan vaxt istəmişdir. 2020-ci ilin noyabr ayının ortalarında Gülarənin yaşadığı ünvan 3 ünvanında Əhmədin və Gülərinin yanında Feyzulladan 3300 manat pul almışdır. Feyzulladan işin həll olunması üçün valideynlərin şəxsiyyət vəsilərini də istəmişdir. İşin 30 dekabr 2020-ci il tarixinədək həll olunmasını və həmin vaxtadək gözləməsini xahiş etmişdir. Lakin, pulu alsa da körpələr evindən uşaq götürə bilməmişdir. Həmin vaxtı isə Feyzulladan aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, Feyzulladan körpələr evindən uşaq götürülməsi üçün 5500 manat pul istəməmiş, 3300 manat pul istəmiş və Feyzulla da həmin pulu ona vermişdir. Həmin puldan isə ümumilikdə 400 manat pulu qaytarmış, daha sonra valideynlərin şəxsiyyət vəsiqələrini də Feyzullaya qaytarmışdır. Bundan başqa, Şahid1 uzun müddətdir tanıyır, onunla münasibəti yaxşıdır. Zərərçəkmiş şəxs4 Şaxhsüeyn oğlunu da uzun müddətdir tanıyır, onunla əvvəllər bir yerdə işləmiş, münasibəti normal olmuşdur. 2021-ci ilin oktyabr ayında təsadüfən Sədərək ticarət mərkəzində kafelərin birində olan zaman Zərərçəkmiş şəxs4 ilə görüşmüş, onun tanışlarının çox olduğunu və buna görə ondan işə düzəltməyini xahiş etmişdir. O da Hüseyni müəssisələrin birində fəhlə kimi işə düzəldə biləcəyini bildirmişdir. Buna görə Hüseyndən 200 manat pul istəmiş, Hüseyn həmin pulu tapıb ona verəcəyini bildirmiş, bir neçə gün sonra təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində yadında olmayan tarixdə Hüseyn ona zəng vuraraq 200 manat pulu düzəltdiyini və həmin pulu vermək istədiyini bildirmişdir. O isə Hüseynlə görüşə bilmədiyini, xəstə olduğuna görə evdə olduğunu bildirmişdir. Buna görə də dostu Şahid1 ilə görüşüb pulu verməsini bildirmişdir. Murada zəng vurub Hüseynlə görüşməsini Hüseyndən 200 manat alıb ona gətirib verməsini bildirmişdir. Həmin günü Murad pulu Hüseyndən alıb səhəri günü gətirib ona vermişdir. Ancaq Muradın pulu Hüseyndən harada almasından məlumatı olmamışdır. Murad ona pulu verdikdə Murada hər hansı miqdarda pul verməmiş və Hüseyndən pulu hansı məqsədlə almağı barədə heçnə deməmişdir. O, həmin pulu öz xəstəliyinə görə xərcləmişdir. Fikirləşmişdir ki, sonra Hüseyni hansısa bir tanışından xahiş edib işə düzəldər. Bundan bir həftə sonra yenidən ona pul lazım olduğu üçün Hüseynlə telefon əlaqəsi saxlamışdır. 200 manat pul ilə işin düzəlmədiyini Hüseyndən əlavə 300 manat da pul istəmişdir. Hüseyn razı olmuşdur. O, yenidən Muradla görüşüb pulu Murada verməsini bildirmişdir. Murad Hüseynlə görüşüb 300 manatı alıb ona vermişdir. O, eyni qayda ilə Murada hər hansı miqdarda pul verməmişdir. Bundan bir neçə həftə sonra yenidən Hüseynlə telefon əlaqəsi saxlamış, işin həll olunması üçün Hüseyndən 200 manat da pul istəmişdir. O, bununla da yəni, ümumilikdə 700 manat pul qarşılığında Hüseynin işini həll edəcəyini bildirmişdir. Hüseyn razılıq verdikdən sonra Muraddan xahiş edib, Hüseyn ilə görüşməsini və 200 manat pulu da almasını bildirmişdir. Murad pulu alıb ona vermişdir. O, eyni qayda ilə Murada pul verməmişdir. O isə həmin pulu alıb öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Hüseynin işə düzəldilmə məsələsini həll etməyə çalışmışdır. Lakin, bacara bilməmişdir. Hüseyn isə bir neçə vaxt keçdikdən sonra pulunu ondan tələb etməyə başlamışdır. Lakin, pulu xərclədiyinə görə Hüseynə vaxt verməsini xahiş etmiş, yenə də pulu düzəldib, Hüseynə qaytara bilməmişdir. Əlavə olaraq göstərmişdir ki, pulu Şahid1 alsa da həmin pulun hamısı ona çatmış, həmin puldan isə hər hansı miqdarda hissəsini Murada pul verməmiş, onun danışığı Hüseynlə olmuş və onların yanında heç kim olmamış, hansı məqsədlə Hüseyndən pul aldığı barədə Murada hər hansı məlumat verməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 Ruslan adlı dostunun vasitəsi ilə tanımış, münasibəti normal olmuşdur. Ruslan onu Naidə ilə tanış etdikdə yaşadığın evə çıxarış sənədinin lazım olduğunu bildirmişdir. Bunun üçün Naidəyə köməklik etməyini xahiş etmişdir. O da Naidədən həmin çıxarış sənədinin düzəldilməsi üçün 3500 manat pul istəmişdir. Naidə isə həmin çıxarış sənədini həll etdikdən sonra ona həmin pulu verəcəyini demişdir. O da razılaşıb Naidənin evinin sənədini götürüb getmişdir. 2022-ci ilin avqust ayının ortalarından axırlarına qədər hər dəfə Naidənin yaşadığı ünvan 4 ünvanına gələrək sənədin düzəldilməsi üçün 200 manat lazım olduğunu deyib, ümumilikdə Naidədən 600 manat pul almışdır. Lakin, Naidənin evinin çıxarış sənədini düzəldə bilmədiyi üçün aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra Ruslan dəfələrlə ona zəng vurub Naidədən aldığı pulları geri qaytarmağını, yada çıxarış sənədini düzəltməyini tələb etmişdir. O da Ruslana sənədi düzəldə bilmədiyini deyib, pulu geri qaytaracağına söz vermişdir. Lakin, pul düzəldə bilmədiyi üçün Naidənin pulunu tam verə bilməmişdir. Ancaq 200 manat düzəldib Naidəyə vermişdir. Qalan 400 manat pulu isə qaytaracağına söz vermişdir. İki zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsi ev 12A, mənzil 7-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi olaraq yaşadığı ərazidə yerləşən kafelərin birində qabyuyan işləyir. Təqsirləndirilən şəxs tanıyır, onun xalası nəvəsi olan Röya adlı şəxsin həyat yoldaşı olmuş, uzun müddətdir boşanmışdır. Həmin nikahdan iki övladı olmuşdur. Şahyarla münasibəti normal olmuşdur. Ədavəti və düşmənçiliyi olmamışdır. Şahyar özünü Baş X8 İdarəsində işləyən şəxs kimi onlara təqdim etmiş və onlarda Şahyarın orada işləməsini düşünmüşdür. Şahyar barəsində ərizəni yazmış və bildirmişdir ki, Təqsirləndirilən şəxs birinci həyat yoldaşı olan Röyadan boşandıqdan sonra ikinci dəfə ailə həyatı qurmuş, Qobu qəsəbəsində yaşayan Xalidə adlı qadınla evlənmişdir. 2018-ci ilin təxminən iyul ayının ortalarında Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq, ikinci evliliyindən uşağının doğulması üçün doğuş xərcləri üçün 1500 manat borc pul lazım olduğunu bildirərək, həmin pulu iki ay müddətinə qaytarcağına ona söz vermişdir. O da razılaşmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan dairəsi” ərazisinə öz avtomobili ilə gəlmiş, avtomobili yolun sağ kənarında “Lukoyl” YDM-nin yanında saxlayıb avtomobildə Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxtı yanlarında heç kim olmmaışdır. O, öz maşınında Şahyara 1500 manat pul vermiş, Şahyar pulu ondan alaraq 2 ay müddətinə qaytaracağına söz vermişdir. Bundan sonra, özü üçün sürücülük vəsiqəsi almaq istəmişdir. Həmin sürücülük vəsiqəsini almaq üçün bir neçə nəfər şəxslərdən soraqlaşmış, həmin vaxtı Şahyar ona Baş X8 İdarəsində işlədiyini inandırıb, orada tanışlarının olmasını deyib sürücülük vəsiqəsi düzəldə biləcəyini ona yalandan demişdir. Ondan sürücülük vəsiqəsinin düzəlməyi üçün 1350 manat pul istəmişdir. O da Şahyara inanıb həmin məbləği düzəldib verəcəyini bildirmişdir. Təxminən 2019-cu ilin oktyabr ayının ortalarında Şahyarla öz evində görüşmüşdür. O, Şahyara sürücülük vəsiqəsi almaq üçün 1350 manat pulu inanaraq vermişdir. Şahyar isə maksimum 7 gün ərzində sürücülük vəsiqəni düzəldib ona verəcəyinə söz vermişdir. Lakin, hazıra qədər Şahyar onun pulunu qaytarmamış, nədə ki, verdiyi vədə əməl etməmişdir. Hazırda Şahyardan verdiyi pulu tələb etsə də onu hər dəfə müxtəlif bəhanələrlə aldatmış, pulunu geri qaytarcağına söz vermişdir. O, birinci dəfə pulu Şahyara verən zaman borc kimi vermiş, Şahyar uşağının dünyaya gəlməsi üçün həkim xərcləri üçün ondan 1500 manat borc istəmişdir. O da borc kimi Şahyara 1500 manat pul vermişdir. Sonra isə sürücülük vəsiqəsi düzəldəcəyi adı ilə aldadıb ondan 1350 manat pul almışdır. Lakin, Şahyar nə pulunu qaytarmış, nədə ki, sürücülük vəsiqəsi düzəltmişdir. O, Şahyara birinci dəfə borc pul verən zaman yanımda bacısı oğlu Rüfət olmuş, ikinci dəfə pulu verəndə isə yanında həyat yoldaşı Ənvər olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 156-da qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq Abşeron rayonu, Xırdalan şəhəri, 11 illik musiqi məktəbində, tar müəllimi işləyir. İşləmədiyi vaxtlarda isə taksi kimi fəaliyyət göstərib ailəsini dolandırır. Təqsirləndirilən şəxs tanıyıram, onu anası Gülarənin qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Raya Şahyarın uzaq qohumu olmasını, bütün dövlət orqanlarında tanışının olmasını deyib, onları Şahyarla tanış etmişdir. Həmçinin, Şahyarın Baş X8 İdarəsində işlədiyini onlara demişdir. Həmin şəxs barəsində şikayət ərizəsini yazmışam və bildirmişdir ki, onun Bakı şəhərində Əhməd adlı dostu olmuş, uzun müddətdir övladı olmamışdır. Ona görə də Əhməd körpələr evindən uşaq götürmək istədiyini ona bildirmişdir. O da Əhmədə anası Gülarənin qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs1 Şahyar adlı tanışının olmasını deyib bütün dövlət orqanlarında tanışının olmasını demişdir. Əhmədə Şahyarın körpələr evindən uşaq götürməkdə sənədləşmə işini həll edə biləcəyini demişdir. Əhməd də razılaşmışdır. Ona görə Əhməd ilə birlikdə 2020-ci ilin noyabr ayının ortalarında anası Gülarənin yaşadığı ünvan 3 ünvanında Şahyarla görüşmüşdülər. Şahyarla danışan zaman Şahyar ondan körpələr evindən uşaq götürülməsi üçün ümumilikdə 5500 manat pul istəmişdir. O isə Əhmədə uşağın götürülməsi üçün pulun bir qismini verəcəyini bildirmişdir. Şahyar da razılaşmış və ümumilikdə birinci dəfə üçün Şahyara 3300 manat pul verəcəyini, uşağın götürüləcəyi gün isə əlavə olaraq 2200 manat da pul verəcəyini bildirmişdir. Razılaşdıqdan sonra Şahyara bir neçə gün ərzində 3300 manat pulu düzəldib verəcəyinə söz vermişdir. 2020-ci ilin noyabr ayının ortalarında eyni qayda ilə anasının yaşadığı evdə yenidən Əhməd ilə birlikdə Şahyar ilə görüşmüş, evdə Şahyara anası Gülarənin və Əhmədin yanında 3300 manat pul vermişdir. Şahyar pulu aldıqdan sonra 2020-ci ilin dekabr ayının sonlarına qədər körpələr evindən uşaq götürüb onlara verəcəyinə söz verərək onları inandırmışdır. Onlar da Şahyara inanıb söz verdiyi işi dediyi vaxtda görəcəyini gözləmişdilər. Bundan sonra Şahyar dediyi vaxtda körpələr evindən uşaq götürüb onlara verə bilməmişdir. Onlar da Şahyara inanmışdılar. Sonra Şahyarın onları aldatdığını düşünüb, pulunu geri tələb etməyə başlamışdır. Hər dəfəsində ondan bir neçə gün vaxt istəyərək, işi düzəldəcəyini bildirmişdir. Şahyar artıq işi həll edə bilmədiyini bilib pulunu istəyəndə Şahyar pulu xərclədiyini bildirmişdir. Pulu qaytarması üçün ondan vaxt istəmişdir. Hazıra qədər ona ümumilikdə aldığı puldan 300 manat pul qaytarmış, yerdə qalan 3000 manat pulu hazıra qədər ona qaytarmamışdır. O, həmin pulu özü vermişdir. Əhmədin maddi imkanı zəif olduğu üçün o, Əhmədə köməklik üçün öz pulundan Şahyara 3300 manat pul vermiş, həmin pul ona məxsusdur və maddi ziyan ona dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsi, ev 2Ada qeydiyyatda olmaqla ailə üzvləri ilə yəni, yaşayır kiçik oğlu Dəyanət və ailəsi ilə birlikdə yaşayır. Böyük oğlu Feyzulla isə onlardan ayrı Bakı şəhərində yaşayır. Hal hazırda yaşı ilə əlaqədar olaraq işləmir, təqaüd alır. Təqsirləndirilən şəxs tanıyır, qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımış, Raya Şahyarın uzaq qohumu olmasını, bütün dövlət orqanlarında tanışının olmasını deyib, Şahyarla tanış etmişdir. Həmçinin, Şahyarın Baş X8 İdarəsində işlədiyini ona demişdir. Həmin şəxs barəsində şikayət ərizəsini yazmışam və bildirmişdir ki, yaşadığı evin hal-hazırda çıxarışı yoxdur. O, uzun müddətidir evin sənədinin düzəldilməsi üçün çalışsa da bacara bilməmişdir. Qonşusu Raya onu Şahyar ilə tanış etdikdən sonra həmin şəxsin vasitəsi ilə yaşadığı evə çıxarış almaq qərarına gəlmişdir. Şahyar ilə danışdıqdan sonra evinə çıxarış düzəldə biləcəyini deyib onu inandırmışdır. Buna görə ondan ümumilikdə 1000 manat pul istəmişdir. O da Şahyardan işin düzəlməsi üçün bir neçə gün vaxt istəmişdir. Pulu düzəldəcəyi halda Şahyara xəbər edəcəyini bildirmişdir. Təxminən 2020-ci ilin iyul ayının ortalarında Şahyara pulu düzətdiyini bildirmişdir. Şahyar yaşadığı evə gəlmiş və oğlu Dəyanətin yanında 1000 manat pul vermişdir. Şahyar isə 1 ay müddətinə evin çıxarış sənədini düzəldəcəyini deyib pulu və şəxsiyyət vəsiqəni, evinin sənədlərini ondan alıb çıxıb getmişdir. Lakin, Şahyar dediyi vaxtda nə evinin çıxarış sənədini həll etmiş, nədə ki, verdiyi pulu ala bilmişdir. Hər dəfəsində isə ona müxtəlif bəhanələr gətirib, ondan vaxt istəmişdir. Sonradan Şahyarın onu və bir neçə nəfər şəxsləri aldatdığını görüb, pulunu ələ keçirdiyini düşünmüşdür. Ona görə də verdiyi şəxsiyyət vəsiqəsini və evinin sənədlərini bir təhər almışdır. Lakin, Şahyar verdiyi pulu qaytarmamış və hazıra qədər də qaytarmamışdır. Bununla da ona 1000 manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ailə üzvlərim ilə yəni, ünvan 4-də yaşayır. Bakı şəhəri, Binəqədi rayonu, 35 saylı poliklinikada tibb bacısı işləyir. Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarından Ruslan adlı tanışının vasitəsi ilə tanımış, Ruslan həmin şəxsi ona ev sənədinin düzəldilməsində köməklik göstərən şəxs kimi təqdim etmişdir. Təxminən 2022-ci ilin avqust ayında iş yoldaşı Könül adlı şəxslə Ruslanın idarə etdiyi taksı ilə işə getmişdir. Maşında yol ilə gedən zaman Könül ilə yaşadığı evin çıxarış sənədinin düzəldilməsi haqqında danışmışdır. Ruslan həmin vaxtı onların söhbətini eşidərək, Şahyar adlı tanışının olmasını deyib, evin çıxarış sənədinin düzəldilməsində köməlik edə biləcəyini bildirmişdir. O, Ruslana həmin şəxslə onu tanış etməsini xahiş etmişdir. Ruslan isə razılaşaraq, bir neçə gün sonra təxminən 2022-ci ilin avqust ayının ortalarında Ruslan Şahyarı onun yaşadığı evə gətirmişdir. Ruslan Şahyarla onu tanış etmişdir. Bundan sonra Ruslan Şahyara onun yaşadığı evinin çıxarış sənədinin düzəldilməsində köməklik etməsini xahiş etmişdir. Şahyar isə köməklik edə biləcəyini və bunun müqabilində ondan 3500 manat pul isdəmişdir. Bu söhbətdən sonra Şahyar evdən çölə çıxmış, Ruslan isə ona təklikdə Şahyara əvvəlcədən pul verməməyi bildirmişdir. Şahyara sənədin ilk əvvəl düzəltməsini, sonra pulu Şahyara verməyini başa salmışdır. Şahyar ondan evinin bəzi sənədlərini almış və Ruslanla çıxıb getmişdilər. 2022-ci ilin avqust ayının ortalarında Şahyar onun evinə tək gələrək, evin çıxarış sənədinin düzəldilməsi üçün 200 manat pul lazım olduğunu bildirmişdir. O isə Şahyarla danışdığını, evin sənədini tam düzəltdikdən sonra pulu tam şəkildə verəcəyini bildirmişdir. Şahyar isə sənədin təsdiq olunması üçün əvvəlcədən 200 manat pul lazım olduğunu deyib, onu inandırmış və o da məcbur olub öz yaşadığı ünvanda Şahyara 200 manat pul vermişdir. Bir neçə gün sonra yenə də evinə gələrək ondan əlavə olaraq 200 manat da pul istəmişdir. O yenə də işinin xətrinə Şahyara inanıb məcbur olub əlavə olaraq 200 manat da pul vermişdir. 2022-ci ilin avqust ayının axırında yenidən evinə gələrək sənədləşmə işinin tam həll olunması üçün əlavə 200 manat da pul istəmişdir. Həmin pulu versə sənədi gedib götürə biləcəyini ona bildirmişdir. O Şahyara inanıb 200 manat pul vermiş, Şahyar bu gün sabah deyərək, həmin sənədi ona gətirib verəcəyini bildirmişdir. Lakin, Şahyar onu aldadıb nə evin sənədini, nədə ki, pulunu ona qaytarmamışdır. Bundan sonra 2022-ci ilin avqust ayının axırlarında Ruslana zəng vuraraq, Şahyara 3 dəfə 200 manat olmaqla ümumilikdə 600 manat pul verdiyini bildirmişdir. Lakin, pulu aldıqdan sonra Şahyarın çıxarış sənədini düzəltmədiyini onu aldatdığını bildirmişdir. Ruslan isə əvvəlcədən Şahyara pul verməməyini xəbərdar etdiyini irad olaraq ona bildirmişdir. O, Ruslandan Şahyara verdiyi pulu almasını xahiş etmişdir. Bundan sonra Ruslan dəfələrlə Şahyarla telefon əlaqəsi saxlamış, ondan aldığı pulu geri qaytarmasını, yada ki, çıxarış sənədini düzəltməsini bildirmişdir. Şahyar isə sənədi düzəldə bilmədiyini deyib, pulu qaytaracağını söz vermişdir. Bundan bir neçə ay ərzində Şahyarla dəfələrlə telefon əlaqəsi saxladıqdan sonra, hər dəfə pulu qaytaracağını demişdir. Sonda 200 manat pulu Şahyar ona qaytarmışdır. 400 manat pulu isə hazırda qaytarmamışdır. Həm də ondan götürdüyü evin sənədlərini özündə qalmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs isə təxminən 1992-ci ildən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi sakini kimi tanımış, 2021-ci ilin oktyabr ayında Sədərək Ticarət Mərkəzi yaxınlığında yerləşən kafelərin birində təsadüfən Şahyarı görmüşdür. Onunla görüşüb söhbət edən zaman Şahyar ona Baş Dövlət Yol Patrul Xidmətində hansısa vəzifədə işlədiyini bildirib onun hansı işlə məşğul olduğunu soruşmuş, o, fərdi əməklə yəni, günəmuzd fəhləliklə məşğul olduğunu, lakin çox vaxt iş tapmadığını bildirmişdir. Şahyar da hansısa müəssisələrin birində onu fəhlə kimi işə düzəldə biləcəyini bildirmiş, bunun üçün isə ondan 2000 manat pul istəmişdir. Həmin söhbətdən bir-iki gün sonra 200 manat pul tapıb Şahyara zəng etmiş, həmin gün Şahyarın tanışı Şahid1 ona zəng edib Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyn küçəsində yerləşən "xxxx" ASC-nin Xırdalan şəhər filialının qarşısında görüşmüş və ondan 200 manat pulu almışdır. Bu barədə Şahyarın məlumatı olmuş, təxminən bir həftə sonra Şahyar ona yenidən zəng edib 200 manat pul ilə söz verilən işin görülməsinin mümkün olmadığını, əlavə 300 manat da pul lazım olduğunu bildirmişdir. Şahyar ona Muradla görüşməyi bildirmişdir. Təxminən bir həftə ərzində o, Muradla Xırdalan şəhəri, M.Hüseyn küçəsində yerləşən "xxxx" ASC-nin Xırdalan şəhər filialının qarşısında görüşmüş və həmin məbləği Murada vermişdir. Bundan təxminən 2-3 həftə sonra Şahyar ona yenidən zəng etmiş və Şahyarın onun işi ilə bağlı əlavə 200 manat pulu da ondan almasını bildirmişdir. O da yenidən Şahyarla telefon əlaqəsi saxlamış və bu barədə ondan maraqlandıqda Şahyar 200 manat pul olarsa, 2-3 gün ərzində düzələcəyini demişdir. Şahyar yenidən Muradla görüməyi demişdir. O, Xırdalan şəhəri, M.Hüseyn küçəsində yerləşən "xxxx" ASC-nin Xırdalan şəhər filialının qarşısında Muradla görüşmüş və ona yenidən 200 manat pulu vermişdir. O, ümumilikdə Şahyara 700 manat pul göndərməyimə baxmayaraq, onu işə düzəltməmiş, dəfələrlə zəng etsə də, sonuncu müxtəlif bəhanələr gətirib onun işinin gecikdiyini bildirmişdir. Bundan bir neçə gün sonra Şahyar ondan yenidən 150 manat pul istədikdə o, artıq aldanıldığını başa düşmüş və verdiyi pulları geri tələb etməyə başlamışdır. Lakin, pulları geri qaytarılmamış və yeni bəhanələr gətirilməyə başladığından məcbur olub xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Göstərmişdir ki, tanışı Şahyar ona hansısa müəssisələrin birinə fəhlə kimi işə güzəldəcəyinə söz vermiş və onun işə düzəlməyi üçün lazım olan ümumilikdə 700 manat məbləği Murad onunla görüşüb Şahyara çatdırmaq üçün almışdır. Tanışı Şahyar onu işə düzəldəcəyini vəd etdiyi üçün 2021-ci ilin oktyabr ayının əvvəlində 200 manat pulu Xırdalan şəhəri, M.Hüseyn küçəsində yerləşən "xxxx" ASC-nin Xırdalan şəhər filialının qarşısında Şahid1 vermiş, əlavə 300 manat pulu 2021-ci ilin oktyabr ayının ortalarında 300 manat pulu Xırdalan şəhəri, M.Hüseyn küçəsində yerləşən "xxxx" ASC-nin Xırdalan şəhər filialının qarşısında Şahid1 vermiş, bundan sonra 2021-ci ilin noyabr ayının əvvəlində 200 manat pulu Xırdalan şəhəri, M.Hüseyn küçəsində yerləşən "xxxx" ASC-nin Xırdalan şəhər filialının qarşısında Şahid1 vermişdir. Hər bir pulu Murada ödədikdə Şahyarın məlumatı olmuş və həmin pulu almaq üçün Muradı Şahyar özü göndərdiyini bildirmiş, bu minvalla ümumilikdə 700 manat pulu hissə-hissə Şahyara verilməsi üçün Murada ödəmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, onunla münasibəti yaxşıdır. Zərərçəkmiş şəxs4 Şaxhsüeyn oğlunu isə tanışı Şahyarın vasitəsi ilə tanımış, Şahyar makler kimi işlədiyinə görə Baş X8 idarəsində bəzi sənəd işlərinin görülməsində vasitəçilik etməklə məşğul olmuşdur. 2021-ci ilin oktyabr ayının əvvəllərində Şahyar ona zəng etmiş və Zərərçəkmiş şəxs4 adlı tanışına zəng vurub onunla görüşməyi xahiş etmiş və bildirmişdir ki, Hüseynin verəcəyi pulu ona çatdırsın. O da öz növbəsində Hüseynə zəng vurmuş və Hüseynlə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyn küçəsində yerləşən "xxxx" ASC-nin Xırdalan şəhər filialının qarşısında görüşmüşdür. Hüseyn ona 200 manat pul vermiş və onun yanında da Şahyara zəng vurub bildirmiş, o da həmin günü axşam radələrində Şahyarın evinə gəlmiş və pulu Şahyara vermişdir. Təxminən 2021-ci ilin oktyabr ayının ortalarında yenidən Şahyar ona zəng vurmuş və Hüseynlə görüşüb ondan 300 manat pulu alıb ona çatdırmağını xahiş etmiş, o da Şahyarın xahişi ilə yenidən onunla zəngləşib Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyn küçəsində yerləşən "xxxx" ASC-nin Xırdalan şəhər filialının qarşısında görüşmüşdür. Hüseyn ona Şahyarla telefonda danışdığını bildirib 300 manat pulu ona vermiş, o da aldığı pulu təxminən 2-3 saat ərzində Şahyara çatdırmışdır. Hüseyndən pulu hansı məqsədlə Şahyarın aldığını soruşmamış və sonuncu da ona bu haqda bir məlumat verməmiş, Şahyar makler işi ilə məşğul olduğu üçün hansısa işi ilə bağlı pul aldığını başa düşmüşdür. Təxminən 2021-ci ilin noyabr ayının əvvəlində yenidən Şahyarın xahişi ilə Hüseynlə görüşmüş, belə ki, Şahyar Hüseynin hansısa işi ilə bağlı əlavə 200 manat da pulu alıb ona çatdırmağı xahiş etdiyi üçün yenidən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyn küçəsində yerləşən "xxxx" ASC-nin Xırdalan şəhər filialının qarşısında görüşmüş və Hüseynin ona verdiyi əlavə 200 manat pulu da alıb öz növbəsində Şahyara vermişdir. Bundan sonra baş verənlərdən xəbəri olmamış, sonradan məlumat almışdır ki, Şahyar Hüseyni işə düzəldəcəyinə vəd edib və bu niyyətlə onun hissə-hissə 700 manat pulunu onun vasitəsi ilə alıb ələ keçirmişdir. Göstiərmişdir ki, pulu Şahyarın xahişi ilə alsa da, həmin pulun hamısı Şahlara çatmış, həmin işdən xəbəri olmamış və Şahyar aldığı puldan ona hər hansı miqdarda hissəsini verməmiş, sonuncunun danışığı Hüseynlə olmuş və bu danışıqda o iştirak etməmiş və Hüseyndən pul alması ilə bağlı Şahyar ona hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsi, ev 1A, mənzil 7-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, yaşı ilə əlaqədar olaraq təqaüd alır. Həyat yoldaşı Raya ilə 1997-ci ildən rəsmi nikahdayıq. Raya da fərdi olaraq kafelərin birində qabyuyan işləyir. Təqsirləndirilən şəxs tanıyır, onun həyat yoldaşının qohumudur, münasibəti normal olmuşdur. Ədavəti və düşmənçiliyi olmamışdır. Şahyar özünü Baş X8 İdarəsində işləyən şəxs kimi onlara təqdim etmiş və onlar da Şahyarın orada işləməsini düşünmüşdülər. Şahyarın barəsində şikayət ərizəsini Raya yazmışdır və bildirmişdir ki, Raya sürücülük vəsiqəsi almaq üçün bir neçə nəfər şəxslərdən soraqlaşmışdır. Həmin vaxt Şahyar Rayaya Baş X8 İdarəsində işlədiyini inandırıb, orada tanışlarının olmasını deyib sürücülük vəsiqəsi düzəldə biləcəyini Rayaya yalandan demişdir. Rayadan sürücülük vəsiqəsinin düzəlməyi üçün 1350 manat pul istəmişdir. Raya da Şahyara inanıb həmin məbləği düzəldib verəcəyini bildirmişdir. Təxminən 2019-cu ilin oktyabr ayının ortalarında Şahyarla öz evlərində görüşmüş, Raya Şahyara sürücülük vəsiqəsi almaq üçün onun yanında 1350 manat pulu inanaraq vermişdir. Şahyar isə maksimum 7 gün ərzində sürücülük vəsiqəni düzəldib Rayaya verəcəyinə söz vermişdir. Lakin, hazıra qədər Şahyar Rayanın pulunu qaytarmamış, nədə ki, verdiyi vədə əməl etməmişdir. Hazırda onlar Şahyardan verdiyi pulu tələb etsələr də Şahyar onları hər dəfə müxtəlif bəhanələrlə aldatmışdır. Pulu geri qaytarcağına söz vermişdir. Bundan sonra Rayanın Şahyara ondan xəbərsiz 1500 manat da borca pul verdiyini öyrənmişdir. Hazırda nə borc verdiyi pulu, nədə ki, sürücülük vəsiqəsi adı ilə verdikləri pulu ala bilməmişdilər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağsu rayonu, Ləngəbiz kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yaşayır. Fəhləliklə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır həmçinin, iki il müddətinə bir yerdə işləmişdilər. Şahyarla münasibəti yaxşı olmuşdur. Zərərçəkmiş şəxs5 da tanışı X4 vasitəsi ilə tanımış, onunla da münasibəti normal olmuşdur. Təxminən 2022-ci ilin avqust ayında Könül ilə Naidəni işlədiyi yerə idarə etdiyi avtomobil ilə aparan zaman Könül ilə Naidənin arasında olan danışığı eşitmişdir. Naidə Könüldən evinə çıxarış sənədini almaq istədiyini bildirmişdir. Daha sonra ondan həmin sənədin düzəldilməsi üçün tanışının olub-olmamasını soruşmuşdur. O isə Şahyar adlı tanışının olmasını deyib, həmin şəxsin çıxarış sənədinin düzəldilməsində köməklik göstərə biləcəyini Naidəyə demişdir. Naidə həmin şəxslə tanış etməyini xahiş etmişdir. O isə bir neçə gün sonra təxminən 2022-ci ilin avqust ayının ortalarında Şahyarı Naidənin yaşadığı evə aparmışdır. Şahyar ilə Naidəni tanış etmişdir. Bundan sonra Şahyara Naidənin evinin çıxarış sənədinin düzəldilməsində köməklik etməsini xahiş etmişdir. Şahyar isə 3500 manat Naidədən çıxarış sənədinin düzəldilməsi üçün pul istəmişdir. Bu söhbətdən sonra Şahyar evdən çölə çıxmış, Naidəyə təklikdə Şahyara əvvəlcədən pul verməməsini bildirmişdir. Şahyara sənədin ilk əvvəl düzəltməsini, sonra pulu Şahyara verməsini başa salmışdır. Bundan sonra aralarında nə danışmasını, Naidənin Şahyara hansı miqdarda pul verməsindən xəbəri olmamışdır. Təxminən 2022-ci ilin avqust ayının axırlarında Naidə ona zəng vuraraq, Şahyara 3 dəfə 200 manat olmaqla ümumilikdə 600 manat pul verdiyini bildirmişdir. Lakin, pulu aldıqdan sonra Şahyarın çıxarış sənədini düzəltmədiyini Naidəni aldatdığını ona bildirmişdir. O isə əvvəlcədən Şahyara pul verməməsini xəbərdar etdiyini bildirmişdir. Naidə ondan Şahyara verdiyi pulu almasını xahiş etmişdir. Bundan sonra dəfələrlə Şahyarla telefon əlaqəsi saxlamışdır. Şahyara Naidədən aldığı pulu geri qaytarmasını, yada ki, çıxarış sənədini düzəltməsini bildirmişdir. Şahyar isə sənədi düzəldə bilmədiyini deyib, pulu qaytaracağını ona söz vermişdir. Bundan bir neçə ay ərzində Şahyarla dəfələrlə telefon əlaqəsi saxlamışdır. Hər dəfə pulu qaytaracağını demişdir. Sonda 200 manat pulu Şahyar Naidəyə qaytarmış, 400 manat pulu isə hazırda qaytarmamışdır. Həm də Naidədən götürdüyü evin sənədlərini özündə saxlamışdır. O, Şahyarı təxminən 10 ildir ki, tanıyır. Şahyarın şəxslərə qarşı dələduzluq etməsi barədə hər hansı məlumatı olmamışdır. Ancaq Şahyarı çıxarış sənədinin düzəldilməsi və digər işlərin həll edilməsində köməklik göstərən şəxs kimi tanımışdır. Şahyara Naidədən aldığı puldan xəbəri olmamışdır. O, sonradan bilmişdir ki, Naidə Şahraya 600 manat pul vermişdir. Ona hər hansı miqdarda pul vermişdir. O, Naidənin pulunu qaytarılmasında dəfələrlə Şahyarla danışımışdır. Bundan sonra 600 manat puldan 200 manat pulu Naidəyə qaytarmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 09 ay, 08 gün müddətinə azadlığı məhdudlaşdırılması cəzası təyin edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsinin 19 yanvar 2023-cü il tarixli 21-2/3-7554 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən, 09 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ona təyin edilmiş cəzanın 06 ay 27 gününü çəkmiş, 02 ay 11 günü isə çəkilməmiş qalmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablamaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 poçt vasitəsi ilə məhkəməyə teleq ram vuraraq, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. Şahid3 ərizə ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. Şahid4 ərizə ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nın 178.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Lakin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərindən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 dair verilmiş epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin epizodlar üzrə cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iş üzrə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayəti 2019-cu ilin oktyabr ayının ortalarında, Zərərçəkmiş şəxs3 qarşı dələduzluq cinayəti 2020-ci ilin iyul ayının ortalarında, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayəti isə 2020-ci ilin noyabr ayının ortalarında törədilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti başa çatmışdır. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və X3 haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; Azərbaycan Respublikası CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarından görünür ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin qərarda göstərilmişdir ki, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Yuxarıda qeyd olunan normaları hazırkı iş üzrə tətbiq edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir, yəni sonuncunun ittiham olunduğu əməldə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 dair verilmiş epizodlar Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti cinayət qanununa əsasən iki il nəzərdə tutulduğundan və müddətlər cinayətin törədildiyi gündən hökm qanuni qüvvəyə minənədək olan müddətdə hesablandığından, Təqsirləndirilən şəxs həmin epizodlar üzrə cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində iki zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, iki zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş, 09 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 ay 11 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 07 ay 24 gün müddət olamaqla cəmi 07 ay 25 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1, 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı etdiyi 1350 manat məbləğində, Zərərçəkmiş şəxs3 qarşı etdiyi 1000 manat məbləğində və Zərərçəkmiş şəxs2 qarşı etdiyi 3300 manat məbləğində dələduzluq epizodlarında cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən həmin epizodlar üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş, 09 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 ay 11 gün cəza hissəsi ilə qismən birləşdirilsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 07 ay 24 gün müddət olamaqla cəmi 07 ay 25 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 08 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-281/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-281/2023
21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver