Məhkəmə qərarları › İş №1(012)-281/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-281/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-281/2024 05.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, 2 uşaq atası, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şamaxı rayonu, Əngəxaran kəndində qeydiyyatda olub ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263-1.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərvurmaya aid bədən xəsarəti almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 16 avqust 2023-cü ildə saat 19:50-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək texniki cəhətdən saz vəziyyətdə olan BMW 3181 markalı, **- SP-*** qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə edib Bakı- Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 49-cu kilometrliyində, Bakı şəhəri istiqamətində 90-100 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı sürücü təhlükəsiz manevr aparmalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, sağ zolaqda hərəkətdə olarkən qarşısında eyni istiqamətdə sağ zolaqda hərəkət edən Şahid5 idarə etdiyi VAZ 2104 markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən və sol zolaqda hərəkətdə olan Şahid1 idarə etdiyi Honda CRV markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sağından, yəni hər iki avtomobilin arasından ötüb keçərkən sükanı sola alaraq arxa sol yan tərəfi ilə Honda CRV markalı avtomobilin ön sağ qanadın yan və təkər hissəsindən vurmuş, zərbədən sola istiqamətlənərək bir neçə dəfə ayrıcı beton zolağa çırpıldıqdan sonra fırlanıb sağa çıxmış və sağda olan metal konstrksiyalı çəpərə dəymiş, nəticədə ehtiyatsızlıqdan BMW 3181 markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs açıq kəllə-beyin travması, alt çənə, sol almacıq və sol gicgah sümüklərinin yerdəyişən sınıqları, üzün sol yarısının geniş sahəli əzilmiş cırılmış yarası kimi dərəcəsinə görə, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunan ittihamda təqsirli bilmiş, izahatında göstərmişdir ki, 16 avqust 2023-cü il tarixdə saat 19:50-də idarə etdiyi özünə məxsus olan BMW 3181 markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonundan Bakı şəhərinə gələrkən Bakı-Şamaxı yolunun 49-cu kilometrliyinə çatdıqda avtomobili sağ zolaqda 90-100 km/saat sürətlə hərəkət etdirmiş, qarşısında eyni istiqamətdə idarə etdiyi avtomobilin sürətindən bir az aşağı sürətlə «VAZ» markalı avtomobil hərəkət etmiş, o, sükanı sola alıb «VAZ» markalı avtomobilin solundan keçmək istədikdə sol zolaqda eyni istiqamətdə hərəkətdə olan «Honda» markalı avtomobilin qabaq sağ yan tərəfmə dəymiş, zərbədən «Honda» markalı avtomobil sola atılmış, onun avtomobili irəli sola gedərək beton zolağa bir neçə dəfə dəyərək asfaltda fırlanıb sağa çıxmış və sağda olan metal çəpərə dəydikdən sonra dayanmışdır. Onun idarə etdiyi avtomobilində qabaq sağ oturacaqda arvadı Nurya, arxada isə 12 yaşlı qızı Selcan və qaynı Emilin qızı 12 yaşlı Mələk əyləşmişdir. Hadisə nəticəsində o, arvadı və qızı xəsarət almasa da qaynı qızı Mələk xəsarət almışdır. Hadisədən sonra Mələk başqa avtomobillə xəstəxanaya aparılmışdır. Hadisədən az əvvəl o, spirtli içki və ya narkotik vasitə qəbul etməmiş, avtomobili yüksüz və saz vəziyyətdə olmuşdur. Avtomobili «Honda» markalı avtomobildən başqa avtomobilə dəyməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə göstərmişdir ki, 16 avqust 2023-cü il tarixdə qohumu Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə rayondan Sumqayıt şəhərindəki evinə qayıdarkən qohumu Ülvi hadisə törətmiş qızı Mələk yolda, hadisə nəticəsində xəsarət almış və xəstəxanaya aparılmışdır.Təqsirləndirilən şəxs tərəfindən onlara maddi yardım ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 16 avqust 2023-cü il tarixdə saat 19:50-də idarə etdiyi özünə məxsus olan Honda CRV markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonundan Bakı şəhərinə gələrkən Bakı-Şamaxı-Yevlax yolunun 49-cu kilometrliyinə çatdıqda avtomobili sol zolaqda 80-90 km/saat sürətlə idarə etmiş, ondan sağdakı zolaqda təxminən 4-5 metr qabaqda gümüşü rəngli VAZ2104 markalı avtomobil hərəkət etmişdir. Arxasında açıq rəngli xarici markalı avtomobil gəlmişdir. Birdən onun sağ arxa tərəfindən yüksək sürətlə təxminən 120-130 km/saat sürətlə gümüşü rəngli sonra markasını bildiyi BMW markalı avtomobil VAZ 2104 markalı avtomobilin solundan yəni onların arasından ötüb sağdan onun avtomobilinin qarşısına çıxdığını görüb dərhal ayağını tormoza atmışdır ki, BMW markalı avtomobil ötüb keçsin. Lakin BMW markalı avtomobil sola istiqamətlənib onun zolağında avtomobilinin qabaq sağ təkər və qanadın yan hissəsindən arxa sol yan tərəfi ilə vuraraq onu sola atmışdır. Zərbədən idarə etdiyi avtomobilin sol yan tərəfi ayırıcı beton zolağa çırpılmışdır. BMW markalı avtomobil isə irəliyə ondan qabağa gedərək ayırıcı beton zoldağa çırpılıb fırlanaraq qabağa sağa tərəf getmişdir. O, tez avtomobildən düşmüşdür. Avtomobilində olan iki nəfər sərnişin oğlan aşağı düşmüş, orada ona məlum olmuşdur ki, BMW markalı avtomobildə olan sərnişin qız xəsarət almışdır. Onu tez yol maşını ilə BMW markalı avtomobilin sürücüsü tanımadığı oğlanla xəstəxanaya aparmışdır. BMW markalı avtomobil ancaq onun avtomobilinin qabaq sağ yan tərəfindən vurmuşdur. Onun avtomobilində olan sərnişinlər və o, xəsarət almamışlar. Hadisədən az əvvəl heç bir spirtli içki qəbul etməmiş, avtomobili saz və yüksüz vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid6 göstərmişdir ki, 16 avqust 2023- cü il tarixdə saat 19:50-də əri Ülvinin idarə etdiyi «BMW» markalı avtomobillə qızı Selcan və qardaşı Emilin qızı Mələklə birlikdə Şamaxı rayonundan üzü Bakı şəhəri istiqamətində hərəkətdə olarkən ani olaraq əri Ülvi idarə etdiyi avtomobillə bir avtomobili ötüb keçən zaman yol qəzası baş vermiş, qəza zamanı o, əri Ülvi və qızı Selcan xəsarət almasalarda, qardaşı qızı Mələk xəsarət almışdır. İbtidai istintaqda şahid qismində ifadəsi alınmış Şahid3 göstərmişdir ki, 16 avqust 2023- cü il tarixdə axşam vaxtı Honda markalı avtomobildə sərnişin kimi arxa oturacaqda oturub Qəbələ rayonundan Bakı şəhərinə gələrkən Bakı-Şamaxı yolunun 49-cu kilometrliyinə çatdıqda sürücü İntizam avtomobili yolun sol zolağı ilə təxminən 90 km/saat sürətlə hərəkət etdirmiş, bir az qabaqda sağda «VAZ» markalı avtomobil də hərəkət etmiş, birdən əyləşdiyi avtomobilin arxasından sağdan gümüşü rəngli «BMW» markalı avtomobil qəfildən yüksək sürətlə əyləşdiyi avtomobilin sağından və «VAZ» markalı avtomobilin solundan ötüb keçərkən sol arxa yan tərəfi ilə əyləşdiyi avtomobilin qabaq sağ yan tərəfindən vurmuş, elə həmin an əyləşdiyi avtomobil sola atılaraq beton zolağa çırpılmışdır. Əyləşdiyi avtomobili vuran «BMW» markalı avtomobil irəliyə sola sürətlə hərəkət edərək bir neçə dəfə beton zolağa dəyib fırlanmışdır. Hadisə zamanı əyləşdiyi avtomobildə olan sərnişinlərdən xəsarət alan olmamış, «BMW» markalı avtomobildə sərnişin qismində olan bir nəfər qız xəsarət almışdır. İbtidai istintaqda şahid qismində ifadəsi alınmış Şahid5 göstərmişdir ki, 16 avqust 2023-cü il tarixdə saat 19:50-də idarə etdiyi özünə məxsus olan VAZ 2104 markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonundan Bakı şəhərinə gələrkən avtomobildə sərnişin olmamış, Bakı-Şamaxı yolunun 49-cu kilometrliyinə çatdıqda avtomobili sağ zolaqda 70-80 km/saat sürətlə hərəkət etdirmiş, birdən arxadan gələn «BMW» markalı avtomobil onun idarə etdiyi avtomobilin solundan ötüb keçərkən həmin avtomobilin keçib getməsi üçün o, sükanı sağa almış, «BMW» markalı avtomobil onun idarə etdiyi avtomobilin solundan ötüb keçən zaman sola istiqamətləndiyini hiss etmiş, «BMW» markalı avtomobil onun avtomobilinə toxunmamış, amma solda olan «Honda» markalı cip avtomobilini vurub irəliyə gedərək orta beton zolağa çırpılmışdır. O, da avtomobili irəlidə sağda saxlamışdır. Hadisə zamanı «BMW» markalı avtomobildə bir nəfər qız xəsarət almışdır. İbtidai istintaqda şahid qismində ifadəsi alınmış Şahid4 göstərmişdir ki, 16 avqust 2023-cü il tarixdə saat 19:50-də Qəbələ rayonundan Bakı şəhərinə gələrkən «Honda» markalı avtomobildə sərnişin qismində qabaq sağ oturacaqda əyləşmişdir. Sürücü İntizam avtomobili sol zolaqda hərəkət etdirmiş, birdən arxadan «BMW» markalı avtomobil əyləşdiyi avtomobili sağ tərəfdən sürətlə ötüb keçərkən azca sola istiqamətlənmiş və əyləşdiyi avtomobilin sağ tərəfindən vurmuş, avtomobil sola atılaraq beton zolağa çırpılmış, «BMW» markalı avtomobil isə irəliyə sürətlə sola gedərək bir neçə dəfə betona dəymişdir. Hadisə nəticəsində «BMW» markalı avtomobildə bir nəfər sərnişin qız xəsarət almış, başqa xəsarət alan olmamışdır. İbtidai istintaqda şahid qismində ifadəsi alınmış Şahid2 göstərmişdir ki, 16 avqust 2023-cü il tarixdə saat 19:50-də «BMW 525» markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonundan Bakı şəhərinə gələrkən Bakı-Şamaxı yolunun 49-cu kilometrliyinə çatdıqda avtomobili sol zolaqda 90-100 km/saat sürətlə hərəkət etdirən zaman ondan irəlidə eyni istiqamətdə və zolaqda qara rəngli «Honda» markalı cip avtomobili, qabaqda az irəlidə «VAZ 2104» markalı avtomobil hərəkət etmiş, birdən idarə etdiyi avtomobilin sağından gümüşü rəngli «BMW» markalı avtomobil yüksək sürətlə sağda olan «VAZ 2104» markalı avtomobilin solundan, «Honda» markalı cip avtomobilinin sağından ötüb keçərkən sola istiqamətlənib «Honda» markalı avtomobilin sağ yan tərəfindən vurmuş, zərbədən «Honda» markalı avtomobil dərhal sola atılıb orta beton zolağa çırpılmış, o, avtomobili saxlamış, «BMW» markalı avtomobil də irəliyə sola gedib betona çırpılaraq sonra sağa istiqamətlənib qabaqda sağda dayanmışdır. Hadisə yerində ona məlum olmuşdur ki, «BMW» markalı avtomobildə bir nəfər sərnişin qız xəsarət almışdır. O, bildirmişdir ki, «BMW» markalı avtomobil «Honda» markalı avtomobildən başqa avtomobilə dəyməmişdir. Məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 1890 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər açıq kəllə- beyin travması, alt çənə, sol almacıq və sol gicgah sümüklərinin yerdəyişən sınıqları, üzün sol yarısınıngeniş sahəli əzilmiş cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə insanı həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 15 sentyabr 2023-cü il tarixli, 8/2502 nömrəli rəyindən məlum olur ki, BMW 3281 markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq müəyyən edilmişdir. 16 avqust 2023-cü il tarixli 4412 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-16/2-629937/2023 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək etibarlı olan) AB seriyalı 541724 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2028-ci il tarixdə Sumqayıt Şəhər məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixədək, xx.xx.2023-cü il tarixdə isə Şamaxı Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixədək müddətinə məhdudlaşdırılsa da sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacaq. İş üzrə BMW 3281 markalı, **-SP-*** və Honda CRV markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin özünün və onun qanuni nümayəndəsinin ifadəsi,şahidlərin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263-1.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, zərərçəkəınin hüquqi varisi ilə barışıq əldə etməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, təyin ediləcək cəzanın məhkumu islah etməsi və cəzanın məqsədlərinə nail olmanın mümkünlüyünü təyin ediləcək cəza həddini müəyyən edərkən onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60-cı maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış BMW 3281 markalı, **- SP-*** və Honda CRV markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış BMW 3281 markalı, **-SP-*** və Honda CRV markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron İcra Şöbəsinə və Azərbaycan Respublikası Baş X4 idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar