Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-282/2022 22.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, 8-ci korpusda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan ov tüfəngindən istifadə etməklə zərəçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il tarixdə saat 23 radələrində bacısı oğlu Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi Nəsrəddin Tusi küçəsində yerləşən evin qarşısında, küçədə idarə etdiyi «Kia Cerato» markalı **-HK-*** nömrə nişanlı avtomobilini saxlayıb ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik göstərərək onun arxasınca gələn Zərərçəkmiş şəxs idarə etdiyi «Toyota Pirus» markalı **-MM-*** qeydiyyat nişanlı avtomobili onun yanında dayandığını görüb özünü göstərmək üçün sonuncudan avtomobildən düşməyi tələb etmiş, Zərərçəkmiş şəxs avtomobildən düşmədikdə, o, sayılmaması səbəbini bəhanə edib heç bir əsaslı səbəb olmadan, ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozub, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyaraq, gücünü nümayiş etdirməklə, ictimai yerdə gecə vaxtı üzərində olan İJ-43 markalı, 2 lüləli, 16 çaplı ******* nömrəli yivsiz ov tüfəngindən bir dəfə havaya, sonra isə Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək sonuncunun sağ çiyin nahiyəsi istiqamətində atəş açaraq boyunun arxa səthinin, sağ çiyin qurşağı nahiyəsinin və döş qəfəsinin yuxarı arxa səthinin odlu silah-qırma yaraları kimi dərəcəsinə görə sağamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bacısı oğlu Səfərli X7 rayonunda yerləşən Sədərək ticarət mərkəzində telefon aksessurları satışı ilə məşğul olur. Həmçinin o, da Sədərək ticarət mərkəzində stol üstü klyonka satışı ilə məşğul olur. Son vaxtlar Kamranın özünü pis aparması, onunla kobud davranması və ona qarşı saymazyana hərəkətlər etməsi onun xoşuna gəlməmişdir. Ov həvəskarı olduğu üçün Beyləqan rayon Polis şöbəsində qeydiyyata alınmış MP-43E-1C markalı 45207 nömrəli qoşa lüləli ov tüfəngi var. Həmin tüfəngi 11 il əvvəl Ağcabədi rayonunda “Ovçular” mağaqazinindən almışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında həmin tüfəngi sökülmüş vəziyyətdə özünə məxsus olan “Kia Cerato” **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə qoymuşdur. Tüfəngi avtomobilə qoymaqda məqsədi həmin gün ova getmək olmuşdur. Həmin gün yəni xx.xx.2022-ci il tarixdə saat 23 radələrində idarə etdiyi avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsinə bacısı Mahnigargilə getmişdir. Masazır qəsəbəsində arxasıyca maşın gəldiyini görmüş və həmin maşının bacısı Mahnigarın oğlu Kamran olduğunu yəqin edib onların yaşadıqları küçədə avtomobili saxlamışdır. Həmin vaxtı avtomobilin arxasında olan ov tüfəngini götürüb yığmış və 2 ədəd patron qoymuşdur. Kamran avtomobili saxlamış və o, Kamrandan avtomobildən düşməsini istəmişdir. Kamran isə avtomobildən düşmədikdə o, tüfənglə bir dəfə havaya atəş açmışdır. Bu zaman Kamranın avtomobilində olan bacısı uşaqları Ələsgər, Murad və Kamranın yeznəsi Pərvin arxa oturacaqdan düşüb qaçmışlar. Kamranın bundan qorxmadığını görüb tüfənglə avtomobildə sükan arxasında əyləşən Kamrana avtomobilin açıq pəncərəsindən atəş açmış ki, onu qorxuzsun. Onun atdığı atəşdən dağılan qırmalar nəticəsində Kamran kürək nahiyəsindən xəsarət almışdır. O, həmin vaxtı tüfəngi yerə qoyub Kamrana kömək edib xəstəxanaya aparmaq istəsədə, Kamran onun köməyindən imtina edib özü maşını sürüb oradan çıxıb getmişdir. Təxminən 1 saat sonra ona zəng edən şəxs Abşeron RPİ-nin əməkdaşı olduğunu və RPİ-nə gəlməyini bildirmişdir. O, bundan sonra Abşeron RPİ-nə gəlmiş və tüfəngi polis əməkdaşlarına təhvil vermişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, ov tüfəngini götürüb yığmaqda, tüfəngə patron qoymaqda məqsədi Kamranın ona qarşı saymazyana hərəkətlərinə görə onu qorxutmaq istəmişdir, O, qeyd etmişdir ki, ov həvəskarıdır, silahda öz adınadır, qış mövsümündə tez-tez ova gedir, onun yaşadığı ev həyət evi olduğu üçün maşını həyətdə saxlamış, evdə azyaşlı uşaqları olduğundan tüfəngi evdə saxlamaqdan, maşında saxlamaq daha təhlükəsiz olduğuna görə tüfəngi sökülü maşının yük yerində saxlamışdır. Məqsədi Kamranı qorxutmaq olduğuna görə göyə atəş açmışdır ki, özünə yığışsın, ondan qorxsun ki, saymazlıq etsə onu vurub xəsarət yetirə bilər. Əslində isə belə bir fikri olmamış, onu qorxutmaq üçün bu hərəkətləri etmişdir. Kamranın dayısı olmasına baxmayaraq sonuncu bir dayı kimi onun hörmətini saxlamamış, görüşəndə də ona qarşı saymazyana hərəkətlər etmiş, salam vermədən üzünü yana çevirib getmiş, o, Kamranın bu hərəkətlərini üzünə deyərək bir neçə dəfə xəbərdarlıq edib demişdir ki, hərəkətlərinə fikir ver. Kamran isə ona demişdir ki, «işlərimə qarışma öz işinlə məşğul ol». Əlavə olaraq bildirmişdir ki, 2-ci atəşi Kamrana 3-4 metr məsafədən açmış, Kamran onun göyə atəş etməyindən sonra maşından düşüb qaçmamış və bu hərəkəti ilə ondan qorxmadığını göstərmiş, ona görə də o, tüfənglə pəncərədən Kamranın arxa tərəfindən atəş açmışdır ki, ondan qorxsun. Onun Kamranı öldürmək, xəsarət yetirmək niyyəti olmamış, əgər belə bir niyyəti olsaydı, niyə 1-ci gülləni havaya atırmış, elə Kamranın özünü vurarmış, həmçinin bildirmişdir ki, hadisə vaxtı onun avtomobilində əlavə patronlar olmuş və Kamranı öldürmək istəsəydi patronu tüfəngə qoyub atəş açarmış, Ələsgər, Murad və Pərvin onun havaya açdığı atəşdən sonra avtomobildən düşüb qaçdıqlarına görə onun salona atdığı atəş onların həyat və sağlamlıqları üçün təhlükə törətməmişdir. Hadisədən sonra oraya Kamranın atası Yaqub gəlmiş, hadisə 1-2 dəqiqə davam etmiş, Kamran və onun ailə üzvüləri ilə aralarında heç bir düşmənçilik və ədavət olmamış və qohum kimi münasibəti yaxşı olmuşdur. Sadəcə son vaxtlar Kamranın saymazyana hərəkətləri onu hirsləndirmişdir. Hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmiş, spirtli içkini toyda və dostları ilə lazım olanda arabir qəbul etmişdir. Zərərçəkmiş şəxs ona qarşı onu öldürməyə məcbur ediləcək hər hansı bir hərəkət etməmiş, bundan başqa o, səhərisi gün ova gedəcəyinə görə maşında əlavə patronlar saxlamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində əmisi oğlu X3, xalası oğlu X8 və yeznəsi X4 ilə birlikdə qardaşı X5 məxsus idarə etdiyi “Toyota Prius” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksindən Masazır qəsəbəsi, N.Tusi küçəsinə evinə gedərkən avtomobildə yer olmadığı üçün atası Yaqubla, qardaşı Vaqif piyada getmişlər. Masazır qəsəbəsi, N.Tusi küçəsində yaşadıqları evin yaxınlığında dayısı Bəhruzun ağ rəngli “Kia Cerato” markalı avtomobili saxlayıb yanında dayandığını görüb maşını dayısı Bəhruzun yanında saxlamışdır. Bəhruz həmin vaxtı kobud formada ona maşından düşməyini bildirmiş və o, maşından düşməyib, səbəbini soruşmuş, bu zaman dayısı Bəhruz əlində olan ov tüfəngi ilə havaya atəş açmışdır. Həmin vaxtı arxada əyləşən Pərvin, Ələsgər və Murad avtomobildən düşüb qaçmışlar. Bundan sonra Bəhruz əlindəki tüfəngin lüləsini ona tərəf çevirdiyi üçün o, sol çiyin nahiyəsini çevirmiş, bu zaman tüfəngdən açılan atəş kürək nahiyəsinə dəymişdir. Həmin vaxtı Bəhruz ona kömək edib xəstəxanaya aparmaq istəsə də, o, dayısı Bəhruzun köməyindən imtina edib, kürək nahiyəsində ağrı hiss etdiyi üçün maşını sürüb əvvəl Abşeron rayon Mərkəzi xəstəxanasına və oradan da Bakı şəhərinə Respublika Klinik xəstəxanasına getmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, dayısı Bəhruzun onu tüfənglə vurmasının səbəbini bilməmiş, Bəhruzun onu tüfənglə qəsdən vurmasına inanmır. Dayısı Bəhruzla münasibətləri yaxşı olmuş, bir-birinin evinə gedib-gəlmişlər, hətta xx.xx.2022-ci il tarixdə ailəlikcə Bəhruzun evinə doğum gününü qeyd etmək üçün getmişlər. Dayısı Bəhruzla aralarında borc və ya alqı-satqı ilə bağlı mübahisə olmamış, hadisə vaxtı ondan başqa xəsarət alan olmamış, dayısı Bəhruzun onu öldürməsi üçün heç bir səbəb yoxdur. Hazırda onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Bəhruzla 10 ildir evlidir və evlilikdən üç azyaşlı uşaqları var. xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Bəhruz həyəcanlı vəziyyətdə evə gəlmiş və əlində olan tüfəngin açılması nəticəsində bacısı oğlu Zərərçəkmiş şəxs xəsarət aldığını bildirmişdir. Bəhruz polisə təslim olmaq üçün gedəcəyini və buna görə onu Bakı şəhəri, Yasamal rayonunda yaşayan atası Namiq gilə aparcağını deyib hazırlaşmağını bildirmişdir. Həmin vaxtı Bəhruz onu üç azyaşlı uşağı ilə birlikdə Yasamal rayonuna atası Namiqgilə aparmış və çıxıb getmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, onun və Bəhruzun Kamran və ailə üzvüləri ilə qohum kimi münasibəti yaxşıdır, aralarında heç bir problem yoxdur və olmamışdır. Hətta xx.xx.2022-ci il tarixdə əri Bəhruzun doğum günü münasibəti ilə evində təşkil etdikləri qonaqlıqda Kamranda ailə üzvləri ilə iştirak etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs dayısıdır, Zərərçəkmiş şəxs isə əmisi oğludur. O, Kamranın Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən icarə əsasında işlətdiyi telefon akssesuarları mağazasında satıcı işləyir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində əmisi oğlu Kamran “Qurtuluş 93” yaşayış kompleksinə onun işlədiyi mağazaya gəlmişdir. Həmin vaxtı Kamranın qardaşı digər əmisi oğlu Vaqifdə yeznəsi Pərvinlə mağazaya gəlmişlər. Həmin gün xalası oğlu Murad da mağazaya gəlmişdir. Saat 23 radələrində mağazanı bağlayıb Kamranın idarə etdiyi Toyota Prius markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kamrangilə Masazır qəsəbəsi N.Tusi küçəsində yerləşən evə getmişlər. Həmin vaxtı Vaqif ön oturacaqda əyləşmiş, o, arxa oturacaqda ortada sağında Murad, solunda isə Pərvin əyləşmişdir. Biraz getdikdən sonra Vaqif avtomobildən düşmüş və onlar yola davam etmişlər. Kamrangilin yaşadıqları küçədə dayısı Bəhruzun olduğunu görmüşlər və Kamran maşını dayısı Bəhruzun yanında saxlamışdır. Bəhruz Kamrandan acıqlı formada maşından düşməsini tələb etmiş və Kamran maşından düşmədikdə Bəhruz əlində olan tüfənglə havaya bir dəfə atəş açmışdır. Bundan qorxduğu üçün o, maşından düşüb qaçmış, həmçinin Pərvinlə Murad da maşından düşüb qaçmışlar. Təxminən 10 dəqiqə sonra hadisə yerinə qayıtmış və həmin vaxtı Kamranın orada olmadığını görüb ona zəng etmişdir. Kamran dayısı Bəhruzun onu vurduğunu deyib xəstəxanaya getdiyini bildirmiş və telefonu asmışdır. O, əmisi Yaqubla xəstəxanaya getmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, dayısı Bəhruzun Kamranı hansı səbəbə vurmasından məlumatı yoxdur, Bəhruzun Kamran barəsində nəsə pis söz danışdığını eşitməmiş, tüfəngin səsindən qorxduğu üçün və dayısı Bəhruzun sərxoş olmasından ehtiyat edib maşından düşüb qaçmış, fikirləşmişdir ki, Bəhruz sərxoş olar və tüfəngi onlara tərəf tuşlayar, həmin vaxtı Bəhruz Kamrana qarşı heç bir söyüş işlətməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid3 Jümşüd qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, Zərərçəkmiş şəxs isə oğludur. xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə qohumu gilə qonaq getmişdir. Həmin gün axşam gəlinləri ona zəng edib Kamranın dava-dalaş etdiyini və xəstəxanaya aparıldığını bildirmişdir. O, bundan sonra Bakı şəhərinə Respublika Klinik xəstəxanasına getmiş və orada Kamran ona bildirmişdir ki, dayısı Mürsəlin əlində tüfəng açılması nəticəsində xəsarət almışdır. Bəhruzun Kamranı tüfənglə qəsdən vurmasına inanmır. Kamranın özünün ona dediyinə görə dayısı Bəhruz ehtiyatsızlıqdan tüfənglə onu vurmuşdur. Bəhruzla Kamranın münasibətləri yaxşı olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 ifadəsində göstədi ki, Zərərçəkmiş şəxs qaynıdır və onlar eyni küçədə qonşuluqda yaşayırlar. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Kamranın idarə etdiyi Toyota Prius markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksinə Kamranın işlətdiyi maqazinə gəlmişlər. Həmin vaxtı Kamranın xalası oğlu Muradda onlarla gəlmişdir. Həmin mağazada Kamranın əmisi oğlu Ələsgər satıcı işləyir. Saat 23 radələrində Kamranın avtomobili ilə Masazır qəsəbəsinə evinə getmiş və Kamranın qardaşı Vaqif ön oturacaqda, o, arxada solda, ortada Ələsgər və ondan sağda Murad əyləşmişdir. Yarı yolda Vaqif maşından düşmüş və onlar yola davam etmişlər. Kamrangilin yaşadıqları küçədə Kamranın dayısı Bəhruzun olduğunu görmüş və Kamran maşını dayısı Bəhruzun yanında saxlamışdır. Bəhruz Kamrandan acıqlı formada maşından düşməsini tələb etmiş və Kamran maşından düşmədikdə Bəhruz əlində olan tüfənglə havaya bir dəfə atəş açmışdır. Bundan qorxduğu üçün o, maşından düşüb qaçmış, həmçinin Muradla, Ələsgərdə maşından düşüb qaçmışlar. Sonra 102 xidmətinə zəng edib Kamranın tüfənglə vurulması barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, Kamrana dayısı Bəhruz tüfənglə atəş açmışdır. O, polis əməkdaşlarına hadisə yerini göstərmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs oğludur, Təqsirləndirilən şəxs isə qaynıdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən işlətdiyi mağazadan evə gələn zaman onlara qonaq gələn baldızı oğlu Murad ona zəng edib dayısı Bəhruzun küçədə tüfənglə Kamrana atəş açdığını bildirmişdir. O, bundan sonra Masazır qəsəbəsinə yaşadıqları küçəyə gəlmiş və həmin vaxtı oğlu Kamrana zəng edib harada olduğunu soruşmuşdur. Kamran dayısı Bəhruzun tüfənglə kürək nahiyəsinə atəş açdığını və yüngül xəsarət aldığı üçün Bakı şəhərinə, Respublika Klinik xəstəxanasına getdiyini bildirmişdir. O, da həmin vaxtı xəstəxanaya getmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Bəhruzun Kamranı hansı səbəbə vurduğunu bilmir, onların münasibəti yaxşı olmuş, Bəhruz Kamran barəsində ona heç vaxt şikayət etməmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş X2 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun dayısıdır, Zərərçəkmiş şəxs isə xalası oğludur. xx.xx.2022-ci il tarixdə o, Abşeron rayonu, Masazır qəsəbəsinə xalası oğlu Kamrangilə qonaq gəlmişdir. Həmin gün saat 22 radələrində Kamranın “Qurtuluş 93” yaşayış kompleksinə işlətdiyi telefon satışı mağazasına getmişdir. Mağazada xalası oğlu X1 işləyir. Həmin vaxtı Kamranın qardaşı digər xalası oğlu Vaqifdə yeznəsi Pərvinlə mağazaya gəlmişlər. Saat 23 radələrində mağazanı bağlayıb Kamranın idarə etdiyi Toyota Prius markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kamrangilə Masazır qəsəbəsi N.Tusi küçəsində yerləşən evə getmişlər. Həmin vaxtı Vaqif ön oturacaqda əyləşmiş, Ələsgər arxa oturacaqda ortada, sağda o, solda isə Pərvin əyləşmişdir. Biraz getdikdən sonra Vaqif avtomobildən düşmüş və onlar yola davam etmişlər. Kamrangilin yaşadıqları küçədə dayısı Bəhruzun olduğunu görmüşlər və Kamran maşını dayısı Bəhruzun yanında saxlamışdır. Bəhruz Kamrandan acıqlı formada maşından düşməsini tələb etmiş və Kamran maşından düşmədikdə Bəhruz əlində olan tüfənglə havaya bir dəfə atəş açmışdır. Bundan qorxduğu üçün o, maşından düşüb qaçmış, həmçinin Pərvinlə Ələsgərdə maşından düşüb qaçmışlar. Bundan bir neçə dəqiqə sonra evə qayıtmış və Ələsgər dayısı Bəhruzun Kamranı tüfənglə vurduğunu ona demişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, dayısı Bəhruzun Kamranı hansı səbəbə vurmasından məlumatı yoxdur, Bəhruzun Kamran barəsində nəsə pis söz danışdığını eşitməmiş, tüfəngin səsindən qorxduğu üçün və dayısı Bəhruzun sərxoş olmasından ehtiyat edib maşından düşüb qaçmış, fikirləşmişdir ki, Bəhruz sərxoş olar və tüfəngi onlara tərəf tuşlayar, həmin vaxtı Bəhruz Kamrana qarşı heç bir söyüş işlətməmişdir. Bəhruzun Kamran barəsində nəsə pis söz danışdığını eşitməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahidlərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 182 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, boyunun arxa səthinin, sağ çiyin qurşağı nahiyəsinin və döş qəfəsinin yuxarı arxa səthinin odlu silah-qırma yaraları odlu silahdan açılan atəşin nəticəsində qırmaların təsirindən törənmişlər, yetirilmə müddəti xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər başqa şəxs tərəifndən odlu silahdan açılmış atəşin nəticəsində qırmaların təsirindən əmələ gələ bilərdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tibbibioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 84/2022-MTBŞ rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs qan qruppu təqdim olunmuş şəxsyiyət vəsiqəsinin kserosurətinə əsasən – 0(İ). Zərərçəkmiş şəxs qara rəngli köynəyi, bej rəngli sviteri və ağ rəngli maykası üzərində insan qanı ləkələri aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda 0(İ) qrupunu əsas xarakterizə edən H antigeni və alfa, beta aqqlyutininləri alındı. Beləliklə, bu qan 0(İ) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilmiş yeddi ədəd qırmaq üzərində müayinə zamanı qan aşkar olunmadı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının 05 mart 2022-ci il tarixli 3/175 nömrəli rəyi ilə müəyəyn edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, «MP-43E-1C» modeli, patronluğunun uzunluğu 70 mm olan, «1045207» №-li, daxili çaxmaqlı, qoşalüləli tüfəngdir, yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd giliz zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronların atəşlə ayrılmış hissələridir – gilizlərdir. Həmin gilizlərdən bir ədədi, təqdim edilmiş 16 kalibrli, «MP- 43E-1C» modeli, «1045207» №-li tüfəngin sol lüləsindən, digəri isə sağ lüləsindən atılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tibbikriminalistik ekspertizasının 05 mart 2022-ci il tarixli 62-2022/İTKŞ nömrəli rəyi ilə müəyəyn edilmişdir ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək və sviterin hər birinin arxa səthinin sol yarısının yuxarı hissəsində, sol çiyinliyi üzərində aşkar edilmiş dəlib-keçən zədə odlu silah zədələnməsinin giriş dəliyidir, odlu silahdan, o cümlədən ov tüfəngindən, atəşin əlavə faktorlarının (his, barıt və metal hissəcikləri) təsir etdiyi məsafədən açılmış bir atəş nəticəsində əmələ gəlmişdir. ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək və sviterin arxa səthinin sol yarısının yuxarı hissəsində, sol çiyinliyi üzərində aşkar edilmiş zədəni törədən predmetin texniki xüsusiyyətləri barədə demək olar ki, bu zədəni yetirmiş odlu silahın, o cümlədən ov tüfənginin patronu qurğuşun tərkibli mərmilərlə (qırmalarla) doldurulmuşdur və bu zədənin tədqiqata təqdim olunmuş qırmaların təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək, mayka və sviterin üzərində kəsilmə-deşilmə izləri aşkar olunmadı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Beyləqan Rayon Mərkəzi xəstəxanasının X12 xx.xx.2022-ci il tarixli 367 nömrəli məktubunda xx.xx.1982-ci il təvəllüdlü Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs Beyləqan RMX-nın psixoloji və narkoloji kabinetlərinə müraciət etmədiyi və dispanser qeydiyyatında olmadığı qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işi üzrə hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş geyim əşyaları olan bir ədəd qara rəngli sviter, bir ədəd boz rəngli sviter və bir ədəd mayka sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq ailəsinə təhvil verilmişdir. Cinayət işi üzrə hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, «MP-43E-1C» modeli, patronluğunun uzunluğu 70 mm olan, «1045207» №-li, daxili çaxmaqlı, qoşalüləli tüfəng və 2 ədəd giliz sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs paltarları üzərində aşkar edilərək götürülmüş bozumtul-gümüşü rəngli, 4 mm diametrli, qeyri-düzgün dairəvi formalı sərt metaldan olan 07 ədəd qırma sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsil ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlilikləri sübuta yetirilmiş və onlar törətdikləri cinayət əməlinə görə məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdırlar. Belə ki, o, silah qismində istifadə olunan ov tüfəngindən istifadə etməklə zərəçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda Özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydam kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığm subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısım almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-cı il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarina uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004- cü il tarixli 1 saylı Qərarında da (3cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ila törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuiiqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuiiqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuiiqanlıq cinayətini xuiiqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuiiqanlıq niyyəti konkret cinayətin motivi kimi Özünü büruzə verdiyi halda, xuiiqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə onlara elan edilmiş həmin ittiham üzrə özünü təqsirli bilməməsi barədə göstərdiyini, ona elan edilmiş həmin ittiham üzrə təqsirli olması iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş bir-biri ilə uzlaşan sübutların məcmusu ilə təsdiq olunduğu üçün qeyri səmimi ifadə olmaqla özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş ciayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını və o cümlədən islah olunmasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, bu növ cəza təyin olunması qanuni əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş ciayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını və o cümlədən islah olunmasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, bu növ cəza təyin olunması qanuni əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, və cəzasının əvvəli tutulduğu tarixdən xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş bir ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, «MP-43E-1C» modeli, patronluğunun uzunluğu 70 mm olan, «1045207» №-li, daxili çaxmaqlı, qoşalüləli tüfəng və 2 ədəd giliz Azərbaycan Respublikas DİN-nin anbarına təhvil verilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş bir ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, «MP- 43E-1C» modeli, patronluğunun uzunluğu 70 mm olan, «1045207» №-li, daxili çaxmaqlı, qoşalüləli tüfəng və 2 ədəd giliz Azərbaycan Respublikas DİN-nin anbarına təhvil verilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-282/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-282/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver