Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-282/2023 14.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi, vəkil X5 iştirakları ilə xx.xx.1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X10 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Atyalı yaşayış massivində yerləşən, yeni tikilmiş fərdi evə plastik pəncərəsini sıxıb açmaqla qanunsuz daxil olub, oradan hər birinin dəyəri 80 manat olan ümumi 560 manat dəyərində 7 ədəd alüminium materialdan olan pəncərəni, bir ədəd 530 manat dəyərində qədim samovarı, hər birinin dəyəri 250 manat olan ümumi 750 manat dəyərində 3 ədəd mis qazanı, 78 manat dəyərində bir top plastik borunu, hər topunun dəyəri 50 manat olan ümumi 1300 manat dəyərində 26 top elektirik naqillərini, hər metrinin dəyəri 1,1 manat olan ümumi 110 manat dəyərində 100 metr uzunluğunda dəmir armaturları, hər birinin dəyəri 48 manat olan ümumi 336 manat dəyarində 7 ədəd taxta diktləri, hər birinin dəyəri 4 manat olan ümumi 400 manat dəyərində 100 ədəd elektirik yuvalarını, hər birinin dəyəri 96 manat olan ümumi 960 manat dəyərində 10 ədəd kombi radiatoru, hər birinin dəyəri 12 manat olan ümumi 144 manat dəyərində 12 ədəd radiator krantlarını, hər birinin dəyəri 2 manat olan ümumi 60 manat dəyərində 30 ədəd şişləri, hər birinin dəyəri 15 manat olan ümumi 45 manat dəyərində 3 ədəd çaydanları, ümumilikdə 5273 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa X10 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Atyalı yaşayış massivi, yeni məhəllədə yerləşən yeni tikilən fərdi həyət sahəsinə hasardan aşmaqla, sonra isə həyətdə olan ikimərtəbəli fərdi evə dəmirdən olan giriş qapısının kilidini sındırmaqla qanunsuz daxil olub, oradan bir ədəd 50 manat dəyərində elektrik mişarını, bir ədəd 50 manat dəyərində olan elektrik drelini, hər birinin dəyəri 5 manat olan ümumi 110 manat dəyərində 22 ədəd elektirik yuvalarını, hər birinin dəyəri 50 manat olan ümumi 250 manat dəyərində 5 top elektrik naqilini, bir ədəd 90 manat dəyərində elektrik avtomatını, bir ədəd 400 manat dəyərində su nasosunu, bir ədəd 250 manat dəyərində su nasosunu, bir ədəd 550 manat dəyərində taxtakəsən mişarı, bir ədəd 60 manat dəyərində elektrik ayrıcısını, bir ədəd 40 manat dəyərində elektrik şitini, hər qutusunun dəyəri 4 manat olan ümumi 36 manat dəyərində 9 qutu şurupu, bir cüt 100 manat dəyərində taxta sıxan aləti, 120 manat dəyərində elektrik avadanlıqlarını, ümumilikdə 2106 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa X10 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən 30 manat müqabilində satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü siqaret kağızına bükülmüş, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına daxil olan ümumi 1,043 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq, Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin inzibati binasına gətirilib xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü siqaret kağızına bükülümüş həmin 1,043 qram çəkidə psixotrop maddə metafetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X10 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə maddi imkanı olmadığı üçün oğurluq etməyi qərara almışdır. Bu məqsədlə həmin günü saat 20 radələrində Abşeron rayonu, Atyalı yaşayış massivində küçə ilə piyada hərəkət edərkən orada yerləşən yeni inşa olunan evlərdən birinin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, bundan sonra evdə kiminsə olub-olmamasını dəqiqləşdirmək məqsədilə həmin evə yaxınlaşıb ev sahibini səsləmişdir. Bu zaman evdə heç kimin olmadığına tam əmin olduğum üçün evə pəncərədən daxil olmuşdur. Bundan sonra evdə hələ təmir işlərinin getdiyini görüb orada olan müxtəlif növ tikinti materialları yəni, 7 ədəd alminum materialdan olan pəncərəni, bir ədəd qədim samovarı, 3 ədəd mis qazanları. plastik borunu, 16 top elektirik naqillərini, dəmir armaturları, 7 ədəd taxta diki, elektirik yuvalarını, 6 ədəd kombi radiatorları və radiator krantlarını, 30 ədəd şişləri, 3 ədəd çaydanı oğurladım. Sonra həmin əşyaları hissə-hissə daşıyıb boş sahəyə yığaraq orada doğramışdır. Doğradığı əşyaları yenidən kisələrə yığıb Qobu qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb 450 manata satmışdır. Qalan əşyaları isə yoldan keçən Qaz 24 markalı taksi yük maşınına yükləyib Bakı şəhəri 3-cü mikrorayon bazarına aparmış və orada hissə-hissə 300 manata satmış, sonra əldə etdiyi pulları öz şəxsi ehtiyaclarlarına xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə maddi imkanı olmadığı üçün yenidən oğurluq etməyi qərara almışdır. Bu məqsədlə həmin günü gecə saat 02 radələrində Abşeron rayonu, Atyalı yaşayış massivində yeni məhəllə deyilən ərazidə piyada hərəkət edərkən orada yerləşən yeni inşa olunan ikimərtəbəli ev nəzərini cədb etmiş, həmin evdə müxtəlif inşaat materialları olduğunu yəqin edib oradan oğurluq etmək üçün ətrafa baxmışdır. Kimsənin olmadığına əmin olduqdan sonra mişar daşı ilə hörülmüş hasardan aşıb həyətə düşmüş, həyətdən tapdığı dəmir parçası ilə evin birinci mərtəbəsində olan dəmir qapının qıfılını sındırmış və içəri daxil olmuşdur. Evin ikinci mərtəbəsinə çıxıb orada yerə qoyulmuş elektrik mişarını, elektrik drelini çoxlu sayda elektrik yuvalarını, həmçinin 5 top elektrik naqilini götürüb boş meşoka yığmış, evin birinci mərtəbəsinə düşdükdə isə pilləkənin altında olan divarda quraşdırılmış elektrik avtomatlarını çıxarmış, sonra həmin əşyaları aparıb boş torpaq sahəsində gizlətmiş və evinə getmişdir. Səhər tezdən həmin yerə gəlib oradan içərisində oğurladığı əşyalar olan meşoku götürüb yola çıxmış və taksiyə minib Bakı şəhəri 3-cü mikrorayon bazarına aparmışdır. Orada malları hissə-hissə tanımadığı şəxslərə satıb 210 manat pul əldə etmiş və sonra əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmiş, hazırda etdiyi oğurluq əməllərimi səmimi olaraq etiraf edir. Bundan başqa psixotrop vasitə olan metamfetaminq qəbul edir. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində olarkən saat 17 radələrində polis əməkdaşları özlərini təqdim etdikdən sonra onu saxlayıb Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Abşeron RPİ-nin X13 xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O da əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən çıxardığı bir ədəd siqaretin gümüşü kağızına bükülmüş, 1 bükümdən ibarət olan ağ rəngli, kristal formalı kütlə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Göstərmişdir ki, həmin psixotrop vasitəni xx.xx.2022-ci il tarixdə Hökməli qəsəbəsindən İlqar adı ilə tanıdığı şəxsdən 30 (otuz) manata almış, həmin şəxsi yaxından tanımır və dəqiq ünvanını bilmir. Həmin psixotrop vasitəni özü istifadə etmək üçün özündə saxlamışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Atyalı yaşayış massivində yerləşən yeni məhəllədə torpaq sahəmdə fərdi yaşayış evi tikdirmişdir. Həmin fərdi evdə təmir işləri apardığı üçün orada yaşayış yoxdur, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mişar daşı ilə hörülmüş daş hasarla əhatə olunmuşdur. Sonuncu dəfə həmin fərdi evdə 09 noyabr 2022-ci il tarixdə olmuşdur. 14 noyabr 2022-ci il tarixədək olan müddət ərzində özünə məxsus Abşeron rayonu, Atyalı yaşayış massivində yerləşən təmirsiz fərdi yaşayış evinə baş çəkmək üçün gəldikdə naməlum şəxsin ikimərtəbəli fərdi evinə dəmirdən olan giriş qapısının kilidini sındırmaqla daxil olduğunu, evimin ikinci mərtəbəsində yerdə qoyduğu bir ədəd 50 manat dəyərində elektrik mişarının, bir ədəd 50 manat dəyərində olan elektrik drelinin, hər birinin dəyəri 5 manat olan ümumi 110 manat dəyərində 22 ədəd elektirik yuvalarının, hər birinin dəyəri 50 manat olan ümumi 250 manat dəyərində 5 top elektrik naqilinin, bir ədəd 90 manat dəyərində elektrik avtomatının, bir ədəd 400 manat dəyərində su nasosunun, bir ədəd 250 manat dəyərində su nasosunun, bir ədəd 550 manat dəyərində taxtakəsən mişarının, bir ədəd 60 manat dəyərində elektrik ayrıcısının, bir ədəd 40 manat dəyərində elektrik şitinin, hər qutusunun dəyəri 4 manat olan ümumi 36 manat dəyərində 9 qutu şurupun, bir cüt 100 manat dəyərində taxta sıxan alətin, 120 manat dəyərində elektrik avadanlıqlarının oğurlandığının şahidi olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2106 manat dəyərində maddi ziyan dəymişdir. O, evində baş vermiş oğurluq hadisəsi ilə bağlı dərhal Azəbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Atyalı yaşayış massivində fərdi yaşayış evi vardır. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Atyalı yaşayış massivində yerləşən təmirsiz fərdi yaşayış evinə getdikdə hər şey qaydasında olmuş, heç bir əşyası oğurlanmamışdır. xx.xx.2022-ci il tarixdə həmin evə yenidən getdikdə bəzi əşyaların oğurlanmasını aşkar etmişdir. Belə ki, fərdi evinə nəzər saldıqda məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər tərəfindən hər birinin dəyəri 80 manat olman ümumi 560 manat dəyərində 7 ədəd alüminum materialdan olan pəncərəsi, bir ədəd 530 manat dəyərində olan qədim samovarı, hər birinin dəyəri 250 manat olan ümumi 750 manat dəyərində 3 ədəd mis qazanı, 78 manat dəyərində bir top plastik boru, hər topunun dəyəri 50 manat olan ümumi 1300 manat dəyərində 26 top elektirik naqilləri, hər metrinin dəyəri 1,1 manat olan ümumi 110 manat dəyərində 100 metr uzunluğunda dəmir armaturları, hər birinin dəyəri 48 manat olan ümumi 336 manat dəyarində 7 ədəd taxta diktləri, hər birinin dəyəri 4 manat olan ümumi 400 manat dəyərində 100 ədəd elektirik yuvaları, hər birinin dəyəri 96 manat olan ümumi 960 manat dəyərində 10 ədəd kombi radiatoru, hər birinin dəyəri 12 manat olan ümumi 144 manat dəyərində 12 ədəd radiator krantları, hər birinin dəyəri 2 manat olan ümumi 60 manat dəyərində 30 ədəd şişləri, hər birinin dəyəri 15 manat olan ümumi 45 manat dəyərində 3 ədəd çaydanları oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 5273 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, 16 noyabr 2022-ci il tarixdə il tarixdə saat təxminən 17 radələrində Abşeron rayon Höküməli qəsəbəsi Dağlıq küçəsi ev 16-da yaşayan X3 narkotik vasitə qəbulu ilə məşğul olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı PB-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat sahə rəisi Şahid2 ilə birlikdə gedib gözləməyə başlamışlar. Bir neçə dəqiqədən sonra Şərfalı Eyvazovu yaşadığı evin küçəsində evinə gedərkən saxladaraq yaxınlaşıb özlərini təqdim etmiş və sonuncuya narkotik maddə qəbul etməsi barədə məlumatımızın olduğunu bildirib, polis bölməsinə dəvət etmişlər. Şərvalıda heç bir müqavimət göstərmədən onlarla birlikdə Abşeron RPİ-nin Qobu PB-nə gəlmişdir. Bundan sonra PBnin xidməti otaqlarından birində Şərfalı Eyvazovun videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəyimizi bildirmiş, şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Şərfalı Eyvazova şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Sonuncu da üzərində özü istifadə etmək üçün bir büküm heroin olduğunu bildirmiş və əynindəki boz rəngli şalvarın sağ yan cibində olan 1 ədəd siqaretin gümüşü kağızında olan bükülünü çıxarıb könüllü olaraq təqdim etmişdir. Bundan X11 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şərfalı Eyvazovun üzərindən başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. X11 təqdim etdiyi bükümə baxış keçirmiş, şəxsi axtarış zamanı həmin bükümdə ağ rəngli, kristal formada metafetaminə bənzər maddə aşkar edilmiş, sorğu zamanı Şərfalı Eyvazov bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə psixotrop maddə olan metafetamindir. Şərfalı Eyvazov həmin metafetamini İlqar adlı üzdən tanıdığı şəxsdən 30 manata özü istifadə etmək üçün alıb özündə saxladığını bildirmişdir. Bundan X11 üstündən götürülümüş bir büküm kütlə kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, mən də protokolda yazılanların doğru olduğunu imzalarla təsdiq edilmişdir. Bundan sonra Şərfalı Eyvazov ətrafında keçirilmiş əməliyyavt tədbirləri nəticəsində onun Abşeron rayonu Atyalı yeni yaşayış massivində 05 noyabr 2022-ci il tarixdə X7 məxsus təmiri başa çatmayan fərdi yaşayış evindən və 12 noyabr 2022-ci il tarixdə Abşeron rayonu Atyalı yeni yaşayış massivində Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən muxtəlif tikinti materiallarını oğurladığı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin Qobu PB-nin polis sahə rəisi, polis mayoru Şahid2 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, Abşeron rayonu, Qobu qəsəbəsində Hökməli-Qobu yolunun kənarında Ramil Bədəlova məxsus metal qubulu məntəqəsində işləyir. Şərfalı Eyvazovu üzdən tanıyır, belə ki, 05 noyabr 2022-ci il tarixdə saat 21 radələrində Şərfalı Eyvazov onun işlədiyi metal qəbulu məntəqəsinə nömrəsini və markasını xatırlamadığı avtomobillə gələrək müxtəlif növ elektrik mallarını yerə boşaldıb həmin əşyaların özünə məxsus əşyalar olduğunu bildirmiş və şəxsiyyət vəsiqəsini təqdim edərək həmin malları satmaq istədiyini bildirmişdir. O, təqdim edilmiş əlvan məmulatları tərəzidə çəkib Şərfalı Eyvazova pulunu ödəmişdir. Bundan sonra həmin məmulatları digər təhvil aldığı məmulatlarla birlikdə metal ərimə zavoduna təhvil vermişdir. Bundan başqa 11 noyabr 2022-ci il tarixdə təxminən saat 15 radələrində Şərfalı Eyvazov yenidən onu işlədiyi məntəqəyə mis, alüminium materialdan olan doğranmış məmulatlar gətirmiş və o, yenidən həmin əşyaları tərəzidə çəkərək pulunu sonuncuya ödəmiş, eyni ilə həmin məmulatları da digər təhvil aldığı məmulatlarla birlikdə metal ərimə zavoduna təhvil vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/6602 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №245» dairəvi möhür əksi və «imza Şərfalı Eyvazov» ad və soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,043 qram olan ağ-qəhvəyimtil kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir(qalıq 0,993 qram - 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin «12» dekabr 2022-ci il tarixli 7527 saylı rəyindən görünür ki, X4 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədə göstərilmişdir ki, X10 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X10 xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X10 barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış X3 üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,993 qram psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə X3 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı, həmin bir ədəd siqaretin gümüşü kağızına bükülü psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməmiş və o təqsirləndirilən şəxs X2 şikayətçidir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, X3 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, X3 az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq X6 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs X10 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,993 qram psixotrop maddə metamfetamin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X9 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : X10 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, X6 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs X10 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs X10 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 88 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,993 qram psixotrop maddə metamfetamin məhv edilsin. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X9 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-282/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-282/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver