Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-283/2020 03.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıl Dərə massivində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda selofona bükülü, ümumi təmiz çəkisi 1,356 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2020-ci il tarixdə saat 01:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Sumqayıt şəhəri istiqamətində yerləşən «Araz» marketdən 200 metrlik məsafədə Abşeron rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanılıb Pİ-nə gətirilmiş və orada xidməti otaqda üstündə şəxsi axtarış keçirilən zaman onun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd üzərində qırmızı yapışqan olan selofona bükülü ümumi təmiz çəkisi 1,356 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən iki ay olar narkotik vasitə olan heroindən istifadə edir. xx xxxxxx 2020-ci il tarixdə günorta radələrində Bakı şəhəri, 20 yanvar metrostansiyası ərazisində olarkən narkotik vasitə olan heroin tapmış və özü narkotik vasitə heroin istifadəçisi olduğu üçün həmin heroini götürmüş və üstündə saxlamış, həmin tarixdə gecə radələrində, yəni xx xxxxxx 2020-ci il tarixinə keçən gecə təxminən saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində «Araz» marketdən 200 metr irəlidə Sumqayıt şəhəri istiqamətində olarkən polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edib şübhəli olduğunu bildirdikdən sonra polis əməkdaşları onu Abşeron rayon Polis İdarəsinə dəvət etmiş, o, həmin polis əməkdaşı ilə birlikdə Abşeron rayon Polis İdarəsinə getmiş və polis idarəsində otaqların birində polis əməkdaşları video çəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, daha sonra ona üzərində qadağan olunmuş hər hansı əşya varsa, könüllü təqdim etmək təklif olunmuş, o da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd üzərində qırmızı yapışqan olan selofon bükülünü təqdim etmiş və həmin narkotik vasitənin özünə məxsus olduğunu və Bakı şəhəri, 20 yanvar metrostansiyası ərazisindən tapdığını bildirmiş, təqdim etdiyi bir ədəd içərisində narkotik vasitə heroin olan selofon bükülü kağız zərfə qoyularaq qablaşdırılmış, kağız zərfi o və axtarışda iştirak edən digər şəxslər imzalamışlar, o, əlavə olaraq üzərində saxladığı selofona bükülü narkotik vasitə heroini xx.xx.2020-ci il tarixdə günorta radələrində 20 yanvar metrostansiyası ərazisindən tapdığını, onu narkotik vasitə aludəçisi olduğu üçün aldığını və həmin narkotik vasitəni özü qəbul edəcəyini bildirdi. Sonda o, narkotik maddələrin qəbuluna düçar olduğundan peşmançılıq çəkdiyini bir daha belə hallara yol verməyəcəyini bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin PPXB-nin polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, hazırda Abşeron rayon Polis İdarəsinin PPXB-də polis nəfəri kimi xidmət göstərir və rütbəsi polis serjantıdır. xx xxxxxx 2020-ci il tarixdə polis nəfərləri - kiçik serjantları X5 və Şahid2 ilə birlikdə xidmətdə olarkən saat 00:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Saray postu yaxınlığında «Araz» marketdən təxminən 200 metr irəlidəki ərazidə bir nəfər şəxsin qaranlıq yerdə dayandığını görmüş, həmin şəxs onları gördükdə özünü şübhəli aparmağa başlamış, həmin şəxsin hərəkətləri şübhə doğurduğu üçün ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxs Abşeron rayon Pİ-nə gətirilmiş, polis idarəsində həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş və onun 1993-cü il təvəllüdlü Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş və video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən ona əgər üzərində qeyri-qanuni əşya varsa, təqdim etməyi təklif olunmuş, belə olan halda Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibində saxladığı üzərində qırmızı yapışqan olan selofona bükülü bir ədəd kütləni təqdim etmiş və həmin kütləni Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında yerdən tapdığını bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə oxşar kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmiş, sonra həmin kağız zərf və tərtib edilmiş protokol proses iştirakçıları tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin PPXB-nin polis nəfəri X5 və Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar ifadələr verdilər. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi prosesinin texniki vasitələrdən istifadə etməklə köçürüldüyü maddi sübut - 1 ədəd “CD” formatlı diskə yazılmış videogörüntülər də hadisəsinin necə baş verməsi əyani şəkildə müşahidə olundu. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2844 saylı tədqiqat rəyindən görünür ki,tədqiqata təqdim edilmiş üzərində «….Təqsirləndirilən şəxs……….» yazılar və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 1,356 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.Həmin rəyin qeyd hissəsindən görünür ki, təqiqatatəqdimedilmişnarkotikvasitənintəmizçəkisi1,356qramdır, tədqiqata 0,05 qramsərfedildikdənsonra1,306qramqalıqqalmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1,306 qram narkotik vasitə olan heroinin saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Sumqayıt şəhər MKT İB-nin 2 saylı MKS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, təqsirləndirilən şəxs Nadirov X4 şəhəri, N.Nərimanov küçəsi, yataqxana 7, ev 7/14 ünvanında qeydiyyatdadır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngüllləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2011-ci ildə Ali Məhkəmənin qərarı ilə xx.xx.2008-ci il tarixli Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilməmiş və o, xx.xx.2016-cı il taridə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə cinayəti yetkinlik yaşına çatmayan zaman törətdiyi üçün əməlində cinayətlərin residivi müəyyən olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. Ona görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(012)-51/2020 saylı qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır.. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınaraq cəza müddətinə daxil edilməli və onun cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş“ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalından həbs edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 501 saylı, xx.xx.2020-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 93.1.4-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə görə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Habelə həmin Məcəllənin 95.0.1-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə məcburi ambulatoriya müşahidəsini təyin edə bilər. Göstərilən maddələrin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, tədqiqatlardan sonra qalıq qalan 1,356 qram narkotik vasitə olan heroin, hökm qanuni qüvvəyə minəndən sonra Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “CD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun həbsdə və ev dustaqlığında olduğu müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizalarının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 1,306 qram olan narkotik vasitə olan heroin, hökm qanuni qüvvəyəminəndən sonra məhv edilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-283/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-283/2020
03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver