Məhkəmə qərarları › İş №1(012)-283/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-283/2022

31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-283/2022 31.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiay məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 oktyabr 2021-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi Üzümlük yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs9 məxsus tikilməkdə olan fərdi həyət evinə, yəni binaya plastik pəncərəni sıxıb açma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 300 manat dəyərində elektrik naqillərini, 200 manat dəyərində açar dəstini, 15 ədəd hər birinin dəyəri 4 manat olan ümumilikdə 60 manat dəyərində elektrik yuvalarını və 1 ədəd 60 manat dəyərində elektrik uzadıcısını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs9 ümumilikdə 620 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini özündə olan vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evin qonaq otağında televizorun yanında olan 1 ədəd 100 manat dəyərində peyk antena aparatını və yataq otağında yerdə qoyulmuş 1 ədəd 200 manat dəyərində tozsoranı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 300 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, A.Şaiq küçəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini özündə olan vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, fərdi yaşayış evinin divarına quraşdırılmış ümumi dəyəri 1000 manat olan elektrik naqilini və bir ədəd 200 manat dəyərində laqondanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 oktyabr 2021-ci il tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs8 yaşadığı Abşeron rayonu Saray Z.Əliyeva küçəsində yerləşən evin pəncərəsini vint açanla açaraq yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin divarlarına çəkilmiş 500 manat dəyərində elektrik naqillərini gizli ilaraq talayıb, Zərərçəkmiş şəxs8 500 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini özündə olan vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evin birinci mərtəbəsində otaqda olan 800 metr uzunluğunda 1080 manat dəyərində isti döşəmə üçün nəzərdə tutulmuş boruları, 800 metr uzunluğunda 700 manat dəyərində elektrik naqilləri, hər biri 80 manat olmaqla ümumi 160 manat dəyərində iki ədəd pereferatorlar, hər biri 30 manat olmaqla ümumi 60 manat dəyərində iki ədəd direl və 1 ədəd 38 manat dəyərində laqondanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 2038 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 16 noyabr 2021-ci il tarixində saat 23 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu Saray qəsəbəsində yerləşən evinə qanunsuz daxil olaraq bir metri 1,30 manat olmaqla cəmi 156 manat dəyərində 120 metr uzunluğunda elektrik naqilini, hər birinin qiyməti 50 manat olmaqla cəmi 100 manat dəyərində 2 dəst kişi geyimini, 100 manat dəyərində usta alətlərini və 60 manat dəyərində bir ədəd su mühərrikini gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 416 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 noyabr 2021-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs7 yaşadığı Abşeron rayonu Novxanı qəsəbəsi Ə.Şıxlınski küçəsi, 3 saylı evin hasarın üstündən keçərək həyətinə qanunsuz olaraq daxil olub, evin divarına quraşdırılmış bir ədəd 138 manat dəyərində su qızdırıcısını, evin eyvanında olan 90 manat dəyərində bir ədəd akkumulyatoru, 28 manat dəyərində 10 kiloqram alüminiumu və 50 manat dəyərində 5 kiloqram əlvan metal olan misi ələ keçirib, Zərərçəkmiş şəxs7 ümumilikdə 306 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 noyabr 2021-ci il tarixədə ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi həyət evinə, yəni yaşayış sahəsinə plastik pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq oradan ümumilikdə 2000 manat dəyərində 06 ədəd xalçanı, ət çəkən maşını və qab dəstini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 dekabr 2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Vüqar Rüstəmov küçəsində yerləşən fərdi həyət evinə, yəni yaşayış sahəsinə plastik pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq oradan hər biri 120 manat olmaqla ümumilikdə 240 manat dəyərində 2 ədəd 14 seksiyalı istilik aparatını, 35 manat dəyərində bir ədəd elektrik mişarını, 100 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 ümumilikdə 375 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 tanımır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Narkotik vasitə qəbul etdiyi üçün Abşeron rayon məhkəməsi tərəfindən tutulmuş, 2016-ci ilin iyul ayında azadlığa çıxmışdır. Narkotik vasitə aludəçisidir. Hər gün 1 büküm heroin qəbul edir. Narkotik vasitə qəbul etməsə halsız olur. Narkotik vasitəyə olan təlabatını ödəmək üçün ara sıra oğurluq edir. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində evdən çıxıb Saray qəsəbəsi ərazisində boş ev axtarmağa başlamışdır. Bir qədər getdikdən sonra Saray qəsəbəsi, Məmməd Araz küçəsində hərəkət edərkən işıqları sönmüş ev görmüşdür. O, həmin evdə heç kimin olmadığını düşünüb oğurluq etmək üçün evə girmək qərarına gəlmişdir. Bundan sonra ətrafa baxmış, heç kimin olmadığını görüb evin hasarına çıxaraq həyətə düşmüşdür. Həmin ev tam təmir olunmamış ev olmuşdur. O, həyətin giriş qapısını içəri tərəfdən bağlamışdır. O, evin plastik pəncərəsini özü ilə götürdüyü vintaçanla açıb içəri evə daxil olmuşdur. Həmin otaq evin mətbəxi idi. Evin içərisi tam təmir olunmamışdır. Otaqları gəzdikdən sonra qonaq otağında televizorun yanında olan 1 ədəd markasını xatırlamadığı peyk antenasının aparatını götürmüşdür, bundan sonra yataq otağında yerdə olan 1 ədəd markasını xatırlamadığı tozsoranı götürmüşdür. Digər qiymətli əşya tapa bilmədiyi üçün həmin 1 ədəd peyk anten aparatını və 1 ədəd tozsoranı götürüb evdən çıxmışdır. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə günorta saatlarında oğurladığı 1 ədəd peyk anten aparatını Abşeron rayonu, Novxanı kəndinin giriş hissəsində olan Ələsgər adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə aparmışdır. O, Ələsgərə ehtiyacı olduğu üçün həmin peyk anten aparatını satdığını demişdir. Ələsgər də həmin peyk antena aparatının lazımsız olduğunu bildirərək almaq istəmədiyini demişdir. O, pula ehtiyacı olduğuna görə israrla həmin peyk anten aparatını satmaq istədiyini Ələsgərə bildirmişdir. Ələsgər də onun gətirdiyi həmin peyk anten aparatını açaraq içərisində olan mis naqilləri çıxarıb çəkdikdən sonra 15 manat müqabilində həmin peyk anten aparatını almışdır. Həmin vaxt Ələsgər ondan həmin anten aparatının oğurluq olub-olmadığını soruşmuşdur. O, ona narahat olmamağını, öz evində olan anten aparatı olduğunu, ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan sonra həmin gün oğurladığı tozsoranı isə taksi ilə Bakı şəhərində Sabunçu bazarı deyilən yerə aparmışdır. Həmin yerdə tozsoranı tanımadığı bir nəfər şəxsə 40 manata satmışdır. Həmin evdən oğurladığı əşyalardan ümumilikdə 55 manat pul əldə etmiş və həmin pulu şəxsi ehtiyaclarıma xərcləmişdir. Həmin əşyaları ondan alan şəxslər satdığı əşyaların oğurluq olub-olmamasını soruşduqda, o, həmin şəxslərə satdığı əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində gəzərək oğurluq etmək üçün münasib ev axtarmaq qərarına gəlmişdir. Saray qəsəbəsi ərazisində olarkən bir evin işıqlarının yanmadığını, evdə heç kimin olmadığını görmüşdür. Bunun üçün hasardan aşaraq həyətə daxil olmuş və evin plastik pəncərəsini sıxıb açaraq mənzilə daxil olmuşdur. Mənzildən 06 ədəd xalçanı, ətçəkən maşını və qabqacaq dəstini götürüb mənzildən çıxmışdır. Həmin oğurladığı əşyaları hissə-hissə mənzildən çıxartmış və evin yaxınlığında yerləşən torpaq sahəsinin hasarının dibinə yığmışdır. Bundan sonra yola çıxaraq markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi tutmuşdur. Həmin taksi sürücüsünə evdə olan lazımsız əşyaların olduğunu, onu Sabunçu rayonu ərazisində yerləşən bit bazarına satmaq üçün apardığını demişdir. Həmin taksi sürücüsü də heç nədən şübhələnməmişdir. O, Saray qəsəbəsində yerləşən mənzildən oğurladığı əşyaları Sabunçu rayonu ərazisində yerləşən bit bazarında tanımadığı şəxsə ümumilikdə 180 manata satmışdır. Həmin pulu da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə gecə saat 22 radələrində piyada tək Saray qəsəbəsi ərazisində gəzərkən narkotikaya olan təlabatımı ödəmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. Saray qəsəbəsi ərazisində Vüqar Rüstəmov küçəsi ilə hərəkətdə olan zaman işığı yanmayan ev görüb ətrafa baxmışdır ki, heç kim yoxdu, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra bir daha ətrafa dəqiq baxıb heç kimin olmadığını bildikdən sonra evin qabaq tərəfindən hasardan tullanıb evin həyətinə daxil olmuşdur. Həyətdə olarkən bir daha evdə heç kimin olmadığını dəqiqləşdirmiş və görmüşdür ki, evdə yaşayış yoxdur. Bundan sonra evə yaxınlaşmış, evin plastik pəncərəsini özü ilə gətirdiyi vint açanla açıb içəri daxil olmuşdur. Evi axtarmağa başlamış və görmüşdür ki, evin təmiri başa çatmayıb. Həmin evdən 2 ədəd istilik radiatorlarını, 1 ədəd elektrik mişarnı, təxminən 150 metr uzunluğunda elektrik naqilini oğurlamışdır. Bundan sonra evə baxmış, evdə olan 1 ədəd torbanı götürüb oğurladığı əşyaları onun içərisinə qoyub Saray qəsəbəsində turbalıq adlanan əraziyə gedib səhərin açılmağın gözləmişdir. Səhər açıldıqdan sonra o, taksi sifariş verib taksi ilə Bakı şəhəri Sabunçu rayon ərazisində yerləşən Rus bazarına gedib oğurladıqlarının hamısını ümumilikdə 200 manata satıb pulunu öz ehtiyyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs1 evindən yuxarıda qeyd etdiklərindən başqa 2 ədəd kişi paltarıda olmuş, onları isə Sabunçu rayonuna gedən zaman taksini saxladıb dəqiq xatırlamadığı ərazidə tullamış, bunlardan başqa həmin evdən heç nə oğurlamamış, oğurladıqlarını satıb pullarını öz ehtiyyaclarına yəni narkotikaya olan təlabatına xərcləmişdir, oğurluq hadisələrini tək etmiş və bu barədə heç kimin məlumatı olmamışdır. Digər oğurluqlardan məlumatı yoxdur. Qeyd olunan digər oğurluqları törətməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi Ş.Azadəliyev küçəsində fərdi yaşayış evim vardır ancaq, həmin evdə təxminən 6 aydırki, yaşamır. Onun evində yaşamaq üçün bütün şərait olsada tam təmir olunmamışdır. Evinə ara-sıra gəlib getmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 19 radələrində evinə gəlib görmüşdür ki, evinin pəncərəsi açılıb naməlum şəxslər evinə daxil olaraq oradan oğirluq ediblər və eyni zamanda evin dəmir qapısınıda içəridən bağlamışlar. O, evə daxil olduqdan sonra görmüşdür ki, evindən təxminən 120 metr uzunluğunda 1 metri 1,30 qəpik olan elektrik kabeli, 2 dəst kişi paltarı və usta alətləri, su mühərriki və həyətindən isə 1 ədəd Marks markalı su mühərriki oğurlanmışdır. 156 manat elektrik kabeli, hər biri 50 manat olmaqla 100 manat, usta alətləri isə təxminən 100 manat dəyərində və 1 ədəd su mühərriki isə 60 manat dəyərində olmaqla oğurluq nəticəsində ona ümumilikdə 416 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Evim tam təmirli olmasa da, həmin evdə yaşayır. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxıb Sumqayıt şəhərinə anasının yanına getmişdir. Həmin gün saat 23 radələrində geri evə qayıtmışdır. Evin həyətinin dəmir qapısının içəri tərəfdən bağlandığını görüb hasardan keçməklə evinin həyətinə düşmüşdür. Evə tərəf yaxınlaşdıqda evin mətbəxinin plastik materialdan olan pəncərəsinin açıq olduğunu görmüşdür. Bundan sonra o, dərhal evin giriş qapısını açıb içəri daxil olmuşdur. Otaqlara baxdıqda qonaq otağında televizorun yanında olan 1 ədəd 100 manat dəyərində markasını xatırlamadığı peyk antenasının aparatının, yataq otağında yerdə qoyduğu 1 ədəd 200 manat dəyərində markasını xatırlamadığı tozsoranın oğurlandığını aşkar etmişdir. Həmin gün üzərimdə mobil telefonum olmadığı üçün polisə məlumat verə bilməmişdir. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə səhər saatlarında DİNin 102 xidmətinə zəng edərək evindən oğurluq hadisəsi olması barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gələrək evimə baxış keçirmişlər. Ona məxsus evdən qeyd etdiyi əşyalar oğurlanmış, oğurluq nəticəsində ona ümumilikdə 300 manat ziyan dəymişdir. Təqsirləndirlən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən yarımtikili ona məxsusdur.xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər ona məxsus tikilməkdə olan fərdi evə plastik pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq mənzildən 01 top 100 manat dəyərində dördlük elektrik naqillərini,01 ədəd 450 manat dəyərində qaynaq aparatını, 01 ədəd 150 manat dəyərində qab-qacaq dəstini, 01 ədəd 80 manat dəyərində ütünü, 01 ədəd 500 manat dəyərində qab dəstini, 01 ədəd 150 manat dəyərində kaşmir qadın paltosu, 01 ədəd 120 manat dəyərində qadın üçün plaş, 130 manat dəyərində qadın üçün donu oğurlamışlar. Təqsirləndirlən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, yaşadığı ev bir mərtəbəli olmaqla evin yerləşdiyi torpaq sahəsi mişar daşları ilə hasarlanmışdır. 17 noyabr 2021-ci il tarixdə, səhər saat 07 radələrində yuxudan oyanıb evdən çölə çıxanda evin qarşı tərəfində divara quraşdırdığı 138 manat dəyərində su qızdırıcısının, evin eyvanında olan 28 manat dəyərində çəkisi 10 kiloqram aliminium, 50 manat dəyərində çəkisi 5 kiloqram əlvan metal olan mislərin və evin həyətində olan 90 manat dəyərində akkumlyator naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmışdır. Ona görə də DİN-in 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirlən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, yaşadığım evin yaxınlığında digər bir evim də vardır, arada orada da gedib qalırıq. Həmin yaşayış evim iki mərtəbəli olmaqla daşdan tikilmişdir, evin çöl tərəfindən heç suvağı da vurulmamışdır. Evin pəncərələri də plasmasdandır, evin yerləşdiyi torpaq sahəsi də mişar daşları ilə hasarlanmışdır. 17 oktyabr 2021-ci il tarixə keçən gecə saat 03 radələrinədək həmin evimizdə olmuşdur, ondan sonra qaldığı evə gəlmişdir. Həmin evdə təmir işləri gedirdi. 17 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində həmin evinə gedib baxmışdır ki, naməlum şəxs evin arxa tərəfində olan plasmas pəncərəni açaraq içəri daxil olmuş və evin divarlarına çəkilmiş 500 manat dəyərində elektrik naqillərini oğurlamışdır. Ona görə də DİN-in 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirlən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, A.Şaiq küçəsində 2020-ci il tarixdə 0.16 ha torpaq sahəsi almış, 2021-ci il tarixdən isə fərdi yaşayış evi tikdirməyə başlamışdır. Naməlum şəxs və ya şəxslər xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan müddət ərzində ona məxsus lakin hal-hazırda yaşayış olmayan fərdi yaşayış evinə pəncərədən daxil olma yolu 1000 manat dəyərində elektrik naqilləri, 200 manat dəyərində laqonda oğurlamışlar. Hadisəni xx.xx.2021-ci il tarixdə aşkar edib, DİN-in 102 xidmətinə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1200 manat ziyan dəymişdir. Təqsirləndirlən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayının 19-da evinə getmiş, hər şey yerində idi. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə gedib görmüşdür ki, evinin pəncərəsi açıqdır. O, içəri daxil olmuş və aşkar etmişdir ki, evində olan 2 ədəd hər biri 14 seksiyalı olan istilik apratı, 1 ədəd elektrik mişarı və 200 metr uzunluğunda yəni 2 top 2,5-lik elektrik naqilləri yerində yoxdur. Bundan sonra həmin əşyaların oğurlanmasını fikirləşib PB-nə gedib bu barədə ərizə ilə müraciət etmişdir. Evindən təzə vəziyyətdə 2 ədəd hər biri 14 seksiyalı hər biri 120 manat olmaqla 240 manat dəyərində olan istilik apratı, 1 ədəd istifadə olunmuş 35 manat dəyərində elektrik mişarı və 200 metr uzunluğunda yəni 2 top 2,5-lik hər biri topu 50 manat olmaqla 100 manat dəyərində təzə vəziyyətdə olan elektrik naqilləri oğurlanaraq oğurluq nəticəsində isə ümumilikdə ona 335 manat ziyan dəymişdir. Təqsirləndirlən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, fərdi qaydada ev təmiri ustası işləyir. Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində tam təmir olunmamış fərdi yaşayış evi vardır. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən evinə getmişdir. Evə yaxınlaşdıqda giriş qapısının və yan pəncərənin açıq olduğunu görmüşdür. Bundan sonra içəri daxil olduqda evdə birinci mərtəbədə otaqda yerdə olan 800 metr uzunluğunda isti döşəmə üçün nəzərdə tutulmuş boruların, 800 metr uzunluğunda elektrik naqillərinin, iki ədəd perferatorların, iki ədəd direllərin və 1 ədəd laqondanın yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, həmin əşyaların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını başa düşmüşdür. O, dərhal DİN-in 102 xidmətinə zəng edərək evindən oğurluq hadisəsinin baş verdiyini bildirmişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları gələrək baxış keçirmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, ona məxsus evimin birinci mərtəbəsində olan otaqda yerdən 800 metr uzunluğunda 1080 manat dəyərində isti döşəmə üçün nəzərdə tutulmuş borular, 800 metr uzunluğunda 700 manat dəyərində elektrik naqilləri, hər biri 80 manat olmaqla ümumi 160 manat dəyərində iki ədəd perferatorlar, hər biri 30 manat olmaqla ümumi 60 manat dəyərində iki ədəd direl və 1 ədəd 38 manat dəyərində laqonda oğurlanmışdır, oğurluq nəticəsində ona ümumilikdə 2038 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, naməlum şəxs və ya şəxslər xx.xx.2021-ci il tarixdə ona məxsus Abşeron rayonu Saray qəsəbəsi Üzümlük yaşayış massivində yerləşən ona məxsus tikilməkdə olan tikiliyə plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq mənzildən 300 manat elektrik naqilllərini bir ədəd 200 manat dəyərində açar dəstini,15 ədəd hər birinin dəyəri 4 manat olan ümumilikdə 60 manat dəyərində elektrik yuvalarını və 1 ədəd 60 manat dəyərində elektrik uzadıcısını gizli olaraq talayaraq ona 620 manat məbləğində maddi ziyan vurmuşdur. O, mənzilindən oğurluq olduğu üçün DİN-nin 102 xidmətinə və ərizə ilə Abşeron RPİ-nə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 620 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, fərdi qaydada Abşeron rayonu, Novxanı kəndinin giriş hissəsində metal qəbulu məntəqəsində əlvan və qara metal alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs bir neçə dəfə qara metal gətirib onun işlədiyi dükanda satan zaman görmüş və ordan tanıyır. Adi müştəri-alıcı münasibəti olmuşdur. 2021-ci ilin oktyabr ayının ortalarında Nicat günorta saatlarında əlində 1 ədəd peyk antena aparatını gətirmiş və ehtiyacı olduğu üçün satdığını demişdir. O, da Nicatın gətirdiyi həmin peyk antena aparatının lazımsız olduğunu bildirərək almaq istəmədiyimi ona demişdir. Nicat pula ehtiyacı olduğuna görə israrla həmin peyk anten aparatını satmaq istədiyini bildirmişdir. O, da Nicatın gətirdiyi həmin peyk anten aparatını açaraq içərisində olan mis naqilləri çıxarıb çəkdikdən sonra 15 manat müqabilində almışdır. Həmin vaxt Nicatdan gətirdiyi anten aparatının oğurluq olub-olmadığını soruşmuşdur. Nicat ona bildirmişdir ki, «narahat olma öz evimizdə olan anten aparatıdır, ehtiyacım olduğu üçün satıram». O, da Nicata inanıb həmin anten aparatının içərisində olan mis naqilləri 15 manat müqabilində almışdır. Aradan bir müddət keçdikdən sonra metal qəbulu məntəqəsində toplanmış mis naqilləri metal qəbulu zavoduna satmışdır. Həmin anten aparatını alan zaman oğurluq olduğunu bilməmiş, ümumiyyətlə Nicatı normal müştəri kimi tanımış, bu səbəbdən onun oğurluq əşya satmadığına inanmışdır. Bundan başqa o, göstərmişdir ki, 2021-ci ilin oktyabr ayının son günləri idi. Nicat günorta saatlarında əlində torbada doğranmış və əridilmiş vəziyyətdə olan mis gətirmiş və ehtiyacı olduğu üçün satdığını demişdir. O, da Nicatın gətirdiyi həmin misi tərəzidə çəkmişdir. Həmin mis 4 kiloqram çəkidə idi. Bundan sonra o, Nicatın gətirdiyi doğranmış və əridilmiş vəziyyətdə olan 4 kiloqram çəkidə olan misi 1 kiloqramını 10 manatdan olmaqla ümumilikdə 40 manata almışdır. Həmin vaxt Nicatdan gətirdiyi misin oğurluq olub-olmadığını soruşmuşdur. Ələsgər ona həmin misi yaşadığı evdə olan naqilləri doğrayaraq əldə etdiyini, ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O, da ona inanıb həmin əridilmiş misi 40 manat müqabilində almışdır. Aradan bir müddət keçdikdən sonra metal qəbulu məntəqəsində toplanmış mis naqilləri metal qəbulu zavoduna satmışdır. Həmin əridilmiş misi alan zaman oğurluq olduğunu bilməmiş, ümumiyyətlə Nicatı normal müştəri kimi tanımış, bu səbəbdən onun oğurluq əşya satmadığına inanmış, Nicat əvvəllər xırda dəmir parçaları və sair metal, mis naqillər gətirib onun işlədiyi metal qəbulu məntəqəsinə satmışdır. Nicatı da həmin əşyaları gətirib satdığına görə müştəri kimi tanımışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri ilə seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Quluyev X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 124.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.2 və 69.3-cü maddələrinə əsasən 01 il 09 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 06 ay 22 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, dəymiş ziyan ödənildiyinə onların Təqsirləndirilən şəxs qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs etirafedici ifadə verməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı zidiyyətli ifadələr verərək, digər oğurluq epizodlarını törətmədiyini bildirsə də ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətləri keçirilərkən Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəsini təsdiq etməklə əyani olaraq hansı oğurluq cinayətlərini törətməsini özü göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə özünün verdiyi ilkin izahatında, şübhəli şəxs qismində tutulduğu zaman, təqsirləndirilən şəxs qismində ifadə verdiyi zaman qeyd edilən oğurluq əməllərini törətməsini təsdiq etmişdir. Bundan başqa ibtidai istintaq zamanı şahid qismində dindirilimiş Şahid təqsirləndirilən şəxsin dediklərini təkzib edərək, Təqsirləndirilən şəxs bir neçə dəfə qara metal gətirib onun işlədiyi dükanda satan zaman gördüyünü, Nicatın 1 ədəd peyk antena aparatını, içərisində olan mis naqilləri 15 manat müqabilində ona satdığını, daha sonra torbada doğranmış və əridilmiş vəziyyətdə olan mis gətirib ona 40 manata satdığını təqsirləndirilən şəxsin üzünə qarşı deyərək onu ifşa etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxslərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı üç zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir, baxmayaraq ki, sonradan həmin cəzanın çəkilməmiş hissəsi müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir, yuxarıda istinad edilən Plenum Qərarına əsasən, o cümlədən Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsində nəzərdə tutulan, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqların residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığına dair tələbi baxımından, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə həmin məhkumluq residiv yaratmır, ona görə cəza təyini zamanı nəzərə alınmamalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul, məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul, məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar