Məhkəmə qərarları › İş №1(012)-283/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-283/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-283/2024 01.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Ağdaş şəhərində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi yeni məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş, AZ AA-104513 nömrəli 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd «AK-74M» modelli Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomatı, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 09 ədəd 5,45x39 mm kalibrli olmaqla atəş üçün yararlı, döyüş sursatı hesab olunan həmin kalibrli silahların ştat patronlarını və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, 30 ədəd ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan bir ədəd darağı ilə birlikdə əldə edib ağ rəngli sellofan torbaya qoyaraq özü ilə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yaşadığı fərdi yaşayış evinin yaxınlığına daşımaqla saxlamış və gəzdirmiş, 04 avqust 2023-cü il tarixdə saat 13 radələrində Abşeron rayon polis idarəsinin X8 əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində saxlanılaraq Abşeron rayon polis idarəsinin X9 gətirilmiş və həmin tarixdə saat 13:50-də üzərinə keçirilmiş şəxsi axtarış zaman əlində olan ağ rəngli polietilen torbanın içərisində həmin texniki cəhətdən saz və atəş açmaq üçün yararlı AZ AA-104513 nömrəli 5,45 mm kalibrli, «AK-74M» modelli Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomat, hər biri 5,45x39 mm kalibrli olmaqla döyüş sursatı olan 09 ədəd həmin kalibrli silahların ştat patronlarını və həmin avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı darağı ilə birlikdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu və ona yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi yeni məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Bildirmişdir ki, heç bir yerdə işləməsə də küçələrdən və məişət tullantılarının toplandığı yerlərdən metal toplayıb satmaqla dolanmışdır. Təxminən, 3-4 gün əvvəl, yəni 1 və ya 2 avqust 2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən məişət tullantıları mərkəzi kimi tanınan yerdən qara rəngli selofan torbanın içərisində olan 1 (bir) ədəd “Kalaşnikov” markalı avtomat silah, 9 (doqquz) ədəd avtomat gülləsi və bir ədəd avtomat darağı tapmışdır. Həmin güllələr darağın üzərində idi. Qara rəngli selofana bükülmüş həmin silahı, bir ədəd darağı və 9 ədəd gülləsi ilə birlikdə götürüb özü ilə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinə gətirmişdir. Evin həyətində olan və saxlanc yeri kimi istifadə etdikləri tövlədə silahı, darağı və güllələri gizlətmişdir. 04 avqust 2023-cü il tarixdə saat 13 radələrində silahı gizlətdiyi yerdən götürüb qara rəngli iki ədəd selofan torbalara bükülmüş halda başqa bir ağ rəngli selofan torbanın içərisinə qoyub özü ilə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisinə aparmaq, münasib bir şəxs tapdığı halda satmaq istəmişdir. Lakin, Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yaşadığı evin yaxınlığında iti yerişlərlə piyada gedərkən qarşıdan altı nəfər mülki geyimli şəxs ona yaxınlaşmışlar. Polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin X8 əməkdaşları olduqlarını, onun qanunsuz olaraq odlu silah əldə etməkdə və saxalmaqda şübhəli olduğunu bildirərək bu barədə onlarda əməliyyat məlumatlarının olduqlarını, bu məqsədlə onlarla birlikdə Abşeron RPİ-nin X9 getməli olduğunu demişlər. O, isə polis əməkdaşlarına etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəururiliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmiş, vəkili gəldikdən sonra vəkillə arasıda konfıdensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra video çəkiliş ilə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O da etirazı olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuşdue. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. O da əlində olan torbanın içərisində olan 1 (bir) ədəd “Kalaşnikov” markalı avtomat silah, 9 (doqquz) ədəd avtomat gülləsini və bir ədəd avtomat darağını təqdim etmişdir. Həmin sellofan torba və içərisində olan əşyalara baxış keçirilmişdir. Baxış zamanı əlində olan ağ rəngli selofan torbanın içərisində olan iç-içə keçirilmiş iki ədəd qara rəngli selofan torbalara bükülmüş bir ədəd qundağı qatlanan, ilkin baxış zamanı üzərində nömrəsi oxunmayan, “Kalaşnikov” markalı avtomat, bir ədəd avtomat darağı və həmin darağın içərisində olan doqquz ədəd avtomat gülləsi olduğu müəyyən edilmişdir. Həmin vaxt mən 1 (bir) ədəd “Kalaşnikov” markalı avtomat silahını, 9 (doqquz) ədəd avtomat gülləsini və bir ədəd avtomat darağını 3-4 gün əvvəl Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən məişət tullantıları mərkəzi kimi tanınan yerdən tapdığını və satmaq üçün üzərində saxladığını bildirmişdir. Daha sonra polislər tərəfindən onun təqdim etdiyi içərisində avtomat silah, daraq və güllələr olan selofan torba qablaşdırılmışdır. Qablaşdırma üzərində o, və iştirakçılar imza edərək təsdiq etmişlər. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, protokol onlara ucadan oxunmuşdur. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis mayoru Şahid3 ifadəsində bildirdi ki, 04 avqust 2023-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi yeni məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə etməsi, saxlaması, daşıması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü ondan, Abşeron rayon Polis İdarəsinin X8 Cinayət Axtarışı üzrə əməliyyat müvəkkilləri polis mayoru Şahid2, polis mayoru Şahid1, Abşeron rayon Polis İdarəsinin X8 sahə polis nəfərləri polis kiçik serjantları Şahid4, Şahid5 və Şahid6 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adı qeyd olunan polis əməkdaşları ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərib polis əməkdaşı olduqlarını bildirib şəxsiyyətini təsdiq edən sənədin olub olmamasını soruşmuşlar. Həmin şəxs üzərində hər hansı bir sənədinin olmadığını bildirmişdir. Həmin şəxsin əlində olan bir ədəd ağ rəngli sellofana bükülmüş iri dəmir parçası silaha bənzədiyindən onlarda şübhə yaranmış və həmin şəxsi saxlayaraq Abşeron rayon polis idarəsinin X9 dəvət etmişlər. Bölmədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs xx.xx.1977-ci ildə Ağdaş şəhərində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi yeni məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxsdur. Bölmə rəhbərliyinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Abşeron RPİ-nin TŞnin təhqiqatçısı, polis mayoru X3 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun, Abşeron rayon Polis İdarəsinin X8 Cinayət Axtarışı üzrə əməliyyat müvəkkilləri polis mayoru, Şahid2, polis mayoru Şahid1, Abşeron rayon Polis İdarəsinin X8 sahə polis nəfərləri polis kiçik serjantları Şahid4, Şahid5, Şahid6 və prossesə dəvət edilmiş vəkil X5 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif olunmuşdur ki, “üzərində hər hansı qeyriqanuni və ya qanuni nə varsa təqdim etsin”. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd ağ rəngli sellofana bükülmüş əşyanı təqdim etmişdir. Həmin bir ədəd ağ rəngli sellofanın içərisinə baxdıqda bir ədəd qara rəngli sellofan torbanın içərisində bir ədəd qara rəngli qundağı qatlanan avtomat, bir ədəd qara rəngli avtomat darağı və həmin daraqdan çıxarılmış 9 ədəd patron olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “sağ əlində saxlayaraq təqdim etdiyi ağ rəngli sellofana bükülmüş dəmir əşyası bir ədəd avtomat, həmin avtomata məxsus patron darağı və daraqdan çıxarılmış 9 ədəd patrondur”. Bildirmişdir ki, təxminən 01-02 avqust 2023- cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən məişət tullantıları mərkəzi kimi tanınan yerdən qara rəngli selofan torbanın içərisində olan 1 (bir) ədəd “Kalaşnikov” markalı avtomat silah, 9 (doqquz) ədəd avtomat gülləsi və bir ədəd avtomat darağı taparaq ağ rəngli sellofan torbanın içərisinə qoyub özü ilə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinə gətirərək evin həyətində olan və saxlanc yeri kimi istifadə etdikləri tövlədə silahı, darağı və güllələri gizlətmişdir. Silahı gizlətməkdə məqsədi həmin silaha müştəri tapdıqdan sonra satmaq olmuşdur. Onun odlu silah saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi təqdim etdiyi bir ədəd qara rəngli avtomat, bir ədəd qara rəngli avtomat darağı və həmin daraqdan çıxarılmış 9 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd ağ rəngli poletilenə bükülərək qablaşdırılıb götürülmüşdür. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin sahə polis nəfəri polis kiçik serjantı Şahid4 ifadəsində bildirmişdir ki, 04 avqust 2023-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi yeni məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə etməsi, saxlaması, daşıması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü ondan, Abşeron rayon Polis İdarəsinin X8 Cinayət Axtarışı üzrə əməliyyat müvəkkilləri polis mayoru Şahid2, polis mayoru Şahid3, Abşeron rayon Polis İdarəsinin X8 sahə polis nəfərləri polis kiçik serjantları Şahid5 və Şahid6 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adı qeyd olunan polis əməkdaşları ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərib polis əməkdaşı olduqlarını bildirib şəxsiyyətini təsdiq edən sənədin olub olmamasını soruşmuşlar. Həmin şəxs üzərində hər hansı bir sənədinin olmadığını bildirmişdir. Həmin şəxsin əlində olan bir ədəd ağ rəngli sellofana bükülmüş iri dəmir parçası silaha bənzədiyindən onlarda şübhə yaranmış və həmin şəxsi saxlayaraq Abşeron rayon polis idarəsinin X9 dəvət etmişlər. Bölmədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs xx.xx.1977-ci ildə Ağdaş şəhərində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi yeni məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxsdur. Bölmə rəhbərliyinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun, Abşeron rayon Polis İdarəsinin X8 Cinayət Axtarışı üzrə əməliyyat müvəkkilləri polis mayoru, Şahid2, polis mayoru Şahid3, Abşeron rayon Polis İdarəsinin X8 sahə polis nəfərləri polis kiçik serjantları Şahid5, Şahid6 və prossesə dəvət edilmiş vəkil X5 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif olunmuşdur ki, “üzərində hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin”. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd ağ rəngli sellofana bükülmüş əşyanı təqdim etmişdir. Həmin bir ədəd ağ rəngli sellofanın içərisinə baxdıqda bir ədəd qara rəngli sellofan torbanın içərisində bir ədəd qara rəngli qundağı qatlanan avtomat, bir ədəd qara rəngli avtomat darağı və həmin daraqdan çıxarılmış 9 ədəd patron olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “sağ əlində saxlayaraq təqdim etdiyi ağ rəngli sellofana bükülmüş dəmir əşyası bir ədəd avtomat, həmin avtomata məxsus patron darağı və daraqdan çıxarılmış 9 ədəd patrondur”. Bildirmişdir ki, təxminən 01-02 avqust 2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən məişət tullantıları mərkəzi kimi tanınan yerdən qara rəngli selofan torbanın içərisində olan 1 (bir) ədəd “Kalaşnikov” markalı avtomat silah, 9 (doqquz) ədəd avtomat gülləsi və bir ədəd avtomat darağı taparaq ağ rəngli sellofan torbanın içərisinə qoyub özü ilə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinə gətirərək evin həyətində olan və saxlanc yeri kimi istifadə etdikləri tövlədə silahı, darağı və güllələri gizlətmişdir. Silahı gizlətməkdə məqsədi həmin silaha müştəri tapdıqdan sonra satmaq olmuşdur. Onun odlu silah saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi təqdim etdiyi bir ədəd qara rəngli avtomat, bir ədəd qara rəngli avtomat darağı və həmin daraqdan çıxarılmış 9 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd ağ rəngli poletilenə bükülərək qablaşdırılıb götürülmüşdür. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin sahə polis nəfəri polis kiçik serjantları Şahid5 və Şahid6 ifadələrindən və ibtidai istintaqda şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili polis mayorları Şahid1 olu və Şahid2 elan olunaraq tədqiq edilmiş ifadələrindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlərin ifadələrinə oxşar ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd üzərində AZ AA-104513 nömrəli 5,45 mm kalibrli, «AK-74M» modelli Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomat, hər biri 5,45x39 mm kalibrli olmaqla döyüş sursatı olan 09 ədəd həmin kalibrli silahların ştat patronlarını və həmin avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı daraq aşkar edilərək götürülmüşdür. İş üzrə təyin olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 04 avqust 2023-cü il tarixli 23/637R saylı rəyindən görünür ki, təqdiqata təqdim edilmiş AZ AA-104513 nömrəli silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş, Kalaşnikov konstruksiyalı «AK- 74M» modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 09 ədəd patron keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar.

3. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yaralıdır. Qeyd: Tədqiqata təqdim edilmiş 09 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 09 avqust 2023-cü il tarixli 3-13-11/2-9757/2023 saylı məktubundan görünür ki, təqdim edilmiş 01 ədəd 5,45 mm kalibrli AZ AA-104513 nömrəli Kalaşnikov konstruksiyalı «AK- 74M» modelli avtomatdan ekspremental qaydada atılmış “güllə-giliz” kaıtotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sitemi vasitəsi ilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş AZ AA-104513 nömrəli 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd «AK-74M» modelli Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomatı; keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 06 ədəd 5,45x39 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli silahların ştat patronlarını və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, 30 ədəd ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan bir ədəd daraq iş üzrə maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin Qobu PB-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində qırmızı hərflərlə “BİNGO” sözü yazılmış DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və istintaq zamanı şahid qismində dindirilmiş şahidlərin ifadələrini ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cüiltarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət Qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azrbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəsazının sonu ilə azad edilmişdir.Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs cəzası 02 ilə endirilmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 08 ay vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.23-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-587/2023 saylı qərarı ilə barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarix, saat 13:30-dan hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilənşəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu vaxta qədər həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş AZ AA-104513 nömrəli 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd «AK-74M» modelli Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomatı; keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 06 ədəd 5,45x39 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli silahların ştat patronlarını və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, 30 ədəd ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan bir ədəd daraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddələrinə əsasən xüsusi müsadirə olunmalı və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan əlavə, maddi sübut olan Abşeron RPİ-nin Qobu PB-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində qırmızı hərflərlə “BİNGO” sözü yazılmış DVD farmatlı disk cinayət işində saxlanmalıdır. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş AZ AA-104513 nömrəli 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd «AK-74M» modelli Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomatı; keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 06 ədəd 5,45x39 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli silahların ştat patronlarını və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, 30 ədəd ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan bir ədəd daraq xüsusi müsadirə olunsun və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan Abşeron RPİ-nin Qobu PB-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində qırmızı hərflərlə “BİNGO” sözü yazılmış DVD farmatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar