Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-283/2025 07.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1986-ci il təvəllüdlü, Beyləqan rayonunda anadan olmuş, Azırbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Beyləqan rayonu, Beyləqan şəhəri, F.Kərimzadə küçəsi, ev 15-də qeydiyyatda olan və hazırda Beyləqan şəhəri Z.Hacıyev küçəsi nömrəsiz fərdi evdə yaşayan , Ağcabədi Rayon Məhkəməsinin 1(017)- 11/2025 saylı cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş,hazırki iş üzrə barəsində başqa yerə getmmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx.xx.1981-ci ildə, Beyləqan rayonu, Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olmamış, evli, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olan və yaşayan, Ağcabədi Rayon Məhkəməsinin 1(017)-11/2025 saylı cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş,hazırki iş üzrə barəsində başqa yerə getmmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs evinə gəlib əlil oğlunu evlə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Qalubiyyə küçəsində quraşdırılmış 3347 saylı “mpay” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs2 adına olan 416973******8117 saylı kartın hesabına göndərdiyi 1000.00 (min) manat, xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, H.Əliyev küçəsi, 240 ünvanında yerləşən “Bizim Market”-də yerləşən 3566 saylı “mpay” terminalı vasitəsi ilə 9336 saylı qəbzlə Təqsirləndirilən şəxs1 "xxxx" ASC tərəfindən verilmiş 416973******9374 nömrəli kart hesabaına göndərdiyi 500.00 (beş yüz ) manat, xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, H.Əliyev küçəsi, 240 ünvanında yerləşən “Bizim Market” də yerləşən 3566 saylı “mpay” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs1 "xxxx" tərəfindən verilmiş 416973******9374 nömrəli kart hesabına göndərdiyi 500.00 (beş yüz ) manat, xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, H.Əliyev küçəsi, 240 ünvanında yerləşən “Bizim Market” də yerləşən 3566 saylı “mpay” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs1 "xxxx" tərəfindən verilmiş 416973******9374 nömrəli kart hesabına göndərdiyi 1000 manat, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən 3347 saylı “mpay” terminalı vasitəsi ilə 4492 saylı qəbzlə Təqsirləndirilən şəxs1 416973******9374 nömrəli kart hesabına göndərdiyi 300.00 (üç yüz) manat, xx.xx.2023-cü il tarixdə qeyd edilən ünvandan həmin terminal vasitəsi ilə 14983 nömrəli qəbzlə Təqsirləndirilən şəxs1 göstərilən kart hesabına göndərdiyi 700.00 (yeddi yüz) manat, xx.xx.2023-cü il tarixdə qeyd edilən ünvandan, 3347 saylı “mpay” terminalı vasitəsi ilə 20963 saylı qəbzlə Təqsirləndirilən şəxs1 416973******9374 nömrəli kart hesabına göndərdiyi 400.00 (dörd yüz) manat, xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, İ.Hüseynov küçəsi, 17 ünvanında quraşdırılmış 02203 saylı “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 416973******9374 nömrəli kart hesabına göndərdiyi 400.00 (dörd yüz) manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 02203 saylı “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 416973******9374 nömrəli kart hesabına göndərdiyi 100.00 ( yüz manat), xx.xx.2023-cü il tarixdə Xlrdalan şəhəri, Qalubiyyə küçəsində, “Bizim Market”də quraşdırılmış 3347 saylı mpay terminalı vasitəsi ilə 30212 saylı qəbzlə Təqsirləndirilən şəxs1 416973******9374 nömrəli kart hesabına göndərdiyi 320.00 (üç yüz iyirmi) manat, xx.xx.2023-ci il tarixdə Xırdalan şəhəri, AAAF Park Y/K-ünvanında quraşdırılmış 22057 saylı “Milliön” elektron ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs1 416973******9374 nömrəli kart hesabına göndərdiyi 480.00 (dörd yüz səksən) manat, xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, 27 saylı məhəllədə yerləşən “Bizim” marketdə quraşdırılmış 52251 saylı “Milliön” terminal vasitəsi ilə, Təqsirləndirilən şəxs1 416973******9374 nömrəli kart hesabına göndərdiyi 300.00 (üç yüz) manat, xx.xx.2024-cü il tarixdə Xırdalan şəhəri Qalubiyyə küçəsində yerləşən 3347 saylı “mpay” terminalı vasitəsi ilə 25255 saylı qəbzlə Təqsirləndirilən şəxs1 416973******9374 nömrəli kart hesabına göndərdiyi 190.00 (yüz doxsan) manat, xx.xx.2024-cü il tarixdə Xırdalan şəhəri Qalubiyyə küçəsində yerləşən 3347 saylı “mpay” terminalı vasitəsi ilə 2790 saylı qəbzlə Təqsirləndirilən şəxs1 416973******9374 nömrəli kart hesabına göndərdiyi 190.00 (yüz doxsan) manat , xx.xx.2024-cü il tarixdə Xırdalan şəhəri 27-ci məhələdə yerləşən “Bizim market” də quraşdırılmış “Milliön”, terminalı vasitəsi ilə 18260 saylı qəbzlə Təqsirləndirilən şəxs2 tanışı X2 adına olan 416973******6046 saylı hesab kart nömrəsinə göndərdiyi 110.00 (yüz on) manat, xx.xx.2024-ci il tarixdə Xırdalan şəhəri, İ.Hüseynov küçəsində yerləşən 02203 saylı “Milliön” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs2 adına olan 416973******8117 saylı kart hesabına göndərdiyi 300.00 ( üç yüz) manat, ümumlikdə vahid niyyətlə 6790 (altı min yeddiyüz doxsan ) manat pulu alıb öz aralarında bölərək zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Sonda özünün xəstə olmasını və vurulmuş ziyanın bir qisminin ödənilməsini nəzərə almaqla məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilirərək ifadəsində göstərmişdir ki, Vəfa Əliyevanı həmkəndlisi Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımışdır. 2023-ci ilin noyabr ayında Beyləqan rayonunda təsadüfən Elçinlə görüşən zaman o, “bir nəfər Vəfa adlı tanışı var qızının boşanması ilə əlaqədar olaraq güzəştli mənzil almaq istədiyini ona demişdir.Sonra Elçin “Sən Sosial müdafiyyə fondunun əməkdaşı kimi Vəfa adlı qadına təqdim edəcəyini və ondan pul əldə edə biləcəklərini” demişdir. Sonra ondan hissə hissə pul alacaqlarını izah etmiş və Elçinin dediyi təklifi ilə razılaşaraq onunla birlikdə Vəfanın yaşadığı evə getmişlər. Həmin vaxt Elçin onu Sosial Müdafil Nazirliyinin işçisi kimi təqdim edərək güzəştli şərtlə ev ala biləcəyini bildirmişdir. Sonradn Elçinə bu işdən əl çəkməyi təklif etsədə Elçin onunla razılaşmamış və narahat olmamağı bildirmişdir. Bundan sonra Vəfa ilə danışıb ona güzəştli şərtlərlə ev sata biləcəyini barədə vəd vermişdir.Sonradan müxtəlif vaxtlarda ümumilikdə 6790 manat pul almışlar. Həmin pulu öz aralarında yarı-yarı bölmüşlər. Sonda törətdiyi əməldən peşman olduğunu, hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri qismən ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını,himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə almaqla məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Həsənağa Şahid2 birinci qrup əlildir. Tik-tok sosial şəbəkəsində özünə məxsus səhifə işlədir. Həmin Tik-tok sosial şəbəkəsində oğlu özünü Kama kimi təqdim edən qadınla tanış olmuşdur. Həmin qadın mütəmadi olaraq oğlu Elşadla əlaqə saxlayırmış, onunla görüşüb, ona köməklik edirmiş və gəzməyə gedib onunla birlikdə vaxt keçirirmiş. 2023-cü ilin təxminən noyabr ayında Elçin Fəyyaz adlı şəxslə birlikdə əllərində içərisində olan 10-15 manatlıq ərzaqla yaşadığı evə gəlmiş və həyat yoldaşı onları çay içməyə dəvət etmişdir. Həmin vaxt söhbət zamanı Fəyyaz əvvəllər sosial müdafiə fondunda işləməsini və tanışları vasitəsi ilə yardım məqsədi ilə onlara sosial ev düzəldəcəyini vəd etmişlər. Sonradan Fəyyaz əlaqə saxlayaraq “sosial ev sizə Masazır qəsəbəsində veriləcəyini və həmin evin onun adına sənədləşdiriləcəyinə söz vermişdir. Bundan sonra onun evi əldə etməsi üçün Fəryaz ondan əvvəlcə 1000 (min) manat pul istəmiş səbəb kimi “sizə bir otaqlı ev düşür mən sizə 3 otaqlı ev alacağam” deyir. Bundan bir müddət sonra Fəyyaz ondan 700 (yeddi yüz) manat pul istəmiş və həmin pulu notarial sənədləşmə adı ilə almışdır. Sonra Fəyyaz onun həyat yoldaşının vetran olmasını bəhanə edərək ona evin düşməməsini və bunun üçün 500 (beş yüz) mant pul istədiyindən Fəyazın göndərdiyi kart hesabına Xırdalan şəhərindən ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Bundan sonra Fəyyaz və Elçin adlı şəxslər tərəfindən aldadıllaraq müxtəlif vasitəllərlə ondan pul tələb etmişlər, onların tələb etdikləri pulları onların kart hesabına göndərmişdir. Belə ki, müxtəlif vaxtlarda onların kart hesabına ümumilikdə 6790 manat pul göndərmişdir. Bununla da Elçin və Fəyyaz əlbir olaraq onun 6790 manat pul vəsaitini mənimsəmişlər və hətta onu inandırmaq üçün Elçinlə Fəyaz tərəfindən avtomobilə otuzdurub Abşeron rayonu Masazır qəsəbəsində yerləşən qaçqın şəhərciyinə aparraq orada bir ev göstərmişlər və bildirmişlər ki, “bax bu evi sənə verdirəcəyik”. Sonradan aldadıldığını başa düşüdüyündən polisə şikayət etmişdir. Hətta qızı Şahid1 da Abşeron Rayon İcra Hakimiyyətində işə düzəltməyə də vəd vermişdilər. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan üzrə 2000 manat geri qaytarılmışdır. Hazırda onlardan şikayətçidir və vurulmuş ziyan üzrə qalan məbləğin də qaytarılmasını tələb edir. Məhkəmədən ədalətli qərar qəbul edilmısini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş iş üzrə Şahid1 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Təqsirləndirilən şəxslər bir dəfə onların evinə ərzaq alıb gətirmiş və oturub söhbət etmişlər. Söhbət əsnasında onlar niyə belə balaca evdə yaşadıqlarını soruşmuş və anası bildirmişdir ki, böyük ev almağa imkanları yoxdur. Daha sonra Təqsirləndirilən şəxs1 özünü “sosial”-ln işçisi kimi təqdim edərək istəslər onlar üçün ucuz qiymətə ev alacaqlarını hətta qızını, yəni özünü də Abşeron Rayon İcra Hakimiyyətində işə düzəldəcəklərini də vəd etmişlər. Daha sonra anası müxtəlif vaxtlarda təqsirləndirilən şəxslərin kart hesabına 6790 manat pul ödəmişdir. Lakin onlara nə ev verilmiş, nə də ona işə düzəlməkdə köməklik etmişdirlər. İbtidai istintaq müddətində iş üzrə şahid qismində tanınmış, 05 yanvar 2025-ci il tarixdə vəfat etmiş X4 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir.Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinyət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması” haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. - “Axtarışda olan şəxsin tutulması haqqında” 16 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 mart 2024-cü il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-yə təhvil verilmişdir. - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - “Cinayət işi üzrə əməlin tövsif olunması haqqında” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.21 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müsəntiqi Cəlal Hacıyevin 16 mart 2024-cü il tarixli vəsatəti təmin edilməmiş, və onun barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. - “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron RPİ-nin MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. - İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs Adil qızından aldıqları 6790 manatdan 2000 manatını qaytarmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 aprel 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 aprel 2024-cü il tarixli arayışdan aydın olur ki, X5 əvvəllər məhkum olunmamışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması” haqqında 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. - “Axtarışda olan şəxsin tutulması haqqında” 16 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 16 iyul 2024-cü il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-yə təhvil verilmişdir. - “Axtarışda olan şəxsin tutulması haqqında” 16 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 iyul 2024-cü il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-yə təhvil verilmişdir. - Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müsəntiqi Cəlal Hacıyevin 17 iyul 2024-cü il tarixli vəsatəti təmin edilməmiş, və onun barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. - “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron RPİ-nin MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müsəntiqi Cəlal Hacıyevin 17 iyul 2024-cü il tarixli vəsatəti təmin edilməmiş, və onun barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. - Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron RPİ-nin MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. - “Sübutların qiymətləndirilməsi haqqında” 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslərin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolları və digər istintaq hərəkəti protokolları və digər sənədlər iş üzrə sübut kimi qiymətləndirilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən etirafları, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi və digər şahidin elan olunmuş ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxslərin hər birinə isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Hazırki cinayət işində dörd nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərin tam və ya qismən ödənilməməsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və onun Ağcabədi Rayon Məhkəməsinin 1(017)-11/2025 saylı cinayət işi üzrə barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, həmçinin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə – 07 mart 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanıın bir qismini ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərin tam və ya qismən ödənilməməsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 01 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və onun Ağcabədi Rayon Məhkəməsinin 1(017)-11/2025 saylı cinayət işi üzrə barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, həmçinin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə – 07 mart 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 30 saat üçün nəzərdə tutulan 180 manat və digər Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və onun Ağcabədi Rayon Məhkəməsinin 1(017)-11/2025 saylı cinayət işi üzrə barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın, həmçinin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəzaçəkmənin əvvəli 07 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və onun Ağcabədi Rayon Məhkəməsinin 1(017)-11/2025 saylı cinayət işi üzrə barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın, həmçinin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəzaçəkmənin əvvəli 07 mart 2025-ci il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 30 saat üçün nəzərdə tutulan 180 manat və digər Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilsin. Hökmdən elan olunduğu andan(həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-283/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-283/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver