Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-284/2022 07.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, psixoloq X2, Təqsirləndirilən şəxs Bahman, tərcüməçi X8 və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1968-ci ildə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Motodrom yaşayış massivində müvəqqəti qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Bahmanın Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bahman xx.xx.2021-ci il tarixdə saat 08:30 radələrində Abşeron rayonu Xırdalan şəhəri “Köhnə Bazar" adlanan ərazidə sərnişin kimi mindiyi “535” saylı xətt avtobusunda olan zaman, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində həmin avtobusa sonradan minmiş xx.xx.2009-cu il təvəllüdlü, on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs gördükdən sonra, avtobusda ayaq üstə olan vəziyyətdə sağ əli ilə onu özünə tərəf sıxaraq qucaqlamış, bir neçə duracaqdan sonra sonuncunun Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında avtobusdan düşdüyünü görüb, öz əxlaqsız hərəkətlərini davam etdirmək üçün o, da avtobusdan düşüb Zərərçəkmiş şəxs yaxınlaşaraq, əlindən tutub binaların qarşısına gətirmiş, onu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 10 saylı binanın qarşısında qoyulmuş taxtadan olan oturacaqda əyləşdirib, taxtadan olan oturacağın arxasına keçərək, onu qucaqlayıb paltarının sinə hissəsinə əlini sürtmüş, yanaq və boğaz nahiyələrindən bir neçə dəfə öpüb daha sonra sığallamaqla cinsi ehtirasını pozğun formada təmin etmiş, Zərərçəkmiş şəxs hazırlıq məşğələsindən qayıtmasını təxminən 1 saat 30 dəqiqə Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığındakı ərazidə gözləmiş, sonuncu hazırlıq məşğələsindən çıxandan sonra yenidən yaxınlaşaraq, əlindən tutub birlikdə Xırdalan şəhərində hərəkətdə olan “535” saylı avtobusa minmiş, avtobusda olan qoşa oturacaqda Zərərçəkmiş şəxs yanında əyləşmiş, avtobusdan düşəndən sonra əlindən tutmağa davam edərək, onu evinə kimi ötürüb, zərərçəkmiş Zərərçəkmiş şəxs qızma qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Bahman həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Bahman ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olmaqla qazanc əldə edir. Əslən azərbaycanlıdır, İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş, doğulduğu şəhərdə orta məktəbi 3-cü sinfə kimi fars dilində təhsil almış, 26 ildir Azərbaycan Respublikasının Bakı şəhərində yaşayır, azərbaycan dilində tam başa düşür, lakin latın qrafikalı əlifba ilə yazıb oxuya bilmir. Təxminən 22 ildir ki, evlidir iki övladı vardır. X17, oğlu isə Ayxan Yousefidir. Onlar hər ikisi tələbədir. Təxminən 1 ay olar ki, Xırdalan şəhəri, “Köhnə Bazar” adlanan yerdə İlham adlı şəxsə məxsus sexdə mebel ustası işləyir. Mebel sexində işlər zəif getdiyi üçün dolana bilmir, bu səbəbdən iş yerini dəyişmək istəmişdir. Təxminən 3-4 il əvvəl Abşeron rayonu Xırdalan şəhəri İcra Hakimiyyətinin inzibati binasının yanında Rəhim adlı şəxsin sexində mebel rəngsazı kimi 4-5 ay işləmişdir. Həmin sexdə işlərin necə getdiyini maraqlanmaq üçün qeyd olunan sexə getmək məqsədilə xx.xx.2021-ci il tarixdə saat 08 radələrində 535 saylı avtobusa minmişdir. Avtobusda sıxlıq olduğuna görə sürücünün yanında ayaq üstə dayanmışdır. Anket məlumatlarını araşdırma zamanı bildiyi Zərərçəkmiş şəxs bir duracaqdan sonra avtobusa minib sağ tərəfində dayanmışdır. Avtobusda sıxlıq olduğundan həmin qıza yaxın dayanmışdır. Avtobus tormoz verdikdə Zərərçəkmiş şəxs yıxılmaması üçün onun qolundan tutmuşdur. Bundan sonra sağ əli ilə Mədinəni qucaqlamışdır ki, yerə yıxılmasın. Lakin yol boyu onunla söhbət eləməmişdir. Sonra Zərərçəkmiş şəxs Abşeron rayon İcra Hakimiyyətinin yanında düşmüşdür. Onun da getdiyi mebel sexi həmin ərazidə yerləşdiyi üçün avtobusdan düşmüşdür. Zərərçəkmiş şəxs yaxınlaşıb sol əlindən tutub yolu keçməyə köməklik eləmişdir. Yolu keçməyə köməklik edəndən sonra Mədinədən hara getdiyini soruşmuşdur. O, isə hazırlıq kursuna getdiyini bildirmişdir. Onun əlindən tutub getdiyi yerə aparmışdır. Zərərçəkmiş şəxs hazırlıq kursuna getdiyi binanın həyətinə çatanda skamyada əyləşmişdir. Ona yemək və ya su içmək istədiyini soruşmuşdur. O, isə heç nə istəmədiyini bildirmişdir. Mədinə oturaq vəziyyətdə olanda onun arxasına keçib qucaqlamış və başını sığallamağa başlamışdır. Bundan sonra köynəyinin ipinin səhf bağlandığını görüb, onu düzəltməyə köməklik eləmişdir. Mədinənin baş nahiyyəsindən iki dəfə öpmüşdür. Mədinənin ailə üzvləri tərəfindən düzgün başa düşülməyəci üçün onu görməsi barədə danışmamasını tövsiyyə eləmişdir. Mədinə də onun bu təklifi ilə razılaşmış və heç kəsə heç nə danışmayacağına söz vermişdir. Mədinə hazırlığa getmiş o isə Rəhman adlı şəxsin yanında işlədiyi mebel sexinə getmişdir. Lakin sexin bağlı olduğunu aşkar eləmişdir. Həmin vaxt təsadüfən Rəhman adlı şəxsin sexində birlikdə işlədiyi adını xatırlamadığı şəxsi görüb onunla söhbət eləməyə başlamışdır. O, da işdən çıxdığını bildirmişdir. Onların danışığı təxminən 5 dəqiqə davam eləmişdir. Söhbət etdiyi şəxsin anket məlumatlarını və əlaqə nömrəsini bilmir. Gedəndən sonra Abşeron rayon İcra Hakimiyyəti yaxınlığında olan skamyada əyləşmişdir. Təxminən 1 saat 20 dəqiqə sonra Mədinəni duracaqda görüb yenidən ona yaxınlaşmışdır. Mədinin əlindən tutub onlarla birlikdə avtobusa minmişdir. Mədinə əyləşmişdir. Onun yanında olan sərnişin düşəndən sonra yanında oturmudur. Onunla eyni duracaqda düşmüşdür. Mədinənin əlindən tutub onu evə yola salmışdır. Yolda olan zaman Zərərçəkmiş şəxs anasının binanın pəncərəsindən baxdığını ona bildirmiş bu səbəbdən sağollaşaraq çıxıb getmişdir. O, da işlədiyi sexə getmişdir. Abşeron rayon İcra Hakimiyyətinin yaxma gözləyən zaman Mədinənin hazırlıqdan çıxdığını təsadüfən görüb ona yaxınlaşmışdır. Mədinənin üzərinə it hücum elədiyinə görə ona psixiloji dəstək olmaq üçün onu hazırlıq məşğələsinə girməmiş, binanın qarşısında qucaqlayıb öpmüşdür. Mədinəyə pul təklif etməmiş onun hazırlıq vaxtını sonradan maraqlanmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 və psixolioq Aynur Əliyevanın iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri 2 saylı tam orta məktəbin 7-K sinifində azərbaycan bölməsində təhsil alır. Barəsində şikayət etdiyi şəxsin Təqsirləndirilən şəxs olduğunu təhqiqat araşdırması müddətində bilmişdir. Hadisə baş verən gün onun şəxsiyyəti barədə heç bir məlumatı olmayıb, onu tanımamış, heç vaxt rastlaşmamışdır. Hər həftənin 1-ci və 5-ci günləri Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində İcra hakimiyyətinin inzibati binasının yaxınlığında azərbaycan dili və ədəbiyyatdan məktəbdən sonra əlavələrə gedir. xx.xx.2021-ci il tarixdə saat 08:15 radələrində hazırlığa getmək üçün anası Şahid1 Əliyar qızı ilə birlikdə evdən çıxmışdır. 535 saylı avtobusa minmiş anası Şahid1 isə evə qayıtmışdır. Hazırlığa gedəndə anası Şahid1 həmişə onu avtobusla yola salır, əlavə hazırlıqlara tək gedir. Avtobusda adam çox olduğu üçün oturmağa yer olmamış, bu səbəbdən ayaq üstə getməli olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs Bahmanı görmüşdür. Avtobusun qabaq qapısından minən kimi ayaq üstə dayanmışdır. Avtobusa minəndən sonra sıxlıq olduğu üçün həmin şəxsin sağ tərəfində dayanmışdır. Bu zaman Təqsirləndirilən şəxs Bahman onu sağ əli ilə qucaqlayıb özü tərəfə sıxmağa başlamıdır. Bu hadisə avtobusa minən kimi baş vermişdir. Təqsirləndirilən şəxs onu getdikcə daha sıx qucaqlamış, lakin heç bir söz deməmişdir. Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yanında düşmüşdür. Təqsirləndirilən şəxs da onunla birlikdə düşmüşür. Onun düşməsini ilk olaraq görməsədə, avtobusdan düşüb, təxminən 2-3 üç addım atandan sonra ona yaxınlaşıb sol əlindən tutduğunu görəndə onun da düşdüyünü anlamışdır. Təqsirləndirilən şəxs tanımadığı üçün çox qorxmuş və bu səbəbdən ondan əlavə heç nə soruşa bilməmişdir. Təqsirləndirilən şəxs əvvəlcə neçə uşaq olduqlarını, kiminlə yaşadığını ondan soruşmuşdur. O, da ona cavab vermişdir. Bundan sonra hara getdiyini öyrənmişdir. Hazırlıq kursuna getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həftənin hansı günləri hazırlıq kurslarına getdiyini maraqlanmışdır. O da onun bu suallarına da cavab vermişdir. Onlar söhbət edə-edə hazırlığa getdiyi binanın həyətinə çatmışlar. Getmək istəsədə onu qoymamış və skamyada oturmağı təklif eləmişdir. Ondan qorxduğu üçün etiraz etməyib oturmuşdur. Təqsirləndirilən şəxs yemək və su təklif eləsədə istəməmişdir. Bundan sonra o, oturaq vəziyyətdə ola-ola, arxa tərəfinə keçib onu qucaqlayaraq onu üzündən və boğazından öpmüş, sonra isə sinəsini sıxmağa başlamışdır. O, bundan sonra başını sığallayaraq, köynəyinin yaxasını oynatmağa davam eləmişdir. Təqsirləndirilən şəxs baş verənlər barədə ailə üzvlərinə danışmamağını ondan xahiş eləmişdir. Ona pul verməyi və başqa yerə aparmağı da söz vermişdir. O, hazırlıq vaxtlarını soruşmuşdur. O, da səhərlər gəldiyini demişdir. Təqsirləndirilən şəxs hər səhər onu gəlib gözləyəciyini bildirmişdir. Təxminən 10 dəqiqə həyətdə dayanandan sonra hazlığa getmişdir. Hazırlıq 1 saat 30 dəqiqədən sonra qurtarmışdır. Hazırlıqdan çıxanda onu həyətdə görməyib getdiyini zənn eləmişdir. Avtobusa minmək üçün İcra Hakimiyyətinin inzibati binası istiqamətinə piyada gedəndə onun yolun digər tərəfində dayandığını görmüşdür. Təqsirləndirilən şəxs da onu görən kimi yaxınlaşmışdır. O, yenidən sol əlindən tutub suallar verməyə başlamışdır. O, isə onun suallarına cavab vermişdir. Birlikdə 535 saylı avtobusa minmişlər. Ondan harada düşəcəyini soruşmuş, Xırdalan şəhəri, Köhnə Bazarın yanında düşəcəyini demişdir. Əvvəlcədən oturacaqda oturmuşdur. Yanındakı yer boşanlandan sonra o da yanına əyləşmişdir. Avtobusda getdiyi yol boyu Təqsirləndirilən şəxs onun əlindən tutmuşdur. Yaşadığı evin yaxınlığında düşəndə o da onunla düşmüşdür. Ona Köhnə Bazarın yaxınlığında düşməli olduğunu, hansı səbəbə onunla düşdüyünü soruşmuşdur. O. isə onu yola saldığını, yaşadığı evin yerini bilmək istədiyini demişir. Bundan əlavə gediş haqqını da ödəmişdir. Anası Əminənin pəncərədən baxdığını görüb sevinmişdir. Onun pəncərədən baxırdığını görüb, əl hərəkətləri ilə salam vermişdir. Ailə üzvünün pəncərədən baxdığını ona bildirəndə, Təqsirləndirilən şəxs əlini buraxıb qaçmışdır. Təqsirləndirilən şəxs onu zorla öpməsədə, qorxusundan ona heç nə deyə bilməmişdir. Onun üzərinə it hücum etməsi barədə Yousefı Gholmarezanın verdiyi izahatın isə yalnış olduğunu onun üzərinə it hücum etmədiyini demişdir. Avtobusda isə tormozlama nəticəsində müvazinətini itirmə halı olmamışdır. Təqsirləndirilən şəxs Bəhmən gələn dəfə hazırlıqdan sonra başqa yerə getmək təklif eləyərək, bu barədə ailə üzvlərinə danışmamağı təklif eləmişdir. Yousefı Gholareza ona öz cinsiyyət orqanını göstərməmiş, onu sığallamış, üç dəfə öpmüş, hər öpəndə də qucaqlamışdır. Təqsirləndirilən şəxs Bahmandan şikayətçidir, ona cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi tanınmış, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. O, xx.xx.2009-cu il tarixdə Şamaxı rayonunda anadan olub. Xırdalan şəhəri 2 saylı tam orta məktəbin 7-K sinifində azərbaycan bölməsində təhsil alır. Hər həftənin 1-ci və 5-ci günləri Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində İcra hakimiyyətinin inzibati binasının yaxınlığında azərbaycan dili və ədəbiyyatdan məktəbdən sonra əlavələrə gedir. Qızı Mədinəni xx.xx.2021 -ci il tarixdə saat 08:15 radələrində hazırlığa yola salmaq üçün evdən çıxmışdır. Onu Xırdalan şəhəri Heydər Əliyev prospektində 535 saylı avtobusa mindirib evə qayıtmışdır. Bir neçə saat sonra yaşadığı evin pəncərəsində qızı Mədinənin gəlməsini gözləmişdir. Həmin vaxt Mədinənin bir nəfər adını araşdırma müddətində bildiyi Təqsirləndirilən şəxs Bahman ilə birlikdə gəldiyini görmüşdür. Əvvəlcə həmin şəxsin qonşu və ya hər hansı öz insanlıq borcunu yerinə yetirən biri kimi başa dlişsə də, sonradan onu pəncərədən görəndən sonra qaçmasını görüb, niyyətinin başqa olduğunu anlamışdır. Mədinə evə gələndən sonra onun başına gələnləri danışmışdır. Mədinə Təqsirləndirilən şəxsnin avtobusda onu qucaqlayaraq özünə tərəf sıxıb, hazırlıq məşğələlərinə getdiyi binanın qarşısında skamyada oturuzdurub, onu sığallayaraq öpdüyünü bildirmişdir. Mədinə hazırlığa gedib, Yousefı Gholareza təxminən 1 saat 30 dəqiqə hazırlıqdan çıxmasını gözləyib, yenidən onunla birlikdə avtobusa minərək yolda onun gediş haqqını ödəyib, baş verənlər barədə evdə danışmamasını Mədinəyə tapşıraraq, hazılıq vaxtını soruşarub, gələn dəfə başqa yerə gedəcəkləri barədə danışmışdır. Qızı Mədinəyə qarşı xx.xx.2021 -ci il tarixdə Yousefı Gholmreza tərəfindən əxlaqsız hərəkətlər etməsi binanın müşahidə kameralarına düşmüş, həmin görüntü tərəfinidən götürülərək diskə köçürülmüşdür. Təqsirləndirilən şəxs Bahmandan şikayətçidir. Ağır cəza verilməsini tələb edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 6-7 ay olar ki, Xırdalan şəhəri, “Köhnə Bazar” adlanan yerdə mebel-qapı sexi işlədir. 2021 -ci ilin dekabr ayının əvvələrində Təqsirləndirilən şəxs işlətdiyi sexə işçi kimi müraciət etmişdir. Həmin vaxt mebel sexində rəngsaza ehtiyac olmuşdur. O, müraiət edərək iş axtardığını bildirib rəngsaz olduğunu demişdir. Təqsirləndirilən şəxs yoxlamaq üçün işə götürmüşdür. Bir neçə gün gəlib, işlətdiyi mebel sexində rəngsaz kimi fəaliyyət göstərmişdir. İşlədiyi dövrdə az işləməsinə baxmayaraq ondan ehtiyacı üçün 250 manat pul istəmişdir. O, da ona etiraz etməmiş və istədiyi məbləği vermişdir. Onunla ümumi aylıq 450 manata razılaşmışdır. Bir neçə gün işlədikdən sonra hal-hazırda onluq bir iş olmadığını, ehiyac olarsa özü çağıracağını demişdir. Bunnan sonra da iki iiç dəfə özü gəlsədə, rəngsaz işi olmadığı üçün lazını olanda özü çağıracağını demişdir. Təqsirləndirilən şəxsnin Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməsi barədə məlumatı olmayıb. Təqsirləndirilən şəxs özünü işdə normal aparmışdır. Təqsirləndirilən şəxs iş axtarmağa onun sexinə gələn gün tanımış, onunla heç bir münasibəti olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2021 -ci il tarixli 3077 nömrəli rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X7 » X12 alınmış 17.01,2022-ci il tarixli, 134 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bahmanın cinsi qabillətiııi təsdiq edən əlamətlər müsbətdir, cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Bədən səthi və arxa keçəcək nahiyəsindən hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X7 » X12 alınmış xx.xx.2022-ci il tarixli, 132 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı xəsarət və xəsarət izi aşkar edilmədi, qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir, arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X12 alınmış xx.xx.2022-ci il tarixli 45 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X10 hal hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, əməli törədən zaman öz əməlini faktiki xarakterini və ictimai təhlükəlikiyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, əqli-intelektual imkanları normaya uyğundur, əqli-intellektual imkanlarına görə öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək qabiliyyətinə malik olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X12 alınmış xx.xx.2022-ci il tarixli 53 nömrəli rəyi ilə müəyyən edilmişdir ki. Zərərçəkmiş şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik əlamətləri aşkar olunmur, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik, özündən uydurmağa meyillik aşkar olunmamışdır. O, əqli və psixi inkişaf xüsusiyytlərinə görə hadisə zamanı onunla yaranmış şəraitin mahiyyətini (tanımadığı şəxsin ona qarşı etdiyi hərəkətlərin düzgün olmadığı) tam dərk etsədə də, həmin şəxsdən qorxması ilə əlaqədar ona etiraz edə, özündən uzaqlaşdıra, ətrafdakılara verə bilməmiş, təqsirləndirlən şəxsə müqavimət göstərə bilsədə, qoruxusundan etiraz edə bilməmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid1 könüllü təqdim etdiyi 01 ədəd «CD» disk cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bahman əvvəllər məhkum olunmamışdır. Şahid2 poçt vasitəsi ilə məhkəməyə teleqram vuraraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və səhhəti ilə bağlı məhkəmə iclasında iştiraq edə bilməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Şahid1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Bahmandan şikayətçidir, ona cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, X11 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən Abşeron rayon İcra Hakimuyyətinin yaxınlığında yerləşən binanın qarşısında X4 taxtadan olan skamyada otuzdurub, onu arxadan sığallayıb öpərək ona qarşı əxlaqsız hərəkətlər etməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Bahmanın göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Bahmanın həmin əməli törətməkdə təqsirli olması zərərçəkmiş şəxsin, qanuni nümayəndənin, şahid ifadəsi, iş materiallarında olan ekspert rəyi və disklə sübuta yetirilmişdir. Məhkəmə təqsdirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə bağlı dediklərini özünümüdafiə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Bahmanın xx.xx.2012-ci il təvəllüdlü 1 azyaşlı övladı var. Məhkəmədə, Təqsirləndirilən şəxs Bahmanın himayəsində Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü 1 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Bahmanın cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs Bahmanın törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin ilk dəfə az ağır cinayət olmasını, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ondan şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bahman cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs Bahmanın cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs Bahmana məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Bahman Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Bahmanın cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bahman cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Bahmana məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-284/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-284/2022
07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver