Məhkəmə qərarları › İş №1(012)-284/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-284/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-284/2025 17.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Pirməmmədzadə Vüsal Əliş oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilənədək Abşeron rayon, Xırdalan şəhəri, 28-ci məhəllədə nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 iyul 2023-cü il tarixdə, saat 17 radələrində Abşeron rayonu, Masazır kəndində yerləşən “Masazır” qəbristanlığının yaxınlığında saxlamış Zərərçəkmiş şəxs1 məxsus “Qazel” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobildən sonuncuya məxsus bir ədəd 600 manat dəyərində “Honor” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 avqust 2023-cü il tarixdə, saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində saxlamış Zərərçəkmiş şəxs12 məxsus “Vaz 2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını istintaqa məlum olmayan predmetlə açıb oradan sonuncuya məxsus bir ədəd 260 manat dəyərində qol saatını, bir ədəd 100 manat dəyərində “Pioneer” markalı maqnitofonu, hər birinin dəyəri 100 manat olmaq ümumi dəyəri 200 manat olan bir ədəd şalvar və bir ədəd köynəyi, 20 manat dəyərində bir ədəd elektron siqareti, hər biri 25 manat olmaqla ümumi dəyəri 50 manat olan iki ədəd bıçağı gizli olaraq talayıb Zərərçəkmiş şəxs12 ümumilikdə 630 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 oktyabr 2023-cü il tarixdə, saat 02 radələrində Sabirabad rayon Qarağac kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasına, mağazanın qapısını istintaqa məlum olmayan predmetlə sındırıb qanunsuz daxil olmuş və oradan hər birinin qiyməti 3 manat olan 60 manat dəyərində 20 qutu kompakt boz adlandırılan “Magna” markalı, hər birinin qiyməti 3 manat olan 60 manat dəyərində 20 qutu nazik qara adlandırılan “Magna” markalı, hər birinin qiyməti 4 manat 70 qəpik olan 188 manat dəyərində 40 qutu “Kent4” markalı, hər birinin qiyməti 2 manat 50 qəpik olan 50 manat dəyərində 20 qutu “Want” markalı, hər birinin qiyməti 2 manat olan 20 manat dəyərində 10 qutu “Bakı” markalı, hər birinin qiyməti 2 manat 20 qəpik olan 22 manat dəyərində 10 qutu “Rothmans” markalı tütün məmulatlarını, hər birinin qiyməti 11 manat olan 33 manat dəyərində 3 ədəd “Organic” markalı, hər birinin qiyməti 11 manat olan 11 manat dəyərində 1 ədəd “Ekostill” markalı, hər birinin qiyməti 11 manat olan 33 manat dəyərində 3 ədəd “Mendeleeva” markalı, hər birinin qiyməti 11 manat olan 11 manat dəyərində 1 ədəd “Vodka Domaşna” markalı, hər birinin qiyməti 11 manat olan 22 manat dəyərində 2 ədəd “Nature Pure” markalı arağı, hər birinin qiyməti 1 manat 20 qəpik olan 30 manat dəyərində 25 ədəd “Silver” markalı ayaqqabı mazını, hər bir qutusu 12 manat olan 24 manat dəyərində 2 qutu “Baqquş” markalı, hər bir qutusu 30 manat olan 60 manat dəyərində 2 qutu “Biscolata” markalı, hər bir qutusu 18 manat olan 36 manat dəyərində 2 qutu “Biscolata” markalı, hər birinin qiyməti 2 manat olan 160 manat dəyərində 80 ədəd “Crax” markalı, hər birinin qiyməti 1 manat olan 40 manat dəyərində 40 ədəd “Fiyonik Karker” markalı şirniyyatı, hər birinin qiyməti 3 manat olan 45 manat dəyərində 15 ədəd “Sum” markalı nəm salfeti, hər birinin qiyməti 1 manat olan 10 manat dəyərində 10 ədəd “Sum” markalı kiçik ölçülü nəm salfeti, bir kiloqramı 3 manat olan 6 manat dəyərində 2 kiloqram “Prima” markalı sosiskanı, hər birinin qiyməti 1 manat olan 10 manat dəyərində 10 ədəd “Bizon” markalı enerji içkisini, hər birinin qiyməti 0,70 qəpik olan 7 manat dəyərində 10 ədəd “Mister tum” markalı kiçik ölçülü günəbaxan tumunu, hər birinin qiyməti 0,60 qəpik olan 6 manat dəyərində 10 ədəd “Rolton” markalı hazır supu, bir kiloqramı 11 manat olan 132 manat dəyərində 12 kiloqram “Servalat” markalı kolbasanı cəmi 1076 manat dəyərində əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1076 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 dekabr 2023-cü tarixdə, saat 03 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Y.Məmmədəliyev küçəsində saxlamış Zərərçəkmiş şəxs13 məxsus “Hyundai Getz” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa şüşəsini istintaqa məlum olmayan predmetlə sındırıb, oradan sonuncuya məxsus 2200 manat nağd pulu, 100 manat dəyərində bir ədəd kişi paltosunu, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan iki ədəd alüminium qazanı, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 100 manat olan iki ədəd alüminium qazanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 ümumilikdə 2600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 dekabr 2023-cü tarixdə, saat 05 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Nizami Məmmədov küçəsində saxlamış Zərərçəkmiş şəxs3 məxsus “Khazar” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön yan şüşəsini istintaqa məlum olmayan predmetlə sındırıb oradan sonuncuya məxsus bir ədəd 50 manat dəyərində “Nokia” markalı mobil telefonu və içərisində 1000 manat pul olan 50 manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1100 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 dekabr 2023-cü tarixdə, saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində saxlamış Zərərçəkmiş şəxs14 məxsus “Mercedes Vito” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq oradan sonuncuya məxsus bir ədəd 480 manat dəyərində maqnitafonu və 150 manat dəyərində manitoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs14 ümumilikdə 630 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 dekabr 2023-cü tarixdə, saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi,S.Aşıq küçəsində saxlamış Zərərçəkmiş şəxs15 məxsus “Ford” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq oradan sonuncuya məxsus bir ədəd 350 manat dəyərində maqnitofonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs15 ümumilikdə 350 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 yanvar 2024-cü tarixdə, saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yerləşən “Mədəd” marketin yaxınlığında saxlamış Zərərçəkmiş şəxs4 Babaəli oğluna məxsus “Ford” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq oradan sonuncuya məxsus bir ədəd 400 manat dəyərində “Redmi Not 12” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 Babaəli oğluna ümumilikdə 400 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 yanvar 2024-cü il tarixdə, saat 01 radələrində Sabirabad rayon Qarağac kəndində yerləşən Zərərçəkmiş şəxs5 məxsus “Euromax” adlanan 50 qəpik avtoyuma məntəqəsinin kassasını istintaqa məlum olmayan predmetlə sındırıb qanunsuz daxil olmuş və oradan 300 ədəd 50 qəpiklik pul əskinasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 150 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 yanvar 2024-cü il tarixdə saat 01:30 radələrində Sabirabad rayon Qarağac kəndində yerləşən "xxxx" MMC-yə mağazanın qapısını istintaqa məlum olmayan predmetlə sındırıb qanunsuz daxil olmuş və oradan hər birinin qiyməti 4 manat 50 qəpik olan 58,50 manat dəyərində 13 qutu “Sobranie white” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olan 50,40 manat dəyərində 12 qutu “Kent nano 4” markalı, hər birinin qiyməti 4 manat 50 qəpik olan 9 manat dəyərində 2 qutu “X8” markalı, hər birinin qiyməti 2 manat 60 qəpik olan 23,40 manat dəyərində 9 qutu “Viceroy” markalı, hər birinin qiyməti 2 manat 40 qəpik olan 19,20 manat dəyərində 8 qutu “Bakı” markalı, hər birinin qiyməti 2 manat 60 qəpik olan 31,20 manat dəyərində 12 qutu “Magna” markalı, hər birinin qiyməti 4 manat 50 qəpik olan 18 manat dəyərində 4 qutu “Sobranie Compact blue” markalı, hər birinin qiyməti 3 manat 60 qəpik olan 10,80 dəyərində 3 qutu “LD club KSS platinum” markalı, hər birinin qiyməti 4 manat 50 qəpik olan 18 manat dəyərində 4 qutu “Sobranie KSS blue” markalı, hər birinin qiyməti 3 manat 40 qəpik olan 37,40 manat dəyərində 11 qutu “LD compact white” markalı, hər birinin qiyməti 2 manat 60 qəpik olan 33,80 manat dəyərində 13 qutu “Keno Nano” markalı, hər birinin qiyməti 2 manat 60 qəpik olan 23,40 manat dəyərində 9 qutu “Magna nano” markalı, hər birinin qiyməti 3 manat 10 qəpik olan 15,50 manat dəyərində 5 qutu “Rothmans” markalı, hər birinin qiyməti 3 manat 10 qəpyik olan 18,60 manat dəyərində 6 qutu “Pall Mall nano” markalı, hər birinin qiyməti 4 manat olan 32 manat dəyərində 8 qutu “Winston xstyle compact silver” markalı, hər birinin qiyməti 4 manat olan 12 manat dəyərində 3 qutu “Winston XS silver” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olan 12,60 manat dəyərində 3 qutu “Kent 8” markalı, hər birinin qiyməti 4 manat olan 8 manat dəyərində 2 qutu ““Winston xstyle caster” markalı,hər birinin qiyməti 2 manat 60 qəpik olan 5,20 manat dəyərində 2 qutu “Keno compact blue” markalı, hər birinin qiyməti 3 manat 10 qəpik olan 12,40 manat dəyərində 4 qutu “Winchester kss silver” markalı tütün məmulatlarını, hər birinin qiyməti 3 manat 30 qəpik olan 36,30 manat dəyərində 11 ədəd “Red bull” markalı enerji içkisini cəmi 485 manat 70 qəpik dəyərində əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxs hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 485 manat 70 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 yanvar 2024-cü tarixdə, saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində saxlamış Zərərçəkmiş şəxs16 məxsus “Hyundai HD-65” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq oradan sonuncuya məxsus bir ədəd 375 manat dəyərində “Samsung A04” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs16 ümumilikdə 375 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 yanvar 2024-cü tarixdə, saat 02:25 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində saxlamış Zərərçəkmiş şəxs6 məxsus “Toyota Prius” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ yan şüşəsini istintaqa məlum olmayan predmetlə sındırıb oradan sonuncuya məxsus içərisində 160 manat pul olan bir ədəd 15 manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 175 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 yanvar 2024-cü tarixdə, saat 03:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində saxlamış Zərərçəkmiş şəxs7 məxsus “Toyota Prius” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ yan şüşəsini istintaqa məlum olmayan predmetlə sındırıb oradan sonuncuya məxsus içərisində 250 manat pul olan 15 manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 265 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 yanvar 2024-cü tarixdə, saat 03:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində saxlamış Zərərçəkmiş şəxs8 məxsus “Toyota Prius” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ yan şüşəsini istintaqa məlum olmayan predmetlə sındırıb oradan sonuncuya məxsus 110 manat nəğd pul və 30 manat dəyərində ətiri gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 140 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 yanvar 2024-cü tarixdə, saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində saxlamış Zərərçəkmiş şəxs17 məxsus “Toyota Prius” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan şüşəsini istintaqa məlum olmayan predmetlə sındırıb oradan sonuncuya məxsus 120 manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs17 ümumilikdə 120 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 yanvar 2024-cü tarixdə, saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində saxlamış Zərərçəkmiş şəxs18 məxsus “Toyota Prius” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ yan şüşəsini istintaqa məlum olmayan predmetlə sındırıb oradan sonuncuya məxsus 145 manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs18 ümumilikdə 145 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 yanvar 2024-cü tarixdə, saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində saxlamış Zərərçəkmiş şəxs19 məxsus “Toyota Prius” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ yan şüşəsini istintaqa məlum olmayan predmetlə sındırıb oradan sonuncuya məxsus 110 manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs19 ümumilikdə 110 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 yanvar 2024-cü tarixdə, saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində saxlamış Zərərçəkmiş şəxs9 məxsus “Toyota Prius” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan şüşəsini istintaqa məlum olmayan predmetlə sındırıb oradan sonuncuya məxsus 114 manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 114 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 yanvar 2024-cü tarixdə, saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində saxlamış Zərərçəkmiş şəxs10 məxsus “Toyota Prius” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan şüşəsini istintaqa məlum olmayan predmetlə sındırıb oradan sonuncuya məxsus bir ədəd 610 manat dəyərində “Samsung Galaxy A12” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 ümumilikdə 610 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 yanvar 2024-cü tarixdə, saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində saxlamış Zərərçəkmiş şəxs20 məxsus “Toyota Prius” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ yan şüşəsini istintaqa məlum olmayan predmetlə sındırıb oradan sonuncuya məxsus bir ədəd 300 manat dəyərində qol saatını və içərisində 200 manat nəğd pul olan 30 manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs20 ümumilikdə 530 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, əvvəllər oğurluq cinayət əməli törətdiyinə görə bir neçə dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Sonuncu dəfə isə xx.xx.2018-ci il tarixli Sabirabad rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lakin 02 noyabr 2022-ci il tarixli Xəzər rayon məhkəməsinin qərarı ilə 02 ay 28 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Azadlığda çıxdıqdan sonra bir müddət Sabiabad rayonunda yaşadıqdan sonra Abşeron rayonu, Xırdalan şəhərinə gələrək yaşamağa başlamışdır. Xırdalan şəhərində daimi olaraq bir ünvanda yaşamamışdır. Burada gündəlik evlərdə qalsa da, arada bir Sabirabad rayonunada gedib-gəlmişdir. Xırdalan şəhərində bir müddət bir neçə kafedə ofisiant kimi işləsə də, qazancı onu qane etmədiyi üçün oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. Abşeron rayonu ərazisində ilk dəfə oğurluq hadisəsini 26 iyul 2023-cü il tarixdə törətmişdir. Belə ki, həmin tarixdə saat 17 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Masazır qəbristanlığı” adlanan ərazinin qarşısında olmuş, bu zaman dövlət qeydiyyat nişanlarını xatırlamadığı “QAZEL” markalı yük maşını diqqətini cəlb etmişdir. O həmin yük maşının qapısı və pəncərəsinın açıq olduğunu görmüşdür. Həmin yük maşınına yaxınlaşmış, yük maşınında heç kimin olmadığını müəyyən etmişdir. Bundan sonra ətrafa boylanıb onu heç kimin güdmədiyinə əmin olduqdan sonra yük maşınının kabin hissəsində olan bir ədəd “Honor” markalı mobil telefonu götürüb oradan uzaqlaşmışdır. Oğurladığı bir ədəd “Honor” markalı mobil telefonu Abşeron rayonu, Xırdalan şəhəri ərazisində əvvəllər tanımadığı şəxsə 150 manat nağd pula satmışdır. “Honor” markalı mobil telefonu satdığı şəxsə mobil telefonun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir.Bundan başqa, 29 avqust 2023-cü il tarixdə saat 02 radələrində Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində küçədə gəzərkən küçədə saxlanılan ağ rəngli VAZ-2106 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb həmin avtomobilin qapısını açıb oradan oğurluq etməyin mümkün olduğunu hiss edib, həmin avtomobilə yaxınlaşmış və ətrafa nəzər salıb heç kimin onu görmədiyinə əmin olub, özü ilə götürdüyü vintaçanı avtomobilin qabaq qapısının kilid yerinə salıb fırlatmaqla həmin qapını açıb avtomobilin salonuna əyləşib oğurlamaq üçün əşyalar axtarmağa başlamışdır. Həmin vaxtı avtomobilin salonunda iki oturacağın arasındakı kiçik yük yerində olan 1 ədəd kişi qol saatını, 1 ədəd qəlyanı (elektron siqareti) götürüb cibinə qoymuşdur. Sonra avtomobilin salonundakı yük yerini açıb oradakı bıçaq dəstini götürdükdən sonra avtomobilin arxa oturacağının üstündə olan köynəklə şalvarı götürmüşdür. Avtomobildən çıxanda salondakı “Pioner” markalı maqnitafonu da yerindən çıxarıb özü ilə götürüb piyada kirayədə yaşadığı evə getmişdir. Oğurladığı maqnitafonu ertəsi günü küçədə dayanmış bir neçə taksi sürücüsünə təklif etsə də köhnə olduğuna görə heç kim almamışdır. O da lazımsız olduğunu görüb, həmin maqintafonu zibil qutusuna tullamışdır. Bıçaq dəstini də satmağa çalışsa da sata bilməyib hazırda xatırlamadığı yerdə zibil qutusuna tullamışdır. Paltarları özü geyib bir müddət sonra zibilliyə tullamışdır, qəlyanı 5-6 gün çəkdikdən sonra qurtardığına görə zibilə atmış, qol saatı isə unutduğuna görə Xırdalan şəhərində gecələdiyi hansısa kirayə evdə qalmışdır.Bundan başqa, Zərərçəkmiş şəxs2 həmkəndlisi kimi tanıyır. Sonuncunun kənd ərazisində yolun kənarında kiçik ərzaq mağazası vardır. Pirverdi həmin mağazada gündəlik tələbat malları satır. xx.xx.2023-cü il tarixdə gecə saat 01:15 radələrində evdə olduğu vaxt acdığı üçün Pirverdinin mağazasına gedib oğurluq etməyi düşünmüş və evdən çıxaraq piyada təxminən 1 km aralıda yerləşən Pirverdinin mağazasının yanına getmişdir. Yolda gələrkən tapdığı armatur parçası ilə Pirverdinin mağazasının birinci qapısında olan qıfılı sındırmış və qapını açmışdır. Sonra digər qapıda olan qıfılı sındırmış və mağazaya daxil olmuşdur. Əlində olan mobil telefonun işığı ilə mağazada qapıdan girdikdə qapı ilə üzbəüz soyuducuda olan sayını bilmədiyi kolbasaları və sosiskaları götürmüşdür. Bundan başqa qapıdan sağ tərəfdə düzülmüş “kent”, “maqna”, “Bakı”, “Arqo” “Want” markalı siqaretləri götürmüşdür. Orada olan müxtəlif markalı arağları,günəbaxan tumlarını, müxtəlif markalı və çeşidli şirniyyatı, bizon enerji içkilərini saymadan mağazadan götürdüyü torbaya yığıb evə getmişdir. Evə gedən zaman götürdüyü əşyalar ağırlıq etdiyi üçün çoxunu tullamışdır. Konkret olaraq hansı əşyaları tulladığına isə fikir verməmişdir. Evə çatdıqdan sonra kolbasanın birini yemiş,bir neçəsini, eləcə də, sosiskaların hamısını itinə vermişdir. Siqaretlərdən, günəbaxan tumundan və şirniyyatlardan istifadə etmişdir. Oğurladığı araqları isə satmaqdan qorxduğu üçün sındırmaqla tullamışdır. Qalan ərzaqları evdə olan işləməyən soyuducuda gizlətmişdir. Həmin gün səhər kənd ərazisində tanımadığım şəxsin pambıq sahəsində saat təxminən 16 radələrində pambıq sahəsinin sahibindən 15 manat əməkhaqqını alıb evə getmişdir. Evə çatmağına bir qədər qalmış iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və ona X7 getməyi təklif etmişlər. O da polis əməkdaşları ilə razılaşmış və polis bölməsinə getmişdir. Polis bölməsində ona Piverdinin mağazasından oğurluq edib-etmədiyini soruşmuşlar. O da Pirverdinin mağazasından oğurluq etdiyini və oğurladığı ərzaqları təqdim edə biləcəyini demişdir. Bundan sonra onu Sabirabad rayon polis şöbəsinə aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər. O təqdim olunmuş vəkillərin siyahısından X3 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X4 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O həmin sənədlərlə müdafiəçinin iştirakı ilə tanış olmuş, düzgün tərtib edildiyinə görə imzalamışdır. O vəkilin iştirakı ilə etdiyi əməli yenidən etiraf etmiş və onu şübhəli şəxs qismində tutumuşlar. Ona oğurladığı ərzaq məhsullarını təqdim etməyi təklif etmişlər. O da vəkilin və hal şahidlərinin iştirakı ilə yaşadığı evə gedərək, evdə işləməyən soyuducuda gizlətdiyi 6 ədəd “kent 4”, 10 ədəd “Want”, 8 ədəd “Maqna” markalı siqaretləri, 17 ədəd “mister tum” markalı günəbaxan tumları, 6 ədəd “Crax” markalı 1 ədəd “Fiyonk Kraker” markalı yeyinti məhsullarını və 3 ədəd üzərində “servalat” yazılmış kolbasanı polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, 22 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində adını bilmədiyi küçədə olduğu zaman küçədə boz rəngli markasını bilmədiyi Hyundai markalı avtomobilin dayandığını görmüşdür. Avtomobilin içərisinə baxdıqda sellofan torbalarda əşyaların olduğunu görmüş və avtomobilin saxlanc yerində də pul və ya hər hansı bir dəyərli əşyanın olmasını ehtimal edib, avtomobilin sol arxa şüşəsini üzərində olan vintaçan ilə sındırmışdır. Avtomobilin şüşəsini sındırdıqdan sonra avtomobilin qapısını açmışdır. Arxa qapını açdıqdan sonra avtomobilin arxa oturacağında olan sellofan torbada qazan dəstinin və bir ədəd paltonun olduğunu görmüşdür. Həmin əşyaları satıb pul əldə edə biləcəyini fikirləşdiyi üçün götürmək qərarına gəlmişdir. Torbanı götürməmişdən əvvəl isə avtomobilin saxlanc yerinə baxmışdır. Orada pulların olduğunu görüb, həmin pullarıda saymadan götürüb cibinə qoymuşdur. Daha sonra sellofan torbanıda götürüb oradan sürətlə uzaqlaşmışdır. Küçələrin birində dayanıb, oğurladığı pulları saydıqda 2200 manat olduğunu görüb, oğurladığı əşyaları satmağa artıq ehtiyacının olmayacağını düşünüb əşyalar olan sellofan torbanı hazırda xatırlamadığı yerə tullamış və avtomobillərdən başqa oğurluq hadisəsi törətmək üçün avtomobil axtarmaq məqsədilə küçələri gəzməyə başlamışdır.Bundan başqa, 22 dekabr 2023-cü il tarixdə, saat 05 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində adını bilmədiyi küçədə olduğu zaman Xəzər markalı avtomobilin dayandığını görmüşdür. Avtomobilin içərisinə baxdıqda pul kisəsinin və bir ədəd mobil telefonun olduğunu görmüşdür. Pula ehtiyacı olduğu üçün avtomobilin şüşəsini üzərində olan vintaçan ilə sındırıb, bir ədəd pul kisəsini və mobil telefonu götürmüşdür. Dərhal oradan uzaqlaşmışdır. Pul kisəsini açdıqda içərisində şəxsiyyət vəsiqəsi, bank kartları və 1000 manat pul olduğunu görmüşdür. Pulu götürüb, pul kisəsini içərisində olan şəxsiyyət vəsiqəsi və bank kartı ilə birlikdə oradan uzaqlaşaraq xatırlamadığı yerə tullamışdır. Mobil telefonun isə Nokia markalı mobil telefon olduğunu görmüş və həmin telefonuda 35 manata Xırdalan şəhərində tanımadığı şəxsə satmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində oğurluq etmək üçün Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində avtomobil axtarmışdır. Həmin vaxtı küçədə saxlanılan metal rəngli “Mercedes Vito” markalı avtomobilə yaxınlaşıb salonuna baxmış və salonda maqintafon və manitor olduğunu görmüşdür. Maşının orta qapısını möhkəm dartıb açmış və salonda şitin üstündə olan maqintofonu və manitoru çıxarıb özü ilə aparmışdır. Həmin gün, yəni 24 dekabr 2023-cü il tarixdə oğurladığı maqintofonu və manitoru Xırdalan şəhərində köhnə bazarın yanında tanımadığı bir nəfər şəxsə 60 manata satmışdır. Əldə etdiyi 60 manat pulu şəxsi ehtiyacı üçün xərcləmişdir.Bundan başqa, xx.xx.2023-cü il tarixdə Abşeron rayon, Masazır kəndindən avtomobillərdən oğurluq etmək qərarına gəlmişdir. Adını bilmədiyi küçə ilə piyada olaraq hərəkətdə olarkən xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində Ford markalı avtomobil görmüşdür. Həmin avtomobilə yaxınlaşmış və qapısının açıq olduğunu görmüşdür. Avtomobildən qiymətli əşya götürmək üçün axtarmağa başlamış, lakin tapa bilmədiyindən avtomobilin manitorunu sökərək özü ilə aparmış və Abşeron rayonu, Xırdalan bazarında tanımadığı şəxsə 100 manata satmışdır.Bundan başqa, 13 yanvar 2024-cü il tarixdə, saat 10 radələrində Hökməli qəsəbəsi istiqamətində piyada olaraq hərəkətdə olan zaman Ford markalı avtomobilin sürücüsünün avtomobildən düşərək marketə girdiyini gormüşdür. Dərhal avtomobilə yaxınlaşıb ətrafda kimsənin ona tərəf baxmadığına əmin olduqdan sonra avtomobilin içərisinə boylanmış və avtomobildə bir ədəd ”Redmi” markalı mobil telefonun olduğunu görüb həmin telefonu götürmüşdür. Daha sonra oradan qaçaraq uzaqlaşmışdır. Pula ehtiyacı olduğundan həmin telefonu Abşeron rayonu, Xırdalan bazarında tanımadığı şəxsə 100 manata satmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs5 həmkəndlisi kimi tanıyır. Sonuncunun kənd ərazisində yolun kənarında açıq ərazidə bir ədəd üzərində “Euromax” yazılmış avtoyuma məntəqəsi vardır. Həmin avtoyuma məntəqəsi yaşadığı evdən təxminən 1 kilometr aralıda yerləşir. 17 yanvar 2024-cü il tarixdə gecə saat təxminən 01 radələrində həmin avtoyuma məntəqəsindən və onun yanında yerləşən “Oba” marketdən də oğurluq etmək qərarına gəlmişdir. Buna görə də birinci avtoyuma məntəqəsinin yanına getmiş, özü ilə götürdüyü dəmir parçası (lom) ilə avtoyuma məntəqəsinin kassa hissəsini sındırmış və içərisində olan 50 qəpiklik pul vahidlərini götürmüşdür. Sonra avtoyuma məntəqəsinin yanında olan həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs11 işlətdiyi “Oba” marketin arxasında yerdə əyləşərək 50 qəpikləri saymış və ümumilikdə 150 manat olduğunu görmüşdür. Sonra həmin qəpikləri əynində olan gödəkçənin ciblərinə yığmışdır. Bundan sonra özü ilə götürdüyü dəmir parçası ilə Oba marketin qapısının qıfılını sındırmış və içəri daxil olmuşdur. Qapıdan sol tərəfdə olan əsasən “Sobranıe”, Winston”, “LD” və “Kent” markalı olmaqla ümumilikdə təxminən 100 qutudan artıq siqaret, sayını xatırlamadığı “Red Bull” markalı enerji içkisi götürmüş və özü ilə gətirdiyi torbaya yığmışdır. Masanın üzərində olan pul qabınıda görüb götürmüşdür. Uzaqdan polis maşının gəldiyini görüb torbanı götürüb oradan uzaqlaşmışdır. Polis əməkdaşlarının onu tutacağından qorxduğu üçün piyada olaraq çöl yolları ilə Sabirabad rayonu Zalqarağac kəndinə avtomobil yolunun kənarına getmişdir. Orada tanımadığı şəxsin avtomobilinə əyləşib Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində müxtəlif yerlərdə oğurladığı 50 qəpikləri nağdlaşdırmışdır. Siqaretləridə özü istifadə etmişdir. Pul qabına baxdıqda içərisində pul olmadığını sadəcə olaraq Məhəmmədə məxsus şəxsiyyət vəsiqəsi və bir neçə bank kartı olduğunu görmüş və pul qabını sənədlərlə birgə zibil qutusuna atmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri avtoehtiyat hissələri satan dükanın qarşısından keçərkən dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli hyundai markalı avtomobilin dayandığını görmüşdür. Avtomobilin içərisində heç kimin olmadığını görüb ətrafa göz gəzdirmiş və avtomobilin sol qapısını açıb içərisinə daxil olmuşdur. Avtomobilin içərisində maqnitafonun alt hissəsində olan Samsung markalı telefonu götürüb həmin ərazini tərk etmişdir. Həmin telefonu Xırdalan şəhəri ərazisində tanımadığı şəxsə 70 manata sataraq pulunu xərcləmişdir.Bundan başqa, xx.xx.2024-cü il tarixdə pul lazım olduğu üçün gecə saat 02:25 radələrində Abşeron rayonu, Xırdalan şəhəri Qalubiyyə küçəsi, Abşeron Bələdiyyəsinin tam qarşısında dayanmış tünd qırmızı rəngli Toyota Prius markalı ** FX *** d.q.n.-lı avtomobili görüb ona yaxınlaşmışdır. Ətrafda heç kimin olmadığını görüb avtomobilin sağ yan sərnişin şüşəsini özü ilə gəzdirdiyi vintaçanla vuraraq sındırmışdır. Sındırdıqdan sonra salona daxil olub hər yanı dağıtmağa pul və qiymətli şeylər axtarmağa başlamışdır. Salondakı sol sürücü tərəfdən ayaqaltının altında qoyulmuş qara rəngli pul kisəsini götürb salondan çıxıb pul kisəsini yoxlamadan cibinə qoyub digər avtomobildən oğurluq etmək üçün oradan uzaqlaşmışdır. Avtomobildən uzaqlaşdıqdan sonra içərisinə baxdıqda içərisində 160 manat pul, bir ədəd bank kartı və sənədlər olmuşdur.Pulu götürdükdən sonra pul kisəsi ilə birlikdə sənədləri poketə yığıb Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Yeni bazarın yaxınlığındakı xatırlamadığı yerə tullamışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə pul lazım olduğu üçün gecə saat 02:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri Qalubiyyə küçəsi, ərazisində səkinin üzərində dayanmış qara rəngli Toyota Prius markalı ** BK *** d.q.n.-lı avtomobili görüb ona yaxınlaşmışdır. Ətrafda heç kimin olmadığını görüb avtomobilin sağ yan sərnişin şüşəsini özü ilə gəzdirdiyi vintaçanla vuraraq sındırmışdır. Sındırdıqdan sonra salona daxil olub hər yanı dağıtmağa pul və qiymətli şeylər axtarmağa başlamışdır. Salondakı qoltuqaltını açıb içərisində kiçik qara rəngli əl çantasını olduğunu görüb özü ilə götürmüşdür. Avtomobildən uzaqlaşmadan əl çantanın içərisinə baxmışdır. İçərisində 250 manat pul, birbank kartı və şəxsiyyət vəsiqəsinin olduğunu görmüşdür. Pulu cibinə qoymuş, əl çantansını içərisindəki sənədlərlə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Yeni bazarın yaxınlığında tullamışdır.Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən "Özsüt" restoranının yaxınlığında saxlanılmış "Toyota Prius" markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb oğurluq məqsədilə qabaq sağ qapının şüşəsini üzərimdə olan vintaçanlar sındırıb avtomobilin içərisinə daxil olmuşdur. Avtomobilin içərisini axtardıqda oradan 110 manat pul tapmışdır. Həmçinin avtomobilin içərisində olan bir ədəd ətiri də götürmüşdür. Digər sənəd və əşyaları isə götürməyərək avtomobilin içərisinə qoyub oradan uzaqlaşmışdır.Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri. M.Hüseynzadə küçəsində yerləşən "Bank Respublika" filialının arxasında saxlanılmış "Toyota Prıus" markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq oğurluq məqsədilə qabaq sol qapının şüşəsini vintaçanla sındırıb avtomobilin içərisinə daxil olmuşdur. Avtomobilin içərisini axtardıqda oradan 120 manat pul tapmışdır. Digər sənəd və əşyaları isə götürməyərək avtomobilin içərisinə qoyub oradan uzaqlaşmışdır.Bundan başqa, xx.xx.2024-cü il tarixdə pul lazım olduğu üçün gecə saat 03:30 radələrində Abşeron rayonu. Xırdalan şəhəri Z.Əliyeva küçəsi, ərazisində səkinin üzərində dayanmış qara rəngli Toyota Prius markalı **-LJ-*** d.q.n.-lı avtomobili görüb ona yaxınlaşmışdır.Ətrafda heç kimin olmadığını görüb avtomobilin sağ yan sərnişin şüşəsini özü ilə gəzdirdiyi vintaçanla vuraraq sındırmışdır. Sındırdıqdan sonra salona daxil olub hər yanı dağıtmağa pul və qiymətli şeylər axtarmağa başlamışdır. Salondakı qoltuqaltını açıb içərisində pul kisəsini görüb özü ilə götürmüşdür. Avtomobildə qəpik pullarında olduğunu görüb götürmüşdür. Avtomobildən uzaqlaşmadan pul kisəsinin içərisinə baxmış, içərisindən 132 manat pul, şəxsiyyət vəsiqəsini və bank kartını götürmüşdür. Qəpik pulları da saydıqda 13 manat olduğu ona məlum olmuşdur. Pulları cibinə qoyduqdan sonra pul kisəsini,şəxsiyyət vəsiqəsini və bank kartını Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Yeni bazarın yaxınlığında tullamışdır.Bundan başqa, xx.xx.2024-cü il tarixdə pul lazım olduğu üçün gecə saat 03:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri Z.Əliyeva küçəsi, ərazisində səkinin üzərində dayanmış qırmızı rəngli Toyota Prius markalı ** DY *** d.q.n.-lı avtomobili görüb ona yaxınlaşmışdır. Ətrafda heç kimin olmadığını görüb avtomobilin sol yan şüşəsini özü ilə gəzdirdiyi vintaçanla vuraraq sındırmışdır. Sındırdıqdan sonra salona daxil olub hər yanı dağıtmağa pul və qiymətli şeylər axtarmağa başlamışdır. Salondakı qoltuqaltını açıb içərisinə baxmış və 100 manat pulu olduğunu görüb götürmüşdür. Avtomobilin yanında pulu cibinə qoymuş və ordan uzaqlaşmışdır.Bundan başqa, xx.xx.2024-cü il tarixdə pul lazım olduğu üçün gecə saat 03:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri Z.Əliyeva küçəsi, ərazisində səkinin üzərində dayanmış qara rəngli Toyota Prius markalı ** CT *** d.q.n.-lı avtomobili görüb ona yaxınlaşmışdır. Ətrafda heç kimin olmadığını görüb avtomobilin sağ yan sərnişin şüşəsini özü ilə gəzdirdiyi vintaçanla vuraraq sındırmışdır. Sındırdıqdan sonra salona daxıl olub hər yanı dağıtmağa pul və qiymətli şeylər axtarmağa başlamışdır. Salondakı qoltuqaltını açıb içərisində qara qulplu qol saatı, simsiz qulaqcıq və pul kisəsini görüb özü ilə götürmüşdür. Avtomobildən uzaqlaşmadan pul kisəsinin içərisinə baxmışdır.İçərisində 300 mmanata yaxın pulu cibinə qoymuşdur. Bundan sonra pul kisəsini Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Yeni bazarın yaxınlığında tullamışdır. Qol saatını və simsiz qulaqcığı isə gündəlik qaldığı evə qoysa da, saxlanıldıqdan sonra iştirakı ilə polis əməkdaşlarına təqdim etmişdir.Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyev küçəsində saxlanılmış "Toyota Prius" markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq oğurluq məqsədilə qabaq qapının sol şüşəsini üzərində olan vintaçanla sındırıb avtomobilin içərisinə daxil olmuşdur. Avtomobilin içərisini axtardıqda oradan 114 manat pul tapmışdır.Pulu götürdükdən sonra avtomobilin manitorunu səbəb olmadan sındırmışdır. Günlüklərini axtaran zaman isə möhkəm açdığından günlüklərdə sındırmışdır. Puldan başqa bir qiymətli əşya tapa bilmədiyindən oradan uzaqlaşmışdır.Bundan başqa, xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində Abşeron rayon Xırdalan şəhəri Zərifə Əliyeva küçəsində olan avtomobillərdən oğurluq etmək qərarına gəlmişdir. Sonra həmin küçədə olan Toyota prius markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Həmin avtomobilə yaxınlaşaraq sol yan şüşəsin sındıraraq içəri daxil olmuşdur. Sonra içəridə olan “Samsung Galaxy” markalı mobil telefonu oğurlayıb dərhal oradan uzaqlaşmışdır.Pula ehtiyacı olduğundan həmin telefonu Abşeron rayonu, Xırdalan bazarında tanımadığı şəxsə 100 manata satmışdır. Sonda törətdiyi əməldən peşman olduğunu, oğurluq əməlini maddi imkansızlıqdan törətməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, , o, ünvan 4 ünvanında qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır. X5 markalı,** FX *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. xx.xx.2024-cü il tarixdə saat 18:10 radələrində idarə etdiyi avtomobili yaşadığı ünvanın aşağısında yol kənarında saxlayıb evinə getmişdir. Növbəti gün,yəni xx.xx.2024-cü il tarixdə saat 06:50 radələrində həyətə düşüb işə getmək istədiyi zaman avtomobilinin ön sərnişin sağ tərəf şüşəsinin sındığını görüb, salonun dağınıq olduğunu aşkar etmişdir. Bundan sonra sürücü tərəfdən qapını açıb içəri daxil olduqda qoltuqaltıqda qoyduğu qara rəngli pul kisəsinin olmadığını oğurlandığını aşkar etmişdir. Pul kisəsinin içərisində ona məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, 01 ədəd Leobank kartı və 160 manat pulu olmuşdur. Bundan sonra 102 xidmətinə bu barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində onun 15 manat dəyərində pul qabısı, həmin pul qabının içərisində olan 160 manat pul oğurlanmış, avtomobilimin sağ yan şüşəsinin sınması nəticəsində 150 manatda ziyan dəymişdir. Oğurluq hadisəsi nəticəsində ona 325 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, ünvan 6 ünvanında ailə üzvlərim ilə birlikdə yaşayır. İstifadəsində “Toyota Prius” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Avtomobilini 24 yanvar 2024-cü il tarixdə saat 02 radələrində yaşadığı küçədə saxlamışdır. 24 yanvar 2024-cü il tarixdə, saat 09:15 radələrində işə getmək üçün avtomobilə əyləşmək istəyərkə avtomobilin ön sol yan şüşəsinin sındırıldığını, avtomobilində olan 114 manat pulun oğurlandığı, monitorun və günlüklərin sındırıldığı ona məlum olmuşdur.Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində onun 114 manat pulu oğurlanmış, avtomobilinin ön sol yan şüşəsinin sınması nəticəsində 100 manat, monitorunun sındırılmasına görə 100 manat, günlüklərin sındırılmasına görə isə 100 manat ziyan dəymişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 414 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasına dəvət edilmiş iş üzrə Zərərçəkmiş şəxs15 məhkəməyə ərizə təqdim edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyi üçün ondan şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs15 Baxış oğlu ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o,ünvan 7 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. İstifadəsində Ford markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. 24 dekabr 2023-cü il tarixdə Abşeron rayonu, Masazır kəndi, S.Aşıq küçəsində yaşayan bacısıgilə qonaq gəlmiş və avtomobilinidə evin qarşısında saxlamışdır. 25 dekabr 2023-cü il tarixdə saat 11 radələrində evdən çıxıb avtomobilə əyləşdikdə avtomobilin dağınıq vəziyyətdə olduğunu və avtomobilinin 350 manat dəyərində monitorunun oğurlandığını görmüşdür. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və ərizə ilə Abşeron RPİnə müraciət etmişdir. Məhkəmə iclasına dəvət edilmiş iş üzrə zərərçəkmiş şəxs X2 məhkəməyə ərizə təqdim edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyi üçün ondan şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs20 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. İstifadəsində “Toyota Prius” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Avtomobilini 23 yanvar 2024-cü il tarixdə yaşadığı küçədə saxlamışdır. 24 yanvar 2024-cü il tarixdə, saat 08 radələrində işə getmək üçün avtomobilə əyləşmək istəyərkən avtomobilin ön sağ yan şüşəsinin sındırıldığını, avtomobilində olan bir ədəd 300 manat dəyərində qol saatının, 50 manat dəyərində simsiz qulaqcığın və içərisində 200 manat nəğd pul olan 30 manat dəyərində pul kisəsinin oğurlandığı ona məlum olmuşdur.Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 680 manat maddi ziyan dəymişdir. Belə ki, avtomobilindən bir ədəd 300 manat dəyərində qol saatı, 50 manat dəyərində simsiz qulaqcıq, içərisində 200 manat nəğd pul olan 30 manat dəyərində pul kisəsi oğurlanmış, avtomobilimin ön sağ yan şüşəsinin sınması nəticəsində isə 100 manat ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilmiş iş üzrə Zərərçəkmiş şəxs8 məhkəməyə ərizə təqdim edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyi üçün ondan şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs8 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. İstifadəmdə "Toyota Prius" markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. xx.xx.2024-cü il tarixdə saat 04 radələrində "Toyota Prıus" markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı binanın yaxınlığında, küçədə saxlayıb evə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində isə avtomobilə yaxınlaşmışdır. Bu zaman avtomobilin qabaq sağ qapısının şüşəsinin sındırılmış və avtomobilin içərisinin dağınıq vəziyyətdə olmasını gormüşdür. Avtomobilə baxış keçirən zaman ona məlum olmuşdur ki, avtomobilindən 110 manat pul və 30 manat dəyərində ətir oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində onun 110 manat pulu, 30 manat dəyərində ətiri oğurlanmış, avtomobilimin ön sağ yan şüşəsinin sındırılması nəticəsində də ona 100 manat ziyan dəymişdir. Ümumilikdə isə ona 240 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilmiş iş üzrə Zərərçəkmiş şəxs16 məhkəməyə ərizə təqdim edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyi üçün ondan şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs16 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 10 ünvanında qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə ünvan 11 ünvanında yaşayır. İstifadəsində “Hyundai HD-65” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. 18 yanvar 2024-cü il tarixdə,saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Şassi” adlanan avtomobil ehtiyat hissələrinin satışı dükanına daxil olmuşdur. Avtomobildən düşdükdən sonra avtomobili kilidləməmişdir. Özünə məxsus 375 manat dəyərində “Samsung Galaxy A04E” markalı mobil telefonun isə avtomobilin salonunda qalmışdır. Dükandan təxminən 5-10 dəqiqə sonra çıxmış və avtomobilə əyləşdikdə avtomobildə qalan mobil telefonunun yerində olmadığını oğurlandığı ona məlum olmuşdur. Bundan sonra Abşeron rayon Polis İdarəsinə gəldim və bu barədə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 375 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilmiş iş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyi üçün ondan şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, , onun Qarağac kəndində yolun kənarında ərzaq mağazası vardır. O hər gün səhər saat 08 radələrində mağazanı açıb axşam 23 radələrində bağlayaraq evinə gedir. xx.xx.2023-cü il tarixdə yenə saat 23 radələrində mağazanı bağlayıb evinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində mağazanı açmaq üçün gəldikdə mağazanın birinci qapısında olan qıfılın sındırıldığını və qapının sadəcə örtüldüyünü, ikinci qapınında açıq olduğunu görmüşdür. Mağazadan oğurluq olduğunu başa düşmüşdür. Mağazaya baxdıqda hər biri 11 manat olan 03 ədəd “Orqanic”, 01 ədəd Ekostill, 03 ədəd Mendeleeva, 01 ədəd Vodka Damaşnaya, 02 ədəd Pure Nature markalı spirtli içkilər, kiloqramı 11 manat olan “Servalat” markalı 12 kiloqram kolbasa, 400 manat dəyərində 40 qutu “Kent4”, 20 qutu ağ və 20 qutu qara “Maqna”, 10 qutu ”Bakı”, 10 qutu “Rothmans”, 20 qutu “Want” markalı olmaqla ümumilikdə 120 qutu siqaret, bir ədədi 1 manat olan 25 ədəd “Silver” markalı ayaqqabı mazı, bir qutusu 12 manat 2 qutu “baqquş”, 60 manat dəyərində 2 qutu “Biscolata” və 36 manat dəyərində 2 qutu balaca “biscolata”, bir ədəddi 2 manat olan 80 ədəd “Crax” markalı və bir ədədi 1.50 manat olan 40 ədəd “Fiyonik Kraker” markalı yeyinti məhsulları, bir ədədi 3 manat olan 15 ədəd iri “Sum” markalı nəm salfetka, bir ədədi bir manat olan “Sum” markalı 10 ədəd kiçik mən salfetka, bir ədədi 0,70 manat olan 10 ədəd günəbaxan “Mister tum” günəbaxan tumu, kiloqramı 3 manat olan 2 kiloqram “Prima” markalı sosiska, bir ədədi 1 manat olan 10 ədəd “bizon” markalı enerji içkisi, bir ədədi 0,60 manat olan 10 ədəd hazır “Rollton” markalı sup, məhsullarının oğurlandığı ona məlum olmuşdur. Mağazasından baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1076 manat ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilmiş iş üzrə Zərərçəkmiş şəxs14 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs14 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, istifadəsində “Mercedes Vito” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. 23 dekabr 2023-cü il tarixdə avtomobili yaşadığı evin qarşısında saxlamış, növbəti gün 24 dekabr 2023-cü il tarixdə saat 11 radələrində avtomobilə yaxınlaşmış və həmin vaxt avtomobilin orta qapısının açıq olduğunu görmüşdür. Avtomobilə baxdıqda salonda bir ədəd 480 manat dəyərində maqnitofonun və bir ədəd 150 manat dəyərində manitorun oğurlandığını görmüşdür. Bundan sonra bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir.Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 630 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 12 ünvanında qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. Təxminən 2023-cü ilin mart ayından avqust ayınadək Sumqayıt şəhərində yerləşən daş sexində sürücü işləmişdir. Belə ki, Sumqayıtda yerləşən daş sexindən Abşeron rayonu, Masazır kəndində yerləşən qəbiristanlığa istifadəsində olan “Qazel” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə daş gətirirmiş. 26 iyul 2023-cü il tarixdə 17 radələrində Abşeron rayonu, Masazır kənində yerləşən qəbiristanlığa daş gətirmişdir. Avtomobili qəbiristanlığın girişində saxlamışdır. Özü isə daşları təhvil verdikləri yerdə olmuşdur. Avtomobilin yan şüşələri və qapılar isə açıq vəziyyətdə olmuşdur. O içəridə olan zaman ona məxsus bir ədəd “Honor X7” markalı mobil telefonda qabaq sərnişin oturacağının üzərinə qoymuşdur. O qəbiristanlıqdan çıxıb avtomobilə əyləşdikdən sonra mobil telefonunun yerində olmadığını görmüşdür. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və ərizə ilə Abşeron RPİ-nə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 600 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ünvanında ailə üzvləri ilə birlikdə kirayə yaşayır. İstifadəsində “VAZ 2106” markalı **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Avtomobili 28 avqust 2023-cü il tarixdə yaşadığı küçədə saxlamışdır. 29 avqust 2023-cü il tarixdə, saat 07 radələrində işə getmək üçün avtomobilə əyləşmək istəyərkən avtomobilim ön sol qapısını açmaqla naməlum şəxsin avtomobilinə daxil olduğunu, ona məxsus 260 manat dəyərində bir ədəd qol saatını, 200 manat dəyərində şalvar və köynəyi, 100 manat dəyərində “Pioneer” markalı maqnitofonu, 20 manat dəyərində qəlyanı və 50 manat dəyərində ev üçün aldığı bıçaq dəstini oğurladığı ona məlum olmuşdur.Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 630 manat maddi ziyan dəymişdir. Oğurlanmış əşyaların hamsı özünə məxsus olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, ünvan 15 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. İstifadəsində “Hyundai Getz” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Avtomobilini həmişə yaşadığı evin qarşısında saxlayır. xx.xx.2023-cü il tarixdə də avtomobilini evin qarşısında küçədə saxlamışdır. 22 dekabr 2023-cü il tarixdə saat 07 radələrində evdən çıxan zaman avtomobilinin sol arxa şüşəsinin sındırıldığını,arxa oturacağında olan məişət əşyalarının, saxlanc yerində olan isə 2200 manat pulunun olmadığını görmüşdür. Bundan sonra dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2600 manat maddi ziyan dəymişdir. Belə ki, ona məxsus 2200 manat nəğd pul və 400 manat dəyərində məişət əşyaları oğurlanmışdır. O, Xırdalan şəhərində həm geyim, həm də qab-qacaq dükanı işlədir. Dükanda satmaq üçündə bazardan qab-qacaq və paltar almışdır. Həmin əşyaları dükana aparmaq üçün avtomobilində saxlamışdır. Həmin əşyalarda oğurlanmışdır. 2200 manat pul alverin pulu olmuş, 400 manat əşya isə satmaq üçün aldığı 100 manat dəyərində bir ədəd kişi paltosu, iki ədəd hər biri 100 manat olan qazan, iki ədəd hər biri 50 manat olan qazan oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 16 ünvanında qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə ünvan 17 ünvanında yaşayır. İstifadəsində Khazar markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. 22 dekabr 2023-cü il tarixdə saat 04-05 radələrində Sabirabad rayonundan gəlib,avtomobilini yaşadığı evin qarşısında saxlamışdır. Özünə məxsus pul qabı isə unutduğu üçün avtomobilin sürət qutusunun yanında qalmışdır. Saat 08 radələrində uşaqları məktəbə aparmaq üçün avtomobilə əyləşmək istəyəndə avtomobilin sağ yan şüşəsinin sındırıldığını və avtomobildə unutduğu pul qabının və bir ədəd “Nokia” markalı mobil telefonun oğurlandığını görmüşdür. Atası onunla qonşuluqda yaşadığından atasına bu barədə məlumat verdikdə, atası dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Onun pul qabında 1000 manat pul, özüməməxsus şəxsiyyət vəsiqəsi, özünəməxsus “Kapital” və “Uni” banka aid bank kartları oğurlanmışdır.Oğurluq hadisəsi nəticəsində onun 50 manat dəyərində bir ədəd “Nokia” markalı mobil telefonu, 50 manat dəyərində pul qabısı, həmin pul qabının içərisində olan 1000 manat pul oğurlanmış, avtomobilimin sağ yan şüşəsinin sınması nəticəsində 150 manatda ziyan dəymişdir. Oğurluq hadisəsi nəticəsində ona 1250 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, istifadəsində olan “Ford” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücü fəaliyyəti ilə məşğuldur. 13 yanvar 2024-cü il tarixdə saat 10 radələrində Abşeron rayonu, Sulutəpə dairəsində Hökməli istiqamətində yerləşən “Məddəd” marketə getmişdir. Avtomobilinin qapılarını açıq qoymuşdur. Marketdən qayıtdıqda isə özünə məxsus olan “”Redmi Note 12” markalı mobil telefonunun avtomobildə olmadığını görmüşdür. Bundan sonra dərhal Azərbaycan Respublikası DİNnin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 400 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, onun yaşadığı evin qarşısında yolun kənarında “Euromax” markalı “50 qəpik” avtoyuma məntəqəsi vardır. Hər gün avtomobilini yumaq istəyən şəxslər həmin aparata 50 qəpik pul əskinası köçürdükdən sonra avtomobillərini yuyurlar. Həmin pullar avtoyuma məntəqəsinin kassasında toplanır. O da həmin pulları təxminən həftədə bir dəfə götürür. Hər dəfə kassadan 300-350 manat pul götürür. xx.xx.2024-cü il tarixdə səhər saat təxminən 07 radələrində həmkəndliso Elçin ona zəng edərək avtoyuma məntəqəsinin qapısının açıq olduğunu demiş, o da tez avtoyuma məntəqəsinin yanına getmişdir. Avtoyuma məntəqəsinin kassa aparatının qapısında olan qıfılın sındırıldığını görmüşdür. Kassa aparatının içərisinə baxdıqda orada olan pullarında oğurlandığı ona məlum olmuşdur. O da bu barədə DİN-nin 102 xidmətinə və X7 ərizə ilə müraciət etmişdir. Kassa aparatından 150 manat pul oğurlanmış və baş vermiş oğurluq hadisəsi nəticəsində kassa aparatına dəymiş ziyanla birlikdə ona ümumilikdə 450 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, ünvan 18 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. X5 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. xx.xx.2024-cü il tarixdə gecə saat 22:00 radələrində özümə məxsus etibarnamə ilə idarə etdiyi Toyoto Prius markalı, ** BK *** d.q.n-lı avtomobilini yaşadığı ünvanın aşağısında yol kənarında saxlayaraq evinə getmişdir.Növbəti gün xx.xx.2024-cü il tarixdə saat 07:20 radələrində həyətə düşüb həyat yoldaşımı işə aparmaq istədiyim zaman avtomobilinin ön sərnişin sağ tərəf şüşəsinin sındığını görüb, salonun dağınıq olduğunu aşkar etmişdir. Bundan sonra sürücü tərəfdən qapını açıb içəri daxil olduqda qoltuqaltıqda qoyduğu qara rəngli kiçik əl çantasının olmadığını oğurlandığını aşkar etmişdir.Həmin vaxt əl çantamın içərisində şəxsiyyət vəsiqəsi, avtomobilin sənədləri, bank kartları və 250 manat pul olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində onun 15 manat dəyərində əl çantası, 250 manat pulu oğurlanmış, avtomobilimin ön sağ yan şüşəsinin sındırılması nəticəsində isə 110 manat ziyan dəymişdir. Ona ümumilikdə 375 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, o, ünvan 19 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. İstifadəsində "Toyota Prıus" markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. 21.01 2024-cü il tarixdə saat 21 radələrində "Toyota Prıus" markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı binanın qarşısında saxlayıb evə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində isə avtomobilə yaxınlaşmışdır. Bu zaman avtomobilin qabaq sol qapısının şüşəsinin sındırılmış və avtomobilin içərisinin dağınıq vəziyyətdə olmasını görmüşdür. Avtomobilə baxış keçirən zaman ona məlum olmuşdur ki, avtomobilindən 120 manat pul oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində onun 120 manat pulu oğurlanmış, avtomobilin ön sol yan şüşəsinin sındırılması nəticəsində də ona 100 manat ziyan dəymişdir. Ümumilikdə isə ona 220 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində ailə üzvlərim ilə birlikdə yaşayır. İstifadəsində "Toyota Prıus" markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində avtomobili yaşadığı binanın yaxınlığında, küçədə saxlayıb evə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 06:20 radələrində isə avtomobilə yaxınlaşmışdır. Bu zaman avtomobilin qabaq sağ qapısının şüşəsinin sındırılmış və avtomobilin içərisinin dağınıq vəziyyətdə olmasını görmüşdür. Avtomobilə baxış keçirən zaman ona məlum olmuşdur ki, avtomobilindən 145 manat pul oğurlanmışdır.Baş vermiş oğurluq hadisəsi nəticəsində onun 145 manat pulu oğurlanmışdır. Avtomobilimin ön sağ yan şüşəsinin sındırılması nəticəsində də ona 100 manat ziyan dəymişdir. Ümumilikdə isə ona 245 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, ünvan 20 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. İstifadəsində “Toyota Prius” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Avtomobilini 23 yanvar 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı küçədə saxlamışdır. 24 yanvar 2024-cü il tarixdə, saat 08 radələrində işə getmək üçün avtomobilə əyləşmək istəyərkən avtomobilin ön sol yan şüşəsinin sındırıldığını və avtomobilində olan 110 manat pulun oğurlandığı ona məlum olmuşdur.Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində onun 110 manat pulu oğurlanmış, avtomobilinin ön sol yan şüşəsinin sınması nəticəsində 100 manatda ziyan dəymişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 210 manat maddi ziyan dəymişdir. Məhkəmə ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, ünvan 21 ünvanında ailə üzvlərim ilə birlikdə yaşayır. İstifadəsində “Toyota Prius” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Avtomobilini 23 yanvar 2024-cü il tarixdə yaşadığı küçədə saxlamışdır. 24 yanvar 2024-cü il tarixdə, saat 09 radələrində işə getmək üçün avtomobilə əyləşmək istəyərkə avtomobilin ön ol yan şüşəsinin sındırıldığını, avtomobilimdə olan bir ədəd 610 manat dəyərində “Samsung Galaxy A12” markalı mobil telefonun oğurlandığı ona məlum olmuşdur.Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 710 manat maddi ziyan dəymişdir. Belə ki, avtomobilindən bir ədəd 610 manat dəyərində “Samsung Galaxy A12” markalı mobil telefon oğurlanmış, avtomobilimin ön sol yan şüşəsinin sınması nəticəsində isə 100 manat ziyan dəymişdir. Məhkəmə ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, təxminən 6 ay olar ki, "xxxx" MMC-nin Sabirabad rayonu Qarağac kəndində yerləşən “Oba” market ərzaq mağazasında market müdiri vəzifəsində işləyir. O hər gün səhər 07 radələrində marketi açıb axşam saat 22:00-da bağlayır. 16 yanvar 2024-cü il tarixdə də axşam saat 22:00-da mağazanı bağlayıb evinə getmişdir. Həmin gecə saat təxminən 01 radələrində icarəyə götürdükləri obyektin sahibi Elvin ona zəng edərək mağazanın qapısının açıq olduğunu və işıqlarının yanmadığını bildirmişdir. O tez mağazaya getmiş, qapının qıfılın hər hansı bir əşya ilə açıldığını görmüşdür. Mağazaya daxil olduqda siqnalizasiyanın sındırılaraq yerə atıldığını görmüşdür. Bundan sonra mağazadan oğurluq olduğunu dəqiqləşdirmiş və bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Mağazada olan məhsulları siyahı üzrə yoxladıqda hər biri 4.50 manat olan 13 qutu “SOBRANİE CASTER WHİTE KİSS” markalı, hər biri 4.20 manat olan 12 qutu “KENT NANO 4” markalı, hər biri 4.50 manat olan 2 qutu “X8” markalı, hər biri 2.60 manat olan 9 qutu “VİCEROY N-SERİES SİLVER” markalı, hər biri 2.40 manat olan 8 qutu “BAKİ KS” markalı, hər biri 2.60 manat olan 12 qutu ”MAGNA NANO BLACK” markalı, hər biri 4.50 manat olan 4 qutu “SOBRANİE COMPACT BLUE” markalı, hər biri 3.60 manat olan 3 qutu “LD CLUB KSSS PLATİNUM” markalı, hər biri 4.50 manat olan 4 qutu “SOBRANİE KSSS BLUE” markalı, hər biri 3.40 manat olan 11 qutu “LD COMPACT WHİTE” markalı, hər biri 2.60 manat olan 13 qutu “KENO NANO ROYAL” markalı, hər biri 2.60 manat olan 9 qutu “MAGNA NANO SİLVER” markalı, hər biri 3.10 manat olan 6 qutu “PALL MALL NANO SİLVER” markalı, hər biri 3.10 manat olan 5 qutu “ROTHMANS SİLVER” markalı, hər biri 4 manat olan 8 qutu “WİNSTON XSTYLE COMPACT SİLVER" markalı, hər biri 4 manat olan 3 qutu “WİNSTON XS SİLVER” markalı, hər biri 4.20 manat olan 3 qutu “KENT 8” markalı, hər biri 4 manat olan 2 qutu “WİNSTON XSTYLE CASTER” markalı, hər biri 2.60 manat olan 2 qutu “KENO COMPACT BLUE” markalı, hər biri 3.10 manat olan 4 qutu “WİNCHESTER KSS SİLVER NAZİK” markalı siqaretləri və hər biri 3.30 manat olan 11 ədəd “RED BULL” markalı enerji içkilərinin oğurlandığı nəticədə mağazaya 485,70 manat ziyan dəydiyini müəyyən etmişdir. Bundan başqa mağazada siqaretlərin altında olan pul qabınında oğurlandığı ona məlum olmuşdur. Lakin pul qabında pul olmamışdır. Məhkəmə ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 16 ünvanında qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə ünvan 22 ünvanında yaşayır. Zərərçəkmiş şəxs3 onun oğludur. Oğlunun istifadəsində Khazar markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Zərərçəkmiş şəxs3 22 dekabr 2023-cü il tarixdə saat 04-05 radələrində Sabirabad rayonundan gəlib,avtomobili yaşadığı evin qarşısında saxlamıışdır. Saat 08 radələrində uşaqları məktəbə aparmaq üçün avtomobilə əyləşmək istəyəndə avtomobilin sağ yan şüşəsinin sındırıldığını və avtomobildən oğurluq hadisəsinin baş verdiyini görmüşdür. Bundan sonra oğlu bu barədə ona məlumat verdikdən sonra o da, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdur. Avtomobildən oğlu Şiraziyə məxsus bir ədəd “Nokia” markalı mobil telefon, içərisində 1000 manat pul, şəxsiyyət vəsiqəsi və bank kartları olan bir ədəd pul qabı oğurlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, bağlı fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********** nömrəli cinayət işi başlanmış, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 25 yanvar 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 25 yanvar 2024-cü il tarixdə, saat 11:10 dəqiqədə tutulmuşdur. - “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş və ********** saylı cinayət işinə birləşdirilərək istintaqı ********* nömrə altında davam etdirilmişdir. - “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********** saylı cinayət işi icraata qəbul edilmiş və ********** saylı cinayət işinə birləşdirilərək istintaqı ********* nömrə altında davam etdirilmişdir. - “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş və ********** saylı cinayət işinə birləşdirilərək istintaqı ********* nömrə altında davam etdirilmişdir. - “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********** saylı cinayət işi icraata qəbul edilmiş və ********** saylı cinayət işinə birləşdirilərək istintaqı ********* nömrə altında davam etdirilmişdir. - “Cinayət işinin başlanması və bir icraatda birləşdirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş və ********** saylı cinayət işinə birləşdirilərək istintaqı ********* nömrə altında davam etdirilmişdir. - “Materialın cinayət işi ilə bir icraatda birləşdirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, HK-1/432 saylı material ********** saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. - “Materialın cinayət işi ilə bir icraatda birləşdirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, HK-1/655 saylı material ********** saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. - “Materialın cinayət işi ilə bir icraatda birləşdirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, HK-1/750 saylı material ********** saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. - “Materialın cinayət işi ilə bir icraatda birləşdirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, HK-1/751 saylı material ********** saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. - “Materialın cinayət işi ilə bir icraatda birləşdirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, HK-1/761 saylı material ********** saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. - “Materialın cinayət işi ilə bir icraatda birləşdirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, HK-1/754 saylı material ********** saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. - “Materialın cinayət işi ilə bir icraatda birləşdirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, HK-1/856 saylı material ********** saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. - “Materialın cinayət işi ilə bir icraatda birləşdirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, HK-1/861 saylı material ********** saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. - “Materialın cinayət işi ilə bir icraatda birləşdirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, HK-1/863 saylı material ********** saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. - “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş və ********** saylı cinayət işinə birləşdirilərək istintaqı ********* nömrə altında davam etdirilmişdir. - “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş və ********** saylı cinayət işinə birləşdirilərək istintaqı ********* nömrə altında davam etdirilmişdir. - “Cinayət əməlinin tövsif olunması haqqında” 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********** saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən Həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - Abşeron rayon Məhkəməsinin 27 yanvar 2024-cü il tarixli, 4(012)-95/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. - “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş və ********** saylı cinayət işinə birləşdirilərək istintaqı ********* nömrə altında davam etdirilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi 19.02.204-cü il tarixdə məhkəməyə göndərilmişdir. - “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş və ********** saylı cinayət işinə birləşdirilərək istintaqı ********* nömrə altında davam etdirilmişdir. - Cinayət əməlinin tövsif olunması haqqında” 01 may 2024-cü il tarixli qərardan görünür ki, ********** saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsindən Həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. - “Sübutların qiymətləndirilməsi haqqında” 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, təqsirləndirilən şəxsin ifadəsi, ifadənin yerində yoxlanılması haqqında protokol, hadisə yerinə baxış keçirilməsi haqqında protokollar, maddi sübutlar sübut növü kimi qiymətləndirilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri, hadisə gününə aid olan videogörüntülər, əl barmaq izləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal və məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, Məhkumluq götürülmüş və ya ödənmişsə, hökmün giriş hissəsində əvvəlki məhkumluq barədə məlumat əks etdirilməməlidir. Məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsini, təqsirləndirilən şəxsin əvvəllər eyni əmələ görə dəfələrlə məhkum olunmasına baxmayaraq islah olunmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəza təyin edərkən cəzanın məqsədi nəzərə alınmalı şəxsin şəxsiyyəti, onun islah olunmağa meyilli olub olmaması qiymətləndirilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 40 iş saatın hər iş saatının 6 manatdan və 10 saatının hər iş saatının 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 350 manat məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 17 ədəd “Mister tum” markalı günəbaxan tumu, 5 ədəd “Crax”, 1 ədəd “Fiyonk” markalı yeyinti məhsulu, 10 ədəd “Want”, 8 ədəd “Maqna”, 6 ədəd “Kent4” markalı siqaret qutusu və 3 ədəd üzərində “servalat" yazılmış kolbasa saxlanması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd simsiz qulaqcıq və bir ədəd “Forrad” markalı qol saatı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs20 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış əl izləri cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcinin və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 350 (üç yüz əllli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar