Məhkəmə qərarları › İş №1(012)-285/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-285/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-285/2021 29.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Eçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx.xx.1996-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Masazır kəndi, Ş.Qurbanov küçəsində nömrəsiz evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə istintaqında baxaraq, MÜƏYYƏN ETDİ: 06.01.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,513 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli maddə kütləsi tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə- heroini və bir ədəd bükümdə təmiz çəkisi 0,545 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli kristal hissəciklərdən ibarət maddə tərkibinə görə psixotrop maddə-metamfetamini əldə edib Abşeron rayonu, Masazır kəndinə daşıyaraq üzərində saxlamış, 08 yanvar 2021-ci il tarixdə saat 23:30 radələrində Abşeron RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində epidemiya əleyhinə xüsusi karantin rejimi ilə bağlı yoxlama keçirilərkən yaşayış yerini tərk etmək üçün icazəsinin olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs özünü şübhəli aparmış, bundan sonra polis əməkdaşları onu Abşeron RPİ-nə gətirərək xidməti otaqların birində üzərinə video çəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindəki bir ədəd kibrit qutusunda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxil edilmiş həmin bir ədəd bükümdə təmiz çəkisi 0,513 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxil edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,545 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə tərkibinə görə psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir və 2 azyaşlı övladı vardır. Hazırda heç bir yerdə işləmir. Təxminən 1 ildir narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul edir. Bu səbəbdən də 06.01.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən 80 manat müqabilində şəffaf sellofan kəsiyinə bükülmüş bir büküm narkotik vasitə olan heroin və siqaretin gümüşü rəngli kağızı ilə bükülmüş bir büküm də psixotrop maddə olan metaffetamin alaraq həmin bükümləri bir kibrit qutusuna qoyub Masazır qəsəbəsinə qayıtmışdır. Həmin bükümlərdəki narkotik vasitəni və psixotrop maddəni özü istifadə edəcəyi üçün öz üzərində saxlamışdır. 08.01.2021-ci il tarixdə saat 23:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə hərəkət edərək yaşadığı evə doğru gedən zaman 3 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra polis əməkdaşları ondan adını və soyadını soruşaraq epidemiya əleyhinə xüsusi karantin rejimi ilə bağlı yaşayış yerini tərk etmək üçün icazəsinin olub-olmadığını soruşmuşlar. Həmin vaxt özündən asılı olmayaraq o. özünü şübhəli apararaq polislərin yanından aralaşıb getmək istəmişdir. Bundan sonra isə polis əməkdaşları onu bir daha sorğu-sual etməyə başlamışlar. Buna görə də o, üzərində qanunla dövriyyəsi qadağan olunan narkotik vasitə və psixotrop maddə olduğunu etiraf etmişdir. Həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğunu bildirmişlər. O, da heç bir etiraz etməmiş və onlarla birlikdə Abşeron RPİ-nə gəlmişdir. Abşeron RPİ-də xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, eləcə də polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etsin. Həmin vaxt o, 2 gün əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 80 manata alıb cibinə qoyduğu, içərisində 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş halda olan heroin və 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş halda metamfetamin olan kibrit qutusunu əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb stolun üstünə qoymuş və həmin kibrit qutusundakı 2 ədəd bükümlərin birində narkotik vasitə olan heroin, digərində isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin bükümlərdəki heroini və metamfetamini də 06.01.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 80 manata alaraq cibinə qoyduğunu bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən həmin bükümlər zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O, və polis əməkdaşları da zərfə və protokola imza etmişlər. Narkotik vasitə və psixotrop maddə aludəçisi olduğuna görə həmin narkotik vasitəni və psixotrop maddəni özü istifadə etmək üçün alaraq cibinə qoymuşdur. Həmçinin ona polis idarəsinə gətirildiyi zaman heç bir fiziki və psixi təsir göstərilməmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin PPXB-nin polis nəfəri vəsifəsində işləyir. 08.01.2021-ci il tarixdə saat 23:30 radələrində Abşeron RPİ-nin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3lə birlikdə 47-65 çağırışlı avtopatrulla Abşeron rayonu, Masazır qəsəbəsində xidmətdə olduqları zaman bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra həmin şəxsdən adını və soyadını soruşmuşlar. Həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra onlar Təqsirləndirilən şəxs epidemiya əleyhinə xüsusi karantin rejimi ilə bağlı yaşayış yerini tərk edə bilməsi üçün icazəsinin olub-olmadığını soruşmuşlar. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs özünü çox şübhəli aparmasının səbəbini soruşub ona üzərində narkotik vasitə olmasından şübhələndiklərini bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs olduqları yerdən qaçmaq istəsə də onun qaçmasına imkan verməmişlər. Sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu və hazırda da üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinə gətirmişlər və üzərinə şəxsi axtarış keçirilməsinə aidiyyatı üzrə göstəriş verilməsi üçün RPİ-nin rəisinə raportla müraciət etmişlər. Bundan sonra RPİ-nin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmçinin dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da könüllü olaraq əlini əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə salıb oradan bir ədəd kibrit qutusunu çıxarıb stolun üstünə qoyaraq içərisində bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş heroin və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə də metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusundakı bükümlərə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi həmin bükümlərin birində, yəni şəffaf sellofan kəsiyinə bükülmüş bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə və siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə də psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümdəki kütlə narkotik vasitə olan heroin, bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdəki kütlə isə psixotrop maddə olan metamfetamindir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki bükümdə olan narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da protokolda yazılanların doğru olduğunu öz imzası təsdiq etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin iki bükümdəki narkotik vasitəni və psixotrop maddəni 06.01.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən ümumilikdə 80 manata alıb həmin kibrit qutusuna qoyub özü istifadə edəcəyi məqsədilə öz üzərində saxlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 və Abşeron RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Alıyev X3 RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 09.01.2021-ci il tarixli, 6/100 saylı ekspert rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə, təmiz çəkisi 0,513 qram olan qəhvəyi rəngli maddə kütləsi tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitıə-heroindir. (qalıq 0,413 qram – 0,1 qram heroin tədqiqata sərf edilmişdir). Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasınır ərazisində dövrüyəsi qadağan edilən psixtrop maddələr»in siyahısına (siyahı İ) daxildir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,545 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə isə tərkibinə görə psixotrop maddəmetamfetamindir. (qalıq 0,445 qram – 0,1 qram metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” siyahısına daxildir. Ekspertiza tədqiqatının dəyəri 108,46 (bir yüz səkkiz qırx altı qəpik) manat təşkil edir. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 04.02.2021-ci il tarixli, 360 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “TİRYƏK” alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə videogörüntüyə vaxış keçirilmiş və qeyd olunan hallar təsdiqin tapmşdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 03.03.2021-ci il tarixli qərardan görünürki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,513 qram olan qəhvəyi rəngli maddə kütləsi tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,545 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə isə tərkibinə görə psixotrop maddəmetamfetamin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,413 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,445 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Abşeron RİHB Masazır Kənd İƏD tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Rəsulov X1 rayonu, Masazır kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29.05.2018-ci il təvəllüdlü bir azyaşlı övladı var. İş materiallarında olan 15.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində 29.05.2018-ci il təvəllüdlü bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını, təqsirləndirilən şəxsin yaşayış yerinin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 09.01.2021 il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10.01.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 10.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 09.01.2021-ci il tarixdən 10.01.2021-ci il tarixədək tutma altında saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, İş üzrə maddi sübut təqsirləndirilən şəxsin bir ədəd bükümdə təmiz çəkisi 0,413 qram narkotik vasitə-heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,445 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 108,46 (bir yüz səkkiz qırx altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli 29.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi malicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut təqsirləndirilən şəxsin bir ədəd bükümdə təmiz çəkisi 0,413 qram narkotik vasitə-heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,445 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti ver ilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar