Məhkəmə qərarları › İş №1(012)-285/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-285/2022

09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-285/2022 09.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, X2 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ibtidai təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, Abşeron rayonu, Mehdiabad qəsəbə ərazi dairəsi, Mehdiabad qəsəbəsi, F.İsmayılov küçəsi ev 4 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 aprel 2021 -ci il tarixdə saat 03:00 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs3 məxsus nömrəsiz yaşayış evinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs3 məxsus hər birinin dəyəri 40 manat, cəmi 360 manat dəyərində 9 ədəd su kranlarını, dəyəri 40 manat olan 1 ədəd drelini, 50 manat dəyərində 1 ədəd laqondanı, 50 manat dəyərində 1 ədəd elektrik ütünü, 200 manat dəyərində 1 ədəd su mühərriyini, 100 manat dəyərində 1 dəst elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 800 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2021 -ci ilin may ayının əvvəllərində saat 02 radələrində Zərərçəkmiş şəxs1 Elburus oğluna məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin plastik materialdan olan pəncərəsinin şüşəsini daşla sındırıb, həmin yerdən pəncərəni açaraq pəncərədən evə qanunsuz daxil olub, evin divarlarına bərkidilmiş 500 manat dəyərində 400 metr uzunluğunda elektrik naqilini dartıb yerindən çıxartmaqla gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2021-ci ilin may ayının 10-14 tarixləri arasında, saat 03 radələrində Abşeron rayonu Məmmədli kəndində yeni inşa edilmiş Zərərçəkmiş şəxs7 məxsus evin həyətindəki giriş qapısındakı kilidi sındırmaqla həyətə, oradan isə binaya qanunsuz daxil olub oradan 240 manat dəyərində 200 metr uzunluğunda elektrik naqilləri, 200 manat dəyərində 170 metr isti pol çəkmək üçün nəzərdə tutulan plastik boruları, 1 ədədi 14 manat olan 34 ədəd spot lampasını Zərərçəkmiş şəxs7 cəmi 916 manat dəyərində əmlakını, həmin evdə usta işləyən Zərərçəkmiş şəxs5 məxsus 300 manat dəyərində 1 ədəd elektrik generatoru, 1 ədədi 50 manata olan 2 ədəd dreli, 80 manat dəyərində olan 1 ədəd perepratoru və 50 manat dəyərində boru yapışdıran 1 ədəd ütünü, Kamal Nəzərərovun cəmi 530 manat dəyərində əmlakını gizli olaraq talayaraq, vahid niyyətlə zərərçəkıuişlər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 ümumilikdə 1446 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 15 may 2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən, Zərərçəkmiş şəxs6 məxsus yarımtikili binaya pəncərədən qanunsuz daxil olub oradan bir ədəd 200 manat dəyərində “Toyota Prius” markalı avtomobilə aid '‘val” , 1 ədəd 75 manat dəyərində “Toyota Prius" markalı avtomobilə aid “porşen çatun", 1 ədəd 410 manat dəyərində “BMV E 38" markalı avtomobilə aid “hidrousilitel", 1 ədəd 160 manat dəyərində “Toyota Prado" markalı avtomobilə aid kəmər tənzimləyici bloku, 2 ədəd ümumi dəyəri 220 manat olan “Mersedes E Class" markalı avtomobilə aid “ qolaltı ", ümumi dəyəri 35 manat olan “'Hyundai Accent" markalı avtomobilə aid 4 ədəd “nakladkanı" gizli olaraq talayıb talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 1100 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16 iyul 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 usta işlədiyi Abşeron rayonu, Məmmədli kəndində yerləşən obyektinin pəncərəsini sındıraraq qanunsuz içəri daxil olaraq obyektdən ona məxsus 180 manat dəyərində pereparatorıı, 35 manat dəyərində direli və 13 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 228 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 18 iyul 2021-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış evinə pəncərədən qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs4 məxsus 100 manat dəyərində “İphone 6" markalı mobil telefonu, ümumilikdə 70 manat dəyərində sarı metaldan bəzək əşyaları olan, cəmi 25 manat dəyərində 1 ədəd üzərində kulonu olan boyunbağı, 1 cüt sırğa, 1 ədəd üzükdən ibarət dəsti, cəmi 25 manat dəyərində 1 cüt qaşlı sırğa, 1 ədəd üzərində qaşlı kulon olan boyunbağı, 1 ədəd qaşlı üzükdən ibarət dəsti, 20 manat dəyərində 1 ədəd qolbağı və 400 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 570 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd etdiyi ünvanda yaşayır. Əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə azadlıqdan məhrum edilmiş, sonuncu dəfə 2019-cu ilin aprel ayında həbsdən azad olunmuşdur. Azadlıqda yaşadığı müddətdə Abşeron rayonu Mehdiabad və Məmmədli kəndləri ərazisində bir neçə evlərə daxil olaraq tikinti materialları oğurlayıb tanımadığı şəxslərə satmaqla əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Belə ki, 11 aprel 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsindəki evindən çıxıb, oğurluq etmək məqsədi ilə qəsəbədə gəzdiyi vaxt, 12 aprel 2021-ci il tarixdə saat 03 radələrində sonradan istintaq zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs3 məxsus evin işıqlarının yanmadığını gördükdə orada yaşayış olmadığını bilmiş və evdən oğurluq etmək qərarına gəlmişdir. Evin hasarından qalxıb həyətə, oradan isə evin birinci mərtəbəsinin pəncərəsində olan dəmir barmaqlığı özü ilə apardığı mismar çıxardanla qırmaqla plastik pənrəni açıb evə daxil olmuşdur. Evin 1 və 2-ci mərtəbələrindəki vanna otağında olan 9 ədəd su kranlarını, digər otaqlardan 1 ədəd direli, 1 ədəd laqonda, 1 ədəd elektrik ütü, 1 ədəd su mühərriki. 1 dəst elektrik naqillərini özü ilə apadığı kisəyə yığıb oğurlayaraq oradan aparıb Abşeron rayonu Mehdiabad qəbiristanlığında qəbir daşlarının arasında gizlətmiş, sonra yaşadığı evə getmişdir. Oğurladığı əşyaları 12 aprel 2021-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon bazarına tanımadığı marşrut avtobusu ilə aparmış və bazarda tanımadığı bir kişiyə hammısını 110 manata satmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Satdığı əşyaların oğurluq olduğunu deməmişdir. Bundan başqa 2021-ci ilin may ayının əvvəllərində, gecə saat 02 radələrində oğurluq etmək məqsədilə Mehdiabad qəsəbəsində, sonradan istintaq zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs1 Elburus oğluna məxsus yeni inşa edilmiş evin arxa tərəfində yerləşən zirzəminin plastik pəncərəsinin şüşəsini daşla sındırmaqla pəncərəni açıb zirzəmiyə daxil olmuşdur.Ev yeni inşa edildiyindən tam təmir edilməmişdir. Evin divarlarına elektirik naqilləri çəkilmiş, lakin suvanmamışdı. Divarlardakı həmin 400 metr uzunluğunda olan elektirik naqilləri dartıb qopararaq oradan götürdüyü sellofan torbaya yığmış və daxil olduğu pəncərədən çıxarıb aparmaqla oğurlamış, aparıb Mehdiabad qəbirstanlığındakı qəbir daşların arasında gizlədib saxlamış və oradan evinə getmişdir. Həmin tarixdə səhər tezdən elektrik naqillərini gizlətdiyi yerdən götürüb yoldan keçən tanımadığı taksi ilə Nəsimi rayonu, 3-cii mikrorayon bazarına aparıb tanımadığı kişiyə 110 manata satmış və qazandığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2021-ci ilin 10-14 may tarixləri arasında gecə vaxtı oğurluq etmək məqsədilə Abşeron rayonu Məmmədli kəndində münasib ev axtardığı vaxt sonradan istintaq zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs7 məxsus yeni tikilmiş evdə işıq yanmadığını gördükdə, orada yaşayış olmadığını bilmiş, buna görə saat 03 radələrində evin həyətindəki dəmir qapısındakı qıfılı özü ilə apardığı mıxşıxardan ilə qıraraq, oradan həyətə daxil olmuşdur. Həyətdəki təmir işləri aparılan evə daxil olmuş və evdə gördüyü təxminən 200 metr uzunluğunda elektrik naqili, isti pol çəkmək üçün olan şlankı, 34 ədəd sport lampasın, 1 ədəd elektrik generatoru, 2 ədəd işlənmiş direli, 1 ədəd perapratoru, 1 ədəd plastik horıı yapışdıran ütünü oradan götürdüyü kisələrə yığaraq, qapıdan çıxartmaqla oğurlamışdır. Oğurladığım həmin əşyaları səhər açıldıqda yoldan keçən tanımadığı taksi ilə Sumqayıtda işlənmiş məişət əşyaların satıldığı bazara aparmış və orada onların hammısım tanımadığı bir kişiyə 300 manata satmış, pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Satdığı əşyaların oğurluq olduğunu deməmişdir. Bundan başqa 16 may 2021ci il tarixdə saat 02 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən yarımtikili evə pəncərədən daxil olub, oradan 1 ədəd “val” , 1 ədəd "porşen şatun”, 1 ədəd "hidriusliter", 1 ədəd kəmər təmzimləyici bloku, 2 ədəd “alt qolu”, 4 ədəd "nakladka”-nı oğurlamış və avtomobilə aid oğurladığı həmin ehtiyyat hissələri tanımadığı şəxsə 200 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurluq etdiyi yerləri polis əməkdaşlarına göstərmişdir, həmin oğurluqları tək etmişə və etdiyi oğurluqlar barədə heç kimə deməmişdir. Bundan başqa 16 iyul 2021-ci il tarixdə, gecə saat 02 radələrində Abşeron rayonu, Məmmədi kəndində yolun kənarında gördüyü obyektin pəncərəsini daşla sındırıb, pəncərəni açaraq obyektə daxil olmuş və orada gördüyü sonradan istintaq zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd preparator, lədəd direl və elektrik naqillərini oğurlamış və onları aparıb Mehdiabad qəbirstanlığındakı qəbir daşların arasında gizlədərək, evinə getmişdir. Həmin tarixdə səhər tezdən oğurladığı əşyaları gizlətdiyi yerdən götürüb yoldan keçən tanımadığı taksi ilə Nəsimi rayonu, 3-cti mikrorayon bazarına aparıb tanımadığın kişiyə 150 manata satmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Onların oğurluq olduğunu müştəriyə deməmiş, özümə məxsus olduğunu, pula ehtiyacı olduğundan satdığını demişdir. Bundan başqa 18 iyul 2021-ci il tarixdə, gecə saat 03 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi Ş.Qurbanov küçəsində sonradan istintaq zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs4 məxsus evdə işıq yanmadığını gördükdə, orada yaşayan olmadığını bilmiş, buna görə evin həyətinə hasarım üstündən qalxıb həyətə daxil olmuşdur. Həyətdə gördüyü həmin evin birinci mərtəbəsindəki plastikdən olan pəncərəni özü ilə apardığı mıxçıxardanla açaıb evə daxil olmuş, evdəki otaqların birində olan 400 manat pulu, 1 ədəd “İphonc 6" markalı mobil telefon, bir neçə bəzəkli gümüş dəstləri götürməklə, oğurlamış və evə daxil olduğu yerdən çıxaraq yaşadığı evə getmişdir. Həmin tarixdə saat 11: 30 radələrində həmin əşyaları Bakı şəhəri Nəsimi rayonu, 3-cti mikrorayon bazarına aparmış və tanımadığı bir kişiyə 150 manata satmış, pulu şəxsi ehtiyaclarıma xərcləmişdir. Oğurluq etdiyi yerləri polis əməkdaşlarına göstərmiş, oğurluqları tək etmiş və oğurluqlar barədə heç kimə deməmişdir. Oğurluq edərkən istifadə etdiyi mıxçıxardanı, sonuncu oğurluqdan sonra Mehdiabad qəsəbəsində xatırlamadığı yerdə atmışdır. Oğurladığı əşyaları satdığı şəxslərin əlamətləri yadında deyil, onları görsə tanıya bilməyəcəyini, bildirmişdir. Hazırda əməlindən peşmandır yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda yaşayır. Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən iki mərtəbəli tikili ticarət obyektində iyul ayının 1dən 17 iyul 2021-ci il tarixə kimi usta işləmişdir. 15 iyul 2021-ci il tarixdə saat 19 radələrində işini yekunlaşdırıb obyektdən çıxmışdır. 16 iyul 2021-ci il tarixdə saat 10 radələrində işə gələn zaman obyektin birinci mərtəbəsində pəncərənin sındırıldığını və açıq vəziyyətdə olmasını görmüş, obyektin içərisindən ona məxsus 35 manat dəyərində direlin, 180 manat dəyərində preforatorun və 13 manat dəyərində 26 metr mis kabelin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 228 manat ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir.Şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 oğlıı ifadəsində göstərmişdir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində ona və ailəsinə məxsus həyət evi vardı. 13 iyul 2021-ci il tarixdə səhər saatlarında ailəsi ilə birlikdə Ağdam rayonuna qonaq getmişlər. 20 iyul 2021-ci il tarixdə saat 16 radələrində evinə qayıtmış, yataq otağının plastikdən olan pəncərəsinin açıq olduğunu görüb evə daxil olmuşdur. Evdən 100 manat dəyərində “İphone 6” markalı mobil telefonu, 300 manat dəyərində gümüş dəstinin və 400 manat pulun oğurlandığını aşkar etmişdir. Oğurluq barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir.Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda yaşayır. Abşeron rayonu Məmmədli kəndində tikdirdiyi bağ evi təmir olunmadığına görə, orada yaşayış yoxdur. Həmin tikdirdiyi bağ evində 14 aprel 2021-ci il tarixdə olduğu vaxt evdəki əşyaları evdə görmüşdür. Lakin 14 may 2021-ci il tarixdə saat 12 radələrində evə baxmağa gəlmiş və həyətdəki dəmir qapının kilidinin açıldığını, evdən isə 240 manat dəyərində 200 metr uzunluğunda elektrik naqilin, 200 manat dəyərində 170 metr uzunluğunda isti pol çəkmək üçün şlank, 1 ədədi 14 manat olan 34 ədəd sport lampasın oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 916 manat maddi ziyan dəymişdir. Bundan başqa evindən Kamal adlı ustaya məxsus 300 manat dəyərində 1 ədəd generator, 1 ədədi 50 manat olan 2 ədəd direl, 80 manat dəyərində 1 ədəd peraprator, 50 manat dəyərində boru yapışdıran, 1 ədəd ütü oğurlanmışdır. Dəymiş ziyanın ödənilməsini tələb edir.Şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu Məmmədli kəndində Eynulla adlı şəxsin sifarişi ilə yeni tikili olan evində təmir işlərinə başlamışdır. Təmir işləri apardığı həmin evə sonuncu dəfə 14 aprel 2021-ci il tarixdə özünə məxsus olan əmək alətlərini qoymuş, 14 may 2021-ci il tarixdə, saat 12 radələrində evdən oğurluq olduğunu cv sahibi Eynulla ona xəbər vermişdir. Həmin evə gedib əmək alətlərini yoxladıqda oradan ona məxsus 300 manat dəyərində 1 ədəd elektrik generatoru, 1 ədədi 50 manata olan 2 ədəd direl, 80 manat dəyərində olan 1 ədəd peraprator, 50 manat dəyərində boru yapışdıran 1 ədəd ütünün oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 530 manat maddi ziyan dəymişdir. Ev sahibi Eynullaya məxsus təmir işləri ilə əlaqədar aldığı müəyyən əşyalar da oradan oğurlanmışdır. Dəymiş ziyanın ödənilməsini tələb edir.Şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yeni yaşayış massivi adlanan yerdə torpaq sahəsi götürüb özünə ev tikmiş, ev tam təmirli olmadığından orada yaşayış olmamışdır. 2021-ci ilin aprel ayının axırlarında evin elektirik naqillərini tam çəkib qurtarmış, pulu qurtardığına görə təmir işlərin müvəqqəti dayandırmışdır. Sonra evin dəmir qapısını bağlayıb yaşadığı evinə getmişdir, işləri ilə əlaqədar olaraq bir neçə ay həmin evinə gedib baxa bilməmişdir. 15 avqust 2021-ci il tarixdə, saat 10 radələrində evinə gedib baxanda evin arxa tərəfindəki zirzəminin plastik materialdan olan pəncərəsinin şüşəsinin sındırılmış və pəncərənin açılaraq evindən divarlara çəkdirdiyi naqillərin dartıb yerindən qopararaq oğurlandığını aşkar etmişdir. Evindən oğurlanmış 400 matr uzunluğundakı naqillərin bir metri 1,25 manat olmaqla, ümumilikdə 500 manata almışdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, ünvan 6 ünvanda yaşamasına baxmayaraq, Abşeron rayonu Mchdiabad qəsəbəsi yeni məhəllədə özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş, orada təmir işləri başa çatmadığı üçün evdə yaşayış olmamışdır. 11 aprel 2021-ci il tarixdə, saat 14 radələrində ustanın işi həmin evdə bitdikdən sonra qapını bağlayıb evdən çıxmışdır. Həmin vaxta qədər evdən heç bir oğurluq hadisəsi baş verməmişdir. 12 aprel 2021-ci il tarixdə, saat 09 radələrində evə gələn zaman, evin 1-ci mərtəbəsinin arxa pəncərəsinin dəmir barmaqlığının sındırıldığını, plastik pəncərənin açıq olduğunu aşkar etmişdir. Evə daxil olub baxdıqda birinci və ikinci mərtəbədə olan vanna otağından 9 ədəd, hər birinin qiyməti 40 manat olan su kranlarının, digər otaqlardan 1 ədəd 40 manat dəyərində direl aparatın, 1 ədəd 50 manat dəyərində laqonda aparatın, 1 ədəd 50 manat dəyərində elektrik ütünün, 1 ədəd 200 manat dəyərində su mtihərrəkin, 1 dəst 100 manat dəyərində elektrik naqillərin oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 800 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs6 elan olunmuş ifadəsindən görünür ki, anket məlumatında qeyd etdiyi ünvanda yaşayır. Abşeron rayonu Mehdiabad qəsəbəsi, yeni məhəllədə inşa edilmiş 2 mərtəbəli, 7 otaqdan ibarət evi tam təmir olunmamışdır. Avtomobil ustası olduğu üçün, xarici dövlətlərdə istehsal olunmuş avtomobillərin ehtiyyat hissələrini həmin evində saxlamışdır. 15 may 2021-ci il tarixdən 16 may 2021-ci il tarixə keçən gecə naməlum şəxs evin pəncərəsini açaraq evin birinci mərtəbəsinə daxil olmuş, orada saxladığı 1100 manat dəyərində avtomobillər üçün ehtiyyat hissələri olan 1 ədəd ‘Toyota Prius” markalı avtomobilə aid TaT , 1 ədəd "Toyota Prius" markalı avtomobilə aid "porşen çatun", 1 ədəd "BMW E 38" markalı avtomobilə aid “hidriııslitcr", 1 ədəd “Toyota Prado" markalı avtomobilə aid kəmər təmzimləyiei blok, 2 ədəd “Mersedes E Class” markalı avtomobilə aid “alt qolu”, “Hyundai Accent" markalı avtomobilə aid 4 ədəd “nakladka”-nın oğurlandığını aşkar etmişdir.Oğurluq barədə Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsi tutma haqqında xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri ilə seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli tələbnamədən görünür ki, o, HDQ Hərbi Tribunalın xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 242-ci maddənin A bəndi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.1997-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli amnistiya qərarının 1.3 maddəsinə əsasən azad edilmişdir. ACDİU Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə CM-nin 29, 120.1, 192-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 228.1, 232.2.1 və 232.2.2-ci maddələri ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəza çəkmə müəssəsində çəkməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2018-ci ildə Bakı Apellyasiyya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Binəqədi rayon Məhkəməsinin qərarı dəyişdirilmiş və cəzası 07 ilə endirilmişdir. xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. İş üzrə təyin edilmiş “X3" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 25 saylı rəydən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd üzərində kulonu olan boyunbağı, 1 cüt sırğa, 1 ədəd üzükdən ibarət dəst, 1 cüt qaşlı sırğa, 1 ədəd üzərində qaşlı kulon olan boyunbağı, 1 ədəd qaşlı üzükdən ibarət dəst və 1 ədəd qolbaqın hadisənin baş verdiyi 18 iyul 2021-ci il tarixə ümumi dəyəri 70.0 manat məbləğində müəyyən edilir. Bəzək əşyaların ayrı-ayrılıqda orta bazar qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir.Həmin bəzək əşyaların üzərində qızıl zinət əşyalarına aid heç bir əyyar (ştamp) aşkar edmədiyini və bəzi yerlərində rəngin getməsi halların olduğunu nəzərə alaraq, həmin bəzək əşyalarınin qızıl zinət əşyaları olmadığı müəyyən edildi. İş üzrə təyin edilmiş “X3" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 25/1 saylı rəydən görünür ki. ekspertizaya təqdim edilmiş 1 ədəd 1 ədəd “Toyota Prius" markalı avtomobilə aid "val" , 1 ədəd “Toyota Prius" markalı avtomobilə aid “porşen şatun", 1 ədəd “BMW E 38” markalı avtomobilə aid “hidrousilitel”, 1 ədəd “Toyota Prado" markalı avtomobilə aid kəmər təmzimləyici blok, 2 ədəd “Mersedes E Class” markalı avtomobilə aid “alt qolu", “Hyundai Accent" markalı avtomobilə aid 4 ədəd “nakladka" nın, işlənmə dərəcələri nəzərə alınmaqla, hadisənin baş verdiyi 16 may 2021-ci il tarixə ümumi dəyəri 1095 manat məbləğində müəyyən edilir. Avtomobilin ehtiyat hissələrinin ayrı-ayrılıqda orta bazar qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. İş üzrə maddi sübut əhəmiyyətinə malik olan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyaların, oğurluq edərkən istifadə etdiyi mıxçıxardanın aşkar edilməsinin mümkün olmadığı nəzərə alınmışdır. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs6 məxsus 1 ədəd 200 manat dəyərində “Toyota Prius” markalı avtomobilə aid “val” , 1 ədəd 75 manat dəyərində “Toyota Prius” markalı avtomobilə aid “porşen şatun”, 1 ədəd 410 manat dəyərində “BMW E 38” markalı avtomobilə aid “hidriusliter”, 1 ədəd 160 manat dəyərində “Toyota Prado” markalı avtomobilə aid kəmər təmzimləyici blok, 2 ədəd ümumi dəyəri 220 manat olan “Mersedes E Class” markalı avtomobilə aid “alt qolu”, ümumi dəyəri 35 manat olan “Hyundai Accent” markalı avtomobilə aid 4 ədəd “nakladka” Abşeron RPİ-də saxlanılır. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 70 manat dəyərində sarı metaldan bəzək əşyaları olan 1 ədəd üzərində kulonu olan boyunbağı, 1 cüt sırğa, 1 ədəd üzükdən ibarət dəst, 1 cüt qaşlı sırğa, 1 ədəd üzərində qaşlı kulon olan boyunbağı, 1 ədəd qaşlı üzükdən ibarət dəst və 1 ədəd qolbaq Abşeron RPİ-də saxlanılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin, yəni yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-də saxlanılan 1 ədəd “Toyota Prius" markalı avtomobilə aid "val" , 1 ədəd “Toyota Prius" markalı avtomobilə aid “porşen şatun", 1 ədəd “BMW E 38” markalı avtomobilə aid “hidrousilitel”, 1 ədəd “Toyota Prado" markalı avtomobilə aid kəmər təmzimləyici blok, 2 ədəd “Mersedes E Class” markalı avtomobilə aid “alt qolu", “Hyundai Accent" markalı avtomobilə aid 4 ədəd “nakladka" Zərərçəkmiş şəxs6 qaytarılmalıdır. İş üzrə maddi sübut olan Abşeron RPİ-də saxlanılan ümumilikdə 70 manat dəyərində sarı metaldan bəzək əşyaları olan 1 ədəd üzərində kulonu olan boyunbağı, 1 cüt sırğa, 1 ədəd üzükdən ibarət dəst, 1 cüt qaşlı sırğa, 1 ədəd üzərində qaşlı kulon olan boyunbağı, 1 ədəd qaşlı üzükdən ibarət dəst və 1 ədəd qolbağın Zərərçəkmiş şəxs4 qaytarılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 1 ədəd “Toyota Prius" markalı avtomobilə aid "val" , 1 ədəd “Toyota Prius" markalı avtomobilə aid “porşen şatun", 1 ədəd “BMW E 38” markalı avtomobilə aid “hidrousilitel”, 1 ədəd “Toyota Prado" markalı avtomobilə aid kəmər təmzimləyici blok, 2 ədəd “Mersedes E Class” markalı avtomobilə aid “alt qolu", “Hyundai Accent" markalı avtomobilə aid 4 ədəd “nakladka" Zərərçəkmiş şəxs6 qaytarılsın. İş üzrə maddi sübut olan Abşeron RPİ-də saxlanılan Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 70 manat dəyərində sarı metaldan bəzək əşyaları olan 1 ədəd üzərində kulonu olan boyunbağı, 1 cüt sırğa, 1 ədəd üzükdən ibarət dəst, 1 cüt qaşlı sırğa, 1 ədəd üzərində qaşlı kulon olan boyunbağı, 1 ədəd qaşlı üzükdən ibarət dəst və 1 ədəd qolbağın Zərərçəkmiş şəxs4 qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar