Məhkəmə qərarları › İş №1(012)-285/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-285/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-285/2024 06.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 oktyabr 2020-ci il tarixdən başlayaraq övladları 19 mart 2012-ci il təvəllüdlü X2, 13 aprel 2014-cü il təvəllüdlü X3 və 24 oktyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, bir uşağa 140,00 manat olmaqla, üç uşağa cəmi 420,00 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 fevral 2021 -ci il tarixli, 2(012)-766/2021 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 28 iyul 2022-ci il tarixli, 3(012)- 1205/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsinə əsasən təqsirli bilinərək 12 (on iki) gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 07 sentyabr 2022-ci il, 10 aprel 2023-cü il, 16 iyun 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 21 iyul 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 13860,00 manat aliment borcunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, qeyri-rəsmi sürücü işləyərək fərdi əmək fəaliyyəti ilə məşğul olur, aylıq gəliri 800,00 manat təşkil edir.Zərərçəkmiş şəxs ilə 2011 -ci ildə evlənmiş, birgə nikahlarından X5, X6 və X4 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2020-ci ildə Zərərçəkmiş şəxs ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Abşeron Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 16 fevral 2021-ci il tarixli, 2(012)-766/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş və övladları sonuncunun himayəsinə verilərək əvvəli 14 oktyabr 2020-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 140,00 manat olmaqla, üç uşağa cəmi 420,00 manat sabit pul məbləğində aliment ondan tutularaq 19 mart 2012-ci il təvəllüdlü Nuray Əlizadənin, 13 aprel 2014-cü il təvəllüdlü Aynur Əlizadənin və 24 oktyabr 2019-cu il təvəllüdlü Yağmur Əlizadənin yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Abşeron rayon icra və probasiya şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 28 iyul 2022-ci il tarixli, 3(012)-1205/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinə əsasən təqsirli bilinərək 12 (on iki) gün müddətində inzibati həbs edilmiş, bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması, dəymiş ziyanın ödənilməsi ilə əlaqədar, cinayət işinə xitam verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2011-ci ildə evlənmiş, birgə nikahlarından X5, X6 və X4 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2020-ci ildə ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Abşeron Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 16 fevral 2021-ci il tarixli, 2(012)-766/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş, həmin vaxdan övladları onun himayəsinə verildiyi üçün əvvəli 14 oktyabr 2020-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 140,00 manat, üç uşağa cəmi 420,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 19 mart 2012-ci il təvəllüdlü N.Əlizadənin, 13 aprel 2014-cü il təvəllüdlü A.Əlizadənin və 24 oktyabr 2019-cu il təvəllüdlü Y.Əlizadənin yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Abşeron rayon icra və probasiya şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 28 iyul 2022-ci il tarixli, 3(012)- 1205/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 12 (on iki) gün müddətində inzibati həbs edilmiş, icra məmuru alimenti ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməməklə məhkəmə aktının icrasından qərəzli olaraq yayınmışdır.Hazırda təqsirləndirilən şəxslə barışmışlar, ailə münasibətləri bərpa olunub, ona qarşı şikayəti, tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, dəymiş ziyan ödənilmişdir. Cinayət işinə xitam verilməsini xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, əvvəli 14 oktyabr 2020-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 140,00 manat, üç uşağa cəmi 420,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 19 mart 2012-ci il təvəllüdlü X2, 13 aprel 2014-cü il təvəllüdlü X3 və 24 oktyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 fevral 2021-ci il tarixli, 2(012)-766/2021 saylı qətnaməsi icra edilməsi üçün Abşeron rayon icra və probasiya şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 28 iyul 2022-ci il tarixli, 3(012)-1205/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 12 (on iki) gün müddətində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətsizliyini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron rayon İcra və Probasiya şöbəsinin İcra idarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. İş materiallarında olan 14 may 2021-ci il, 21 iyun 2021-ci il, 07 sentyabr 2022-ci il, 10 aprel 2023-cü il, 16 iyun 2023-cü il tarixli xəbərdarlıqlardan, həmçinin Abşeron Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 3(012)-1205/2022 saylı qərarından, eyni zamanda digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən həmin məhkəmənin qanuni qüvvədə olan 16 fevral 2021-ci il tarixli, 2(012)-766/2021 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş 31 avqust 2023-cü il tarixli tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən edilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 306.1-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə həmin maddənin qeydinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və icraata xitam verilsin . Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar