Məhkəmə qərarları › İş №1(012)-285/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-285/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-285/2025 19.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X11 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi Şahid, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə istintaqında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs himayəsində köməksiz vəziyyətində olan onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs1 və xx.xx.2019-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs2 birgə yaşadıqları ünvan 2-da müxtəlif vaxtlarda bədənlərinin ayrı-ayrı nahiyələrinə əllə və tərliklə vurmaqla mütəmadi olaraq döymüş, sonuncu dəfə 03 yanvar 2024-cti il tarixdə, saat 16 radələrində həmin ünvanda iki azyaşlı uşaqları onu əsəbləşdirdiklərini əsas gətirərək, metal xörək qaşığını qaz sobasında qızdırıb Zərərçəkmiş şəxs1 sağ əlini yandırmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid 2-ci dərəcəli termiki yanıq xəsarətinə uyğun olan sol əlin arxa səthinin çapıq toxuması xəsarətini, Zərərçəkmiş şəxs2 isə sol əlini yandırmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid 2-ci dərəcəli texniki yanıq xəsarətinə uyğun olan sol əlin arxa səthinin çapıq toxuması xəsarətini yetirərək güclü fiziki ağrı və psixi iztirab ilə müşayiət olunan əzab vermə cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən “Vəfa” gözəllik salonunda dırnaq ustası işləyir. Şahid ilə 2016-cı il tarixdə evlənmiş və onların birgə evliliklərindən 2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və 2019-cu il təvəllüdlü Əsmanur Alipaşayeva adlı iki övladı vardır. Lakin Şahidlə xasiyyətləri uyğun gəlmədiyindən sonuncu ilə tez-tez mübahisə edirmişlər. Bu səbəbdən də 2021-ci ilin iyul ayında Şahid ilə boşanmışlar. Onlar boşandıqdan sonra uşaqlar onun himayəsində qalmışdır. Lakin həftədə bir dəfə Ruslan uşaqları görməyə gəlir və onlar uşaqlara görə həmin ərəfədə mobil telefon vasitəsilə danışırmışlar. Ruslan uşaqları görməyə gələndə də aralarında mübahisələr yaranırmış. 03 yanvar 2024-cü il tarixdə uşaqları ilə evdə olan zaman Alimran və Əsmanur bir-birləri ilə dalaşdığından o sonunculara bir neçə dəfə acıqlandıqdan sonra uşaqlar onun acıqlanmağına əhəmiyyət verməyərək yenidən dalaşmağa davam etmişlər. O da həmin vaxt yemək bişirirmiş və əsəbləşdiyi üçün metaldan olan xörək qaşığını qazda qızdırıb əvvəlcə oğlu Alimran Alipaşayevin, daha sonra isə Əsmanur Alipaşayevanın əlinə bir dəfə basmışdır. Alimran və Əsmanur ağlamış və o da sonuncularla birlikdə ağlamışdır. Daha sonra isə uşaqların əlinə dərman vurmuşdur. 05 yanvar 2024-cü il tarixdə qızı Əsmanurun doğum günü olduğundan həmin tarixdə Ruslan qızı ilə görüşüb hədiyyə verməli olduğu üçün 04 yanvar 2024-cü il tarixdə bu barədə Ruslana demişdir. O, Ruslana əsəbləşdiyi üçün uşaqların əlini yandırdığını demiş, Ruslan isə ona uşaqlara dərman alacağını bildirib, ondan uşaqların əlinin şəklini göndərməyi istəmişdir. O da uşaqların əllərinin şəklini çəkib Ruslana göndərmişdir. Uşaqlar öz aralarında mübahisə edib dalaşan zaman o da uşaqları sakitləşdirməyə çalışır, lakin uşaqlar onun tutduğu irada əhəmiyyət vermədikləri zaman, eləcə də, başqa səbəblərdən onu əsəbləşdirdikləri hallarda o uşaqlarını əli ilə vurur. Etdiyi hərəkətə görə peşmandır. Ruslanla sevib ailə qursa da, evli olduqları müddətdə sonuncunun ona yaşatdıqlarından sonra əsəb sistemində pozuntular yarandığından belə bir hal baş vermişdir. Əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, ünvan 2 ünvanında anası Təqsirləndirilən şəxs, nənəsi Gülxarə İsmayılova və bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. Bakı şəhəri, Nəsimi rayonu, 240 nömrəli tam orta məktəbin 1-ci sinfində oxuyur. Anası Təqsirləndirilən şəxs, atası Şahiddir. Atası onlarla birlikdə yaşamır. Onlar birlikdə yaşamasalar da da həftəsonları o və bacısı atası ilə görüşür və birlikdə vaxt keçirdikdən sonra atası yenə onları anasına təhvil verir. Bacısı Əsmanur ilə evdə dalaşırlar və dalaşdıqlarına görə anası onlara əsəbləşir. Əsəbləşdiyi zaman isə bəzi hallarda onu da, bacısını da əli ilə qollarından, bədənlərindən və əllərindən vurur. 03 yanvar 2024-cü il tarixdə də bacısı Əsmanur ilə evdə dalaşdıqları üçün anası onlara əsəbləşmiş və qaşığı qaz sobasında qızdırıb əvvəlcə onun sağ əlinin üstünə, daha sonra isə bacısı Əsmanurun sol əlinin üstünə bir dəfə basaraq yandırmışdır. Anası onların əlini yandıranda evdə onlardan başqa heç kim olmamışdır. Anasından şikayəti yoxdur, anası ilə birlikdə yaşayır, anası ona bu hadisədən sonra pis davranmamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, ünvan 2 ünvanında anası Təqsirləndirilən şəxs, nənəsi Gülxarə İsmayılova və qardaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşayır. Anası Təqsirləndirilən şəxs, atası Şahiddir. Atası onlarla birlikdə yaşamır. Onlar birlikdə yaşamasalar da da həftəsonları qardaşı və o atası ilə görüşür və birlikdə vaxt keçirdikdən sonra atası yenə onları anasına təhvil verir. Qardaşı Alimran ilə evdə bir-birləri ilə dalaşırlar və dalaşdıqlarına görə anası onlara əsəbləşir. Əsəbləşdiyi zaman isə bəzi hallarda onu da, qardaşını da əli ilə qollarından, bədənlərindən və əllərindən vurur. 03 yanvar 2024-cü il tarixdə də qardaşı Alimran ilə evdə dalaşdıqları üçün anası onlara əsəbləşmiş və qaşığı qaz sobasında qızdırıb əvvəlcə qardaşı Alimranın sağ əlinin üstünə, daha sonra isə onun sol əlinin üstünə bir dəfə basaraq yandırmışdır. Anası onların əlini yandıranda evdə onlardan başqa heç kim olmamışdır. Anasından şikayəti yoxdur, anası ilə birlikdə yaşayır, anası ona bu hadisədən sonra pis davranmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2016-cı il tarixində evlənmiş və onların birgə evliliklərindən 2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və 2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 adlı iki övladı var. Təqsirləndirilən şəxs ilə xasiyyətləri uyğun gəlmədiyindən sonuncu ilə tez-tez mübahisə etmişdir. Bu səbəbdən də 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ilə boşanmışlar. Onlar boşandıqdan sonra uşaqlar Təqsirləndirilən şəxs himayəsində qalsa da, həftənin şənbə günləri o uşaqlarla görüşür və onlar həmin gün onunla vaxt keçirdirlər. 04 yanvar 2024-cü il tarixdə Arzu ona zəng edib söz deyəcəyini bildirmiş, etdiyi hərəkətə görə peşman olduğunu demişdir. O sonuncudan nə baş verdiyini soruşduqda Arzu 03 yanvar 2024-cü il tarixdə yaşadığı ünvan 2 ünvanında olduğu zaman uşaqların onu əsəbləşdirdiyini və bu səbəbdən metaldan olan xörək qaşığını sobada qızdırıb Alimran və Əsmanurunun əllərini yandırdığını demişdir. O Arzudan uşaqların əlinin şəkillərini çəkib göndərməsini istəmiş və Arzu da uşaqların əlinin yanan hissələrinin şəkillərini çəkib ona göndərmişdir. O da Arzunun bu hərəkətindən əsəbləşib həmin tarixdə, yəni 04 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və ərizə ilə Abşeron rayon polis idarəsinə müraciət etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: -Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya” X10 xx.xx.2024-cü il tarixli 348 nömrəli ekspert rəyindən görünür ki, 2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət- sağ əlin arxa səthinin çapıq toxuması, keçmişdəki 2-ci dərəcəli yanıq xəsarətinə uyğun olub, yüksək hərarətin yerli təsirindən yaranmasına xarakterikdir, müddəti müayinədən 2-3 aya qədər olan zaman kəsiyinə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya” X10 xx.xx.2024-cü il tarixli 347 nömrəli ekspert rəyindən görünür ki, 2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət- sol əlin arxa səthinin çapıq toxuması, keçmişdəki 2-ci dərəcəli termiki yanıq xəsarətinə uyğun olub, yüksək hərarətin yerli təsirindən yaranmasına xarakterikdir, müddəti müayinədən 2-3 aya qədər olan zaman kəsiyinə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli 920 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs himayəsində olan azyaşlı övladlarının əlinə xəsarət yetirən zaman törətdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. -Cinayət əməlinin tövsif olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 133.2.1 və 133.2.4-cü maddələrinə tövsif edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. -xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 1363/2021 saylı qətnaməsindən görünür ki, Şahid ilə X7 arasında 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində 14 oktyabr 2018-ci il tarixli 2836 nömrəli akt qeyd ilə bağlanmış nikah pozulmuş, xx xxxx 2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx xxxxxx 2019-cu il təvəllüdlü X4 anası X5 yanında saxlanılmış, Şahid xx xxxx 2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx xxxxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulub X6 verilməsi, Şahid xx xxxxxx 2019-cu il təvəllüdlü X2 üç yaşınadək, yəni 05 yanvar 2022-ci il tarixə kimi hər ay 20 manat tutulub X6 verilməsi qət edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, zərərçəkmiş şəxslərin qanuni nümayəndəsinin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə tərəfindən CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağın olması, əməlindən səmimi peşman olmasını və şəhid ailə üzvü olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edildi. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, şəhid ailəsi üzvü olmasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 1363/2021 saylı qətnaməsi ilə xx xxxx 2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx xxxxxx 2019-cu il təvəllüdlü X4 anası X5 yanında saxlanılmasını nəzərə alır. Məhkəmə cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini,onun cəzasını yüngülləşdirən halla yanaşı,cəzası ağırlaşdıran halın olmamasını, Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və cəzanın məqsədlərinə nail olmanın mümkünlüyünü nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 133.2.1 və 133.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağın olmasını və ailəsinin həyat şəraitini nəzərə alaraq hesab edir ki, o, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza şərti hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən humanizm, ədalətlilik, cəzanın fərdiliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 42 saat üçün nəzərdə tutulan 252 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və 02 (iki) il müddətinə sınaq müddəti təyin olunsun. Davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək, uşaqlarına nəvazişlə davranmaq Təqsirləndirilən şəxs üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 42 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 252 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində qərardan bilavasitə və ya Abşeron Rayon Məhkəməsi və ya həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar