Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-286/2021 04.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, X4 , Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1984-cü ildə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talama və təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28.01.2020-ci il tarixdə saat 01 radələrində X5 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq evin arxa tərəfinə quraşdırılmış 420 manat dəyərində 01 ədəd göy rəngli dəmir giriş qapısını, evin ikinci mərtəbəsində yerləşən hamam otağının 360 manat dəyərində 01 ədəd qəhvəyi rəngli plastik qapısını və evin birinci mərtəbəsində yerləşən hamam otağının 360 manat dəyərində 01 ədəd qəhvəyi rəngli plastik qapısını gizli olaraq talayıb zərərçəkmiş Afər Firidunova ümumilikdə 1140 (bir min yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 02.05.2020-ci il tarixdə saat 01 radələrində X3 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, evin arxasında olan toyuq hinindən hər birinin dəyəri 80 manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat dəyərində 04 ədəd «Heyratı» cinsli toyuqları gizli olaraq talayıb zərərçəkmiş Elnarə Hüseynovaya həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10.05.2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, evin içərsindən hər bir kubunun qiyməti 295 manat olmaqla, ümumilikdə 590 (beş yüz doxsan) manat məbləğində 02 kub/metr döşəmə taxtalarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 20.05.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən iki mərtəbəli evin ikinci mərtəbəsinin eyvanından, plastik qapını əvvəlcədən özü ilə gətirdiyi vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evin birinci mərtəbəsində yerləşən yataq otağından 100 manat dəyərində 4x5 metr ölçüdə 01 ədəd xalçanı və evin dəhlizində olan 70 manat dəyərində üzərində «Marsu» markalanma yazısı olan 01 ədəd elektrik su mühərriyini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 170 (yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30.06.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs7 oğluna məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, oradan 150 manat dəyərində 01 ədəd evin dəmir giriş qapısını, 50 manat dəyərində 01 ədəd elektrik sayağacı, hər birinin dəyəri 150 manat olmaqla, ümumilikdə 450 manat dəyərində 03 ədəd plastik qapıları, 300 manat dəyərində 01 ədəd pilləkənin dəmir barmaqlıqlarını, 50 manat dəyərində 01 ədəd taxta qapını və 50 manat dəyərində 01 ədəd taxta pəncərəni gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 1050 (bir min əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 11.10.2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, həyətdə yerləşən toyuq hinindən hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 200 (iki yüz) manat dəyərində 04 ədəd «Hind» cinsli quşları (hinduşkaları) gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 12.11.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən tikintisi başa çatdırılmamış bir mərtəbəli kürsülü evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, evin kənarında yığılmış hər birinin dəyəri 9 manat olmaqla, ümumilikdə 918 manat dəyərində 102 ədəd şiferləri və hər birinin dəyəri 10 manat olmaqla, ümumlilikdə 200 manat dəyərində 20 ədəd uzunluğu 04 metr, eni 15, qalınlığı isə 05 sm olan döşəmə taxtaları gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1118 (bir min yüz on səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 14.11.2020-ci il tarixdə 08:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən tikintisi başa çatdırılmamış bir mərtəbəli kürsülü evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, evin kənarında yığılmış hər birinin dəyəri 9 manat olmaqla, ümumilikdə 297 manat dəyərində 33 ədəd şiferlərin 06 ədədini oradan götürüb evin yaxınlığında yerləşən dərəyə yığaraq, ələ keçirdiyi əmlakı özündə saxlamaq istəmiş, lakin həmin vaxt qonuşluqda yaşayan Zərərçəkmiş şəxs1 tərəfindən saxlanılaraq, oğurladığı əmlakı orada qoyub Zərərçəkmiş şəxs1 əlindən burxılıb həmin yerdən uzaqlaşmaqla, öz iradəsindən asılı olmayan səbəblərdən oğurluq cinayətini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən sonradan adını bildiyi X5 məxsus iki mərtəbəli evdən də oğurluq cinayətini özü törətmişdir. Belə ki, həmin evdə kimsənin olmadığına əmin olduqdan sonra, 28.01.2020-ci il tarixdə saat 01 radələrində hasardan aşaraq yeni inşa edilmiş evin həyətinə daxil olmuşdur. Evin həyətində kənarda 01 ədəd göy rəngli dəmir qapının olduğunu görmüş, evin giriş qapısı olmadığından evin içərisinə daxil olmuşdur. Evin birinci və ikinci mərtəbəsində yerləşən hamam otaqlarının qəhvəyi rəngli plastik qapılarını yerindən çıxarıb bayıra çıxmışdır. Daha sonra həyətdə olan 01 ədəd göy rəngli dəmir qapını və evdən çıxartıdığı 02 ədəd plastik qapıları hissə-hissə aparıb Hökməli qəsəbəsində zibilliyin yaxınlığında gizlədmişdir. Oğurladığı əşyaları həmin gün, yəni 28.01.2020-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı «Qazel» markalı avtomobillə metal və plastik yığanlara ümumlikdə 200 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən sonradan adını bildiyi X3 məxsus həyətində olan toyuq hinindən də oğurluğu özü etmişdir. Belə ki, həmin evdə işıqlar yanmadığından, ev yiyəsinin yatmış olduğunu düşünüb 02.05.2020-ci il tarixdə saat 01 radələrində hasardan aşaraq evin həyətinə daxil olmuşdur. Evin həyətində olan toyuq hininin qapısını açıb hinə daxil olmuş, həmin hində cəmi 04 ədəd heyratı cinsli toyuq oluğunu görüb, həmin toyuqları özü ilə götürdüyü torbaya yığıb oranı tərk etmişdir. Oğurladığı toyuqları həmin gün, yəni 02.05.2020-ci il tarixdə saat 11 radələrində aparıb Bakı şəhəri ərazisində yerləşən 3-cü mikrorayon dairəsi adlanan yerdə tanımadığı şəxsə 04 ədədini ümumilikdə 60 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs6 məxsus bir mərtəbəli evdən də oğurluğu özü etmişdir. Belə ki, həmin evdə kimsənin olmadığına əmin olduqdan sonra 10.05.2020-ci il tarixdə saat 01 radələrində hasardan aşaraq yeni inşa edilmiş evin həyətinə daxil olmuşdur. Evin giriş qapısı olmadığından, evin içərisinə daxil olmuşdur. Evin içərisində dəyərli bir əşya olmadığına görə, evin döşəmə taxtalarını yerindən çıxarmaq qərarına gəlmişdir. Həmin evdən təxminən 02 kub/metr həcmində 04 metr uzunluğunda olan döşəmə taxtalarını hissə-hissə aparıb Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən zibilliyin yaxınlığında gizlətmişdir. Həmin gün, yəni 10.05.2020-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, Xırdalan dairəsində dövlət nömrəsini xatırlamadığı «Kamaz» markalı avtomobilin sürücüsünə yaxınlaşıb taxta materiallarını satmaq istədiyini bildirmişdir. Qeyd olunan taxtaları ona ümumilikdə 100 manata sata biləcəyini bildirdikdə, həmin şəxs onunla razılaşmışdır. Bu səbəbdən o, sürücünün idarə etdiyi «Kamaz» markalı yük avtomobilinə əyləşib, avtomobili gizlətdiyi taxtaların yaxınlığına sürdürmüşdür. Sürücü ilə birlikdə köməkləşib döşəmə taxtalarını avtomobilin yük yerinə yükləmişdir. Daha sonra sürücü ona 100 manat məbələğində pul vermiş və həmin yerdən çıxıb getmişdir. Oğurluq yolu ilə əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 məxsus iki mərtəbəli evdən də oğurluğu özü etmişdir. Belə ki, həmin evdə kimsənin olmadığına əmin olduqdan sonra 20.05.2020-ci il tarixdə saat 01 radələrində evin giriş qapısının üstündən evin ikinci mərtəbəsində yerləşən eyvana, oradan da plastik qapını özü ilə götürdüyü vintaçanla açıb evə daxil olmuş, evdə dəyərli bir şey olmadığından evin birinci mərtəbəsində yerləşən yataq otağından 01 ədəd xalçanı və dəhlizdən markası yadında qalmayan 01 ədəd su mühərriyini götürüb evə girdiyi yerdən aşağı tullamışdır. Özü də bundan sonra eyvandan aşağı tullanıb evdən oğurladığı əşayları götürüb çıxıb getmişdir. Səhəri gün köhnə xalçanı dəmir və plastik yığan qaraçılara 30 manat məbləğində satmış, su mühərriyni isə evinə aparmışdır. Zərərçəkmiş şəxs3 evindən oğurladığı su mühərriyni könüllü olaraq istintaqa təqdim tmişdir. Bundan sonra ünvan 2 ünvanında yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs7 məxsus bir mərtəbəli evdən də oğurluğu özü etmişdir. Belə ki, həmin evdə kimsənin olmadığına əmin olduqdan sonra 30.06.2020-ci il tarixdə saat 01 radələrində hasardan aşaraq evin həyətinə daxil olmuşdur. Evin həyətinə iki laylı göy rəngli darvazanın giriş qapısını petləsindən çıxarıb yerə qoymuş, daha sonra evin 03 ədəd plastik qapılarını, 01 ədəd taxta qapısını, evin pilləkəninin dəmir sürayələrini, evin 01 ədəd taxta pəncərəsini və 01 ədəd elektrik sayağacını götürüb bir yerə yığmışdır. Daha sonra oğurladığı əşyaları həmin gecə hissə-hissə aparıb Hökməli qəsəbəsində zibilliyin yaxınlığında gizlədmişdir. Həmin gün, yəni 30.06.2020-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, Xırdalan dairəsində dövlət nömrəsini xatırlamadığı «Kamaz» markalı avtomobilin sürücüsünə yaxınlaşıb dəmir qapını, taxta və plastik qapıları, taxta pəncərəni satmaq istədiyini bildirmişdir. Həmin şəxs ona taxta qapı, taxta pəncərə və dəmir qapıya ehtiyacı olduğunu bildirmişdir. Qeyd olunan əşyaları həmin şəxsə ümumilikdə 180 manata sata biləcəyini bildirdikdə, sürücü onunla razılaşmışdır. Bu səbəbdən o, sürücünün idarə etdiyi «Kamaz» markalı yük avtomobilinə əyləşib, avtomobili gizlətdiyi əşyaların yaxınlığına sürdürmüşdür. Sürücü ilə birlikdə köməkləşib sürücüyə lazım olan dəmir qapını, taxta qapı və taxta pəncərəni avtomobilin yük yerinə yükləmişdir. Daha sonra sürücü ona 180 manat məbələğində pul vermiş və həmin yerdən çıxıb getmişdir. Plastik qapıları isə, dəmir sürayələrlə və elektrik sayğacı ilə birlikdə tanımadığı «Qazel» markalı avtomobillə metal və plastik yığanlara ümumlikdə 150 manata satsmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra 11.10.2020-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə olduğu zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 məxsus evin arxa tərəf hasarından həyətinə baxdıqda ev quşlarının saxlandığı hin və həmin hinin qarşısında da bir neçə hind quşlarının (hinduşkaların) olduğunu görmüşdür. Ona görə də həmin gün, yəni 11.10.2020-ci il tarixdə saat 23 radələrində yenidən həmin evin arxa tərəfinə gəlib hasardan həyətə daxil olmuşdur. Daha sonra evin arxa tərəfində yerləşən ev quşlarının saxlandığı hinə yaxınlaşmış və qapısının kilidlə bağlı olmadığını görmüşdür. O, hinin qapısını açıb içərisinə daxil olmuş və oradan 04 ədəd hind quşlarını (hinduşkaları) oğurlayıb həmin həyətdən çıxıb və yaşadığı evə getmişdir. Ertəsi gün isə oğurladığı həmin hind quşlarının (hinduşkaların) başlarını kəsib bişirmişdir. Həmin hind quşlarını da oğurluq yolla əldə etdiyi barədə heç kəsə bir söz deməmişdir. Bundan sonra Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 məxsus tikintisi başa çatdırılmamış bir mərtəbili kürsülü evdən tikinti materialı olan şifer və döşəmə taxtaları da özü oğurlamışdır. Belə ki, həmin evin tikintisi başa çatdırılmadığından və evdə yaşayış olmadığından evin kənarında şifer və döşəmə taxtaların olduğunu görüb həmin əşyaların hamısın oğurlamaq qərarırna gəlmişdir. Elə bu səbəbdən o, həmin evin kənarından şiferlərin təxminən 102 ədədini və 20 ədəd taxtaları 12.11.2020-ci il tarixdə saat 01 radələrində oradan götürüb həmin evin yaxınlığında olan dərədə yığmış və səhəri gün, yən 13.11.2020-ci il tarixdə həmin oğurladığı əşyaları səhər saatlarında dövlət qeydiyyat nişanı yadında qalmayan «Qazel» markalı avtomobilin sürücüsü ilə danışıb, oğurladığı əşyaları həmin avtomobilə yığıb Xırdalan şəhərində yerləşən «Daş bazarı» deyilən yerdə hamısını 150 manat dəyərində tanımadığı şəxsə satmışdır. Bundan sonra «Qazel» markalı sürücüyə zəhmət haqqı olaraq 15 manat vermişdir. Bundan sonra o, səhəri gün, Zərərçəkmiş şəxs2 evinin kənarında yığılmış digər şiferləri elə həmin üsulla oğurlamaq gərarına gəlmişdir. Bu səbəbdən 14.11.2020-ci il tarixdə səhər saatlarında yenidən həmin evin kənarında yığılmış 6 ədəd şiferləri aparıb kənarda yığmış, digər şiferləri oğurlamaq istəyən zaman, bir nəfər adını bilmədiyi şəxs onu gördükdən sonra gödəkçəsindən tutaraq orada nə etdiyni ondan soruşmuşdur. O, ev yiyəsindən icazə aldığını həmin şəxsə bildirdikdə həmin şəxs evin sahibinə zəng vuraraq onun doğru danışdığını yoxlamaq istədikdə, o, həmin şəxsin əlindən çıxaraq qaçıb, həmin ərazini tərk etmişdir. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Ağcabədi şəhərində qeydiyyatda olsa da, 2015-ci ildən Abşeron rayonu, Hökməli qəsəbəsində 0,04 ha torpaq sahəsində özünə bir mərtəbəli kürsülü ev inşa etdirir. Evin damını örtmək üçün dama aid materiallar almış, yəni hər birinin dəyəri 10 manat olmaqla ümumlilikdə 200 manat dəyərində uzunluğu 4 metr, eni 15 sm, qalınlığı 05 sm 20 ədəd döşəmə taxtalarını və hər birinin dəyəri 9 manat olmaqla ümumilikdə 1215 manat dəyərində 135 ədəd şiferləri alıb inşa etdirdiyi evin kənarında düzmüşür. Evinə qonşusu Mrsahib Məmmədov mütəmmadi olaraq nəzarət edirmiş, özü də arada vaxtı olanda gəlib evinə baxırmış. Sonuncu dəfə o, özünə məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yeni inşa etdiyi evdə 2020-ci ilin noyabr ayının əvvəlində olmuşdur. Elə həmin ərəfədə qonşusu Mirsahib əsgərliyə getdiyi üçün onun evi nəzarətsiz qalmışdır. 17.11.2020-ci il tarixdə Mirsahibin qardaşı Mirəli onun mobil nömrəsinə zəng edərək, inşa etdirdiy evin yaxınlığında yaşayan qonşusu Zərərçəkmiş şəxs1 ona zəng edərək, həyətimdən oğurluq olması barədə məlumat vermiş, həmçinin onun mobil nömrəsini Mirəlidən istəmişdir. Həmin vaxt o, Ağcabədi şəhərində olduğu üçün, evinə gəlib baş çəkə bilməmişdir. 19.11.2020-ci il tarixdə inşa etdirdiyi evinə gəlib baş çəkən zaman, qonşusu Zərərçəkmiş şəxs1 ona, 14.11.2020-ci il tarixdə səhər saatlarında bir nəfər şəxsin onun aldığı şiferləri həyətimdən daşıdığını görmüş və həmin şəxsdən şiferləri hara aparmasını soruşduqda, sonuncu Rövşənə ev sahibinin, guya onun icazəsi ilə şiferləri daşıdığını bildirmişdir. Zərərçəkmiş şəxs1 həmin şəxsi saxlamaq istəsə də, şiferləri oğurlayan şəxs onun əlindən qaçıb getmişdir. Bundan sonra o, aldığı şiferlərin bir qismini yaxınlığda, hasarın çöl tərəfində küçədə yığıldığını görmüşdür. O, şiferləri bir yerə yığıb baxandan sonra, məlum olmuş ki, aldığı şiferlərin 102 ədədi çatışmır, aldığı 20 ədəd döşəmə taxtaları isə ümumiyyətlə orada olmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində özünə məxsus hər birinin dəyəri 9 manat olmaqla, ümumilikdə 918 manat dəyərində 102 ədəd şiferlər və hər birinin dəyəri 10 manat olmaqla ümumlilikdə 200 manat dəyərində uzunluğu 4 metr, eni 15 sm, qalınlığı 05 sm 20 ədəd döşəmə taxtaları oğurlanmışdır. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olmaqla vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, onun Abşeron rayonu, Hökməli qəsəbəsində 0,03 ha torpaq sahəsində evi vardır. Həmin torpaq sahəsinin ətrafı mişar daşları ilə hasarlanmış, həyətin giriş qapısı şabalıdı rəngli iki laylı dəmir darvazadan ibarətdir. Həyətə daxil olarkən üzbə-üz iki mərtəbəli fərdi yaşayış evi yerləşir. Həmin fərdi yaşayış evinin pəncərələri plastik pəncərələrdir, həmin pəncərələrin dəmir barmaqlıqları olmamışdır. 20.01.2020-ci il tarixdə o, evinə nəzarət etmək üçün gedərkən, hər şey qaydasında olmuşdur. Sonuncu dəfə 07.02.2020-ci il tarixdə saat 16 radələrində evinə gəldikdə, evin birinci mərtəbəsinin göy rəngli dəmir materialından hazırlanmış 420 manat dəyərində olan 01 ədəd arxa giriş qapısının naməlum şəxs və ya şəxslər tərəfindən sökülərək aparıldığını aşkar etmişdir. Dərhal evə daxil olarkən evin birinci mərtəbədə olan hamamın 360 manat dəyərində 01 ədəd palıdı rəngli və ikinci mərtəbədə yerləşən hamamın 360 manat dəyərində 01 ədəd palıdı rəngli giriş qapıların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını da aşklar etmişdir. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng edərək, oğurluq barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1140 manat dəyərində maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olmaqla vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, onun Abşeron rayonu, Hökməli qəsəbəsində yeni məhəllədə fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinin təmiri başa çatmadığı üçün orada yaşayış yoxdur. O, evinin otaqlarının döşəmələri üçün 280 manat dəyərində 01 kub/metr, 310 manat dəyərində də 01 kub/metr taxtalar alıb evə qoymuşdur. Yeni inşa etdiyi evinin qapı və pəncərələri quraşdırılmamışdır. 08 may 2020-ci il tatrixdə evinə gəlib baxarkən, hər şey öz yerində olmuşdur. 16 may 2020-ci il tarixdə yenidən evinə nəzarət etmək üçün gələrkən, 590 manat dəyərində 02 kub/metr taxta materiallarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 590 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olmaqla vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yerləşən evin həyətində olan hində, uzun müddətdir ki, ev quşları saxlamaqla məşğuldur. 12.10.2020-ci il tarixdə səhər saat 08:30 radələrində evdən çıxıb ev quşlarını saxladığı və qapısını kilidlə bağlamadığı həmin hinə yaxınlaşdıqda, hinin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. İçəri daxil olub baxdıqda isə hində saxladığı hər birinin dəyəri 50 manat olmaqla, 12 ədəd hind toyuqlarından (hinduşkalardan) 04 ədədini naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra o, Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət edərək, həyətində baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 200 manat məbəlğində maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olmaqla vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X2 məhkəmə iclasında tədqiq edilmiş ifadəsində göstərmişdir ki, yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsindəki həyətyanı sahəsi 0,01 hektardan ibarətdir. Həmin həyətdə bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evi vardır. Evin həyətinin ətrafı mişar daşları ilə hasarlanmış, həyətin giriş qapısı iki laylı dəmir darvazadan ibarətdir. Həyətə daxil olarkən üzbəüz fərdi evi yerləşir. X6 onun həyat yoldaşıdır. Onlar yaşadıqları evin arxasında hasarla evin arasındakı əl damında üç ədəd heyratı cinsli fərə və bir ədəd heyratı cinsli xoruz saxlayırdı.. Həmin ev quşlarının hər biri 80 manat olmaqla, ümumilikdə 320 manata almışdır. 02 may 2020-ci il tarixdə o, atasıgildən öz yaşadığı evə gələrkən, nərdivanın evin həyətinin hasarına söykənmiş vəziyyətdə olduğunu və həyətin giriş qapısının açıq olduğunu görüb dərhal oğurluq baş verdiyini fikirləşmişdir. Bundan sonra evə baxarkən evdən heç nə oğurlanmadığını və evə heç kimin daxil olmadığını görüb həyətdəki əl damına baxarkən əl damının qapısnın açıq vəziyyətdə olduğunu və orada biri xoruz, üçü fərə olmaqla heyratı cinsli ev quşlarının naməlum şəxs təfəindən oğurlandığını aşkar etmişdir. Dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 320 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 qızının məhkəmə iclasında tədqiq edilmiş ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində fərdi yaşayış evi vardır. 19 may 2020-ci il tarixdə o, evinə gələrkən hər şey öz qaydasında olmuşdur. Sonuncu dəfə o, 20 may 2020-ci il tarixdə evinə gəlib baxan zaman, naməlum şəxsin ona məxsus evin ikinci mərtəbəsindən plastik qapını açmaqla evə daxil olub birinci mərtəbədəki yataq otağından 4x5 metr ölçüdə 100 manat dəyərində xalçanı və dəhlizdən 01 ədəd 70 manat dəyərində su mühərriyinin oğurladığını aşkar etmişdir. Bu barədə DİN-nin 102 zəng xidmətinə və Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 170 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 məhkəmə iclasında tədqiq edilmiş ifadəsində göstərmişdir ki, onun ünvan 3 ünanında 0,05 ha torpaq sahəsində 5 otaqlı fərdi yaşayış evi vardır. Həmin evdə yaşayış olmadığı üçün, evinə nəzarəti Xırdalan şəhərində yaşayan Şahid tapşırmışdır. 23 iyun 2020-ci il tarixdə tanışı Elvin evinə baxan zaman, hər öz qaydasında olduğunu görmüşdür. 23 iyul 2020-ci il tarixdə o, evində olan zaman, Elvin adlı tanışı ona zəng edərək, ona məxsus evdən oğurluq olduğunu bildirmişdir. Bundan sonra o, dərhal evinə gəlmiş və evinə baxış keçirərkən, həyətin iki laylı dəmir darvazasının 150 manat dəyərində olan giriş qapısının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Daha sonra həyətdən 50 manat dəyərində işıq sayğacının, hər biri 150 manat olmaqla 450 manat dəyərində 3 ədəd plastik qapının, 300 manat dəyərində pilləkənin dəmir sürayələrinin, 50 manat dəyərində 01 ədəd taxta qapının və 50 manat dəyərində 01 ədəd taxta materialdan ibarət pəncərənin də oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nətiəcsində ona ümumilikdə 1050 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs7 məhkəmə iclasında tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 14.11.2020-ci il tarixdə saat 08:30 radələrində yaşadığı evdən çıxıb zibil atmağa gedən zaman, qonşuluqda yeni ev inşa etdirən Zərərçəkmiş şəxs2 həyətində bir nəfər əvvəllər tanımadığı şəxsin belində şifer apardığını görmüşdür. O, həmin şəxsdən şiferi hara apardığını soruşan zaman, həmin şəxs ona ev yiyəsinin bu işdən xəbəri olduğunu bildirmişdir. O, həmin şəxsə inanmadığı üçün, həmin şəxsin gödəkçəsinin cibindən tutaraq, bir əli ilə mobil telefonundan DİN-nin 102 zəng xidmətinə zəng vuran zaman, həmin şəxs onun əlindən burxılaraq, özünü yaxınlıqda yerləşən dərəyə tullayaraq və oradan da qaçıb uzaqlaşmışdır. Bundan sonra o, dərhal baş vermiş hadisə ilə bağlı DİN-nin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, tanışı Zərərçəkmiş şəxs7 bir necə il bundan öncə ünvan 3 ünvanında özünə fərdi yaşayış evi almışdır. Cəyhun həmin evə gec-gec gəlsə də o, Ceyhunun evinə mütammadi olaraq nəzarət edirdi. 23 iyun 2020-ci il tarixdə o, həmin evə baxan zaman, hər öz qaydasında olduğunu görmüşdür. 23 iyul 2020-ci il tarixdə təxminən saat 14 radələrində Ceyhunun evinə baxmağa gələn zaman, evin darvazasının qapısını yerində olmadığını aşkar etmişdir. Həyətə daxil olduqda isə, evin qarşısında olan işıq sayğacının, evin 03 ədəd plastik qapılarının, pilləkənin dəmir sürayələrinin, 01 ədəd taxta qapının və 01 ədəd taxta materialdan ibarət pəncərənin yerində olmadığını aşkar etdikdən sonra, Zərərçəkmiş şəxs7 mobil nömrəsinə zəng vuraraq, baş vermiş oğurluq barəsində məlumat vermişdir. Ceyhun isə ona DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, məlumat verməsini xahiş etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma və məhkəmə mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 72 saylı, 11.03.2021-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan oğurlanmış əmlakın işlənmə dərəcəsi nəzərə alınmaqla hazırki vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri 79,0 manat müəyyən edilir. Araşdırma zamanı Zərərçəkmiş şəxs2 inşa etdiyi evə baxış keçirilərkən götürülmüş 06 ədəd şifer və Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Marsu» markalı su mühərriyi cinayət işi üzrə maddi sübut kimi tanınaraq, məhkəmə hökmünədək saxlanılması üçün sahiblərinə qatyarılmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, məhkəmə zamanı Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talama və təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamağa cəhd etmə cinayətlərini törətməsi, iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekpertiza rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və himayəsində azyaşlı uşaqların olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21.12.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 23.12.2020-ci il tarixdə istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. O, məhkəmə iclaslarına gəlmədiyi üçün, 21 may 2021ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə zalında tutularaq Bakı İstintaq Təcridxanasında yerləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən - 21 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 inşa etdiyi evə baxış keçirilərkən götürülmüş 06 ədəd şifer və Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Marsu» markalı su mühərriki cinayət işi üzrə maddi sübut kimi tanınaraq, məhkəmə hökmünədək saxlanılması üçün sahiblərinə qatyarılması nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra Şöbəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı gələcəkdə aidiyyatı üzrə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 manat məbləğində, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum edilmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəmə müəssəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu 21 may 2021-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 inşa etdiyi evə baxış keçirilərkən götürülmüş 06 ədəd şifer və Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Marsu» markalı su mühərriki cinayət işi üzrə maddi sübut kimi tanınaraq, məhkəmə hökmünədək saxlanılması üçün sahiblərinə qatyarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probarsiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı gələcəkdə aidiyyatı üzrə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 manat məbləğində, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-286/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-286/2021
04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver