Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-286/2024 08.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 və zərərçəkmiş Zərərçəkmiş şəxs2 Logman oğlunun, təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1990-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləmiş, məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, İnzibati 86 ünvanında qeydiyyatda olsa da, Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşamış, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 mart 2023cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Masazır kəndi İsmayıl Şıxlı küçəsində yerləşən fərdi yaşayış evinə plastik pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq, oradan 2000 manat dəyərində 01 ədəd qızıl üzük, sırğa, qolbaq və boyunbağı dəsti, 400 manat dəyərində 01 ədəd qızıl kişi nişan üzüyü və hər birinin dəyəri 300 manat olmaqla 600 manat dəyərində 02 ədəd qızıl qadın üzüyü, ümumilikdə 3000 manat dəyərində qızıl-zinət əşyalarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 3000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 may 2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə plastik pəncərəni açmaqla qanunsuz daxil olaraq, həmin evin yataq otağındakı mebelin üstündə yerləşən seyfin içərisindən 01 ədəd 2000 manat dəyərində paxlava şəklində 583 əyyarlı qızıl qadın boyunbağı, 01 ədəd 1500 manat dəyərində tac şəklində üzərində çox sayda brilyant qaşlarla bəzədilmiş 585 əyyarlı qızıl kulon, 2500 manat dəyərində 750 əyyarlı bir komplekt (01 ədəd qızıl qadın üzüyü, 01 ədəd qızıl qadın boyunbağı və 01 cüt qızıl qadın sırğası), 01 ədəd 1500 manat dəyərində üzərində çox sayda brilyant qaşlarla bəzədilmiş 750 əyyarlı italyan qızıl qadın üzüyü, 01 ədəd 1200 manat dəyərində üzərində 04 ədəd brilyant qaşlarla bəzədilmiş 585 əyyarlı qızıl kişi üzüyü, 01 ədəd 385 manat dəyərində üzərində qızıldan olan saçaqlı kulonu ilə birlikdə pandora modelli 585 əyyarlı qızıl qadın boyunbağı, 01 ədəd 1500 manat dəyərində üzərində tək brilyant daş olan 750 əyyarlı qızıl qadın üzüyü, 01 ədəd 300 manat dəyərində 583 əyyarlı qızıl uşaq qolbağı, ümumilikdə 10885 manat dəyərində qızıl-zinət əşyalarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 10885 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs-cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 aid epizodda özünü təqsirli bilir,götürdüyü qızılları Şahid 2460 manat pul müqabilində satmışdır, 350 manat dəyərində olan qızıldan boyunbağı Zərərçəkmiş şəxs1 qaytarılmışdır,qalan hissədə iddianı qəbul edir, hissə-hissə ödəyə bilər. Digər zərərçəkənə aid epizodda isə özünü təqsirli bilmir.Zərərçəkmiş Zərərçəkmiş şəxs2 evinə daxil olub oradan oğurluq etməmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2021 -ci il tarixdə isə Amnistiya aktına əsasən vaxtından əvvəl azad olunmuşdur. Cəzaçəkmə müəssisəsindən çıxandan sonra iş tapa bilmədiyinə görə bir neçə evdən oğurluq edib pul əldə etmişdir. 2023-cü ilin mart ayının sonlarında xərcləməyə pulu olmadığına görə oğurluq edib pul əlde etmək qərarına gəlmiş və bu niyyətlə 28 mart 2023-cü il tarixdə saat təxminən 21 radələrində “Rentecar”dan götürdüyü avtomobillə Masazır kəndinə gedib oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. İsmayıl Şıxlı küçəsi ilə hərəkətdə olarkən bir mərtəbəli evin işıqlarının yanmadığını görüb, həmin evdə heç kimin olmadığını hiss etmiş və idarə etdiyi avtomobili həmin evdən bir az kənarda küçədə saxlayıb, evin darvazasına dırmanıb həyətə tullanmışdır. Sonra evə yaxınlaşıb içəriyə daxil olmaq üçün münasib yer axtarmağa başlamışdır. Həmin vaxtı evin giriş qapısının yanındakı plastik pəncərəni özü ilə götürdüyü vintaçanla sıxıb açaraq oradan evə daxil olmuşdur. Həmin otağın yataq otağı olduğunu görüb orada qızıl-zinət əşyası və pul axtarmağa başlamışdır. Həmin otaqdakı güzgülü dolabın siyirməsini açıb baxarkən orada 1 ədəd qızıl üzük, sırğa, qolbaq və boyunbağı dəstinin, 1 ədəd qızıl kişi nişan üzüyünün və 2 ədəd qızıl qadın üzüyünün olduğunu görüb tez həmin qızılları götürüb cibinə qoymuş və qonaq otağının evin arxasına açılan plastik pəncərəni açıb oradan çölə çıxmaq istəmişdir. Lakin orada qonşu evlər olduğuna görə çıxa bilməmiş, yenidən evə girdiyi pəncərədən çölə çıxıb həyətə giriş qapısının üstündən aşaraq küçəyə çıxmış və maşınına minib oradan birbaşa Xırdalan şəhərinə kirayə yaşadığı evə getmişdir. Bundan başqa, Şahid da tanıyır. Belə ki, Azadın Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Moskva Univermağının yaxınlığında qızıl alqı-satqı mağazası vardır. O, əvvəllər də oğurluq edən zaman oğurlamış olduğu qızılları Azada satmışdır. Ona görə də Azadı tanıyır. Ertəsi günü, yəni 29 mart 2023-cü il tarixdə Azada zəng edib onda satdıq qızıl olduğunu demişdir. Azad isə ona mağazasının bağlı olduğunu, yalnız şəhərdə haradasa görüşə biləcəklərini demişdir. Onlar danışıb Azadın yaşadığı Bakı şəhəri, Binəqədi rayonunda yerləşən evi yaxınlığında görüşmüşlər. Elə danışdığı kimi həmin gün saat 21 radələrində Azadın dediyi ünvanda Azadla görüşmüşdür. O, Azada oğurladığı qızılları göstərib, satmaq istədiyini demişdir. Azad dəfələrlə ondan qızıl aldığı üçün satmaq istədiyi qızılların oğurluq olub-olmamasını soruşmamışdır. Çünki, o, özünü Azada qızıl alverçisi kimi tanıtmışdır. Azad bütün qızılları tərəzidə çəkib, lom qramını 61 manatdan almaq şərti ilə ümumilikdə 1000 manata lom qiymətinə ala biləcəyini demişdir. O da Azadla razılaşmışdır. Bütün qızılları Azada verib 1000 manat pul alıb getmişdir. Oğurluqdan əldə etdiyi həmin pulları bir neçə gün ərzində şəxsi ehtiyacları üçün xərcləmişdi. Həmin oğurluq hadisəsini tək etmişdir. Ona heç kim kömək etməmişdir. Qeyd etdiyi oğurluqdan başqa da 5-6 ayrı-ayrı evlərdən də oğurluq etmişdir. Həmin əməllərinə görə də cinayət məsuliyyətinə cəlb olunmamışdır. Bundan başqa, 09 may 2023-cü il tarixdə saat təxminən 19 radələrində Bakı şəhərindən Abşeron rayonu, Masazır qəsəbəsinə getmişdir ki, sahibsiz ev tapıb oğurluq etsin. Masazır qəsəbəsində piyada gəzə-gəzə Araz marketin yaxınlığından ara küçəyə dönmüşdür. Bir qədər piyada irəlilədikdən sonra qarşısına bir dənə də ara küçə çıxmış və ordan da dönmüşdür. O, evlərə baxa-baxa gedən zaman qarşısına yaşıl hasarlı və qara darvazalı bir həyət evi çıxmışdır. Həmin həyət evinin həyətinin işıqları yanılı olsa da, evin işıqları yanmırmış. Ona görə də düşünmüşdür ki, evdə heç kim olmaz. Artıq saat 20 radələrində hava yavaş-yavaş qaralmağa başlamışdır. Həmin həyət evinin küçə darvazasına dırmaşıb həyətə tullanmışdır. Özü ilə gətirdiyi vint açanla evin plastikdən olan pəncərəsini gərib açmışdır. Evə daxil olduğu otaq müşahidəsinə görə qonaq otağına oxşayırmış. O, evin bütün otaqların gəzməyə başlamışdır. Yataq otağında güzgülü mebelin yanında bir ədəd seyf görmüşdür. Seyfin açarı da üstündə olmuşdur. Seyfi üstündə olan açarla açıb içərisində çoxlu sayda qızıl zinət əşyalarının olduğunu görmüşdür. Həmin qızıl zinət əşyaları üzük, sırğa, boyunbağı və kulondan ibarət qızıl zinət əşyaları imiş. Bir neçəsi isə brilyant qaşlı qızıllar olmuşdur. Bütün qızılları götürüb evdə əlavə axtarış etmədən elə seyfin olduğu otağın pəncərəsini açıb pəncərədən həyətə çıxmışdır. Həyətdə isə evin arxasına keçmişdir. Evin arxasında da həyətdə ayrı ev olmuşdur. O həmin evin küçə darvazasını açıb həyətdən çölə çıxmışdır. Elə həmin günü yəni ki, 09 may 2023-cü il tarixdə saat 22 radələrində Azada zəng edib onda satdıq qızıl olduğunu demişdir. Azad isə ona mağazasının bağlı olduğunu, yalnız şəhərdə haradasa görüşə biləcəklərini demişdir. Onlar danışıb razılaşaraq Azadın yaşadığı Bakı şəhəri, Binəqədi rayonunda yerləşən evi yaxınlığında görüşmüşlər. Elə danışdığı kimi həmin gün saat 22 radələrində Azadın dediyi ünvanda Azadla görüşmüşdür. O, Azada oğurladığı qızılları göstərib satmaq istədiyini demişdir. Azad dəfələrlə ondan qızıl aldığı üçün ondan satmaq istədiyi qızılların oğurluq olub olmamasını soruşmamışdır. Çünki, o, özünü qızıl alverçisi kimi tanıtmışdır. Azad bütün qızılları tərəzidə çəkib lom qramını 61 manatda almaq şərti ilə ümumilikdə 2460 manata lom qiymətinə ala biləcəyini demişdir. O da Azadla razılaşmışdır. O, bütün qızılları Azada verib 2460 manat pulu Azaddan almışdır. Daha sonra, Azadla sağollaşıb oradan çıxıb getmişdir. Həmin 2460 manatı da öz ehtiyacları üçün xərcləmişdir. O, həmin oğurluq hadisəsini tək törətmiş, ona heç kömək etməmişdir. Yuxarıda qeyd etdiyi cinayət əməlindən başqa da 5-6 ayrı evlərdən də oğurluq etmiş, həmin əməllərinə görə də cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmə iclasında zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən həyət evində ailə üzvləri ilə birlikdə yaşayır.09 may 2023-cü il tarixdə saat 18 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxıb Masazır kəndində yerləşən qohumlarının evinə ad günü məclisinə getmişdir. Həmin günü saat 23 radələrində o, ailə üzvləri ilə birlikdə yaşadığı evə qayıtmışdır. Evə daxil olanda şübhəli heç bir şey aşkar etməmişdir. Gecə yatmazdan əvvəl seyfin qapısının yarımçıq açılı olduğunu görmüşdür. Bu onda şübhə yaratmağa başlamış,seyfin qapısını açanda seyfdə saxladığı qızıl zinət əşyaları yerində olmamışdır. Belə ki, həmin seyfdə 01 ədəd 2000 manat dəyərində paxlava şəklində 583 əyyarlı qızıl qadın boyunbağı, 01 ədəd 1500 manat dəyərində tac şəklində üzərində çox sayda brilyant qaşlarla bəzədilmiş 585 əyyarlı qızıl kulon, 2500 manat dəyərində 750 əyyarlı bir komplekt (01 ədəd qızıl qadın üzüyü, 01 ədəd qızıl qadın boyunbağı və 01 cüt qızıl qadın sırğası), 01 ədəd 1500 manat dəyərində üzərində çox sayda brilyant qaşlarla bəzədilmiş 750 əyyarlı italyan qızıl qadın üzüyü, 01 ədəd 1200 manat dəyərində üzərində 04 ədəd brilyant qaşlarla bəzədilmiş 585 əyyarlı qızıl kişi üzüyü, 01 ədəd 350 manat dəyərində üzərində qızıldan olan saçaqlı kulonu ilə birlikdə pandora modelli 585 əyyarlı qızıl qadın boyunbağı, 01 ədəd 1500 manat dəyərində üzərində tək brilyant daş olan 750 əyyarlı qızıl qadın üzüyü, 01 ədəd 300 manat dəyərində 583 əyyarlı qızıl uşaq qolbağından ibarət olan ümumilikdə 10850 manat dəyərində qızıl zinət əşyaları yerində yoxdur. İlk növbədə övladının tez-tez seyflə oynadığından harasa ayrı yerə qoya biləcəyini düşünmüş, lakin səhəri gün evin hər tərəfini axtarsalar da, qızılları heç yerdən tapa bilməmişlər. Artıq o başa düşmüşdür ki, evinə oğru girib evindən qızılları oğurlamışdır. Evinin otaqları dağınıq vəziyyətdə olmadığı üçün gecəynən oğurluq olduğu məsələsi ağlına gəlməmişdir. Ona görə də səhəri gün saat 09 radələrində o, 102-yə zəng edib evindən oğurluq olması barədə məlumat vermişdir. Əlavə olaraq o, 102-yə zəng edəndə və izahat verəndə qızılların qiymətini təxminən 8000-1000 manat arası demişdir. Həmin vaxtı dəqiq hansı qızılların oğurlanmasını bilmədiyi üçün belə bir məlumat vermişdir. Daha sonra araşdırıb konkret olaraq hansı qızılların oğurladığını müəyyən etmiş və ona görə də hazırda ona dəqiq olaraq 10850 manat dəyərində ziyan dəydiyini dəqiq bilməmişdir. Ona görə də ona dəymiş maddi ziyanı 10850 manat olmuşdur. Dəyəri 350 manat olan bir ədəd boyunbağı istintaq zamanı ona qaytarılmışdır.İddia tələbini müdafiə edir.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində işə gedərkən evlərinin qapı və pəncərələrini bağlayıb, ailə üzvilərini də Bakı şəhərində yaşayan əmisigilə aparmış və sonra işə getmişdir. Həmin günü axşam saat 22:45 radələrində evə qayıtmış və qapını açıb içəri girdiyi vaxtı qonaq otağının evin arxasına açılan pəncərəsinin və giriş qapısında sağda yerləşən yataq otağının pəncərəsinin açıq olduğunu görüb, evdə olmadığı müddətdə kiminsə evə oğurluq etmək üçün girdiyini hiss edib, dərhal evində saxladığı qızıl-zinət əşyalarının yerində olub-olmadığını yoxlamağa başlamışdır. Həmin vaxtı yataq otağındakı güzgülü dolabın siyirməsində saxladığı 2000 manat dəyərində olan 1 ədəd qızıl üzük, sırğa, qolbaq və boyunbağı dəstinin, 400 manat dəyərində olan 1 ədəd kişi qızıl nişan üzüyünün və hər biri 300 manat dəyərində olan 2 ədəd qızıl qadın üzüyünün yerində olmadığını görüb evlərinə girən şəxs və ya şəxslər tərəfindən oğurlandığını yəqin edib, mobil telefonu ilə DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 3000 manat məbləğində ziyan dəymişdir, baş vermiş oğurluqda şübhələndiyi şəxslər olmamış, əvvəllər yaşadığı həmin evdən oğurluq və buna cəhd halları olmamışdır.Dəyən ziyan ona ödənilməmişdir.Dəyən ziyanın ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, onun atasına məxsus Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Moskva” Univermağının yaxınlığında qızıl alqı-satqı mağazası vardır. O da həmin mağazada satıcı kimi işləyir. Satıcı kimi işləsə də, mağaza rəhbəri atası ilə heç bir əmək müqaviləsi bağlamamışdır. O, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin oktyabr ayından tanıyır. Belə ki, həmin tarixdə Aqşin onun işlədiyi qızıl mağazasına gələrək, 1 komplekt qızıl zinət əşyası satmaq istədiyini demişdir. Aqşin həmin qızıl komplektin ailə üzvlərinə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. O, həmin qızıl komplekti tərəzidə çəkib 10 qram olduğunu müəyyən etmiş və qramına 75 manat olmaqla 750 manata ala biləcəyini demişdir. Aqşin də onunla razılaşmışdır. O, Aqşinə 750 manat verib həmin qızıl komplekti almışdır. Bundan sonra da Aqşin bir neçə dəfə satmaq üçün ona qızıl zinət əşyaları gətirmişdir. Aqşin 3-cü dəfə ona qızıl satmaq istəyəndə o, Aqşindən qızılları haradan əldə etdiyini soruşmuşdur. Aqşin isə ona özünün əlimyandıda ucuz qızıl alıb baha satdığını demişdir. Ondan sonra da Aqşin ona bir neçə dəfə qızıl satmışdır. 09 may 2023-cü il tarixdə axşam saatlarında Aqşin ona zəng edib satdıq qızıl olduğunu demişdir. Artıq axşam saat 20 radələrində o, artıq mağazanı bağlamışdır. Aqşin ona işdən çıxanda özü ilə tərəzini də götürməsini, haradasa görüşüb ona satmaq istədiyi qızılları göstərəcəyini demişdir. O da Aqşinə işdən çıxıb evə gedəcəyini demişdir. Təxminən saat 22 radələrində Aqşin ona zəng edib evlərinin yaxınlığında olduğunu demişdir. O da tərəzini götürüb evdən çıxıb küçədə Aqşinlə görüşmüşdür. Ayaqüstü qızılları çəkib təxminən 40 qram olduğunu müəyyən etmişdir. Qızılları tərəzidə çəkəndə üzərində qaşların çəkisini çıxandan sonra ümumi çəkisini 40 qram kimi nəzərə almışdır. Həmin qızılların 1 qramına təxminən 61 manat hesablamaqla 2460 manata lom qiymətinə ala biləcəyini demiş, Aqşin də onunla razılaşmışdır. Bundan sonra, o, Aqşinə həmin qızıllara görə 2460 manat pul verib qızılları Aqşindən almışdır. Aqşindən dəfələrlə qızıl aldığı üçün həmin qızılların oğurluq olubolmamasını soruşmuşdur. Qızılları küçədə aldığı üçün alqı-satqı dəftərinə bu barədə qeyd etməmişdir. Aqşindən aldığı qızıl zinət əşyalarının biri qalmaq şərti ilə hamısını əritməyə vermişdir. Onda yalnız 01 ədəd üzərində qızıldan olan saçaqlı kulonu ilə birlikdə pandora modelli qızıl boyunbağı qalmışdır. Həmin boyunbağını istintaqda təqdim etmişdir. Digər qızıllar ərinməyə verildiyi üçün təqdim edə bilməmişdir. O, Aqşinə qızılların kimə məxsus olması barədə sual vermişdir. Aqşin isə ona həmin qızılları ucuz qiymətə alıb satdığını demişdir. Ümumiyyətlə Aqşin hər dəfə ona qızılları satanda uzaqda rayonda yaşayan qohum əqrəba və ya tanışları qızıl satmaq istəyəndə həmin qohum tanışdan ucuz alıb üstünə pul qoyub baha satdığını demişdir.Bundan başqa, 29 mart 2023-cü il tarixdə axşam saatları olardı, Aqşin ona zəng edib onda satdıq qızıl olduğunu demiş, onlar danışıb onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonunda yerləşən evi yaxınlığında görüşməyə razılığa gəlmişlər. Danışdıqları kimi həmin gün saat 22 radələrində həmin ünvanda Aqşinlə görüşmüş, Aqşin ona 1 ədəd qızıl üzük, sırğa, qolbaq və boyunbağı dəstinin, 1 ədəd qızıl kişi nişan üzüyünü və 2 ədəd qızıl qadın üzüyünü göstərib satmaq istədiyini demiş, ayaqüstü qızılları çəkib həmin qızıllara görə 1000 manat pul verə biləcəyini bildirmiş, Aqşin də onunla razılaşmışdır. Bundan sonra o, Aqşinə həmin qızıllara görə 1000 manat pul verib qızılları Aqşindən almış, Aqşindən dəfələrlə qızıl aldığı üçün onda həmin qızılların oğurluq olub-olmamasını soruşmamış, çünki Aqşini qızıl alverçisi kimi tanıdığı üçün oğurluq barədə heç düşünməmiş. Qızılları da küçədə aldığı üçün alqı-satqı dəftərinə bu barədə qeyd etməmişdir. Aqşindən aldığı qızıl-zinət əşyalarının hamısını əritməyə verdiyi üçün istintaqa təqdim edə bilməmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 10 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz fərdi yaşayış evidir. Baxış zamanı qeyd olunan fərdi yaşayış evindən Zərərçəkmiş şəxs1 məxsus olan 10850 manat dəyərində qızıl-zinət əşyalarının yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 28 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Masazır kəndi İsmayıl Şıxlı küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evidir. Baxış zamanı qeyd olunan fərdi yaşayış evindən Zərərçəkmiş şəxs2 məxsus 2000 manat dəyərində olan 1 ədəd qızıl üzüyün, sırğa, qolbaq və boyunbağı dəstinin, 400 manat dəyərində olan 1 ədəd kişi qızıl nişan üzüyünün və hər biri 300 manat dəyərində olan 2 ədəd qızıl qadın üzüyünün yerində olmaması müəyyən olunmuşdur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 08 iyun 2023-cü il tarixli, 6/3034-9/3963 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 4,53 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində kürə formalı elementlər olan, sarı rəngli 1 ədəd boyunbağının istifadə olunması, əyarı, modeli və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 385,0 manat müəyyən edilir. İfadəsinin yerində yoxlanılması haqqında 20 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə bildirdi ki, 09 may 2023-cü il tarixdə saat təxminən 19 radələri olardı Bakı şəhərindən Abşeron rayonu, Masazır qəsəbəsinə getmişdir ki, sahibsiz ev tapıb oğurluq etsin. Masazır qəsəbəsində piyada gəzə-gəzə Araz marketin yaxınlığından ara küçəyə dönmüşdür. Bir qədər piyada irəlilədikdən sonra qarşısına bir dənə də ara küçə çıxmış və oradan da dönmüşdür. Evlərə baxa-baxa gedən zaman yaşıl hasarlı və qara darvazalı bir həyət evi qarşısına çıxmışdır. Həmin həyət evinin həyətinin işıqları yanılı olsa da, evin işıqları yanılı olmamışdır. Ona görə də düşünmüşdür ki, evdə heç kim olmaz. Artıq saat 20 radələrində hava yavaş-yavaş qaralmağa başlamışdır. O, həmin həyət evinin küçə darvazasına dırmaşıb həyətə tullanmışdır. Özü ilə gətirdiyi vint açanla evin plastikdən olan pəncərəsini gərib açmışdır. Evə daxil olduğu otaq müşahidəsinə görə qonaq otağına oxşamışdır. O, evin bütün otaqların gəzməyə başlamışdır. Yataq otağında güzgülü mebelin yanında bir ədəd seyf görmüşdür. Seyfin açarı da üstündə olmuşdur. Seyfi üstündə olan açarla açıb içərisində çoxlu sayda qızıl zinət əşyalarının olduğunu görmüşdür. Həmin qızıl zinət əşyaları üzük, sırğa, boyunbağı və kulondan ibarət qızıl zinət əşyaları olmuşdur. Bir neçəsi isə brilyant qaşlı qızıllar olmuşdur. Bütün qızılları götürüb evdə əlavə axtarış etmədən elə seyfin olduğu otağın pəncərəsini açıb pəncərədən həyətə çıxmışdır. Həyətdə isə evin arxasına keçmişdir. Evin arxasında da həyətdə ayrı ev olmuşdur. O həmin evin küçə darvazasını açıb həyətdə çölə çıxmışdır. Bununla da ifadənin yerində yoxlanılması başa çatdı. İfadəsinin yerində yoxlanılması haqqında 29 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 28 mart 2023-cü il tarixdə saat təxminən 21 radələrində “Rentecar”dan götürdüyü avtomobillə həmin evin yerləşdiyi küçəyə getmiş və evin işıqlarının yanmadığını görüb, evdə heç kimin olmadığını hiss etmiş və idarə etdiyi avtomobili evdən bir az kənarda küçədə saxlayıb, evin həmin qapının üstündən aşaraq həyətə tullanmış, həmin vaxtı həyət qapısının üst hissəsində dəmir barmaqlığı olmamışdır. Həyətə keçdikdən sonra evə yaxınlaşıb içəriyə daxil olmaq üçün münasib yer axtarmağa başlamış, həmin vaxtı evin giriş qapısının yanındakı plastik pəncərəni özümlə götürdüyü vintaçanla sıxıb açaraq oradan evə daxil olmuş, içərisində olduğu otağın yataq otağı olduğunu görüb orada qızıl-zinət əşyası və pul axtarmağa başlamışdır. Otaqdakı ağ rəngli güzgülü dolabın siyirməsini açıb orada 1 ədəd qızıl üzük, sırğa, qolbaq və boyunbağı dəstinin, 1 ədəd qızıl kişi nişan üzüyünün və 2 ədəd qızıl qadın üzüyünün olduğunu görüb tez həmin qızılları götürüb cibinə qoyub, qonaq otağının evin arxasına açılan plastik pəncərəni açıb oradan çölə çıxmaq istəmiş, lakin orada qonşu evlər olduğuna görə çıxa bilməyib, yenidən evə girdiyi pəncərədən çölə çıxıb həyətə giriş qapısının üstündən aşaraq küçəyə çıxmış və maşınına minib oradan birbaşa Xırdalan şəhərinə kirayə yaşadığı evə getmişdir. Oğurladığı qızıl-zinət əşyalarını ertəsi günü bakı şəhərində qızıl alveri edən əvvəldən tanıdığı Azad adlı şəxsə satıb 1000 manat pul əldə etmiş və həmin pulları bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 07 iyun 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 62, 333.1- ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Binəqədi Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.3, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, o, Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 67.1, 68.1.1-1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 23 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə fərdi yaşayış evinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkənlərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərinin və şahid ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 aid epizodda özünü təqsirli bilməməsi halına hüquqi qiymət verərərk məhkəmə qeyd edir ki, bu özünü müdafiə kimi qiymətləndirilməlidir. Belə ki, işin bu halı təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi, ifadənin yerində yoxlanması protokolu, zərərçəkənin ifadəsi, şahidin ifadəsi və işin digər materialları ilə tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini,o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə prosesində Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə prosesində Təqsirləndirilən şəxs əməlində cinayətin residivi vardır, bu hal cəzanı ağırlaşdıran hal kimi müəyyən edildi. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin edilmiş cəzanın məhkumun ailəsinin həyat şəraitinə təsirini və təyin ediləcək cəzanın məhkumu islah etməsi və cəzanın məqsədlərinə nail olmanın mümkünlüyünü, onun cəzasını yüngülləşdirən halın olmamasını, cinayətin residivinin cəzasını ağırlaşdıran hal kimi müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)- 368/2023 saylı qərarına əsasən onun barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.Məhkəmə tərəfindən “həbs” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və ev dustaqlığında olduğu müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanmalıdır. Məhkəmə prosesində zərərçəkmiş Zərərçəkmiş şəxs1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş 01 ədəd 2000 manat dəyərində paxlava şəklində 583 əyyarlı qızıl qadın boyunbağı, 01 ədəd 1500 manat dəyərində tac şəklində üzərində çox sayda brilyant qaşlarla bəzədilmiş 585 əyyarlı qızıl kulon, 2500 manat dəyərində 750 əyyarlı bir komplekt (01 ədəd qızıl qadın üzüyü, 01 ədəd qızıl qadın boyunbağı və 01 cüt qızıl qadın sırğası), 01 ədəd 1500 manat dəyərində üzərində çox sayda brilyant qaşlarla bəzədilmiş 750 əyyarlı italyan qızıl qadın üzüyü, 01 ədəd 1200 manat dəyərində üzərində 04 ədəd brilyant qaşlarla bəzədilmiş 585 əyyarlı qızıl kişi üzüyü, 01 ədəd 350 manat dəyərində üzərində qızıldan olan saçaqlı kulonu ilə birlikdə pandora modelli 585 əyyarlı qızıl qadın boyunbağı, 01 ədəd 1500 manat dəyərində üzərində tək brilyant daş olan 750 əyyarlı qızıl qadın üzüyü, 01 ədəd 300 manat dəyərində 583 əyyarlı qızıl uşaq qolbağından ibarət olan ümumilikdə 10850 manat məblğində pulun tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında müəyyən edidi ki, 01 ədəd 350 manat dəyərində qızıldan olan 585 əyyarlı qızıl qadın boyunbağı zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Məhkəmə hesab edir ki, məhkəmə prosesində təqsirləndirilən şəxscavabdeh Təqsirləndirilən şəxs tərəfindn zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus ittiham aktında qeyd edilən qızıl-zinət əşyalarının öğurlanması sübut olunduğundan, 01 ədəd 350 manat dəyərində qızıldan olan 585 əyyarlı qızıl qadın boyunbağının zərərçəkmiş Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, bu əsasda iddia tələbi qismən təmin edilməli təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs 10500 (on min beş yüz)manat məbləğində pul alınıb zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilməlidir. Zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs1 müharibə veteranı olub dövlət rüsumu ödəməkdən azaddır.Odur ki, onun dövlət rüsumunu ödəməkdən azad edildiyi 121 manat 50 qəpik məbləğində dövlət rüsumuna görə pul təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 cinayət nəticəsində dəymiş zərərlə bağlı mülki iddia icraatı qaydasında pul tələbinə dair tələb hüquqları izah edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılsın. Hökmün icrası Abşeron polis İdarəsinə və Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs 10500(on min beş yüz) manat məbləğində pul tutulub zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilsin. Zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödəməkdən azad edildiyi 121,50 manat (yüz iyirmi bir manat əlli qəpik) məbləğində dövlət rüsumuna görə pul təqsirləndirilən şəxscavabdeh Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Zərərçəkmiş şəxs2 cinayət nəticəsində dəymiş ziyanı mülki iddia icraatı qaydasında tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-286/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-286/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver