Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-287/2020 29.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi Rasim oğlunun iştirakı ilə, xx.xx.1986-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayının əvvəllərində Gürcüstan Respublikasının Poti şəhərindən satmaq üçün aldığı 20 ton mandarini Zərərçəkmiş şəxs məxsus yük maşını ilə Dağıstan Respublikasının Dərbənd şəhərinə daşımasını 1900 ABŞ dolları ekvialentində 3230 manata razılaşmasına baxmayaraq, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs yükün atası tərəfindən daşınıldığı zaman yük maşınında 20 tondan çox yəni 21.5 ton yük atası tərəfindən aparılmasını yalan deyərək Təqsirləndirilən şəxs razılaşdıqları məbləğdən 350 ABŞ dolları ekvivalentində 595 manat pulunu almasını irad tutması ilə bağlı aralarında şəxsi zəmində yaranmış mübahisəni aydınlaşdırmaq üçün xx.xx.2019-cu il tarixdə saat 23:45 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “RATE” adlı restoranda görüşərək sözlü mübahisə etmişlər, sonra isə xx.xx.2019ci il tarixdə saat 00:30 radələrində həmin restorandan çıxaraq mübahisəni davam etdirmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, Qəşəm Aslanov küçəsində yerləşən “Günay” adlı şadlıq sarayının yaxınlığına heç kimin olmadığı yerə gələrək orada mübahisəni davam etdirən zaman Təqsirləndirilən şəxs başı ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsindən qəsdən bir dəfə zərbə vuraraq sonuncuya - burun sümüklərinin yerdəyişən sınıqları ilə müşayiət olunan burun nahiyyəsiin qançır şişkinliyi, sıyrığı, sol gözaltı nahiyyənin qançırından ibarət həyat üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Meyvə ticarəti ilə məşğul olduğu üçün ucuz qiymətə meyvə düşəndə alıb, bir az baha qiymətə satır. Gürcüstan Respublikasının Poti şəhərində ucuz mandarin olduğunu öyrənmiş və həmin mandarini Gürcüstan Respublikasının Poti şəhərindən alıb Dağıstan Respublikasının Darbənd şəhərinə aparmaq üçün Quba şəhərində olan dispeçer vasitəsi ilə öyrənmişdir ki, Rəmiş adlı şəxsin “TİR” yük maşınları vardır. Rəmiş adlı şəxsin nömrəsini taparaq Rəmişlə əlaqə saxlamışdır. Rəmiş ona bildirmişdir ki, “Gürcüstan Respublikasının Poti şəhərinə yaxın yerdə maşını var və həmin mandarini Dağıstan Respublikasının Dərbənd şəhərinə apara bilər”. Həmin sürücünün Rəmişin atası olduğunu bilmiş və Gürcüstan Respublikasının Poti şəhərində olan tanışı Nicatla əlaqə saxlamasını demişdir. Rəmiş 20,5 ton mandarini Gürcüstan Respublikasının Poti şəhərindən Dağıstan Respublikasının Dərbənd şəhərinə gətirmək üçün ondan 1900 ABŞ dolları pul istəmişdir. Rəmişlə həmin qiymətə razılaşmışdır. Pulun 500 ABŞ dolları ilkin olaraq Gürcüstan Respublikasının Poti şəhərində Rəmişin atasına verilmişdir. Avtomaşın Bakı şəhərində olarkən Rəmişin atasına 500 ABŞ dollarda verilməli olmuşdur. Qalan 900 ABŞ dollarını isə Rəmişin atasına avtomaşın Dağıstan Respublikasının Dərbənd şəhərinə çatıb maşın boşalıb mal satıldıqdan sonra verilməli olmuşdur. xx.xx.2020-ci il tarixdə Rəmiş ona zəng vuraraq, “avtomaşın Qazax rayonu, Qırmızı Körpü sərhəd məntəqəsinə çatıb və avtomaşında yük danışıldığı kimi 20 ton yox 21,5 tondur” və bunun üçün əlavə ödəniş etməli olduğunu bildirdikdə, Rəmişə “maşın Dağıstan Respublikasının Dərbənd şəhərinə çatar orada tərəziyə yenidən çıxar əgər yük artıqdırsa mən əlavə yükün pulunu verərəm” demişdir. Rəmiş buna razı olmamış və maşın Bakı şəhərinə keçəndə iki gün maşını saxlamışdır. Məcbur qalaraq Qubada Rəmişin atası ilə görüşərək Rəmişin atasına 1000 ABŞ dolları pul vermişdir. Pulu verdikdə qalan pulu isə yük X3 şəhərinə çatdıqda verəcəyini demişdir. Pulu aldıqdan sonra Rəmiş ona “ Dağıstan Respublikasının Dərbənd şəhərində maşın tərəziyə çıxdıqdan sonra çəki onun dediyi kimi gəlməsə pulu qaytaracaq” demişdir. Bundan sonra maşın X2 şəhərinə çatmış və əlavə olaraq yük maşını tərəziyə çıxmamış Rəmişin atasına 750 dollar pul verilmişdir. Yəni Rəmişin atası danışdıqları məbləğdən 350 dollar artıq almışdır. Bundan sonra maşın tərəziyə çıxmış və yük Rəmişin bildiridyi kimi 21,5 ton yox 20 ton 900 kq çıxmışdır. xx.xx.2019-cu il tarixdə Rəmişə zəng vuraraq bu barədə dedikdə Rəmiş demişdir ki, “ola bilməz”. Rəmişə bildirmişdir ki, “yük atanın yanında çəkilib”. Bu zaman Rəmiş müxtəlif bəhanələr gətirmiş və telefonda onu nalayiq ifadələrlə təhqir etmişdir. Rəmiş ona “Dağıstan Respublikasının Dərbənd şəhərindən qayıdanda atası maşını əzib onun pulunuda məndən alacaq” demişdir. Rəmişə “onun mənə aidiyyatı yoxdur” bildirdikdə, Rəmiş ona “pulunu almaq istəyirsənsə Bakı şəhərinə gəl”demişdir. xx.xx.2019-cu il tarixdə dostu Kamranla Bakı şəhərinə gəlmiş və təxminən saat 23:45 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “RATE” adlı restoranının yanına çatmışlar. Orada Rəmiş və tanışı Nicat onları gözləmişlər. Restoranda kabinetlərin birinə daxil olmuşlar. 10 dəqiqə Rəmişlə söhbət etmişlər. Rəmişə bildirmişdir ki, “yük onun dediyi kimi 21,5 ton yox 20,900 kq olmuşdur və o məndən 350 dollar artıq pul almışdır”. Lakin Rəmiş bunu boynuna almaq istəməmişdir. Mübahisələri böyüdüyü üçün restorandan çıxaraq maşına əyləşmiş və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Günay” adlı şadlıq sarayının yanına gəlmişlər. Oraya artıq Rəmişin tanışlarından bir neçə nəfər şəxs gəlmişdir. Bir neçə dəqiqə sonra Kamranla Nicat da oraya gəlmişdir. X8 təxminən 10-12 metr aralıda söhbət etmişlər. Rəmiş onunla cox aqressiv danışmış və aradabir nalayiq sözlərdən istifadə etmişdir. Rəmişə bildirmişdir ki, “mənə qarşı belə sözlər işlətməsin və ona verdiyim artıq pulu qaytarsın”. Lakin Rəmiş onun dediklərinə məhəl qoymamış və ona əl qol atmağa başlamışdır. Dözməyərək Rəmişin sifət nahiyyəsindən başı ilə bir dəfə vurmuşdur. Rəmiş müvazinətini itirərək yerə yıxılmış və ayağa qalxaraq maşına tərəf getmişdir. Sonra onlar da maşına əyləşərək hadisə yerindən uzaqlaşmışlar. Əməlindən peşmançılıq çəkir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri ev 4–də ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus yük avtomaşınları vardır. Həmin avtomaşınlarla yük daşımaqla məşğul olur. Hadisə baş verməmişdən təxminən iki həftə qabaq tanışı Vüqar adlı şəxs vasitəsi ilə Salehlə tanış olmuşdur. Saleh ona “Gürcüstan Respublikasının Poti şəhərindən 20 ton mandarin olduğunu, həmin mandarini Dağıstan Respublikasının Dərbənd şəhərinə aparmaq lazımdır” bildirdikdə, bunun üçün Salehlə 1900 ABŞ dollarına razılaşmışlar. Gürcüstan Respublikasının Poti şəhərində yük maşına mal yükləndikdən sonra Salehin şəriki atasına 500 dollar pul vermişdir. 700 dollar pul avtomaşşın Bakı şəhərinə çatdıqda qalan 700 dollar isə maşın Dağıstan Respublikasının Dərbənd şəhərinə çatdıqda verilməli olmuşdur. xx.xx.2019-cu il tarixdə maşın Gürcüstan Respublikasının Poti şəhərindən çıxmış və 1 gün sonra Azərbaycan Respublikası, Qazax rayonunda yerləşən Qırmızı körpüyə gömrük postuna çatmışdır. Orada tərəzinin üstünə çıxdıqda məlum olmuşdur ki, maşına danışıldığı kimi 20 ton yox 21,5 ton yük vurulmuşdur. Bundan sonra Salehin şərikinə zəng vurarq bu barədə məlumat vermişdir. Salehin şəriki isə ona bildirmişdir ki, “ola bilməz maşına 20 ton yük vurulub”. Bundan sonra Salehə zəng vuraraq maşında artıq yük olduğunu bildirdikdə, Saleh ona “maşın Quba rayonundan keçəndə 1000 ABŞ dollar da verəcək qalan pulu isə maşın Dağıstan Respublikasının Dərbənd şəhərinə çatanda haqq hesab edəcək” demişdir. Atası maşınla Quba rayonundan keçərkən həmin pulu Salehdən götürmüş və yola davam edərək Dağıstan Respublikasının Dərbənd şəhərinə getmişdir. xx.xx.2019-cu il tarixdə maşın Dağıstan Respublikasının Dərbənd şəhərinə çatmışdır. Orada Saleh və onun şəriki atasını qarşılamışdır. Orada malı boşaltdıqdan sonra atasına ümumilikdə 750 ABŞ dolları pul vermişlər. Maşın 2 gün sifarişçinin günahı üzündən yükləmə yerində qaldığına görə 200 dollar da artıq vermişlər. xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Saleh istifadəsində olan 055 *** ** ** mobil nömrəsindən ona zəng edərək, onun Salehi aldatdığını bildirmişdir. Nədə Salehi aldatdığını soruşduqda Saleh ona”mən ona 2 ton artıq yük demişəm maşında isə 1 ton artıq yük olmuşdur” bildirdikdə, Salehə bildirmişdir ki, bir ton malın artıq pulunu almışdır. Bundan sonra Saleh ona Bakı şəhərinə gəldiyini demişdir. xx.xx.2019-cu il tarixdə saat 23:30 radələrində Saleh ona zəng edərək Abşeron rayonu, Xırdalan şəhərinə çatdığını bildirmişdir. Bundan sonra Salehgili Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “RATE” adlı restorana dəvət etmişdir. Restorana daxil olarkən orada Saleh onun şəriki və tanımadığı bir neçə əlavə şəxs olmuşdur. Onlar restoranın kabinetində əyləşmişlər. Orada Saleh ona səsini qaldıraraq onun Salehi aldatdığını və Salehdən artıq pul aldığını bildirmişdir. Sonra onlar çölə çıxmışlar. Saleh onu maşınına dəvət etmiş və maşının qabaq oturacağında oturmuşdur. Bundan sonra Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Aytac” adlı restoranından bir az qabaqda qaranlıq yerdə dayanmışlar. Əlini cibinə qoyaraq Salehlə söhbət etməyə başlamışdır. Həmin vaxt yanında heç kəs olmamışdır. Dostu Vüqara zəng vuraraq yanına çağırmışdır. Vüqar yaxında olduğu üçün yanına gəlmiş və Salehlə gələn şəxslərdə Salehdən bir dəqiqə sonra gəlmişlər. Həmin vaxt Saleh özünü aqressiv aparmış və ona əl qol atmışdır. X13 demişdir ki, “bu məsələni sözlə həll edin”. Həmin vaxtı Saleh onun sağ tərəfində dayanmışdır. Salehlə təxminən 15-20 dəqiqə yüksək səslə danışmışlar. Sübut etmək istəmişdir ki, “günah Salehdədir”. Saleh isə sübut etmək istəmişdir ki, “günah məndədir”. Saleh telefonda ona söyüş söydüyünü dedikdə, Salehə izah etməyə çalışmışdır ki, “söyüşü ona yox yalan danışana söymüşəm”. Bu zaman gözləmədiyi halda qəflətən Saleh başı ilə onun sifət nahiyyəsindən bir dəfə güclü zərbə endirmişdir. Ağrı hiss etmiş və burnundan qan açıldığını hiss eləmişdir. Vüqarın maşını tərəfə qaçmağa başlamış və maşına əyləşərək Vüqara bildirmişdir ki, “Mərkəzi Respublika Xəstəxanasına sürsün”. Maşına əyləşərkən Saleh də özü idarə etdiyi “Vaz” markalı avtomaşına əyləşdiyini görmüşdür. Sonra Salehgilin hansı istiqamətə getdiklərindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Saleh onun uşaqlıq dostudur. xx.xx.2019-cu il tarixdə təxminən saat 21 radələrində Salehlə bir yerdə evdə olarkən Salehin telefonla kiminləsə danışdığını görmüşdür. Sonra onun danışığı yavaş-yavaş mübahisəyə çevrildiyinin şahidi olmuşdur. Daha sonra Saleh ona bildirmişdir ki, telefonda onunla danışan şəxs onunla kobud danışaraq təhqir edib və onu Bakı şəhərinə çağırıb. Bundan sonra Kamran Salehlə birikdə ona məxsus Vaz 21014 markalı avtomaşınla Bakı şəhərinə gəlmişlər. Saat təxminən 23 30 radələrində Xırdalan şəhərinə RATE restoranının qarşısına çatmışlar. Həmin vaxt Xırdalan şəhərində olan tanışıları Nicatda orada olmuşdur. Orada adının sonradan Rəmiş olduğunu bildiyi şəxslə Saleh görüşmüş və Rate restoranında kabinetlərin birində söhbət etməyə başlamışlar. Həmin vaxtı Saleh Rəmişə nə səbəbə ondan artıq pul aldığını və maşını Bakı şəhərində 2 gün artıq saxlayaraq meyvəni xarab etməsini bildirmişdir. Təxminən 15 dəqiqə söhbət getdikdən sonra onlar çölə çıxmış və Rəmişlə Saleh avtomaşına əyləşərək söhbət etməyə getmişlər. Nicat və Kamran onların arxasınca getmiş və Xırdalan şəhəri,Günay şadlıq sarayının yanında Rəmiş və Salehin mübahisə etdiklərini görmüşlər. Saleh Rəmişə nə səbəbə ondan artıq pul aldığını təkrar təkrar soruşmuşdur. Sonra Rəmişin yanında olan şəxs Rəmişin yanında olan şəxslərdən bir yaxınlaşaraq onlara nəsə deyəndə Nicat bildirmişdir ki, müdaxilə etməsin və söhbətlərini etsinlər. X11 arasında mübahisə yaranmış və Rəmiş Salehin yaxasından tutaraq təhqir etmişdir. Bu zaman Saleh başı ilə bir dəfə Rəmişin sifət nahiyyəindən zərbə vurmuş və zərbə nəticəsində Rəmiş müvazinətini itirərək yerə yıxılmışdır. Sonra ayağa qalxaraq maşına tərəf qaçmışdır. Sonra Saleh, Kamran və Nicat avtomaına əyləşərək hadisə yerindən uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə iş birliyi vardır. Onunla şərikli olaraq Gürcüstandan ucuz meyvə gətirərək Dağıstanda satırlar. Gürcüstanda ucuz meyvə tapmış və Saleh ona sürücü nömrəsi vermişdir ki, meyvəni həmin sürücü vasitəsi ilə Dağıstana göndərsinlər. İlkin olaraq həmin sürücüyə 500 dollar pul vermiş və 20,5 ton meyvəni Gürcüstana göndərmişdir. Sonradan Saleh ona zəng edərək yükün artıq olduğunu və Qırmızı Körpü gömrük postunda problem yarandığını bildirdmişdir. Maşına əlavə yük vurulmadığnı Salehə demişdir. Maşın Dağıstana çatdıqdan sonra Rəmiş adlı şəxs ümumilikdə yükün daşınması üçün danışılmış məbləğdən 350 dollar artıq pul almışdır. Bundan sonra onlarla Rəmiş adlı şəxsin arasında narazaılıq yaranmışdır. xx.xx.2019-cu il tarixdə Saleh ona zəng vurmuş və Xırdalan şəhərinə gəldiyini bildirmişdir. Saat 23 30 radələrində Saleh və Kamranı Rate restoranının qarşısında qarşılamış və Rəmiş adlı şəxslə onlar restoranın kabinetlərinin birində söhbət etməyə başlamışlar. 10-15 dəqiqə söhbət etdikdən sonra onlar çölə çıxmış və Rəmişlə Saleh avtomaşına əyləşərək söhbət etməyə getmişlər. Nicat və Kamran onların arxasınca getmiş və Xırdalan şəhəri, Günay şadlıq sarayının yanında Rəmiş və Salehin mübahisə etdiklərini görmüşlər. Saleh Rəmişə nə səbəbə ondan artıq pul aldığını təkrar təkrar bildirmişdir. Sonra Rəmişin yanında olan şəxs Rəmişin yanında olan şəxslərdən bir yaxınlaşaraq onlara nəsə deyəndə özü bildirmişdir ki, müdaxilə etməsin və söhbətlərini etsinlər. X11 arasında mübahisə yaranmış və Rəmiş Salehin yaxasından tutaraq təhqir etmişdir. Bu zaman Saleh başı ilə bir dəfə Rəmişin sifət nahiyyəindən zərbə vurmuş və zərbə nəticəsində Rəmiş müvazinətini itirərək yerə yıxılmışdır. Sonra ayağa qalxaraq maşına tərəf qaçmışdır. Sonra Saleh və Kamranla birlikdə avtomaına əyləşərək hadisə yerindən uzaqlaşmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə bir yerdə Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhllədə yerləşən fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs 2-3 ildir ki, tanıyır. Aradabir Rəmişin işlərini görür. Rəmiş yük daşınmaı işi ilə məşğul olur. xx.xx.2019cu il tarixdə Rəmiş ona telefonla zəng edərək, “Saleh adlı şəxslə aralarında pul mübahisəsi var, sən maşınlasan gəlib məni mübahisə yerindən götürərsən”demişdir. Həmin vaxtı Bakı şəhərində olmuşdur. Xırdalan şəhərinə çatana yaxın Rəmişə zəng vurmuş və Rəmiş onu əvvəlcə “Rate” adlı restoranının yanına sonra isə “Aytac” adlı restoranının yanına çağırmışdır. “Aytac” adlı restoranının yanına çatdıqda Rəmiş maşından düşmüş sonra isə maşında əyləşən şəxs maşından düşmüşdür. Hər ikisinə yaxınlaşaraq bildirmişdir ki, “gedək oturaq haradasa söhbət edək”. X12 ayaq üstə söhbətlərini davam etmişlər. Sonra Salehin yanına Salehlə gələn şəxslərdən bir yaxınlaşaraq, “söhbətinizi bizim yanımızda yox kənarda edin”demişdir. Salehlə Rəmiş kənarda söhbət edərkən həmin söhbətin pul üstündə getdiyini eşitmişdir. Mübahisə vaxtı Saleh əsəbiləşib qəflətən başı ilə Rəmişin sifət nahiyyəsindən bir dəfə vurmuşdur. Sonra Rəmiş müvazinətini itirib yerə yıxılmış və ayağa qalxıb onun maşınına tərəf qaçmışdır. Rəmişi avtomaşına əyləşdirib xəstəxanaya aparmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin xx.xx.2019-cu il tarixli, 2790 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – burun sümüklərinin yerdəyişən sümükləri ilə müşayiət olunan burun nahiyyəsinin qançır şişkinliyi,sıyrığı,sol gözaltı nahiyyənin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2019-cu il tarixdə davadalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 Saleh Sahib oğlunun himayəsindədirlər. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində iki azyaşlı uşağın olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Rasim oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək,qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Rasim oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-287/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-287/2020
29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver