Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-287/2024 18.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci ildə Tovuz rayonu, Qovlar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Tovuz rayonu, Əyyublu kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində sərxoş vəziyyətdə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı avtomobil yolu ilə Hökməli qəsəbəsinə gedən yolun kəsişməsindəki dairənin yaxınlığında yerləşən “Mineral sular” zavodunun qarşısında yolun kənarında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Kamaz 6520” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini gördükdə, həmin avtomobili idarə etmək qərarına gəlib avtomobilin kabinəsinin qapısının açıq olmasından istifadə edib kabinəyə minmiş və avtomobilin üzərində sonuncunun unudaraq saxladığı açarla avtomobili işə salıb talama məqsədi olmadan qaçırdaraq Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi ərazisindən keçən avtomobil yolu ilə idarə etməklə qanunsuz ələ keçirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Əyyublu kəndində yaşayır. Fəhləliklə məşğul olaraq gündəlik çörək pulu qazanır. 2023-cü ilin fevral ayında Bakı şəhərinə gəlib fəhləliklə məşğul olmuş, Mərdəkan qəsəbəsində kirayədə qalaraq yaşamışdır. 26 fevral 2023-cü il tarixdə, axşam vaxtı Abşeron rayonu, Sulutəpə qəsəbəsinə gəlmişdir ki, Sulutəpə qəsəbəsində yaşayan bacısı Könül İbrahimovanın evinə gedib ona baş çəksin. Sulutəpə qəsəbəsində mərkəzdə yerləşən adını bilmədiyi kafedə bir neçə saat oturub 7-8 bakal pivə içmişdir. Pivə içəndən sonra sərxoş olmuşdur. Bundan sonra, gecə saatlarında bacısı Könülün evinə getmişdir. Lakin bacısı onun bərk sərxoş olduğunu görüb onu evə qəbul etməmişdir. Çünki atası və ailə üzvləri ona içki içməyi qadağan etmişlər. Bacısının evindən çıxandan sonra Mərdəkan qəsəbəsinə qayıtmaq üçün yola çıxmışdır. 27 fevral 2023-cü il tarixdə, saat 01 radələrində Sulutəpə qəsəbəsində, yolun kənarında bir ədəd ağ rəngli, kamaz markalı yük maşının saxlanıldığını və içində adam olmadığını görmüşdür. Sərxoş olduqda onda avtomaşın idarə etməyə həvəs yaranır. Həmin vaxtı da bərk sərxoş olduğu üçün maşını gördükdə həmin maşını sürmək həvəsi yaranmışdır. Maşına yaxınlaşıb qapısını açmaq istədikdə qapının bağlı olmadığını, yəni kilidlənmədiyini və maşının açarının üstündə olduğunu görmüşdür. Maşına oturub açarla işə salmış və yük avtomaşınını idarə etmişdir. Maşının yükü olmadığından maşını idarə edə bilmişdir. Sərxoş olduğu üçün maşını konkret ünvana getmək üçün deyil, sadəcə idarə etmişdir. Kamaz markalı, ** BK *** dövlət qeydiyyat nişanlı yük maşınını oğurluq niyyəti ilə deyil, sərxoş olduğundan, avtomaşın sürmək həvəsi yarandığı üçün qaçırtmışdır. Maşını Binəqədi rayonu, Xocahəsən yolunda “Meyvəli” bazarı istiqamətində idarə edərkən sükanda yatdığından maşın yoldan çıxmış və sağ tərəfdə plasmas taralar yığılan yerdə beton dirəyə dəyib qalmışdır. Lakin bundan artıq onun həmin vaxt xəbəri olmamışdır. Çünki o, sükanda yatmışdır. Səhər tezdən, saat təxminən 08 radələrində onu maşında Binəqədi rayon polis idarəsinin tanımadığı, adı ona məlum olmayan polis əməkdaşı oyatmış və maşından düşürüb hadisə yerində şifahi olaraq sorğu-sual etmişdir. Sərxoş olduğu üçün polis əməkdaşının suallarına cavab verə bilməmişdir. Polis əməkdaşı onu Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinə aparmışdır. Bölmədə polisə məlum olmuşdur ki, o, kamaz markalı, ** BK *** dövlət qeydiyyat nişanlı yük maşınını qaçırtmışdır. Onu polis bölməsində saxlamayıb tapşırmışlar ki, Abşeron rayon polis idarəsinin təhqiqat şöbəsinə getsin. Lakin o, sərxoş olduğu üçün oradan Tovuz rayonuna getmişdir. Sonradan onu polisin axtardığını bilməmişdir. Ona görə də, polisə gəlməmişdir. Hadisəni tək törətmişdir, yanında heç kim olmamışdır. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Аbşеrоn rаyоnu, Bakı- Şamaxı avtomobil yolunun kənarında “Mеd Kаlоn” yaşayış massiovində, 23 saylı evdə yаşаyır, “Kamaz 6520” mаrkаlı, ** BK *** dövlət qеydiyyаt nişanlı yük аvtоmоbili vаrdır. Həmin аvtоmоbili bаş еtibаrnаmə əsаsındа idаrə еdir. Həmişə аvtоmоbili Hökməli dаirəsində еvinin yахınlığındа sахlаyır. Avtоmоbili saxladıqdan sonra adətən maşını akkumlyatordan (mаssаdan) аyırır ki, mühərrikə еnеrji gеtməsin. 24 fеvrаl 2023-cü il tаriхdə, sааt 16 rаdələrində аvtоmоbili yaşadığı еvin yаxınlığındа, Bakı-Şamaxı avtomobil yolunun "xxxx" MMC-nin binаsının qаrşısındа, yolun kənarında sахlаmışdır. Lakin həmin vaxt unudaraq avtomobilin açarlarını maşının üzərindən götürməmişdir. Maşının kabinəsinin qapısı da açıq qalmışdır. Həmin gündən sonra avtomobildən istifadə etməmişdir. Növbəti günlərdə, Bakı şəhərində gecə vaxtı işləmiş, 26 fеvrаl 2023-cü il tаriхdə sааt 21 rаdələrində işə gеdərkən аvtоmоbil saxlandığı yеrdə olmuşdur. 27 fеvrаl 2023-cü il tаriхdə səhər sааt 05 rаdələrində işdən çıхıb еvə gələndə аvtоmоbili sахlаdığı yеrdə görməmişdir. Ona görə də, ətrаfı nəzərdən kеçirtmiş, lаkin аvtоmоbili аşkаr еtməmişdir. Аvtоmоbili onun vеrdiyi еtibаrnаmə əsаsındа idаrə еdən qоhumu Hikmət Cəfərоvа zəng edib оndаn аvtоmobili saxladığı yerdən götürüb- götürməməsini sоruşmuş, Hikmət, avtomobili idarə etmədiyini bildirmişdir. O, аvtоmоbilin qаçırılmаsındаn şübhələndiyindən Аzərbаycаn Rеspublikаsı DİN-nin “102 zəng mərkəzinə” zəng edib аvtоmоbilinin nаməlum şəхs və yа şəхslər tərəfindən qаçırılmаsı bаrədə məlumаt vеrmişdir. Аrаdаn çох kеçməmiş Аbşеrоn RPİ-nin əməkdаşlаrı hаdisə yеrinə gəlmiş, оnlаr dа аvtоmоbilin sахlаdığı yеrdə оlmаdığını görəndən sоnrа оnlаrlа birlikdə Аbşеrоn RPİ-nə gəlib ərizə və izаhаt vеrmiş, sonra evinə getmişdir. Еvinə çatanda ona polisdən zəng olunmuş və bildirilmişdir ki, аvtоmоbilini Binəqədi rаyоnu ərаzisində Хоcаhsən qəsəbəsində tаpmışlar. O, аvtоmоbilin tаpıldığı yеrə gеdəndən sоnrа görmüşdür ki, ona məxsus “kamaz 6520” markalı avtomobil Хоcаhəsən yolunda yоlun kənаrındа bеtоn dirəyə söykənmiş vəziyyətdə dаyаnmışdır. Аbşеrоn rayon polis idarəsinin əməkаşlаrı оradа olmuşlar. Аvtоmоbilin qаbаq bаmpеri аz miqdаrdа əzilmiş, sаğ аrха şin pаrtlаmаqlа bоşаlmış, аvtоmоbilin digər hissələri yеrində оlmаqlа, аvtоmоbildən hеç nə sökülüb оğurlаnmаmışdır. Аvtоmоbilin qаbаq bаmpеri (bufеri) аz miqdаrdа əzilməklə və təkərin pаrtlаmаsı ilə birlikdə ona 500 (bеş yüz) mаnаt mаddi ziyаn dəymişdir. Sоnrа ona məlum оlmuşdur ki, onun аvtоmоbilini Musаyеv Röyаl Еtibаr оğlu еvinin yахınlığındаn qаçıraraq аşkаr оlunduğu yеrdə idarə etməni itirmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən Bakı-Şamaxı avtomobil yolunun üzərində yerləşən “ Hökməli” dairəsi adlanan ərazinin yaxınlığındakı “Mineral sular” zavodu onun xidmət etdiyi inzibati əraziyə daxildir. 27 mart 2023-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin “102 xidmətinə” zəng edərək xx.xx.2023-cü il tarixdə, saat 23.40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “ Hökməli” dairəsi adlanan ərazinin yaxınlığındakı “Mineral sular” zavodunun qarşısında saxladığı “Kamaz 6520” markalı, **- BK-*** dövlət qediyyat nişanlı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirmişdir. Həmin məlumat əsasında aparılan araşdırma zamanı xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində həmin avtomaşın Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yolun kənarında dirəyə dəymiş vəziyyətdə aşkar olunmuşdur. Həmin avtomaşını Binəqədi rayon Polis İdarəsinin adını bilmədiyi Dövlət yol polis şöbəsininin əməkdaşı müəyyən etmişdir. Həmin polis əməkdaşı bildirmişdir ki, maşını Tovuz rayonu, Qovlar kəndində qeydiyyatda olan X3 idarə etmiş, avtomaşın yoldan çıxaraq elektrik dirəyinə dəymişdir. Onlar hadisə yerində olarkan Röyal Mirzəyev orada olmamışdır. Onu hadisə yerində nə o, nə də hadisə yerinə getmiş digər polis əməkdaşları görməmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi vəzifəsində xidmət edən Şahid2 оğlu Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay islah işləri cəzasına, Tovuz rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 02 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Tovuz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Salyan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 06 ay 14 gün müddətində cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələbləri qaydasında dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır.. Azərbaycan Respublikası CPM-nin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 73-1.1-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-287/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-287/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver