Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-287/2025 12.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, evli, işləməyən, Ağdam rayonu, Əhmədağalı ərazi dairəsi, Çıraxlı kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, 4 saylı yarımtikili uşaq bağçasında müvəqqəti yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 və xx.xx.1985-ci ildə Salyan rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Salyan rayonu, Çuxanlı ərazi dairəsi, Gəncəli kəndində qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya “Yeni il” bayramı ərəfəsində satmaq üçün hər bir qutusunun qiyməti 700 manat olan, ümumilikdə 4900 manat dəyərində 07 qutu fişəng göndərəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs 26 dekabr 2023-cü il tarixdə saat 20:58-də yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi ev 4, mənzil 29-da istifadəsində olan “Azərbaycan Beynəlxalq Bankfna məxsus 4127 2093 0339 3679 nömrəli plastik kartından onun 4098 5844 9788 5119 nömrəli “Unibank” kartına mobil tətbiq vasitəsilə göndərdiyi 4900 manat pulu alıb ələ keçirdikdən sonra 2000 manatını həmin gün saat 21:54-də mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs2 bank kartına göndərməklə aralarında bölüb zərərçəkmiş Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında 4900 manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya “Yeni il” bayramı ərəfəsində satmaq üçün hər bir qutusunun qiyməti 700 manat olan, ümumilikdə 4900 manat dəyərində 07 qutu fişəng göndərəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs 26 dekabr 2023-cü il tarixdə saat 20:58-də yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi ev 4, mənzil 29-da istifadəsində olan “Azərbaycan Beynəlxalq Bankfna məxsus 4127 2093 0339 3679 nömrəli plastik kartından Təqsirləndirilən şəxs1 4098 5844 9788 5119 nömrəli “Unibank” kartına mobil tətbiq vasitəsilə göndərdiyi 4900 manat pulu sonuncu alıb ələ keçirdikdən sonra 2000 manatını həmin gün saat 21:54-də mobil tətbiq vasitəsilə onun bank kartına göndərməklə aralarında bölüb zərərçəkmiş Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında 4900 manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Əhmədağalı ərazi dairəsi, Çıraxlı kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, 4 saylı yarımtikili uşaq bağçasında ailəsi ilə birlikdə müvəqqəti yaşayır. Ailəlidir və 3 azyaşlı övladı var. Həmçinin 2-ci Qarabağ müharibəsi iştirakçısıdır və qazidir. Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayət ərizəsi ilə bağlı bildirir ki, təxminən 15 il olar ki, tanıdığı və əvvəllər onunla eyni Hərbi Hissədə xidmət etmiş, Salyan rayonunda yaşayan Təqsirləndirilən şəxs2 ondan xahiş edərək borc pul istədiyinə görə o, sonuncuya təxminən 2015-ci ilin əvvəllərində Qazax rayonunda 5000 manat və bundan bir neçə gün sonra da Mingəçevir şəhərində 2800 manat borc pul vermişdir. Ceyhun qısa müddətdə ona olan 7800 manat borcunu qaytaracağını söz vermişdir. Lakin bundan sonrakı vaxtlarda o, mütəmadi olaraq Ceyhunla telefon əlaqəsi saxlayıb ona olan ümumilikdə 7800 manat borcunu qaytarmasını bildirsə də sonuncu onun pulunu müxtəlif bəhanələr gətirərək geri qaytarmamışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Ceyhun ona zəng edərək birlikdə alver işi ilə məşğul olduqları bir nəfər qohumunun ona zəng edəcəyini, həmin qohumuna guya ki, bayram ərəfəsində sata bilməsi üçün ucuz qiymətə bayram fişəngləri sata biləcəklərini deməyi, özünün plastik kartında problem olduğuna görə həmin şəxsin onun kart hesabına pul göndərəcəyini, həmin puldan ona 2000 manat göndərməyini və qalanını da borcundan çıxmağını biildirmişdir. Qeyd edir ki, Ceyhun xeyli vaxtdır ki, ona olan 7800 manat borcunu qaytarmadığına görə o, sonuncunun bu təklifi ilə razılaşmışdır. Bir neçə dəqiqə sonra istifadəsində olan 050-542- 85-84 nömrəli mobil telefonuna zəng gəlmiş və həmin şəxs Ceyhunun vasitəsilə ona zəng etdiyini demişdir. Bundan sonra həmin şəxs bildirmişdir ki, ona bayram ərəfəsində sata bilməsi üçün bayram fişəngləri lazımdır. O, da həmin şəxsə guya ki, ucuz qiymətə bayram fişəngləri sata biləcəklərini, əgər kart hesabına pul göndərərsə təxminən 2 saat müddətində ona razılaşdıqları kimi hər bir qutusu 700 manat olan ümumilikdə 4900 manat dəyərində malı göndərə biləcəklərini demişdir. Bundan sonra adını sonradan bildiyi Elman adlı şəxsin mobil telefonuna özünə məxsus 4098 5844 9788 5119 nömrəli “Leobank” kartının şəklini göndərmişdir. Elman da razılaşdıqları kimi həmin vaxt həmin kart hesabına 4900 manat pul göndərmişdir. Bundan bir neçə dəqiqə sonra da əvvəlcədən razılaşdıqları kimi həmin 4900 manat pulun 2000 manatını Ceyhunun kart hesabına göndərmiş və qalan 2900 manat pulu da özü götürmüşdür. Bundan sonra da istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəsini bağlamış və istifadə etməmişdir. Sonrakı vaxtlarda da Elmanın ona göndərdiyi 2900 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra da ona məlum olmuşdur ki, Elman adlı şəxs bu barədə polisə şikayət etmişdir. Qeyd edir ki, maddi vəziyyəti yaxşı olmadığına görə və o, Elmanın pulunu geri qaytara bilmədiyinə görə bir müddət çağırışlardan yayınsa da xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq Abşeron rayon polis idarəsinə gətirilmiş və istintaq zamanı Zərərçəkmiş şəxs 4900 manat pulundan onun payına çatan 2900 manatı geri qaytarmışdır. Hazırda da Ceyhunla birlikdə törətdikləri həmin cinayət əməllərini səmimi olaraq etiraf edir və əməllərindən peşimandır. Barələrində olan cinayət işinə xitam olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Salyan rayonu, Çuxanlı ərazi dairəsi, Gəncəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və 3 azyaşlı övladı var. Həmçinin 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. Mahiyyəti üzrə bildirir ki, əvvəllər onunla eyni Hərbi Hissədə xidmət etmiş və aralarında dostluq münasibətləri yaranmış Təqsirləndirilən şəxs1 2023-cü ilin dekabr ayının ortalarında ona zəng edərək bir nəfər qohumunda yeni il bayramı ərəfəsi üçün pirotexniki vasitələr olduğunu, həmin qohumundan pirotexniki vasitələrin hər bir qutusunu 300 manata ala biləcəyini və özü də 700 manata satmaq istədiyini, həmin pirotexniki vasitələrin satılmasına köməklik etməyini xahiş etmişdir. O, da Rüstəmə bu barədə maraqlanıb ona bir söz deyəcəyini bildirmişdir. Bundan sonra o, tanışı Şahid zəng edib onu bu haqda məlumatlandırmışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında tanışı Qaşqay ona zəng edərək mobil nömrəsini Elman adlı qohumuna verəcəyini, Elmanın həmin pirotexniki vasitələrlə maraqlanacağını bildirmişdir. Bundan sonra istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna ***-***-**-** nömrəsindən zəng gəlmiş və həmin şəxs adının Elman olduğunu deyib mobil nömrəsini ona Qaşqayın verdiyini bildirmişdir. Həmçinin Elman ondan həmin pirotexniki vasitələr barədə soruşanda o, tanışı Təqsirləndirilən şəxs1 mobil nömrəsini ona verib həmin pirotexniki vasitələrin Rüstəmdə olduğunu bildirmişdir. Bundan sonra da o, Rüstəmə zəng edib Elman adlı şəxsin həmin pirotexniki vasitələri almaq istədiyi üçün ona zəng edəcəyini demişdir. Əlavə olaraq qeyd edir ki, bundan təxminən 1 ay əvvəl, yəni 2023-cü ilin noyabr ayında Rüstəm ondan 2000 manat borc istədiyinə görə o, həmin vaxt tanışlarından birindən 2000 manat borc alaraq ona 2000 manat borc pul verdiyinə görə Rüstəmə bildirmişdir ki, əgər Elman ondan həmin pirotexniki vasitələri alarsa ona olan 2000 manat borcunu qaytarsın. Rüstəm də söz vermişdir ki, əgər Elmanla aralarında alver baş tutsa onun 2000 manat borcunu qaytaracaq. Bundan bir qədər sonra Elman yenidən ona zəng edərək Rüstəmlə danışdığını, hər bir qutusu 700 manat dəyərində olan bayram fişənglərini almaq üçün Rüstəmlə razılığa gəldiklərini bildirib 4900 manat pulu Rüstəmin kart hesabına göndərib- göndərməməyini soruşmuş və o, da Elmana narahat olmamağını, pulu Rüstəmin kart hesabına göndərməyini bildirmişdir. Bundan bir qədər sonra Rüstəm ona zəng edərək Elmanla aralarında alverin baş tutduğunu, Elmanın onun kart hesabına 4900 manat pul göndərdiyini deyib ona 1 ay əvvəl verdiyi 2000 manat borcunu qaytarmaq üçün kartının şəklini ona göndərməyini istəmişdir. O, da plastik kartının şəkilini Rüstəmə göndərdikdən bir neçə dəqiqə sonra Rüstəm həmin plastik kartına borcunu qaytarmaq məqsədilə 2000 manat pul göndərmişdir. Bundan bir qədər sonra Elman adlı şəxs ona zəng edərək Rüstəmin mobil telefonuna zəng çatmadığını demişdir. O, da Rüstəmə zəng etdikdə həqiqətən də telefonu bağlı olduğuna görə Rüstəmlə əlaqə saxlaya bilməmişdir. Bundan sonrakı günlərdə də dəfələrlə Rüstəmlə əlaqə yaratmaq istəsə də mümkün olmamışdır. Sonradan isə ona məlum olmuşdur ki, Elman barələrində şikayət etmişdir. Qeyd edir ki, maddi vəziyyəti yaxşı olmadığına görə və o, Elmanın 4900 manat pulundan ona çatan 2000 manat pulu geri qaytara bilmədiyinə görə bir müddət çağırışlardan yayınmış və həmin müddətdə məcbur olub Elmanın kart hesabına 2000 manat ödəmişdir. xx.xx.2024- cü il tarixdə də polis əməkdaşları tərəfindən tutularaq Abşeron rayon polis idarəsinə gətirilmişdir. Hazırda da Rüstəmlə birlikdə törətdikləri həmin cinayət əməllərini səmimi olaraq etiraf edir və əməllərindən peşimandır.Zərərçəkmiş şəxslə barışmışdır, ona dəyən ziyan tam şəkildə ödəmişdir. Bundan əlavə dəymiş zərərin 25 faizi miqdarında ödəniş etmişdir.Barələrində olan cinayət işinə xitam olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 7-8 il olar ki, yaşadığı evin yaxınlığında yerləşən, özünə məxsus mağazada uşaq geyimləri və bayram hədiyyələri satmaqla məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində o, həmin mağazasının qarşısında olarkən qonşuluğunda yaşayan Şahid ona yaxınlaşmış və onlar bir qədər söhbət etdikdən sonra Qaşqay ona əvvəllər onunla bir yerdə işləyən Ceyhun adlı tanışında “Yeni il” bayramı ərəfəsində satmağı üçün ucuz qiymətə bayram fişənglərinin olduğunu, əgər alıb satmaq istəsə Ceyhunla əlaqə saxlamağını bildirib Ceyhunun mobil nömrəsini ona vermişdir. Bundan bir qədər sonra o, Ceyhunun ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək mobil nömrəsini Qaşqaydan aldığını deyib bayram fişəngləri ilə maraqlanmışdır. Bu zaman Ceyhun həqiqətən də onda ucuz qiymətə bayram fişənglərinin olduğunu, hazırda isə başqa rayonda olduğuna görə şəriki Rüstəm adlı şəxslə əlaqə saxlamağını bildirib Rüstəmin mobil nömrəsini ona vermişdir. Bundan sonra da o, Rüstəmin ***-***-**-** nömrəli mobil telefonuna zəng edib mobil nömrəsini Ceyhunun verdiyini bildirib bayram fişəngləri ilə maraqlanmışdır. Bu zaman Rüstəm həqiqətən də ucuz qiymətə bayram fişəngləri satdıqlarını bildirdiyi üçün o, həmin bayram fişənglərinin qiymətləri ilə maraqlanmışdır. Rüstəmlə telefon vasitəsilə bu barədə bir qədər danışdıqdan sonra ondan hər bir qutusu 700 manat dəyərində olan 7 qutu bayram fişəngləri almağı barədə razılığa gəlmişlər. Həmin vaxt Rüstəm almaq istədiyi həmin 7 qutu bayram fişənglərinin 4900 manat pulunu ona kart vasitəsilə göndərməyini, pulu göndərdikdən təxminən 2 saat sonra həmin 7 qutu bayram fişənglərinin ona çatdırılacağını bildirmişdir. Bundan sonra o, Ceyhuna zəng edərək Rüstəmlə danışdığını, 4900 manat pulu Rüstəmin kart hesabına göndərib- göndərməməyini soruşmuşdur. Həmin vaxt Ceyhun narahat olmamağını, pulu Rüstəmin kart hesabına göndərməyini bildirdiyi üçün bundan bir qədər sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 20:58-də o, yaşadığı evdə olarkən hər bir qutusu 700 manat olan 7 qutu bayram fişəngləri almağı məqsədilə Rüstəmin şəklini ona göndərdiyi 4098 5844 9788 5119 nömrəli “Unibank” kartına mobil tətbiq vasitəsilə istifadəsində olan Azərbaycan Beynəlxalq Banka məxsus 4127 2093 0339 3679 nömrəli plastik kartından 4900 manat pul göndərmişdir. Bundan sonra da o, Rüstəmlə telefon əlaqəsi saxlayıb 4900 manat pulu onun kart hesabına göndərdiyini bildirdikdə Rüstəm 4900 manat pulun onun kart hesabına gəldiyini, təxminən 2 saat müddətində də 7 qutu bayram fişənglərini ona çatdıracağını demişdir. Lakin bundan 2 saat sonra Rüstəmin bayram fişənglərini göndərmədiyini görüb ona zəng etdikdə isə mobil telefonuna zəng çatmadığını görmüşdür. Ona görə də o, həmin vaxt Ceyhuna və Qaşqaya zəng edib bu barədə məlumat vermişdir. Həmçinin bundan sonrakı günlərdə də o, Rüstəmlə telefon əlaqəsi saxlamaq istəsə də bu mümkün olmamışdır. Ceyhunla da telefon əlaqəsi saxladıqda o, da Rüstəmlə əlaqə saxlaya bilmədiyini dediyi üçün o, yenidən Qaşqaya zəng edib həmin şəxsləri onunla tanış etməsinə öz iradını bildirmişdir. Bundan sonra Qaşqay Rüstəmlə görüşmək üçün Ağdam rayonuna getsə də Rüstəm yaşadığı evdə olmadığına görə onunla görüşə bilməmişdir. Lakin Qaşqay geri qayıdan kimi ona bildirmişdir ki, bu məsələni bir qədər araşdırmış və o, Rüstəmin plastik kartına 4900 manat pulu köçürəndən bir neçə dəqiqə sonra Rüstəm həmin pulun 2000 manatını Ceyhunun plastik kartına köçürmüşdür. Həmçinin Qaşqay 2000 manat pulun köçürülməsi barədə qəbzin şəklini də onun mobil telefonuna göndərmişdir. Bundan sonra o, qonşuluğunda yaşayan Şahid vasitəçiliyi ilə tanıdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən aldadıldığını başa düşmüşdür. Ona görə də o, xx.xx.2024-cü il tarixdə DİN-in “102” xidmətinə zəng edərək və Abşeron RPİ-nin Saray PB-nə ərizə ilə müraciət edərək bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Bir daha bildirir ki, xx.xx.2023-cü il tarixdə o, yaşadığı evdə olarkən 4900 manat pulu mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs1 4098 5844 9788 5119 nömrəli “Unibank” kartına ona hər bir qutusu 700 manat dəyərində olan 7 qutu bayram fişəngləri göndərməyi məqsədilə köçürmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Ona dəymiş maddi zərər tam şəkildə ödənilmişdir. Şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs eyni qəsəbədə yaşamaqları səbəbindən, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da əvvəllər onunla eyni Hərbi Hissədə xidmət etmələri səbəbindən tanıyır və münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında tanışı Ceyhun ona zəng edərək onda ucuz qiymətə “Yeni il” ərəfəsi üçün bayram fişənglərinin olduğunu, bu barədə maraqlanmağını, əgər almaq istəyən olsa ona bir söz deməyini bildirmişdir. Ona görə də o, həmin gün tanışı Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında yerləşən, uşaq geyimləri və bayram hədiyyələri satmaqla məşğul olduğu mağazaya gedib Elmana bu barədə məlumat vermiş və Ceyhunun ***-***-**-** saylı mobil nömrəsini də Elmana verərək bayram fişəngləri almaq istəsə onunla əlaqə saxlamasını bildirmişdir. Həmin gün təxminən saat 23 radələrində Elman ona zəng edərək Ceyhuna zəng etdiyini və onun vasitəsilə də Rüstəmə zəng etdiyini, Rüstəmlə hər bir qutusu 700 manat olan ümumilikdə 7 qutu bayram fişəngləri almaq üçün Rüstəmin kart hesabına həmin gün saat 21 radələrində 4900 manat pul göndərdiyini, Rüstəm 2 saat müddətində bayram fişənglərini ona çatdıracağına söz versə də hazırda mobil telefonuna zəng çatmadığını bildirmişdir. O, da həmin vaxt Rüstəmə zəng etdikdə həqiqətən də mobil telefonuna zəng çatmadığını görüb Ceyhunla telefon əlaqəsi saxlamışdır. Ceyhun da öz növbəsində bildirmişdir ki, o, da Rüstəmə zəng edir, lakin telefonu bağlı olduğuna görə əlaqə saxlaya bilmir. Bundan sonrakı günlərdə də nə qədər çalışsa da Rüstəmlə telefon əlaqəsi saxlaya bilməmişdir. Elman da həmin şəxsləri onunla o, tanış etdiyinə öz iradını bildirdiyinə görə o, məcbur olub Ceyhunla görüşmək üçün yaşadıqları evə getsə də onlarla görüşə bilməmişdir. Həmçinin Rüstəmin qohumları ilə əlaqə yaradıb bu barədə bildirdikdə ona məlum olmuşdur ki, Rüstəm Elmanın göndərdiyi 4900 manat pulu alan kimi aralarında əvvəlcədən olan razılığa əsasən həmin pulun 2000 manatını bir qədər sonra Ceyhuna göndərmişdir. Ona görə də geri qayıdan kimi Elmana bildirmişdir ki, bu məsələni bir qədər araşdırmışdır və o, Rüstəmin plastik kartına 4900 manat pulu köçürəndən bir neçə dəqiqə sonra Rüstəm həmin pulun 2000 manatını Ceyhunun plastik kartına köçürmüşdür. Həmçinin o, 2000 manat pulun köçürülməsi barədə qəbzin şəklini də Elmanın mobil telefonuna göndərmişdir. Bundan sonra Elman həmin şəxslər, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən aldadıldığını başa düşüb Abşeron RPİ-nin Saray PB-nə ərizə ilə müraciət edərək bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Bildirir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs aldıqları 4900 manat puldan ona hansısa məbləğdə pul verməmişlər, həmçinin Ceyhunla aralarında olan söhbət zamanı bu işdə onun hansısa məbləğdə pul qazanacağı ilə bağlı söhbətləri də olmayıb. Çünki, həm Elman, həm də Ceyhun onun tanışları olduğuna görə Ceyhunun ona zəng edərək onda ucuz qiymətə bayram fişəngləri olduğunu deməsi barədə o, Elmana sadəcə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu tanıdıqlarına görə onların onun vasitəsilə tanıdıqları Zərərçəkmiş şəxs qarşı dələduzluq edəcəklərini də təsəvvür etmirdi. Beləliklə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri özlərinin etirafı ilə yanaşı şahid ifadəsi, o cümlədən iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaq aparılmışdır. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Ağayev X4 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 05 ay 17 gün vaxtından əvvəl şərti azad edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Əhmədov X3 RPİ-nin Müvəqqəti Saxlama yerindən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1-ci maddəsinə tövsif olunmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağayev X2 RPİ-nin Müvəqqəti Saxlama yerindən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığını, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödənildiyinə görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığı, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödənildiyinə görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən 616 manat və Təqsirləndirilən şəxs1 tərəfindən 617 manat ödənilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə ilə barışmışlar və ona dəymiş ziyanı tamamilə ödəmişlər, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişlər. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarında olan qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri xitam olunsun. Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №1(012)-287/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-287/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver